01.06.2021 Views

Formula 1 Azerbaijan Grand Prix 2021 Media Kit

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

2. MEDİA XİDMƏTLƏRİ

2.2 COVID-19 DAVRANIŞ KODEKSİ*

XÜSUSİ TƏLƏBLƏR – YAZILI MƏTBUAT

- Yazılı media nümayəndələri yarışlar vaxtı ümumi paddok sahəsinə daxil ola bilərlər. Müsahibə almaq üçün

əvvəlcədən vaxt təyin olunmalıdır. Həmçinin media nümayəndələrinin bundan başqa hallarda paddokda vaxt

keçirməsinə icazə verilmir.

- Daha aydın şəkildə desək, media nümayəndələrinin aid olduğu qrupdan kənardakı şəxslərlə yaxın təmasda

olması (Davranış Kodeksində göstərildiyi kimi) qadağandır. Müsahibə və ünsiyyət yalnız sosial məsafəni

qorumaq şərtilə aparılmalıdır.

- Yazılı media nümayəndələrindən ancaq paddokun neytral sahəsində - komandaların dincəlmə zonası ilə

yarışın yük maşınlarının yerləşdiyi zona arasında hərəkət etmək tələb olunur. Bura jurnalistlərin qarışıq

zonadan kənarda müsahibələr götürə biləcəyi yeganə yerdir və qarajların arxasındakı sahə daxil olmaqla,

jurnalistlərin heç birinin komanda zonasına keçməsinə icazə verilmir.

- Səsyazma aparatları (diktofon, mikrofon, mobil telefonlar və s.) müsahibədən əvvəl və sonra virusun

yayılmasının qarşısını almaq məqsədilə dezinfeksiya edilməlidir.

- Yarışın daha kritik anlarında izdihamın qarşısını almaq üçün medianın paddoka girişinə aşağıdakı vaxtlarda

icazə verilmir:

o Sıralanma turu başladıqdan etibarən sıralanma turu bitib 1 saat keçənədək

o Yarış başladıqdan etibarən yarış bitib 1 saat keçənədək

Qeyd edilən vaxtlarda jurnalistlər müsahibə aparmaq üçün ancaq qarışıq zonadan yararlana bilərlər. Əks

halda ümumi paddok sahəsində görülən jurnalistlərin girişi ləğv olunacaqdır.

- Ancaq birəbir müsahibələrin aparılmasına icazə verilir. Bu o deməkdir ki, müsahibə zamanı bir pilot/komanda

üzvü, bir PR komandası üzvü və bir jurnalistin iştirakı nəzərdə tutulur.

- Pilotlar yarışdan sonrakı televiziya müsahibələrini bitirdikdən sonra onlardan müsahibə almağa əlverişli olan

qarışıq zonanın istənilən yerində jurnalistlərə müsahibə verməyə davam edəcəklər.

- Qarışıq zona yarışdan sonra pilotlar ilə virtual mətbuat sessiyasında iştirak etməmiş komandalar üçün

məcburidir.

- Bu zonada sosial məsafə qaydalarına əməl olunmasını təmin etmək üçün (xüsusilə sıralanma turu və yarışdan

sonra) media nümayəndələrinin iştirakı daima nəzarət altında olacaq. Buna görə qarışıq zonaya giriş media

nümayəndələrinin arasındakı əməkdaşlığa dayanır ki, bu zonada hərəkəti maksimum şəkildə səmərəli və

ədalətli qaydada idarə etsinlər və həmçinin sosial məsafə qadağaları səbəbilə iştirak etmək istəyən, lakin

iştirak edə bilməyən media nümayəndələri lazımi kontentlə təmin oluna bilsinlər. Media nümayəndələrinin bu

qaydalara əməl edə bilmədiyi təqdirdə, qarışıq zona ləğv olunacaqdır.

- Komandalar öz komanda üzvlərini paddoka əlavə girişlə təmin etməyə məcbur deyil və jurnalistlər bu zonada

onların bu qərarına hörmətlə yanaşmalıdırlar.

- Bu protokolun bəndlərinə əməl olunmasını FIA nəzarətdə saxlayır və media nümayəndələri tərəfindən hər

hansı pozuntu aşkar olunarsa, onların paddoka girişi ləğv olunacaq.

- Hələlik media nümayəndələri Pit Yolu və start düzülüşü sahəsinə buraxılmırlar.

2. MEDİA XİDMƏTLƏRİ

2.2 COVID-19 DAVRANIŞ KODEKSİ*

XÜSUSİ TƏLƏBLƏR – FOTOQRAFLAR

Hal-hazırda trek ətrafında və paddokda olan fotoqraflar ayrı qruplar halında hərəkət edəcəklər. Bundan başqa,

paddok, Pit Yolu və Yarış Maşınları Parkı sahələri yalnız komanda fotoqrafları üçün ayrılacaq. Bu sahələrdə çəkilmiş

fotoları media işçiləri “hovuz sistemi” vasitəsilə əldə edə biləcəklər.

16

Baku City Circuit

93 ZarifaAliyeva Street Office: +99412 404 1390

Baku, Azerbaijan

AZ1000

Email: info@bakugp.az

Website: www.bakucitycircuit.com

© 2021 Formula One World Championship Limited, a Formula 1 company. The F1 FORMULA 1 logo, F1 logo, FORMULA 1,

F1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, GRAND PRIX, AZERBAIJAN GRAND PRIX and related marks are trademarks of Formula One Licensing BV, a Formula 1

company. All rights reserved.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!