19.01.2015 Views

III FƏSİL Azərbaycan idmançılarının Olimpiya oyunlarında iştirakı

III FƏSİL Azərbaycan idmançılarının Olimpiya oyunlarında iştirakı

III FƏSİL Azərbaycan idmançılarının Olimpiya oyunlarında iştirakı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

XXVII Yay Olimpiya oyunlarında iştirak etmiş

Azərbaycan idmançıları ilə görüşdə Heydər Əliyevin

yekun nitqi

- Əziz idmançılar, əziz olimpiyaçılar!

Mən sizə dedim ki, verdiyim sözə artıqlaması ilə əməl etdim, Sizə verilən zərflərin içərisindəki kağızdır,

çekdir. Çünki o qədər pulu oraya yerləşdirmək mümkün deyildir. Bilirsiniz ki, gedib müəyyən yerlərdən,

bankdan alacaqsınız. Mən bunları ona görə etdim ki, siz bizim gözlədiyimizdən də artıq nailiyyətlər əldə

etmisiniz.

Siz Sidneyə yola düşərkən mən dedim ki, hər bir idmançımız qızıl medal alsın. Bu, təbii bir arzudur. Bu,

təkcə mənim yox, bütün millətimizin arzusudur. Ancaq eyni zamanda, biz yaxşı dərk edirik ki, 199 dövlətin, bu

gün yer kürəsinin idmançılarının bir yerə toplaşdığını, bəzi ölkələrin idmançılarının Olimpiya yarışlarının

başlanmasından indiyə qədər bu oyunlarda iştirak etməsini və bu ölkələrin əksəriyyətinin çox böyük, nəhəng

olmasını nəzərə alaraq, gənc, müstəqil Azərbaycanın idmançılarının hamısının medal alması təbiidir ki, real

deyildi, bu, bizim arzumuz idi. Biz bunu arzulayırdıq. Ancaq siz Sidneydə çıxış edən zaman ürəyimiz tup-tup

vururdu ki, necə, nə cür olacaq Mən hər gün maraqlanırdım, məlumat alırdım, nəhayət, siz xalqımızı, bizi,

vətənimizi sevindirdiniz.

Zemfiranın birinci qızıl medal alması böyük bir ruh yüksəkliyi yaratdı, bayram oldu. Ondan sonra Vüqar

bürünc medal aldı. Amma biz yenə də gözləyirdik. Namiq Abdullayevin, demək lazımdır ki, çox çətin bir

yarışda dünya çempionuna, Amerika kimi böyük bir dövlətin güləşçisinə qalib gəlməsi və qızıl medal əldə

etməsi təbiidir ki, bizim sevincimizin ən yüksək zirvəsi oldu. Buna görə də mən bir daha deyirəm ki, siz

dövlətimizin, xalqımızın etimadını doğrultdunuz. Siz bizim arzularımızı çin etdiniz. Siz müstəqil Azərbaycana

böyük nemət bəxş etdiniz. Siz Azərbaycan xalqının nə qədər böyük işlərə qadir olduğunu dünyaya bir daha

nümayiş etdirdiniz. Məhz buna görə də sizin hamınız mükafata layiqsiniz və hətta pul mükafatından əlavə,

gördünüz ki, dövlət orden və medalı ilə də təltif edildiniz. Siz bunlara layiqsiniz. Hesab edirəm ki, siz və bütün

idmançılarımız bundan sonra daha da həvəslə, əzmlə idmanla, bədən tərbiyəsi ilə məşğul olacaq, həm dünya

yarışlarında Azərbaycanın bayrağını qaldıracaqsınız, həm də millətimizin gənclərinin fiziki, mənəvi

möhkəmliyini təmin edəcəksiniz.

Ən qədim zamanlardan idman bəşəriyyətin sevdiyi və çox hörmət etdiyi bir sahədir. İdman, bədən tərbiyəsi

çox böyük məna daşıyır. Təsadüfi deyildir ki, daha çox qədim zamanlarda idman icad olunub, ona qayğı

göstərilibdir. Bütün bunların nəticəsində dünyada birinci Olimpiya oyunları mövcud olubdur. Ona görə də

idman, bədən tərbiyəsi Azərbaycan gənclərinin hamısı üçün lazımdır. Bu, bizim millətimizin fiziki sağlamlığı,

müstəqil Azərbaycanın gələcəyi üçün lazımdır. Bu, heç də kiminsə xoşuna gəlmək üçün deyildir.

Mən hesab edirəm ki, sizin bu qələbəniz idmana, bədən tərbiyəsinə daha çox gənclər cəlb edəcək, idman

daha kütləvi, Azərbaycan gəncliyi fiziki və mənəvi cəhətdən daha da sağlam olacaqdır.

Sizin hər biriniz böyük zəhmət çəkmisiniz, yarışda iştirak etmisiniz. Siz dövlətin idmançılara qayğısı

haqqında burada danışdınız, bizə öz təşəkkürlərinizi bildirdiniz. Ancaq bu, bizim borcumuzdur. Bu, dövlətin

borcudur. Dövlətin, hökumətin hər bir sahədə çox böyük vəzifələri vardır. Əgər biz hansı sahədəsə nəyəsə nail

ola biliriksə, demək, biz öz borcumuzu yerinə yetirə bilirik. Mən bu gün böyük qurur hissi ilə deyirəm ki, biz

idmana, bədən tərbiyəsinə qayğı göstərərək millət, xalq, vətən qarşısında öz borcumuzu yerinə yetiririk.

Təbiidir ki, hər bir kütləvi iş təşkilatçılıqdan da çox asılıdır. Bizim qayğımızı hiss edən hər bir idmançı

təbiidir ki, öz nailiyyətlərini artırmaq istəyir. Ancaq, eyni zamanda, təşkilatçılıq idmançıları, gəncləri bir-birinə

daha da yaxınlaşdırır, onlara yardım edir.

Azərbaycanda Milli Olimpiya Komitəsinin yaranması ölkəmizin dövlət müstəqilliyinin xüsusi

əlamətlərindən biridir. Milli Olimpiya Komitəsi əvvəlki illərdə, təəssüf ki, öz vəzifəsini layiqincə yerinə yetirə

bilmirdi. Son illər Milli Olimpiya Komitəsi fəaliyyətini artırıb, genişləndirib, idmançıları, gəncləri daha da

səfərbər edib, həvəsləndirib, onlara yardımlar göstəribdir. Ona görə də qələbələri qeyd edərkən Milli Olimpiya

Komitəsinin üzvlərinin və onun prezidenti İlham Əliyevin xüsusi xidmətlərini vurğulamaq lazımdır.

Biz bir neçə il bundan əvvəl Azərbaycanda ilk dəfə olaraq Gənclər və İdman Nazirliyi yaratdıq. Bu, təsadüfi

hal deyildir. Biz bu nazirliyi yaradarkən onu nə üçün yaratdığımızı bilirdik. Ona görə yaradırdıq ki, gənclərin

tərbiyəsi, gənclərin işi ilə xüsusi məşğul olan bir nazirlik olsun. Biz bunu ona görə yaradırdıq ki, Azərbaycanda

bədən tərbiyəsinin, idmanın inkişafı ilə məşğul olan bir nazirlik olsun.

Bizim bu təşəbbüsümüz özünü doğrultdu. Gənclər və İdman Nazirliyi də bu sahədə çox işlər gördü və

XXVII Olimpiya Oyunlarına hazırlıq zamanı da onların fəaliyyəti yüksək olmuşdur. Ona görə də mən Gənclər

və İdman Nazirliyinin və nazir Əbülfəs Qarayevin də xidmətlərini qeyd edirəm.

44

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!