19.01.2015 Views

III FƏSİL Azərbaycan idmançılarının Olimpiya oyunlarında iştirakı

III FƏSİL Azərbaycan idmançılarının Olimpiya oyunlarında iştirakı

III FƏSİL Azərbaycan idmançılarının Olimpiya oyunlarında iştirakı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

İndi gələcək Olimpiya Oyunlarına hazırlaşmaq lazımdır. Verilən təkliflərlə razıyam, bunun üçün hazırlıq

işlərini indidən başlamaq lazımdır. Gənclər və İdman Nazirliyi, Əbülfəs Qarayev bu barədə öz təkliflərini mənə

təqdim etsin və mən müvafiq təşkilatlara, bizim dövlət orqanlarına lazımi göstərişlər verərəm. Hesab edirəm ki,

bu barədə xüsusi qərar, xüsusi sənəd qəbul olunmalıdır və o sənəddə dörd il müddətində sizin hansı işlər

görəcəyiniz müəyyən edilməlidir. Mən bu barədə sizdən təklif gözləyirəm və əmin ola bilərsiniz ki, lazımi

sərəncamlar veriləcək, qərarlar qəbul olunacaq və bunun üçün də lazımi vəsait ayrılacaqdır.

Ancaq respublikamızda idmanın inkişafı təkcə dörd ildən bir Olimpiya Oyunlarında iştirak etməkdən və

orada hansısa nailiyyət əldə etməkdən ibarət deyildir. Keçən dəfə, sizi yola salarkən biz bu barədə ətraflı

danışdıq və bu gün bir daha qeyd etmək istəyirəm ki, respublikamızda idman geniş yayılmalıdır. Gənclərin

geniş kütlələri idmanla, bədən tərbiyəsi ilə məşğul olmalıdır. Biz gəncləri bədən tərbiyəsinə, idmana daha geniş

cəlb etməliyik. Bədən tərbiyəsi ilə nəinki gənclər, bütün əhali məşğul olmalıdır. Bədən tərbiyəsi təbliğ

edilməlidir, bizim informasiya orqanlarında, televiziyada, radioda xalqımızın, millətimizin sağlamlığı üçün,

gənclərimizin sağlamlığı üçün bədən tərbiyəsinin nə qədər əhəmiyyətli olduğunu daha da geniş təbliğ etmək

lazımdır. Gənclərimizi, bütün əhalimizi bədən tərbiyəsinə, idmana cəlb etməliyik. İnsanlar bədən tərbiyəsi ilə,

idmanla nə qədər çox məşğul olsalar, onlar adamların sağlamlığına, həyatına zərər gətirən adətlərdən kənar

olarlar, uzaq olarlar, - məsələn, alkoqollu içkilərdən istifadə edilməsi, gənclər arasında narkotik maddələrdən

istifadə halları müşahidə olunur, - yaxud insan üçün zərərli olan başqa adətlərdən, xüsusiyyətlərdən kənar

olarlar, belə şeylərə heç vaxt alışmazlar. Biz çalışmalıyıq ki, insanlara zərər gətirən bu adətlər, xüsusiyyətlər

xalqımıza sirayət etməsin. Təəssüflər olsun ki, dünyada spirtli içkilərdən, narkotik maddələrdən istifadə

edilməsi çox yayılır. Bu da insanlara, xüsusən gənclərə çox zərər gətirir.

Biz müstəqil dövlətik, gənc bir dövlət, müstəqil ölkəyik. Bizim bu günümüz, gələcəyimiz millətimizin,

xalqımızın və xüsusən gənclərimizin fiziki sağlamlığından həddindən artıq, demək olar ki, tamamilə asılıdır.

Fiziki, mənəvi sağlamlığı təmin etmək üçün bədən tərbiyəsi, idman xüsusi rol oynayır, bunların xüsusi

əhəmiyyəti var. Bu, həm elmi cəhətdən isbat olunubdur, həm də indiyə qədər toplanmış təcrübə bunu əyani

surətdə sübut edir. Ona görə də mən sizin nümunənizdə Azərbaycanın bütün gənclərini, respublikamızın

əhalisini bədən tərbiyəsi ilə, idmanla daim məşğul olmağa dəvət edirəm.

Artıq görürsünüz idman və bədən tərbiyəsi sahəsində atdığımız addımlar öz nəticəsini verir. Xatirənizdədir,

mən bir dəfə görüşdə Bakının stadionunun ağır vəziyyətdə olması haqqında fikirlər söylədim və göstərişlər

verdim. Bilirsiniz, iki il öncə idi, burada beynəlxalq futbol yarışı keçirilməliydi. Dedilər ki, Bakı stadionunda

keçirmək olmaz, Sumqayıtda keçirmək lazımdır. Mən çox narahat oldum - nə cur ola bilər ki, Bakı kimi böyük

bir şəhərdə, Azərbaycanın paytaxtında, böyük bir stadionda futbol yarışı keçirmək mümkün olmasın Çünki

stadion bərbad vəziyyətdə idi. Müəyyən tədbirlər görüldü, stadionda müəyyən bərpa işləri aparıldı və bu

yaxınlarda Azərbaycanın futbol komandası orada Bolqarıstan komandası ilə görüşdü. Mənə dedilər ki, bu, 1988-

ci ildən indiyə qədər Bakı stadionunda ilk futbol yarışı idi.

Görürsünüz, gəclərimiz, əhalimiz Bakının sakinləri böyük bir imkandan neçə illər, nə qədər məhrum

olmuşdular. Siz gəncsiniz, bəlkə bunları xatırlaya bilmirsiniz. Amma Bakı stadionunda keçirilmiş futbol

yarışları bizim nəslin xatirəndədir. Vaxt var idi, o futbol yarışlarına bilet tapmaq mümkün deyildi. İnsanlar bu

yarışlardan əvvəl bilet axtarırdılar, həmin futbol oyunlarına baxmaq üçün böyük növbələrə dayanırdılar. Stadion

tamamilə dolu olurdu. Tamaşaçılar orada həm idman yarışlarına baxırdılar, həm də istirahət edirdilər,

əylənirdilər. Bunlar, böyük hadisələr, respublikamızda çox gözəl bir ənənə idi. Ancaq təəssüflər olsun ki, 1988-

ci ildən bu stadion bağlanmışdır, orada futbol yarışları keçirilməmişdir. Bir neçə tədbirin nəticəsində stadion da

bərpa olundu və Bakı stadionunda beynəlxalq yarış da keçirildi.

Şübhəsiz, bu o demək deyil ki, Bakı stadionunda hər bir iş istənilən səviyyəyə gətirilib çatdırılıb. Ancaq

ayrı-ayrı mafioz qrupların gəlib o stadionu əllərinə keçirməsi o demək deyildi ki, onlar buna nail ola bilərlər.

Azərbaycanın dövlət orqanları bu işə sadəcə olaraq ya biganə baxırlar, yaxud bu işlərin iştirakçısı olublar. Ona

görə də Azərbaycanın böyük bir sərvəti olan stadion ayrı-ayrı mafioz qrupların əlinə keçmişdi. Stadionun bərpa

olunması bir daha onu göstərir ki, biz, yaxşı, dəyərli ənənələrimizi bərpa edə bilərik və etməliyik.

İdmana, bədən tərbiyəsinə məxsus olan bütün obyektlər xalqımızın səmərəli istifadəsində, Gənclər və İdman

Nazirliyinin sərəncamında olmalıdır. Mən bunu bu gün bir daha bəyan edirəm. Tələb edirəm ki, bu tədbirlər

axıra çatdırılsın, idmanın və bədən tərbiyəsinin maddi-texniki bazası bundan sonra daha da möhkəmləndirilsin,

inkişaf etdirilsin, respublikamızda həm gənclər, həm də bütün əhali idmana və bədən tərbiyəsinə geniş cəlb

oluna bilsin.

Bir daha qeyd edirəm, əmin ola bilərsiniz ki, mən bu sahədə bütün tədbirlərin həyata keçirilməsi ilə,

xüsusən olimpiya oyunlarına hazırlıqla əlaqədar lazımi sərəncamlar verəcəyəm. Əbülfəz Qarayev, sən dedin ki,

hansısa idman bazasının vəziyyəti yaxşı deyil. Bu barədə siz özünüz lazımi tədbirlər görün, hansı işi ki, özünüz

görə bilmirsiniz, müraciət edin, mən lazımi sərəncamlar, qərarlar verərəm.

20

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!