19.01.2015 Views

III FƏSİL Azərbaycan idmançılarının Olimpiya oyunlarında iştirakı

III FƏSİL Azərbaycan idmançılarının Olimpiya oyunlarında iştirakı

III FƏSİL Azərbaycan idmançılarının Olimpiya oyunlarında iştirakı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

III FƏSİL

Azərbaycan idmançılarının Olimpiya oyunlarında iştirakı

MÜNDƏRİCAT

‣ Olimpiya oyunlarının ənənələri .................................................................................................................. 6

‣ “Olimpiya oyunları” adı altında yarışlar .................................................................................................... 7

‣ Azərbaycan idmançıları Olimpiya oyunlarında .......................................................................................... 8

‣ Olimpiya oyunlarında nə vaxtdan iştirak edirik ....................................................................................... 9

‣ Azərbaycanın Olimpiya mükafatçıları milli sərvətimizdir! ...................................................................... 10

‣ YAY OLİMPİYA OYUNLARI ............................................................................................................... 13

‣ Barselona – 1992 ..................................................................................................................................... 13

‣ Barselona (İspaniya) – 25 iyul – 01 avqust 1992-ci il .............................................................................. 13

‣ Atlanta – 1996 ......................................................................................................................................... 14

‣ XXVI Yay Olimpiya Oyunlarına hazırlıq ................................................................................................ 14

‣ Azərbaycan Milli Yığma komandalarının XXVI Yay Olimpiya Oyunlarına hazırlığını nümayiş etdirmək

məqsədilə keçirilmiş idman baxışında Heydər Əliyevin çıxışı ................................................................ 14

‣ Atlanta (ABŞ) – 19 iyul – 04 avqust 1996-cı il ........................................................................................ 17

‣ Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Atlanta oyunlarında ölkəmizi təmsil etmiş

idmançılarla görüşdə çıxışı ....................................................................................................................... 19

‣ Sidney - 2000 ........................................................................................................................................... 22

‣ XXVII Yay Olimpiya Oyunlarına hazırlıq haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

.................................................................................................................................................................. 22

‣ XXVII Yay Olimpiya Oyunlarına hazırlıq haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin

Qərarı ........................................................................................................................................................ 23

‣ XXVII Yay Olimpiya oyunlarına hazırlıq ................................................................................................ 24

‣ XXVII Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançıların yolasalma mərasimində Azərbaycan

Prezidenti Heydər Əliyevin nitqi .............................................................................................................. 26

‣ XXVII Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançıların yolasalma mərasimində Azərbaycan

Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi ................................................................... 30

‣ Sidney (Avstraliya) – 15 sentyabr – 1 oktyabr 2000-ci il ......................................................................... 32

‣ Milli Olimpiya Komitəsinin prezidenti, ARDNŞ-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı

İlham Əliyev Avstraliyanın Sidney şəhərində keçirilmiş XXVII Yay Olimpiya Oyunlarında Azərbaycan

idmançılarının çıxışlarının yekunları barədə «Space» televiziyasının müxbirinə müsahibə vermişdir .. 37

‣ Sidney şəhərində Azərbaycan günü .......................................................................................................... 41

‣ Avstraliyanın Sidney şəhərində keçirilən XXVII Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə

mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ............. 42

‣ Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Sidney Olimpiadasında uğur qazanmış

idmançılarla, onların məşqçiləri və Milli Olimpiya Komitəsinin rəhbərliyi ilə görüşmüşdür. Heydər

Əliyevin giriş nitqi .................................................................................................................................... 43

‣ XXVII Yay Olimpiya oyunlarında iştirak etmiş Azərbaycan idmançıları ilə görüşdə Heydər Əliyevin

yekun nitqi ................................................................................................................................................ 44

‣ Qaliblərə verilən böyük qiymət ................................................................................................................ 48

‣ MOK olimpiyaçılarımızı mükafatlandırdı ................................................................................................ 52

‣ Afina – 2004 ............................................................................................................................................ 54

‣ XXVIII Yay Olimpiya Oyunlarına hazırlıq haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

.................................................................................................................................................................. 54

‣ Yunanıstanın Afina şəhərində keçirilən XXVIII Yay OlimpiyaOyunlarında ən yüksək nəticələrə görə

mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ............. 55

‣ XXVIII Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının yolasalma mərasimində

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi ............................................................................................ 56

‣ Afinada XXVIII Yay Olimpiya oyunlarının təntənəli açılış mərasimi. Azərbaycan Prezidenti İlham

Əliyev mərasimdə iştirak etmişdir ............................................................................................................ 59

1

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

‣ Afina (Yunanıstan) – 14 avqust – 30 avqust 2004-cü il ........................................................................... 60

‣ Afinada XXVIII Yay Olimpiya oyunları çərçivəsində Azərbaycan Günü keçirilmişdir. Tədbirdə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir .................................................... 61

‣ Azərbaycan Prezidenti İlham Əliyevin nitqi ........................................................................................... 61

‣ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Olimpiya kəndində olmuşdur ............................ 63

‣ Azərbaycan Prezidenti İlham Əliyev Afinada Olimpiya Çempionu Fərid Mansurovla görüşmüşdür ..... 64

‣ Afinada XXVIII Yay Olimpiya Oyunlarının bağlanış mərasimi. Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev mərasimdə iştirak etmişdir ................................................................................................. 66

‣ Azərbaycan idmançıları Afina Olimpiadasında ləyaqətlə çıxış etmişlər .................................................. 67

‣ Azərbaycan Prezidenti İlham Əliyev XXVIII Afina Yay Olimpiya Oyunlarında iştirak etmiş

idmançılarla görüşmüşdür ........................................................................................................................ 68

‣ Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi ................................................................................... 68

‣ Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi ................................................................................ 68

‣ Paraolimpiya oyunları. Paraolimpiya idmanının tarixindən ..................................................................... 72

‣ Paraolimpiyaçılarımız 2004-cü ilin oyunlarına yola düşürlər .................................................................. 73

‣ Yunanıstanın Afina şəhərində keçirilən XII Yay Paraolimpiya Oyunlarında əldə edilmiş nəticələrə görə

mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ............. 74

‣ Azərbaycan Prezidenti İlham Əliyev Afinada keçirilmiş XII Yay Paraolimpiya oyunlarının

iştirakçılarının və onların məşqçilərini qəbul etmişdir ............................................................................ 75

‣ Sumqayıtda paraolimpiya kompleksinin bünövrəsi qoyulmuşdur ........................................................... 77

‣ Pekin-2008 ............................................................................................................................................... 78

‣ Milli Olimpiya Komitəsində federasiyaların Pekin-2008 Olimpiya Oyunlarına hazırlıq müzakirə olundu

.................................................................................................................................................................. 78

‣ Pekin-2008-də 302 dəst medal uğrunda gərgin mübarizə gedəcək .......................................................... 82

‣ XXIX Yay Olimpiya Oyunlarına hazırlıq haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

.................................................................................................................................................................. 83

‣ Pekin Olimpiya Oyunlarında rekord sayda ölkə iştirak edəcək ................................................................ 85

‣ Pekin-2008 Paralimpiya Oyunlarına 5 lisenziya ...................................................................................... 87

‣ Olimpiada-2008-in biletləri hamı üçün eyni qiymətə olacaq ................................................................... 88

‣ Komissiyası Pxencxandan razı qaldı ........................................................................................................ 89

‣ Jokeyimiz Pekin-2008-ə ilk lisenziya xallarını qazandı ........................................................................... 90

‣ Atıcılarımız Pekin – 2008-ə lisenziya qazana biləcəklərmi ..................................................................... 91

‣ Cin hökuməti Pekin-2008-də qadağalar tətbiq edəcək ............................................................................. 92

‣ Cin Olimpiya komplekslərinin tikintisini bu ilin sonunda yekunlaşdıracaq............................................. 93

‣ "Olimpiadaya düşmək üçün komandamız əlindən gələni edəcək" Faiq Qarayev: "İstedadlı gənclərimiz

var və onların üzərində işləmək lazımdır" ................................................................................................ 94

‣ Pekin-2008-in medallarının təqdimat mərasimi keçirilib ......................................................................... 96

‣ Olimpiya məsəlinin marşrutu məlum oldu ............................................................................................... 97

‣ Pekin-2008 ətrafında maraqlı vəziyyət yaranıb ........................................................................................ 98

‣ Dünya Olimpiya Lisenziya Turnirinə 2 namizəd məlumdur .................................................................... 99

‣ Pekin Yay Olimpiya oyunlarında dopinqə nəzarət sərtləşdiriləcəkdir ................................................... 101

‣ ABŞ Pekin-2008-i baykot edə bilər ...................................................................................................... 102

‣ Azərbaycan Xüsusi Olimpiya Komitəsi Çinə 53 nəfərlik heyətlə gedəcəkdir ....................................... 103

‣ Azərbaycan paralimpiyaçıları medallarla qayıtmışlar ............................................................................ 104

‣ Füzuli Musayev: Pekin Olimpiadasında bir taekvondoçumuz olacaq .................................................... 105

‣ Cüdocularımız Pekin-2008-də 6 nəfərlə təmsil olunacaqlar .................................................................. 106

‣ Sidney-2000-in qalibi Zemfira Meftəhətdinova Pekin-2008-də də iştirak edəcək ................................. 107

‣ Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən XXIX Yay Olimpiya Oyunlarında

Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə

mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı .......... 108

‣ XXIX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan idmançılarını yolasalma mərasimi

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir .......................................................... 109

‣ Azərbaycan Prezidenti İlham Əliyevin nitqi .......................................................................................... 109

‣ Azərbaycan idmançılarının ilk heyəti Pekinə yola düşmüşdür ............................................................... 112

‣ Olimpiya barışına əməl etmək çağırışı ................................................................................................... 113

‣ Olimpiya oyunlarının açılış mərasimində dünyanın 95 ölkəsinin dövlət və hökumət başçıları iştirak

edəcəklər ................................................................................................................................................. 114

2

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

‣ Olimpiya kəndində Azərbaycanın bayrağı qaldırılmışdır....................................................................... 115

‣ Pekində XXIX Yay Olimpiya oyunlarının təntənəli açılış mərasimi ..................................................... 116

‣ Pekində XXIX Yay Olimpiya oyunları çərçivəsində “Azərbaycan günü” keçirilmişdir. Azərbaycan

Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir .............................................................................. 117

‣ Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı ......................................................................................... 117

‣ Qızıl medala aparan yolda beş təmiz qələbə cüdoçu Elnur Məmmədli Pekin Olimpiadasında

Azərbaycana ilk qızıl medalı qazandırmışdır ......................................................................................... 118

‣ Olimpiadanın dördüncü günü Azərbaycan idmançıları iki gümüş medal qazanmışlar .......................... 119

‣ Cüdoçu Mövlud Mirəliyev Azərbaycana daha bir medal qazandırdı ..................................................... 120

‣ Azərbaycan gimnastları Pekində ilk Olimpiya məşqləri keçmişlər ........................................................ 121

‣ Şahin İmranov Azərbaycana yeddinci medal qazandırmışdır ................................................................ 122

‣ Pekində XXIX Yay Olimpiya oyunları başa çatmışdır .......................................................................... 123

‣ Pekin-2008-də 204 ölkə arasında medalların sayına görə 27-ci, növünə görə isə 39-cu yeri tutduq ..... 124

‣ Pekin Yay Olimpiya oyunları Azərbaycan yığma komandası üçün uğurlu olmuşdur............................ 126

‣ Azərbaycan Prezidenti İlham Əliyev XXIX Pekin Yay Olimpiya oyunlarında iştirak etmiş idmançılarla

görüşmüşdür ........................................................................................................................................... 127

‣ Azərbaycan Prezidenti İlham Əliyevin nitqi .......................................................................................... 127

‣ Azərbaycan Milli Olimpiya komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan

Respublikası Prezidentinin Sərəncamı ................................................................................................... 129

‣ Pekində XIII Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilmişdir............................................. 130

‣ Pekində Paralimpiya Oyunlarının ilk günü Azərbaycan cüdoçusu bürünc medal qazanmışdır ............ 131

‣ Azərbaycan idmançılarının Pekin Yay Paralimpiya oyunlarında qazandıqları medalların sayı 6-ya

çatmışdır ................................................................................................................................................. 132

‣ Azərbaycan atleti Oluxan Musayev Pekin Paralimpiya oyunlarında komandamıza ikinci qızıl medalı

qazandırmışdır ........................................................................................................................................ 133

‣ Azərbaycan komandası Pekin Yay Paralimpiya oyunlarında 10-cu medalı qazanmışdır ..................... 134

‣ Azərbaycan yığması Pekin Yay Paralimpiya oyunlarını 38-ci pillədə başa vurmuşdur ........................ 135

‣ Paytaxt ictimaiyyəti Pekin Yay Paralimpiya oyunlarının medalçılarını böyük təntənə ilə qarşılamışdır

................................................................................................................................................................ 136

‣ Azərbaycan Prezidenti İlham Əliyev XIII Pekin Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən

idmançıları və onların məşqçilərini qəbul etmişdir ................................................................................ 137

‣ London - 2012 ....................................................................................................................................... 139

‣ Azərbaycan London Yay Olimpiya Oyunlarına dördüncü lisenziyanı qazanmışdır ............................. 139

‣ Azərbaycan idmançıları XXX Yay Olimpiya Oyunlarına hələlik 22 lisenziya qazanmışlar ................ 140

‣ Azərbaycan güləşçiləri London Yay Olimpiya Oyunlarına hazırlıq məqsədi ilə test turnirində iştirak

edəcəklər ................................................................................................................................................. 143

‣ Azərbaycan yığması London Yay Olimpiya Oyunlarının təsnifat turnirində ikinci yeri tutmuşdur ..... 144

‣ Londonda keçiriləcək XXX Yay Olimpiya oyunlarında iştirak edəcək. Azərbaycan nümayəndə heyətini

yolasalma mərasimi: Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir ........................ 145

‣ Prezident İlham Əliyevin nitqi ............................................................................................................... 145

‣ Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçirilən XXX

Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən

yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası

Prezidentinin Sərəncamı ......................................................................................................................... 152

‣ Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçirilən XIV

Yay Paralimpiya Oyunlarında Azərbaycan Respublikasının əlil idmançıları və onların məşqçiləri üçün

ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası

Prezidentinin Sərəncamı ......................................................................................................................... 153

‣ Böyük Britaniya və Şimali İrlandiya Krallığının paytaxtı London şəhərində keçirilən XXX Yay

Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək

nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Milli Olimpiya

Komitəsi Prezidentinin Sərəncamı ......................................................................................................... 154

‣ London Yay Olimpiya Oyunlarında Azərbaycanı 5 hakim təmsil edəcəkdir ......................................... 155

‣ Ağacan Abıyev: İdmançılarımız London Yay Olimpiya Oyunlarında Azərbaycan idman həvəskarlarını

və xalqını sevindirəcəklər ....................................................................................................................... 156

‣ Londondakı Olimpiya kəndində Azərbaycan bayrağı qaldırılmışdır ..................................................... 157

3

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

‣ Azərbaycan Prezidenti İlham Əliyev XXX Yay Olimpiya Oyunlarının keçiriləcəyi London şəhərinə

gəlmişdir ................................................................................................................................................. 158

‣ Londonda XXX Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi olmuşdur Azərbaycan Prezidenti

İlham Əliyev mərasimdə iştirak etmişdir ............................................................................................... 159

‣ Londonda XXX Yay Olimpiya Oyunları çərçivəsində “Azərbaycan günü” keçirilmişdir Azərbaycan

Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir .............................................................................. 160

‣ Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı ......................................................................................... 160

‣ Azərbaycanın ağır atleti Valentin Xristov London Yay Olimpiya Oyunlarında bürünc medal

qazanmışdır ............................................................................................................................................ 162

‣ Azərbaycan Londonda medallarının hesabını Olimpiadanın ikinci günü açdı ....................................... 163

‣ Azərbaycan güləşçisi Rövşən Bayramov London Yay Olimpiya Oyunlarının gümüş medalını

qazanmışdır ............................................................................................................................................ 164

‣ Azərbaycan güləşçisi Emin Əhmədov London Yay Olimpiya Oyunlarında bürünc medal qazanmışdır

................................................................................................................................................................ 165

‣ Azərbaycan boksçusu Teymur Məmmədov London Yay Olimpiya Oyunlarının bürünc medalını

qazanmışdır ............................................................................................................................................ 166

‣ Azərbaycan gimnastı Aliyə Qarayeva London Yay Olimpiya Oyunlarının əsas finalına yüksəlmişdir167

‣ Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov London Yay Olimpiya Oyunlarında bürünc medal

qazanmışdır ............................................................................................................................................ 168

‣ Əhsən sənə Toğrul! London Yay Olimpiya Oyunlarında Azərbaycana ilk qızıl medalı Toğrul Əsgərov

qazandırdı ............................................................................................................................................... 169

‣ Qoluna qüvvət Şərif! London Yay Olimpiya Oyunlarında Azərbaycana ikinci qızıl medalı güləşçimiz

Şərif Şərifov qazandırdı .......................................................................................................................... 170

‣ Azərbaycan XXX London Yay Olimpiya Oyunlarında 10 medal qazanmışdır .................................... 171

‣ Londonda XXX Yay Olimpiya oyunlarının bağlanış mərasimi keçirilmişdir ........................................ 172

‣ London Olimpiadasında Azərbaycanın möhtəşəm qələbəsi: 1 gündə 2 qızıl medal .............................. 173

‣ Zəhmət, etimad və məsuliyyət ................................................................................................................ 174

‣ Azərbaycanın olimpiya oyunlarında qazandığı uğurlarla hər bir soydaşımız fəxr etməlidir! ............... 178

‣ Azərbaycan olimpiyaçılarının tarixi nailiyyəti ....................................................................................... 182

‣ Azərbaycan yubiley Olimpiadasında böyük inamla möhtəşəm uğurlara imza atdı ................................ 185

‣ Olimpiya oyunlarında Azərbaycanın qazandığı möhtəşəm qələbələr ölkəmizin müstəqilliyinin

bəhrəsidir ................................................................................................................................................ 189

‣ XXX London Yay Olimpiadasında Azərbaycanın qazandığı uğurlar bu ölkədə idmanın yüksək

səviyyəsindən xəbər verir ....................................................................................................................... 192

‣ Azərbaycan idmançıları dünyanın ən güclülərindən olduqlarını bir daha sübut etdilər ......................... 195

‣ XXX London Yay Olimpiya Oyunlarında Azərbaycana parlaq qələbələr bəxş etmiş idmançılar və

onların məşqçiləri mükafatlandırılmışlar ................................................................................................ 197

‣ Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası

Prezidentinin Sərəncamı ......................................................................................................................... 198

‣ London Yay Olimpiya Oyunları bir daha sübut etdi ki, Azərbaycan sözün əsl mənasında idman

dövlətidir Azərbaycan Prezidenti İlham Əliyev XXX London Yay Olimpiya Oyunlarında iştirak etmiş

idmançılarla görüşmüşdür ...................................................................................................................... 199

‣ Prezident İlham Əliyevin nitqi .............................................................................................................. 199

‣ Azərbaycan: 4 qızıl, 5 gümüş, 3 bürünc medal və 165 ölkə arasında 27-ci yer ..................................... 203

‣ Prezident İlham Əliyev XIV London Paralimpiya Oyunlarında ölkəmizi təmsil etmiş idmançıları və

onların məşqçilərini qəbul etmişdir ........................................................................................................ 204

‣ Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası

Prezidentinin Sərəncamı ......................................................................................................................... 206

‣ QIŞ OLİMPİYA OYUNLARI ............................................................................................................... 207

‣ Nagano ................................................................................................................................................... 207

‣ Solt Leyk Siti ......................................................................................................................................... 208

‣ Turin 2006 ............................................................................................................................................. 209

‣ 85 ölkədən 2500 idmançı və 10 min jurnalist ......................................................................................... 209

‣ XX Qış Olimpiya Oyunları .................................................................................................................... 210

‣ Olimpiya kəndində görüş ....................................................................................................................... 211

‣ XX Qış Olimpiya Oyunları start götürdü ............................................................................................... 212

‣ Qış Olimpiya oyunları ............................................................................................................................ 213

4

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

‣ Turin 2006 - XX Qış Olimpiya oyunlarında medallar............................................................................ 215

‣ Vankuver -2010..................................................................................................................................... 216

‣ XXI Qış Olimpiya Oyunları barədə nə deyilir ...................................................................................... 216

‣ Qış Olimpiya Oyunlarında Azərbaycanı iki idmançı təmsil edəcəkdir .................................................. 219

‣ Bu gün XXI Qış Olimpiya Oyunları start götürür .................................................................................. 220

‣ Fevralın 12-də Vankuverdə Olimpiya kəndində Azərbaycanın bayrağı qaldırılacaqdır ....................... 221

‣ Vankuverdə Olimpiya məşəli yandırılmışdır ......................................................................................... 222

‣ Vankuver-2010-da .................................................................................................................................. 223

‣ Ev sahibləri rekord müəyyənləşdirdilər .................................................................................................. 224

‣ Olimpiya bayrağı Soçiyə təhvil verildi ................................................................................................... 225

‣ Çingiz Hüseynzadə: "Vankuverdə azarkeşlərin fəallığı özünü göstərdi" ............................................... 226

‣ Bu gün Vankuver-2010 Paralimpiya Oyunları start götürür .................................................................. 228

‣ XXX yay olimpiya oyunlarına hazırlıq haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı . 231

‣ Soçi – 2014 ............................................................................................................................................. 232

‣ Soçidə keçiriləcək “Olimpiada-2014” yarışlarında Azərbaycan fiqurlu konkisürənlərinin bütün rəqibləri

müəyyənləşmişdir ................................................................................................................................... 232

‣ Soçi Olimpiadası biletlərin satış sürəti üzrə rekord vurur ...................................................................... 233

‣ 26 noyabr 2014-cü ilSoçi Olimpiadasının iştirakçıları üzərində Çelyabinsk meteoritinin fraqmentləri

olan medallar alacaqlar ........................................................................................................................... 233

‣ Soçidə keçiriləcək XXII Qış Olimpiya Oyunlarında Azərbaycanı dörd idmançı təmsil edəcəkdir ...... 235

‣ Soçidə keçiriləcək “Olimpiada-2014” yarışlarında Azərbaycan fiqurlu konkisürənlərinin bütün rəqibləri

müəyyənləşmişdir ................................................................................................................................... 236

‣ Soçidə “Bakı-2015” Birinci Avropa Oyunlarının Təşkilat Komitəsi adından ziyafət verilmişdir ........ 237

‣ “Xalq qəzeti”.-2014.-11 fevral.-N 29.-S.3.Almaniya XXII Soçi Qış Olimpiya Oyunlarının medal

sıralamasında liderliyini davam etdirir ................................................................................................... 237

‣ 16 fevral 2014-cü il Fiqurlu konkisürmə üzrə Azərbaycan cütlüyü XXII Soçi Qış Olimpiya Oyunlarında

qısa proqramla çıxış etmişdir .................................................................................................................. 238

‣ Soçi Olimpiadası başa çatdı .................................................................................................................... 241

‣ Yeniyetmələrin 1-ci Yay Olimpiya Oyunları ..................................................................................... 243

‣ Azərbaycan idmançıları Yeniyetmələrin 1-ci Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Sinqapura

yola düşmüşlər ........................................................................................................................................ 243

‣ Sinqapurda yeniyetmələr arasında ilk olimpiadanın açılışı olmuşdur .................................................... 244

‣ Azərbaycan idmançıları Sinqapur Olimpiadasının ilk günündə 2 qızıl medal qazanmışlar .................. 245

‣ Azərbaycan idmançıları yeniyetmələr arasında Olimpiya oyunlarında beşinci qızıl medal qazanmışlar

................................................................................................................................................................ 246

‣ Gənclər arasında Olimpiadada komanda hesabında Azərbaycan yığma komandası yenə üçüncü yerdədir

................................................................................................................................................................ 247

‣ Azərbaycan kanoeçisi Sinqapur Olimpiadasında tarix yazdı radoslav kutsev 1/4 finala yüksəlmişdir .. 248

‣ Yeniyetmələrin I Yay Olimpiya Oyunları Azərbaycan idman tarixinin şanlı səhifəsinə çevrildi ......... 249

‣ Prezident İlham Əliyev Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirak etmiş

idmançıları və mütəxəssisləri qəbul etmişdir ......................................................................................... 250

‣ Azərbaycan idmançıları Ümumdünya Yay Xüsusi Olimpiya Oyunlarında 14 medal qazanmışlar ...... 253

‣ Bakı 2020-ci ilin Yay Olimpiadasının ev sahibi olmağa namizəddir ..................................................... 254

‣ Bakının 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etməsi üçün hazırlanmış sifariş kitabı

Beynəlxalq Olimpiya Komitəsinə təqdim olunacaqdır........................................................................... 255

‣ Bakının 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyi üçün 500 mindən çox imza toplanılmışdır 256

‣ Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bakının 2020-ci il Yay Olimpiya Oyunlarına dair

təqdimat etməsi bizim üçün böyük şərəfdir ............................................................................................ 257

‣ Moskvada "Bakı-2020" layihəsinin təqdimatı olmuşdur ........................................................................ 258

‣ Azərbaycan Avropa Olimpiya Oyunlarının hazırlığına başlayıb ........................................................... 260

‣ Azərbaycan Avropa Olimpiya Oyunlarını keçirməyə hazırdır ............................................................... 262

‣ Dövlətin olimpiya idmanları siyasəti ictimaiyyətin maraqlarını necə əks etdirir ................................. 264

‣ Azərbaycanda Olimpiya hərəkatının inkişafı tarixi prizmadan .............................................................. 266

‣ Olimpizm universal ictimai konsepsiyadır ............................................................................................. 272

‣ Yeniyetmələrin II Olimpiya Oyunlarına üç lisenziya ............................................................................. 275

5

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

V FƏSİL

Azərbaycan idmançılarının Olimpiya oyunlarında iştirakı

Olimpiya oyunlarının ənənələri

Qədim Yunanıstanda əsası qoyulmuş Olimpiya oyunlarının gözəl ənənələri var. Hələ ilk Olimpiya oyunları

zamanı atletlərin çıxışları mədəniyyət və incəsənət tədbirləri ilə müşayiət olunurdu. Bu yarışlar dövründə

natiqlər çıxışlar edir, şairlər şer oxuyur, musiqiçilər öz əsərlərini ifa edir, teatr tamaşaları göstərilirdi.

Olimpiya oyunlarının yenidən bərpasına nail olmuş Pyer de Kuberten 1906-cı ildə oyunlar dövründə

incəsənət müsabiqələrinin təşkili ideyasını ortaya atmışdı. 1912-1948-ci illərdə belə müsabiqələr bilavasitə

Olimpiya oyunlarının proqramlarına daxil edilmişdir. Müsabiqələrdə arxitektura, rəngkarlıq və heykəltəraşlıq

işləri, nümayiş etdirilir, bədii və musiqi əsərləri ifa olunurdu. Müsabiqə laureatlarının əsərləri Olimpiya

medalları ilə mükafatlandırılırdı. Bu gözəl ənənə bu gün də bir qədər başqa şəkildə olsa da davam etdirilir.

Müasir dövrdə Olimpiya Hərəkatı çərçivəsində vaxtaşırı müxtəlif incəsənət müsabiqələri, sərgiləri və başqa

tədbirlər keçirilir.

Beynəlxalq Olimpiya Komitəsinin mədəniyyət işləri ilə məşğul olan xüsusi qurumları vardır.

Azərbaycan Milli Olimpiya Komitəsi də öz fəaliyyətində mədəniyyət və incəsənət məsələlərinə geniş yer

vermişdir. 1997-ci ildən başlayaraq MOK-un nəzdində mədəniyyət komissiyası fəaliyyət göstərir.

1997-ci ildə Beynəlxalq Olimpiya Komitəsi uşaqlar arasında "Olimpiya oyunları uşaqların gözü ilə" adı

altında xüsusi müsabiqə təşkil etmişdi. Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə bu müsabiqədə Azərbaycanın

uşaq rəssamları 25 əsərlə iştirak etmişlər.

Beynəlxalq Olimpiya Komitəsinin Mədəniyyət Komissiyasının sədri Zhenlianq Henin Azərbaycan

Respublikası Milli Olimpiya Komitəsinə göndərdiyi məktubda azərbaycanlı uşaq rəssamlarının uğurundan

xəbər vermişdir.

Lozanna İncəsənət məktəbinin direktoru Perri Kellerin, Olimpiya medalçısı və rəssam cin Bleyzin,

Barselonalı Pedro D. Palakoisin, Beynəlxalq Olimpiya Komitəsinin Mədəniyyət Komissiyasının əlaqələndiricisi

və Olimpiya Muzeyinin kuratoru cin Françoyz Paundun daxil olduğu münsiflər heyəti 47 ölkədən göndərilmiş

1100 rəsm əsərini qiymətləndirmiş, onların içindən yaxşı işləri seçmişdir. Münsiflər heyətinin yekdil qərarı ilə

12-16 yaşlı uşaqların müsabiqəyə göndərdiyi rəsm əsərləri arasında Azərbaycan məktəblisi Çinarə

Məmmədovanın "Tennis yarışında" əsəri ən yaxşı iş kimi qiymətləndirilmiş və balaca Çinarə müsabiqənin

birinci mükafatını qazanmışdır.

9-11 yaşlı uşaqlar arasında müsabiqədə Bakı məktəblisi Saşa Dinetsin "Boks" tablosu ən yaxşı beş iş

sırasında yer tutmuşdur.

Gənc rəssamlara Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samarançın imzaladığı xüsusi

diplomlar göndərilmişdir.

Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Respublikanı müsabiqədə ləyaqətlə təmsil

etmiş uşaqların uğurunu xüsusi qeyd etmiş, İcraiyyə Komitəsinin iclasında onlara Milli Olimpiya Komitəsinin

hədiyyələrini təqdim etmişdir.

6

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

“Olimpiya oyunları” adı altında yarışlar

1922-ci ilin axırına yaxın bədən tərbiyəsi və idman işlərinə Azərbaycan Həmkarlar İttifaqları qoşuldu. Bu

təşkilat öz xətti ilə idman cəmiyyətləri yaradır, respublikada idmanın maddi-texniki bazasının qurulmasına

xüsusi yardım göstərirdi. 1923-cü ildə Azərbaycanda ilk idman qəzeti - "Qırmızı idmançı" çapdan çıxmağa

başladı. Elə həmin ildə Bakıda bədən tərbiyəsi müəllimləri hazırlayan məktəb açıldı. Məktəbdə idmanın

müxtəlif növlərini öyrədəcək müəllim və mütəxəssislər hazırlanırdı. Bu, respublika üçün idmanın ənənəvi olan

növləri ilə yanaşı digər növlərin də inkişafına təkan verdi. Məsələn, əgər 1920-ci ildə Azərbaycanda iki

basketbol cəmiyyəti vardısa 1924-cü ildə artıq 52 basketbol kollektivi təşkil edilmişdi, iki ildən sonra bu

kollektivlərin sayı 300-ə çatdırılmışdı. Elə bu illərdə Azərbaycan Neft Kimya İnstitutunda və Mərkəzi Bədən

Tərbiyəsi Evində boks dərnəkləri yaradılmışdı. Ölkədə tez-tez üzgüçülük, su polosu və suyatullanma növləri

üzrə idman yarışları, bayramları keçirilirdi. Güləş və ağır atletika klublarında xeyli idman həvəskarı məşq

edirdi. 1924-cü ildə Rza Baxşəliyev "Kustrud" adlanan güləş klubu yaratdı və burada fransız güləşi müasir

sərbəst güləş qrupu təşkil etdi. "Kustrud"un yetişdirmələri o zaman ölkəmizdə və onun hüdudlarından kənarda

məşhur olan pəhləvanlarla - Sali Süleyman, Rəşid Yusifov, Fyodor Margentanger, Andrey Lodz, Eldar Göyçaylı

və başqaları ilə güləşirdilər. "Kustrud"dan başqa, "Dinamo", "Temp", "Lokomotiv" və Mərkəzi Bədən Tərbiyəsi

Evi kimi idman cəmiyyətləri də fəaliyyət göstərirdi.

Ayrı-ayrı idman növləri üzrə yarışlardan başqa respublikada kompleks idman turnirləri də təşkil olunurdu.

Məsələn, çox maraqlı faktdır ki, 1925-ci ildə Bakıda "Olimpiya oyunları" adı altında yarışlar təşkil olundu Bu

olimpiadanın proqramına əsasən yüngül atletikanın müxtəlif növləri üzrə yarışlar daxil edilmişdi. Bu

Azərbaycanda Olimpiya oyunların nə qədər böyük maraq olduğunu, ümumdünya oyunlarına qoşulmaq imkanı

olmayan bir şəraitdə gənclər arasında olimpiya ideallarının təbliğ olunmasının əyani göstəricisidir.

7

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan idmançıları Olimpiya oyunlarında

Azərbaycan qədim idman ənənəsi olan ölkədir. Müasir Olimpiya oyunlarının başlandığı ilk dövrlərdə, daha

dəqiq desək, ötən əsrin əvvəllərində Azərbaycan paytaxtı, dünyanın ən böyük neft şəhəri olan Bakıda da idman

sürətlə inkişaf edirdi. Şəhərdə güləş, yüngül atletika, futbol, su idmanı növləri, gimnastika ilə məşğul olan xeyli

klublar yaranmışdır. O dövrdə ölkə Rusiyanın tərkibində idi və onun idmançılarının olimpiadalarda iştirakı

bilavasitə Rusiyadan asılı idi. 1912-ci ildə keçirilmiş Olimpiya oyunlarına Rusiya da qatılmışdır. Həmin

oyunlarda Rusiya komandasının tərkibində 178 idmançı vardı. Bu atletlər arasında Azərbaycan idmançısının

olub-olmaması araşdırmalar tələb edir. Azərbaycanda güləşin və bir sıra başqa idman növlərinin inkişaf tarixi

nəzərə alınarsa müəyyən ehtimalla demək olar ki, hələ 1912-ci il Olimpiya oyunlarında Rusiya komandasının

tərkibində ölkəmizdən idmançılar ola bilərdi. Lakin bu fərziyyənin nə dərəcəsində doğruluğu haqqında fikir

söyləmək çətindir. 1916-cı ilin Olimpiya oyunlarının keçirilməsinə dünya müharibəsi mane oldu.

1920-ci ildə Azərbaycan müstəqillik qazansa da, onu uzun müddət qoruyub saxlaya bilmədi. Azərbaycanda

sovet hakimiyyəti quruldu. Ölkə SSRİ-nin tərkibinə daxil edildi.

1951-ci ildə SSRİ-nin Olimpiya Komitəsi yarandı. 1952-ci ildə isə SSRİ Olimpiya oyunlarında iştirak etdi.

Məhz bu dövrdən başlayaraq, yəni 1952-1992-ci illərdə SSRİ yığma komandasının tərkibində Azərbaycan

idmançıları da Olimpiya oyunlarında iştirak etmişlər. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdi. Lakin

ölkə Milli Olimpiya Komitəsi 1992-ci ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən hələ tanınmadığına görə

Azərbaycan idmançıları Müstəqil Dövlətlər Birliyi adlanan qurumun birləşmiş komandası tərkibində Barselona

Olimpiadasında iştirak etdi. 1996-cı il isə Azərbaycan Olimpiya Hərəkatı tarixinə ölkənin ilk dəfə müstəqil

dövlət kimi Olimpiya oyunlarında iştirakı ilə yazılmışdır. Beləliklə, qeyd olunanlara, hələlik məlum faktlara

istinadla demək olar ki, Azərbaycan idmançılarının Olimpiya oyunlarında ilk iştirakı 1952-ci ildən başlanır.

Ümumiyyətlə götürdükdə isə Azərbaycanın Olimpiya oyunlarında iştirakını belə dövrləşdirmək olar:

- Azərbaycan idmançılarının SSRİ-nin yığma komandası tərkibində Olimpiya oyunlarında iştirakı (1952-

1988);

- Azərbaycan idmançılarının Müstəqil Dövlətlər Birliyinin komandası tərkibində Olimpiya oyunlarında

iştirakı (1992);

- Müstəqil Azərbaycanın Olimpiya oyunlarında iştirakı (1992-dən sonrakı dövr).

8

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Olimpiya oyunlarında nə vaxtdan iştirak edirik

Müasir Olimpiya oyunlarının başlandığı 1896-cı ildən bəri 27 Yay və 19 Qış Olimpiya oyunları keçirilib.

Azərbaycan idmançıları Yay Olimpiya oyunlarında ilk dəfə SSRİ yığma komandasının tərkibində 1952-ci ildə

Helsinkidə keçirilən XV Yay Olimpiya Oyunlarında iştirak etmişlər. Həmin olimpiadada respublikamız 5

idmançı ilə təmsil olunmuşdur. Azərbaycan pəhləvanı Rəşid Məmmədbəyov 52 kq çəki dərəcəsində sərbəst

üsulla güləş yarışlarında 2-ci yeri tutaraq gümüş medal qazanmışdır. Bu, Azərbaycan idmançılarının ilk

olimpiya medalı idi. SSRİ tərkibində Yay Olimpiya oyunlarına qatılan Azərbaycan idmançıları bütün

olimpiadalarda uğur qazanmışlar.

1956-cı ildə Melburn Yay Olimpiya Oyunlarında respublikamızı təmsil edən yeganə idmançı Yuri

Konavalov 4.200 m məsafəyə estafet qaçışında ikinci yeri tutaraq gümüş medal qazanmışdır. 0, Roma Olimpiya

Oyunlarında da gümüş nəticə göstərmişdir. Bu olimpiadada iştirak edən digər idmançımız - voterpolçu Yevgeni

Saltsin də Bakıya gümüş medalla dönmüşdür.

1964-cü ildə Tokioda keçirilən XVIII Yay Olimpiya Oyunlarında Azərbaycandan 6 idmançı - 2 güləşçi, 2

voterpolçu, 1 voleybolçu və 1 beşnövlü iştirak etmişlər. Onların beşi medala layiq nəticə göstərmişdir,

Beşnövçü Viktor Mineyev qızıl, voleybolçu İnna Rıskal isə gümüş medal əldə etmişlər. Voterpolçularımız

Zenon Bortkeviç və Nikolay Kuznetsov, güləşçi Aydın İbrahimov bürünc medala sahib olmuşlar.

1968-ci ildə Mexikoda düzənlənmiş XIX Yay Olimpiya Oyunlarına respublikamızın 3 idmançısı -

voleybolçular İnna Rıskal,

Vera Lantratova və suyatulanan Nadejda Karpuxina qatılmışlar. Voleybolçularımız vətənə qızıl medalla

dönmüşlər.

1972-ci ildə XX Olimpiya Oyunlarında da respublikamız 3 idmançı ilə təmsil olunmuşdur. İnna Rıskal

ikinci dəfə Olimpiya çempionu adını qazanmış, yüngül atletimiz isə Aleksandr Kornelyuk 100 m məsafəyə

qaçışda Avropa rekordunu təzələyərək, gümüş medala sahib olmuşdur.

Kanadanın Monreal şəhərində keçirilən XXI Olimpiya Oyunlarında bakılı həndbolçular Rəfiqə Şabanova və

Lyüdmila Şubina mübarizə apararaq, Olimpiya çempionu olmuşlar, voleybolçu İnna Rıskal isə gümüş nəticə

göstərmişdir.

1980-ci ildə Moskvada, XXII Yay Olimpiya Oyunlarında 5 idmançımız uğurla çıxış etmişlər.

Həndbolçumuz Larisa Savkina Olimpiya çempionu olmuş, avarçəkənlərimiz Vasili Yakuşa, Viktor Pereverzev

və Gennadi Kryuçkin gümüş, otüstü hokkeyçimiz Tamara Şviqanova bürünc medal qazanmışlar.

1988-ci ilin Seul Olimpiadasında SSRİ nümayəndə heyətinin tərkibində çıxış edən Azərbaycan rekord sayda

-18 idmançı ilə təmsil olunmuşdur. Onların 2-si qılıncoynadan, 2-si güləşçi, 1-i futbolçu, 1-i stend atıcısı, 1-i

həndbolçu, və 11-i avarçəkən idi. Qılıncoynadanlar İlqar Məmmədov və Yuri Koretski, futbolçu İqor

Ponamaryov qızıl, avarçəkən Aleksandr Lukyanov gümüş, həndbolçu Elina Quseva və avarçəkən Vasili Yakuşa

isə bürünc medal qazanmışlar.

Azərbaycan müstəqil ölkə kimi ilk dəfə 1992-ci ildə XXV Yay Olimpiya Oyunlarında təmsil olunmuşdur.

MDB tərkibində iki idmançımız Nazim Hüseynov və Valeri Belenki olimpiadanın çempionu adına layiq

görülmüşlər.

1996-cı ildə Azərbaycan Olimpiya Oyunlarına artıq müstəqil ölkə kimi qatılmışdır. Atlanta Oyunlarında 23

idmançımız iştirak etmişdir. Sərbəst üsulla güləşən Namiq Abdullayev olimpiadanın gümüş medalını

qazanmışdır.

İki il əvvəl Sidney Olimpiya Oyunlarında ölkəmiz 31 idmançı ilə təmsil olunmuş və idmançılarımız daha

böyük uğur əldə etmişlər. Zemfira Meftahətdinova və Namiq Abdullayev fəxri kürsünün ən yüksək pilləsinə

qalxmış, Vüqar Ələkbərov isə bürünc medala layiq görülmüşdür.

9

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycanın Olimpiya mükafatçıları milli sərvətimizdir!

Ölkəmizin müstəqil komanda şəklində təmsil olunduğu sayca beşinci Yay Olimpiya Oyunları da

tarixə çevrildi. İndi 16 il ərzində keçilmiş yola nəzər salıb uğurlarımızı, qazandıqları medallarla həm öz

adlarını olimpiadaların qəhrəmanları siyahısına yazdıran, həm də beynəlxalq dairələrdə Azərbaycan

idmanının şöhrətini daha da artıran qalib idmançılarımızı bir daha onlara dərin minnətdarlıq hissi ilə

xatırlamaq olar.

Atlanta - 1996. Azərbaycan özünün elə ilk Olimpiadasında medallarının hesabını ABŞ-ın bu şəhərində

açmışdır. Sərbəst üsulla güləşən Namiq Abdullayev yalnız final görüşündə gərgin mübarizədən sonra hesabda

kiçik fərqlə uduzaraq çıxışlarını fəxri kürsünün ikinci pilləsində başa vurmuş və XXVI Yay Olimpiya

Oyunlarının gümüş mükafatçısı olmuşdur.

Olimpiyaçılarımız vətənə qayıtdıqdan sonra isə respublikamıza rəhbərlik etdiyi bütün illər ərzində

Azərbaycan idmanının və idmançılarının ən yaxın dostu olmuş ulu öndər Heydər Əliyev Namiqin gümüş

medalının əhəmiyyətini çox yüksək qiymətləndirərək onu qızıla bərabər tutmuşdur. Olimpiya oyunlarında ilk

medalımız Azərbaycana hədsiz sevinc gətirmiş, onun sahibi böyük rəğbətlə qarşılanmışdı. Bu qələbə ölkənin

hər yerində əsl toy-bayrama çevrilmişdi.

Sidney - 2000. Namiq Abdullayev dörd il əvvəl okeanın o tayında itirdiyi qızılı Avstraliyada tapdı. Bu

dəfə güləşçimiz bütün rəqiblərinə qalib gəldi və nəhəng idman sarayında onun böyük qələbəsi şərəfinə

Azərbaycanın dövlət himni səsləndirildi, milli bayrağımız ən yüksəyə ucaldıldı. Bununla da idman tariximizə ən

görkəmli şəxsiyyətlərdən biri kimi düşmüş Abdullayev Olimpiya oyunlarının ikiqat qəhrəmanı oldu. Ardıcıl iki

Olimpiadada gümüş və qızıl medallar ona bütün dünyada böyük şöhrət qazandırdı. Yeri gəlmişkən, indiyə qədər

Olimpiya oyunlarında Azərbaycan idmançılarının ən böyük nailiyyətlərinin də müəllifi məhz Namiq

Abdullayevdir.

Həmin Olimpiadada ölkəmizə daha bir qızıl medalın sevincini isə stend atıcılığı yarışlarında Zemfira

Meftahətdinova yaşatdı. O da bütün rəqiblərindən üstün ustalıq nümayiş etdirib Olimpiya oyunlarının çempionu

olması münasibətilə fəxri kürsünün zirvəsinə dəvət olundu.

Sidneydə fərqlənən daha bir Azərbaycan idmançısı isə boksçu Vüqar Ələkbərov idi. Rinq ustamız öz

çəki dərəcəsində üçüncü yeri tutub bürünc medala sahib olmaqla müstəqil ölkəmizə Olimpiya oyunlarının boks

yarışlarında ilk mükafat qazandırdı. Burada qeyd etmək yerinə düşər ki, Ələkbərovun həmin

müvəffəqiyyətindən sonra Azərbaycan boksçuları heç bir Olimpiadadan mükafatsız qayıtmamışlar. Yaxşı

ənənədir!

Afina - 2004. Müasir Olimpiya oyunlarının vətəni Yunanıstanın baş şəhərində keçirilən XXVIII

Olimpiya Oyunlarında beş həmvətənimizə medal təqdim olundu. Onların arasında ən böyük müvəffəqiyyəti

Fərid Mansurov qazandı. O, yunan-Roma üsulu ilə güləşənlərin turnirində bütün rəqiblərini məğlubiyyətlə

barışmağa məcbur edib güləşin bu növündə müstəqil Azərbaycan Respublikasının ilk Olimpiya çempionu adını

daşımağa başladı.

Yunanıstan paytaxtında startlar həmçinin dörd bürünc medalla yadda qalmışdır. İlk növbədə

Meftahətdinovanın müvəffəqiyyətini qeyd edək. Stend atıcımız bu dəfə çempionluq zirvəsinə yüksələ bilməsə

də, o da Namiq Abdullayev kimi ardıcıl iki Olimpiadada fəxri kürsüyə qalxmış və Olimpiya oyunlarının ikiqat

mükafatçısıdır. Zemfiranın qızıl və bürünc olimpiya medalları onun dünya və Avropa çempionatlarında,

mötəbər beynəlxalq yarışlarda qazandığı çoxsaylı mükafatlar kolleksiyasında xüsusi yer tutur.

Güllə atıcısı İradə Aşumova da Afinadan bürünc medalla qayıtdı. Bir Olimpiadada iki qadın

idmançımızın mükafatçılar sırasında yer tutması onların əzmkarlığının və yüksək ustalığının bəhrəsi idi.

XXVIII Olimpiya Oyunlarından ölkəmizə daha iki bürünc medalla qayıdanlar isə boks üzrə ilk azərbaycanlı

dünya çempionu Ağası Məmmədov və Fuad Aslanov oldular.

Pekin - 2008. Çin Xalq Respublikasının paytaxtında XXIX Olimpiadada Azərbaycan idmançıları

arasında baş rolu cüdoçu Elnur Məmmədli oynamışdır. Tatami ustamız rəqiblərinə aman verməmiş, onların hər

birini görüşlərin lap əvvəlində məharətlə yerinə yetirdiyi ippon fəndi ilə çıxılmaz vəziyyətə salmışdır. Elnurun

qələbəsindən sonra idmançılarımızın olimpiadalarda qazandıqları qızıl medalların sayı 4-ə çatmışdır. Namiq

Abdullayev, Zemfira Meftahətdinova və Fərid Mansurovdan sonra Elnur Məmmədli də qızıl qazanmağı,

olimpiya fəxri kürsüsünün zirvəsini fəth etməyi bacarmışdır.

İki min səkkizinci ilin səkkizinci ayının səkkizinci günü başlanan Pekin Olimpiadasında Azərbaycanın

daha iki idmançısı finalın iştirakçısı olmuşdur. "Klassiklər" Rövşən Bayramov və Vitali Rəhimov yalnız

həlledici görüşlərdə uduzub gümüş medalçılar sırasında yer tutmuşlar.

10

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Mariya Stadnik və Xetaq Qazyumov da güləş yığmamızdakı komanda yoldaşları Bayramov və Rəhimov

kimi fəxri kürsüyə yüksəldilər, Oyunların bürünc mükafatçıları oldular. Bu Olimpiadada daha iki gümüş medalı

isə Şahin İmranov rinqdə və Mövlud Mirəliyev tatami üzərində qazandılar.

Beləliklə, Olimpiada - 2008-də təmsilçilərimiz arasında ən böyük müvəffəqiyyətə cüdoçular nail oldular - 1

qızıl, 1 bürünc medal. Güləş ustalarımızdan heç kim bu dəfə çempionluq zirvəsinə yüksələ bilməsə də, 4

mükafat - 2 gümüş və 2 bürünc medal da bizə böyük sevinc gətirdi. Azərbaycan güləşçiləri buna qədər heç vaxt

Olimpiya oyunlarında bu qədər çox mükafat qazana bilməmişdilər. Pekində isə onların uğurları şərəfinə dörd

dəfə milli bayrağımız qaliblərin mükafatlandırılması mərasimində yüksəyə qaldırıldı. Şahin İmranov da öz

növbəsində bürünc medal qazanmaqla boksçularımızın olimpiadalarda ənənəsini davam etdirərək Azərbaycanın

dəri əlcək ustalarının mükafatlarının sayını 4-ə çatdırdı.

Pekin sınaqlarında idmançılarımız həm də Olimpiadadan Olimpiadaya öz medallarının sayını iki

mükafat artırmaq ənənəsini davam etdirdilər. Bu səbəbdən də çoxlarımız növbəti, XXX Olimpiya Oyunları

ərəfəsində, bəlkə də, bu ənənənin pozulmamasına, bu dəfə doqquz medal qazanılmasına etiraz etməzdik.

London - 2012. Yaxşı ki, ənənə pozuldu. Azərbaycan Pekin Olimpiadası ilə müqayisədə iki yox, üç

medal çox qazandı və ölkəmizə birdən-birə 10 mükafat gətirildi. Bu nailiyyətdə ən böyük pay sahibləri isə

güləşçilər oldular. Əgər xalça ustalarımız Atlanta, Sidney, Afina və Pekində üst-üstə yeddi medala

sevinmişdilərsə, İngiltərə paytaxtında təkcə bir Olimpiadada yeddi dəfə fəxri kürsüyə dəvət olundular. Bu isə o

deməkdir ki, Azərbaycan güləşçilərinin artıq 14 olimpiya mükafatı vardır. Olimpiadalarda qazandığımız

medalların yarıdan çoxu güləş məktəbi yetirmələrimizin payına düşür.

Yubiley Olimpiadasının azərbaycanlı qızıl güləşçiləri Toğrul Əsgərov və Şərif Şərifovun idman hünəri

haqqında çox deyilib, çox yazılıb və bu barədə söhbətlər hələ də davam etməkdədir. Əgər mütəxəssislər,

şərhçilər, icmalçılar, sadəcə güləş pərəstişkarları təcrübəli və təbii ki, daha çox çətin sınaqlardan çıxmış, dünya

çempionu adı daşıyan Şərifovun qələbəsini qanunauyğun bir hal kimi qiymətləndirirlərsə, hələ çox gənc,

qarşıdakı sentyabrda yalnız 20 yaşı tamam olacaq Əsgərovun çempionluğundan heyrətə gəldiklərini gizlətmir,

Toğrulu Olimpiadanın ən böyük kəşflərindən, sürprizlərindən biri adlandırır və bu zaman onun yüksək

ustalığına heyran qaldıqlarını bildirirlər. Doğrudan da, güləş məşğələlərində ilk addımlarını doğma Gəncədə

atmış və böyük əzmkarlığı sayəsində sərbəst güləşin incəliklərinə dərindən yiyələnmiş gənc olimpiya

çempionumuz güləş aləmini, o cümlədən finalda göz açmağa imkan vermədiyi rusiyalı dördqat dünya çempionu

Besik Kuduxovu təəcübləndirməyi bacarmışdır.

Final görüşündən sonra Kuduxovun öz ölkəsinin müxbirlərinə söylədiyi bir fikrə diqqət yetirək: "Mən

yalnız qızıl medal qazanmaq əzmində idim. Finala aparan yolda bütün ciddi rəqiblərimi keçdim. Azərbaycanlı

ilə heç vaxt güləşməmişdim və düşünmürdüm ki, o, mənə çətin anlar yaşadacaq. O isə xalça üzərinə çıxdı və

dərhal hücum etməyə başladı. Mən görüşü taktiki cəhətdən bir qədər düzgün qurmamışdım. Görüşdən-görüşə

daha yaxşı güləşirdim. Finalda isə nə üçün belə olduğunu bilmirəm..."

İndi isə Toğrul Əsgərovu London Olimpiya Oyunlarının 15 sürprizi sırasına daxil etmiş Rusiyanın

cempionat.com portalındakı qeydləri nəzərdən keçirək:

"Rusiyalı azarkeşlərin ürəyini göynədən daha bir sürpriz Toğrul Əsgərov bu il Avropa çempionu olmuş,

iki il əvvəl isə Moskvada dünya çempionatında gümüş medal qazanmışdır. Düzdür, o zaman o, başqa çəki

dərəcəsində çıxış edirdi, indi isə Besik Kuduxovla bir çəkidə idi. Kuduxovla müqayisədə onun bütün

nailiyyətləri kölgədə qalırdı. Rusiyalı dörd dəfə dünya çempionatlarında qalib gəlmişdi və finalda aşkar favorit

hesab olunurdu. Amma 19 yaşlı azərbaycanlıya uduzdu".

Həqiqətən də, Toğrul hamıya sübut etdi ki, əgər Olimpiada sınaqlarını tam hazırlıqla qarşılayırsansa, adsanından

asılı olmayaraq, bütün rəqiblərə, hətta səndən çox təcrübəli olan və güləş xalçası üzərində böyük

qələbələri ilə dərin iz buraxmış dörd dəfə dünya çempionuna da qalib gəlmək olar.

XXX Yay Olimpiya Oyunlarının sərbəst güləş yarışlarında yeddi çəki dərəcəsindən ikisində hamıdan

güclü olmuş Toğrul Əsgərov və Şərif Şərifov kimi, gümüş mükafatçılar Rövşən Bayramov və Mariya Stadnik,

bürünc medalların sahibləri Emin Əhmədov, Xetaq Qazyumov və Yuliya Ratkeviç, habelə ağırlıqqaldıran

Valentin Xristov, boksçular Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov da onlara göstərilən etimadı

doğrultdular və Londonda Azərbaycan olimpiyaçılarının hesabına 10 medal yazıldı. Bununla da müstəqil

Azərbaycan Respublikası idmançılarının beş Olimpiadada qazandıqları medalların ümumi sayı 26-ya çatmışdır.

Bizə böyük qürur hissi yaşadan bu medalların hər bir sahibi Azərbaycanın fəxri, milli sərvətimizdir.

Onlar Olimpiya oyunları kimi ən böyük idman yarışında, son dərəcə kəskin rəqabətdə əsl fədakarlıq və

qəhrəmanlıq nümunəsi göstərmiş, zirvəyə aparan yolda çox zəhmət çəkmiş və buna mükafat olaraq bütün

xalqımızın hüsn-rəğbətini qazanmışlar. Axı Olimpiya oyunlarının çempionu və mükafatçısı olmaq dünya

idmançılarının ən ali məclisində iştirak etmək hüququ qazanan hər idmançının işi deyil.

İyulun 3-də XXX Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətini Heydər

Əliyev Mərkəzində Londona yolasalma mərasimində dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin

11

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

prezidenti cənab İlham Əliyev öz nitqində demişdi: "Azərbaycan dövlətində idmançılara çox böyük hörmət

vardır. Bu hörməti idmançılarımız həm öz qələbələri, həm də cəmiyyətdə olan fəaliyyətləri ilə qazanmışlar".

Medallara, fəxri kürsüyə aparan yolda çəkilən zəhmət bəhrəsiz qalmır. Qaliblərin hər bir medalı əsl

qəhrəmanlıq nümunəsidir. Bu medallar onları bütün ölkənin sevimlisinə çevirir.

Bu gün xüsusilə fərəhlidir ki, Azərbaycan özünün təkcə olimpiya çempionları və mükafatçıları ilə deyil,

həm də olimpiadalarda ölkə hakimlik məktəbinin zəngin ənənələrini layiqincə davam etdirən mütəxəssislərlə də

fəxr edir. Londonda güləş yarışları zamanı təmsilçilərimiz, olimpiya kateqoriyalı hakimlər Hicran Şərifov və

Əjdər Cəfərovu tez-tez xalça üzərində görür və işlərini dəqiq, yüksək səviyyədə yerinə yetirmələrinin şahidi

olurduq. Hicran müəllimin Beynəlxalq Güləş Federasiyası (FİLA) tərəfindən XXX Yay Olimpiya Oyunlarının

ən yaxşı üç hakimindən biri seçilib "Qızıl fit"ə layiq görülməsi Azərbaycanın idman ictimaiyyəti üçün

qürurverici hadisə idi.

Olimpiada - 2012-də daha bir hakimimizə yüksək etimad göstərilmişdir. Rövşən Hüseynov rinqdə

səkkiz döyüşün hakimi olmuş, o cümlədən 52 kq-dək çəki dərəcəsində Robeysi Ramires Karrasan (Kuba) ilə

Tuqstsoqt Nyambayar (Monqolustan) arasında keçirilmiş final görüşündə hakimlik etmişdir.

Göründüyü kimi, Azərbaycan idmançıları ilə yanaşı, onların həmvətənləri olan hakimlər də ölkəmizin

Olimpiya hərəkatı tarixinə yaddaqalan səhifələr yazırlar. Qarşıda isə onları dörd ildən sonra Rio-de-Janeyroda

(Braziliya) keçiriləcək XXXI Yay Olimpiya Oyunları və şübhəsiz ki, yeni-yeni medal və mükafatlar gözləyir.

Londonda əldə olunmuş böyük uğurlar təmsilçilərimizi Pelenin vətənində növbəti qələbələrə ruhlandıracaq.

Oqtay BAYRAMOV.

“Xalq qəzeti”.-2012.-15 avqust.-N 184.-S.3.

12

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

YAY OLİMPİYA OYUNLARI

Barselona – 1992

Barselona (İspaniya) – 25 iyul – 01 avqust 1992-ci il

İştirak etmiş ölkələrin sayı -169 Yarışların sayı - 257 İdmançıların sayı - 9367 (6659 - kişi, 2708 - qadın)

1992-ci ildə keçiriləcək 25-ci Yay Olimpiya Oyunları ərəfəsində dünyanın siyasi xəritəsi dəyişdi. 1991-ci

ilin sonunda SSRİ dağıldı. Onun tərkibinə daxil olan respublikalar müstəqillik qazandılar. Bu dövlətlərin

növbəti Olimpiadada iştirakı məsələsi Beynəlxalq Olimpiya Komitəsini problem qarşısında qoydu. Suverenlik

əldə etmiş respublikalar öz olimpiya komitələrini yaratsalar da, 1992-ci ildə BOK bu komitələrdən çoxunu

tanımırdı. Bununla yanaşı, başqa bir problem də hökm sürürdü. Yeni yaranmış müstəqil dövlətlərin idmançıları

lisenziya yarışlarında öz ölkələrinin bayrağı altında çıxış etməmişdilər. Dünya və Avropa çempionatlarında,

lisenziya yarışlarında SSRİ-nin yığma komandası çıxış etmişdi. Beləliklə, müstəqil dövlətlərin böyük

əksəriyyəti Olimpiya Oyunlarında sərbəst iştirak etmək hüququna malik deyildi. Buna görə də, Müstəqil

Dövlətlər Birliyinin komandasının Olimpiya Oyunlarına buraxılması qərara alındı. Bu yığma komanda

Barselonada BOK-un bayrağı altında çıxış etdi. MDB-nin himni və bayrağı olmadığından komanda yarışlarının

qaliblərinin mükafatlandırılması zamanı BOK-un, şəxsi yarışlarda isə idmançının təmsil etdiyi ölkənin

bayrağının qaldırılması qərarı qəbul edildi.

Barselonada MDB ölkələrini təmsil edəcək yığma komandanın formalaşdırılması da böyük mübahisələr

doğururdu. Məsələn, cüdoda yığma komandanın məşqçiləri 60 kq çəkidə 1991-ci il MDB çempionatının qalibi

gürcü G. Vaziqaşvilini komanda heyətinə daxil etmək istəyirdilər. Azərbaycan idmançısı Nazim Hüseynov isə

həmin ilin Avropa birincisi idi. Uzun mübahisələrdən sonra yoxlama görüşü keçirildi. Hakimlər üstünlüyü

Azərbaycan cüdoçusuna verdilər.

Barselona Olimpiadasının 1992-ci il iyulun 25-də keçirilən açılış mərasimində MDB ölkələrinin ümumi

komandası BOK bayrağı və birlik üzvü olan respublikaların 12 bayrağı ilə stadiona daxil oldu. Üçrəngli

Azərbaycan bayrağı altında 5 idmançı - Nazim Hüseynov (cüdo), Valeri Belenki (gimnastika), İlqar Məmmədov

(qılıncoynatma), Valeri Timoxin (stend atıcılığı), Valentina Popova (tennis) gedirdi.

İdmançılarımız arasında ilk qızılı Nazim Hüseynov qazandı. Bu, Azərbaycan idmanının tarixində əlamətdar

bir hadisə idi. İlk dəfə dünyanın ən mötəbər idman yarışında Azərbaycan bayrağı qaldırıldı və müstəqil

dövlətimizin himni səsləndi.

Azərbaycan qılıncoynadanı İlqar Məmmədov Seul Olimpiadasının qalibi idi. Dörd il əvvəl o, komanda

yarışlarında olimpiya qızılını qazanmış, şəxsi birincilikdə isə 10-cu yeri tutmuşdu. Barselonada İlqar medal

qazanmasa da, şəxsi birincilikdəki nailiyyətini yaxşılaşdıraraq 5-ci nəticəni göstərdi.

Azərbaycan gimnastı Valeri Belenki komanda yarışında Olimpiya qızılını aldı. İdmançımız şəxsi

birincilikdə daha bir medal - bürünc medal qazandı.

13

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Atlanta – 1996

XXVI Yay Olimpiya Oyunlarına hazırlıq

Olimpiya Hərəkatında, Olimpiya Oyunlarında Azərbaycanın layiqincə təmsil olunması üçün ölkə başçısı

Atlanta Oyunlarına hazırlıqla bağlı xüsusi sərəncam verdi.

1995-ci ilin martında Prezident Azərbaycan Respublikası idmançılarının təltif edilməsi haqqında fərman

imzaladı. Bu fərmanla olimpiya çempionu Nazim Hüseynov "Şöhrət" ordeni, daha on iki nəfər isə "Tərəqqi"

ordeni ilə təltif olundu. Elə həmin ayda Əl Oyunları sarayında Prezidentin iştirakı ilə idman oyunlarına baxış

keçirildi. Azərbaycan Prezidenti bu tədbirdə çıxış etdi. Ölkə başçısı çıxışında ölkənin idman ənənələrindən

danışdı, idmanın daha da inkişaf etdirilməsi üçün tövsiyələrini verərək dedi: "İndi müstəqil Azərbaycanda

idmanın inkişafı üçün, bədən tərbiyəsinin geniş yayılması üçün daha çox imkan yaradılmışdır. Bu imkanlardan

Azərbaycan vətəndaşları səmərəli istifadə etməlidirlər. …Biz indi müstəqil bir dövlət kimi, dünya miqyasında

keçirilən bütün ictimai, mədəni, siyasi tədbirlərdə iştirak edirik və bu baxımdan Azərbaycan idmançılarının

müxtəlif beynəlxalq idman yarışlarında iştirak etməsi respublikamız üçün çox əhəmiyyətlidir."

Azərbaycan Respublikasının Prezidenti ölkə həyatının müxtəlif sahələrində əldə olunmuş nailiyyətlər

cərgəsində idman nailiyyətlərinin öz dəyəri olduğunu daim qeyd etmişdir. 1995-ci ilin dekabrında beynəlxalq

yarışlarda yüksək nailiyyətlər qazanmış idmançılarla görüşündə Heydər Əliyev bu məsələ ilə bağlı demişdir:

"Ötən illərdə bizim itkilərimiz çox olmuşdur. Ancaq nailiyyətlərimiz də az deyildir. Bu nailiyyətlər içərisində

idman sahəsində, beynəlxalq yarışlarda əldə olunan nailiyyətlər çox qiymətlidir. Onların qiyməti Azərbaycan

xalqının təkcə fiziki cəhətdən yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirməkdən ibarət deyildir, həm

də müstəqil Azərbaycan Respublikasının dünyada tanıtdırmaqdan ibarətdir."

Ölkəni tanıtdıra biləcək idmançıların yetişdirilməsinin müxtəlif amillərdən asılı olduğunu qeyd edən dövlət

başçısı bu işi yalnız idmançı və məşqçinin əməyi, səyi ilə bağlamaq istəyənlərlə, Azərbaycanda idman

ənənəsinin olmamasına istinad edənlərlə, ölkədə bu və ya digər idman növünün inkişaf etdirilməsinin qeyrimümkün

sayanlarla heç vaxt razılaşmamışdır. O, çıxışlarından birində demişdir: " Çox narahat olurdum ki, niyə

bizim idmançılar yüksək adlar ala bilmirlər Bizə cürbəcür izahatlar verirdilər. Bəzi adamlar hətta belə hesab

edirdilər ki, guya Azərbaycan xalqının, Azərbaycan millətinin idman ənənəsi zəngin olmadığına görə, böyük

olmadığına görə və onun böyük tarixi olmadığına görə bizim azərbaycanlılar bu yüksək adları ala bilmirlər.

Bəzən belə deyirdilər ki, məsələn, güləşdə bizim azərbaycanlılar müəyyən bir çempion adı ala bilərlər, amma

başqa idman növlərində ala bilmirlər.

Düzü, o illər mən bu fikirlərlə daxilən razı olmurdum və açıq da deyirdim ki, bunlar doğru fikirlər deyildir.

Bizim xalqımız, millətimiz fiziki cəhətdən, genetik cəhətdən çox sağlam xalqdır, çox sağlam millətdir. Buna

görə də ola bilməz ki, bizim idmançılar yüksək nailiyyətlər qazana bilməsinlər."

Azərbaycanda müxtəlif idman növlərinin inkişaf etdirilməsinin bir yolunu da başqa ölkələrin idman

təcrübəsindən bəhrələnməkdə, idman sahəsində beynəlxalq əlaqələrin gücləndirilməsində, məşhur idmançıların

və idman xadimlərinin, idman təşkilatlarının rəhbərlərinin ölkəmizə xoş münasibətinin yaranmasında görən

Heydər Əliyev özü bu istiqamətdə daim iş görmüşdür. Ölkə müxtəlif problemlərin burulğanında olan dövrlərdə

belə, o, idmanın inkişafı ilə bağlı məsələlərə kifayət qədər vaxt ayırmış, konkret işlərin görülməsi üçün göstəriş

və tövsiyələrini vermişdir.

Azərbaycan Milli Yığma komandalarının

XXVI Yay Olimpiya Oyunlarına hazırlığını nümayiş etdirmək

məqsədilə keçirilmiş idman baxışında Heydər Əliyevin çıxışı

Əziz gənclər!

Bacılar, qardaşlar, qızlar, oğlanlar, əziz idmançılar!

Sizi əldə etdiyiniz böyük nailiyyətlərə görə, bu gün nümayiş etdirdiyiniz yüksək səviyyəli, gözəl idman

ustalığı münasibətilə ürəkdən təbrik edirəm!

Azərbaycan xalqının çoxəsrlik tarixində idman, bədən tərbiyəsi həmişə görkəmli yer tutub və xalqımız

həmişə idmanla məşğul olaraq özünü fiziki cəhətdən inkişaf etdirib, möhkəmləndirib, gücləndiribdir.

Tariximizdə igidlik nümunələri göstərmiş xalq qəhrəmanları fiziki cəhətdən də güclü olublar. Onların həyatı,

qəhrəmanlığı, keçdikləri böyük yol eyni zamanda Azərbaycan xalqında fiziki gücün nə qədər böyük və qüdrətli

olduğunu nümayiş etdiribdir.

Azərbaycanda idman və bədən tərbiyəsi XX əsrdə daha böyük inkişafa çatıbdır. Azərbaycan idmanı elmi

əsaslar üzərində və xarici ölkələrin təcrübəsi əsasında daha da inkişaf edibdir. Respublikamızda idman təhsili

təşəkkül tapıbdır. 1930-cu ildə Azərbaycanda bədən tərbiyəsi və idman üzrə ali məktəb yaranıbdır. Orta ixtisas

14

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

məktəbləri təşkil edilib, bədən tərbiyəsi və idman üzrə elmi tədqiqat işləri aparılıb, alimlərimiz meydana çıxıb,

idmana dair əsərlər yazıblar. Bunların hamısı onu göstərir ki, idman, bədən tərbiyəsi hər bir sivilizasiya xalqda,

ölkədə olduğu kimi, Azərbaycan xalqının da, Azərbaycan vətəndaşlarının da həyat tərzinin mühüm bir

hissəsidir.

Bir sözlə, respublikamızda idman və bədən tərbiyəsi böyük və şərəfli yol keçib və məhz bunun nəticəsində

bu gün burada adları çəkilən və Azərbaycana dünya şöhrəti gətirən idmançılar, idman ustaları, dünya

çempionları, Avropa və olimpiya çempionları yetişibdir. Belə idmançılarımız bu gün də var və gələcəkdə də

olacaqdır.

İndi müstəqil Azərbaycanda idmanın inkişafı üçün, bədən tərbiyəsinin geniş yayılması üçün daha çox imkan

yaranıbdır. Bu imkanlardan Azərbaycan vətəndaşları səmərəli istifadə etməlidirlər. Bu imkanlar ondan ibarətdir

ki, xalqımız idmanı, bədən tərbiyəsini sevir və bu gün bu salonda müşahidə etdiyimiz çıxışlar bir tərəfdən

idmanın və bədən tərbiyəsinin Azərbaycanda dərin köklərini göstərir, digər tərəfdən xalqımızın yüksək

mədəniyyətini və yüksək səviyyəli həyat tərzinə malik olduğunu nümayiş etdirir. Bunlar indən sonra müstəqil

Azərbaycan Respublikasında idmanın inkişafı üçün yaxşı təməl qoyur və əlverişli zəmin yaradır.

Ötən onilliklərdə Azərbaycanda idmanın inkişafı üçün gözəl maddi-texniki baza yaranıbdır. Doğrudur, son

illərdə bu baza bəzən dağıdılıb, ayrı-ayrı əllərə keçibdir. Ancaq həmin baza respublikamızdadır və mövcuddur.

Hamısı Azərbaycan xalqının əlindədir və vətəndaşlarımızın, idmanımızın, bədən tərbiyəsinin inkişafı üçün

istifadə olunmalıdır və olunacaqdır. Biz istəyirik ki, xalqımız həm mənəvi, həm də fiziki cəhətdən sağlam olsun.

Azərbaycan xalqı öz genetik əsaslarına görə gözəl, fiziki və mənəvi cəhətdən sağlam xalqdır. Tarixi, milli

və dini adət və ənənələr xalqımızı həmişə fiziki və mənəvi cəhətdən sağlam həyat tərzi keçirməyə sövq edibdir.

Ona görə də xalqımızda mənfi hallara meyl az olubdur. Əgər indi belə meyllər haradasa meydana çıxırsa, bu da

onu göstərir ki, əsrlər boyu yaranmış milli və dini ənənələrimizə riayət edilmir və onlar pozulur. Güman edirəm

ki, ictimaiyyətimiz bunlara yol verməyəcəkdir və biz xalqımızın fiziki, mənəvi sağlamlığını qoruyub

saxlayacağıq, gələcək nəsillərimiz daha sağlam, güclü və möhkəm olacaqdır.

Bunun üçün bədən tərbiyəsi və idmanın xüsusi yeri var. Respublikamızda bədən tərbiyəsi geniş

yayılmalıdır. Mən hamını bədən tərbiyəsi ilə məşğul olmağa çağırıram. Yaşından asılı olmayaraq hamını -

gəncləri, orta yaşlıları və yaşlı adamları buna dəvət edirəm. Çünki dünya tarixi və təcrübəsi göstərir ki, bədən

tərbiyəsi ilə geniş məşğul olan xalq, ölkə həmişə fiziki və mənəvi cəhətdən sağlam olur. Xalqımızın

sağlamlığını təkcə səhiyyə və adət-ənənələrimiz vasitəsilə yox, eyni zamanda bədən tərbiyəsi ilə qoruyub

saxlamalıyıq, möhkəmləndirməliyik və gələcək nəsillərə çatdırmalıyıq. Bədən tərbiyəsi geniş vüsət alan yerdə,

şübhəsiz ki, yüksək idman nəticələri də olacaqdır. Bu idman nailiyyətləri müstəqil Azərbaycan Respublikasının

şan-şöhrətini indən sonra da dünyaya yayacaqdır.

Biz indi müstəqil bir dövlət kimi, dünya miqyasında keçirilən bütün ictimai, mədəni, siyasi tədbirlərdə

iştirak edirik və bu baxımdan Azərbaycan idmançılarının cürbəcür beynəlxalq idman yarışlarında iştirak etməsi

respublikamız üçün çox əhəmiyyətlidir. 1996-cı ildə ABŞ-ın Atlanta şəhərində XXVI Yay Olimpiya Oyunları

keçiriləcəkdir. Respublikamız artıq bu yarışlara hazırlaşır. Bununla əlaqədar mən xüsusi sərəncam vermişəm və

təşkilat komitəsi yaratmışam, Bu istiqamətdə lazımi tədbirlər görülür və görüləcəkdir.

Bu gün burada, bu sarayda gördüklərimiz bizə inam verir ki, 1996-cı ilin Olimpiya Oyunlarında Azərbaycan

idmançılar uğurla iştirak edəcək və ləyaqətli yer tutacaqlar. Mən buna əminəm. Bu gün burada gördüklərim

məni buna daha çox inandırır.

Dediyim kimi, idman, bədən tərbiyəsi gənclərimizin daha da sağlam olması üçün lazımdır. Bu, müstəqil

Azərbaycanın gələcəyi üçün əsasdır. Eyni zamanda gənclərimiz fiziki cəhətdən nə qədər güclü, nə qədər

hazırlıqlı və sağlam olsalar, bir o qədər yaxşı işləyəcək, öz vəzifələrinin öhdəsindən bacarıqla gələcəklər və

müstəqil Azərbaycanın müstəqilliyinin təmin olunmasında ləyaqətlə iştirak edəcəklər.

Bizim milli ordumuz yaranıbdır. Ordumuz Azərbaycan torpaqlarının müdafiəsində durur. Təəssüf ki, altı

ildən artıqdır Ermənistan tərəfindən ölkəmizə qarşı təcavüz edilibdir və biz müharibə içərisindəyik. Bu gün

böyük iftixar hissi ilə qeyd etmək olar ki, gənclərimiz məhz yüksək fiziki hazırlıqlarına görə, idmanla, bədən

tərbiyəsi ilə müntəzəm məşğul olduqlarına görə ordumuzda gənclərin əksəriyyəti ləyaqətlə xidmət edir,

döyüşür, qəhrəmanlıq nümunələri göstərir, onların bir çoxu Vətən yolunda şəhid olmuşdur. Güman edirəm ki,

ordumuzun qurulması və gələcəkdə də inkişaf etməsi üçün, möhkəmlənməsi üçün gənclərimizin bədən tərbiyəsi

və idmanla məşğul olması və respublikamızda idman işlərinin geniş miqyasda aparılması çox əhəmiyyətlidir.

Biz buna xüsusi fikir veririk. Yəqin ki, gənclərimiz də buna diqqətli olacaqlar.

Müstəqil Azərbaycanın xoşbəxt və işıqlı gələcəyi var. Bu gələcək gənclərindir, sizindir, əziz gənclərimiz!

Siz müstəqil Azərbaycanın gələcəyini təmin etmək üçün fiziki cəhətdən də hazır olmalısınız. Sağlam həyat tərzi

keçirməlisiniz, sağlam olmalısınız. Ona görə də idmanla və bədən tərbiyəsi ilə məşğul olmalısınız. Bu baxımdan

biz Azərbaycan Gənclər və İdman Nazirliyinin işinə xüsusi əhəmiyyət veririk. Bu nazirliyi məhz ona görə

yaratmışıq ki, Azərbaycan gənclərinin işi ilə dövlət tərəfindən lazımi səviyyədə məşğul ola bilək və

15

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

respublikamızda idman işini daha yaxşı apara bilək. Mən yenə deyirəm, biz bu nazirliyin işinə xüsusi əhəmiyyət

veririk. Bu nazirliyin işinə hamı kömək etməlidir. Güman edirəm ki, nazirlik özü də qarşısında duran vəzifələri

layiqincə yerinə yetirəcəkdir.

İdmana xüsusi qayğı göstərərək, bu gün mən İdman Fondunun yaradılması haqqında və həmin fonda iki

milyard manat pul ayrılması barədə fərman imzalamışam. Güman edirəm ki, bu, başlanğıcdır. Hesab edirəm ki,

ictimaiyyətimiz idmana çox maraq göstərir. Ona görə də bu fərman, İdman Fondunun yaradılması, onun

təməlinin qoyulması və iki milyard manat ayrılması ilə yanaşı, idmana maraq göstərən bütün adamları, idman

pərəstişkarlarını bu fondun inkişafı üçün öz paylarını verməyə, öz münasibətlərini göstərməyə dəvət edirəm.

Əminəm ki, idman pərəstişkarları, respublikamızın ictimaiyyəti, Azərbaycan gənclərinin qayğısına qalanlar və

onların bu günü və gələcəyi haqqında düşünənlər İdman Fonduna qayğı göstərəcəklər. Əminəm ki, bu fond

Azərbaycanda idmanın inkişafı işində layiqli yer tutacaqdır.

Əziz gənclər, mən bugünkü nailiyyətləriniz və göstərdiyiniz idman nümunələri münasibətilə sizi bir daha

təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Hamını bədən tərbiyəsi ilə məşğul olmağa dəvət edirəm.

Hamını idmanla məşğul olmağa dəvət edirəm.

Azərbaycanın idmanına uğurlar olsun!

Sağ olun!

Bakı, Əl Oyunları Sarayı

5 mart 1995-ci il

16

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Atlanta (ABŞ) – 19 iyul – 04 avqust 1996-cı il

İştirak etmiş ölkələrin sayı -197

İdman növləri - 26

Yarışların sayı - 271

İdmançıların sayı -10320 (6797 - kişi, 3523 - qadın)

XXVI Yay Olimpiya Oyunlarının Amerika Birləşmiş Ştatlarının Atlanta şəhərində keçirilməsi haqqında

qərar Beynəlxalq Olimpiya Komitəsinin 1990-cı il Tokiodakı sessiyasında qəbul olunmuşdu. Atlanta Oyunları

müasir Olimpiya Oyunlarının 100 illik yubileyinə təsadüf etdi. Bu, Atlanta Oyunlarının emblemində də əksini

tapmışdır. 100 rəqəminin üzərində yerləşdirilmiş Olimpiya simvolikası ilə yuxarıda çəkilmiş xəttin yaratdığı

ümumi kompozisiya klassik yunan üslubundakı sütunu əks etdirməklə yanaşı, Olimpiya Oyunlarının

möhtəşəmliyini göstərirdi. Atlanta Oyunlarında idmançılarımız ilk dəfə olaraq müstəqil dövlətimizin bayrağı

altında çıxış edəcəkdilər. Olimpiya Oyunlarının açılış mərasimində ilk dəfə Azərbaycanın adı səslənəcəkdi. Bu

oyunlarda idmançılarımızın əldə edəcəkləri nailiyyətlər isə bu dəfə birbaşa Azərbaycanın adına yazılacaqdı.

Müstəqil Azərbaycanda Atlanta Oyunlarına hazırlıq işlərinə 1994-cü ildə Gənclər və İdman Nazirliyi

yaradıldıqdan sonra başlanmışdı. 1995-ci ilin fevralında ölkə prezidenti Heydər Əliyev "1996-cı ildə Amerika

Birləşmiş Ştatlarının Atlanta Şəhərində keçiriləcək XXVI Yay Olimpiya Oyunlarına hazırlıq haqqında"

sərəncam imzaladı. Bu sərəncama əsasən təşkilat komitəsi yaradıldı. Hazırlıq dövrü və lisenziya yarışları başa

çatdı. Azərbaycan idmançılarının qazandıqları lisenziya və alınmış dəvət kartlarına əsasən ölkəni Atlantada 23

idmançı təmsil etməli idi. Əlbəttə, daha çox lisenziya uğrunda mübarizə aparmaq olardı. Lakin müstəqilliyinin

birinci beş ilini yaşayan ölkəmizin ilk dəfə Olimpiya Oyunlarında 23 idmançı ilə təmsil olunması da nailiyyət

idi.

1996-cı il iyunun 29-da Zuğulbadakı Gənclik idman kompleksində olimpiyaçılarla ölkə prezidentinin

görüşü keçirildi. Yolasalma mərasimində Azərbaycan prezidenti Heydər Əliyev nitq söylədi. O, Azərbaycanın

idman ənənələrindən, idmançılarımızın SSRİ yığmasının tərkibində Olimpiya Oyunlarında iştirakından bəhs

edərək idmançılara müraciətlə qeyd etdi: "Sizin, yəni Azərbaycan Respublikası komandasının XXVI Olimpiya

Oyunlarında iştirak etməsi özü əlamətdar bir hadisədir. Siz oradan hansı nailiyyətlərlə qayıdacaqsınızsa, bu

məsələnin ikinci tərəfidir. Birinci tərəfi ondan ibarətdir ki, siz XXVI Olimpiya Oyunlarında Azərbaycanı təmsil

etmək hüququ qazanmısınız və Azərbaycan xalqı adından dünya Olimpiya Oyunlarında iştirak edəcəksiniz.

Ancaq hər birimiz, güman edirəm, Azərbaycanın hər bir vətəndaşı sizin orada iştirakınızın nəticələrini

gözləyəcək." Respublika prezidenti çıxışının sonunda idmançılara müraciətlə dedi: "Əminəm ki, siz qarşınızda

qoyulan vəzifələri uğurla yerinə yetirəcəksiniz, Atlanta şəhərində müstəqil Azərbaycanın bayrağını yüksəyə

qaldıracaq, Azərbaycan Respublikasının şan-şöhrətini dünyaya yayacaqsınız və böyük nailiyyətlərlə

Vətənimizə, ölkəmizə, torpağımıza qayıdacaqsınız."

Sonra Barselona Olimpiadasının qalibi Nazim Hüseynov, güllə atıcılığı üzrə dünya çempionatının

mükafatçısı İrada Aşumova Azərbaycanın idman şöhrətini ləyaqətlə qoruyacaqlarına and içdilər. Güləş üzrə

Avropa çempionu Namiq Abdullayev da idmançılar adından Olimpiya Oyunlarında Azərbaycanı ləyaqətlə

təmsil edəcəklərinə and içdi.

Olimpiadanın açılış mərasimi iyulun 4-də oldu. Mərasimdə respublikamızın bayrağını cüdo üzrə Olimpiya

çempionu Nazim Hüseynov aparırdı.

Atlanta Oyunlarında 197 ölkədən 10788 idmançı iştirak edirdi. Onlar idmanın 26 növü üzrə 271 medal dəsti

uğrunda mübarizə aparacaqdılar. Azərbaycanı yarışlarda 4 nəfər yüngül atlet (Elvira Cabbarova, Arif Axundov,

Vasif Əsədov, Aleksey Fatyanov), 2 nəfər yunan-Roma güləşçisi (Vilayət Ağayev və Tahir Zahidov), 6 nəfər

sərbəst güləşçi (Namiq Abdullayev, Arif Abdullayev, Elşad Allahverdiyev, Məmmədsalam Haciyev,

Məhəmməd İbrahimov, Davud Məhəmmədov), 2 cüdoçu (Nazim Hüseynov, Zülfiyyə Hüseynova), 2 boksçu

(Ədalət Məmmədov, İlham Kərimov), 2 ağır atlet (Asif Məlikov, Tofiq Heydərov), qılıncoynadan Elxan

Məmmədov, üzgüçü Emin Quliyev, suyatullanan Emin Cəbrayılov, atıcılıq idmanında İradə Aşumova və

Sergey Timoxin təmsil etdilər. İdmançılarımız on bir idman yarışı proqramında güclərini sınadılar.

Barselona oyunlarının çempionu cüdoçu Nazim Hüseynovun Atlantada da müvəffəqiyyətlə çıxış edəcəyi

gözlənilirdi. Hər halda onun rəqibləri olimpiya çempionu ilə qarşılaşacaqdılar. Lakin belə olmadı. 60 kq çəki

dərəcəsində çıxış edən cüdoçumuz ilk görüşdə Argentina idmançısına qalib gəlsə də, ikinci qarşılaşmada

özündən qat-qat zəif olan Meksika idmançısına uduzdu. Görüşün sonuna bir neçə saniyə qalmış xəbərdarlıq alan

idmançımız tatamini məğlubiyyətlə tərk etdi.

Olimpiya Oyunlarında ilk dəfə çıxış edən Zülfiyyə Hüseynova samboda dəfələrlə dünya və Avropa

çempionu olmuşdur. Lakin cüdo ilə sambo yarışları arasında fərq böyükdür. Həm də mübarizə artıq olimpiya

çempionu adı uğrunda gedirdi. 56 kq çəkidə qadınlar arasındakı yarışda ilk görüşü kiçik fərqlə uduzan Zülfiyyə

yarışı təsəlliverici qrupda davam etdirməli oldu. Macar idmançısı Pekli Mariani udduqdan sonra cüdoçumuz

17

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

belçikalı idmançıya uduzdu. Buna baxmayaraq Zülfiyyə öz çəki dərəcəsində ən güclü səkkiz cüdoçu arasında

yeddinci ola bildi. Onun Olimpiya Oyunlarındakı ilk çıxışı pis olmadı.

Atlanta Olimpiadası Azərbaycan boksunun Olimpiya Oyunlarındakı debutu ilə də əlamətdar oldu. İki

boksçumuzdan İlham Kərimov birinci görüşdə İsveç idmançısına uduzaraq yarışdan çıxdı. Ağır çəkili, çəkisi 91

kq-dan çox olan boksçular arasında yarışda idmançımız Ədalət Məmmədov yarımfinala kimi bütün döyüşlərini

yüksək səviyyədə keçirdi və tamaşaçıların rəğbətini qazana bildi.

Yarımfinala çıxmaq üçün Ədalət Nigeriya boksçusu ilə qarşılaşdı. İlk dəqiqələrdən üstünlüyü ələ alan

Ədalət rəqibini iki dəfə nokdaun vəziyyətinə sala bildi. Adətən döyüşün ilk dəqiqələrini daha fəal keçirən

boksçumuz görüşün taleyini tez həll etmək taktikasına üstünlük verdi. Nigeriyalı ilə döyüşdə isə o, buna nail ola

bilmədi. Üstünlük Nigeriya boksçusunun əlinə keçdi və görüş onun qələbəsi ilə də nəticələndi. Ədalət

Məmmədov 5-ci yerlə kifayətlənməli oldu.

Yüngül atletika yarışlarında Elvira Cabbarova 100m məsafəyə yarışda 11,96 san, Arif Axundov isə 11.11

san nəticə göstərdilər. Vasif Əsədov uç təkanla uzununa tullanmada 16,21m, Aleksey Fatyanov isə 16,14m

nəticə göstərə bildilər.

İradə Aşumova 10m məsafəyə kiçik çaplı tapança ilə atəşaçma yarışında 10-cu, 25 m məsafəyə atəşaçmada

isə 15-ci yeri tutdu. Digər atıcımız, stend atıcılığı yarışlarında çıxış edən Valeri Timoxin 38-ci yerlə

kifayətləndi. 10 metrlik platformadan suyatullanma yarışlarında Emil Cəbrayılov 37 idmançı arasında 27-ci

oldu. Güləş üzrə yarışlar Olimpiya Oyunlarının son günlərində keçirildi. Yunan-Roma üsulu ilə güləşən hər iki

idmançımız - Tahir Zahidov və Vilayət Ağayev qrup yarışlarından irəli gedə bilmədi. Azərbaycanı sərbəst güləş

yarışlarında altı idmançı təmsil edirdi. Onlardan Arif Abdullayev, Elşad Allahverdiyev, Məmmədsalam

Hacıyev, Davud Məhəmmədov qrup yarışlarından sonra mübarizəni dayandırmalı oldular. 82 kq çəki

dərəcəsində çıxış edən Məhəmməd İbrahimov isə birinci səkkiz idmançı arasında 5-ci oldu.

Komandamızın ən yüngül çəkili güləşçisi, ikiqat Avropa çempionu Namiq Abdullayev isə ona olan ümidləri

doğrultdu. Namiq yüksək texnika və əzmkarlıq nümayiş etdirdi. O, ABŞ idmançısı Lou Rosselli, yapon

Sasayama Hideonu, özbək Açilov Ədhamcanı, iranlı Qulamrza Məhəmmədi üzərində inamlı qələbə qazanaraq

finala çıxdı. Finalda bolqar İordanovla Namiqin görüşü çox ağır keçdi. Çətin mübarizə İordanovun qələbəsi ilə

başa çatdı. Beləliklə, Namiq gümüş medal qazanmış oldu. Bu, Azərbaycan pəhləvanlarının Olimpiya

Oyunlarında sərbəst güləş üzrə qazandığı ikinci, müstəqil Azərbaycan bayrağı altında qazanılmış birinci medal

idi. Atlanta Oyunlarında 23 idmançı ilə təmsil olunan Azərbaycan komandası 197 ölkə arasında 61-ci yeri tutdu.

Oyunlar başa çatdıqdan sonra vətənə dönmüş idmançıları Azərbaycan prezidenti Heydər Əliyev qəbul etdi.

18

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin

Atlanta oyunlarında ölkəmizi təmsil etmiş idmançılarla

görüşdə çıxışı

Mən sizin hamınızı təbrik edirəm. Təbrik edirəm, ona görə ki, siz dünya Olimpiya Oyunlarının

iştirakçısısınız, Atlantada bu oyunlarda iştirak etmisiniz və Azərbaycan xalqını dünyanın ən yüksək idman

yarışlarında təmsil etmisiniz. Bu, böyük hadisədir. Siz xalqınıza, özünüzə böyük şərəf gətirmisiniz. Bu faktın

özü müstəqil Azərbaycan Respublikasının həyatında əlamətdar bir hadisədir və bu münasibətlə sizin hamınızı

təbrik edirəm.

Sizi Atlantaya, Olimpiya Oyunlarına çox böyük ümidlərlə, arzularla yola saldıq və şübhəsiz ki, daha da

yüksək nailiyyətlər gözləyirdik. Amma eyni zamanda bunu da nəzərə almaq lazımdır ki, Azərbaycan

Respublikasının idmançıları Olimpiya Oyunlarında müstəqil olaraq ilk dəfə çıxış edirlər. Əgər Olimpiya

Oyunlarında 197 ölkənin nümayəndələri iştirak ediblərsə və bu ölkələrin əksəriyyəti daim müstəqil dövlətlər

olubsa, keçmiş Olimpiya Oyunlarında iştirak edibsə, belə ada Azərbaycan Respublikası komandasının əldə

etdiyi nailiyyətlər, hesab edirəm ki, çox dəyərli nailiyyətlərdir, çox əhəmiyyətlidir və heç də narahat olmayın ki,

siz az medal gətirmisiniz, yəni təkcə bir gümüş medal gətirmisiniz. Bu gümüş medal Olimpiya Oyunlarında

Azərbaycan Respublikasının iştirakında ilk uqurlu addımdır. Bu medala Namiq Abdullayev öz iradəsi ilə nail

olubdur. Amma bu medal, eyni zamanda, bütün komandanın, bütün Azərbaycan idmançılarının medalıdır. Mən

Namiq Abdullayevi xüsusən təbrik edirəm ki, Azərbaycan idmançısı Olimpiya Oyunlarında ilk dəfə bu qədər

yüksək bır səviyyəyə çatıbdır. Eyni zamanda hamınızı təbrik edirəm ki, hamınız birlikdə Olimpiya Oyunlarında

uğurla iştirak etmisiniz. Kimsə beşinci yer, kimsə yeddinci yer, kimsə səkkizinci yer, kimsə onuncu yer

tutubdur. Amma Olimpiya Oyunlarında onuncu yer almağın özü də böyük nailiyyətdir, böyük şərəfdir. Ona görə

də mən Olimpiya Oyunlarında iştirakınızı və əldə etdiyiniz nailiyyətləri yüksək qiymətləndirir, sizi ürəkdən

təbrik edirəm, cansağlığı arzulayıram və ümidvar olduğumu bildirmək istəyirəm k, bundan sonra da idmanla

məşğul olacaqsınız, Azərbaycan idmanının inkişafı üçün çalışacaqsınız və dörd ildən sonra, növbəti Olimpiya

Oyunlarında bundan da yüksək nailiyyətlər əldə edəcəksiniz.

Olimpiya Oyunlarının nəticələri haqqında Əbülfəs Qarayevin verdiyi məlumatlar, həqiqətən, əgər keçmiş

zamanlarda Azərbaycan idmançıları Sovetlər İttifaqının spartakiadalarında 10-11-ci yerləri tuturdularsa, indi

həmin respublikalar Olimpiya Oyunlarında iştirak etdiyi bir zamanda yeddinci yer tutmusunuz. Bu, böyük

nailiyyətdir. Bu bir də onu göstərir ki, müstəqil dövlət, müstəqil ölkə kimi biz öz nailiyyətlərimizi dünya

miqyasında daha da görkəmli nümayiş etdirə, təmsil etdirə bilərək. Sizin nailiyyətləriniz buna əyani sübutdur.

Çox sağ olun. Hər birinizi ayrı-ayrı təbrik edirəm, hamınızı birlikdə təbrik edirəm. Bizim Gənclər və İdman

Nazirliyini təbrik edirəm. Məşqçilərimizi təbrik edirəm ki, sizi hazırlayıb Olimpiya Oyunlarında iştirak etmək

hüququna nail olublar və siz də məşqçilərininin göstərdikləri qayğını və etimadı doğrultmusunuz.

Bir də qeyd edirəm, Olimpiya Oyunlarında sadəcə olaraq iştirak etmək özü böyük bir hadisədir. İştirak edib

hansısa bir yeri tutmaq bundan da böyük hadisədir və nailiyyətdir. Nəhayət, Azərbaycan üçün Olimpiya

Oyunlarında gümüş medal gətirmək - bu, böyük nailiyyətdir. Mən sizin Olimpiya Oyunlarında iştirakınızdan

məmnunam, razıyam. Hesab edirəm ki, sizi yola salarkən verdiyiniz tövsiyələrə sadiq olmusunuz və

arzularımızı, ümidlərimizi doğrultmusunuz.

Əlbəttə, bir də qeyd edirəm, biz çox şey gözləyirdik. Amma bir adi-səyə reallıqdan baxmaq, hər bir hadisəni

reallıq əsasında qiymətləndirmək lazımdır. Hesab edirəm ki, reallığa görə sizin nailiyyətləriniz görkəmli

nailiyyətlərdir. Ən əhəmiyyətlisi ondan ibarətdir ki, müstəqil Azərbaycan Respublikası Olimpiya Oyunlarında

197 ölkə arasında özünəməxsus yerdə olubdur, Azərbaycan bayrağı Olimpiya Oyunlarında dalğalanıbdır. Biz

televiziyaya baxarkən, Olimpiya Oyunlarının açılışına baxarkən Azərbaycanın bayrağını gördük və bununla da

çox fəxr edirdik. Çox sağ olun.

İndi vəzifə Azərbaycanda ümumiyyətlə idmanı inkişaf etdirməkdən və növbəti Olimpiya Oyunlarına

hazırlaşmaqdan ibarətdir. Sizin bu nailiyyətləriniz və son zamanlar Azərbaycanda idman sahəsində görülən

tədbirlər və əldə edilən müəyyən nailiyyətlər respublikamızın bu sahədə böyük potensialı, imkanları olduğunu

bir daha göstərir. Bu da hamımızı həmin imkanlardan səmərəli istifadə etməyə dəvət edir. Ona görə də hesab

edirəm ki, siz və sizinlə birlikdə bütün idmançılar, Azərbaycanın Gənclər və İdman Nazirliyi ölkəmizdə

idmanın, onun bütün növlərinin inkişaf etməsi, yayılması, gənclərin idmana daha yaxından qoşulması işi ilə

bundan sonra da ciddi məşğul olmalıdır.

Biz, Azərbaycanın prezidenti kimi şəxsən mən söz vermişəm və indi də bunu təsdiq edirəm ki, idmana

xüsusi qayğını öz üzərimə götürürəm, Azərbaycan gənclərinə xüsusi qayğını öz üzərimə götürmüşəm və əmin

ola bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz.

19

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

İndi gələcək Olimpiya Oyunlarına hazırlaşmaq lazımdır. Verilən təkliflərlə razıyam, bunun üçün hazırlıq

işlərini indidən başlamaq lazımdır. Gənclər və İdman Nazirliyi, Əbülfəs Qarayev bu barədə öz təkliflərini mənə

təqdim etsin və mən müvafiq təşkilatlara, bizim dövlət orqanlarına lazımi göstərişlər verərəm. Hesab edirəm ki,

bu barədə xüsusi qərar, xüsusi sənəd qəbul olunmalıdır və o sənəddə dörd il müddətində sizin hansı işlər

görəcəyiniz müəyyən edilməlidir. Mən bu barədə sizdən təklif gözləyirəm və əmin ola bilərsiniz ki, lazımi

sərəncamlar veriləcək, qərarlar qəbul olunacaq və bunun üçün də lazımi vəsait ayrılacaqdır.

Ancaq respublikamızda idmanın inkişafı təkcə dörd ildən bir Olimpiya Oyunlarında iştirak etməkdən və

orada hansısa nailiyyət əldə etməkdən ibarət deyildir. Keçən dəfə, sizi yola salarkən biz bu barədə ətraflı

danışdıq və bu gün bir daha qeyd etmək istəyirəm ki, respublikamızda idman geniş yayılmalıdır. Gənclərin

geniş kütlələri idmanla, bədən tərbiyəsi ilə məşğul olmalıdır. Biz gəncləri bədən tərbiyəsinə, idmana daha geniş

cəlb etməliyik. Bədən tərbiyəsi ilə nəinki gənclər, bütün əhali məşğul olmalıdır. Bədən tərbiyəsi təbliğ

edilməlidir, bizim informasiya orqanlarında, televiziyada, radioda xalqımızın, millətimizin sağlamlığı üçün,

gənclərimizin sağlamlığı üçün bədən tərbiyəsinin nə qədər əhəmiyyətli olduğunu daha da geniş təbliğ etmək

lazımdır. Gənclərimizi, bütün əhalimizi bədən tərbiyəsinə, idmana cəlb etməliyik. İnsanlar bədən tərbiyəsi ilə,

idmanla nə qədər çox məşğul olsalar, onlar adamların sağlamlığına, həyatına zərər gətirən adətlərdən kənar

olarlar, uzaq olarlar, - məsələn, alkoqollu içkilərdən istifadə edilməsi, gənclər arasında narkotik maddələrdən

istifadə halları müşahidə olunur, - yaxud insan üçün zərərli olan başqa adətlərdən, xüsusiyyətlərdən kənar

olarlar, belə şeylərə heç vaxt alışmazlar. Biz çalışmalıyıq ki, insanlara zərər gətirən bu adətlər, xüsusiyyətlər

xalqımıza sirayət etməsin. Təəssüflər olsun ki, dünyada spirtli içkilərdən, narkotik maddələrdən istifadə

edilməsi çox yayılır. Bu da insanlara, xüsusən gənclərə çox zərər gətirir.

Biz müstəqil dövlətik, gənc bir dövlət, müstəqil ölkəyik. Bizim bu günümüz, gələcəyimiz millətimizin,

xalqımızın və xüsusən gənclərimizin fiziki sağlamlığından həddindən artıq, demək olar ki, tamamilə asılıdır.

Fiziki, mənəvi sağlamlığı təmin etmək üçün bədən tərbiyəsi, idman xüsusi rol oynayır, bunların xüsusi

əhəmiyyəti var. Bu, həm elmi cəhətdən isbat olunubdur, həm də indiyə qədər toplanmış təcrübə bunu əyani

surətdə sübut edir. Ona görə də mən sizin nümunənizdə Azərbaycanın bütün gənclərini, respublikamızın

əhalisini bədən tərbiyəsi ilə, idmanla daim məşğul olmağa dəvət edirəm.

Artıq görürsünüz idman və bədən tərbiyəsi sahəsində atdığımız addımlar öz nəticəsini verir. Xatirənizdədir,

mən bir dəfə görüşdə Bakının stadionunun ağır vəziyyətdə olması haqqında fikirlər söylədim və göstərişlər

verdim. Bilirsiniz, iki il öncə idi, burada beynəlxalq futbol yarışı keçirilməliydi. Dedilər ki, Bakı stadionunda

keçirmək olmaz, Sumqayıtda keçirmək lazımdır. Mən çox narahat oldum - nə cur ola bilər ki, Bakı kimi böyük

bir şəhərdə, Azərbaycanın paytaxtında, böyük bir stadionda futbol yarışı keçirmək mümkün olmasın Çünki

stadion bərbad vəziyyətdə idi. Müəyyən tədbirlər görüldü, stadionda müəyyən bərpa işləri aparıldı və bu

yaxınlarda Azərbaycanın futbol komandası orada Bolqarıstan komandası ilə görüşdü. Mənə dedilər ki, bu, 1988-

ci ildən indiyə qədər Bakı stadionunda ilk futbol yarışı idi.

Görürsünüz, gəclərimiz, əhalimiz Bakının sakinləri böyük bir imkandan neçə illər, nə qədər məhrum

olmuşdular. Siz gəncsiniz, bəlkə bunları xatırlaya bilmirsiniz. Amma Bakı stadionunda keçirilmiş futbol

yarışları bizim nəslin xatirəndədir. Vaxt var idi, o futbol yarışlarına bilet tapmaq mümkün deyildi. İnsanlar bu

yarışlardan əvvəl bilet axtarırdılar, həmin futbol oyunlarına baxmaq üçün böyük növbələrə dayanırdılar. Stadion

tamamilə dolu olurdu. Tamaşaçılar orada həm idman yarışlarına baxırdılar, həm də istirahət edirdilər,

əylənirdilər. Bunlar, böyük hadisələr, respublikamızda çox gözəl bir ənənə idi. Ancaq təəssüflər olsun ki, 1988-

ci ildən bu stadion bağlanmışdır, orada futbol yarışları keçirilməmişdir. Bir neçə tədbirin nəticəsində stadion da

bərpa olundu və Bakı stadionunda beynəlxalq yarış da keçirildi.

Şübhəsiz, bu o demək deyil ki, Bakı stadionunda hər bir iş istənilən səviyyəyə gətirilib çatdırılıb. Ancaq

ayrı-ayrı mafioz qrupların gəlib o stadionu əllərinə keçirməsi o demək deyildi ki, onlar buna nail ola bilərlər.

Azərbaycanın dövlət orqanları bu işə sadəcə olaraq ya biganə baxırlar, yaxud bu işlərin iştirakçısı olublar. Ona

görə də Azərbaycanın böyük bir sərvəti olan stadion ayrı-ayrı mafioz qrupların əlinə keçmişdi. Stadionun bərpa

olunması bir daha onu göstərir ki, biz, yaxşı, dəyərli ənənələrimizi bərpa edə bilərik və etməliyik.

İdmana, bədən tərbiyəsinə məxsus olan bütün obyektlər xalqımızın səmərəli istifadəsində, Gənclər və İdman

Nazirliyinin sərəncamında olmalıdır. Mən bunu bu gün bir daha bəyan edirəm. Tələb edirəm ki, bu tədbirlər

axıra çatdırılsın, idmanın və bədən tərbiyəsinin maddi-texniki bazası bundan sonra daha da möhkəmləndirilsin,

inkişaf etdirilsin, respublikamızda həm gənclər, həm də bütün əhali idmana və bədən tərbiyəsinə geniş cəlb

oluna bilsin.

Bir daha qeyd edirəm, əmin ola bilərsiniz ki, mən bu sahədə bütün tədbirlərin həyata keçirilməsi ilə,

xüsusən olimpiya oyunlarına hazırlıqla əlaqədar lazımi sərəncamlar verəcəyəm. Əbülfəz Qarayev, sən dedin ki,

hansısa idman bazasının vəziyyəti yaxşı deyil. Bu barədə siz özünüz lazımi tədbirlər görün, hansı işi ki, özünüz

görə bilmirsiniz, müraciət edin, mən lazımi sərəncamlar, qərarlar verərəm.

20

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Siz mənə idman forması gətirdiniz. Bu, mənim üçün rəmzi bir şeydir, onu xatirə kimi saxlayaram. Mən

buna görə sizə təşəkkür edirəm. Yəqin ki, mən də sizə bir hədiyyə verməli idim. Ancaq görüşə hazırlıqsız

gəlmişəm. İnşallah, hədiyyələrim sizə çatar. Çünki siz hədiyyələrə layiqsiniz. İşlərim çox olduğuna görə mən bu

bərədə düşünə bilməmişəm. İşçilərimiz də bu barədə lazımi tədbirlər görməyiblər. Ancaq məndən hədiyyələr

sizə çatacaqdır.

Sizi bir daha təbrik edirəm. Sizə cansağlığı arzulayıram. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz dörd

ildən sonra keçiriləcək Olimpiya Oyunlarının da iştirakçısı olacaqsınız. Ona görə də hazırlaşın, çalışın. Şübhəsiz

ki, o vaxta qədər sizlərdən başqa da yeni idmançılarımız yetişəcək və onlar da bu yarışların iştirakçısı olacaqlar.

Amma siz çalışın, öz formanızı nəinki saxlayasınız, daha da yüksəldəsiniz ki, növbəti Olimpiya Oyunlarında

iştirak etmək hüququna nail ola biləsəniz. Sağ olun, gələn görüşlərədək.

“Azərbaycan”, 15 avqust 1996-cı il

21

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Sidney - 2000

XXVII Yay Olimpiya Oyunlarına hazırlıq haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçiriləcək XXVII Yay Olimpiya Oyunlarına Milli yığma

komandalarımızı yüksək səviyyədə hazırlamaq və hazırlıq mərhələsində onların rəsmi beynəlxalq yarışlarda

iştirakını təmin etmək məqsədi ilə qərara alıram:

1. Avstraliyanın Sidney şəhərində keçiriləcək XXVII Yay Olimpiya Oyunlarına hazırlıq üzrə aşağıdakı

tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Artur Rasizadə - Azərbaycan Respublikasının Baş naziri

Təşkilat Komitəsinin üzvləri

Elçin Əfəndiyev - Azərbaycan Respublikası Baş nazirinin müavini

Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Humanitar siyasət şöbəsinin

müdiri

Rəfael Allahverdiyev - Bakı şəhər İcra Hakimiyyətinin başçısı

Səfər Əbiyev - Azərbaycan Respublikasının Müdafiə naziri

Ramil Usubov - Azərbaycan Respublikasının Daxili İşlər naziri

Fikrət Vusifov - Azərbaycan Respublikasının Maliyyə naziri

Əli İnsanov - Azərbaycan Respublikasının Səhiyyə naziri

Əbülfəs Qarayev - Azərbaycan Respublikasının Gənclər və İdman naziri

Əhməd Abdinov - Azərbaycan Respublikası Təhsil nazirinin müavini

Nizami Xudiyev - Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin sədri

İlham Əliyev - Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti

Sottar Mehbalıyev - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

Ağacan Əbiyev - Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun rektoru

Namiq Abdullayev - "Atlanta-96" Olimpiya Oyunlarının gümüş mükafatçısı

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: milli yığma komandaları XXVII Yay Olimpiya

Oyunlarına hazırlığı mərhələsində təlim-məşq toplanışlarının keçirilməsini və rəsmi beynəlxalq yarışlarda

iştirakını təmin etmək məqsədi ilə əlavə maliyyələşdirmə mənbələri yaratsın və Milli Olimpiya Komitəsinin

təqdim etdiyi xüsusi proqramlara əsasən nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsini həyata keçirsin; Bu

Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Bakı şəhəri, 20 fevral 1998-ci il

N - 745

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

22

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

XXVII Yay Olimpiya Oyunlarına hazırlıq haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

Qərarı

XXVII Yay Olimpiya Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsinin təkliflərini nəzərə alaraq Azərbaycan

Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Gənclər və İdman Nazirliyinə tapşırılsın ki:

Milli Olimpiya Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Təhsil Nazirliyi, idman növləri

üzrə respublika federasiyaları ilə birlikdə Olimpiya Oyunlarına hazırlıq dövründə respublikada Olimpiya

Oyunlarına həsr edilmiş spartakiadaların təşkilini və keçirilməsini təmin etsin;

aidiyyəti rayon (şəhər) icra hakimiyyətləri orqanları, nazirlik və təşkilatlarla birlikdə Olimpiya Oyunlarına

hazırlıqla əlaqədar təlim-məşq prosesi keçiriləcək əsas idman bazaları və qurğularında lazımi şərait

yaradılmasını təmin etsin.

2. Olimpiya Oyunlarında iştirakı namizəd kimi təsdiq olunmuş idmançıları və onların məşqçilərini

iştirakçılar seçilən müddətə kimi, Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançıları və onların

məşqçilərini isə Olimpiya dövrünün sonuna kimi xüsusi təqaüdlərlə təmin etmək məqsədi ilə Gənclər və İdman

Nazirliyi və Milli Olimpiya Komitəsi Maliyyə Nazirliyi ilə birlikdə bu təqaüd normalarının

müəyyənləşdirilməsi barədə Nazirlər Kabinetinə təkliflər təqdim etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya

Komitəsinin birlikdə təqdim etdiyi milli yığma komandaların XXVII Yay Olimpiya Oyunlarına hazırlığı

məqsədi ilə təlim-məşq toplantılarının keçirilməsi və rəsmi beynəlxalq yarışlarda iştirakı üçün müvafiq qaydada

təsdiq olunmuş tədbirlərin Gənclər və İdman Nazirliyinə respublika büdcəsində "Bədən tərbiyəsi və idman

tədbirləri" bölməsində nəzərdə tutulan təsisat hesabına maliyyələşdirilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi:

Olimpiya Oyunlarına namizədlərin hazırlığı işini xüsusi tibbi nəzarətdə saxlasın;

onları hazırlıq planlarına uyğun olaraq xüsusi vitaminlər, farmakoloji preparatlar və bərpaedici vasitələrlə

təmin etsin.

Respublika Tibbi Bədən Tərbiyəsi Dispanserinin sifarişinə əsasən onlara müasir tipli tibbi cihaz və

avadanlıqların ayrılmasını təmin etsin.

5. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi və

Xarici İşlər Nazirliyi, Respublika Hərbi Komissarlığı Olimpiya Oyunlarına hazırlıq dövründə respublika yığma

komandalarının beynəlxalq yarışlarda təqdim olunan təqvimə müvafiq olaraq iştirakını təmin etmək üçün lazımi

köməklik göstərsinlər.

6. Azərbaycan Respublikasının Rabitə Nazirliyi:

Olimpiya Oyunlarına hazırlıq üzrə Respublika Qərargahının və Olimpiya idman bazalarının lazımi rabitə

sistemi ilə təchiz olunmasını təmin etsin;

əlaqədar təşkilatlarla birlikdə Azərbaycan idmançılarının Olimpiya Oyunlarında iştirakı mövzusuna həsr

edilmiş iki növ poçt markası buraxılmasını təmin etsin.

7. Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyi, AzərTAc, Dövlət Televiziya və Radio

Verilişləri Şirkəti Gənclər və İdman Nazirliyi ilə birlikdə Olimpiya Oyunlarına hazırlıq dövründə respublika

idmançılarının beynəlxalq yarışlarda, qitə və dünya çempionatlarında çıxışları haqqında verilişlər verilməsini,

XXVII Yay Olimpiya Oyunlarına respublika idmançılarının hazırlığı və iştirakının mütəmadi olaraq mətbuat

orqanlarında və teleradio verilişlərində geniş şərh edilməsini, radio və televiziya verilişlərində Olimpiya

Oyunlarına həsr edilmiş xüsusi proqram hazırlayıb münasib vaxtda efirə verilməsini təmin etsinlər.

8. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Rəssamlar İttifaqı ilə birlikdə Olimpiya Oyunlarına həsr

olunmuş rəsm müsabiqəsi keçirsin.

9. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Bakı şəhəri, 10 may 1999-cu il

N -77

Azərbaycan Respublikasının Baş naziri

A. RASİZADƏ

23

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

XXVII Yay Olimpiya oyunlarına hazırlıq

Ölkədə idmanın və Olimpiya Hərəkatının inkişaf etdirilməsi ilə bağlı dövlət səviyyəsində atılan addımlar,

görülən işlər isə bir-birini əvəz edirdi. 1998-ci ilin fevralında Azərbaycan Respublikası Prezidenti "XXVII Yay

Olimpiya Oyunlarına hazırlıq haqqında" sərəncam imzaladı. Bu sərəncam Olimpiya oyunlarına hazırlıq işinə

güclü təkan verdi. Həmin ilin mayında prezident Yeniyetmələrin 1-ci respublika oyunlarının final mərhələsinin

təntənəli açılışında iştirak etdi. Ölkədə idmanın kütləviləşdirilməsi, gənc istedadların müəyyənləşdirilməsi

istiqamətində irəliyə doğru daha bir addım atıldı. İlin sonunda "Dinamo" cəmiyyətinin idman-sağlamlıq

mərkəzinin idman kompleksinin açılış mərasimi oldu. Bu mərasim Respublika Prezidentinin iştirakı ilə keçdi.

Bu mərasimdəki nitqində Heydər Əliyev demişdir: "İdmanın, bədən tərbiyəsinin inkişafı üçün görülən işlər və

gələcəkdə görəcəyimiz işlər bizim dövlət, hökumət siyasətimizin əsas istiqamətlərindən biridir."

Beləliklə, yeni minilliyin astanasında Azərbaycanda idmana dövlət səviyyəsində diqqət və qayğı günbəgün

artırdı.

Beynəlxalq Olimpiya Komitəsi bəşər tarixinin yeni əsrinin, yeni minilliyinin başlanması münasibətilə, öz

ölkələrində Olimpiya Hərəkatının inkişafına, olimpiya ideallarının yayılmasına rəvac verən, onu dəstəkləyən

dövlət başçılarını təbrik etmək üçün xüsusi orijinal hədiyyə hazırlamışdı. Beynəlxalq Olimpiya Komitəsinin

prezidenti Xuan Antonio Samarançın Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə ünvanlandığı

məktubda göstərilirdi ki, Beynəlxalq Olimpiya Komitəsi 2000-ci il münasibətilə Azərbaycan dövlətinin

başçısına məşhur heykəltəraş Naq Arnoldinin "2000-ci ilin olimpiya qapıları" adlı əsərini hədiyyə edir. Həmin

əsər Azərbaycan prezidentinə onun idmançılarla növbəti görüşündə təqdim edildi.

"2000-ci ilin olimpiya qapıları" Azərbaycanın üzünə açıldı. Bu ildə Azərbaycan idmançıları respublikanın

bayrağı altında ikinci dəfə Yay Olimpiya oyunlarında iştirak etdilər. Milli Olimpiya Komitəsinin apardığı gərgin

iş, dövlət başçısı tərəfindən idmana verilən dəstək bu dəfə Azərbaycan olimpiyaçılarının tərkibcə daha çox

olmasına imkan yaratdı.

2000-ci il avqustun 25-də Zuğulbadakı "Gənclik" kompleksində XXVII Yay Olimpiya Oyunlarına gedən

idmançılarla prezidentin görüşü oldu. Həmin görüşdə ölkə başçısı dörd il əvvəl olduğu kimi bu dəfə də

olimpiyaçılara xeyir-duasını, tövsiyələrini verdi, onlara uğurlar arzuladı. Olimpiyaçılar ölkə başçısına verdikləri

vədə Sidneydə əməl edə bildilər. İki qızıl, bir bürünc medal qazanmış idmançılarımız 199 ölkə arasında 34-cü

yeri tutdular.

Azərbaycan prezidenti Sidneydən sonra oktyabrın 17-də olimpiyaçıları qəbul etdi, onların nəticələrini

yüksək qiymətləndirdi. Yüksək nəticə göstərmiş idmançılar və onların məşqçiləri dövlət orden və medalları,

qiymətli hədiyyələrlə təltif olundular. Olimpiyaçıların hər biri prezidentdən mükafat aldı. Görüşdə ölkə başçısı

geniş nitq söylədi. Prezident Heydər Əliyev nitqində idmançıların Sidneydə qazandığı uğurları bir daha qeyd

edərək dedi: "Sizin hər biriniz böyük zəhmət çəkmisiniz, yarışda iştirak etmisiniz. Siz dövlətin idmançılara

qayğısı haqqında burada danışdınız, bizə öz təşəkkürlərinizi bildirdiniz. Ancaq bu, bizim borcumuzdur. Bu,

dövlətin borcudur. Dövlətin, hökumətin hər bir sahədə çox böyük vəzifələri vardır. Əgər biz hansı sahədəsə

nəyəsə nail ola biliriksə, demək, biz öz borcumuzu yerinə yetirə bilirik. Mən bu gün böyük qürur hissi ilə

deyirəm ki, biz idmana, bədən tərbiyəsinə qayğı göstərərək millət, xalq, vətən qarşısında öz borcumuzu yerinə

yetiririk."

Bu sözlər ölkə başçısının idmana qayğısının ifadəsi kimi idmançıları yeni-yeni qələbələrə ruhlandırdı.

Görüşdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samarançın Azərbaycan prezidentinə

ünvanladığı teleqramın mətni oxundu.

Teleqramda deyilirdi: "Azərbaycan Respublikasının prezidenti zati-aliləri cənab Heydər Əliyevə.

Cənab prezident və mənim dostum!

Yeni minilliyin ilk oyunları, olimpiya tarixində ən yaxşı oyunlar hesab olunan XXVII Yay Olimpiya

Oyunları Sidneydə bağlı elan edildi. Dünya idmançılarının, o cümlədən Azərbaycan idmançılarının əla

çıxışları oyunların uğurla başa çatmasına səbəb oldu. Buna görə Sizə səmimi təbriklərimi və Milli

Olimpiya Komitəsinə göstərdiyiniz dəstəyə görə öz minnətdarlığımı bildirirəm.

Cənab prezident, xahiş edirəm, Sizə olan dərin ehtiramımı qəbul edəsiniz.

Xuan Antonio samaranç Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Lozanna, 6 oktyabr 2000-ci il"

Sidney Oyunlarının iştirakçıları ilə görüşdə Respublika Prezidenti çıxışının sonunda dedi: "Milli Olimpiya

Komitəsinin böyük planları vardır. İlham Əliyev burada dedi ki, Milli Olimpiya Komitəsi üçün böyük bir

kompleks tikilibdir. Biz bir neçə gündən sonra onun açılışında iştirak edəcəyik. Güclü maddi-texniki bazanın

yaranması əsas şərtlərdən biridir. Milli Olimpiya Komitəsinin böyük xidmətlərindən biridir ki, komitə bu işlə

ciddi məşğul olur və dövlətdən heç bir vəsait almadan, öz imkanları ilə idman üçün, olimpiyaçılar üçün yeni -

24

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

yeni böyük müəssisələr yaradır. Biz bunu alqışlayırıq, dəstəkləyirik. Biz lazım olan köməyi bundan sonra da

edəcəyik. Yenə də deyirəm, ümidvaram ki, siz bu nailiyyətlə qane olmayacaqsınız, çalışacaqsınız, gələn

Olimpiya oyunlarına qədər olan müddətdə müxtəlif dünya yarışlarında iştirak edəcəksiniz və böyük

nailiyyətlərinizlə bizi daha da sevindirəcəksiniz."

2000-ci il oktyabrın 21-də Azərbaycan Milli Olimpiya Komitəsinin tikdirdiyi idman kompleksi istifadəyə

verildi. Azərbaycan prezidenti kompleksin açılış mərasimində iştirak etdi. Prezident Milli Olimpiya Komitəsinin

işini yüksək qiymətləndirdi. Bununla yanaşı o, komitənin gələcək fəaliyyəti ilə bağlı tövsiyələrini də verərək

dedi: "Hesab edirəm ki, bu, Milli Olimpiya Komitəsinin işinin hələ başlanğıcıdır. Milli Olimpiya Komitəsi əldə

etdiyi təcrübədən, təbiidir ki, ictimaiyyətin bu işlərə verdiyi yüksək qiymətdən ruhlanaraq, bundan sonra öz iş

dairəsini genişləndirəcək, maddi-texniki baza yaratmaq sahəsində çox işlər görüləcəkdir. Hesab edirəm ki, gələn

Olimpiya oyunlarına qədər Azərbaycanda idman daha da yüksələcək, daha da inkişaf edəcəkdir."

Elə həmin gün ölkə başçısı Azərbaycanda səfərdə olan Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqu

və həmin komitənin baş katibi Mario Peskanteni qəbul etdi.

25

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

XXVII Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançıların yolasalma mərasimində

Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi

- Əziz idmançılar!

Hörmətli xanımlar və cənablar!

Hörmətli dostlar!

XXVII Beynəlxalq Yay Olimpiya oyunları XX əsrin son Olimpiya oyunlarıdır. Olimpiya oyunları hər dəfə

bəşəriyyətdə əlamətdar hadisə kimi qiymətləndirilmişdir. Ancaq XX əsrə yekun vuran və bu əsrdə Beynəlxalq

Olimpiya Hərəkatının nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirən XXVII Sidney Yay Olimpiya oyunları

olacaqdır.

Biz bu gün böyük iftixar hissi keçiririk ki, Azərbaycan bir müstəqil dövlət kimi, dünya birliyinin

bərabərhüquqlu üzvü kimi bu Olimpiya oyunlarında iştirak edəcək və ölkəmizin müstəqilliyini, azadlığını,

suverenliyini bir daha nümayiş etdirəcək, Azərbaycanın milli bayrağını qaldıracaq, milli himnini

səsləndirəcəkdir.

Olimpiya oyunlarında Azərbaycanın bilavasitə, müstəqil olaraq iştirak etməsi xalqımızın azadlığının və

ölkəmizin müstəqilliyinin bəhrəsidir və müstəqil Azərbaycan dövlətinin son illərdə əldə etdiyi nailiyyətlərin

böyük bir hissəsidir.

Mən sizi, Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan milli komandasının üzvlərini, ölkəmizin bütün

idmançılarını, gənclərini bu hadisə münasibətilə ürəkdən təbrik edirəm və əmin olduğumu bildirmək istəyirəm

ki, Azərbaycanın idmançıları XXVII Beynəlxalq Yay Olimpiya oyunlarında böyük uğurlar qazanacaq və

Azərbaycanın şanını-şöhrətini daha da yüksəldəcəklər.

Dörd il bundan öncə məhz burada, Azərbaycanın, Bakının gözəl guşəsində, Xəzər dənizinin sahilində biz

Olimpiya oyunlarına gedən idmançılarımızla, gənclərlə görüşdük, onlara xeyir-dua verdik, uğurlar arzuladıq. O

dövrə görə onlar müəyyən uğurlar qazandılar və müstəqil bir dövlət kimi Azərbaycanı olimpiya oyunlarında ilk

dəfə təmsil etdilər. Nəmin hadisə Azərbaycanda Olimpiya hərəkatının inkişafına özü-özlüyündə təkan verdi və

ölkəmizdə idmanın, bədən tərbiyəsinin inkişafı üçün gözəl bir örnək oldu.

Ötən dörd il içərisində vəziyyət çox dəyişilibdir. Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham

Əliyev bu barədə məlumat verdi. Bu dəyişikliklər sizi nə qədər sevindirirsə, bizi - Azərbaycan dövlətini,

hökumətini, ölkəmizin gənclərini, idmançılarını və bütün xalqımızı ondan da çox sevindirir.

Dünyada qədim tarixə malik olan idman insanların istifadə etdiyi gözəl bir adət-ənənədir. Ən qədim

zamanlarda insanlar bunu sadəcə, öz həyatında istədiyi kimi həyata keçirirdilər. Ancaq bu olimpiya oyunlarının

da böyük tarixi vardır. Bu tarix təkcə 27 olimpiya oyunlarından ibarət deyildir. Bu, qədim dövrlərdən yaranmış

bir adət-ənənədir. Bu, xalqları, gəncləri, millətləri bir-birinə yaxınlaşdıran, ünsiyyət yaradan gözəl bir ənənədir.

Ona görə də həm idman, həm də idmançılar dünyada böyük hörmətə malikdirlər. Təsadüfi deyildir ki, müxtəlif

idman oyunları və xüsusən, müxtəlif səviyyələrdə keçirilən yarışlar yüz minlərlə insanın marağını cəlb edir.

Demək, bu, insan həyatında ən geniş yayılmış və insanların qəlbində ən dərin kök salmış bir sahədir.

Azərbaycan xalqı, milləti öz genetik, fiziki hazırlığına görə idmanın bütün növləri ilə məşğul olmaq

qabiliyyətinə malikdir. Ancaq biz Azərbaycanda idmanın müxtəlif növlərinin inkişaf etdirilməsi, təbliğ

olunması məsələsinə dünyanın bir çox ölkələrindən, xalqlarından bəlkə də gec başlamışıq.

Keçmişdə Sovetlər İttifaqının tərkibində olarkən Azərbaycan idmanı inkişaf edibdir, Azərbaycan

idmançıları gözəl nəticələr göstəriblər. Ancaq bizim müstəqilliyimiz olmadığına görə, başqa sahələrdə olduğu

kimi, idmanda da əldə edilən nailiyyətlər Ümumittifaq qazanında həzm olunubdur. Bəlkə bunlar da

Azərbaycanda idmanın istənilən səviyyəyə qalxmasına maneçilik törədibdir. Ancaq indi respublikamızda,

müstəqil Azərbaycan dövlətində idman özünəlayiq yerini tutubdur.

Azərbaycanda dövlət, hökumət tərəfindən idmana, bədən tərbiyəsinə, idmançılara qayğı gün-gündən artır və

sizi əmin edirəm ki, bundan sonra da artacaqdır. Son illərin nailiyyətləri onu göstərir ki, bizim idmana,

Olimpiya Hərəkatına, gənclərimizə göstərdiyimiz qayğı gənclərimiz, idmançılar tərəfindən səmərəli istifadə

olunur və bu gün biz yaxşı nailiyyətlərin şahidiyik. Azərbaycanda Milli Olimpiya Hərəkatı son illər sürətlə

inkişaf edir, Milli Olimpiya Komitəsi çox səmərəli işlər görür. Bütün bunlar ictimaiyyətin gözü qarşısındadır.

Mən buraya gələrkən bir neçə rəqəmlə tanış oldum. Son üç il ərzində - 1997-ci ildən indiyə qədər

Azərbaycan idmançıları beynəlxalq, Avropa, müxtəlif regional səviyyəli yarışlarda fəal iştirak etmiş və 571

medal qazanmışlar. Qısa bir müddətdə bu qədər medallar qazanmaq Milli Olimpiya Komitəsinin, Gənclər və

İdman Nazirliyinin son illərdə gördüyü işlərin əməli nəticəsidir. 571 medaldan 220-si qızıl medal, qalanları isə

gümüş və bürünc medallardır. Mən bu medalları qazananları, Azərbaycan idmanının hörmətini dünyada

qaldıranları, Azərbaycan Milli Olimpiya Komitəsini, Azərbaycan Gənclər və İdman Nazirliyini, bütün idman

ictimaiyyətini bu nailiyyətlərə görə ürəkdən təbrik edirəm.

26

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

İdmana nə qədər çox qayğı göstərilsə, bizim gənclər idmana o qədər çox həvəs göstərəcəklər. Gənclərimiz

idmanda nə qədər çox yüksək nəticələr əldə etsələr, dünya, Avropa miqyasında, başqa regional yarışlarda

yüksək yerlər tutsalar, Azərbaycan gəncləri bu hərəkata o qədər də çox qoşulacaqlar, həvəslənəcəklər. Bunlar

hamısı birlikdə, sadəcə, oyun deyil, idman, bədən tərbiyəsi millətin, xalqın fiziki sağlamlığıdır.

Hər bir ölkənin, hər bir dövlətin ən böyük sərvəti insanlardır. Hər bir dövlət xalqını, öz vətəndaşlarını,

insanları daha da sağlam etməyə çalışmalıdır. Sağlamlığın da birinci yolu tibb, dava-dərman - bunlar nə qədər

yüksək səviyyəyə qalxsalar da - deyil. Sağlamlığın birinci yolu hər bir insanın öz orqanizmini fiziki cəhətdən

inkişaf etdirməsi, bədən tərbiyəsi ilə daim məşğul olması və idmanın yüksək səviyyəyə qalxmasıdır. Ona görə

da biz idman haqqında danışarkən bunu böyük siyasi, milli problem kimi qəbul edirik, anlayırıq. Biz bu nöqteyinəzərdən

də idmana qayğı göstəririk və göstərəcəyik.

Azərbaycanda gözəl gənc nəsil yetişir. İndiki dövrün müxtəlif iqtisadi, məişət çətinliklərinə baxmayaraq, bu

gənc nəsil həm təhsildə, həm elmdə, həm mədəniyyətdə, incəsənətdə, həm də idmanda yüksək nümunələr

nümayiş etdirir. Bunlar hamısı gənclərin - Azərbaycanın gələcək qurucularının ahəngdar inkişafını təşkil edən

amillərdir. Amma hər bir alim, hər bir mühəndis, hər bir həkim, hər bir incəsənət xadimi fiziki cəhətdən sağlam

olsa, fiziki cəhətdən özünə vaxtlı-vaxtında fikir versə, o, həm cəmiyyətin sağlam üzvü olacaq, həm də öz

sahəsində daha səmərəli işlər görəcək, millətimizə, xalqımıza, dövlətimizə daha da çox fayda verəcəkdir. Ona

görə də idman insanlar üçün, yaşından asılı olmayaraq, həyatda əsas yer tutur.

Mən idmandan danışanda onu geniş mənada nəzərdə tuturam. Əlbəttə, hər bir adam gedib güləşə, boks

oynaya, ağırlıq qaldıra bilməz. Hər kəsin öz imkanı var. Hər bir adam öz fiziki hazırlığını, fiziki möhkəmliyini

təmin etmək üçün ilk növbədə idmanın ibtidaisini təşkil edən bədən tərbiyəsi ilə daim məşğul olmalıdır. Hər bir

adam bununla gəncliyindən, uşaqlığından lap ömrünün sonuna qədər məşğul ola bilər. Beləliklə də

cəmiyyətimiz daha da sağlam olar. Təbiidir ki, böyük kütlənin içərisində fiziki cəhətdən ən sağlam adamlar,

idmanın müxtəlif növlərində istedadı olan insanlar yüksək səviyyəli idmançı olacaq və Azərbaycan idmanını

yüksəldəcəklər.

Mən bu gün bu fürsətdən istifadə edərək bu fikirlərimi təkcə sizə yox, bütün Azərbaycan xalqına, gənclərinə

çatdırıram və arzu edirəm ki, mənim bu tövsiyələrimə əməl olunsun. Bunlar mənim şəxsən icad etdiyim

tövsiyələr deyil, bunlar əcdadlarımızın qədim zamanlardan bizə etdiyi tövsiyələrdir və qoyub getdikləri

vəsiyyətlər, nəsihətlərdir.

Çox sevindirici haldır ki, son illər Azərbaycanda Milli Olimpiya Komitəsi güclü fəaliyyət göstərir. Elə

müstəqilliyimizin nəticələrindən biri də ondan ibarətdir ki, Azərbaycan Milli Olimpiya Komitəsi yaranıb. Bu

Milli Olimpiya Komitəsi indi böyük işlər görür, Azərbaycan idmanının yüksəlməsində böyük xidmətlər göstərir.

Bu gün biz XXVII Beynəlxalq Yay Olimpiya oyunlarına burada elan olunan göstəricilərlə gedirik. Biz

Gənclər və İdman Nazirliyini yaradanda çox düşündük, təkcə Gənclər Nazirliyi yox, Gənclər və İdman Nazirliyi

yaratdıq. Çünki gənclik idmandan, idman da gənclikdən ayrı ola bilməz. Mən çox məmnunam ki, biz vaxtilə

belə bir nazirlik yaratdıq. Bu nazirlik həm gənclərin problemləri ilə, - indi gənclər tamamilə başqa bir keyfiyyət

alıblar, həm də idmanın, bədən tərbiyəsinin inkişafı ilə məşğul olur. Ona görə də bir tərəfdən Milli Olimpiya

Komitəsi, digər tərəfdən Gənclər və İdman Nazirliyi və onların müştərək işləri, birgə səyləri indi Azərbaycanda

idmanı, bədən tərbiyəsini yüksəklərə qaldırıbdır.

Mən keçən dəfə burada danışanda xatırlatdım ki, 1990-92-93-cü illərdə Azərbaycanda bütün idman

qurğuları dağıdılmışdı. Azərbaycanın ən böyük stadionu bərbad vəziyyətə salınmışdı. Ayrı-ayrı adamlar orada

müxtəlif bazarlar, dükanlar açmışdılar, oranı kababxanaya döndərmişdilər. Bilin, mən bu məsələ ilə tanış olanda

Azərbaycanda çox şeylər dağıdılmışdı. Amma Azərbaycanın gəncliyi, idmanı üçün ən vacib olan bu stadionun

dağıdılması məni həddindən artıq incitdi.

O vaxt demişdim, indi də deyirəm, - xatırlayıram, 1952-ci ildə həmin stadion açıldı və mən onun açılışında

iştirak etmişəm. Həmin stadion o vaxtdan Azərbaycan idmanına, gəncliyinə böyük xidmətlər göstərmişdir.

Amma iki-üç il içərisində onu vurub-dağıtdılar.

O zaman mən məsələ qaldırdım ki, orada qayda-qanun yaratmaq lazımdır. Stadionu nəinki bərpa etmək, onu

müasir, beynəlxalq standartlar səviyyəsinə qaldırmaq lazımdır. O vaxt bəziləri buna inanmadılar. Bir çoxları

hesab edirdilər ki, bəzi mafioz qüvvələr orada o qədər kök salıblar ki, onları oradan çıxarmaq mümkün deyil.

Bəli, belə düşünənlər o dövrün adamları idilər. Çünki onlar da Azərbaycanda hər şeyi dağıdırdılar. O biriləri də

dağıdanda bunların mənəvi haqqı yox idi ki, onlara desinlər, - niyə dağıdırsınız Çünki şəxsi məqsədləri üçün

hamısı - bu da dağıdırdı, o da dağıdırdı.

Biz oranı qısa bir müddətdə təmizlətdirdik. İndi stadion təmir olunubdur, beynəlxalq standartlar

səviyyəsindədir, Azərbaycan gəncliyi üçün fayda verir. Xatirimdədir, həmin stadion çox bərbad vəziyyətdə idi.

Bir dəfə orada beynəlxalq futbol yarışı olmalıydı. Gəlib dedilər ki, onu Sumqayıtda keçirmək lazımdır. Bunlar

yadınızdadırmı Mən soruşdum ki, nə üçün Sumqayıtda Çünki Azərbaycanın mərkəzi stadionu elə bərbad

vəziyyətdə idi ki, həmin beynəlxalq futbol yarışını orada keçirmək mümkün deyildi. Ona görə də həmin yarış

27

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Sumqayıtda keçirildi. Təsəvvür edin, biz belə dövr yaşamışıq, belə hadisələrlə rastlaşmışıq. Ancaq indi böyük

iftixar hissi ilə deyirəm ki, biz bunların hamısının qarşısını almışıq. Ölkəmizdə ictimai-siyasi sabitlik

yaratmışıq. Respublikamızın iqtisadiyyatı inkişaf edir. Azərbaycan demokratik bir dövlət kimi dünyada

özünəlayiq yer tutubdur, Azərbaycanda iqtisadi, sosial, siyasi islahatlar həyata keçirilir. Ölkəmizdə müxtəlif

qanunlar, o cümlədən idman haqqında qanun qəbul olunubdur.

Baxın, qısa bir müddətdə hər şeyi nə tez dağıtmaq olardı. Həmin o dağıntıları qısa bir müddətdə aradan

qaldırıb Azərbaycanın bugünkü simasını yaratmaq lazım idi. Biz bunu yaratdıq.

Mən çox məmnunam ki, Azərbaycan Milli Olimpiya Komitəsi bir neçə idman müəssisəsi tikibdir. İlham

Əliyev bu barədə danışdı. Təkcə Bakıda yox, Gəncədə də, Naxçıvanda da idman müəssisələri tikilibdir. Bunları

Milli Olimpiya Komitəsi özü edir, dövlət burada heç vəsait də sərf etmir. Demək, bu işləri etmək olar. Amma

bu, nə üçündür Bu, bir adam üçün deyil, ayrı-ayrı qruplar üçün deyil. Bu, millət, xalq üçündür, bu, bizim

gənclərimiz, Azərbaycanda gənclərin fiziki cəhətdən sağlam inkişaf etməsi, ölkəmizdə idmanın inkişaf etməsi

üçündür. Əlbəttə, belə təşəbbüslər həmişə alqışlanmalıdır. Mən ümidvaram ki, biz bundan sonra da belə

təşəbbüslərin şahidi olacağıq.

İlham Əliyev ötən Olimpiya oyunları ilə bu Olimpiya oyunları arasında qazanılmış nailiyyətlər və XXVII

Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının sayı və keyfiyyəti haqqında məlumat verdi.

Bu, bizi çox sevindirir. Mən inanıram ki, Olimpiya oyunlarına lisenziya almış 31 nəfər gəncimiz, idmançımız

millət, müstəqil Azərbaycan dövlətimiz, xalqımız qarşısında öz məsuliyyətini hiss edərək, indiyə qədər əldə

etdiyi nailiyyətləri artıracaq, Olimpiya oyunlarına lisenziya almaq səviyyəsinə çatmasını səmərəli həyata

keçirəcək və Olimpiya oyunlarında yüksək yerlərə qalxacaqdır.

Təbiidir ki, biz istərdik 31 idmançımızın 31-i də qızıl medal alsın. Bu, tək mənim arzum deyil, - görürsünüz,

siz də alqışlayırsınız, - sizin də, bütün xalqımızın da arzusudur. Yenə də deyirəm, indi beynəlxalq aləmdə

Azərbaycanın müxtəlif sahələrdə fəaliyyəti çox yüksək səviyyədədir. Ancaq idman o qədər kütləvi bir sahədir,

bütün dünyanın, bəşəriyyətin nəzər-diqqətini o qədər cəlb edir ki, bilin, Azərbaycanda da insanlar Olimpiya

oyunlarına gecə-gündüz baxacaqlar, onları izləyəcəklər, hər biri ürəkdən, necə deyərlər, gərginlik hissi

keçirəcəkdir ki, gərək bizim bu və ya digər idmançımız hansı yerə qalxdı, hansı nailiyyəti əldə etdi.

Gərək ki, natiq dedi, burada həm xoşbəxtlik amili olmalıdır, həm də hakimlərin ədalətliliyi. Təbiidir, ideal

vəziyyət belə olmalıdır. Biz də arzu edirik ki, belə olsun. Ancaq mən burada bir şeyi deyə bilərəm ki, biz sizi o

qədər ürəkdən sevərək oraya göndəririk və xalqımızın duaları sizə o qədər kömək edəcək ki, qarşınızda duran

vəzifəni orada xoşbəxtliklə yerinə yetirəcəksiniz.

O ki qaldı hakimlərin ədalətliliyi, bu, bizdən asılı deyildir. Ancaq arzumuz nədən ibarətdir Arzumuz ondan

ibarətdir ki, ədalət olsun və güman edirəm, Azərbaycanın nümayəndə heyətinə rəhbərlik edən Azərbaycan Milli

Olimpiya Komitəsinin başçısı İlham Əliyev və onun müavini Əbülfəz Qarayev çalışacaqlar ki, orada hakimlərin

ədalətli olmasını təmin etsinlər. Mənim belə deməyə əsasım var. Çünki Azərbaycanın Milli Olimpiya Komitəsi

qısa bir zamanda bütün olimpiya təşkilatları ilə çox işgüzar əlaqələr yaradıbdır: həm Beynəlxalq Olimpiya

Komitəsinin prezidenti Samaranç və onun müavinləri ilə, bu günlərdə isə Brüsseldə Avropa Olimpiya

Komitəsinin prezidenti ilə görüşüblər.

Məsələn, yeniyetmə boksçuların Avropa çempionatının Azərbaycanda keçirilməsi böyük bir hadisə oldu.

Heç vaxt Azərbaycanda belə bir beynəlxalq yarış keçirilməmişdi. Ən sevindiricisi də odur ki, bizim boksçular

orada yaxşı nailiyyətlər əldə etdilər. Bilirsiniz ki, burada bir yarış da – yeniyetmələr arasında dünya çempionatı

da keçiriləcəkdir. Bu da çox əhəmiyyətli nailiyyətdir. Məhz yeniyetmələr arasında. Çünki böyük yaşlı boksçuların

təcrübəsi var, amma bizdə boks hələ inkişaf etməlidir. Ona görə gərək yeniyetmələri boksa cəlb eləyək.

Dünya çempionatı Azərbaycanda keçiriləcək, artıq bu barədə qərar qəbul edilibdir. Təbiidir ki, bu da

Azərbaycan üçün beynəlxalq əhəmiyyətli yeni bir hadisə olacaqdır.

Bax, bütün bu görülən işlər, yaranmış əlaqələr onu göstərir ki, bizim nümayəndə heyətinin rəhbərləri, - siz

idmançılar orada meydanda yarışanda, yəni biri bokslaşacaq, biri güləşəcək, - bütün təşkilati işlərlə gecə-gündüz

məşğul olmalıdırlar ki, sizin nailiyyətləriniz ədalətli qiymətləndirilsin.

Biz sizi uzaq yerə - Sidneyə, Avstraliyaya yola salırıq. Mənim xatirimdədir, deyəsən, 1956-cı ildə idi, -

Melburnda, Avstraliyada Olimpiya oyunları keçirilirdi. O vaxt sovet ittifaqı bu yarışlara təzə qoşulmuşdu və

onda bir çoxumuz o qədər də bilmirdik ki, Olimpiya oyunları nədən ibarətdir. Gərək ki, SSRİ bu işə 1952-ci ildə

qoşulmuşdu. Elədir, yoxsa yox Onda o oyunlar bizdə böyük maraq doğurmuşdu.

Amma indi biz Olimpiya oyunlarının tarixini bilirik və müstəqil dövlətin təmsilçiləri kimi Azərbaycan

idmançıları həm Atlantada, həm Yaponiyada Olimpiya oyunlarında iştirak ediblər. Təcrübə var və görülən işlər

əsas verir deyim ki, çox uzaq məsafəyə getməyinizə baxmayaraq, siz öz fiziki hazırlığınızı qoruyub

saxlayacaqsınız, nizam-intizamı daha da möhkəmləndirəcəksiniz, bir-birinizə qayğı göstərəcəksiniz, kömək

edəcəksiniz ; hər birinizin nailiyyətinə hamınız ürəkdən - sevinəcəksiniz, bir-birinizə qısqanclıq etməyəcəksiniz

və böyük nailiyyətlər əldə edəcəksiniz.

28

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Mən sizə deyirəm ki, yolunuz uğurlu olsun! Mən sizə deyirəm ki, sağ-salamat gedib Azərbaycana

qayıdasınız! Mən sizə deyirəm ki, Azərbaycan xalqı sizi səbirsizliklə gözləyəcək və hərarətlə, təntənə ilə

qarşılayacaqdır. Sizdən asılı olan isə odur ki, buraya alnıaçıq, üzüağ qayıdasınız. Mən buna inanıram və bu

inamla da, sizə olan bu etibarımla da sizə cansağlığı arzu edir, beynəlxalq əhəmiyyəti olan, Azərbaycan üçün

dövlət əhəmiyyətli olan bu böyük işdə böyük, böyük, böyük uğurlar arzulayıram. Sağ olun.

Mən bir şeyi deməyi unutdum. Əvvəl Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi təklif etmişdilər

ki, Olimpiya oyunlarında birinci, ikinci, üçüncü yer tutanlara pul mükafatları verilsin. Təklif vermişdilər ki,

birinci yerə 25 min dollar, ikinci yerə 10 min dollar, üçüncü yerə 5 min dollar verilsin. Sonra isə biz Milli

Olimpiya Komitəsinin yeni təklifinə baxdıq və mən qərar qəbul etdim ki, birinci yer üçün 50 min dollar, ikinci

yer üçün 30 min dollar, üçüncü yer üçün 15 min dollar verilsin. Eyni zamanda deyirəm ki, Milli Olimpiya

Komitəsinin də öz mükafatları var, bunları da sonra sizə deyəcəklər.

Sağ olun, sizə yaxşı yol! Sizə bir daha uğurlar arzulayıram.

“Azərbaycan”, 27 avqust 2000-ci il

29

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

XXVII Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançıların yolasalma mərasimində

Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi

- Möhtərəm cənab prezident!

Hörmətli toplantı iştirakçıları!

Bu il Azərbaycan idmançılarına Yay Olimpiya Oyunlarında müstəqil respublikamızı ikinci dəfə təmsil

etmək şərəfi nəsib olmuşdur. İdmançılarımızın müxtəlif səviyyəli beynəlxalq yarışlarda uğurla iştirak etməsi hər

birimizdə haqlı qürur hissi doğurur. Dörd ildən bir keçirilən Olimpiya Oyunlarına vəsiqə qazanmaq isə ikiqat

şərəf və xoşbəxtlikdir.

XX əsr başa çatmaq üzrədir. XXVII Yay Olimpiya Oyunlarının ikinci minilliyin son ilinə təsadüf etməsi də

rəmzi xarakter daşıyır. İnanırıq ki, idmançılarımız əsrin sonlarında müstəqillik qazanmış respublikamızın

şərəfini bu tədbirdə uca tutacaq, üçrəngli bayrağımızı yüksəklərə qaldıracaq, həmvətənlərimizə əsl bayram

əhval-ruhiyyəsi bəxş edəcəklər.

Bugünkü mərasimdə iştirak edərkən, XXVI Yay Olimpiya Oyunlarına yola düşən idmançılarla dörd il

əvvəlki görüşü xatırlayıram. Dövlət başçısının dəyərli tövsiyələri, xeyir-duası olimpiyaçılarımızı dana da

həvəsləndirdi, onların ilk dəfə müstəqil şəkildə qatıldıqları olimpiya oyunlarında qənaətbəxş nəticələr əldə

etməsinə səbəb oldu.

Möhtərəm cənab prezident!

İlk Olimpiya Oyunlarında idmançılarımızın əldə etdikləri nəticələrə bütövlükdə müsbət qiymət verdiyinizə

görə Sizə bir daha dərin təşəkkürümüzü bildiririk.

Lakin onu da yaxşı dərk edirik ki, qarşıdan gələn olimpiadada idmançılarımız Sizin etimadınızı doğrultmaq

üçün daha yüksək nəticələr göstərməli, Sidneydə dövlət himnimiz oxunmalı, bayrağımız qaldırılmalıdır.

Ötən Olimpiya Oyunlarında 23 nümayəndəmiz iştirak etdiyi halda, builki yarışlara 31 idmançımız vəsiqə

qazanmışdır. Qeyd etmək lazımdır ki, Atlanta və Sidney Olimpiadalarında iştirak etmək şərtləri eyni olmamış,

sonuncuda bu şərtlər xeyli çətinləşdirilmişdir. Ötən oyunlarda iştirak etmək üçün Avropa çempionatlarında

birinci-səkkizinci yerləri tutmaq kifayət idisə, indi yalnız qalib gəlməklə həmin imkanı əldə etmək olar. Eyni

zamanda lisenziya verəcək beynəlxalq yarışlar da ötən dörd illə müqayisədə daha yüksək səviyyədə təşkil

edilmişdir. Bütün bu çətinliklərə baxmayaraq, idmançılarımız həm dünya və Avropa çempionatlarında, həm də

beynəlxalq yarışlarda gərgin mübarizə apararaq, 25 lisenziya əldə etdilər. Aparılan danışıqlara əsasən

beynəlxalq federasiyalar tərəfindən ölkəmizə 6 əlavə vəsiqə də verildi. Müqayisə üçün xatırlatmaq istəyirəm ki,

Atlanta Olimpiadası ərəfəsində cəmi 12 lisenziya mübarizə şəraitində qazanılmışdı, 11 vəsiqə isə beynəlxalq

təşkilatlar tərəfindən əlavə olaraq verilmişdi. Mübarizə şəraitində qazanılmış lisenziyaların əvvəlki dövrlə

müqayisədə iki dəfə artması Sidneydə olimpiyaçılarımızın daha yüksək nəticələr göstərəcəyini söyləməyə əsas

verir. Qarşıdan gələn oyunlarda ölkəmiz 10 idman növündə təmsil olunacaqdır.

Mütəxəssislərin rəyinə görə, builki milli komandamızın mənəvi və fiziki hazırlığı kifayət qədər yüksək

səviyyədədir. Bütün bunlar Sizin, cənab prezident, dəfələrlə qeyd etdiyiniz kimi, Azərbaycanın müstəqilliyinin

bəhrəsidir, gənclərimizin vətənpərvərliyinin nəticəsidir. Eyni zamanda bu, Sizin idmana göstərdiyiniz xüsusi

diqqət və qayğı sayəsində mümkün olmuşdur. Son illər biz bu qayğını daim öz üzərimizdə hiss etmişik. XXVII

Yay Olimpiya Oyunlarına hazırlıq haqqında sərəncamın oyunlara iki il yarım qalmış imzalanması həmin

qayğının bariz nümunəsidir.

Son illər idmanımızın maliyyə təminatı və maddi-texniki bazası da xeyli güclənmişdir. Respublikamızın

şəhər və rayonlarında çoxlu sahə idman qurğuları tikilərək vətəndaşlarımızın istifadəsinə verilmişdir. Hazırda

paytaxtımızda Milli Olimpiya Komitəsi üçün inzibati binanın və iki universal idman zalından ibarət olimpiya

kompleksinin tikintisi sürətlə davam edir. Hər bir zal 500 tamaşaçı tutacaqdır. Eyni zamanda, Naxçıvan və

Gəncə şəhərlərində də hər biri 600 tamaşaçı tutacaq iki idman zalından ibarət yeni olimpiya komplekslərinin

inşasına başlanmışdır.

Görülən tədbirlər nəticəsində son illər bədən tərbiyəsi və idmanın kütləviliyi xeyli artmış, respublikamızda

müxtəlif səviyyəli yarışların keçirilməsi daha intensiv xarakter almış, idmançılarımızın mühüm beynəlxalq

tədbirlərdə iştirakını təmin etmək mümkün olmuşdur.

Son illər Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları medalların artım dinamikasını

nəzərinizə çatdırmaq istəyirəm. Belə ki, əgər 1994-cü ildə idmançılarımız dünya və Avropa çempionatlarından

cəmi 68 medal gətirmişdilərsə, 1999-cu ildə bu rəqəm iki dəfə yarım artaraq 166-ya çatmışdır.

Məlumdur ki, Olimpiya oyunları ən böyük idman yarışlarıdır. Bu yarışlarda iştirak etmək hüququ hansısa

təşkilat və ya şəxs tərəfindən verilmir. Bu hüquq yalnız gərgin iş, inadlı zəhmət sayəsində qazanılır. Bunu

nəzərə alaraq, Sidney olimpiadasına hərtərəfli hazırlaşmaq üçün Milli Olimpiya Komitəsi 1997-ci ilin ikinci

yarısından etibarən ciddi işə başladı. Komitə ilk növbədə öz işini müasir tələblərə uyğun səviyyədə qurdu,

30

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

federasiya, cəmiyyət və klublarla, Gənclər və İdman Nazirliyi ilə, digər əlaqədar dövlət orqanları ilə işgüzar

əlaqələr yaratdı.

Olimpiya hərəkatının inkişafında beynəlxalq əlaqələr böyük rol oynadığına görə biz ilk günlərdən bu

məsələyə də xüsusi diqqətlə yanaşmışıq. Son üç ildə komitənin rəhbərliyi və İcraiyyə Komitəsinin üzvləri

beynəlxalq və Avropa olimpiya komitələrinin tədbirlərində, konqreslərdə, seminarlarda, komissiyaların

iclaslarında fəal iştirak etmişlər. Bu fəallıq bizim istər beynəlxalq idman təşkilatları, istərsə də milli olimpiya

komitələri səviyyəsində əlaqələrimizi daha da möhkəmləndirmişdir.

1999-cu ilin sentyabrında biz Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samarançın şəxsi

dəvətinə əsasən Gənclər və İdman naziri Əbülfəs Qarayev ilə birlikdə İsveçrədə rəsmi səfərdə olduq. Cənab

Samaranç respublikamızın üç şəhərində yeni olimpiya komplekslərinin tikintisini, idman haqqında qanunun

qəbulunu, idmançılara və məşqçilərə təqaüdlər verilməsini, yüksək nəticələr qazanmış idmançıların dövlət

tərəfindən mükafatlandırılmasını, respublikamızda müxtəlif beynəlxalq yarışların keçirilməsini, “Olimpiya”

jurnalının nəşr olunmasını, bir sözlə, Olimpiya Hərəkatının inkişafı sahəsində dövlət orqanlarının və Milli

Olimpiya Komitəsinin gördüyü işləri çox yüksək qiymətləndirdi.

İdmançılarımızın hazırlanmasını kompleks və sistemli şəkildə aparmaq üçün biz beynəlxalq təcrübəyə

istinad edərək, Gənclər və İdman Nazirliyi ilə birlikdə "Azərbaycan Respublikası idmançılarının XXVII Yay

Olimpiya Oyunlarına hazırlıq konsepsiyası"nı tərtib etdik. Konsepsiyanın müddəalarına uyğun olaraq, hazırlıq

prosesinin əsas məqsəd, vəzifə və prinsipləri müəyyənləşdirildi.

Möhtərəm cənab prezident!

Milli yığma komandalarımızın Olimpiya oyunlarına yüksək səviyyədə hazırlanmasında və rəsmi beynəlxalq

yarışlarda onların iştirakının təmin edilməsində Sizin 1998-ci il 20 fevral tarixli sərəncamınız müstəsna rol

oynadı, Sərəncamdan irəli gələn məsələləri həll etmək məqsədi ilə respublika qərargahı yaradıldı, Gənclər və

İdman Nazirliyi tərəfindən konkret tədbirlər planı işlənib hazırlandı.

Milli Olimpiya Komitəsi idman federasiyaları ilə birlikdə xüsusi hazırlıq proqramı tərtib etdi. Bu ilin səkkiz

ayı ərzində yalnız Gənclər və İdman Nazirliyinin xətti ilə Olimpiya oyunlarına hazırlıq çərçivəsində 47

beynəlxalq yarışa 262 nəfər, 64 təlim-məşq toplanışına 563 nəfər göndərilmişdir. Ötən dövr ərzində

respublikamızda bir çox kütləvi tədbirlər keçirilmiş, demək olar ki, bütün şəhər və rayonlarımızın yeniyetmə və

gəncləri həmin tədbirlərə cəlb edilmişdir. Bu tədbirlərdən ən böyüyü, şübhəsiz ki, artıq iki dəfə təşkil etdiyimiz

yeniyetmələrin ümum-respublika oyunlarıdır. Hər dəfə həmin oyunlarda minlərlə yeniyetmə iştirak edir,

idmanın ayrı-ayrı növlərində öz qüvvə və bacarığını sınayır.

Son dövrdə ölkəmizdə bir sıra beynəlxalq əhəmiyyətli yarışlar da keçirilmişdir. 1999-cu ilin avqustunda

Bakıda yeniyetmə boksçuların Avropa çempionatı keçirildi. Çempionat keçirilən günlərdə idman oyunları

sarayında boş yer tapmaq mümkün deyildi. Son on ildə respublikamızda belə böyük tamaşaçı auditoriyası

toplayan yarışlar olmamışdı. Yeniyetmə boksçularımız çempionatda dörd qızıl, bir gümüş, dörd bürünc medal

qazandılar. 25 dövlətdən gəlmiş idmançılar, qonaqlar, hakimlər ölkəmizlə yaxından tanış oldular, xalqımız,

mədəniyyətimiz və idmanımız haqqında yüksək təəssüratlarla vətənlərinə qayıtdılar. Bu mötəbər yarışların

yüksək səviyyədə təşkil edilməsi 2001-ci ildə boks üzrə yeniyetmələr arasında dünya çempionatının Bakıda

keçirilməsi haqqında qərar qəbul edilməsinə səbəb olmuşdur.

İdmançılarımızı yüksək nailiyyətlər qazanmağa həvəsləndirmək məqsədi ilə 1998-ci ildə Milli Olimpiya

Komitəsi dünya və Avropa çempionatlarında, dünya kuboku uğrunda yarışlarda mükafata layiq yer tutmuş

şəxslər və onların məşqçiləri üçün "Olimpiya təqaüdü" təsis etmişdir. Həmin şəxslərin müxtəlif qiymətli

hədiyyələrlə mükafatlandırılması da ənənə halını almışdır. Biz hər il təqaüd alan idmançıların sayını və

təqaüdlərin miqdarını artırırıq. Bundan başqa, Sidney olimpiadasına lisenziya qazanmış idmançıların hər birinə

Azərbaycan Milli Olimpiya Komitəsi ayda iki milyon manat məbləğində təqaüd təyin etmişdir.

Qeyd etməliyəm ki, Sidney Olimpiadasından dərhal sonra Paraolimpiya oyunları da keçiriləcəkdir.

Azərbaycanı bu oyunlarda 7 idmançı təmsil edəcəkdir. Onlar bu gün buradadırlar. Biz onlara cəsarətli, iradəli

idmançılara böyük uğurlar diləyirik.

Bir sözlə, əziz idmançılar, Olimpiya oyunlarına hazırlıqla bağlı çox iş görülmüşdür. İndi sizə oyunlarda

iştirak edərək qələbə uğrunda əzmlə mübarizə aparmaq qalır. Sizi böyük ümidlərlə yola salır və inanırıq ki,

Sidneydən yüksək nəticələrlə qayıdacaqsınız. Bu yolda hamınıza uğurlar diləyirəm və əmin olduğumu

bildirirəm ki, siz vətənə qələbələr gətirəcəksiniz.

Diqqətinizə görə sağ olun!

“Azərbaycan”, 27 avqust 2000-ci il

31

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Sidney (Avstraliya) – 15 sentyabr – 1 oktyabr 2000-ci il

İştirakçı dövlətlərin sayı – 199

İdman növü – 29

Yarışların sayı – 300

İdmançıların sayı – 11 000 çox

1997-ci ilin dekabrında Sidneyə hazırlıq konsepsiyası təsdiq olundu. 1998-ci ilin yanvarından idmançıların

sosial problemləri ilə bağlı bir sıra məsələlər həll olundu, federasiyaların işində səliqə-səhman yaradıldı.

idmançıların təlim-məşq prosesi təşkil olundu, onların yarışlarda iştirakı təmin edildi. İlin sonunda ilk lisenziya

qazanıldı. 1999-cu ildə lisenziyaların sayı artdı. Olimpiya oyunları ərəfəsində lisenziyaların sayı 31-ə çatdı.

MOK-un idmançılar üçün təşkil etdiyi son təlim-məşq toplantıları avqustun birinci yarısında başa çatdı.

Avqustun ikinci yarısında idmançıların Avstraliyaya yola salınması mərasimləri, tədbirləri bir-birini əvəz etdi.

Bu tədbirlərdən ən yadda qalanı mavi Xəzərin sahilində yerləşən Zuğulba qəsəbəsindəki Beynəlxalq Turizm

Mərkəzində avqustun 25-də dövlət başçısının iştirakı ilə keçirilən yolasalma mərasimi oldu. Milli Olimpiya

Komitəsinin prezidenti İlham Əliyev komitənin son illərdə gördüyü işlər, Sidney Oyunlarına hazırlıq barədə

dövlət başçısına hesabat verdi. Sonra respublika Olimpiya komandasının cüdo üzrə baş məşqçisi Ağayar

Axundzadə, komandanın kapitanı Namiq Abdullayev çıxış edərək ölkənin idman şərəfini ləyaqətlə

qoruyacaqlarına, Sidneydən medallarla qayıdacaqlarına söz verdilər.

Azərbaycan prezidenti Heydər Əliyev idmançılara tövsiyələrini, xeyir-duasını verdi. Onlara uğurlu yol

arzuladı. Ölkə başçısı öncə Olimpiya oyunlarının necə əhəmiyyətli, necə möhtəşəm bir hadisə olduğunu

vurğulayaraq dedi: "27-ci Yay Olimpiya Oyunları 20-ci əsrin son oyunlarıdır. Olimpiya oyunları hər dəfə

bəşəriyyətdə əlamətdar hadisə kimi qiymətləndirilmişdir. Ancaq 20-ci əsrə yekun vuran və bu əsrdə Beynəlxalq

Olimpiya Hərəkatının nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirən 27-ci Sidney Yay Olimpiya Oyunları

olacaqdır."

Prezident keçirdiyi qürur və fərəh hissini idmançılara da aşıladı. İdmançıların gözləri qarşısına Azərbaycan

bayrağının qaldırılması mərasimi canlandı, qulaqlarında Azərbaycan himni səsləndi: "Biz bu gün böyük iftixar

hissi keçiririk ki, Azərbaycan bir müstəqil dövlət kimi, dünya birliyinin bərabərhüquqlu bir üzvü kimi bu

Olimpiya oyunlarında iştirak edəcək və ölkəmizin müstəqilliyini, azadlığını, suverenliyini bir daha nümayiş

etdirəcək, Azərbaycanın milli bayrağını qaldıracaq, milli himnini səsləndirəcək." İdmançılar hələ yol üstündə

idilər. Prezident bu yolun nəhayətindən xəbər verirdi. Qələbə əlinizdədir, qələbə qolunuzdadır, qələbə Vətənə

olan sevginizdə, Vətənə olan borcunuzu yerinə yetirməyinizdədir. Bu qələbəyə inam akkordları idi. Bu inam

Zemfiranın da, Namiqin də, Vüqarın da, neçə-neçə başqa idmançımızın da ürəyində özünə yer elədi. Bu

inamdan Sidneydə Zemfiranın gözlərinə işıq gətirəcəkdi, onun hədəfi sərrast vurmasına yardım edəcəkdi. Bu

inam Sidneydə Namiqin dizlərinə təpər gətirib onu büdrəməyə qoymayacaqdı. Bu inam Sidneydə Vüqarın

qollarına güc verəcəkdi. Bunlar hələ Sidneydə olacaqdı, Onda isə idmançılar Zuğulbada ölkə başçısını

dinləyirdilər:

"Əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycanın idmançıları 27-ci Yay Olimpiya Oyunlarında böyük

uğur qazanacaq və Azərbaycanın şanını-şöhrətini daha da yüksəldəcəklər.

Mən sizə deyirəm ki, yolunuz uğurlu olsun! Mən sizə deyirəm ki, sağ-salamat gedib Azərbaycana

qayıdasınız! Mən sizə deyirəm ki, Azərbaycan xalqı sizi səbirsizliklə gözləyəcək və hərarətlə, təntənə ilə

qarşılayacaqdır. Sizdən asılı olan odur ki, buraya alnıaçıq, üzüağ qayıdasınız. Mən buna inanıram və bu inamla

da, sizə olan etibarımla da sizə can sağlığı arzu edir, beynəlxalq əhəmiyyəti olan bu böyük işdə böyük, böyük,

böyük uğurlar arzulayıram".

Olimpiyaçılar doğma Vətəni ləyaqətlə təmsil edəcəklərinə and içib Sidneyə yola düşdülər.

Bütün dünyanın səbirsizliklə gözlədiyi XX əsrin son olimpiadası - XXVII Yay Olimpiya Oyunları

sentyabrın 15-də Avstraliyanın Sidney şəhərində rəsmi olaraq açıq elan edildi. Oktyabrın 1-də bağlanan bu

Olimpiya oyunlarında dünyanın 199 ölkəsindən 11000-dən çox idmançı iştirak etdi. 29 idman növü üzrə

yarışlarda 300 dəst medal oynanıldı. Sidney Oyunları bir çox göstəricilərinə görə əvvəlki olimpiadalardan həm

fərqləndi, həm də irəli getdi. Bəşəriyyət bu günədək olan olimpiadalardan ən yaxşısını Sidneydə gördü. Bu

oyunlar Xuan Antonio Samarançın Beynəlxalq Olimpiya Komitəsinin prezidenti kimi rəhbərlik etdiyi sonuncu

olimpiada idi. Markiz Samaranc bağlanış mərasimindəki çıxışında bunu qeyd edərək dedi: "Men yeddi il bundan

əvvəl söylədiklərimi bu gün də təkrar etmək istəyirəm. Sidney qalib şəhərdir." Sidneyin qələbəsi daha çox

idmançını, rəsmi şəxsi, jurnalisti, olimpiyasevəri qəbul edib yola sala bilməsi, oyunları yüksək səviyyədə

keçirməyə nail olmasındadır. Sidneydə idmançılar böyük cəsarət və mübarizlik göstərdilər. Onlar qələbə

uğrunda ədalətli mübarizə apardılar, yarışda rəqib olsalar da, dost kimi görüşdülər, dost kimi də ayrıldılar.

2000-ci il Sidney Oyunları "Olimpiya barışığı"nın əbədi hökm sürməsinin mümkünlüyünü, məhz Olimpiya

oyunlarının insanlar arasında ən yaxşı anlaşmanı yarada bilməsini, daha yaxşı dünya qurmağa yardımçı ola

32

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

biləcəyini əyanı şəkildə təsdiq etdi. Açılış mərasimində iki Koreyadan olan nümayəndə heyətinin birgə keçdiyi

tarixi parad da bu faktı sübuta yetirir.

XXVII Yay Olimpiya Oyunlarında Azərbaycan müstəqil dövlət kimi ikinci dəfə olimpiadada iştirak etdi.

Ölkə 31 idmançı ilə idmanın doqquz növündə təmsil olundu. Azərbaycan idmançıları müxtəlif idman növlərində

güclü olduqlarını Sidney Oyunlarında əyanı şəkildə sübut etdilər. Cüdo, boks, güləş, atıcılıq yarışlarında

atletlərimiz uğurlu nəticələri ilə fərqləndilər. Azərbaycan komandasına ilk medalı qadınlar arasında stend

atıcılığı yarışlarında iştirak edən Zemfira Meftəhəddinova gətirdi. Onun çıxış etdiyi idman növü ilk dəfə olaraq

Olimpiya oyunlarının proqramına daxil edilmişdi. Zemfira bu növdə iki Olimpiya rekordu müəyyən etdi. O, ən

yaxın rəqibini üç xal geridə buraxaraq Olimpiya çempionu oldu.

Ölkəmizə ikinci qızıl medalı Atlanta Oyunlarının gümüş mükafatçısı, güləşçi Namiq Abdullayev gətirdi.

Qrup yarışlarını uğurla başa vuran Namiq yarımfinal və final görüşlərini də yüksək səviyyədə keçirdi. Finalda

ABŞ idmançısı Samuel Henson üzərində inamlı qələbə qazanan Namiq Abdullayev Olimpiya çempionu adını

aldı.

Azərbaycan boksunun salnaməsinə də ilk Olimpiya medalı yazıldı. Bu medalı ölkəmizə 19 yaşlı gənc

boksçu Vüqar Ələkbərov gətirdi. Yarımfinalda planetin ən güclü boksçusuna inadla müqavimət göstərməyinə

baxmayaraq uduzan atletimiz Sidney Oyunlarının bürünc mükafatçısı oldu.

İki qızıl və bir bürünc medalı olan Azərbaycan medal almış 80 ölkə arasında 34-cü yeri, Avropa ölkələri

arasında isə 23-cü yeri tutdu. Bu, əsl qələbədir. Azərbaycan idmanı Sidney sınağından zəfərlə çıxdı. Bu zəfəri

ölkəmizin adına Zemfira Meftəhəddinova, Namiq Abdullayev, Vüqar Ələkbərov yazdı. Lakin Sidney təkcə

medallarda xatirələrdə qalmadı. Azərbaycan nümayəndə heyəti üçün burada gərgin bir dövr yaşandı. Sentyabrın

6-da Sidneydə Olimpiya kəndində Azərbaycan bayrağı qaldırıldı.

Olimpiya oyunlarının rəsmi açılış mərasimi sentyabrın 15-də oldu. Ertəsi gün əsas yarışlar başlandı.

Azərbaycan idmançıları cüdo, üzgüçülük, atıcılıq, boks, yüngül atletika, ağırlıqqaldırma, suyatullanma və güləş

yarışlarının iştirakçısı oldular. Azərbaycan komandası cüdoda dörd idmançı - qadınlar arasında Zülfiyyə

Hüseynova (57 kq çəki dərəcəsi), kişilər arasında Elçin İsmayılov (60 kq), Mehman Əzizov (81 kq), Rəsul

Səlimov (90 kq) ilə təmsil olunurdu.

Sentyabrın 16-da 60 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz Elçin İsmayılov tatami üzərinə çıxdı. Qeyd

edək ki, Avropa çempionu, 18 yaşlı Elçin cüdoçular arasında ən gənc idmançı idi. O, ilk görüşünü Yeni

Zelandiyanı təmsil edən idmançı ilə keçirtdi. Görüşün ilk saniyələrindən hücuma keçən Elçinin rəqibindən

güclü olması açıq-aşkar hiss olunurdu. Az keçməmiş idmançımız ağrıdıcı fəndlə qalib gəldi. Onun keçirdiyi

ikinci görüş də uzun çəkmədi. Elçin İsveçrə idmançısı üzərində ipponla qələbə qazandı. O, növbəti görüşü

Belorusiyanı təmsil edən azərbaycanlı idmançı Natiq Bağırova qarşı keçirməli oldu. Elçin təcrübəli Natiqi də

ipponla uddu. Dördüncü görüşünü özbək cüdoçusuna qarşı keçirən Elçin dərhal üstünlüyü ələ aldı. Rəqibindən

bir yuko və koka irəli olan Elçin görüşün bitməsinə 40 saniyə qalmış arxayınlaşaraq özbək idmançısına fənd

işlətməyə imkan verdi və məğlub oldu.

Təsəlliverici qrupda Əlcəzair cüdoçusuna ipponla qalib gələn Elçin qazax idmançısı ilə qarşılaşmada

uduzaraq 7-ci yerlə kifayətləndi.

Sentyabrın 18-də cüdoçumuz Zülfiyyə Hüseynova ilk görüşdə Avstraliya idmançısı Pekli Mariya ilə

qarşılaşdı. Hakimlər görüşün əvvəlində Zülfiyyəyə iki dəfə xəbərdarlıq etdilər. Bu xəbərdarlıq öz təsirini

göstərdi və nəticədə o, özündən güclü olmayan rəqibinə uduzdu. Bundan sonra Kamerun və İsveç cüdoçularına

qalib gələn Zülfiyyə bürünc medal uğrunda mübarizəyə qoşulmaq üçün yapon cüdoçusu ilə qarşılaşdı. Lakin ilk

dəqiqədə Zülfiyyənin çiynindən aldığı zədə ona yarışa davam etməyə imkan vermədi. Nəticədə idmançımız 7-ci

yeri tutdu.

Mehman Əzizov heç kəsin gözləmədiyi halda 15 saniyəyə argentinalı Qarsiyaya təslim oldu. Onun rəqibi

növbətçi görüşünü uduzduğuna görə idmançımız təsəlliverici qrupda yarışa qatılmaq imkanını itirdi.

90 kq çəki dərəcəsində çıxış edən Rəsul Səlimov respublikamızın gənc və perspektivli idmançılarındandır.

1998-də Moskvada Yeniyetmələrin Ümumdünya oyunlarının qalibi olan Rəsul az sonra yaşlılar arasında

Avropa çempionatında bürünc medal qazanmış və Azərbaycanın cüdo komandasında öz layiqli yerini tutmuşdu.

Onun olimpiadada yaxşı nəticə göstərəcəyinə çoxları şübhə etmirdi. Sidneydə ilk görüşü ipponla udan Rəsul

gözlənilmədən Kanada idmançısına uduzdu və təsəlliverici qrupa düşdü. Bu qrupda dalbadal qazandığı

qələbələr bürünc medalın idmançımıza nəsib olacağından xəbər verirdi. Təəssüf ki, Rəsulun ABŞ cüdoçusu ilə

görüşündə hakim obyektiv mövqe tutmadı. İdmançımızın rəqibinə qarşı işlətdiyi dörd fənddən az qala üçü

ipponla qiymətləndirilə bilərdi. Lakin hakim bunların heç birinə xal vermədi. Bu zaman zaldakı ABŞ azarkeşləri

də hakimin hərəkətlərini fitlə qarşılayırdı. Görüş bərabər hesabla başa çatdı. Hər üç hakim qələbəni Rəsula

verdi. Bu görüşdəki psixi və fiziki yorğunluğun nəticəsi isə Rəsulun 15 dəqiqə sonra bürünc medal uğrunda

fransız atleti ilə qarşılaşmasında üzə çıxdı. Sonralar Rəsul müsahibələrindən birində bu barədə deyib:

"Olimpiadaya hazırlığı fiziki cəhətdən pis keçirməmişdim. Amma yarış göstərdi ki, psixoloji baxımdan bir

33

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

qədər geriyik. Şəxsən özümdə güclü həyəcan hiss edirdim. Bunun təcrübə azlığıyla izahlayardım." Azərbaycanı

təmsil edən dörd cüdoçudan biri beşinci, ikisi 7-ci yeri tuta bildi. Əslində isə iki idmançımız Vətənə medalla

qayıda bilərdi. Bu fakt nə qədər təəssüf doğursa da, reallıqla barışmaq lazım gəlir.

Yunan-Roma və sərbəst üsulla güləş yarışlarında Azərbaycan müvafiq olaraq 3 və 6 idmançı ilə təmsil

olunurdu. Yunan-Roma güləşçilərimizin hər üçü beynəlxalq miqyasda tanınmış atletlər idi. Onların medallar

uğrunda mübarizə aparacağı böyük ümid doğururdu.

Püşkün nəticələri göstərdi ki, 54 kq çəki dərəcəsində çıxış edən tanınmış. idmançımız ən çətin qrupda

mübarizə aparmalı olacaqdır. O, iki dünya çempionu - türk Yıldız Ərcan və kubalı Rivas Lazaro ilə bir qrupda

gücünü sınamalı idi. İlk görüşdə qrupun dördüncü üzvü Yeni Zellandiyalı güləşçi ilə qarşılaşan Natiq ona

asanlıqla (10:0) qalib gəldi. İkinci görüşdə ilk xalı alan idmançımız tədricən üstünlüyü əldən verdi və uduzdu.

Qeyd edək ki, kubalı güləşçi qrupun digər güclü üzvü türk idmançısına birinci görüşdə qalib gəlmişdi. Onun

Yeni Zellandiya idmançısına uduzacağına ehtimal az idi. Bu baxımdan Ərcanla qarşılaşmada Natiq yalnız

yeddinci yer uğrunda mübarizə apara bilərdi. Elə də oldu. Yaxşı güləşən idmançımız inamlı qələbə qazandı və

7-ci yerlə kifayətlənməli oldu. Bu çəki dərəcəsində olimpiya çempionu adını koreyalı Sim Kvon Hu qazandı.

Natiqin qrupunda birinci yeri tutmuş Rivas gümüş medala sahib oldu. 76 kq çəkidə mübarizə aparan Xviça

Biçinaşvili qrup yarışlarında Koreya və Türkiyədən olan rəqiblərinə uduzaraq yarışları dayandırdı.

İslam Duqiçiyev qrup yarışlarını uğurla başa vurdu. Lakin ilk görüşdən zədələnmiş idmançımız 1/4 finalda

Estoniya nümayəndəsi Valeri Nikitinə əlavə vaxtda məğlub olaraq 6-cı yeri tutdu.

Beləliklə, yunan-Roma güləşindən respublikamızı təmsil etmiş üç idmançı 6, 7 və 16 yerləri tutdular.

XXVII Yay Olimpiya Oyunlarının son həftəsi Azərbaycan idmançıları üçün uğurlu oldu. Sərbəst güləş

yarışlarında 54 kq çəki dərəcəsində çıxış edən Namiq Abdullayev öz qrupunda Koreyadan olan Jin Ju Donqu,

Yeni Zelandiyalı Martin Liddli məğlub edərək, birbaşa 1/2 finala vəsiqə qazandı. Yarımfinalda yunanıstanlı

rəqibi Əmiran Karantanovu 5:3, finalda isə Amerika güləşçisi Semuel Hensonu 4:3 hesabı ilə udaraq Olimpiya

çempionu adına layıq görüldü. Namiqin qardaşı Arif Abdullayev isə mübarizə apardığı 58 kq çəki dərəcəsində

uğursuz çıxış etdi. Qrupunun ilk döyüşündə alman Otmar Kuneri məğlub edən Arif ukraynalı Yevgeni Busloviç

üzərində də qələbə qazanmışdı. Lakin son 40 saniyədə təşəbbüsü əldən verən Arif rəqibinə fənd keçirməyə

imkan yaratdı. Məhz bu fənd hakimlərin mübahisəsinə səbəb oldu. Onlar qələbəni Arifə verdilər. Lakin Ukrayna

məşqçilərinin etirazına baxılandan sonra qərar dəyişdirildi. Arif Yevgeni Busloviçla təkrar qarşılaşdı. Bu dəfə

də görüşün bitməsinə 40 saniyə qalanadək idmançımız 5 xal irəlidə idi. Lakin son saniyələrdə o, zəif çıxış etdi

və məğlubiyyətə uğradı. O, yarışları 10-cu yerdə başa vurdu.

63 kq çəki dərəcəsində qrup yarışlarında Şamil Əfəndiyev Slovak Stefan Fernyaka, avstriyalı Musa İlhana

qalib gəldi və son 3-cü döyüşündə cənubi koreyalı Yanq Yi Sunqa uduzdu. Güləşçimiz 7-ci yerdə mübarizəni

dayandırdı. 76 kq çəkidə Elşad Allahverdiyev qrup yarışlarında ilk döyüşdə özbək Ruslan Hinqçaqova əlavə

vaxtda məğlub oldu. Sonrakı görüşdə o, cənubi afrikalı Jannu du Toyta 8:5 hesabı ilə qalib gəlsə də, 11 c-i yerdə

yarışları başa vurdu.

97 kq səki dərəcəsində Davud Məhəmmədov qrupda ilk görüşündə qazax İslam Bayramukova məğlub oldu.

Növbəti görüşdə o, kubalı Vilfreda Moralesi məğlub etsə də, qrupda birinci yeri tuta bilmədiyinə görə yarışları

dayandırdı.

130 kq çəki dərəcəsində Rəcəb Əshəbəliyev qrupda ukraynalı Merabi Veliyevi udsa da, növbəti görüşdə

amerikalı Kerri Mk Koya məğlub olaraq 9-cu yerlə kifayətlənməli oldu.

İndiyədək Olimpiya Oyunlarında Azərbaycan boksçuları heç vaxt medal qazanmamışdılar. Əslinə qalsa

bizim boksçuların olimpiadada iştirakı Atlantadan başlanıb. İlk dəfə Ədalət Məmmədov respublika boksunun

şərəfini qoruyub. Onun Atlantadakı çıxışı böyük əks-səda doğurmuşdu.

Son illər respublikada boks doğrudan da sürətlə inkişaf edir. Məhz onun nəticəsidir ki, idmançılarımız

Avropa, dünya çempionatlarında, beynəlxalq turnirlərdə uğurlar qazanırlar. Sidneyə lisenziya qazananların

arasında Azərbaycan komandasını beş boksçunun - Əli İsmayılov, Vüqar Ələkbərov, Ruslan Xairov,

Məhəmməd Arifhacıyev, Mahac Nuriddinovun təmsil etməsi də bu faktı sübut edir.

Sentyabrın 18-də 75 kq çəki dərəcəsində çıxış edən Vüqar Ələkbərov Keniya idmançısına qarşı görüşün hər

dörd raundunda inamla qalib gəldi. Vüqar Avstraliya idmançısına qarşı keçirdiyi döyüş də rəqibinə göz açmağa

imkan vermədi. Üçüncü görüşdə o, təcrübəli türk boksçusu üzərində də inamlı qələbə qazındı. Yarımfinalda

onun rəqibi Kuba boksçusu oldu. Boksçumuz axıradək varqüvvəsi ilə mübarizə aparsa da, güclü rəqibinə qalib

gələ bilmədi. Beləliklə Vüqar Ələkbərov ilk dəfə olaraq ölkəmizə Olimpiya boksunun bürünc medalını gətirdi.

60 kq çəki dərəcəsində çıxış edən Mahac Nuriddinov ayın 17-də rinqə çıxdı. Lakin Mahac təcrübəli rus

idmançısı Aleksandr Meletinin hücumlarının qarşısının ala bilmədi və uduzdu.

Ağır çəkili boksçumuz Məhəmməd Ariphacıyev da Sidneydə keçirdiyi ilk görüşü uduzaraq yarışları başa

vurdu.

34

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

81 kq çəki dərəcəsində çıxış edən Azərbaycan boksçusu Əli İsmayılov startda Bolqarıstan nümayəndəsi

üzərində qələbə qazandı. İkinci dövrədə o, Özbəkistan nümayəndəsi Sergey Mixaylovla döyüşməli oldu.

Döyüşün ilk üç raundu Özbəkistan boksçusunun üstünlüyü ilə keçdi. Yalnız dördüncü raundda Əli vəziyyəti

bərabərləşdirdi və hətta irəli çıxa bildi. Lakin o, fürsəti təzədən əldən verərək uduzdu və mübarizəni dayandırdı.

67 kq çəkidə çıxış Ruslan Xairov ilk görüşdən azad idi. O, növbəti döyüşdə qalib gəldikdən sonra dörddə -

bir finala çıxdı. Əgər Ruslan bu mərhələdə rinqi qələbə ilə tərk etsəydi, ən azı bürünc medal qazanacaqdı.

Ruslan Xairov dörddə-bir finalda Atlanta-96-nın qalibi rusiyalı Oleq Saitova nə qədər ciddi müqavimət göstərsə

də, hər halda, rinqi məğlubiyyətlə tərk etməli oldu. Döyüş əvvəldən axıradək gərgin mübarizə şəraitində keçdi

və 10:10 hesabı ilə nəticələndi. Lakin hakimlərin fikrincə bərabər səviyyədə keçən görüşdə Saitov daha fəal

mübarizə aparmışdı. Nəticədə yarımfinala Rusiya boksçusu vəsiqə qazandı Azərbaycan idmançısı isə 5-ci yerlə

kifayətləndi.

Atıcılıq yarışlarında Azərbaycan olimpiadada iki qadın idmançı - İrada Aşumova və Zemfira

Meftəhəddinova ilə təmsil olunurdu. İlk dəfə Olimpiya proqramına daxil edilmiş qadınlar arasında stend atıcılığı

yarışlarında Zemfira Meftəhəddinova ən yüksək nəticəni göstərərək iki olimpiya rekordu müəyyənləşdirdi və

Olimpiya çempionu adını qazandı.

Atıcılıqda Zemfiradan əvvəl yarışları başlamış idmançımız İrada Aşumova pnevmatik tapançadan 10m

məsafəyə atəş açmaq üzrə yarışda üçüncü mərhələdə çox aşağı nəticə göstərdiyinə görə dördüncü mərhələyə

çıxmadı və sonuncu yeri tutdu. İdmançımız tapançadan 25m məsafəyə atəş açmaq yarışlarında da iştirak etdi.

Burada o, kvalifikasiya yarışlarında 569 xal topladı və finala çıxmaq imkanını itirərək ümumi siyahıda 31-ci

yeri tutdu.

Sidneydə ağırlıqqaldırma yarışlarında ölkəmiz dörd idmançı ilə təmsil olunurdu.

Təranə Abbasova 53 kq çəki dərəcəsində birdən 75 kq, təkanla 90 kq qaldıraraq ümumi 165 kq nəticə ilə 10-

cu yeri tutdu.

Elxan Süleymanov (62 kq) birdənqaldırmada 130 kq, təkənla qaldırmada 162,5 kq çəkinin öhdəsindən

gələrək cəmi 292,5 kq-la 8-ci yeri tutdu.

Turan Mirzəyev çıxış etdiyi B qrupunda iki növün cəminə görə birinci yeri tuta bildi. O, birdən 147,5 kq,

təkanla isə 180 kq nəticə göstərərək cəmi 327,5 kq topladı. A qrupunda olan idmançıların yarışı başa çatdıqdan

sonra Turan öz nəticəsinə görə 10-cu yeri tutdu.

85 kq çəki dərəcəsində yarışan Nizami Paşayev oyunlar ərəfəsində sol elindən zədə almışdı. Bu zədə

idmançımızın qaliblər sırasına daxil olacağını şübhə altına almışdı. Elə də oldu. Birdən 155 kq, təkanla 202,5 kq

nəticə göstərən Nizami iki hərəkətin cəmində 357,5 kq nəticə ilə 12-ci yerə çıxdı. Lakin təkanla qaldırmada

Nizami göstərdiyi 203,5 kq nəticə ilə gənclər arasında dünya rekordunu təzələyə bildi.

Sidneydə digər növlərdə çıxış edən Azərbaycan idmançılarının yüksək nəticələr göstərə bilməyəcəyi

əvvəlcədən məlum idi. Bu idmançıların Olimpiadada iştirakında əsas məqsəd müvafiq növlərin gələcək

inkişafına təkan vermək, idmançıların öz ustalıqlarını artırmasına şərait yaratmaq idi. Üzgüçülük yarışlarında

qadınlar arasında sərbəst üsulla 50m məsafəyə üzməkdə yarışa qatılmış Alisa Xalıyeva yalnız ilkin mərhələ

yarışlarında çıxış edə bildi. Ümumi nəticəyə görə iştirakçılar arasında 59-cu yeri tutdu. Həmin məsafədə kişilər

arasında çıxış edən Emil Quliyev 61-ci yerlə kifayətləndi. Suyatullanma yarışlarında Olimpiya oyunlarında

ikinci dəfə Azərbaycanı təmsil edən Emin Cəbrayılov da yüksək nəticə göstərə bilməyərək 31 c-i yeri tutdu.

Yüngül atletlərimiz su idmanı ilə məşğul olanlardan irəli gedə bilmədilər. 100m qaçış yarışlarında

respublikamızı təmsil edən Teymur Qasımov ilkin mərhələ yarışlarından irəli gedə bilmədi. Faiq Bağırov isə

800 metr məsafəyə qaçışda ümumi hesaba görə finişə əlli doqquzuncu çatmışdı. Üçtəkanla uzununa tullanan

Sergey Boçkov olimpiyaqabağı dövrdə göstərdiyindən xeyli pis nəticə ilə yarışlarını başa vurdu. 20km

məsafəyə idman yerişində mübarizə aparan Aida İsayeva 6-cı km-də yarışdan çıxdı.

Azərbaycan dünyanın ən gözəl guşələrindən biridir. Bura qədim tarixə malik diyardır. Qədim insanların bu

ərazidə hələ 1,5 -2 milyon il bundan əvvəl məskən salmasını, Azərbaycanın qədim mədəniyyət ölkəsi, onun bir

çox mütəfəkkir, alim, şair, memar və musiqiçilərin vətəni olmasını biz yaxşı bilirik. Hər bir xalqın nümayəndəsi

öz ölkəsinin mədəniyyətini, incəsənətini dünya miqyasına çıxara bilməli, onu tanıtdırmağı bacarmalıdır. Bu həm

də mədəniyyətlərin inteqrasiyası üçün vacibdir. Olimpiya idealları da ayrı-ayrı xalqların, ölkələrin

mədəniyyətini yaymağı, onu dünya mədəniyyətinin tərkib hissəsinə çevirməyi, bir millətin xidmətindən çıxarıb,

bütün insanlığa xidmət etməyə yönəltmək məqsədi daşıyır. Sidneydə keçirilən mədəniyyət festivalı çərçivəsində

təşkil olunmuş sərgilərdən birində - "Olimpiya, incəsənət, idman-2000" sərgisində nümayiş etdirilən idmana

həsr olunmuş on altı əsər arasında Azərbaycan sənətkarlarının da iki əsəri vardı. Həmin əsərlər eyni adlı

beynəlxalq müsabiqədə dördüncü yeri tutaraq BOK-un diplomlarını almışdı.

Uzaq Avstraliyada Azərbaycanın tanıdılması istiqamətində görülmüş işlər bununla bitmir.

Sentyabrın 18-də saat 18.00-də Sidneydə 'Recent" oteldə keçirilmiş "Azərbaycan günü" belə tədbirlərdən ən

böyüyü idi. Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev qonaqlara Azərbaycan,

35

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

ölkədə Olimpiya Hərəkatı və idmana münasibət, komitənin fəaliyyəti, idmançılarımızın Olimpiya oyunlarında

iştirakı haqqında məlumat verdi, onun dəvətini qəbul edib "Azərbaycan günü"ndə iştirak edən bütün qonaqlara

təşəkkürünü bildirdi. Azərbaycanın bütün sahələrdə, xüsusən də Olimpiya Hərəkatı və idman sahəsində başqa

ölkələrlə əməkdaşlığının bundan sonra daha da genişlənəcəyinə əmin olduğunu qeyd edən MOK prezidenti

qonaqları Azərbaycanla daha yaxından tanış olmağa çağırdı. Bu tanışlığa Azərbaycan rəssam və

heykəltəraşlarının əsərlərindən, ölkə ilə tanışlığa qədim diyarda toxunmuş xalça nümunələrindən ibarət sərgi

bələdçilik etdi. Sərgidəki işlərə heyranlıqla tamaşa edən qonaqlar həmin gecə ölkəmiz haqqında çox şey

öyrəndilər, bu diyara məhəbbət və rəğbətlərini ifadə edən xoş sözlər söylədilər. Onlardan bəziləri Respublika

televiziyasının əməkdaşı ilə söhbətində Azərbaycan günü haqqında öz təəssüratlarını bölüşdü.

Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roq Azərbaycan Milli Olimpiya Komitəsinin bu təşəbbüsünü,

Yay Olimpiya Oyunlarının keçirildiyi vaxtda belə bir tədbiri təşkil edərək Azərbaycanı, onun mədəniyyətini,

idmanını dünyaya tanıtmağı yüksək qiymətləndirdi, sərgidə nümayiş etdirilən əsərləri, xalçaları gözəl sənət

əsərləri adlandırdı. O, Olimpiya Hərəkatının inkişafı naminə gördüyü işlərə, Azərbaycanda idmanın inkişafına

göstərdiyi diqqət və qayğıya, həmçinin belə maraqlı bir gecəyə dəvətə görə İlham Əliyevə təşəkkürünü bildirdi.

Türkiyənin idman naziri Fikrət Unli isə öz təəssüratlarını belə ifadə etdi: "Sizi təbrik edirəm, aranızda olmaqdan

məmnunluq duyuram. Çox gözəl sənət əsərləriniz var. Rəssamlarınızın gözəl əsərləri ilə tanış olmağıma çox

sevinirəm. Olimpiya oyunlarında sizə uğurlar arzulayıram. Biz qardaşıq, dostuq. iki ölkənin bir-birini sevən

insanlarıyıq. Mən burada, sizin aranızda özümü doğma adamlar arasında olduğum kimi hiss edirəm."

"Azərbaycan günü"ndə Respublika Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin müxtəlif

ölkələrin Olimpiya Komitələrinin prezidentləri, idman nazirləri, Beynəlxalq idman federasiyalarının rəhbərləri

ilə görüşləri də işgüzar və səmərəli şəraitdə keçdi.

"Azərbaycan gününün sonunda qonaqlara Azərbaycanı təbliğ və tərənnüm edən xatirə hədiyyələri

bağışlandı.

"Azərbaycan günü"ndə Beynəlxalq Olimpiya Komitəsinin rəsmi nümayəndələri, Avropa Olimpiya

Komitəsinin prezidenti Jak Roq, komitənin baş katibi Mario Peskante, müxtəlif ölkələrin Milli Olimpiya

Komitələrinin prezidentləri, idman nazirləri, beynəlxalq idman federasiyalarının rəhbərləri, Avstraliyanın

Sidney şəhərində yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak edirdilər.

Oktyabrın 1-də Sidney Olimpiadası başa çatdı. Təntənəli şəkildə keçən bağlanış mərasimində Olimpiya

bayrağı növbəti Olimpiya oyunlarına ev sahibliyi edəcək Afinanın nümayəndəsinə verildi. Ertəsi gün idman

nümayəndə heyətləri Vətənə dönməyə başladılar.

Oktyabrın 2-də Sidneydən yola düşən idman nümayəndə heyətimizi iki gündən sonra oktyabrın 4-də

Bakının Binə aeroportunda səbirsizliklə gözləyirdilər. Azərbaycan uzaq Avstraliyaya yola saldığı, orada onun

şan-şöhrətini yüksəklərə qaldırmış övladlarını böyük təntənə ilə qarşıladı.

Aeroportda iynə atsaydın yerə düşməzdi. Qələbə ilə qayıdan olimpiyaçıları qarşılamaq üçün hava limanına

minlərlə adam toplaşmışdı. Gələnlərin ardı-arası isə kəsilmək bilmirdi. Xalq öz Olimpiya qəhrəmanlarını gülçiçəklə,

nəğmə ilə, qəlbi riqqətə gətirən "Azərbaycan! Azərbaycan!" nidaları ilə qarşılayırdı. Hamı

olimpiyaçıları yaxından görmək, Zemfiranı, Namiqi, Vüqarı bağrına basmaq, onların əllərini sıxmaq, heç

olmasa səslərini eşitmək istəyirdi.

Hava limanından şəhərə qədər bütün yol boyu adamlar onları salamlayır, yollarına gül-çiçək səpir, alqışlara

qərq edirdilər. Ən çox yadda qalan, insanı hər şeydən çox kövrəldən isə "Azərbaycan! Azərbaycan!" nidaları,

Vətən adı idi!

Qələbə ilə Azərbaycana qayıtmış olimpiyaçılar ölkənin hər yerində böyük məhəbbət və ehtiramla

qarşılandılar, hamı onların görüşünə can atır, radio və televiziyada, respublikanın qəzet və jurnallarında

olimpiyaçılara daha çox yer ayrılırdı. Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev

Sidneydən qayıtmış Azərbaycan nümayəndə heyətini qəbul etdi. Bu gün təsadüfən seçilməmişdi. Həmin gün

Azərbaycanın müstəqilliyinin bərpa olunmasının doqquzuncu ildönümü günü idi.

Prezident Sarayında keçirilmiş təntənəli görüşdə Olimpiya mükafatçıları və onların məşqçiləri dövlət

ordenləri ilə təltif olundular. Bütün olimpiyaçılar prezidentin mükafatlarını aldılar.

Bu tədbirdən bir az sonra, daha doğrusu oktyabrın 29-da Milli Olimpiya Komitəsi Sidney Oyunlarının

yekunlarına həsr olunmuş Olimpiya balı keçirildi. Əlbəttə, bu tədbir Sidney Oyunlarının yekunlarının ciddi

müzakirəsi şəraitində yox, bir ziyafət, şadlıq və bayram məclisi kimi təşkil olunmuş, Sidney Oyunlarında iştirak

etmiş Azərbaycan nümayəndə heyətinin bütün üzvləri bura dəvət edilmişdilər. Ziyafətdə MOK-un

olimpiyaçılara mükafatları təqdim olundu. Tədbirdə Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin

çıxışının sonunda səslənən ürək sözləri keçən dördillik Sidney Olimpiya dövrünə həqiqətən məntiqi yekun

vurdu: "Mən Sidneydə yaşadığım bu qələbəni, xoşbəxt anları bir daha yaşamaq istəyirəm. Hesab edirəm ki, siz

da bunu istəyirsiniz. Mən əminəm ki, belə də olacaq. 2004-cü ildə Afina Olimpiadasında da Azərbaycan böyük

uğurlar əldə edəcəkdir."

36

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Milli Olimpiya Komitəsinin prezidenti, ARDNŞ-nın birinci vitse-prezidenti,

Milli Məclisin deputatı İlham Əliyev Avstraliyanın Sidney şəhərində keçirilmiş

XXVII Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının çıxışlarının

yekunları barədə «Space» televiziyasının müxbirinə müsahibə vermişdir

- İlham müəllim, həm olimpiyaçılarımızın Sidneydə yüksək nəticələr qazanması münasibətilə, həm də

Olimpiya İdman Kompleksinin açılışı və bununla əlaqədar Avropa Olimpiya Komitəsi prezidentinin və

baş katibinin Bakıya gəlmələri münasibətilə Sizi bir daha təbrik edirik. Bütün bu uğurlar Milli Olimpiya

Komitəsinə Sizin prezident seçildiyiniz gündən gör-düyünüz işlərin nəticəsidir. Ümumilikdə götürsək, bu

üç ili hansı mərhələlərə bölərdiniz və bunlardan hansı Sizin üçün daha çətin olmuşdu

Bilirsinizmi, mənim üçün fəaliyyətimi mərhələlərə bölmək bir qədər çətindir. Mən Olimpiya Komitəsinin

prezidenti vəzifəsinə seçiləndə qarşıma bir məqsəd qoymuşdum. O da 2000-ci ilin Sidney Olimpiadasında

Azərbaycan idmançılarının çıxışlarını yüksək səviyyədə təmin etməkdən və bunun üçün lazımi işlər görməkdən

ibarət idi. İşə başlayandan sonra, ümumiyyətlə idmanda, o cümlədən ölkəmizdə Olimpiya Hərəkatında olan

vəziyyəti təhlil etməyə çalışdım. Belə bir nəticəyə gəldim ki, Azərbaycanda idmanın inkişafına güclü təkan

verilməlidir. Çünki heç kəs üçün sirr deyildi ki, bizim bəzi görkəmli idmançılarımız Azərbaycandan kənarda

çıxış edirdilər. Hətta 1996-cı ilin Atlanta Olimpiadasında bizim idmançılarımız müxtəlif ölkələri təmsil

edirdilər, Azərbaycanı təmsil etmirdilər. Yəni, birinci vəzifə ondan ibarət idi ki, bu axının qarşısını alaq,

idmançılarımıza elə şərait yaradaq ki, onlar Azərbaycanı tərk etməsinlər. Burada onların məişət şəraiti yaxşı

olsun, məşq etmək imkanları yaxşı olsun və s.

1997 və 1998-ci illərdə əsas diqqətimizi biz məhz bu problemlərin həllinə yönəltmişdik və bunlar öz

bəhrəsini verməyə başladı. Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda dünya çempionatlarında,

dünya Kııboku uğrunda yarışlarda, Avropa çempionatlarında çox yüksək nəticələr göstərir. Ümumiyyətlə,

Azərbaycanda idmana maraq getdikcə artmaqda idi. Hesab edirəm ki, məhz bu görülən tədbirlərin nəticəsində

bizim yığma komandamız Olimpiadada böyük uğur qazana bildi. Təbiidir ki, bu, bütün görülən işlərin, ilk

növbədə idmançılarımızın və onların məşqçilərinin fəaliyyətinin məntiqi nəticəsidir.

Biz əmin idik və inanırdıq ki, Sidneydən qələbə ilə qayıdacağıq. Deyə bilərəm ki, heç də hamıda bu əminlik

yox idi. Bəziləri bizim nailiyyətlərimizə şübhə ilə yanaşırdılar, bəziləri isə bunu, sadəcə qəbul etmək

istəmirdilər. Amma biz işimizi görürdük. Gördüyünüz kimi, bu işin artıq gözəl nəticələri var. Azərbaycan

Sidneydə çox yüksək səviyyə göstərdi, medallar qazandı, reytinq cədvəlində yüksək yer tutdu. Bundan əlavə

idmançılarımızda - mən şəxsən bunu müşahidə edirdim - qələbə əzmi, iradəsi yüksək idi. Çünki bilirdilər ki,

onları Azərbaycanda medallarla gözləyirlər.

Sizin sualınıza bax belə, bir qədər geniş cavab verdim. Üçillik fəaliyyətimi bir cavabda işıqlandırmaq bir

qədər çətindir.

- İlham müəllim, Siz həm Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, həm Milli Məclisin

deputatısınız, həm də ki, Milli Olimpiya Komitəsinə rəhbərlik edirsiniz. Bu üç vəzifənin öhdəsindən necə

gəlirsiniz

Bilirsinizmi, mən sizə deyim ki, bu, çox çətin sualdır. Çünki, mən özüm haqqında danışmağı o qədər də

xoşlamıram. Amma demək istəyirəm ki, mənə tapşırılan hər bir vəzifəni ən yüksək səviyyədə yerinə yetirməyə

çalışıram. Sizə söyləyə bilərəm ki, hər bir sahədə nailiyyətlər göz qabağındadır.

Azərbaycanın neft sektoruna 3 milyard dollardan artıq investisiya qoyulubdur. Bakı-Supsa neft kəməri

tikilərək istismara verilib, Bakı-Novorossiysk kəməri də istismardadır. Bir neçə gün bundan əvvəl Bakı-Ceyhan

neft kəməri haqqında, deyə bilərəm ki, çox vacib, əməli-praktiki işlərin başlanması üçün həlledici sənədlər

imzalanıbdır. 1997-ci ildən başlayaraq «Çıraq» yatağından neft hasil edirik. Yəqin ki, görülən işləri, sadəcə,

sadalamaq üçün mənə ən azı bir saat vaxt lazımdır. Eyni zamanda, 1995-ci ildən Qaradağ rayonundan Milli

Məclisin deputatı kimi fəaliyyətim də göz qabağındadır. Bilirsinizmi, mən heç vaxt özümü reklam etmək

istəməmişəm. Yaxud da ki, heç nəyi populyar olmaq naminə etmirəm. Deyə bilərəm ki, görülən işlərin

əksəriyyəti geniş ictimaiyyətə hələ də bəlli deyildir. Çünki, mən hesab etmirəm ki, hansısa imic, hansısa əlavə

xal qazanmaq üçün nəsə etməliyəm. Bu, mənim borcumdur.

Qaradağ rayonundan məni deputat seçəndə seçicilərimə dedim ki, sizə heç bir vəd verməyəcəyəm. Mən sizə

ancaq bir vəd verəcəyəm - arxayın ola bilərsiniz ki, sizin problemlərinizin həll olması üçün əlimdən gələni

edəcəyəm.

Beş il ərzində müxtəlif işlər görüldü. Qarabağ veteranlarının, şəhid ailələrinin, müharibə əlillərinin

problemlərinə, digər sosial məsələlərə xüsusi diqqət yönəldilmişdi. Çünki hər bir deputat ilk növbədə öz

seçiciləri qarşısında hesabat verməlidir. Deməliyəm ki, əziz seçicilər, mən sizin üçün bu işləri görmüşəm.

Digərlərini isə edə bilməmişəm, sonra edərəm. Yəni ki, mən hər bir işə məsuliyyət hissi ilə yanaşıram, o

37

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

cümlədən Milli Olimpiya Komitəsindəki işimə də. Ona görə də - mən indi bunu açıq deyə bilərəm - hər üç

istiqamətdə nəticələr, uğurlar, qələbələr vardır. Hesab edirəm ki, bunun əsas səbəbi ondan ibarətdir ki, yalnız və

yalnız işləmək lazımdır. Harada iş varsa, orada nəticə də olacaqdır - həm neft sahəsində, həm Qaradağ

rayonunda, həm də Olimpiya Komitəsində. Sabah mənə başqa, yeni bir vəzifə tapşırsalar, yaxud başqa bir

sahəyə göndərsələr, orada da çalışacağam ki, yaxşı nəticələr əldə olunması üçün əlimdən gələni edim.

- İlham müəllim, elə olubmu, bu sahələrdən hansınasa daha çox diqqət ayırasınız

Əlbəttə, olub. Mənim əsas iş yerim Azərbaycan Dövlət Neft Şirkətidir, 1994-cü ildən mən bu vəzifədə

çalışıram. Əlbəttə ki, iş günümün 70 faizi məhz buradakı problemlərin həllinə həsr olunur. Amma elə günlər

olur ki, məsələn, idmana, yaxud da ki, seçicilərin problemlərinə daha çox diqqət yetirirəm.

Məsələn, Olimpiada ərəfəsində, təbii ki, mən hər gün yalnız bu problemlərlə məşğul olurdum. Yəni ki, biri

var gündəlik həyat, gündəlik iş, bir də var ki, hansısa tədbirə hazırlaşmaq üçün, hansısa mühüm bir vəzifəni

yerinə yetirmək üçün o sahəyə təbiidir ki, daha çox diqqət yetirirsən. Amma elə bir gün olmur ki, mən idmanla,

Olimpiya Hərəkatında baş verən hadisələrlə, yaxud da ki, seçicilərimin həyatı ilə, neft şirkətinin məsələləri ilə

maraqlanmayım.

Bu üç istiqamət hər gün mənim diqqət mərkəzimdədir. Həftənin yeddi gününü mən burada, bu kabinetdə

keçirirəm. Bəzən mənə elə gəlir ki, mən burada yaşayıram. Amma işlər çoxdur və yenə də demək istəyirəm ki,

hər bir işə məsuliyyət hissi ilə yanaşmağa çalışıram. Bəlkə buna görə də bu məsələlərdə çox həssasam. Ona görə

heç kəs mənə irad tuta bilməz ki, İlham Əliyevə bu vəzifə tapşırıldı, amma onun öhdəsindən gələ bilmədi. Hər

bir irada cavab olaraq mən sözlərimi yox, gördüyüm konkret işləri təqdim edə bilərəm.

- Vaxtilə Azərbaycan idmançıları bir sıra növlərdə Olimpiya oyunlarında yüksək nəticələr

göstəriblər. Kornelyuk, Rəfiqə Şabanova, İnna Rıskal... Ümumiyyətlə, bu siyahını çoxaltmaq da olar.

İstər voleybolçularımız, istər həndbolçularımız, istərsə vaterpolçularımız, qayıqsürənlərimiz,

beşnövçülük üzrə idmançılarımız bir vaxtlar Olimpiya oyunlarında yüksək nəticələr göstəriblər. Son

vaxtlar isə bu sahədə qazandıqlarımızı itirmişik. Milli Olimpiya Komitəsinin prezidenti kimi, bu gerilik

yəqin ki, Sizi də narahat edir.

Əlbəttə, itkilər vardır. Amma digər tərəfdən bir şeyi də demək istəyirəm ki, Azərbaycan müstəqil dövlət

kimi Olimpiya oyunlarında ikinci dəfə idi ki, iştirak edirdi. Əlbəttə, keçmişdə bizim olimpiya çempionlarımız

da, görkəmli idmançılarımız da olubdur. Amma bu idmançılar Sovet İttifaqının yığma komandasının tərkibində

fəaliyyət göstərirdilər. Rəfiqə Şabanovaya mənim çox böyük hörmətim var. Çox görkəmli, istedadlı həndbolçu

idi. Lyudmila Şubinaya da həmçinin. Onlar Azərbaycan milli komandasının tərkibində fəaliyyət göstərmirdilər,

çıxış etmirdilər. Sovet İttifaqının yığma komandasında çıxış edirdilər. İnna Rıskal da.

Mən bunu deməklə onların qazandıqları uğurları heç də kiçiltmək istəmirəm. Mən yenə də deyirəm ki, bu

insanlara böyük hörmətlə yanaşıram və onlar bu gün Milli Olimpiya Komitəsinin tərkibində çox fəal iştirak

edirlər.

Amma digər tərəfdən, bu amili də biz gərək nəzərdən qaçırmayaq. Azərbaycan Olimpiya oyunlarında

müstəqil dövlət kimi birinci dəfədir ki, belə müvəffəqiyyətlə çıxış edir. Əlbəttə, vaxtı ilə tutaq ki, bizdə idmanın

həndbol, voleybol, yaxud da otüstü xokkey növləri çox inkişaf etmişdi. Amma yenə də hansı səviyyədə Sovet

İttifaqının çempionatları bizim otüstü xokkeyçilərimizin ən böyük qələbəsi üçün yer oldu. Həndbolçularımızın

da ən böyük qələbəsi üçün yer olmuşdur. Voleybolçularımızın da həmçinin. Yəni ki, Azərbaycan müstəqil bir

komanda kimi beynəlxalq miqyasda böyük nailiyyətlər əldə etməmişdir. Təbiidir ki, bunun əsası vardır.

Həndbol, voleybol, basketbol kimi idman növlərini inkişaf etdirmək üçün çoxlu vəsait lazımdır. Komandaları

saxlamaq, onları beynəlxalq yarışlara göndərmək lazımdır. Bu isə böyük maliyyə xərcləri tələb edir. Ona görə

də bu idman növləri Azərbaycanda hələlik o qədər də məşhur, populyar deyildir. Əlbəttə ki, bir güləşçini

hazırlamaq həndbol komandasını hazırlamaqdan asandır. Bu, təbiidir.

Ancaq bu sahədə biz müəyyən proqramları nəzərdə tutmuşuq və onları həyata keçirəcəyik. Milli Olimpiya

Komitəsi yaxın vaxtlarda Beynəlxalq Olimpiya Komitəsinin kuboku uğrunda həndbol üzrə turnir keçirəcəkdir.

Həmçinin voleybolda da ciddi uğurlar əldə etmək barədə düşünürük. Voleybol üzrə bizim görkəmli məşqçimiz

Faiq Qarayev Türkiyədə çalışırdı. İndi o, Bakıdadır, biz onu dəvət etmişik ki, komandanı formalaşdırsın. Eyni

zamanda, sizə bir şeyi də demək istəyirəm. Sidneydə olarkən biz digər yarışları, o cümlədən çimərlikdə

voleybol yarışlarını da izləyirdik. Belə qərara gəldik ki, idmanın bu növünü Bakıda inkişaf etdirməliyik. Çünki,

çimərlik, dəniz, şərait - hər şey bizdə vardır. Hər komandada yalnız iki nəfər çıxış edir. İki nəfəri daha asan

hazırlamaq olar, nəinki on nəfəri.

Ona görə də qarşımıza məqsəd qoymuşuq ki, 2004-cü il Olimpiadasında biz mütləq yeni komanda

növlərində yarışlarda iştirak etməliyik. Çalışacağıq ki, həndbolçularımız lisenziya qazana bilsinlər. Bu çətindir,

amma biz çalışacağıq ki, voleybolçularımız da lisenziya qazana bilsinlər. Çimərlik voleybol komandası isə biz

mütləq Afinaya aparacağıq. Elə idman növləri vardır ki, burada bir idmançı 5-6 medal qazana bilər. Məsələn,

38

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Avstraliyanın 15, yaxud 16 qızıl medalı vardı, səhv etmirəmsə, onlardan 9-u üzgüçülükdə qazanıldı. O 9 medalı

da qazanan üç idmançı oldu. Çünki, onlar müxtəlif məsafələrə üzürlər.

Gimnastika, yüngül atletika kimi idman növlərini də mütləq və mütləq inkişaf etdirəcəyik. Əgər

Azərbaycanda iki görkəmli gimnast olsa və yaxud, məsələn, çox yüksək səviyyəli iki-üç üzgüçümüz olsa,

görün, biz nə qədər əlavə medal qazana bilərik. Bunların hamısı bizim diqqət mərkəzimizdədir. Bu dəfə sadəcə

olaraq, əsas məqsədimiz ondan ibarət idi ki, Sidneydə uğurlu çıxışımızı təmin edək. Biz buna nail olduq. Amma

indi, Olimpiadadan bir ay keçəndən sonra biz artıq Afinada keçiriləcək Olimpiada haqqında düşünürük.

Mən sizi inandırıram ki, Afinada həm güləş, həm də cüdo üzrə idmançılarımız çox yüksək nəticələr nümayiş

etdirəcəklər. Bizim çox gözəl cüdoçularımız var, Elçin İsmayılov, Rəsul Səlimov - mütləq Olimpiya

çempionları olacaqlar. Mən onlara demişəm, 2004-cü ildə siz mütləq Olimpiya çempionları olmalısınız, çünki

bunun üçün əsas vardır. Təbiidir ki, digər idman növlərində də.

Biz istəyirik ki, Azərbaycanda idmanla məşğul olmaq prosesi kütləvi xarakter alsın və inanıram ki, bu belə

də olacaqdır. Namiq Abdullayevin, Zemfira Mehtəhəddinovanın, Vüqar Ələkbərovun qələbələri minlərlə

uşaqlarımızı, gənclərimizi idmanla məşğul olmağa sövq edəcəkdir. Bizim məqsədimiz budur. Bunun üçün şərait

də yaradırıq.

Bildiyiniz kimi, cəmi bir il ərzində yeni idman kompleksini açmışıq. Bu, nəyi göstərir Onu göstərir ki, əgər

həvəs, maraq varsa, hər şey etmək olar. Naxçıvanda Bakıdakına bənzər idman kompleksi inşa edilir. Bunu biz

nə üçün edirik Əslində, idmanın kütləviliyinə nail olmaq Milli Olimpiya Komitəsinin səlahiyyətinə daxil

deyildir. Amma biz bunu edirik ki, gələcək nəsli yetişdirək. Bunu edirik ki, uşaqlarımız idman komplekslərinə

getsinlər, başqa yerlərə getməsinlər, pis işlərlə məşğul olmasınlar, siqaret çəkməsinlər, məni bağışlayın,

xuliqanlıq etməsinlər. Gəlib idmanla məşğul olsunlar. İdmanla məşğul olan adam heç vaxt pis hərəkətə yol

verməz. Çünki, o, özündə güc hiss edir. Özündə güc hiss edən adam heç vaxt özündən zəif adama əl qaldırmaz,

yaxud da ki, pis söz deməz, pis hərəkət etməz. Məqsəd budur - həm medal qazanmaq, eyni zamanda

Azərbaycanın gələcəyi üçün həm fiziki, həm də mənəvi cəhətdən sağlam gənclər yetişdirməkdir.

- Afina Olimpiadası ilə bağlı, yəqin ki, idmançılarımız qarşısında çox yüksək vəzifələr qoyacaqsınız

- Bilirsinizmi, mən sizə belə demək istəyirəm. Sidneyə getməmişdən qabaq biz idmançılarımızın qarşısına

heç bir vəzifə qoymamışdıq. Şəxsən mən heç birinə deməmişdim ki, sən getməlisən, mütləq medal

qazanmalısan. Əgər biz orada Sidneydə və burada - Bakıda həmin yarışları izləyən adamlar o qədər həyəcan

içərisindəyiksə, təsəvvür edirik ki, idmançı nə həyəcan keçirir. Ona görə, necə deyim, onları sıxmaq, onların

qarşısında vəzifə qoymaq, onların üzərində durmaq və tələb etmək düzgün deyildir. Əks-təsir göstərə bilər.

Biz Sidneydən sonra psixoloq da olduq. Əlbəttə ki, psixologiyanın da burada böyük rolu olmalıdır və

gələcəkdə daha çox olacaqdır. Heç kimə deməmişəm ki, sən yarışlara getməlisən, medallar qazanmalısan və s.

Ancaq komandada yaranmış yaxşı mühit, mehribanlıq, bir-birinə dəstək olmaq əhval-ruhiyyəsi hər an müşahidə

edilmişdir.

Hər kəs yaxşı bilirdi ki, bütün Azərbaycan onlara baxır. Bütün ölkəmiz onlardan qələbə gözləyir. Biz bir

şeyə də nail ola bildik. O, bir qədər riskli olsa da, mən şəxsən bunu şüurlu şəkildə etdim - Olimpiadadan əvvəl

bu oyunlar ətrafında hay-küy yaratdım. Yəqin ki, xatırlayırsınız, 1996-cı ildə Atlantada keçirilən Olimpiada

zamanı bu oyunlara bir o qədər də maraq yox idi. Azərbaycanda bəzi adamlar heç bilmirdilər ki, Olimpiada

keçirilir, orada bizim idmançılarımızdan kim var, kim yoxdur. Bilirsiniz ki, orada Namiq Abdullayev gümüş

medal qazandı. Amma medal qazanmasaydı da, böyük faciə olmayacaqdı.

Biz son üç il ərzində, xüsusilə də axırıncı iki ay ərzində şüurlu şəkildə Olimpiada ətrafında çox hay-küy

yaratdıq. Biz Olimpiya oyunlarını ümummilli məsələyə çevirdik. Bütün Azərbaycanda elə bir adam tapılmazdı

ki, o, yarışları izləməsin. Dediyim kimi, bu, riskli məsələ idi. Çünki idmanda hər şey ola bilər. Ən güclü idmançı

da məğlubiyyətə uğrayır. Hər şey ola bilər. Medallar olmaya da bilər. Medallar olmasaydı, təsəvvür edin ki, bu,

bizim üçün nə qədər ağır və çətin olardı. Bu məsuliyyəti ilk növbədə mən daşıyıram. Amma biz şüurlu şəkildə

riskə getdik və xalqımıza, millətimizə bayram sevinci bəxş etdik.

Mən sizin futbol haqqında verilişlərinizə bu yaxınlarda baxmışam. Futbol yeganə idman növüdür ki, o, həm

azarkeşləri, həm də adi, idmana o qədər də marağı olmayan insanları birləşdirir. Əgər, məsələn, haradasa yüngül

atletika, yaxud da boks üzrə çempionat keçirilirsə, oradan bizim idmançımız qələbə ilə qayıdırsa, onu çoxları

bilmir. Bunu yalnız idman mütəxəssisləri, yaxud da idmanla maraqlanan adamlar bilir. Amma futbol elə bir

idman növüdür ki, bütün dünya onunla maraqlanır. Bu, xalqımıza, bütün ictimaiyyətə sevinc gətirə biləcək

yeganə idman növüdür. Təəssüf edirəm ki, futbolçularımız hər dəfə bizi məyus edirlər. Əlbəttə ki, bu, insanlara

çox pis təsir edir.

Olimpiya oyunları heç bir idman yarışı, dünya çempionatı ilə müqayisə oluna bilməz. Ona görə dediyim

kimi, olimpiada ətrafında yaratdığımız həyəcan bu qələbəni ümummilli, ümumxalq qələbəsinə çevirdi.

- Sözsüz ki, Afina Olimpiadasına hazırlıq artıq başlayıbdır.

39

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

- Biz indi o mərhələdəyik ki, Sidney Olimpiadasının nəticələrini təhlil edirik. Həm komanda üzrə, həm də

ümumiyyətlə. Çünki bir var ki, bu yarışlara televiziyada baxırsan, yaxud da hansısa qəzetdə idman reportajlarını

oxuyursan, bir də var ki, özün onun iştirakçısı olursan. Bunlar tamamilə fərqli-fərqli şeylərdir. Ona görə də

hesab edirəm ki, haradasa bir-iki ay biz idmançılarımızla, məşqçilərimizlə, mütəxəssislərimizlə birlikdə bütün

nəticələri, uğurları, məğlubiyyətləri təhlil edəcəyik. Ondan sonra, yəqin ki, özümüz üçün bir arayış

hazırlayacağıq. Burada bizim uğurlarımız, səhvlərimiz, məğlubiyyətlərimiz göstəriləcəkdir. O səhvləri, yaxud

da uğursuzluqları aradan qaldırmaq üçün nə kimi işlər görüləcəyini müəyyən edəcəyik. Olimpiya oyunlarına

bilavasitə, əsl hazırlıq Olimpiadadan bir il və yaxud da il yarım əvvəl başlanılır.

Amma əlbəttə ki, ondan əvvəlki illər ərzində də müəyyən işlər görülməlidir və görüləcəkdir. Bunu indi

demək mənim üçün çətindir. Bilmirəm həmin proqram özündə nəyi əks etdirəcəkdir. Amma hesab edirəm ki,

bu, dolğun və mükəmməl proqram olacaqdır, biz və idmançılar o proqramla hərəkət edəcəyik.

Olimpiadada iştirak edən Azərbaycan idmançıları çox intizamlıdırlar. Baxmayaraq ki, biz bir-birimizə çox

mehribanlıqla yanaşırıq. Bizdə intizam çox möhkəmdir. Mehribanlıq öz yerində, amma iş işliyində qalır. Hesab

edirəm ki, bizdə çox gözəl nəsil yetişir. Təsadüfi deyil ki, biz hər il boks üzrə yeniyetmələr arasında beynəlxalq

turnir keçiririk. Məhz bu turnirlərin uğurlu olmasının nəticəsi idi ki, 1999-cu ildə yeniyetmələr arasında Avropa

çempionatı ölkəmizdə keçirildi. Bu çempionatda Azərbaycan idmançıları 4 qızıl, 1 gümüş və 4 bürünc medal

qazandılar. Onlar gələcəyin Olimpiya çempionlarıdır. Onların 13-14 yaşları var. Bizim 15, 16, 18 yaşlı

boksçularımız vardır ki, onlar bu dəfəki Olimpiadada iştirak edə bilmədilər, amma gələn Olimpiadada mütləq

çıxış edəcəklər. Güləşdə də həmçinin.

Ağırlıqqaldırma Azərbaycanda, ümumiyyətlə, idman növü kimi yox idi. İndi bizim dörd ağırlıqqaldıranımız

var. Onlardan biri - Nizami Paşayev gənclər və yeniyetmələr arasında dünya rekordçusudur. Bunlar gənc nəsildir.

Onları biz yetişdirəcəyik. 2001-ci ildə yeniyetmələr arasında boks üzrə dünya çempionatı Azərbaycanda

keçiriləcəkdir. Ümumiyyətlə, ilk dəfədir ki, yeniyetmələr arasında boks üzrə dünya çempionatı keçiriləcəkdir.

Məhz biz nail ola bildik ki, bu yarışlar Azərbaycanda keçirilsin. 2002-ci ildə sərbəst güləş üzrə Avropa çempionatı

keçiriləcəkdir. Bunlar, bu hadisələrin hamısı ona görə deyil ki, biz istəyirik ki, bu yarışlar Azərbaycanda keçirilsin,

bizi təbliğ etsinlər. Əlbəttə, bu da lazımdır. Buraya gələn hər bir qonaq Azərbaycanı öz gözü ilə görəndə bizə

heyran olur. Əgər buraya gələnlərin Azərbaycan haqqında hər hansı başqa bir mənfi fikirləri var idisə, həmin

fikirlər tamamilə dağılıb gedir. Digər tərəfdən, biz gənclərimizi yetişdiririk. Biz yenə də idmana olan həvəsi

artırmaq istəyirik. Hər kəs idmanla məşğul olmalıdır - mən də, siz də, uşaqlarımız da, hamı.

Birincisi, bu, sağlamlıqdır. İkincisi isə ölkənin imicidir, Biz bütün bu işləri xalqımız üçün edirik. Ona görə

etmirik ki, İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidentidir, ona medal lazımdır, yox. Bunsuz da mən

İlham Əliyevəm, məni tanıyan tanıyır, tanımayan isə tanımır. Bizim əsas məqsədimiz odur ki, Azərbaycanın adı

yüksəlsin, milli bayrağı qaldırılsın. Bu unudulmaz anları - bağışlayın, bəlkə də mən bir az çox danışıram,

ürəyimi bir az boşaldıram - Zemfiranın və Namiqin qələbəsini hər dəfə yada salanda, tüklərim biz-biz olur. Mən

həmişə - evdə də, yoldaşlarıma da deyirəm ki, mən o anları bir daha yaşamaq istəyirəm. Çünki, bilirsinizmi, o,

heç bir şeylə müqayisə edilə bilməz. Bir dəfə jurnalistlər məndən soruşdular ki, siz hansı hissləri keçirirsiniz

Mən Azərbaycan dilində belə bir söz bilmirəm, bəlkə də lüğətdə belə bir söz yoxdur ki, həmin hissləri ifadə edə

bilim.

Mən sizə minnətdaram ki, «Space» telekanalında idmana və Olimpiya Hərəkatına bu qədər böyük yer

ayırırsınız. Hesab edirəm ki, idman reportajları ilə, idmana böyük maraqla siz artıq şəksiz birinciliyi əldə

etmisiniz. Digər sahələr haqqında mən danışmaq istəmirəm. Sizin idman verilişlərinizi mən həmişə izləyirəm.

Siz həm peşəkarlıq nümayiş etdirirsiniz, həm də çox maraqlı verilişlər göstərirsiniz. Milli Olimpiya Komitəsinin

prezidenti olmağıma baxmayaraq, mən özüm üçün də çox maraqlı, bəlkə də mənim üçün aydın olmayan, yaxud

da bilmədiyim şeyləri oradan götürürəm. Mən bu sahədə sizə uğurlar arzulayıram. İdmana göstərilən diqqət, bir

daha deyirəm, bizim ümumi işimizə, məqsədimizə böyük dəstək olacaqdır.

- İlham müəllim, çox sağ olun. Maraqlı müsahibəniz üçün Sizə təşəkkürümüzü bildiririk. Sidneydə

vaxt tapıb bizimlə telefon bağlantısı yaratdığınız və Olimpiya çempionlarımızın ilk xoş xəbərlərini məhz

Sizdən eşitdik. Çox qiymətli vaxtınızı bizə ayırdığınıza görə Sizə bir daha təşəkkürümüzü bildirir və

işlərinizdə müvəffəqiyyətlər diləyirik. Arzu edirik ki, Sidneydə keçirdiyiniz hissləri Afinada bir daha

yaşayasınız.

- Sağ olun.

«Space» telekanalı, 3 noyabr 2000-ci il

40

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Sidney şəhərində Azərbaycan günü

Sentyabrın 18-də Avstraliyanın Sidney şəhərindəki «Recent» otelində xarici qonaqların, müxtəlif ölkələrin

idman nazirlərinin, Beynəlxalq və Avropa Olimpiya Komitələrinin rəhbərlərinin iştirakı ilə Azərbaycan günü

keçirildi. Tədbiri Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, millət vəkili İlham Əliyev açdı. İlham

Əliyev qonaqları salamladıqdan sonra onlara Azərbaycanda Olimpiya Hərəkatına və idmana münasibət,

komitənin fəaliyyət, idmançılarımızın Olimpiya oyunlarında iştirakı haqqında məlumat verdi. Çıxışının sonunda

İlham Əliyev onun dəvətini qəbul edib, Azərbaycan günündə iştirak etdiklərinə görə bütün qonaqlara

təşəkkürünü bildirdi. Mərasimdə Azərbaycan rəssam və heykəltəraşlarının əsərləri nümayiş etdirildi.

“Olimpiya” jurnalı. N-2, 2000-ci il

41

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Avstraliyanın Sidney şəhərində keçirilən XXVII Yay Olimpiya Oyunlarında

ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərini XXVII Yay Olimpiya Oyunlarında ən

yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə qərara alıram:

1. XXVII Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının

idmançıları və onların məşqçiləri üçün mükafatlar aşağıdakı qaydada müəyyən edilsin:

birinci yeri tutan hər bir idmançıya 225 milyon manat, onun məşqçisinə isə 115 milyon manat məbləğində;

ikinci yeri tutan hər bir idmançıya 135 milyon manat, onun məşqçisinə isə 65 milyon manat məbləğində;

üçüncü yeri tutan hər bir idmançıya 70 milyon manat, onun məşqçisinə isə 35 milyon manat məbləğində.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 26 avqust 2000-ci il

N-06

42

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Sidney Olimpiadasında

uğur qazanmış idmançılarla, onların məşqçiləri və Milli Olimpiya Komitəsinin

rəhbərliyi ilə görüşmüşdür.

Heydər Əliyevin giriş nitqi

- Əziz idmançılar!

Hörmətli xanımlar, cənablar və dostlar!

Bu gün Azərbaycan xalqının böyük bayramıdır. Azərbaycanın dövlət müstəqilliyi haqqında qəbul olunmuş

Konstitusiya Aktının 9-cu il-dönümüdür. Bu möhtəşəm bayram münasibətilə mən sizi, bütün Azərbaycan

xalqını, Azərbaycan vətəndaşlarını səmimi qəlbdən təbrik edirəm, xalqımıza, millətimizə sülh, əmin-amanlıq,

rifah, tərəqqi və daimi müstəqillik arzulayıram.

Bu gün eyni zamanda bizim idmanımızın bayramıdır. Xalqımızın idman qələbələri ilə əlaqədar olan

bayramıdır. Biz bu gün buraya Sidneydə XXVII Yay Olimpiya oyunlarında iştirak etmiş, böyük nailiyyətlər

əldə etmiş və böyük qələbə ilə vətəninə, Azərbaycana qayıtmış idmançılarımızı salamlamaq üçün, onlarla görüş

üçün toplaşmışıq. Tamamilə təbiidir ki, müstəqillik günü bayramımızda biz müstəqilliyin Azərbaycana bəxş

etdiyi bir çox nemətlər və əldə etdiyimiz bir çox nailiyyətlər sırasında idman sahəsində də böyük nailiyyətlər

əldə etmişik. Bu gün bu nailiyyətlərin bayramını biz müstəqillik bayramı münasibətilə bir yerdə keçiririk.

Biz avqustun 25-də Zuğulbadakı "Gənclik" kompleksində XXVII Yay Olimpiya oyunlarına gedən

idmançılarımız ilə görüşdük, onlara öz məsləhətlərimizi, tövsiyələrimizi verdik və öz arzularımızı bildirdik.

Bizim arzularımız onların arzuları idi. Bizim arzularımız bütün Azərbaycan xalqının arzuları idi. O da ondan

ibarət idi ki, Azərbaycan nümayəndə heyəti, Azərbaycanın nümayəndələri müstəqil Azərbaycanı dünyanın ən

böyük idman yarışında təmsil edərək qələbələr, nailiyyətlər əldə etsinlər. Azərbaycan bayrağını uzaq

Avstraliyada qaldırsınlar.

Mən bu gün bütün xalqımızın iftixar hissini ifadə edərək deyirəm ki, Azərbaycan idmançıları, Azərbaycanı

təmsil edən bizim nümayəndə heyəti verdikləri sözə sadiq olmuşlar, çalışmışlar, yarışmışlar, vuruşmuşlar və

böyük qələbələr əldə etmişlər.

Azərbaycan xalqının tarixində bu böyük qələbə ilk qələbədir. Biz indiyə qədər heç vaxt idman sahəsində bu

qədər yüksək zirvələrə çatmamışıq. 200-ə qədər ölkənin nümayəndələrinin, idmançılarının - demək, bütün

dünyanın, bütün yer kürəsinin idmançılarının toplaşıb yarış keçirdiyi bir prosesdə gənc müstəqil Azərbaycanın,

o qədər də böyük olmayan bir ölkənin idmançıları iki qızıl medal, bir bürünc medal aldılar və bir neçə

idmançımız da çox yaxşı yerlər tutdu. Onlar Azərbaycanın şan-şöhrətini qaldırdılar. Onlar buradadırlar. Biz

onlarla görüşə gəlmişik.

Əziz dostlar!

Əziz idmançılar!

Əziz gənclərimiz!

Mən sizi bu qələbə münasibətilə bütün Azərbaycan xalqı adından, millətimiz adından, dövlətimiz adından

ürəkdən təbrik edirəm və sizə hədsiz minnətdarlığımızı və təşəkkürümü bildirirəm.

Ötən doqquz ildə Azərbaycanın müstəqillik dövründə bizim nailiyyətlərimiz az olmayıbdır. Ancaq indiyə

qədər bütün xalqımızı, bütün vətəndaşlarımızı bu qələbə qədər, bu nailiyyət qədər sevindirən heç bir şey

olmamışdır. Bütün xalq sevinmişdir. Siz bizə sevinc gətirmisiniz. Siz bizim xalqımızda böyük ruh yüksəkliyi

yaratmısınız. Siz Azərbaycan xalqının, Azərbaycan övladının nəyə qadir olduğunu bütün dünyaya nümayiş

etdirmisiniz. Sizə bir daha təşəkkür edirəm. Sizi bir daha təbrik edirəm.

Amma, eyni zamanda siz avqustun 25-də verdiyiniz sözlərin yerinə yetirilməsi haqqında yəqin ki, raport

vermək istəyirsiniz. Doğrudur, siz raportunuzu uzaq Sidneydə verdiniz və oradan gələn sədalar artıq sizin

verdiyiniz sözlərə sadiq olduğunuzu göstərdi. Eyni zamanda bu gün biz sizinlə görüşə gəlmişik. Sizi görmək

istəyirik və sizin sözlərinizi eşitmək istəyirik.

“Azərbaycan” qəzeti, 20 oktyabr 2000-ci il

43

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

XXVII Yay Olimpiya oyunlarında iştirak etmiş

Azərbaycan idmançıları ilə görüşdə Heydər Əliyevin

yekun nitqi

- Əziz idmançılar, əziz olimpiyaçılar!

Mən sizə dedim ki, verdiyim sözə artıqlaması ilə əməl etdim, Sizə verilən zərflərin içərisindəki kağızdır,

çekdir. Çünki o qədər pulu oraya yerləşdirmək mümkün deyildir. Bilirsiniz ki, gedib müəyyən yerlərdən,

bankdan alacaqsınız. Mən bunları ona görə etdim ki, siz bizim gözlədiyimizdən də artıq nailiyyətlər əldə

etmisiniz.

Siz Sidneyə yola düşərkən mən dedim ki, hər bir idmançımız qızıl medal alsın. Bu, təbii bir arzudur. Bu,

təkcə mənim yox, bütün millətimizin arzusudur. Ancaq eyni zamanda, biz yaxşı dərk edirik ki, 199 dövlətin, bu

gün yer kürəsinin idmançılarının bir yerə toplaşdığını, bəzi ölkələrin idmançılarının Olimpiya yarışlarının

başlanmasından indiyə qədər bu oyunlarda iştirak etməsini və bu ölkələrin əksəriyyətinin çox böyük, nəhəng

olmasını nəzərə alaraq, gənc, müstəqil Azərbaycanın idmançılarının hamısının medal alması təbiidir ki, real

deyildi, bu, bizim arzumuz idi. Biz bunu arzulayırdıq. Ancaq siz Sidneydə çıxış edən zaman ürəyimiz tup-tup

vururdu ki, necə, nə cür olacaq Mən hər gün maraqlanırdım, məlumat alırdım, nəhayət, siz xalqımızı, bizi,

vətənimizi sevindirdiniz.

Zemfiranın birinci qızıl medal alması böyük bir ruh yüksəkliyi yaratdı, bayram oldu. Ondan sonra Vüqar

bürünc medal aldı. Amma biz yenə də gözləyirdik. Namiq Abdullayevin, demək lazımdır ki, çox çətin bir

yarışda dünya çempionuna, Amerika kimi böyük bir dövlətin güləşçisinə qalib gəlməsi və qızıl medal əldə

etməsi təbiidir ki, bizim sevincimizin ən yüksək zirvəsi oldu. Buna görə də mən bir daha deyirəm ki, siz

dövlətimizin, xalqımızın etimadını doğrultdunuz. Siz bizim arzularımızı çin etdiniz. Siz müstəqil Azərbaycana

böyük nemət bəxş etdiniz. Siz Azərbaycan xalqının nə qədər böyük işlərə qadir olduğunu dünyaya bir daha

nümayiş etdirdiniz. Məhz buna görə də sizin hamınız mükafata layiqsiniz və hətta pul mükafatından əlavə,

gördünüz ki, dövlət orden və medalı ilə də təltif edildiniz. Siz bunlara layiqsiniz. Hesab edirəm ki, siz və bütün

idmançılarımız bundan sonra daha da həvəslə, əzmlə idmanla, bədən tərbiyəsi ilə məşğul olacaq, həm dünya

yarışlarında Azərbaycanın bayrağını qaldıracaqsınız, həm də millətimizin gənclərinin fiziki, mənəvi

möhkəmliyini təmin edəcəksiniz.

Ən qədim zamanlardan idman bəşəriyyətin sevdiyi və çox hörmət etdiyi bir sahədir. İdman, bədən tərbiyəsi

çox böyük məna daşıyır. Təsadüfi deyildir ki, daha çox qədim zamanlarda idman icad olunub, ona qayğı

göstərilibdir. Bütün bunların nəticəsində dünyada birinci Olimpiya oyunları mövcud olubdur. Ona görə də

idman, bədən tərbiyəsi Azərbaycan gənclərinin hamısı üçün lazımdır. Bu, bizim millətimizin fiziki sağlamlığı,

müstəqil Azərbaycanın gələcəyi üçün lazımdır. Bu, heç də kiminsə xoşuna gəlmək üçün deyildir.

Mən hesab edirəm ki, sizin bu qələbəniz idmana, bədən tərbiyəsinə daha çox gənclər cəlb edəcək, idman

daha kütləvi, Azərbaycan gəncliyi fiziki və mənəvi cəhətdən daha da sağlam olacaqdır.

Sizin hər biriniz böyük zəhmət çəkmisiniz, yarışda iştirak etmisiniz. Siz dövlətin idmançılara qayğısı

haqqında burada danışdınız, bizə öz təşəkkürlərinizi bildirdiniz. Ancaq bu, bizim borcumuzdur. Bu, dövlətin

borcudur. Dövlətin, hökumətin hər bir sahədə çox böyük vəzifələri vardır. Əgər biz hansı sahədəsə nəyəsə nail

ola biliriksə, demək, biz öz borcumuzu yerinə yetirə bilirik. Mən bu gün böyük qurur hissi ilə deyirəm ki, biz

idmana, bədən tərbiyəsinə qayğı göstərərək millət, xalq, vətən qarşısında öz borcumuzu yerinə yetiririk.

Təbiidir ki, hər bir kütləvi iş təşkilatçılıqdan da çox asılıdır. Bizim qayğımızı hiss edən hər bir idmançı

təbiidir ki, öz nailiyyətlərini artırmaq istəyir. Ancaq, eyni zamanda, təşkilatçılıq idmançıları, gəncləri bir-birinə

daha da yaxınlaşdırır, onlara yardım edir.

Azərbaycanda Milli Olimpiya Komitəsinin yaranması ölkəmizin dövlət müstəqilliyinin xüsusi

əlamətlərindən biridir. Milli Olimpiya Komitəsi əvvəlki illərdə, təəssüf ki, öz vəzifəsini layiqincə yerinə yetirə

bilmirdi. Son illər Milli Olimpiya Komitəsi fəaliyyətini artırıb, genişləndirib, idmançıları, gəncləri daha da

səfərbər edib, həvəsləndirib, onlara yardımlar göstəribdir. Ona görə də qələbələri qeyd edərkən Milli Olimpiya

Komitəsinin üzvlərinin və onun prezidenti İlham Əliyevin xüsusi xidmətlərini vurğulamaq lazımdır.

Biz bir neçə il bundan əvvəl Azərbaycanda ilk dəfə olaraq Gənclər və İdman Nazirliyi yaratdıq. Bu, təsadüfi

hal deyildir. Biz bu nazirliyi yaradarkən onu nə üçün yaratdığımızı bilirdik. Ona görə yaradırdıq ki, gənclərin

tərbiyəsi, gənclərin işi ilə xüsusi məşğul olan bir nazirlik olsun. Biz bunu ona görə yaradırdıq ki, Azərbaycanda

bədən tərbiyəsinin, idmanın inkişafı ilə məşğul olan bir nazirlik olsun.

Bizim bu təşəbbüsümüz özünü doğrultdu. Gənclər və İdman Nazirliyi də bu sahədə çox işlər gördü və

XXVII Olimpiya Oyunlarına hazırlıq zamanı da onların fəaliyyəti yüksək olmuşdur. Ona görə də mən Gənclər

və İdman Nazirliyinin və nazir Əbülfəs Qarayevin də xidmətlərini qeyd edirəm.

44

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Təbiidir ki, idmançıların bu nailiyyətlərinin qazanılmasında onların məşqçilərindən də çox şey asılıdır.

Böyük məmnuniyyətlə demək olar ki, indi Azərbaycanda yüksək peşəkar biliyə, təcrübəyə malik məşqçilər

dəstəsi yetişmişdir. Onlar Olimpiya oyunlarında idmançılarımızın nailiyyətlər qazanması üçün çox xidmətlər

göstərmişlər. Təsadüfi deyildir ki, onlar də mükafatlandırıldı və onlara da dövlət mükafatı verildi, Bunlar hamısı

tam əsaslıdır. Hörmətli dostlar, siz bunlara layiqsiniz.

Bu gün idman sahəsində bizim əldə etdiyimiz nailiyyət Azərbaycanın dövlət müstəqilliyi ilə bir-başa

bağlıdır. Əgər Azərbaycan dövlət müstəqilliyini əldə edə bilməsəydi, əgər respublikamız azad olmasaydı,

ölkəmiz milli azadlığa çıxmasaydı, bu nailiyyətlər əldə edilə bilməzdi. Mən bunu bir dəfə demişəm və bir daha

təkrar etmək istəyirəm. Azərbaycan Sovet İttifaqının tərkibində olanda da respublikamızda çox səriştəli gənclər,

idmançılar vardı. Onlar Ümumittifaq yarışlarında iştirak edirdilər, beynəlxalq yarışlarda SSRİ yığma

komandasının tərkibində yarışırdılar. Ancaq o vaxt onlar bugünkü nailiyyətləri əldə edə bilməyiblər. Birincisi,

ona görə ki, onlar öz xalqına, öz dövlətinə xidmət etmək hissini hələ bilmirdilər. Çünki müstəqil dövlət yox idi.

İkincisi, açıq demək lazımdır ki, bizim idmançılara çox vaxt ədalətsiz münasibət göstərirdilər.

Xatirinizdədir, o dövrdə çempion, Olimpiya çempionu adını bir çox başqa müttəfiq respublikalardan olan

idmançılar alırdı, azərbaycanlı idmançılar isə yox. Əgər Cənubi Qafqaz respublikalarını götürsək, bu qonşu

ölkələrin idmançıları həmişə bizim idmançılardan daha çox medallar alırdılar, görkəmli yerlər tuturdular. Amma

indi Azərbaycan müstəqil dövlət olubdur. Görürsünüz, Azərbaycan öz müstəqilliyindən istifadə edərək və

xalqımız öz millətinə, vətəninə xidmət göstərdiyini hiss edərək, nə qədər böyük sıçrayışa nail olmuşdur.

İlham Əliyev bu barədə dedi ki, ən önəmli nəticələrdən biri odur ki, Azərbaycan idmançıları Ermənistan

idmançılarını çox geridə qoydular. Amma təkcə bu deyil. Azərbaycan idmançıları Olimpiya oyunlarında MDB

ölkələri arasında beşinci yerə çıxdılar. Bizdən irəlidə MDB-nin dörd böyük respublikası, müstəqil dövləti vardır.

Əziz dostlar, bunların hamısı bizim müstəqilliyimizin, milli azadlığımızın bəhrəsidir.

Mən sizin hamınıza bir daha təşəkkür edirəm. Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə,

komandanın hər bir üzvünə təşəkkür edirəm. Mən qızıl medal almış idmançılarımıza xüsusi minnətdarlığımı

bildirirəm. Digər idmançılarımıza təşəkkür edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, siz bunlarla

arxayınlaşmayacaqsınız.

Milli Olimpiya Komitəsinin böyük planları vardır. İlham Əliyev burada dedi ki, Milli Olimpiya Komitəsi

üçün böyük bir kompleks tikilibdir. Biz bir neçə gündən sonra onun açılışında iştirak edəcəyik. Güclü madditexniki

baza yaradılıbdır. Təbiidir ki, hər bir iş üçün müvafiq maddi-texniki bazanın yaranması əsas şərtlərdən

biridir. Milli Olimpiya Komitəsinin böyük xidmətlərindən biridir ki, komitə bu işlə ciddi məşğul olur və

dövlətdən heç bir vəsait almadan, öz imkanları ilə idman üçün, olimpiyaçılar üçün yeni-yeni böyük müəssisələr

yaradır. Biz bunu alqışlayırıq, dəstəkləyirik. Biz lazım olan köməyi bundan sonra da edəcəyik. Yenə də

deyirəm, ümidvaram ki, siz bu nailiyyətlə qane olmayacaqsınız, çalışacaqsınız, gələn Olimpiya oyunlarına qədər

olan müddətdə müxtəlif dünya yarışlarında iştirak edəcəksiniz və böyük nailiyyətlərinizlə bizi daim

sevindirəcəksiniz.

Bu gün Azərbaycanın müstəqilliyinin, yəni müstəqillik haqqında qəbul olunmuş Konstitusiya Aktının 9-cu

ildönümüdür. Xalqımız bunu bayram edir. Biz bayram əhval-ruhiyyəsindəyik. Siz bizim bayramımızı daha da

yüksəklərə qaldırdınız, bəzədiniz, gözəlləşdirdiniz. Ona görə da sizə bir daha təşəkkür edirəm.

Bu doqquz il ərzində Azərbaycan xalqı ağır, çətin, eyni zamanda, çox şərəfli yol keçibdir. Doqquz il bundan

öncəki Azərbaycanın vəziyyətini xatırlayın. İlham Əliyev burada doğru dedi ki, bugünkü idmançılarımız - 18-19

yaşında olan, qələbə qazanmış idmançılarımız o vaxt 10-11 yaşında idilər, yaşları bəlkə bundan da az idi.

Demək, onlar Azərbaycanın müstəqilliyi dövründə böyümüş və bu səviyyəyə çatmış gənclərdir. Ancaq doqquz

il bundan öncə Azərbaycanda belə şeylər üçün şərait yox idi. Çünki Azərbaycan od içində yanırdı, dağılırdı,

parçalanırdı.

İndi müstəqilliyimizin doqquzuncu ildönümünü hamımız iftixar hissi ilə qeyd edirik. Amma bir az arxaya

baxmaq lazımdır. Bu doqquz illik tarixin hər ilinə, hər ayına baxmaq lazımdır. Onda hamı üçün aydın olar ki, bu

müstəqillikdən sonra keçdiyimiz yol nə qədər ağır, çətin, eyni zamanda, nə qədər şərəfli olmuşdur. Biz

xoşbəxtik ki, o ağır, çətin dövrdən uğurla keçdik, indi Azərbaycan müstəqil dövlət kimi yaşayır və inkişaf edir.

Bu illərdə bizim ən böyük nailiyyətimiz o olub ki, Azərbaycanda ictimai-siyasi sabitlik yarada bildik, 1993 -

cü ildə ölkəmizi vətəndaş müharibəsindən xilas etdik, Azərbaycanın parçalanmasının qarşısını aldıq,

respublikamızda daxili çəkişmələrə, silahlı dəstələrin bir-biri ilə hakimiyyət mübarizəsinə son qoyduq.

Qarşımıza çıxan çətinliklər çox olubdur. Amma ən böyüyü ondan ibarət idi ki, bilirsiniz, 1994-cü ilin

oktyabrında və 1995-ci ilin martında Azərbaycan yenidən böyük təhlükə altında idi. Çünki dövlətimizə,

müstəqilliyimizə qarşı dövlət çevrilişi cəhdi göstərilirdi. Həmin qüvvələr çox güclü, silahlı idi. Amma xalq buna

imkan vermədi. Xalq dövlət çevrilişi cəhdinin qarşısını aldı. Dövlət bunların qarşısını ala bildi. Nə üçün Çünki

dövlət ilə xalqın birliyi yaranmışdı. Çünki xalq dövləti dəstəkləyirdi, apardığımız siyasəti bəyənirdi və ona görə

də dövlətin, dövlətçiliyin mübarizəsində sinəsini qabağa verirdi.

45

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan ötən doqquz il ərzində böyük inkişaf yolu keçibdir. Bəli, altı il bundan öncə atəşin

dayandırılması böyük nailiyyətdir. Çünki təsəvvür edin, əgər müharibə, o vaxta qədər aparılan uğursuz

müharibə davam etsəydi, bax bu gün oxuyan, təhsil alan, idmançı olan, istedadlarını göstərən nə qədər

gənclərimiz həlak, şəhid olmuşdu. Ona görə da 1994-cü ilin mayında atəşkəsin yaranması Azərbaycanın

gələcəyi, bu günü üçün ən böyük şərtlərdən biri idi.

Azərbaycan hüquqi, demokratik dünyəvi dövlətdir. Biz bu yolu uğurla keçirik. Azərbaycanda demokratiya

inkişaf edibdir. Azərbaycanda bütün insanlara azadlıq verilibdir. Azərbaycanda söz, vicdan, insan azadlığı

tamamilə təmin olunubdur. Azərbaycanın iqtisadiyyatı 1995-ci ildə tənəzzülə son qoydu, o vaxtdan indiyə qədər

inkişaf yolu keçibdir.

Bizim dövlət nümayəndələri, nazirlər ayrı-ayrı analitik materiallarda bu barədə çoxlu rəqəmlər göstəriblər.

Bu gün bu inkişaf yolumuzun rəqəmləri, konkret sübutları göz qabağındadır, biz bu yolu uğurla gedirik və

gedəcəyik.

Təbiidir ki, biz əldə etdiyimiz nailiyyətlərlə də kifayətlənmirik, razı deyilik. Bunlar Azərbaycanı ancaq

siyasi-iqtisadi böhrandan çıxartdı, ölkəmizin iqtisadiyyatında tənəzzülün qarşısını aldı, respublikamızın

iqtisadiyyatının inkişafını və Azərbaycan xalqının rifah halının ardıcıl, davamlı surətdə yaxşılaşdırılmasını

təmin etdi.

Bizim hələ görüləsi çox işlərimiz var. Biz Azərbaycanın güclü, hüquqi, demokratik, dünyəvi və iqtisadi

cəhətdən inkişaf etmiş ölkə olmasına çalışırıq. Azərbaycanın Milli Ordusu yaranıbdır. Bu Milli Orduda bizim

gənclərimiz xidmət edir və çox da yaxşı xidmət edirlər.

Azərbaycan bir dövlət kimi artıq formalaşıbdır. Bu, bizim doqquz illik nailiyyətimizdir. Xalqımız bunu

bilir, qiymətləndirir və ona görə də öz dövlətinə, vətəninə sədaqətini və Azərbaycanın demokratiya yolu ilə

gedən dövlətinə öz dəstəyini göstərir. Bu da bizi, Azərbaycan prezidenti kimi şəxsən məni daha da çox iş

görməyə məcbur edir, yəni mənim qarşımda, dövlətin, hökumətin qarşısında yeni-yeni vəzifələr qoyur. Mən sizi

əmin edə bilərəm ki, biz bu vəzifələri yerinə yetirəcəyik, Azərbaycan ilbəil inkişaf edəcəkdir.

Noyabrın 5-də Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcəkdir. 1995-ci ilin noyabrında müstəqil

Azərbaycanın ilk demokratik Konstitusiyasının qəbul olunması tarixi hadisədir, O vaxt, eyni zamanda, müstəqil

Azərbaycanın yeni Milli Məclisi seçildi. Həmin Milli Məclis ötən beş ildə çox işlər gördü. İndi Azərbaycan

hüquqi dövlətdir, bizdə hər şey qanunla tənzimlənir. Amma bu qanunları yaratmaq, işlətmək lazımdır. Biz

bunları etmişik.

Bizim Milli Məclisimiz çox qanunlar qəbul edibdir, işini uğurla başa çatdırır. Azərbaycanın hakimiyyət, icra

orqanları bu qanunların yerinə yetirilməsi üçün çalışır və çoxlu nailiyyətlər əldə edibdir. Bu nailiyyətlər bundan

sonra daha da çox olacaqdır.

Mən inanıram ki, noyabrın 5-dəki seçkilərdə xalq yenə də ədaləti, haqqı, əldə olunan nailiyyətləri

dəstəkləyəcəkdir, ayrı-ayrı təxribatçıların, yaxud müxalifətçilərin yalan, böhtan sözlərinə uymayacaqdır. İndi

demokratiyadır. Bu gün müxalifət partiyalarına imkan verilibdir ki, seçkiqabağı televiziyalarda çıxış etsinlər, -

onlar onsuz da qəzetlərdə istədiklərini daim yazırlar, - öz seçiciləri ilə görüşürlər, danışırlar. Ancaq nə müşahidə

olunur Seçkilərə qoşulan partiyaların tam əksəriyyəti müxalifət mövqeyində duranlardır. Onların hamısı

iqtidarı tənqid edir. Tənqid bizə lazımdır, amma təhrif, yalan, böhtan lazım deyildir. Bu, xalqımıza, millətimizə

lazım deyildir. Ancaq onlar bu yola düşüblər. Bunların sözünün əvvəli da, axırı da ondan ibarətdir ki,

Azərbaycanda demokratiya yoxdur.

Əgər demokratiya yoxdursa, müxalifət partiyaları nə üçün bu qədər qəzetlər çıxarırlar və bu qəzetlərdə

olmazın yalanlar, böhtanlar, iftiralar dərc olunur Əgər demokratiya yoxdursa, müxalifət partiyaları

televiziyada, radioda necə sərbəst çıxış edir, iqtidara qarşı böhtan yağdırırlar

Bəli, məhz Azərbaycanda ictimai-siyasi vəziyyət sabit olandan bir neçə vaxt sonra bu partiyalar yavaş-yavaş

canlandı və indi onlara bütün imkanlar yaradılıbdır. Amma onlar da, hamı da düşünməlidir ki, bu imkanları kim,

hansı hakimiyyət, iqtidar yaradıbdır Bunu bizim iqtidar yaradıbdır. Bunu biz yaratmışıq.

Mən bu günlər televiziyada çıxış edənləri müşahidə edirəm. Müxalifət partiyalarının televiziyada çıxış edən

hər bir nümayəndəsi xalqı, milləti müstəqillik aktının doqquz illiyi münasibətilə təbrik edir. Çox gözəl. Bu,

onların haqlarıdır. Mən bundan çox məmnunam. Amma onlardan soruşmaq lazımdır, bu doqquz illik müddətin

yeddi il beş ayı Azərbaycanın bugünkü iqtidarının üzərinə düşür. Əgər Azərbaycan 1991-ci ilin sonunda

müstəqilliyini əldə edibsə, ondan sonrakı bir il altı ay müddətində ölkəmizdə hakimiyyətsizlik, hərc-mərclik

davam edib və nəhayət, 1992-ci ilin iyununda Xalq Cəbhəsi - Müsavat hakimiyyətə gələndən sonra

Azərbaycanın dağıdılması daha da sürətləndi. Bunlar da axırda gətirib vətəndaş müharibəsinə çıxartdı.

1990-ci ilin yanvar hadisələrindən sonra, ondan qabaq da Azərbaycanda ictimai-siyasi sabitlik pozulmuşdu,

hərc-mərclik idi. Dövlətin on illərlə qazandığı sərvətlər dağıdılırdı və Azərbaycan bir neçə dəfə fövqəladə

vəziyyətdə, avtomatlıların qarşısında yaşayıbdır.

46

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

1990-cı ilin 20 yanvar hadisəsindən sonra Azərbaycanda fövqəladə vəziyyət elan olundu. Bu fövqəladə

vəziyyət 1991-ci ilin axırınadək davam etdi. Yalnız müstəqillik elan olunandan sonra Azərbaycanda, Bakıda

fövqəladə vəziyyət aradan götürüldü. Ancaq ondan sonra nə oldu Xalq Cəbhəsi - Müsavat hakimiyyətə gəldi,

bir ilin içərisində Azərbaycanda daxili sabitliyi daha da pozdu. Xatırlayın, əvvəllər fövqəladə vəziyyətin

əleyhinə çıxan adamlar 1993-cü ilin aprelində Kəlbəcər Ermənistan silahlı qüvvələri tərəfindən işğal ediləndən

sonra, hakimiyyətdə ola-ola, bütün Azərbaycanda fövqəladə vəziyyət rejimi yaratdılar. Həmin fövqəladə

vəziyyət rejimində də hakimiyyəti saxlaya bilmədilər. 1993-cü ildə ölkəmizdə vətəndaş müharibəsi başlandı.

Ölkənin daxilində müxtəlif proseslər ola bilər. Əgər dövlət, hakimiyyət güclüdürsə və xalqın dəstəyinə

malikdirsə, o, hər bir şeyin qarşısını ala bilər. 1993-cü ilin iyununda nə üçün Azərbaycanda vətəndaş

müharibəsi, siyasi böhran başlandı, nəhayət, həmin hakimiyyət dağıldı Ona görə ki, onlar xalqın dəstəyini,

inamını əldə edə bilmədilər. Əksinə, bir ilin içərisində xalqı özlərindən diksindirdilər, uzaqlaşdırdılar və xalq

belə bir hakimiyyətə artıq dözə bilmirdi.

Hakimiyyət dağıldı. Hakimiyyətdə olan şəxslər, yəni Azərbaycanın Prezidenti, Baş naziri, Milli Məclisin

Sədri, nazirlər qaçdılar, dağıldılar, gizləndilər. Bəziləri ayrı-ayrı yerlərdə 2-3-4 il gizləndilər. Əgər siz doğrudan

da hakimiyyət adamısınızsa, doğrudan da xalq uğrunda mübarizə aparırsınızsa, doğrudan da hakimiyyətə

gələrək Azərbaycanı idarə etmək istəyirdinizsə, niyə qaçırdınız, niyə gizlənirdiniz

19951996-cı illərdən sonra, Azərbaycanda ictimai-siyasi sabitlik tamam bərqərar olunandan sonra onlar

yavaş-yavaş peyda oldular, deyə bilərəm ki gizləndikləri yuvalarından çıxdılar, indi sərbəstdirlər. Bu sərbəstliyi,

bu ictimai-siyasi sabitliyi kim yaradıb Onu bugünkü iqtidar yaradıbdır. Bugünkü iqtidar bunu yaradaraq, onlara

imkan veribdir ki, yenidən həyata qayıtsınlar, öz siyasi fəaliyyətlərini aparsınlar, bunu da qiymətləndirsinlər.

Ancaq bunun əvəzində onlar öz çıxışlarında deyirlər ki, yeddi il müddətində heç bir şey görülməyibdir. Bəs

onda bu müstəqillik dövründə nə görülübdür Bəs onda bu müstəqillik münasibətilə siz xalqı niyə təbrik

edirsiniz

Mən yenə də deyirəm, bu doqquz ilin yeddi il beş ayı bugünkü iqtidarın rəhbərliyi altında gedibdir. Ondan

əvvəl, müstəqillik elan olunandan sonrakı bir il yarım ərzində bir neçə hakimiyyət dəyişilib, hərc-mərclik

olubdur və Azərbaycan dağılırdı. Demək, bunları görməyən, yaxud görərək inkar edən adamlar, heç təsəvvür

etmək mümkün deyil ki, hansı psixologiyaya malikdirlər. Bir daha deyirəm ki, bu doqquz ildə Azərbaycanın

müstəqilliyini təmin edən, yaşadan bugünkü iqtidardır.

Azərbaycanın dövlət müstəqilliyinin elan olunması tarixi zərurətdən meydana gəlmiş bir hadisədir. Bu, o

illərdə, ondan əvvəlki bir neçə ildə SSRİ-də və bütün dünyada gedən ictimai-siyasi proseslərin məntiqi

nəticəsidir. Bu müstəqillik talenin bizə bəxş etdiyi nemətdir. Əgər SSRİ dağılmasaydı, heç bir qüvvə, heç bir

respublika heç bir müstəqillik əldə edə bilməzdi. Amma indi həmin müxalifətdə olan adamlar döşlərinə vururlar

ki, biz mübarizə etmişik, Azərbaycanın müstəqilliyini əldə etmişik. Onda Türkmənistan, Özbəkistan, Ukrayna,

Belarus, Qazaxıstan öz müstəqilliklərini necə ələ ediblər

Bəli, SSRİ hökumətinin Dağlıq Qarabağ problemi ilə əlaqədar ədalətsiz mövqeyinə görə xalq etiraz səsini

qaldırdı. Bu etiraz səsini təkcə onlar yox, kütlələr bildirib, küçələrə, meydanlara çıxıbdır. Bəli, belə bir xalq

hərəkatı olubdur. Ancaq indi bəziləri döşünə döyür ki, biz milli azadlıq hərəkatının liderləri olmuşuq və bunun

nəticəsində Azərbaycanın müstəqilliyinə nail olmuşuq. Bu cür yalan heç bir şeyə sığışmır.

Yenə də deyirəm, bizim xoşbəxtliyimizdir ki, SSRİ dağıldı. Təbiidir ki, SSRİ dağılanda bu ittifaqa daxil

olan bütün müttəfiq respublikalar öz müstəqilliklərini elan etdilər. Onu da bilməlisiniz ki, digər respublikalar öz

müstəqilliyini Azərbaycandan əvvəl - 1991-ci ilin iyununda, iyulunda, sentyabrında elan etdilər. Azərbaycan isə

1991-ci il oktyabrın 18-də müstəqillik haqqında akt qəbul etdi. Amma həqiqi müstəqillik 1991-ci il dekabrın 31-

də ümumi referendum keçiriləndən sonra olubdu, yəni biz o vaxt bu məsələdə də irəlidə deyildik. Əgər

müstəqillik uğrunda mübarizə aparılırdısa burada da o biri respublikalardan geri qalmışdıq. Bax, həqiqət budur.

Gərək heç kəs bu tarixi həqiqətləri unutmasın və heç kəs də təhrif etməsin.

Bizim bugünkü nailiyyətimiz Azərbaycanda məhz son illər, yəni 1993-cü ilin iyunundan indiyədək aparılan

işlərin nəticəsidir və biz bundan sonra daha da böyük nailiyyətlər əldə edəcəyik.

Mən bu fikirlərimi sizə çatdıraraq, Olimpiya oyunlarında əldə etdiyimiz qələbə münasibətilə sizi təbrik

edirəm. Mən bütün Azərbaycan xalqını təbrik edirəm. Bir daha deyirəm, sizin bu nailiyyətiniz Azərbaycanın

dövlət müstəqilliyinin bəhrəsidir və 1993-cü ildən başlayaraq Azərbaycan iqtidarının apardığı doğru, düzgün

daxili və xarici siyasətin nəticəsidir.

Mən bütün Azərbaycan xalqını müstəqillik günü münasibətilə təbrik edirəm və Azərbaycana bir daha, bir

daha əbədi müstəqillik arzulayıram. Sağ olun.

“Azərbaycan”, 20 oktyabr 2000-ci il

47

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Qaliblərə verilən böyük qiymət

Prezident Heydər Əliyevin Sidney Olimpiadasında qələbə qazanaraq ölkəmizə üzüağ dönən idmançılarımızı

təbrik etməsi qaliblərə verilən ən böyük qiymət oldu.

Bu qələbənin qazanılmasında isə xalqımızın böyük oğlu, dövrümüzün böyük siyasətçisi Heydər Əliyev və

Milli Olimpiya Komitəsinin sədri İlham Əliyevin müstəsna xidmətləri var. Sidney Olimpiadasında əldə olunan

qələbələr idmançılarımızın xalqımıza, onun rəhbərinə, müstəqilliyimizə və Azərbaycanın beynəlxalq imicinin

yüksəlməsinə əvəzsiz töhfəsidir. İdmançılarımızın Sidney Olimpiadasında qazandığı 2 qızıl, 1 bürünc medal 9

illik müstəqillik ömrünü yaşayan xalqımıza ən böyük hədiyyəsi oldu. Təbii ki, idmançılarımızın qazandığı bu

uğurda millət vəkili, Milli Olimpiya Komitəsinin sədri, ARDNŞ-nın vitse-prezidenti İlham Əliyevin böyük

xidmətləri var. Məhz İlham Əliyevin Milli Olimpiya Komitəsinə sədr seçilməsindən sonra orada böyük dönüş

əmələ gəldi, idmançılarımız özlərini inamlı hesab etməyə, məsuliyyətlə çalışmağa başladılar. İlk növbədə İlham

Əliyevin səyləri nəticəsində, idmançılarımızın problemləri aradan qaldırıldı ki, bu da Sidney Olimpiadasında

qələbələrimizin əsasını qoydu.

Olimpiadada qazandığımız qələbələr ona görə şərəflidir ki, bu qələbələr ölkəmizin Avropa Şurasına üzvlüyü

və parlament seçkiləri ərəfəsində əldə edilmişdir. Bu qələbələr xalqımızın Heydər Əliyevin və prezidentin

komandasının ən perspektivli üzvü olan İlham Əliyevin ətrafında monolit birliyinin təzahürüdür.

Təntənəli tədbirdə idmançılarımızın Sidney Olimpiadasında qələbələrində özünəməxsus və müstəsna

xidmətləri olan millət vəkili, ARDNŞ-nin birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin sədri İlham

Əliyev geniş nitqlə çıxış etdi.

- Möhtərəm cənab Prezident!

Əziz idmançılar!

Xanımlar və cənablar!

Bir əsrdən böyük tarixi olan Olimpiya oyunları dövrümüzün ən böyük, ən mötəbər tədbirlərindən biridir.

Yalnız Olimpiya oyunları dünyanın bütün dövlətlərini irqindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq,

milyonlarla insanı bir yerə toplaya bilir. Olimpiya oyunlarında qazanılmış nəticələr ölkənin təkcə idman

sahəsindəki gücü kimi qəbul olunmur, bu dövlətin dünya birliyindəki yeri, səviyyəsi kimi də qiymətləndirilir.

Ona görə də, hər bir dövlət öz idmançılarının Olimpiya oyunlarındakı çıxışına böyük əhəmiyyət verir.

Siz, möhtərəm cənab Prezident, olimpiyaçılarımızı yolasalma mərasimində müasir dövrdə Olimpiya

Hərəkatının müstəsna rol oynamasını, Olimpiya oyunlarında əldə olunmuş nailiyyətlərin müstəqil Azərbaycan

üçün mühüm beynəlxalq əhəmiyyət daşımasını vurğulamış, idmançılarımıza uğurlu çıxışları ilə Azərbaycanın

şan-şöhrətini yüksəltməyi tövsiyə etmişdiniz və biz Sizin tapşırığınızı yerinə yetirdik, Vətənə qələbə ilə

qayıtdıq. Azərbaycanın həqiqətən də müstəqil, güclü, böyük potensiala malik bir dövlət olduğunu bütün

dünyaya sübuta yetirdik. Sizin Sidney oyunlarında iştirak edəcək olimpiyaçılarla görüşünüz zamanı Azərbaycan

idmançılarının bu oyunlara hazırlığının gedişi barədə Sizə məruzə edilmişdi.

Ona görə də, icazənizlə, bu gün Olimpiya oyunları dövründə görülmüş işlər, idmançılarımızın çıxışları, əldə

olunmuş nəticələr barədə Olimpiya Komitəsinin hesabatını Sizə təqdim etmək istəyirəm. Olimpiyaçılarımızı

Avstraliyaya sentyabrın 2-də yola saldıq. Yarışların başlamasından 12 gün əvvəl idmançılarımızın Sidneydə

olmasını təmin etməkdə məqsədimiz onların yerli iqlimə, şəraitə uyğunlaşmasına şərait yaratmaq idi. Milli

Olimpiya Komitəsi atletlərimizin yarışlarqabağı məşqləri üçün hər cür şərait yaratmaq, onları zəruri olan bütün

ləvazimatlarla təmin etməklə bağlı Bakıda başladığımız işi Avstraliyada da davam etdirdik. Sentyabrın 6-da

Sidneydə Olimpiya kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirildi. Mərasimdə Sidney

Oyunlarının Təşkilat Komitəsinin rəhbərləri, Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələri, müxtəlif

ölkələrin idman nümayəndə heyətlərinin rəhbərləri iştirak etmişlər. Olimpiya kəndində yaşayan

idmançılarımızın da bu mərasimə toplaşması onun izdihamlı keçməsinə zəmin yaratmışdır. Mərasim

iştirakçılarına Azərbaycan Respublikası, onun Olimpiya Hərəkatı haqqında məlumat verilmişdir. Kiçik bədii

proqramdan sonra Avstraliya məktəblilərinin oxuduğu Azərbaycan himninin sədaları altında dövlət bayrağımız

qaldırılmışdır.

Sentyabrın 15-də Sidneyin Olimpiya stadionunda XXVII Yay Olimpiya Oyunlarının təntənəli açılışı oldu.

Sentyabrın 16-da isə Olimpiya oyunlarının əsas idman yarışlarının startı verildi. Bildiyimiz kimi, Sidneydə

respublikamız 31 idmançı ilə təmsil olunurdu. Bu idmançılardan 27 nəfəri lisenziyanı yarışlarda qazanmışdı.

Ölkəmizə ilk medalı, özü də qızıl medalı istedadlı idmançımız Zemfira Mehtəhəddinova qazandırdı. Dəfələrlə

dünya və Avropa rekordçusu, bir çox mötəbər yarışların qalibi olan bu idmançıya biz çox ümidlər bəsləmiş və

inanmışıq. Olimpiyaqabağı dövrdə vəziyyət elə gətirmişdi ki, Zemfira lisenziya əldə edə bilməmişdi. Onun üçün

dəvətnamə almağa biz çox səy göstərdik. Beynəlxalq Atıcılıq Federasiyası bu növdə ölkəmizin bir lisenziya

qazanmasına istinad edərək, dəvətnamə ilə bağlı xahişimizə müsbət cavab verməmişdi. Biz bu cavabla

kifayətlənmədik. Çətin də olsa, istədiyimizə nail olduq. Lap son zamanda idmançımıza dəvətnamə ala bildik.

48

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Zemfira Mehtəhəddinova bizim ona olan ümidlərimizi doğrultdu. Qeyd etmək istərdim ki, respublikamızda

stend atıcılığı ilə məşğul olmaq üçün baza yoxdur. Ona görə də idmançımız məşqlərini ölkədən kənarda

keçirməli olurdu.

Zemfiranın Sidneydə qələbə qazanmasını nəzərə alaraq, Azərbaycanda güclü atıcılıq idmanı məktəbinin

yaradılması məqsədilə Milli Olimpiya Komitəsi Bakıda ən müasir, dünya standartlarına uyğun olan atıcılıq

kompleksinin tikilməsinə qərar verib. Beləliklə, orada həm öz məşqlərini keçirəcək, həm də gənc nəsil

yetişəcəkdir. Atlanta Oyunlarının gümüş mükafatçısı Namiq Abdullayev Sidneydə, sözün əsl mənasında,

qəhrəmanlıq göstərdi. Qrup yarışlarını uğurla başa vuran Namiq sonrakı görüşlərinə də məsuliyyət hissi ilə

yanaşdı. O, Atlanta gümüşünü Sidneydə güclü amerikalı ilə mübarizədə Sidney qızılına çevirdi. Namiq peşəkar

idmançı xüsusiyyətlərini nümayiş etdirdi. Əsl idmançı belə olmalıdır. Və biz hamımız, Milli Yığma

Komandamızın üzvləri çox sevinirik ki, komandanın kapitanı, bayraqdarı və sevimlisi Namiq Abdullayev

Olimpiya çempionu oldu. Sidneydə gənc boksçumuz Vüqar Ələkbərov boks üzrə ilk Olimpiya medalını

ölkəmizə gətirdi. Onun qazandığı bürünc medalın bizim üçün dəyəri böyükdür. Son illərdə Azərbaycan

boksunda müsbət istiqamətdə baş verən dəyişiklikləri biz dəfələrlə qeyd etmişik. Vüqar qazandığı bu medal ilə

bir daha təsdiq etdi ki, biz düz yoldayıq. Biz növbəti Olimpiadada da Azərbaycan boksçularının, o cümlədən

Vüqarın qızıl medalla qayıdacağına ümid bəsləyirik.

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti Ənvər Çoudrinin şərəfinə ənənəvi beynəlxalq boks

turnirinin, 1999-cu ildə yeniyetmə boksçuların Avropa çempionatının keçirilməsi, yeniyetmə boksçularımızın

həmin çempionatda 4 qızıl, 1 gümüş və 4 bürünc medal qazanması ölkə başçısının Ənvər Çoudri ilə Avropa

Həvəskar Boks Assosiasiyasının prezidenti Emin Jacevlə səmimi görüşləri Azərbaycanda boksun inkişafına

güclü təkan vermişdir. Bütün bu işlərin nəticəsidir ki, 2001-ci ildə boks üzrə yeniyetmələr arasında Dünya

çempionatı məhz Bakıda keçiriləcəkdir. Onu da qeyd etməliyəm ki, Beynəlxalq Güləş Federasiyası bizim

xahişimizi nəzərə alaraq, 2002-ci ildə böyüklər arasında sərbəst güləş üzrə Avropa çempionatını Bakıda

keçirmək haqqında qərar qəbul edib. Bu qərar biz Sidneydə olarkən qəbul edilib. Bu, bir daha sübut edir ki,

beynəlxalq idman ictimaiyyəti bizə inanır, böyük hörmətlə yanaşır və fəaliyyətimizi yüksək qiymətləndirir.

Sidney Oyunlarında respublikamızın idman şərəfini qoruyacaq idmançılar arasında boksçularımızın,

cüdoçularımızın, güləşçilərimizin və atıcılarımızın uğurlar qazanacağına ümid bəslənilirdi. İlk olaraq

cüdoçularımız yarışlara qatıldılar. Onlardan ikisi - Elçin İsmayılov və Rəsul Səlimov medal qazanmağa çox

yaxın idilər. Rəsul bürünc medal uğrunda mübarizə aparırdı. Ancaq məğlubiyyətə uğradı. Hər iki idmançının

yaşı və yarış təcrübəsi nəzərə alınarsa, onların da çıxışlarını uğurlu saymaq mümkündür.

Güman edirəm ki, mütəxəssislərimiz idmançılarımızın çıxışlarını təhlil edərək, bu istedadlı gəncləri gələcək

mübarizəyə daha yüksək səviyyədə hazırlamağa nail olacaqlar. Rəsul Səlimovun 5-ci, Elçin İsmayılovun və

Zülfiyyə Hüseynovanın 7-ci yeri tutması isə 4 cüdoçudan ibarət heyət üçün, ümumiyyətlə, yaxşı nəticə sayıla

bilər. Həm Elçin, həm də Rəsul gələcəkdə Olimpiya çempionu ola bilərlər. Sidneydə Azərbaycan ağırlıq

qaldıranlarının çıxışları da hesab edirəm ki, uğurlu oldu. Turan Mirzəyev 8-ci, Elxan Süleymanov isə 9-cu yeri

tuta bildilər. Nizami Paşayev öz çəki dərəcəsində, təkanla qaldırmada gənclər arasında dünya rekordunu

təzələdi. Bu idmançılar da çox gəncdirlər. Nəzərə alsaq ki, ağırlıq qaldırmada yüksək nəticəni adətən, yaşlı

idmançılar qazanırlar, onda bu idman növündə perspektiv imkanlarımızın yaxşı olduğunu qeyd edə bilərik.

Yunan-Roma üsulu ilə güləş üzrə 3 idmançımızdan İslam Duquçiyev 6-cı, Natiq Eyvazov isə 7-ci yeri

tutdu. Sərbəst üsulla güləşənlərdən Namiq Abdullayevin komandamıza gətirdiyi qızıl medaldan sonra bu növdə

ən yaxşı nəticəmiz Şamil Əfəndiyevin tutduğu 7-ci yer oldu. Beş boksçumuzdan Vüqar Ələkbərov bürünc

medal qazandı, Ruslan Xairov isə 5-ci yeri tuta bildi. Qeyd etməliyəm ki, Ruslan çox yüksək səviyyə göstərdi

və yalnız Olimpiya çempionuna uduzdu. Hesab edirəm ki, gələcək Olimpiadada da Ruslan Xairov çox yüksək

nəticələr göstərəcəkdir. Sidney oyunlarında Azərbaycanı idmançıları ilə yanaşı bir hakim də təmsil edirdi.

Beynəlxalq dərəcəli hakim Oqtay Hüseynov Yunan-Roma və sərbəst güləş üzrə yarışlara hakimlik edirdi. Bu,

şübhəsiz ki, həm ölkəmizin tanınmasına, həm də idmançılarımıza başqa hakimlərin münasibətinə müəyyən təsir

göstərir. Digər tərəfdən, bu hadisə respublikamızda hakimlərin səviyyəsinin və peşəkarlığının yüksəlməsi üçün

əhəmiyyətlidir. Milli Olimpiya Komitəsi beynəlxalq dərəcəli hakimlərin sayının artmasına xüsusi əhəmiyyət

verir və bu işdə onlara daim yardımçı olmağa çalışır.

Müstəqil Azərbaycanın idmançılarının Sidney Olimpiya Oyunlarında qazandıqları yüksək nəticələr bizim

qəlbimizi böyük qürur hissi ilə döyündürən əlamətdar hadisədir. Dörd il əvvəl Olimpiadada müstəqil dövlət

kimi ilk dəfə iştirakımız tarixə bir gümüş medal ilə yazılmışdısa, Yay Olimpiya Oyunlarında ikinci dəfə təmsil

olunmağımız iki qızıl, bir bürünc medalla nəticələndi. Ötən dəfə 198 ölkə arasında 61-ci olan Azərbaycan, bu

dəfə 199 ölkə arasında 34-cü yeri tutdu. Olimpiyaçılarımız Avropa ölkələri arasında 22-ci, MDB ölkələri

arasında isə Rusiya, Ukrayna, Belarus və Qazaxıstandan sonra 5-ci, müsəlman ölkələri arasında isə 4-cü oldu.

Bu, uğurlu nəticədir. Təsadüfi deyil ki, Sidney Oyunlarının bağlanış mərasimində dünyanın ən böyük

stadionunda Azərbaycanın qazandığı nailiyyətlər ayrıca vurğulandı. Cənab Prezident bir məsələni də nəzərinizə

49

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

çatdırmaq istəyirəm. Bizim məqsədimiz Olimpiadada medallar qazanmaq idi. Və biz buna nail olduq. Bizim

məqsədimiz reytinq cədvəlində yüksək yer tutmaq idi. Biz buna da nail olduq. Biz çox istəyirdik ki,

Azərbaycanın qızıl medalları olsun. Və belə də oldu. Zemfira və Namiq Olimpiya çempionlarıdır.

Hamımızın, idmançılarımızın, məşqçilərin, nümayəndə heyəti üzvlərinin, Milli Olimpiya Komitəsi

rəhbərlərinin və zənn edirəm ki, bütün Azərbaycan xalqının daha bir arzusu, bir amalı da var idi. O da

Ermənistanı qabaqlamaq, Ermənistan üzərində qələbə qazanmaq idi. Biz buna da nail olduq. İki qızıl, bir bürünc

medal, iki 5-ci, bir 4-cü, dörd 7-ci, bir 8-ci yer, 31 idmançı ilə təmsil olunan Azərbaycan üçün çox uğurlu

nəticədir. Axı, Olimpiada bir günün, bir ilin işi deyil. Ona illər uzunu hazırlaşmaq, mübarizə aparmaq lazımdır.

Əldə etdiyimiz nəticələr sübut edir ki, son 3 ildə MOK-un Gənclər və İdman Nazirliyi, Milli Federasiyalarla

birgə işi məhsuldar olmuş, öz bəhrəsini vermişdir.

Olimpiya oyunlarında qazanılmış uğurlar Azərbaycanda idmana olan marağı birə on artırıb. Belə hesab

edirəm ki, bu marağın sönməsinə imkan vermək olmaz. Bunun üçün idmanı daim inkişaf etdirmək, ona qayğı və

diqqətlə yanaşmaq lazımdır. MOK uşaqların, yeniyetmə və gənclərin idmana cəlb olunması üçün lazımi şərait

yaradılması istiqamətində fəaliyyətini bundan sonra daha da gücləndirəcəkdir. İnanıram ki, bu işdə valideynlər

də bizə kömək göstərəcəklər. Onlar övladlarının sağlamlığı, doğma Azərbaycana şan-şöhrət gətirəcək

idmançıların yetişməsi naminə uşaqların yolunu idman meydançalarına, idman zallarına yönəldəcəklər.

Respublikada idmanın kütləviliyini artırmaqla yanaşı, yüksək idman nailiyyəti əldə edə biləcək istedadlı

idmançıların seçilməsi işinə diqqət artırılmalıdır. MOK istedadlı və peşəkar idmançıları yetişdirə bilən

məşqçilərin hazırlanması məsələsini əhəmiyyətli sayır. Məşqçilərin təkmilləşməsi üçün bütün mümkün vasitə və

yollardan istifadə olunmalı, elmi-nəzəri, metodik ədəbiyyatların tərcüməsinə və yazılmasına diqqət verilməlidir.

Azərbaycana qızıl medal gətirən Zemfiranın da, Namiqin də peşəkar idmançı olması bu fikri təsdiq edir.

Cənab Prezident!

Sidney Oyunları dövründə Milli Olimpiya Komitəsinin rəhbərliyi bir sıra digər tədbirlərin təşkilatçısı və

iştirakçısı olmuşdur. Avqustun 18-də Sidneydə "Recent" Oteldə biz Azərbaycan günü keçirdik. Azərbaycan

günündə Beynəlxalq Olimpiya Komitəsinin rəsmi nümayəndələri, Avropa Olimpiya Komitəsinin prezidenti Jak

Roq və komitənin digər üzvləri, müxtəlif ölkələrin idman nazirləri, milli olimpiya komitələrinin prezidentləri və

başqa rəsmi şəxslər iştirak edirdilər. Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqla söhbətimizdə

Azərbaycanda Olimpiya Hərəkatına ölkə prezidentinin diqqət və qayğısı əsas mövzuya çevrildi. Jak Roq

Azərbaycan Respublikasının Prezidentinin Olimpiya Hərəkatına və idmana münasibətinin Beynəlxalq Olimpiya

komitələrinin, o cümlədən Milli Olimpiya Komitələri Assambleyası rəhbərlərinə yaxşı bəlli olduğunu qeyd

edərək bildirdi ki, bu qayğı öz bəhrəsini verməkdədir. Təsadüfi deyil ki, ölkəmiz müstəqil dövlət kimi Yay

Olimpiya oyunlarında ikinci dəfə təmsil olunmasına baxmayaraq, bu günün özündə beynəlxalq miqyasda diqqət

mərkəzində durur. Sidneydə keçirilmiş Azərbaycan günü 3 saatdan artıq davam etdi. Azərbaycan gününə

toplaşmış qonaqlar ölkəmizin rəssam və heykəltəraşlarının əsərlərindən ibarət sərgiyə heyranlıqla tamaşa etdilər.

Sonda qonaqlara Azərbaycanı təbliğ və tərənnüm edən xatirə hədiyyələri bağışlandı. Qonaqlarımız Azərbaycan

haqqında xoş sözlərlə bizdən ayrıldılar. Sidneydə Olimpiya Hərəkatının xadimləri, nümayəndələri ilə başqa

görüşlərimiz də oldu.

Onu da qeyd etməliyəm ki, biz görüşlərimiz zamanı Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqu və

baş katib Mario Peskanteni Azərbaycana dəvət etdik. Onlar bir neçə gündən sonra Bakıda olacaq və tikintisini

başa çatdırdığımız yeni Olimpiya Kompleksinin açılışında iştirak edəcəklər. Belə hesab edirəm ki, bu kompleks

Olimpiya oyunlarından sonra Milli Olimpiya Komitəsinin olimpiyaçılarımıza verəcəyi hədiyyələrin ən dəyərlisi

olacaq.

Möhtərəm Prezident!

Oktyabrın 6-da Vətənə dönmüş idmançılar böyük məhəbbət və rəğbətlə qəbul olundular. Təyyarə limanına

toplaşmış, küçələrə çıxmış on minlərlə vətəndaşımız ölkəmizin şan-şöhrətini yüksəklərə qaldırmış idmançıları

gül-çiçəklə, nəğmə və alqışlarla qarşıladılar. Minlərlə adamın küçələrə çıxması, "Azərbaycan, Azərbaycan"

nidasının ardı-arası kəsilmədən ucalması Vətənə məhəbbətin ifadəsi idi. Həmin məhəbbətin bu şəkildə təzahür

etməsində olimpiyaçılarımızın, xüsusilə də Zemfira Mehtəhəddinovanın, Namiq Abdullayevin, Vüqar

Ələkbərovun, onların məşqçilərinin böyük əməyi vardır. Bununla yanaşı, onu qeyd etmək istəyirəm ki, uğurlar

bizi arxayınlaşdıra bilməz. Yaxın vaxtlarda Milli Olimpiya Komitəsi idmançılarımızın çıxışlarını bir daha

müzakirə və təhlil edəcək və əməli nəticələr çıxaracaqlar. Növbəti Olimpiadaya hazırlıq üçün konsepsiya və

proqramlar tərtib olunacaq, tədbirlər planı hazırlanacaqdır.

Cənab Prezident!

Çıxışımın sonunda bir daha qeyd etmək istəyirəm ki, nə nailiyyətimiz, nə qələbəmiz varsa, onlar Sizin

idmana, Olimpiya Hərəkatına diqqət və qayğınız, idmançılarımızın uğurlu çıxışlarına böyük inamınız hesabına

başa gəlmişdir. Bizim bütün qələbələrimiz, o cümlədən idman sahəsində əldə etdiyimiz qələbələrimiz üçün

Azərbaycan xalqı şəxsən Sizə borcludur. Məhz Siz Azərbaycan üçün ən çətin dövrdə xalqın tələbi ilə ölkəyə

50

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

rəhbərlik etməyə başlamış, xalqı hərc-mərclikdən və anarxiyadan, daxili irticadan xilas etmiş, müharibəni

dayandırmış və beləliklə minlərlə gəncimizin həyatını qorumusunuz. Siz ölkənin dağılıb parçalanmasına yol

verməmiş, Azərbaycanı xilas etmiş və ötən 7 il ərzində yeni bir dövlət - getdikcə qüvvətlənən, siyasi və iqtisadi

cəhətdən sabit olan müstəqil, müasir və sivilizasiyalı bir dövlət yaratmısınız. Sidneydə çıxış etmiş Olimpiya

komandamızın üzvlərindən bir çoxunun 18, 19 və 20 yaşı vardır. Bu cavanlar məhz bu son 7 ildə idman

bölmələrinə gəlmiş, idmanla məşğul olmağa başlamış və müvəffəqiyyətlər qazanmışlar. Sidneydə olarkən, mən

yarışların nəticələri haqqında Sizə telefonla daim, hər gün məlumat verir, idmançılarımıza və məşqçilərimizə

Sizin salamınızı və təbriklərinizi çatdırırdım. Onların hamısı bilirdi ki, Siz onların çıxışlarını şəxsən izləyirsiniz.

Bu cəhət onları ruhlandırır və məsuliyyət hissini artırırdı.

Cənab Prezident!

Sidneyə yola düşməzdən əvvəl biz Sizə söz vermişdik ki, oradan medallarla qayıdacağıq. Biz bu vədə əməl

etdik. Biz söz vermişdik ki, Azərbaycanın milli bayrağının qaldırılmasına nail olacağıq. Bayrağımız qaldırıldı.

Biz söz vermişdik ki, Azərbaycanın dövlət himni səsləndiriləcək və himnimiz səsləndi. Biz müstəqil

Azərbaycanın gənclərinin nəyə qadir olduqlarını bütün dünyaya göstərdik.

Biz idmançılarımızla fəxr edirik.

Böyük xalq olmağımızla fəxr edirik.

Bu qələbə bütün Azərbaycanın qələbəsidir.

"Faktor" qəzeti, 20 oktyabr 2000-ci il

51

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

MOK olimpiyaçılarımızı mükafatlandırdı

XXVII Sidney Yay Olimpiya Oyunlarında idmançılarımızın göstərdiyi uğurlu nəticələr Azərbaycanın

idman tarixinə qızıl hərflərlə yazıldı. İlk dəfə olaraq Azərbaycan sübut etdi ki, bütün sahələrdə olduğu kimi,

idmanda da yüksək nailiyyətlər əldə etməyə qadirdir. Biz bir müddət əvvəl Sidneydən qələbə ilə dönən

idmançılarımızın təmtəraqla qarşılandığının şahidi olduq. Onların şərəfinə keçirilən tədbirlərdə yüksək

səviyyədə mükafatlandırıldıqlarını müşahidə etdik. Oktyabrın 29-da Bakı Əyləncə Mərkəzində XXVII Sidney

Yay Olimpiya Oyunlarında uğurla çıxış etmiş Azərbaycan idmançılarına respublika Milli Olimpiya Komitəsinin

(MOK) mükafatlarının verilməsinə həsr olunmuş mərasim keçirildi. MOK prezidenti, ARDNŞ-nin birinci vitseprezidenti,

millət vəkili İlham Əliyev mərasimdə iştirak etmişdir.

Tədbirdə Sidneydən Vətənə qələbə ilə dönən, uğurları ilə bütün azərbaycanlıların sevincinə səbəb olan

olimpiyaçılarımızın ünvanına xoş sözlər deyildi. Çıxış edənlər bildirdilər ki, avqust ayında prezident Heydər

Əliyevin xeyir-duası, məsləhət və göstərişləri ilə Sidneyə yola düşən idmançılarımız uğurlu çıxışları ilə doğma

Azərbaycana şan-şöhrət gətiriblər. Onların əməyi isə dövlət tərəfindən yüksək səviyyədə qiymətləndirildi.

İdmançılarımızın orden və medallarla mükafatlandırılmasında Azərbaycan Respublikası Milli Olimpiya

Komitəsinin rolu xüsusi olaraq qiymətləndirildi. Daha sonra mərasimdə MOK prezidenti İlham Əliyev çıxış

etdi.

Hörmətli xanımlar və cənablar!

Əziz idmançılar !

Mən sizin hamınızı bu gözəl salonda salamlayıram, sizə «xoş gəlmisiniz» deyirəm. Əziz dostlar, oktyabrın

18-də ölkəmizin başçısı cənab Heydər Əliyev idmançılarımızla, Olimpiya oyunlarında iştirak edən idmançılar,

məşqçilər və nümayəndə heyətinin bütün üzvləri ilə görüşmüşdür. Dövlətimizin başçısı Azərbaycanın Sidneydə

əldə etdiyi nəticələri çox yüksək qiymətləndirmiş və bu, onun verdiyi fərmanda öz əksini tapmışdır. Görkəmli

idmançılarımız Namiq Abdullayev, Zemfira Mehtəhəddinova, Vüqar Ələkbərov və onların məşqçiləri yüksək

dövlət nişanları ilə - orden və medallarla təltif olundular. Bu münasibətlə mən Milli Olimpiya Komitəsi və

idman ictimaiyyəti adından onları bir daha təbrik edirəm. Görüşün məhz oktyabrın 18-də keçirilməsi təsadüfi

deyil. Çünki həmin gün Azərbaycan Respublikasının Dövlət nıüstəqilliyi günüdür. İdmançılarımız Sidneydə

əldə etdiyi qələbə ilə müstəqilliyimizi daha da möhkəmləndirdilər. Onlar bütün dünyaya sübut etdilər ki,

Azərbaycan idmançıları, ölkəmizin vətəndaşları nəyə qadirdir. Sidneydə Azərbaycanın bayrağı dalğalandırıldı,

ölkəmizin dövlət himni səsləndirildi. Bunu bizim idmançılarımız etdilər.

Əziz dostlar, bu günlərdə müxtəlif rayon və şəhərlərdə mənim çoxsaylı görüşlərim olmuşdur. Bütün

görüşlərdə insanlar mənə yaxınlaşır və bu qələbə münasibətilə təbrik edirdilər. Eyni zamanda məndən xahiş

edirdilər ki, onların təbriklərini idmançılarımıza çatdırım. Mən bu şərəfli missiyanı indi yerinə yetirirəm.

Əziz idmançılar, Bərdədən, Gəncədən, Əli Bayramlıdan, Kürdəmirdən, Mingəçevirdən sizə təbriklər

gətirmişəm və əminəm ki, Azərbaycanın hər bir vətəndaşı bu təbriklərə qoşulur. Siz xalqımıza, millətimizə

sevinc, bayram gətirmisiniz. Minlərlə Azərbaycan vətəndaşı küçələrdə əllərində bayraq sizin qələbənizi qeyd

edirdi. Düzdür, elələri də vardı ki, buna o qədər sevinmirdi və bu barədə mən artıq demişəm. Görünür ki, bu

qələbəmiz onların siyasi planları ilə uzlaşmırdı. Amma bu gün onlar haqqında bir söz demək istəmirəm. Bu gün

bayramdır. Həqiqətən son illər ərzində Azərbaycanda idman sahəsində böyük inkişaf müşahidə olunur. Bu

inkişafa təkan verən və bunu həyata keçirən ölkəmizin dövlət başçısı Heydər Əliyevdir. Onun qayğısı və diqqəti

nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz bayrağını ucalda bilmişdir. O qayğıya və diqqətə görə bu gün

bütün idmançılarımız adından ölkəmizin başçısına minnətdarlığımızı bildirmək istəyirəm.

Milli Olimpiya Komitəsi Gənclər və İdman Nazirliyi ilə birlikdə əlindən gələni etməyə çalışır və edir.

Gördüyümüz işlər də az deyildir. Biz idmançılarımızın gözəl şəraitinin olmasını istəyirik və hesab edirəm ki,

buna nail olmuşuq. İstəyirdik ki, onlar beynəlxalq yarışlarda iştirak etsinlər, onların məşqləri daha səmərəli

keçsin. Hesab edirəm ki, bizim hamımız - idmançılar, idmana rəhbərlik edən şəxslər, ölkəmizin başçısı bu

qələbəni daha əziz etmişik. Bu qələbə bütün müştərək səylərin nəticəsidir. Azərbaycanda indi idmana həqiqətən

böyük axın vardır. İdmanla məşğul olmaq istəyənlərin sayı gündən-günə artır. İdmanla məşğul olmaq üçün biz

öz tərəfimizdən onlara şərait yaradırıq. Oktyabrın 21-də Bakıda Milli Olimpiya Komitəsi tərəfindən tikilmiş və

idmançılarımızın sərəncamına verilmiş yeni Olimpiya kompleksinin açılışında biz hamımız bir yerdə idik. Siz

özünüz gördünüz ki, bu, dünya standartlarına cavab verən bir idman kompleksidir. O kompleksin açılışında

bizimlə bərabər Avropa Olimpiya Komitəsinin prezidenti cənab Roq da iştirak etmiş, nitq söyləmiş və

Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətini çox yüksək qiymətləndirmişdir. Bu, bizi çox sevindirir. Biz

bu sahədə fəaliyyətimizi davam etdiririk.

52

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Naxçıvan şəhərində də yeni, iki salondan ibarət idman kompleksinin tikintisinə artıq başlanılıbdır. Bu ayın

27-də mən özüm Gəncə şəhərində olarkən orada tikiləcək yeni, iki salondan ibarət müasir, gözəl idman

kompleksinin təməl daşını qoydum və inşaatçılardan xahiş etdim ki, onu tezliklə tikib istifadəyə versinlər.

Bizim planlarımız böyükdür. Biz istəyirik ki, Azərbaycanın hər bölgəsində idmanla məşğul olmaq üçün

şərait yüksək standartlara cavab versin. Biz bu proqramı həyata keçirəcəyik. Siz, əziz idmançılar, çempionlar,

hesab edirəm ki, gənc nəsil üçün, uşaqlar üçün örnək olmalısınız. Onlar sizə, sizin qələbələrinizə baxıb idman

bölmələrinə gəlməlidirlər.

Sidneydə biz 15 gün bir yerdə olduq. Bu 15 gün ərzində kədərli günlərimiz də, sevincli günlərimiz də

olubdur. O müddət ərzində biz sanki bir ailə idik. Hamımız bütün yarışları izləyirdik, çox böyük həyəcan içində

idik. İnanırdıq ki, Azərbaycan idmançıları Vətənə qələbə ilə qayıdacaqlar. O xoşbəxt anları şəxsən mən və hesab

edirəm ki, biz hamımız bir daha yaşamaq, duymaq istəyirik. Mən əminəm ki, bu, belə də olacaqdır.

Sidney Olimpiadası artıq tarixdə qaldı. Azərbaycan bu tarixi qızıl hərflərlə yazıbdır. Əminəm ki, 2004-cü

ildə Afina şəhərində keçiriləcək Olimpiadada da Azərbaycan idmançıları böyük uğurlar əldə edəcək, ölkəmizin

bayrağı qaldırılacaq, respublikamızın dövlət himni səsləndiriləcəkdir. Biz Vətənə yenə də qələbə ilə

qayıdacağıq. Mən hamınızı bir daha təbrik edirəm, sizə cansağlığı arzulayıram.

Qələbə həmişə, həmişə bizimlə olacaqdır.

Mərasimdə XXVII Sidney Yay Olimpiya Oyunlarında yüksək nəticələr göstərmiş idmançılar

mükafatlandırıldı. Bildirildi ki, Beynəlxalq Olimpiya Komitəsinin qərarı ilə Sidney Yay Oyunlarında 1-8-ci

yerləri tutmuş idmançılar xüsusi diplomlara layiq görülüblər. Milli Olimpiya Komitəsinin prezidenti İlham

Əliyev həmin diplomları idmançılara təqdim etdi.

Sonra milli olimpiya komandamızın qələbələrində xidmətləri olan respublika Bədən Tərbiyəsi

Dispanserinin həkimlərinə, Olimpiya oyunlarında iştirak etmiş hakimlərimizə, məşqçilərə pul mükafatları

verildi. XXVII Sidney Yay Olimpiya Oyunlarının qalibləri Zemfira Mehtəhəddinovaya, Namiq Abdullayevə,

yarışların bürünc medalını almış Vüqar Ələkbərova pul mükafatları təqdim edildi.

İlham Əliyev XXVII Sidney Yay Olimpiya Oyunlarının qaliblərinin şərəfinə hazırlanmış böyük tortu kəsdi.

Olimpiya oyunlarında fərqlənmiş idmançılara respublikamızın müxtəlif idarə və təşkilatları, şirkətləri adından

müxtəlif hədiyyələr və mükafatlar təqdim olundu. «Azərbaycan Hava Yolları» dövlət konserni Olimpiya

çempionları Namiq Abdullayevi, Zemfira Mehtəhəddinovanı, bürünc mükafatın sahibi Vüqar Ələkbərovu bu

şirkətin təyyarələrində ömürlük pulsuz uçmaq hüququ verən biletlərlə mükafatlandırdı. «Azpetrol» şirkəti isə

Olimpiya çempionu Namiq Abdullayevə «Mersedes» markalı minik avtomobili hədiyyə etdi. Olimpiya

oyunlarında yüksək nəticələr göstərmiş bəzi idmançılara yeni mənzillərin açarları təqdim olundu.

Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə XXVII Sidney Yay Olimpiya Oyunlarında iştirak

etmiş Azərbaycan idmançıları adından xatirə hədiyyəsi verildi. Bütün mərasim boyu salonda idmançılarımızın

Sidneyə yola düşməsindən və yarışlarda iştirakından bəhs edən videolent nümayiş etdirildi.

Mərasimdə çıxış edən idmançılar, məşqçilər, idman ictimaiyyətinin nümayəndələri ölkəmizdə bədən

tərbiyəsi və idmanın inkişafına göstərdiyi gündəlik qayğı və diqqətə görə Azərbaycan prezidenti Heydər

Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

Baş nazirin birinci müavini Abbas Abbasov, Prezidentin İcra Aparatının şöbə müdiri Fatma Abdullazadə,

nazirlər, konsernlərin, şirkətlərin, səhmdar cəmiyyətlərin, dövlət komitələrinin rəhbərləri mərasimdə iştirak

edirdilər.

“Azad Azərbaycan”, 1 noyabr 2000-ci il

53

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Afina – 2004

XXVIII Yay Olimpiya Oyunlarına hazırlıq haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2004-cü ildə Yunanıstanın paytaxtı Afina şəhərində XXVIII Yay Olimpiya Oyunları keçiriləcəkdir.

Dünyanın bütün ölkələrində bu mühüm beynəlxalq idman yarışına hazırlıq işləri aparılır.

Bir əsrdən çox tarixi olan müasir Olimpiya oyunları bu gün dövrümüzün ən nüfuzlu, mötəbər və geniş

təmsil olunmuş idman tədbiridir. Müasir dünyada hər hansı ölkənin Olimpiya Hərəkatındakı iştirakı,

idmançılarının Olimpiya Oyunlarında göstərdikləri nəticələr həmin ölkənin təkcə idman sahəsindəki potensialını

deyil, həm də ümumi inkişaf səviyyəsini nümayiş etdirir, onu beynəlxalq aləmdə tanıdır. Lənkəran və Quba

şəhərlərində də idman komplekslərinin tikintisi davam etdirilir. Şamaxıda isə belə bir kompleksin tikintisinə

başlanılmışdır. Bakıda İdman Oyunları Sarayı, İdman-konsert kompleksində, Respublika stadionunda və Bədən

Tərbiyəsi Akademiyasının futbol meydançasında tam təmir-bərpa işləri aparılmışdır. Bakıda üzgüçülük hovuzu

tikilib istifadəyə verilmiş, əltopu və gimnastika üzrə idman zallarının tikintisi işləri həyata keçirilir. Bakıda

stend atıcılığı üçün idman qurğusunun və otüstü xokkey üçün stadionun tikintisi də başa çatmaq üzrədir.

Həyata keçirilmiş irimiqyaslı işlər nəticəsində Bakı dünyanın tanınmış idman mərkəzlərindən birinə

çevrilməkdədir. Son illərdə bir çox nüfuzlu beynəlxalq idman tədbirlərinin Bakıda keçirilməsi buna əyani

sübutdur.

Sidney Olimpiadasından sonra Gənclər, İdman və Turizm Nazirliyinin və Millİ Olimpiya Komitəsinin

apardığı məqsədyönlü işlər, idmançılarımızın əldə etdikləri yüksək göstəricilər və qalan müddət ərzində həyata

keçirilməsi nəzərdə tutulmuş tədbirlər Azərbaycanda Afina Olimpiadasına hazırlığın yüksək səviyyədə getdiyini

göstərir.

Azərbaycanın milli yığma komandalarını 2004-cü ildə Yunanıstanın Afina şəhərində keçiriləcək XXVIII

Yay Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlamaq və hazırlıq mərhələsində onların rəsmi beynəlxalq

yarışlarda iştirakını təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

Milli yığma komandaların XXVIII Yay Olimpiya Oyunlarına hazırlığı mərhələsində təlim-məşq

toplanışlarının keçirilməsini, rəsmi beynəlxalq yarışlarda iştirakını, Gənclər, İdman və Turizm Nazirliyinin və

Milli Olimpiya Komitəsinin təqdim etdiyi xüsusi proqramlara əsasən nəzərdə tutulan tədbirlərin həyata

keçirilməsini təmin etmək məqsədi ilə maliyyə məsələlərini həll etsin;

- bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Bakı şəhəri, 5 iyun 2003-cü il

N -1238

Heydər ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

54

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Yunanıstanın Afina şəhərində keçirilən XXVIII Yay OlimpiyaOyunlarında

ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərini XXVIII Yay Olimpiya Oyunlarında ən

yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə qərara alıram:

1. XXVIII Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının

idmançıları və onların məşqçiləri üçün mükafatlar aşağıdakı qaydada müəyyən edilsin:

- birinci yeri tutan hər bir idmançıya 500 milyon manat, onun məşqçisinə isə 250 milyon manat məbləğində;

- ikinci yeri tutan hər bir idmançıya 250 milyon manat, onun məşqçisinə isə 125 milyon manat məbləğində;

- üçüncü yeri tutan hər bir idmançıya 120 milyon manat, onun məşqçisinə isə 60 milyon manat məbləğində.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Bakı şəhəri, 4 avqust 2004-cü il.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

55

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

XXVIII Yay Olimpiya Oyunlarında iştirak edəcək

Azərbaycan idmançılarının yolasalma mərasimində

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

- Əziz idmançılar, məşqçilər, idman mütəxəssisləri!

Hörmətli xanımlar və cənablar!

Üçüncü dəfədir ki, idmançılarımızın Olimpiya oyunlarına yolasalma mərasimi keçirilir. Burada qeyd

olundu ki, bu ənənəni xalqımızın ümummilli lideri Heydər Əliyev qoymuşdur və ilk dəfə 1996-cı ildə bu

mərasim məhz bu salonda keçirilmişdir. Mən o günü çox yaxşı xatırlayıram. Çünki o mərasimdə iştirak edirdim

və bu gün də buraya gələrkən fikirləşirdim ki, ilk dəfə bir idman azarkeşi, həvəskarı kimi həmin mərasimdə

iştirak etmişdim. İkinci dəfə Milli Olimpiya Komitəsinin prezidenti kimi iştirak etmişəm, üçüncü dəfə isə

Azərbaycan Respublikasının Prezidenti kimi iştirak edirəm.

Mən o günü çox yaxşı xatırlayıram. Çünki hesab edirəm ki, Azərbaycanın idman sahəsində əldə edilən

uğurlarının təməli məhz o illərdə qoyulmuşdur. Bilirsiniz ki, Azərbaycan 1993-cü ilə qədər çox ağır, çətin

vəziyyətdə yaşayırdı. Xalqımızın lideri Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkədə

bütün istiqamətlərdə müsbət proseslər getməyə başladı.

Baxmayaraq ki, o zaman - 1990-cı illərin ilk yarısında Azərbaycanın iqtisadi vəziyyəti çox çətin idi,

amma idmana xüsusi diqqət göstərilirdi. 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılmışdı və xalqımızın

ümummilli lideri Heydər Əliyev tərəfindən ümumiyyətlə, Olimpiya Hərəkatına, idmanın inkişafına böyük

diqqət daim göstərilirdi. Məhz bunun nəticəsində Azərbaycanda son illər ərzində idmanda uğurlar əldə olundu,

idmançılarımız müxtəlif yarışlarda ölkəmizi çox ləyaqətlə təmsil etməyə başladılar. Azərbaycanın idman

şöhrətini ucaltdılar.

Bu gün Azərbaycan idmançıları hər il beynəlxalq yarışlarda - Avropa, dünya çempionatlarında və digər

mötəbər yarışlarda çoxlu qızıl, gümüş, bürünc medallar qazanırlar.

Sidney Olimpiya oyunlarında idmançılarımız çox uğurla çıxış etdilər. Bildiyiniz kimi, 2 qızıl, 1 bürünc

medal qazandılar. Eyni zamanda, digər idmançılar da yüksək yerləri tuta bildilər. Sidney Olimpiadasından bu

günə qədər keçən dövr ərzində Azərbaycan idmanı daha da sürətlə inkişaf etdi. Əgər Sidney Olimpiya

oyunlarında idmançılarımızın arasında dünya, olimpiya çempionu yox idisə, Afina Olimpiya oyunlarında

Azərbaycanı iki Olimpiya çempionu və dörd dünya çempionu təmsil edəcəkdir. Zemfira Meftahəddinova və

Namiq Abdullayev Olimpiya çempionları, Nizami Paşayev, Niyaməddin Paşayev, Ağası Məmmədov və Arif

Abdullayev dünya çempionları kimi Azərbaycanı təmsil edəcəklər.

Bu fakt özlüyündə çox şey deyir. Onu göstərir ki, Azərbaycanda idman sahəsində gedən işlər öz

nəticələrini vermişdir. Azərbaycan idmanı dünyada layiqli yerini tuta bilibdir. Təsadüfi deyil ki, Beynəlxalq

Olimpiya Komitəsinin prezidenti çıxışlarının birində Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətini digər

olimpiya komitələri üçün nümunə adlandırmışdır. Bundan yüksək qiymət ola bilməz. Həqiqətən, Azərbaycanda,

ümumiyyətlə, idman və Olimpiya Hərəkatı uğurla inkişaf edir. Milli Olimpiya Komitəsi, Gənclər, İdman və

Turizm Nazirliyi, müvafiq federasiyalar, idman cəmiyyətləri vahid bir komanda, vahid bir ailə kimi fəaliyyət

göstərirlər.

Mən yeddi ildir Milli Olimpiya Komitəsinin prezidentiyəm və bütün beynəlxalq tədbirlərdə iştirak

etmişəm, çoxlu görüşlər keçirmişəm. Deyə bilərəm ki, ölkələrin əksəriyyətində idmanla məşğul olan qurumların

arasında sağlam əməkdaşlıq çox nadir hallarda olur. Əksəriyyətində bu qurumlar arasında toqquşmalar da,

ziddiyyətlər də olur. Azərbaycanda bunların heç biri yoxdur. Bu da idmanın uğurla inkişaf etməsində mühüm

rol oynayır.

Mən Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra İcraiyyə Komitəsinin ilk toplantısında demişdim

ki, biz, idmana rəhbərlik edən şəxslər gərək idmançıların bütün məsələləri ilə məşğul olaq, onlara idmanla

məşğul olmaq, beynəlxalq yarışlarda iştirak etmək üçün şərait yaradaq. İdmançılar isə, öz növbələrində,

nəticələri ilə gərək xalqımızı, vətənimizi sevindirsinlər. Hesab edirəm ki, bu əməkdaşlıq, görülən işlər

uğurlarımızın əsas səbəbidir.

Son dörd il ərzində Azərbaycan beynəlxalq yarışlarda çox uğurla iştirak edibdir. İdmançılarımız

beynəlxalq turnirlərdə, Avropa, dünya çempionatlarında qələbələr qazanmışlar. Azərbaycanda bir neçə

beynəlxalq səviyyəli mötəbər yarış keçirilmişdir. Azərbaycan həqiqi mənada idman dövlətinə, ölkəsinə

çevrilmişdir. Azərbaycanda yeni gənc nəsil yetişmişdir. Biz yeniyetmələrin hazırlığına böyük diqqət göstəririk.

Əgər yeniyetmə idmanı olmasa, ümumiyyətlə, ölkədə idman inkişaf edə bilməz.

Biz Sidney Olimpiya oyunlarında komandamızın tərkibinə baxırdıq. Görürdük ki, orada dəvət olunmuş

idmançıların sayı kifayət qədər çox idi. Bu dəfə komandamızda, demək olar ki, dəvət olunmuş idmançılar

yoxdur. Azərbaycanı təmsil edəcək gənclər Azərbaycanda təhsil almış, Azərbaycanda bütün mərhələləri keçmiş

56

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

idmançılardır. Əlbəttə, çox sevindirici haldır ki, Sidneydə Azərbaycanı 31 idmançı təmsil etdiyi halda, bu dəfə

38 idmançı təmsil edəcəkdir. Hamımız yaxşı bilirik ki, komandamız çox güclüdür və çox gözəl imkanları var.

Mən şübhə etmirəm ki, idmançılarımız Afinada çox uğurla çıxış edəcəklər.

Fəaliyyətimizin digər istiqaməti idmançılara şərait yaratmaqdan ibarət olmuşdur. Mən 2000-ci ildə bəyan

etmişdim ki, Azərbaycanda Milli Olimpiya Komitəsi çox geniş proqram həyata keçirəcəkdir. Azərbaycanın

müxtəlif bölgələrində yeni idman qurğuları tikilməsi istiqamətində böyük işlər aparılacaqdır. Gördüyünüz kimi,

biz bu sözə də əməl etdik. 2000-ci ildən 2004-cü ilədək Azərbaycanda 8 yeni olimpiya kompleksi ən yüksək

səviyyədə tikilib istifadəyə verilmişdir. İndi idmançılarımız bu komplekslərdən çox səmərəli istifadə edirlər.

Bizim yığma komandalarımız yeni komplekslərdə təlim-məşq toplanışları keçirirlər. Eyni zamanda,

həmin bölgələrdə yaşayan uşaqlar, yeniyetmələr bu komplekslərdən səmərəli istifadə edirlər. Bu bizə imkan

verəcək ki, gələcək nəsil də fiziki cəhətdən sağlam olacaqdır. Fiziki cəhətdən, mənəvi cəhətdən sağlam yeni

nəsil Azərbaycanı gələcəyə aparacaq bir nəsil olacaqdır.

Azərbaycan gənclərinin sağlamlığı ən prioritet məsələlərdən biridir. Siz idmançılar çox yaxşı bilirsiniz ki,

idmanla məşğul olan insanlar heç vaxt mənfi hərəkətlərə yol verməzlər. Əksinə, onlar uşaqlar üçün,

yeniyetmələr üçün nümunədir, örnəkdir.

Bu baxımdan, hesab edirəm ki, apardığımız təbliğat işləri də çox uğurlu olubdur. Azərbaycan

cəmiyyətində idmançılara böyük hörmətlə, rəğbətlə yanaşırlar. Bilirəm ki, idmançı olmaq artıq uşaqlar üçün çox

cəlbedici bir peşə olubdur. Bu onu göstərir ki, idmanla məşğul olan şəxs, medal qazanan şəxs, Azərbaycanı

dünyada ləyaqətlə təmsil edən şəxslər, onların fəaliyyəti layiqincə qiymətləndiriləcəkdir.

Çox sevinirəm ki, bu gün Azərbaycanın idmanı hərtərəfli inkişaf edir. Mən qeyd elədim ki, Azərbaycanın

müxtəlif yerlərində 8 olimpiya kompleksi tikilibdir. İndi daha 5 kompleksin tikilməsi nəzərdə tutulur. Beləliklə,

biz verdiyimiz sözə sadiq çıxdıq. Azərbaycanın hər bir bölgəsində idmanla məşğul olmaq üçün gözəl şərait var

və bu şərait dünya standartlarına cavab verir.

Mən bu yaxınlarda Qubada idim. Orada bizim olimpiya kompleksində görüş keçirildi. Maraqlandım ki,

çoxmu, azmı adam gəlir. Mənə dedilər ki, orada mehmanxanada boş yer yoxdur. Nəinki boş yer yoxdur, hətta

bir ay qabaq bütün yerlər sifariş olunubdur. Beləliklə, orada yerlərin azlığı artıq problem yaradır. Bu onu

göstərir ki, bu komplekslərdən çox səmərəli istifadə olunur. Mən ümid edirəm ki, gələcəkdə də inşa ediləcək

olimpiya qurğuları idmançılara çox gözəl xidmət edəcəkdir.

İdmançılarımızın mükafatlandırılması da çox önəmli məsələdir. Biz buna böyük diqqət göstəririk. Son 7 il

ərzində onlarca idmançı təltif olunubdur. Milli Olimpiya Komitəsi xüsusi təqaüd təsis edibdir və bu təqaüdlər

verilir. Eyni zamanda, idmançılarımıza, məşqçilərə onların həyat səviyyəsini yaxşılaşdırmaq üçün mənzillər

verilir, digər mükafatlar verilir. Yəni, dövlət və Milli Olimpiya Komitəsi daim bu məsələyə böyük diqqətlə,

qayğı ilə yanaşır. İdman veteranlarına da diqqət göstərilir, onlar unudulmur, çünki, bilirsiniz ki, idmançının

idmanda ömrü uzun deyildir.

İdmançı idmanla məşğul olduğu dövr ərzində bütün bacarığını, imkanlarını işlədir, amma idmandan

gedəndən sonra bəzi hallarda unudulur. Bunun qarşısını almaq üçün biz veteranlara da kömək göstəririk.

İdmandan gedən idmançıları işlə təmin edirik ki, onlar öz həyatlarını davam etdirsinlər, normal yaşayışla təmin

olunsunlar. Beləliklə, həm idmançı kimi, həm də idman veteranı kimi cəmiyyətdə layiqli yerini tutsunlar.

Əlbəttə, bundan sonra da bu istiqamətdə işlər aparılacaqdır.

İdmanın hər bir ölkə üçün böyük əhəmiyyəti var. Hər bir ölkənin ictimai həyatında idman çox mühüm rol

oynayır. Ölkəni dünyada tanıdır, ölkənin imicini qaldırır. Mən çox şadam ki, Azərbaycanda idman artıq çox

mühüm bir ictimai amilə çevrilibdir.

İdmançılara çox böyük hörmət var, idmançılar Azərbaycanı çox ləyaqətlə təmsil edirlər. Hər bir

azərbaycanlı, hər bir Azərbaycan vətəndaşı görəndə ki, onun ölkəsini təmsil edən idmançı birinci olur, dünya

çempionu olur, Azərbaycanın bayrağı qaldırılır, dövlət himni səslənir, o, haqlı olaraq qürur hissi keçirir. Bu,

böyük sevinc, böyük xoşbəxtlikdir. Mən şübhə etmirəm ki, idmançılarımız Afina Yay Olimpiya oyunlarında

ölkəmizi ləyaqətlə təmsil edəcək və doğma Vətənimizə yeni uğurlar gətirəcəklər.

Yeniyetmələrin, uşaqların vətənpərvərlik ruhunda böyüməsi üçün idman çox mühüm rol oynayır. Bu,

Azərbaycanda da belədir. Mən bilirəm ki, Azərbaycanı Afinada təmsil edəcək idmançılar bu oyunlara çox yaxşı

hazırlaşıblar. Bu yarışlarda böyük ruh yüksəkliyi, qələbə əzmi ilə iştirak edəcəklər. Amma eyni zamanda, qeyd

etdiyim kimi, hər bir xidmət, hər bir fədakarlıq, vətən uğrunda atılan hər bir addım gərək layiqincə

qiymətləndirilsin. Bu məqsədlə Milli Olimpiya Komitəsi və Azərbaycan hökuməti müəyyən tədbirlər görübdür.

Mən bu gün Milli Olimpiya Komitəsinin prezidenti kimi, həm də Azərbaycan Respublikasının Prezidenti

kimi görülən işlər haqqında sizə məlumat verəcəyəm. İlk növbədə, lisenziya qazanmış hər bir idmançıya pul

mükafatı veriləcəkdir. Bu, bu gün veriləcəkdir. Olimpiya oyunlarında iştirak etmək üçün lisenziya qazanmış hər

bir idmançı 15 milyon manat məbləğində mükafatlandırılır.

57

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Eyni zamanda, Olimpiya oyunlarında birinci yeri tutan idmançı Milli Olimpiya Komitəsi tərəfindən 250

milyon manat məbləğində mükafat alacaqdır. Onun məşqçisi 125 milyon manat alacaqdır. İkinci yeri tutan

idmançı 150 milyon manat, məşqçisi 75 milyon manat, üçüncü yeri tutan idmançı 100 milyon manat, məşqçisi

isə 50 milyon manat mükafat alacaqdır. Bu, Milli Olimpiya Komitəsi tərəfindən veriləcəkdir.

Əlbəttə, keçən dəfə olduğu kimi, müvafiq federasiyalar da öz mükafatlarını verəcəklər. Ümid edirəm ki,

sponsorlar da öz sözlərini deyəcəklər. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti kimi bu gün mən

Sərəncam imzaladım. Sərəncamda deyilir ki, Olimpiya oyunlarında birinci yeri tutan idmançı 500 milyon

manat, məşqçisi 250 milyon manat mükafat alacaqdır.

İkinci yeri tutan idmançı 250 milyon manat, məşqçisi 125 milyon manat, üçüncü yeri tutan 120 milyon

manat, məşqçisi isə 60 milyon manat mükafat alacaqdır. Təkcə Milli Olimpiya Komitəsi və Azərbaycan

hökuməti tərəfindən birinci yeri tutan idmançıya veriləcək məbləğ 750 milyon manat olacaqdır.

Mən bilirəm ki, bunlar olmasa belə, yenə də idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edəcəklər. Çünki

idmançıların əsas stimulu, onlara əsas güc verən amil Vətənə məhəbbət, xalqa məhəbbətdir. Bu hisslər, bu

duyğular bütün Azərbaycan cəmiyyətini birləşdirir.

Mən Sidneydə yaşanan günləri xatırlayıram. Mən xatırlayıram, Olimpiya oyunları bitəndən sonra

demişdim ki, mən bu hissləri bir daha yaşamaq istəyirəm. Əminəm ki, biz hamımız birlikdə bu hissləri bir daha

yaşayacağıq. Azərbaycan idmançıları qalib gələcəkdir.

Əziz dostlar!

Əziz idmançılar!

Sizin hamınıza Olimpiya oyunlarında uğurlar arzulayıram. Əminəm ki, doğma Azərbaycanımızı siz

ləyaqətlə təmsil edəcəksiniz və Vətənə qələbə ilə qayıdacaqsınız.

“Azərbaycan”, 5 avqust 2004-cü il

58

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Afinada XXVIII Yay Olimpiya oyunlarının təntənəli açılış mərasimi.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

AzərTAc xəbər verir ki, avqustun 13-də axşam Yunanıstanın paytaxtı Afinanın 72 min tamaşaçı tutan

Olimpiya stadionunda XXVIII Yay Olimpiya oyunlarının təntənəli açılış mərasimi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak

edirdilər.

Avqustun 29-dək davam edəcək Olimpiadada Beynəlxalq Olimpiya Komitəsinin üzvü olan 204 ölkədən

202-si təmsil olunmuşdur. Yarışlarda təxminən 10,5 min idmançı 2021 medal, o cümlədən 669 qızıl, 666 gümüş

və 686 bürünc medala sahib olmaq uğrunda mübarizə aparacaqdır. Azərbaycan komandasının 38 üzvü idmanın

12 növündə yarışacaqdır.

Mərasimin əvvəlində Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq, Olimpiadanın Təşkilat

komitəsinin sədri xanım Janna Angelopulos Daskalaki, Yunanıstan Prezidenti Konstantinos Stefanopulos

stadionun meydanına çıxdılar. Yunanıstanın dövlət himninin sədaları altında bu ölkənin dövlət bayrağı

qaldırıldı.

Olimpiadanın təşkilatçıları açılış mərasimi üçün qədim yunan əfsanələrinin motivləri əsasında, həqiqətən,

rəngarəng proqram hazırlamışdılar.

Olimpiya himni səsləndikdən sonra iştirakçı ölkələrin nümayəndə heyətləri öz milli bayraqları ilə stadiona

daxil oldular. Azərbaycan Respublikasının dövlət bayrağını komandamızın ən tanınmış nümayəndələrindən biri,

ağırlıqqaldırma üzrə dünya çempionu Nizami Paşayev aparırdı.

Açılış mərasiminin ən yaddaqalan məqamlarından biri Olimpiya məşəlinin alovlandırılması oldu. Məşəli

Yunanıstanın məşhur yüngül atleti - 200 metr məsafəyə qaçmaqda olimpiya çempionu Kostas Kenteris

yandırmalı idi. Lakin o, həyat yoldaşı, 100 metr məsafəyə qaçmaqda Sidney Olimpiadasının gümüş mükafatçısı

Katerina Tanu ilə birlikdə avqustun 13-nə keçən gecə motosikletdə qəzaya uğrayaraq xəstəxanaya düşdüyünə

görə, Olimpiya məşəlini alovlandırmaq kimi şərəfli missiya Yunanıstanın digər idmançısına - yaxtaçı Nikos

Kaklamanakisə nəsib olmuşdur.

Olimpiadanın üç saat çəkən təntənəli açılış mərasimini yer kürəsinin bütün qitələrində təxminən 4 milyard

adam izləmişdir. Azərbaycanın idman həvəskarlarının da bu mərasimə tamaşa etmək imkanı olmuşdur. "Lider"

telekanalı mərasimi birbaşa yayımlamışdır.

Avqustun 14-də Azərbaycan idmançılarının ilk çıxışları başlanacaqdır. Onlara uğurlar diləyir, Vətənə qələbə

ilə qayıtmağı arzulayırıq.

14. 08. 2004

AzərTAc

59

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Afina (Yunanıstan) – 14 avqust – 30 avqust 2004-cü il

İştirakçı dövlətlərin sayı – 202

İdman növü –

Yarışların sayı – 2021

İdmançıların sayı – 10 500

Oyunların yarışları 35 idman obyektində keçiriləcək, onların əksəriyyəti Afinada yerləşir. İdmançılar Volos,

Heraklion, Patrax, Saloniki şəhərlərindəki və Parnas dağındakı obyektlərdə də yarışacaqlar.

2021 medal, o cümlədən 669 qızıl, 666 gümüş və 686 bürünc mükafat uğrunda mübarizə gedəcəkdir.

Olimpiya Hərəkatının tarixində ilk dəfə olaraq, proqrama heç bir yeni idman növü daxil edilməmişdir.

2000-ci il Sidney Oyunları ilə müqayisədə aşağıdakı dəyişikliklər var: boksda çəki dərəcələri 12-dən 11-ə,

sərbəst güləşdə və yunan-Roma güləşində isə 8-dən 7-yə endirilib; qadınların həndbol, futbol və otüstü xokkey

yarışlarında iştirakçı komandaların sayı 8-dən 10-dək artırılıb və s. Oyunları 21 000 jurnalist işıqlandırır.

Oyunlara 200 dövlət başçısı və monarx gəlmək niyyətindədir.

Olimpiadaya 153 500 adam xidmət edir.

13. 08. 2004

AzərTAc

60

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Afinada XXVIII Yay Olimpiya oyunları çərçivəsində Azərbaycan Günü keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir

AzərTAc xəbər verir ki, avqustun 15-də Yunanıstanın paytaxtı Afinanın ən gözəl hotellərindən olan "Divani

Karovel"də XXVIII Yay Olimpiya oyunları çərçivəsində Azərbaycan günü keçirilmişdir. Azərbaycan Prezidenti

İlham Əliyev, xanımı Mehriban Əliyeva mərasimdə iştirak edirdilər.

Prezident İlham Əliyev burada Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq ilə görüşdü. Səmimi

söhbət zamanı BOK ilə Azərbaycan Milli Olimpiya Komitəsi arasında sıx əlaqələrin olduğu və bu

münasibətlərin gələcəkdə daha da genişlənəcəyi bildirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimə dəvət olunmuş qonaqlarla - Avropa

Olimpiya Komitəsinin prezidenti Mario Peskante, Ukraynanın Baş naziri Viktor Yanukoviç, BOK-un fəxri

prezidenti Xuan Antonio Samaranç, Beynəlxalq Güləş Federasiyasının prezidenti Rafael Martinetti, Beynəlxalq

Həvəskar Boks Federasiyasının prezidenti Ənvər Çoudri, Avropa Cüdo Federasiyasının prezidenti Marius Vizir,

məşhur idmançı Sergey Bubka, BOK-un vitse-prezidenti Vladimir Smirnov, habelə Almaniya, Moldova,

Gürcüstan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Belarus, Türkmənistan olimpiya komitələrinin prezidentləri,

idman nazirləri ilə görüşərək səmimi söhbət etdi, Azərbaycanın mədəniyyəti, idmanın inkişafı haqqında qısa

məlumat verdi. Qonaqlar respublikamızda Olimpiya Hərəkatının inkişafını, idmana göstərilən diqqət və qayğını

yüksək qiymətləndirdilər.

Mərasimin keçirildiyi salon ölkəmizin dövlət bayrağı ilə, Azərbaycana xas milli üslubda zövqlə

bəzədilmişdi. Burada quraşdırılmış iri ekranlarda mərasim boyu müstəqil Azərbaycanın bütün sahələrdə

inkişafında əvəzsiz xidmətlər göstərmiş ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətindən, xalqımızın

mədəniyyət və incəsənətindən, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin

idmançılarla görüşlərindən bəhs edən videomateriallar nümayiş etdirilirdi.

Prezident İlham Əliyev mərasimdə nitq söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin

nitqi

-Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Hamınıza bizim Azərbaycan gününə "Xoş gəlmisiniz!" demək istəyirəm. Xüsusilə də, Beynəlxalq Olimpiya

Komitəsinin prezidenti, böyük dostumuz Jak Roqqu salamlayıram. Onun təkcə Azərbaycanda deyil, bütün

dünyada idmanın, Olimpiya Hərəkatının inkişafına yardımı və dəstəyinin böyük əhəmiyyəti vardır. Çox

xoşbəxtəm ki, Azərbaycan Olimpiya Komitəsinin həmişə gözəl münasibətlərdə olduğu və bu münasibətləri

gələcəkdə də davam etdirəcəyi dostları bu gün bizimlədirlər.

Mən iftixar hissi keçirirəm ki, yeddi il müddətində Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik edirəm və

bu müddət ərzində Azərbaycan beynəlxalq olimpiya ailəsinin fəal üzvünə çevrilmişdir.

Azərbaycan həmişə öz atletləri ilə məşhur olmuşdur. Amma yalnız müstəqillik qazanandan sonra

Azərbaycan suveren ölkə kimi Beynəlxalq Olimpiya Komitəsinin üzvünə çevrilmişdir. Azərbaycanın daxil

olduğu olimpiya ailəsi nadir bir ailədir. Bu ailə bütün dünyadan olan insanları birləşdirir. Yalnız idmançıları,

atletləri deyil, bütün dünyanı birləşdirir və olimpiada dünyada keçirilən ən böyük beynəlxalq tədbirdir.

Azərbaycanda Olimpiya Hərəkatı həyatımızın çox vacib, çox mühüm bir hissəsinə çevrilmişdir. Biz

olimpizmin, idmanın inkişafına çox böyük fikir veririk. Olimpiya Hərəkatının ideallarını inkişaf etdiririk.

İdmançılar üçün qurğular yaradırıq. Son dörd il müddətində Azərbaycanda 10-dan artıq iri idman mərkəzi

yaradılmışdır. Bunların hamısı yüksək beynəlxalq standartlar səviyyəsində tikilmişdir.

Azərbaycan idmançıları beynəlxalq yarışlarda uğurla çıxış edirlər. Bizim bir neçə olimpiya çempionumuz,

eləcə də dünya və Avropa çempionlarımız var. Amma ən mühümü odur ki, idman Azərbaycanda gənc nəsil

arasında çox populyar olmuşdur. Düşünürəm ki, bu, bizim ən böyük nailiyyətimizdir. Hazırda Azərbaycanda

idman kütləvi xarakter almışdır. İdman təkcə idmançıların medal, mükafat aldığı yarış deyil, həm də gənclərin,

cavanların fiziki cəhətdən möhkəmlənməsi, sağlam olması deməkdir. Əlbəttə ki, yaxşı idmançılar, yaxşı atletlər

həmişə ölkədəki cavanlar üçün nümunə olmuşdur.

Azərbaycan Olimpiya ideallarına, Olimpiya Hərəkatına möhkəm sadiqdir. Mən əminəm ki, ölkəmiz

gələcəkdə də idmanın inkişafına və olimpiya hərəkatına sadiq olacaqdır. Düşünürəm ki, dostlarımızın dəstəyi

ilə, milli olimpiya komitələrinin, indiyədək bizə dəstəyini əsirgəməyən Beynəlxalq Olimpiya Komitəsinin

yardımı ilə nəticələri daha da artıracağıq.

61

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Onu da fəxrlə deyirəm ki, son illər ərzində Azərbaycan bir neçə idman yarışlarında ev sahibi kimi çıxış

etmişdir. Ölkəmizdə Dünya kuboku yarışları, dünya və Avropa çempionatları, eləcə də üç Olimpiya təsnifat

turniri keçirilmiş, hamısı da yüksək səviyyədə təşkil olunmuşdur.

Əziz dostlar, bu gün buraya gəldiyinizə görə hamınıza bir daha minnətdarlığımı bildirirəm, Azərbaycan

gününə xoş gəlmisiniz. Bu gün biz çalışdıq ki, ekranda nümayiş etdirilən filmlər vasitəsilə ölkəmizin abhavasını

burada canlandıraq. Biz bu gün burada, bu hoteldə özümüzü elə Azərbaycandakı kimi hiss edirik.

İstərdim ki, dostlarımın hamısını ölkəmizə dəvət edim. Yəqin ki, Azərbaycanda olanlar bir daha gəlmək

istəyərlər, olmayanları isə Azərbaycana dəvət edirəm. Buraya gəldiyinizə görə hamınıza bir daha minnətdaram

və olimpiadada yarışan bütün atletlərə uğurlar diləyirəm. Çox sağ olun!

Sonra Qırğızıstanın idman nümayəndə heyəti adından Prezident İlham Əliyevə hədiyyə olaraq milli geyim

təqdim edildi.

Azərbaycan Prezidenti ölkəmizin olimpiya komandasının üzvləri ilə görüşüb qarşıdakı yarışlarla bağlı

söhbət etdi, öz tövsiyələrini verdi. İdmançılar və onların məşqçiləri ilə xatirə şəkilləri çəkdirdi.

Azərbaycan Prezidenti İLHAM ƏLİYEV mərasimdən sonra respublikamızın jurnalistlərinə müsahibə verdi:

- Azərbaycan günü çox yaxşı keçdi, görürsünüz ki, çoxlu qonaqlar vardı. Biz çalışdıq ki, bunu yüksək

səviyyədə keçirək. Bəlkə xatırlayırsınız, Sidneydə də Azərbaycan günü keçirmişdik, o, bizim üçün ilk təcrübə

idi. Bu dəfə də bizim mütəxəssislərimiz yaxşı hazırlaşmışdılar, Azərbaycanın reallıqlarını əks etdirən gözəl

videomateriallar nümayiş etdirildi.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq, BOK-un fəxri prezidenti Samaranç, federasiyaların

rəhbərləri, digər ölkələrdən olan nümayəndələr buradadırlar. Bunun özü də göstərir ki, Azərbaycan beynəlxalq

idman ailəsində özünə layiq yerini tutmuşdur və ona böyük hörmətlə yanaşırlar. İdmançılarımızın uğurlu

çıxışları, Azərbaycanda idman sahəsində görülən tədbirlər nəticəsində buna nail olmuşuq. İdmançılarımız gərək

bundan sonra da Azərbaycanın bayrağını yüksəklərə qaldırsınlar.

MÜXBİR: Sidneydə gözəl günlər yaşadıq, üç medal qazandıq. İnşallah, bu dəfə medallar daha çox

olacaqdır.

İLHAM ƏLİYEV: Baxarıq, bu, idmandır. Əlbəttə, imkan var ki, medallar qazanaq, güclü idmançılarımız

var. Boksçularımız dünən iki qələbə qazandılar, bu gün də boksçumuz görüşdə qalib gəldi. Yenə qələbələrimiz

olacaqdır.

SUAL: Cənab Prezident, ilk dəfədir ki, Azərbaycanın "Lider" televiziyası Olimpiya oyunlarından canlı

yayımla verilişlər təşkil edir. Siz bunu necə qiymətləndirirsiniz

CAVAB: Mən bunu yüksək qiymətləndirirəm ki, ilk dəfədir Olimpiya oyunları Azərbaycanın televiziyası

ilə birbaşa verilir. Bu onu göstərir ki, ölkəmiz inkişaf edir. Sidney Olimpiadasında belə deyildi, doğrudur,

oradan materiallar ötürülürdü, amma bu dəfə "Lider" televiziyası belə bir gözəl tədbir gördü və bizim bütün

idman həvəskarlarımız bu cür fürsət əldə etdilər. Çox müsbət haldır. Milli Olimpiya Komitəsinin prezidenti və

Azərbaycan Respublikasının Prezidenti kimi sizə minnətdarlığımı bildirirəm.

Bilirsiniz ki, Azərbaycanda idmana böyük maraq, hörmət var. Sağ olun ki, sizin sayənizdə tamaşaçılarımız

belə gözəl fürsət əldə ediblər.

SUAL: Bunlar, əslində, Sizin sayənizdə mümkün olubdur. Azərbaycanın bütün sahələrdə inkişafı

televiziyada da öz əksini tapmışdır. İcazənizlə, Almaniyaya qarşıdakı səfərinizlə bağlı sual verərdim.

Ümumiyyətlə, bu ölkəyə səfərinizi necə qiymətləndirirsiniz

CAVAB: Bu səfər vacibdir. Almaniya ilə çox gözəl iqtisadi əlaqələrimiz var, siyasi cəhətdən də ölkələrimiz

arasında münasibətlər yüksək səviyyədədir. Bilirsiniz ki, Almaniya dünyanın və Avropa Birliyinin aparıcı

ölkələrindəndir və çox istəyirik ki, bizim aramızda müxtəlif sahələrdə olan münasibətlər daha da inkişaf etsin.

Almaniya iqtisadiyyatı çox böyük sürətlə inkişaf edir və dünyada aparıcı iqtisadiyyat kimi tanınmışdır.

Azərbaycanın da iqtisadiyyatı inkişaf edir, irəliləyir. Ona görə də ikitərəfli əlaqələrin genişlənməsi hər iki

ölkənin maraqlarına cavab verir.

MÜXBİR: Afinada Azərbaycandan daha çox azarkeşlər təmsil olunmuşdur...

İLHAM ƏLİYEV: Bu, bir daha onu göstərir ki, ölkəmiz inkişaf edir. Yəni son dörd il ərzində Azərbaycanda

bütün sahələr, o cümlədən idman inkişaf etmişdir. İnsanlarımızın həyat səviyyəsi yaxşılaşır, ölkə daha da inamla

irəliləyir. Əlbəttə ki, buraya gəlmək üçün müəyyən vəsait tələb olunur. Bu, onu göstərir ki, Azərbaycan

vətəndaşları belə imkanları əldə ediblər. Eyni zamanda, bu göstərir ki, biz düz yoldayıq. Ümid edirəm ki,

növbəti, Çində keçiriləcək Olimpiya oyunlarında daha da çox idmançılarımız və azarkeşlərimiz olacaqdır.

16. 08. 2004

AzərTAc

62

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Olimpiya kəndində olmuşdur

XXVIII Yay Olimpiya Oyunlarını izləmək üçün Afinada səfərdə olan Azərbaycan Respublikasının

Prezidenti İlham Əliyev avqustun 16-da Olimpiya kəndinə getmişdir.

Olimpiadanın Təşkilat Komitəsi sədrinin müavini dövlətimizin başçısına Olimpiya kəndi barədə ətraflı

məlumat verdi.

Respublikamızın Gənclər, İdman və Turizm naziri Əbülfəz Qarayev bildirdi ki, Azərbaycanın olimpiya

komandası artıq bir həftədir burada yerləşmişdir.

Prezident İlham Əliyev Olimpiya kəndində idmançılar üçün yaradılmış şəraitlə tanış oldu. Azərbaycan

Prezidenti burada Rusiya Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri, məşhur xokkeyçi Vyaçeslav

Fetisovla görüşdü. Söhbət zamanı ölkələrimiz arasında idman əlaqələrinin bundan sonra da inkişaf edəcəyi

vurğulandı.

V. Fetisov respublikamızın idmançılarına Afina Olimpiadasında uğurlar arzuladı.

Azərbaycan Prezidenti sonra avtobusla Olimpiya kəndini səyahət etdi, burada tikilmiş müxtəlif

komplekslərlə tanış oldu. Dövlətimizin başçısı daha sonra Azərbaycan idman nümayəndə heyətinin

məskunlaşdığı yerə gəldi, olimpiyaçılarımızın yaşayış şəraiti ilə maraqlandı. İdmançılarımızın Afina

Olimpiadasında parlaq qələbələr qazanacağına ümidvar olduğunu bildirən Azərbaycan Prezidenti onlara

müvəffəqiyyətlər dilədi.

Prezident İlham Əliyev milli komandamızın üzvləri ilə xatirə şəkli çəkdirdi.

17. 08. 2004

AzərTAc

63

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan Prezidenti İlham Əliyev Afinada

Olimpiya Çempionu Fərid Mansurovla görüşmüşdür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 26-da Afinada XXVIII Yay Olimpiya

Oyunlarının qalibi Fərid Mansurovla və yunan-Roma güləşi üzrə milli komandamızın baş məşqçisi Elçin

Cəfərovla görüşmüşdür.

Dövlətimizin başçısı Afina Olimpiadasında komandamıza ilk qızıl medalı qazandıran Fərid Mansurovu

təbrik edərək, onun bu parlaq qələbəsinin Azərbaycanın idman tarixində əlamətdar hadisə olduğunu bildirdi.

Prezident İlham Əliyev Azərbaycan idmançısının ilk dəfə olaraq yunan-Roma güləşi yarışlarında olimpiya

çempionu adını qazandığını xatırladaraq, qızıl medalı Fərid Mansurovun boynundan asdı və dedi:

-Bizim milli komandamıza birinci qızıl medalı Fərid gətirdi. Özü də çox gərgin şəraitdə. Rəqibləri də

kifayət qədər güclü idi, olimpiya, dünya çempionu idilər. Fərid, sən Azərbaycan xalqına böyük bayram

gətirmisən. Bu, böyük bayramdır, bütün Azərbaycan xalqının bayramıdır. Bu, Azərbaycanın gücünü, idmanının

səviyyəsini göstərir. Təkcə idmanın deyil, ölkəmizin səviyyəsini, şöhrətini göstərir.

ABBAS ABBASOV (Baş nazirin birinci müavini, Azərbaycan Güləş Federasiyasının prezidenti): Cənab

Prezident, qazanılan uğurlar Azərbaycanda idmana olan Sizin şəxsi münasibətinizin, gərgin əməyinizin, bu

yolda sərf etdiyiniz enerjinin nəticəsidir. Məhz bunun bəhrəsidir ki, Fərid Mansurov Azərbaycana ilk qızıl

medalı qazandırıbdır.

İLHAM ƏLİYEV: Mən bir neçə dəfə bunu qeyd etmişəm ki, bizdə idmanda birlik var. Hamı -

federasiyalar, idman cəmiyyətləri, nazirlik, Olimpiya Komitəsi - vahid bir qurum kimi fəaliyyət göstərir. Bəzi

ölkələrdə, hətta çoxunda belə deyildir, əksinə, ziddiyyət var, toqquşma var. Amma bizdə bu birlik uğurumuzun

əsas səbəbindən biridir. Əlbəttə, Fəridin özünün və məşqçilərinin rolu böyük olubdur. İkinci dəfədir, ikinci

Olimpiya oyunlarıdır ki, Güləş Federasiyası Azərbaycana qızıl medal gətirir və ümid edirik, bu ənənə bundan

sonra da yaşayacaqdır.

ƏBÜLFƏZ QARAYEV, Gənclər, İdman və Turizm naziri: Cənab Prezident, Azərbaycanın idman

tarixində yunan-Roma güləşi üzrə heç vaxt olimpiya çempionu olmayıbdır.

İLHAM ƏLİYEV: Bəli, ilk dəfədir. Mənim xatirimdədir, Sidneydə bizim üç güləşçi mübarizə aparırdı.

Deyəsən onlardan ikisi dəvət olunmuş güləşçilər idi. Amma Fərid bizim yetirməmizdir, Azərbaycan idman

məktəbinin yetirməsidir. Özü də gəncdir, 22 yaşındadır. İdmanın səviyyəsini məhz bu göstərir. Uşaq, yeniyetmə

idmanı çox vacibdir. Bu olmasa, əlbəttə, yaxşı idmançı yetişə bilməz.

Mən xatırlayıram, yadınızdadırmı, dünya çempionatının qalibi olanda biz Milli Olimpiya Komitəsində

ona ev verdik, hədiyyə təqdim etdik. Azərbaycanın idmançısı bax, belə olmalıdır.

ABBAS ABBASOV: Cənab Prezident, Fəridin 22 yaşı var. Allah qoysa, Pekinə gedəndə 26 yaşı

olacaqdır. Demək olar ki, ən təcrübəli vaxtı olacaqdır.

İLHAM ƏLİYEV: Pekində qələbələr çox olacaqdır.

ABBAS ABBASOV: Cənab Prezident, icazə verin, Güləş Federasiyasının prezidenti olaraq Milli

Olimpiya Komitəsinin Prezidenti kimi, dövlətimizin başçısı kimi Sizə, idmana göstərdiyiniz münasibətə,

məhəbbətinizə görə dərin təşəkkürümü bildirim. İdman təkcə peşəkarlıq deyil, həm də millətimizin, xalqımızın,

gənc nəslin, gələcək nəslin sağlamlığı deməkdir. Bu gün Sizin burada olmağınız, idmançılara diqqət

yetirməyiniz hər bir azərbaycanlı üçün böyük fəxrdir.

Siz idmana çox böyük əmək sərf etmisiniz. Fərid Mansurov Olimpiya çempionu kimi bir günə, bir aya, bir

ilə formalaşmayıbdır. Siz Milli Olimpiya Komitəsinin Prezidenti olduğunuz dövrdə Azərbaycanda onlarca

idman kompleksi, qurğuları tikilmişdir. Əlbəttə, bütün bunlar öz nəticələrini büruzə verməli idi. Mən özüm

təhlil aparıram. Olimpiya oyunlarında iştirak edən 202 ölkədən cəmi 61-i medal alıb, mükafata nail olubdur.

Ötən Olimpiya oyunlarından fərqli olaraq, Afinada Azərbaycanın hələlik ən azı 4 bürünc, 1 qızıl medalı vardır.

Yəni artıq 5 medalımız vardır.

Hələ bizim beş güləşçimiz mübarizə aparmalıdır. Sərbəst güləşçilərimiz, taekvondoçularımız,

boksçularımız mübarizəni davam etdirirlər. Hesab edirəm, Sizin rəhbərliyiniz altında Azərbaycanda idman daha

da inkişaf edəcək, gənclərimiz idmanla daha çox məşğul olacaqlar. Onlar Fərid kimi oğullarımızın arxasınca

gedəcək, küçələrdən yığışıb idman salonlarında öz sağlamlıqlarını möhkəmləndirəcəklər. Siz Azərbaycan

xalqının gələcəyi üçün, Azərbaycan gəncliyi üçün çox böyük təməl qoyursunuz. Buna görə Sizə dərin

minnətdarlığımı bildirirəm.

İLHAM ƏLİYEV: Doğrudan da Azərbaycanda idman sürətlə inkişaf edir. Bunun üçün hər bir şərait

yaradılıbdır. Çox sevinirəm ki, gənc idmançılar yetişir. Yəni idman kütləvi xarakter alır. Mən Milli Olimpiya

Komitəsinə rəhbərliyə gələndə Fəridin 15 yaşı var idi. O vaxt idmanla məşğul olurdu

ELÇİN CƏFƏROV, məşqçi: Cənab Prezident, yeniyetmələr arasında çıxış edirdi.

64

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

İLHAM ƏLİYEV: Bəli. Azərbaycanda keçirilən bütün beynəlxalq turnirlərin, yeniyetmələr, böyüklər

arasında dünya, Avropa çempionatlarının da böyük əhəmiyyəti olubdur. Yəni bu, Azərbaycanda idmanın

səviyyəsini göstərir.

Mən, eyni zamanda, Mehman Əzizovu qeyd etmək istəyirəm. Çox gözəl güləşdi, qələbəyə çox yaxın idi.

Mövlud Mirəliyev də dördüncü yeri tutdu. Düzdür, bu, cüdoda beşinci yer hesab olunur, amma, əslində,

dördüncü oldu. Özü də çox iradə ilə, əzmlə güləşirdi. Turan Mirzəyev ağırlıqqaldırmada dördüncü yeri götürdü.

Bunlar böyük nəticələrdir. Əlbəttə, hər bir ölkə istəyir ki, medalların sayı çox olsun. Mən də, hamımız da

istəyirik. Çünki bu, bizim idmanımızın səviyyəsini göstərir, ölkəmizi dünyada daha da gözəl təbliğ edir.

Mən medal qazanmayan idmançıları da qeyd etməliyəm. Yarışları izləyərkən çox sevinirdim ki, belə

iradəli, cəsarətli idmançılarımız var. Düzdür, medal ala bilmirlər, amma ölkəmizi çox ləyaqətlə təmsil edirlər.

Görülən işlər həm medallarda özünü göstərir, həm də Azərbaycanda idmanın kütləviliyində, yeni yaradılmış

idman qurğularında. Yəni bu məsələyə kompleks şəkildə yanaşmışıq.

Abbas müəllim, siz düz deyirsiniz ki, görülən bütün işlər mütləq öz nəticəsini verməliydi, verdi və bundan

sonra daha da çox verəcəkdir.

ƏBÜLFƏZ QARAYEV: Cənab Prezident, idmançılarımız çox yaxşı mübarizə aparırlar. Baxmayaraq ki,

bəziləri uduzurlar. Məsələn Vitali Rəhimov çox güclü rəqiblərlə görüşüb və birinci görüşü çox yaxşı uddu. Yəni

komandanın ümumi səviyyəsi kifayət qədər yüksəkdir və bu da ona əsas verir ki, baza olduqda, medal da əldə

etmək olar. Hamısı gəncdir, Vitali isə çox gəncdir.

ABBAS ABBASOV: Cənab Prezident, bilirsiniz ki, Olimpiadada zəif idmançı olmur. Bütün ölkələr öz

peşəkarlarını, güclü idmançılarını buraya gətirirlər. Ona görə o biri idmançılarımızın da çıxışları yaxşı

olmuşdur. Yəni gücləri nəyə çatırdısa, onu elədilər. Sağ olsunlar.

ƏBÜLFƏZ QARAYEV: Boksçularımız - Rövşən Hüseynov da, Cavid Tağıyev də, Ruslan Xairov da

yaxşı döyüşdülər. Şahin İmranov da yaxşı döyüşdü. Əfsuslar olsun ki, onun zədəsi texniki məğlubiyyətə səbəb

oldu.

İLHAM ƏLİYEV: Bəli, 31:21 udurdu. Qadınlarımız İradə və Zemfira ilk medalları qazandılar. Atıcılıq

Federasiyası həmişə olduğu kimi, bu Olimpiadada medalları birinci qazanırlar. Vaqif müəllimin rəhbərlik etdiyi

federasiya keçən dəfə bir qızıl qazanmışdı, indi iki bürünc medal qazanıblar. Amma Atıcılıq Federasiyası iki

idmançı ilə təmsil olunub, ikisi də medal qazanıbdır. Təbrik edirik. Bu da bir göstəricidir. Bizim müxtəlif idman

növlərində idmançılarımız var. Güləş, boks, güllə atıcılığı, ağırlıqqaldırma, cüdo, bədii gimnastika, taekvondo

və sairə.

ƏBÜLFƏZ QARAYEV: Cənab Prezident, əfsuslar olsun ki, bədii gimnastikada bizim əsas idmançımız

zədələndi. Amma ehtiyat idmançımız çıxış edib, Azərbaycanı normal təmsil edibdir.

ABBAS ABBASOV: Cənab Prezident, dünən Azərbaycanın dövlət himni səslənəndə Fərid himnimizi

oxuyurdu. Namiq Abdullayev də Sidneydə oxumuşdu. Bu dəfə də Fərid onu təkrar etdi.

FƏRİD MANSUROV: Cənab Prezident, bu, hər bir idmançının ən böyük arzusudur.

İLHAM ƏLİYEV: Əlbəttə, ölkənin himni səslənir. Bundan böyük sevinc ola bilməz!

28. 08. 2004

AzərTAc

65

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Afinada XXVIII Yay Olimpiya Oyunlarının bağlanış mərasimi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

Avqustun 29-da Afina Olimpiya stadionunda XXVIII Yay Olimpiya Oyunlarının bağlanış mərasimi

olmuşdur. Azərbaycan Respublikasının Prezidenti, ölkəmizin Milli Olimpiya Komitəsinin Prezidenti İlham

Əliyev mərasimdə iştirak etmişdir.

Mərasim başlanmazdan əvvəl Azərbaycan dövlətinin başçısı Yunanıstan Prezidenti Konstantinos

Stefanopulosla, bu ölkənin Baş naziri Kostas Karamanlislə, Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə,

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqla, Avropa Olimpiya Komitəsinin prezidenti Mario

Peskante ilə, "Afina-2004"-ün təşkilat komitəsinin sədri İoann Angelopulu-Daskalaki ilə görüşüb söhbət

etmişdir.

Mərasimi seyr edənlərə Yunanıstanın milli mahnı və rəqslərinin ifa olunduğu səhnələşdirilmiş maraqlı

tamaşa göstərilmişdir.

Olimpiadanın bağlanış mərasimində Afina yarışlarının sonuncu mükafatlar dəsti təqdim edilmişdir. Marafon

yarışının iştirakçıları - birinci yeri tutmuş italiyalı Stefano Baldini, ikinci yeri tutmuş amerikalı Mebratom

Keflezigi və fəxri kürsünün üçüncü pilləsinə qalxmış braziliyalı Vanderley Lima Afina Olimpiadasının sonuncu

mükafatçıları olmuşlar.

Mərasimdə çıxış edən Beynəlxalq Olimpiya Komitəsinin sədri Jak Roqq Olimpiada sahiblərinin işini

yüksək qiymətləndirmişdir. O, hazırlıq işlərində iştirak edənlərin hər birini təbrik etmişdir. Jak Roqq demişdir

ki, hazırlıq dövründə Afinanı tez-tez tənqid etsələr də, mən Yunanıstanda Olimpiada təşkilatçılarının hər şeyi

vaxtında görmək iqtidarında olduqlarına inamımı heç vaxt itirməmişdim. Mərasimin sonunda BOK-un

prezidenti Yay Olimpiya oyunlarını bağlı elan etmişdir.

Mərasimdə bütün Olimpiya ənənələrinə, o cümlədən Olimpiya estafeti ənənəsinə riayət edilmişdir.

Olimpiadanın bayrağı endirilmiş, onunla stadionda fəxri dövrə vurulmuş, sonra isə bayraq növbəti Yay

Olimpiya oyunlarının keçiriləcəyi Pekin şəhərinin merinə təqdim olunmuşdur. Bundan sonra kiçik yaşlı yunan

qız Afina Olimpiadasının məşəlini söndürmüşdür.

Afina stadionunda Olimpiada-2008-in paytaxtının nümayəndələri də tamaşa göstərmişlər. Bağlanış

mərasimi üç saata qədər davam etmişdir.

31. 08. 2004

AzərTAc

66

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan idmançıları Afina Olimpiadasında ləyaqətlə çıxış etmişlər

Azərbaycan idmançıları Afina Olimpiadasında ləyaqətlə çıxış etmişlər. Bunu sentyabrın 2-də Milli

Olimpiya Komitəsində keçirilən mətbuat konfransında Gənclər, İdman və Turizm naziri Əbülfəz Qarayev

demişdir. Nazir Oyunlara hazırlığın səviyyəsini, məşqçilər heyətinin işini yüksək qiymətləndirmişdir.

O, olimpiyaçıların müxtəlif idman növlərindəki uğurlarından danışaraq qeyd etmişdir ki, idmançılarımız

Sidney Olimpiadası ilə müqayisədə daha yaxşı nəticələr göstərmiş və 5 medal qazanmışlar. Əbülfəz Qarayev

cüdoçuların, güləşçilərin və boksçuların çıxışlarını xüsusi vurğulamışdır.

Bütövlükdə, Azərbaycan Afina Oyunlarında 202 iştirakçı ölkə arasında 50-ci, medalların sayına görə isə 37-

ci yeri tutmuşdur.

Respublikamız MDB ölkələri arasında 5-ci olmuşdur.

03. 09. 2004

AzərTAc

67

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan Prezidenti İlham Əliyev XXVIII Afina Yay Olimpiya

Oyunlarında iştirak etmiş idmançılarla görüşmüşdür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Prezident sarayında XXVIII Afina

Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşmüşdür.

Azərbaycan dövlətinin başçısı görüşü giriş nitqi ilə açdı.

Azərbaycan Prezidenti İlham Əliyevin

giriş nitqi

- Əziz idmançılar!

Hörmətli xanımlar və cənablar!

Afina Olimpiya Oyunları başa çatdı. İdmançılarımız Vətənə qayıtdılar. Mən Afina Olimpiya Oyunlarında

Azərbaycan milli komandasının uğurlu çıxışı münasibətilə sizi ürəkdən təbrik edirəm, bütün Azərbaycan xalqı

adından sizə öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Azərbaycan idmançıları bu dəfə də bütün dünyaya sübut etdilər ki, onların peşəkarlığı, hazırlığı çox yüksək

səviyyədədir. Olimpiya oyunlarında 5 medal qazanmaq hər bir ölkə üçün böyük nailiyyətdir. Xüsusilə, həm

əhalisinin sayı nöqteyi-nəzərindən, həm də ərazisinə görə o qədər də böyük olmayan Azərbaycan kimi ölkə üçün

bu, böyük nailiyyətdir. Azərbaycan müstəqil dövlət kimi Yay Olimpiya oyunlarında yalnız 1996-cı ildən

başlayaraq iştirak edir. Həmin il bir medal, 2000-ci ildə üç medal, bu dəfə isə 5 medal qazanılmışdır. Bu,

uğurdur, böyük nailiyyətdir. Əgər nəzərə alsaq ki, digər idmançılarımız da medala çox yaxın idilər və böyük

əzmkarlıqla, cəsarətlə mübarizə aparırdılar, onlar dördüncü, beşinci, altıncı yerləri tutublar - bu, Azərbaycanda

idmanın yüksək səviyyəsini, idmanda yaşanan tərəqqini göstərir.

Bütün bunlar həm Azərbaycan Respublikasının Prezidenti, həm də Milli Olimpiya Komitəsinin prezidenti

kimi məni çox sevindirir. Bilirsiniz ki, artıq yeddi ildir ki, mən idmançılarla bir yerdəyəm, hamımız bir-birimizi

çox yaxşı tanıyırıq. Mən hər bir idmançının çıxışları ilə tanışam, onların potensial qabiliyyətini də yaxşı bilirəm,

problemləri ilə də maraqlanıram. Biz dəfələrlə beynəlxalq turnirlərdə, Olimpiya oyunlarında, Bakıda keçirilmiş

turnirlərdə birlikdə Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışıq.

Mən sizi bu gözəl nəticə münasibətilə bir daha ürəkdən təbrik edirəm və ümidvaram ki, gələcəkdə də

Azərbaycan idmanı həmişəki kimi yüksək səviyyədə olacaqdır.

Bu gün çox gözəl görüşdür. Qələbə ilə qayıdan idmançılar yüksək dövlət mükafatları ilə təltif olunacaqlar.

Amma bundan əvvəl mən istərdim ki, Azərbaycan yığma komandasının Olimpiya Oyunlarında çıxışı haqqında

məlumatı, bu oyunların yekununu dinləyək. Bu məqsədlə mən sözü Gənclər, İdman və Turizm naziri Əbülfəz

Qarayevə verirəm.

Azərbaycan Prezidenti İlham Əliyevin

yekun nitqi

- Əziz idmançılar, əziz dostlar!

Bir daha sizi ürəkdən təbrik edirəm. Azərbaycanda idman çox ciddi, cəmiyyətimizin, ictimaiyyətin diqqət

mərkəzində olan bir amilə çevrilmişdir. Bunun çox dərin səbəbləri vardır. Azərbaycanda idmana bütün

dövrlərdə böyük maraq olmuşdur. Ölkəmiz bütün dövrlərdə öz idmançıları ilə fəxr etmişdir. Əlbəttə, ölkəmiz

müstəqil dövlət kimi yaşamağa başladıqdan sonra beynəlxalq idman aləmində də ilk addımlar atılmışdır.

Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinin, Avropa Olimpiya Komitəsinin üzvü olmuşdur. Bütün digər

beynəlxalq idman federasiyaları ilə əlaqələrimiz yaranmışdır.

Amma heç kim üçün sirr deyil ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə Azərbaycana

rəhbərliyə gəlişindən sonra idmana diqqət artırıldı. Baxmayaraq ki, o illərdə ölkəmiz iqtisadi cəhətdən ağır

vəziyyətdə yaşayırdı, bütün daxili imkanlar səfərbər olundu və idmana, olimpiya hərəkatına dövlət qayğısı

göstərildi. Bu siyasət öz gözəl nəticələrini verdi. Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda -

Avropa və dünya çempionatlarında, Olimpiya oyunlarında qələbələr qazanırlar, ölkəmizi ləyaqətlə təmsil edirlər

və Azərbaycanı güclü idman dövlətinə çeviriblər.

Biz hamımız şahidik ki, Azərbaycan idmançıları müxtəlif yarışlardan Vətənə qələbə ilə qayıdırlar.

Ölkəmizdə son illərdə keçirilmiş müxtəlif beynəlxalq turnirlər, Avropa, dünya çempionatları, bir tərəfdən,

ölkəmizdə idmanı daha da populyarlaşdırır, digər tərəfdən, bizə imkan verir ki, gənc idmançılarımız da bu

beynəlxalq turnirlərdə və çempionatlarda öz gücünü sınasınlar. Mən çox şadam ki, Azərbaycanda uşaq və

yeniyetmə idmanı sürətlə inkişaf edir. Bu olmasa, idmanın inkişafından söhbət gedə bilməz. Çox şadam ki,

68

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

bizim həm olimpiya yığma komandamız, həm də bütün idman növləri üzrə yığma komandalarımız yerli

idmançılardan ibarətdir. Bu onu göstərir ki, bizdə hazırlıq işləri çox sürətlə gedir.

Bu Olimpiadada biz bunun şahidi olduq ki, müxtəlif ölkələr xaricdən idmançılar gətirir, onları öz yığma

komandalarına daxil edirlər. Ötən Olimpiya oyunları ilə müqayisədə belə hallar bu dəfə daha çox idi. Bu da

təbiidir. Amma bu siyasətin də müəyyən dövrü var. O ölkələrdə ki, idman inkişaf etməyib və yaxud yenicə

inkişaf edir, onlarda xaricdən dəvət olunmuş idmançılar, ümumiyyətlə, idmanın inkişafına müsbət təsir

göstərirlər. Amma o ölkələr ki, artıq dünyada idman ölkələri kimi tanınırlar və onlarda idman sürətlə inkişaf

edir, idmanda qələbələr qazanılır, əlbəttə, onlar öz daxili imkanlarına söykənməlidirlər.

Mən çox şadam ki, bizim yığma komandamızda Azərbaycanda yetişmiş, təhsil alan, məşq edən idmançılar

mütləq əksəriyyət təşkil edir.

Son illərdə Azərbaycanda idmana rəhbərlik edən bütün qurumlar tərəfindən aparılmış vahid siyasət öz

nəticələrini verir. Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi, idman cəmiyyətləri, idman

federasiyaları - hamımız birlikdə işləyirik. Hamımız daim ünsiyyətdəyik, əlaqədəyik və ölkədə bu sahədə vahid

siyasət mövcuddur. Bu da çox nadir hallarda mümkün olur. İndiki Olimpiya Oyunlarında da müxtəlif ölkələrin

nümayəndələri ilə görüşlərdə bir daha şahid olduq ki, onların bəzilərində nazirliklə olimpiya komitəsi və yaxud

federasiyalarla nazirlik arasında münasibətlər gərgindir. Əlbəttə, bu, ümumi işə kömək etmir.

Azərbaycan son illər ərzində beynəlxalq idman qurumları ilə çox səmərəli əməkdaşlıq edir. Ölkəmizdə

keçirilmiş beynəlxalq yarışlar onu göstərir ki, beynəlxalq federasiyalar və Beynəlxalq Olimpiya Komitəsi

tərəfindən Azərbaycana böyük hörmət və inam var, bizim fəaliyyətimiz dəstəklənir. Təsadüfi deyil ki,

Azərbaycan, bəlkə də, yeganə ölkədir ki, Olimpiya Oyunları ərəfəsində burada üç lisenziya turniri keçirilmişdir.

Əlbəttə, bu bizə imkan verdi ki, həm ölkəmizi beynəlxalq idman aləmində daha yaxşı tanıdaq, həm də bu

turnirlərdə idmançılarımız daha rahat şəkildə və azarkeşlərin dəstəyi ilə lisenziyalar qazansınlar. Sevindirici

haldır ki, Afina Olimpiya Oyunlarında müxtəlif idman növləri üzrə idmançılarımız iştirak ediblər.

Səhv etmirəmsə, idmançılarımız 12 idman növü üzrə təmsil olunmuşlar. Bu, onu göstərir ki, ölkəmizdə

idman hərtərəfli inkişaf edir. Son illər ərzində federasiyalar, idman cəmiyyətləri güclənibdir. Biz Azərbaycanda,

bəlkə də, ənənəvi olmayan idman növlərinə də çox böyük diqqət göstəririk və çalışırıq ki, bütün idman növlərini

inkişaf etdirək. Bu, düzgün siyasətdir. Çünki Azərbaycanın ənənəvi və idmançılarımızın həmişə fərqləndiyi

idman növləri olsa da, biz istəyirik ki, ölkəmizdə idman hərtərəfli inkişaf etsin, hər bir növü yüksək səviyyəyə

qalxsın.

İdman eyni zamanda, sağlamlıq, sağlam həyat tərzi deməkdir. Bilirsiniz ki, bu baxımdan Azərbaycan

dövləti və Milli Olimpiya Komitəsi böyük işlər aparır. Bu işlərin başlanmasında xalqımızın ümummilli lideri

Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Məhz onun apardığı siyasətin nəticəsində, onun tövsiyələri ilə

Azərbaycan idmanında quruculuq işləri geniş vüsət almışdır. Ölkəmizin bütün bölgələrində yeni, müasir, dünya

standartlarına uyğun olan idman qurğuları tikilib istifadəyə verilmişdir.

Biz bunu nə üçün edirik.

Əlbəttə, bir tərəfdən, biz bilirik ki, Azərbaycanın bölgələrində çox istedadlı gənc idmançılar var. Biz

istəyirik ki, onlar idmanla məşğul olmaq üçün yaxşı şəraitlə təmin olunsunlar. Digər tərəfdən, bu, sağlamlıq

deməkdir. Siz idmançılar bunu yaxşı bilirsiniz ki, idmanla məşğul olduqda insan təkcə fiziki cəhətdən deyil,

eyni zamanda, mənəvi cəhətdən də sağlam olur. İdman həm də nizam-intizam, tərbiyə deməkdir, vətənpərvərlik

deməkdir. Bizim üçün bunlar, bəlkə də, idman nailiyyətlərindən daha vacibdir. Azərbaycan gənc dövlətdir,

müstəqilliyimizin əldə olunmasından on üç ilə yaxın vaxt keçir. Əlbəttə, biz istəyirik ki, indi yetişən gənc nəsil

həm fiziki, həm də mənəvi cəhətdən güclü olsun, dövlətə, millətə sadiq olsun, vətənpərvər olsun. Bu baxımdan,

görülən işlər çox böyük məna daşıyır.

Mən qeyd etdim ki, artıq bir çox ölkələrdə idman siyasi, ictimai məna daşıyır. Bu, Azərbaycanda da belədir.

Baxın, Azərbaycan bu Olimpiya Oyunlarında 5 medala sahib olubdur. Bizim qonşu Ermənistan bir medal da

qazana bilmədi. Burada qeyd olundu, 202 ölkədən yalnız 75-i medal qazanmışdır. Azərbaycanın 5 medalı var.

Siz də yaxşı bilirsiniz ki, bu medalların sayı daha çox ola bilərdi. Bəzi idmançılarımız medala çox yaxın idi,

sadəcə olaraq, müəyyən hallarda hakimlərin ədalətsizliyi, bəzən də bəxtin gətirməməsi buna imkan vermədi.

Lakin bu da göstəricidir.

Mən xatırlayıram ki, Azərbaycan ilk dəfə Atlanta Olimpiya Oyunlarında müstəqil dövlət kimi təmsil

olunanda biz bir medal olacağını da gözləmirdik. O vaxt Namiq Abdullayev bir gümüş medal qazanmışdı və biz

hamımız buna çox sevinirdik, bunu qələbə kimi qəbul edirdik. 2000-ci ildə Sidneydəki Olimpiya Oyunlarına biz

böyük hazırlıq işləri görmüşdük və ümidli idik ki, qələbə qazanacağıq. Amma sözün doğrusu, gözləmirdik ki, üç

medal qazanacağıq və onlardan ikisi qızıl olacaqdır. Bu, böyük qələbə idi. Bu dəfə isə beş medal qazanmışıq.

Fərid Mansurov, gənc və istedadlı idmançımız Azərbaycanı ləyaqətlə təmsil etmişdir. O, çox güclü rəqiblərlə

qəhrəmancasına mübarizə aparmışdır. Onun rəqibləri dünya və olimpiya çempionları olmaqla yanaşı, yaşda da

ondan böyük idilər. Gənc idmançımız onların hamısından üstün oldu, onların üzərində qələbə qazandı və

69

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycanın dövlət himnini səsləndirdi. Fəridin şərəfinə, Azərbaycanın bütün idmançılarının şərəfinə dövlət

himnimiz səsləndi. Mən çox sevinirəm ki, Fərid buna nail olmuşdur. Çünki, o, çox tərbiyəli, mədəniyyətli,

peşəkar idmançıdır. Gənc nəslin tərbiyəsi üçün belə nümunələr lazımdır. Azərbaycanda Fərid kimi güclü

vətənpərvərlər, idmançılar vardır. Onlar təkcə idman sahələrində deyil, digər sahələrdə də kifayət qədər çoxdur.

Zemfira Meftahətdinova da öz səviyyəsini təsdiq etdi. Sidneydə o, birinci idi. Bu dəfə isə üçüncü oldu.

Əlbəttə, rəqabət də ildən-ilə artır və onun məşğul olduğu idman növü elədir ki, burada birinci yer sonradan

beşinci və yaxud onuncu da ola bilər. Çünki burada kiçik bir təsadüfdən çox şey asılıdır. Amma o, bu dəfə də

çox yüksək səviyyədə çıxış etdi və ölkəmizə medal gətirdi.

İradənin qələbəsi də bizim üçün çox əziz idi. Çünki, bu, birinci medal idi və biz bunu çox gözləyirdik. Bu

dəfə İradə yarışlarda ilk çıxışında da medala çox yaxın idi, amma medal qazana bilmədi. İkinci yarışa çıxanda

biz əmin idik ki, o, bu dəfə medalı əldən verməyəcəkdir. Belə də oldu. Onun qələbəsi bütün komanda üzvlərinə

müsbət təsir etdi. Mən bilirəm ki, bütün komanda üzvləri bu qələbədən sonra ruhlandılar və gələcək qələbələrin

təməli qoyuldu.

Boksçularımız Ağası Məmmədov və Fuad Aslanov çox gözəl yarışdılar və çox güclü rəqibləri məğlub

etdilər, yüksək kürsüyə qalxdılar. Hesab edirəm ki, bu da çox böyük uğurdur. Sidney Olimpiya Oyunlarında

boksda bizim bir medalımız var idi. Bu dəfə isə iki oldu. Onu da qeyd etməliyəm ki, Azərbaycan boksçuları çox

geniş şəkildə təmsil olunmuşdular, Olimpiadada 9 idmançımız iştirak edirdi. Bu da bizdə boksun səviyyəsini

göstərir. Xatırlatmaq istəyirəm ki, Azərbaycan boks üzrə müxtəlif yarışlarda da, o cümlədən dünya kuboku

uğrunda turnirlərdə həmişə böyük uğurlar qazanıbdır.

Mən medal qazana bilməyən idmançıları da qeyd etmək istəyirəm. Çox sevindirici haldır ki, bu dəfə "Lider"

telekanalı vasitəsilə Azərbaycan tamaşaçıları idmançılarımızın çıxışlarını birbaşa izləyirdilər və hamımız

görürdük ki, onlar necə çıxış edirlər. Medala yaxın olan idmançılardan cüdoçu Mehman Əzizovu qeyd etmək

istəyirəm. Bu, onun ikinci Olimpiadası idi, çox böyük əzmlə, iradə ilə mübarizə aparırdı və medala layiq idi.

Digər cüdoçu Mövlud Mirəliyev də çox gözəl çıxış edirdi və medala çox yaxın idi. Hamımız onun son döyüşdə

qalib gəlməsini istəyirdik, amma alınmadı. Əminəm ki, növbəti dəfə o, qələbə qazanacaqdır və buna layiqdir.

Bir vaxtlar idmanı buraxmış və sonradan olimpiya yığma komandasına dəvət olunmuş Rövşən Hüseynov da

yaxşı çıxış etdi. O, çox güclü kubalı rəqibinə məğlub oldu, amma medal qazana bilərdi.

Sərbəst güləş idman növündə beşinci yeri tutmuş Rüstəm Ağayev də yaxşı çıxış edirdi. Taekvondoçu Rəşad

Əhmədov da yaxşı çıxış edirdi və biz onun mübarizəsini böyük həyəcanla izləyirdik. Əslində, o, finalda çıxış

etməli idi və bunu yarışı izləyən insanlar yaxşı bilirlər. Onun keçirdiyi yarımfinal görüşündə bərabərlik idi və

yalnız hakimlərin qərarı ilə qələbə onun rəqibinə verildi. Amma finala çıxsaydı, ən azı gümüş, bəlkə də qızıl

medal qazanacaqdı. Qeyd olunduğu kimi o, həm də zədə ilə çıxış edirdi. Budur Azərbaycan idmançıları!

Mən idmançılarımızın çıxışından çox razıyam. İlk növbədə, beş medal qazanılması böyük uğurdur, böyük

nailiyyətdir. Digər tərəfdən, beş idmançının dördüncü, beşinci yerləri tutması da böyük nailiyyətdir. Ən

önəmlisi isə odur ki, komandamızın üzvləri Azərbaycanı ləyaqətlə təmsil ediblər. Onlar böyük iradə ilə, həvəslə

yarışıblar. Mən Şahin İmranovu da qeyd etmək istəyirəm. Onun da bəxti gətirmədi. Mən onun yarışını da

izləyirdim və həmin döyüşə baxanlar xatırlayırlar ki, o, 31-21 hesabı ilə irəlidə idi. Yalnız təsadüf nəticəsində,

zədə aldığına görə o, yarışdan kənarlaşdırıldı. Şahinə 10 xal fərqi ilə uduzan rəqibi isə sonradan olimpiya

çempionu oldu. Yəni, mən deyəndə ki, bəzi hallarda idmançılarımızın bəxti gətirmədi, məhz bunu nəzərdə

tuturam.

Medalların sayı çox ola bilərdi və Azərbaycan cəmiyyəti də artıq idmançılarımızın qələbəsinə öyrəşibdir.

Bu, Azərbaycanda idmanın səviyyəsinin göstəricisidir. Əgər Sidney Olimpiya Oyunları ərəfəsində biz bir-iki

medalın həsrətində idiksə, indi daha çox medal arzusundayıq və çox medal da qazandıq. Əminəm ki, gələcəkdə

bu medalların sayı daha çox olacaqdır.

Əlbəttə, hər bir ölkədə idmanın inkişafı təkcə Olimpiya oyunları ilə müəyyən edilmir. Qeyd etməliyəm ki,

son dörd il ərzində bizim dörd dünya çempionumuz olubdur. Bunlar sərbəst güləş üzrə Arif Abdullayev,

taekvondo üzrə Niyaməddin Paşayev, ağırlıqqaldırma üzrə Nizami Paşayev və boks üzrə Ağası Məmmədovdur.

Bu da göstəricidir. Yəni, dünya çempionatlarında birinci olmaq, həm də dörd idman növü üzrə qələbə qazanmaq

böyük sevincdir. Mən də bir vətəndaş, Prezident kimi, Milli Olimpiya Komitəsinin prezidenti kimi bütün bu

uğurlara sevinirəm. Çox şadam ki, Azərbaycanda idman yüksək səviyyədədir, idmançılarımız gözəl yarışırlar.

Onlar bütün yarışlarda ölkəmizi ləyaqətlə təmsil edirlər.

Əziz dostlar, əziz idmançılar!

Mən sizi bu gözəl qələbə münasibətilə bir daha təbrik etmək istəyirəm. Medal qazana bilməyən və yaxud bu

Olimpiya Oyunlarında öz imkanlarından aşağı səviyyədə çıxış edən idmançılara sözüm budur ki, bundan faciə

yaratmaq lazım deyildir. Bu, idmandır. Ən güclü idmançı da hansısa səbəbdən yarışlarda qələbə qazana bilmir

və heç kim bu idmançını qınamamalıdır. Mən özüm də idmançı olmuşam və siz də idmançısınız. Hamımız

bilirik ki, idmanda belə hallar olur. Biz gərək Olimpiadada aşağı nəticə göstərən və yaxud heç bir nəticə

70

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

göstərməyən idmançılara, həmişə olduğu kimi, yenə də qayğı ilə yanaşaq. Bir şərtlə ki, onlar buraxdıqları

səhvləri düzəltsinlər, özləri üçün nəticə çıxarsınlar və təlim-məşq prosesinə daha məsuliyyətlə yanaşsınlar.

Hesab edirəm ki, biz bütün idmançılarımızı qeyd etməliyik. Bizim komandamız Azərbaycanı ləyaqətlə təmsil

edibdir, bayrağımızı qaldırıbdır, dövlət himnimizi səsləndiribdir. Bu, hər bir azərbaycanlı üçün böyük

mükafatdır.

Bir daha sizi ürəkdən təbrik edirəm. Sizə yeni uğurlar, yeni qələbələr arzulayıram. Sağ olun!

Sonra Azərbaycan idmanının inkişafındakı xidmətlərinə və XXVIII Yay Olimpiya Oyunlarında

göstərdikləri yüksək nailiyyətlərə görə Prezident Sərəncamı ilə təltif edilmiş idmançılara və onların məşqçilərinə

"Şöhrət" ordeni və "Tərəqqi" medalı, habelə pul mükafatları təqdim olundu.

Azərbaycan Prezidenti İlham Əliyev idmançılara və onların məşqçilərinə dövlət mükafatlarını təqdim etdi

və onlara uğurlar dilədi. Dövlətimizin başçısı Olimpiadada medal qazanmayan, lakin uğurla çıxış edən

idmançıların da mükafatlandırılması barədə Gənclər, İdman və Turizm Nazirliyinə və Milli Olimpiya

Komitəsinə müvafiq göstəriş verdi.

Prezident İlham Əliyev idmançıların xahişi ilə onlara avtoqraf verdi və olimpiya yığma komandasının

üzvləri ilə xatirə şəkli çəkdirdi.

Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev XXVIII Afina Yay Olimpiya Oyunlarında iştirak

etmiş idmançılarla və onların məşqçiləri ilə Prezident sarayının qarşısında da xatirə şəkli çəkdirdi.

06. 09. 2004

AzərTAc

71

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Paraolimpiya oyunları.

Paraolimpiya idmanının tarixindən

Sentyabrın 17-də Yunanıstanın paytaxtı Afinada XII Paraolimpiya oyunları başlanır.

"Paraolimpiya" iki sözün - "para", yəni "birlikdə" və "olimpik" sözlərinin birləşməsindən yaranmışdır.

Yalnız əlillərin iştirak etdikləri idman növlərinin meydana gəlməsini ingilis neyrocərrahı Lüdviq Quttmanın

adı ilə bağlayırlar. O, fiziki qüsurları olan insanlar barəsində çoxəsrlik stereotipləri aradan qaldıraraq, idmanı

onurğa beyni zədələnmiş insanların səhhətinin bərpası prosesinə daxil etmişdir. Doktor Quttman əməli surətdə

sübuta yetirmişdir ki, idman fiziki qüsurlara malik insanlara uğurlu həyat fəaliyyəti üçün şərait yaradır, psixi

tarazlığı bərpa edir, bu qüsurlara baxmayaraq, onlara tam dəyərli həyata qayıtmaq imkanı verir.

Lüdviq Quttman İkinci Dünya müharibəsi zamanı İngiltərənin Eylsberi şəhərindəki Stok-Mandevil

hospitalının bazasında onurğa zədələrinin müalicəsi üçün mərkəz açmışdır. Burada əlil arabalarında oturan

idmançılar üçün oxatma üzrə ilk yarışlar keçirilmişdir. İflic olmuş 16 kişi və qadından, keçmiş hərbi

qulluqçulardan ibarət qrup 1948-ci il iyulun 28-də idmanın bütün tarixi ərzində ilk dəfə olaraq əllərinə idman

aləti götürdülər.

1952-ci ildə Hollandiyanın keçmiş hərbi qulluqçuları bu hərəkata qoşularaq, dayaq-hərəkət aparatı

pozulmuş adamların Beynəlxalq İdman Federasiyasını yaratdılar.

1956-cı ildə Lüdviq Quttman idmançıların xartiyasını hazırladı, əlillər idmanının daha da inkişaf etməsi

üçün əsaslar formalaşdırdı.

1960-cı ildə Ümumdünya Hərbi Qulluqçular Federasiyasının himayəsi ilə beynəlxalq işçi qrup yaradıldı.

Elə həmin il Romada əlillərin ilk beynəlxalq yarışları keçirildi. Yarışlarda 23 ölkədən 400 əlil idmançı iştirak

etdi.

1964-cü ildə əlillərin Beynəlxalq İdman Təşkilatı yaradıldı və 16 ölkə bu təşkilata qoşuldu. 1964-cü ildə

Tokioda idmanın 7 növü üzrə keçirilən yarışlarda ilk dəfə olaraq rəsmi surətdə bayraq qaldırıldı, himn çalındı və

oyunların rəsmi emblemi elan edildi. Zəka, möhkəm bədən, yenilməz ruh rəmzi kimi qırmızı, göy və yaşıl

yarımkürələr dünya paraolimpiya hərəkatının qrafik rəmzi oldu.

1972-ci ildə Kanadanın Toronto şəhərində keçirilən yarışlarda 44 ölkədən gəlmiş mindən çox əlil mübarizə

aparmışdır. Yarışlarda yalnız əlil arabasında oturan idmançılar iştirak edirdilər. 1976-cı ildən isə onurğa zədələri

olan idmançılara digər zədələri olan idmançılar - gözdən əlil və ətrafları amputasiya edilmiş adamlar da

qoşulmağa başladılar.

Hər növbəti oyunlardan sonra iştirakçıların sayı artır, ölkələrin coğrafiyası genişlənir, proqrama yeni-yeni

idman növləri daxil edilirdi.

1988-ci ildə Seulda keçirilmiş beynəlxalq oyunlarda əlil idmançılara sağlam olimpiyaçıların mübarizə

apardıqları yay Oyunlarının idman qurğularında yarışmaq hüququ verildi. Məhz həmin vaxtdan yarışlar sağlam

olimpiyaçıların mübarizə apardıqları idman qurğularında keçirilməyə başlandı.

1982-ci ildə Paraolimpiya oyunlarının miqyasının genişlənməsinə təkan verən bir orqan - əlillərin

Ümumdünya İdman Təşkilatının Beynəlxalq Əlaqələndirmə Komitəsi yaradıldı. 1992-ci ildə təşkil edilən

Beynəlxalq Paraolimpiya Komitəsi onun hüquqi varisi oldu.

Azərbaycan əlillərin beynəlxalq idman təşkilatına 1992-ci ildə qoşulmuşdur. Ölkəmizin paraolimpiyaçıları

bu Oyunlarda 3-cü dəfə iştirak edirlər.

17. 09. 2004

AzərTAc

72

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Paraolimpiyaçılarımız 2004-cü ilin oyunlarına yola düşürlər

Sentyabrın 7-də Gənclər, İdman və Turizm Nazirliyində Yunanıstanın paytaxtı Afinada keçiriləcək 12-ci

Yay Paraolimpiya Oyunlarına vəsiqə almış idmançılarla görüş olmuşdur.

İdmançıları salamlayan nazir Əbülfəz Qarayev onlara Prezident İlham Əliyevin səmimi sözlərini çatdıraraq

dedi ki, dövlətimizin başçısı Olimpiadanın iştirakçısı olan hər bir paraolimpiyaçıya 15 milyon manat ayrılması

haqqında sərəncam vermişdir.

Nazir vurğuladı ki, idmançılarımızın Paraolimpiya oyunlarında iştirak etmək təcrübəsi vardır. Onlar

Sidneydə qızıl və gümüş medal qazanmışlar. Belə yarışlarda iştirak etmək idmançılarımızın şücaətindən, güclü

iradəsindən xəbər verir.

Sonra çıxış edən idmançılar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə

minnətdarlıqlarını bildirdilər, ölkəmizi layiqincə təmsil edəcəklərinə söz verdilər.

08. 09. 2004

AzərTAc

73

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Yunanıstanın Afina şəhərində keçirilən XII Yay Paraolimpiya Oyunlarında

əldə edilmiş nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının əlil idmançılarının və onların məşqçilərinin Yunanıstanın Afina şəhərində

keçirilən XII Yay Paraolimpiya Oyunlarında göstərdikləri yüksək nəticələrə görə mükafatlandırılması məqsədi

ilə qərara alıram:

1. XII Yay Paraolimpiya Oyunlarında yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının əlil

idmançıları və onların məşqçiləri üçün mükafatlar aşağıdakı qaydada müəyyən edilsin:

- Birinci yeri tutan hər bir idmançıya 250 milyon manat, onun məşqçisinə isə 125 milyon manat

məbləğində;

- İkinci yeri tutan idmançıya 125 milyon manat, onun məşqçisinə isə 60 milyon manat məbləğində;

- Üçüncü yeri tutan idmançıya 60 milyon manat, onun məşqçisinə isə 30 milyon manat məbləğində.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

Bakı şəhəri, 5 oktyabr 2004-cü il

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

74

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan Prezidenti İlham Əliyev Afinada keçirilmiş

XII Yay Paraolimpiya oyunlarının iştirakçılarının və

onların məşqçilərini qəbul etmişdir

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Prezident Sarayında Yunanıstanın paytaxtı Afinada

keçirilmiş XII Paraolimpiya oyunlarında iştirak etmiş idmançıları və onların məşqçilərini qəbul etmişdir.

Dövlətimizin başçısı İLHAM ƏLİYEV onları salamlayaraq dedi:

- Əziz dostlar!

Hörmətli idmançılar!

Mən sİzi ürəkdən salamlayıram və Afinada keçirilmiş Paraolimpiya Oyunlarında göstərdiyiniz yüksək

nəticələr münasibətilə ürəkdən təbrik edirəm.

Biz hamımız sizə azarkeşlik edirdik. Hamımız gözləyirdik ki, idmançılarımız, həmişə olduğu kimi, bu dəfə

də Azərbaycanın idman şöhrətini yüksək tutacaqlar, Azərbaycanı ləyaqətlə təmsil edəcəklər. Çox şadıq ki, məhz

belə də oldu. İki qızıl, bir gümüş, bir bürünc medalın qazanılması, həqiqətən də, böyük uğurdur, böyük

nəticədir. Nəzərə alsaq ki, birinci dəfə bizim paraolimpiyaçılarımız 1996-cı ildə iştirak edərkən medal qazana

bilməmişlər, 2000-ci ildə iki medal qazanmışlar. İndi isə dörd medalın qazanılması göstərir ki, bu sahədə böyük

irəliləyiş, böyük tərəqqi var.

Mən bu münasibətlə Milli Paraolimpiya Komitəsinin fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. Komitə

bu müddət ərzində çox səmərəli işləyib, idmançılara yaxşı şərait yaradıb, təlim-məşq toplanışlarının keçirilməsi,

ümumiyyətlə, idmançıların hazırlanması üçün çox böyük işlər görübdür. Bu işlərin nəticəsində belə gözəl nəticə

əldə edilibdir. Əlbəttə, idmançıların fədakarlığı, onların iradəsi qələbənin başlıca səbəbidir. Hamımız bilirik kİ,

fiziki cəhətdən qüsurlu insanların idmanla məşğul olması çox böyük iradə, əzmkarlıq tələb edir. Mən çox şadam

ki, görülən bütün bu işlər, göstərilən səylər öz gözəl nəticəsini vermişdir. İdmançıları xüsusilə qeyd etmək

istəyirəm. Onların məşqçilərini qeyd etmək istəyirəm ki, Azərbaycana belə böyük bir qələbə bəxş edilmişdir.

Bildiyiniz kimi, ümumiyyətlə, Azərbaycanda idman çox sürətlə inkişaf edir. İdmanın bütün növləri

Azərbaycanda geniş yayılır, təbliğ edilir. Azərbaycan idmançıları beynəlxalq yarışlarda çox gözəl nəticələr

göstərirlər. Qazanılmış medalların sayının ildən-ilə artması da, əldə edilmiş yüksək nəticələr də deməyə əsas

verir ki, Azərbaycanda idman çox inamla inkişaf edir və idmançılarımız doğma vətənimizi beynəlxalq yarışlarda

çox ləyaqətlə təmsil edirlər. Bu, hamımızı sevindirir. Çünki bildiyiniz kimi, müasir dövrdə, müasir dünyada

idman hər bir ölkənin ictimai-siyasi həyatında mühüm amilə çevrilibdir, o cümlədən Azərbaycanda da.

İdmançılarımızın uğurları bizim hamımızı sevindirir. Eyni zamanda, bu uğurlar ölkənin ümumi potensialını

göstərir. Əgər ölkədə işlər yaxşı gedirsə, deməli, idmanda da yaxşı gedir.

Bildiyiniz kimi, bizim ölkəmiz inkişaf edir, qarşıda duran bütün məsələlər, bütün vəzifələr yerinə yetirilir.

Ölkə iqtisadiyyatı da güclənir. Sosial məsələlər öz həllini daha sürətlə tapır. Bu meyllər gələcəkdə də davam

edəcəkdir. Azərbaycan ildən-ilə daha da qüdrətli, zəngin dövlətə çevriləcəkdir. Əlbəttə, bu ümumi inkişaf

Azərbaycanın bütün sahələrinə, o cümlədən idmana da öz təsirini göstərir.

İdmanda son illər ərzində qazanılmış uğurlar deməyə əsas verir ki, bizim əldə etdiyimiz mövqelər gələcəkdə

daha da möhkəmlənəcəkdir. Mən çox şadam ki, bizim idman cəmiyyətlərimiz, federasiyalar, idmana rəhbərlik

edən bütün qurumlar çox səmərəli işləyir. Mən onların fəaliyyətlərini çox yüksək qiymətləndirirəm.

Fürsətdən istifadə edib demək istəyirəm ki, avqust ayında Afinada keçirilmiş Olimpiya Oyunlarında da

idmançılarımız çox gözəl nəticə göstəriblər. Beş medalın qazanılması çox böyük hadisədi, uğurdur. Hər sahədə

bizdə uğur var. Keçən dövrə nisbətən hər sahədə nailiyyətlərimiz daha böyük, daha inamlıdır.

Mən çox sevinirəm ki, bayaq qeyd etdiyim kimi, paraolimpiyaçılarımız da yarışlara çox məsuliyyətlə

yanaşaraq çox yaxşı çıxış ediblər, layiq qələbə qazanıblar. Əminəm ki, bu qələbə onların, Azərbaycanın bütün

azarkeşlərinin xatirəsində uzun illər qalacaqdır. Əlbəttə, qazanılmış mövqedən yanaşdıqda, növbəti yarışlarda

bundan daha yüksək nəticələri göstərməlisiniz. Hər halda, biz bunu sizdən gözləyirik və əminik, belə də

olacaqdır.

Mən bir daha demək istəyirəm ki, fiziki cəhətdən qüsurlu insanlar idmanla məşğul olarkən, əlbəttə, böyük

çətinliklər çəkirlər. Bu, böyük fədakarlıq, böyük iradə tələb edir və sözün əsl mənasında qəhrəmanlıqdır.

Azərbaycan Respublikasının Prezidenti kimi, Milli Olimpiya Komitəsinin prezidenti kimi, mən də sizə öz

minnətdarlığımı, təşəkkürümü bildirirəm. Ümid edirəm ki, gələcəkdə də biz hamımız vahid bir ailə kimi, vahid

komanda kimi Azərbaycanın idman şöhrətini daha da yüksəklərə qaldıracağıq. Bu gözəl qələbə münasibətilə

sizi bir daha təbrik edirəm.

75

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Mən mükafatlandırma ilə əlaqədar müvafiq qərar qəbul etmişəm, bunu bir qədər sonra elan edəcəyik.

Amma indi istərdim, oyunların yekunları barədə Milli Paraolimpiya Komitəsinin prezidenti İlqar Rəhimov

məlumat versin.

Buyurun.

“Xalq qəzeti”, 7 oktyabr 2004-cü il

76

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Sumqayıtda paraolimpiya kompleksinin bünövrəsi qoyulmuşdur

Sumqayıtın 47-ci məhəlləsində paraolimpiya kompleksinin bünövrəsi qoyulmuşdur.

Sumqayıt idmançılarının son illər qazandıqları uğurlar hamını sevindirir. Ölkəmizi Afina Olimpiadasında

təmsil edən yığma komandada 6 sumqayıtlı təmsil olunmuş, boksçu Fuad Aslanov ölkəyə bürünc medal

gətirmişdir. Paraolimpiya oyunlarının iştirakçısı olan İlham Zəkiyev isə cüdo üzrə yarışlarda qızıl medala layiq

görülmüşdür.

Təkcə keçən il müxtəlif dünya və Avropa çempionatlarında 150-dən çox medal qazanan Sumqayıt

idmançılarının uğuru yüksək qiymətləndirilmişdir. Azərbaycan Prezidentinin göstərişi ilə Sumqayıtda

paraolimpiya kompleksinin inşasına başlanmış, bununla yanaşı, Olimpiya kompleksinin tikintisi də nəzərdə

tutulmuşdur.

17. 01. 2006

AzərTAc

77

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Pekin-2008

Milli Olimpiya Komitəsində federasiyaların

Pekin-2008 Olimpiya Oyunlarına hazırlıq müzakirə olundu

Martın 28-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında federasiyaların qarşıdakı XXIX Yay

Olimpiya Oyunlarına hazırlığı ilə bağlı iclas keçirildi. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz

Hüseynzadənin rəhbərliyi ilə keçən iclasda qurumun vitse-prezidenti Xəzər İsayev, Gənclər və İdman

Nazirliyinin İdman şöbəsinin müdiri Mirkamil Rəhimov, federasiya rəsmiləri və yığma komandaların

məşqçiləri iştirak edirdilər. Tədbirdə idman müxətəssislərinin Pekin-2008-ə lisenziya qazanmaq şansı olan

idmançılar, onların hazırlığı, müxtəlif növlər üzrə lisenziya yarışları və s. ilə bağlı fikirləri dinlənildi.

İclası giriş sözü ilə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə açdı:

- Bildiyiniz kimi, qarşıdakı XXIX Yay Olimpiya Oyunlarına iki il qalıb. Biz yığma komandaların

olimpiadaya hazırlığının gedişi haqqında Milli Olimpiya Komitəsində məlumatların toplanmasına çalışırıq.

Nəzərinizə çatdırım ki, üç gün-dən sonra Seulda Milli Olimpiya Komitələri Assosiasiyası Baş Assambleyasının

iclası olacaq. İclasda Pekin Olimpiadası ilə əlaqədar bir çox məsələlərin müzakirəsi və həlli gözlənilir. Tədbirdə

təşkilatçılıq məsələləri və Olimpiya oyunlarına lisenziya qazanılması qaydaları təsdiq olunacaq, müxtəlif

proqramlar bir daha dəqiqləşdiriləcək, əsasən, üçtərəfli komissiyada "white cardın qazanılması yolları

müəyyənləşdiriləcək. Eyni zamanda, burada beynəlxalq təqaüdlərin təsdiqi məsələsi də öz həllini tapacaq. Qeyd

edim ki, təqaüdlərin alınmasına 130 ölkənin 3000 idmançısı namizəd kimi irəli sürülüb. Siyahıda ölkəmizin 20-

dək idmançısının da adı var. Lakin bu lisenziyaların miqdarı məhduddur, əgər idmançılarımızın 1/3 hissəsinə

təqaüdlər verilsə, bu, böyük nəticə olar. Heç şübhəsiz, Milli Olimpiya Komitəsi daha çox təmsilçimizə

təqaüdlərin verilməsi üçün mübarizə aparacaq. Digər tərəfdən, biz təsdiq et-məliyik ki, bu idmançılar Olimpiya

oyun-larında iştirak edəcəklər və onlar medallara namizəddirlər. Bütün bu məsələləri nəzərə alaraq, Milli

Olimpiya Komitəsi federasiya rəsmiləri və yığma komandaların məşqçiləri ilə iclas keçirməyi qərara aldı.

Olimpiya oyunlarına hazırlıq barədə sizin fikirlərinizi öyrənmək çox vacibdir. Əlbəttə, biz öz idmançılarımızın

imkanlarına yaxşı bələdik və kimlərin olimpiadada ölkəmizi layiqincə təmsil edəcəyini bilirik. Bizi

maraqlandıran məsələlərdən biri də Afina Olimpiadasından keçən iki il ərzində ölkəmizdə yeni idmançıların və

yığma komandalarda yeni adların olub-olmamasıdır. Maraqlıdır, biz Olimpiya oyunlarına yenə də keçmiş

heyətlə gedəcəyik Əgər Sidney, Afina və qarşıdakı Pekin Olimpiadasında medallar uğrunda mübarizə aparan

namizəd idmançıların adlarını nəzərdən keçirsək, yığmaların heyətlə-rində eyni adların olduğunu görəcəyik.

Ona görə də bu məsələlərə ciddi fikir vermək istəyirik. Əlavə edim ki, Pekin Olimpiadası komandamız üçün çox

ağır və çətin keçəcək. Çünki ölkəmiz Afina-da 5 medal qazanıb və Pekində az sayda medal əldə olunarsa, bu,

müqayisədə uğursuzluq kimi dəyərləndirilə bilər. Məlumdur ki, Azərbaycanda idmanın və Olimpiya

Hərəkatının sürətli inkişafı 1997-ci ilə təsadüf edir. Cənab İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinə

prezident seçilən-dən sonra bu sahədə sürətli inkişaf başladı. Hazırda bu inkişaf özünün ən yüksək nöqtəsinə

çatmaqdadır. O zaman qarşıya qoyulan məqsədlər, demək olar ki, həll olunub. Azərbaycanın hər bir rayonunda

idman qurğularının yaradılması, ümumiyyətlə, idmanın maddi-texniki bazasının gücləndirilməsi sahəsində

məqsədlərimizə çatmışıq. Yəqin ki, 1-2 ildən sonra ölkəmizdə idman kompleksi olmayan bölgə tapılmayacaq.

Həmçinin idmançıların maddi və məişət vəziyyətlərinin yaxşılaşdırılması sahəsində də tədbirlər həyata keçirilib.

Bizim ən güclü idmançı və məşqçiləri-mizin maddi vəziyyətləri əvvəlki illərlə müqayisədə xeyli yüksəkdir.

Qeyd et-məliyəm ki, Pekin Olimpiadası elə bir dövrə təsadüf edəcək ki, həmin il oyunlardan dərhal sonra

ölkəmizdə prezident seçkiləri keçiriləcək. Biz seçki ərəfəsində Milli Olimpiya Komitəsinə və ölkəmizin

prezidentinə, necə deyərlər, hədiyyə etməliyik. Bu hədiyyə isə komandamızın Pekin Olimpiadasındakı gözəl

çıxışı olmalıdır. Ona görə də qarşıda çox məsuliyyətli yarışlar olacaq. Əvvəlki uğurlarımızı nəzərə alaraq, irəli

getmək üçün daha yaxşı çıxış etməliyik. Biz komandaların Pekin-2008-ə hazırlığını öyrənmək üçün

federasiyalara məktublar göndərmişdik. Federasiyaların əksəriyyəti hazırlıq prosesi barədə bizə məlumatlar

veriblər. Biz istəyirik ki, bu gün, əsasən, olimpiadada iştirak edəcək federasiyaların nümayəndələri və

məşqçiləri qısa şəkildə hazırlığın vəziyyəti, eləcə də proqnozlar barədə məlumat versinlər. Milli Olimpiya

Komitəsi və Gənclər və İdman Nazirliyi bununla əlaqədar proqram tərtib edəcək və bu komandaların hazırlığını

nəzarətdə saxlayacaq. Həmçinin lisenziya qazana bilməyən federasiyaların da nümayəndələrini dinləmək

istərdik. Bu federasiyalarda vəziyyətin necə olduğunu və onların Olimpiya Hərəkatına nə vaxt qoşulacaqlarını

bilmək maraqlı olardı.

Sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev çıxış etdi:

78

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

- İdmançılarımızın olimpiadaya hazırlığının bu il də lazımi səviyyədə aparılması və əvvəlki illərdə olduğu

kimi, bayrağımızın yenə də yüksəklərdə dalğalanması olduqca vacibdir. Bir məqamı vurğulayım ki, Pekin-2008

digər olimpiadalara bənzəməyəcək və orada mükafatlar uğrunda mübarizə çətin keçəcək. Qarşıya qoyulan

məqsədlərin öhdəsindən gəlmək və yeni nailiyyətlərə imza atmaq üçün imkanlarımızı səfərbər etməliyik. Milli

Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyinin yığmaların hazırlığı ilə əlaqədar müəyyən təklifləri də

olacaq. İdmançılarımızın hazırlığı üçün əvvəlcədən hərtərəfli şərait yaradılacaq. Etiraf etməliyik ki, indiyədək

Olimpiya oyunlarına hazırlıqsız idmançılarımız da gediblər. Ona görə də perspektivli idmançıların indidən üzə

çıxarılmasına ehtiyac duyulur.

Olimpiadaya hazırlığın vəziyyəti ilə bağlı ilk söz Güllə Atıcılığı Federasiyasının vitse-prezidenti Yavuz

Eminbəyliyə verildi. O, qarşıdakı Dünya kubokunun 4 mərhələsində pnevmatik və kiçikçaplı tapançalardan atəş

açmada ümumilikdə 8, eləcə də dünya çempionatında hər iki növ üzrə 8 lisenziyanın veriləcəyini bildirdi.

Y. Eminbəyli təkcə bu il İradənin 17 şansının olduğunu qeyd edərək, bu yaxınlarda Moskvada keçirilən

gənclərin Avropa çempionatında gümüş medal qazanan Nigar Bağırovanın da nəticələrinin artdığını, onun

təcrübə yığdığını və psixoloji hazırlığının lazımi səviyyədə olduğunu dedi. Vitse-prezident İradə və Nigarın çox

güclü potensiala malik olduqlarını və güllə atıcılığı üzrə Pekin-2008-ə ən azı 2 lisenziyanın qazanılacağını

vurğuladı. Y. Eminbeyli daha 3-4 perspektivli güllə atıcısının inkişaf etməsindən, lakin onların təlim-məşq

toplanışlarında iştirakı üçün lazımi şəraitin yaradılmayası, həmçinin hazırlıq zamanı silah problemlərinin üzə

çıxmasından da danışdı. "Neftçi" İSM və ADBTİA-da yerləşən tirlərin kiçik olduğunu deyən Y. Eminbəyli

böyük sahəyə malik MOİK və "Dinamo" tirlərində lazımi avadanlıqların yoxluğunu, MOİK-də məşq edən

Şükürağa Eyvazovun mötəbər yarışlarda iştirak etmək gücündə olduğunu və onun diqqətdə saxlanılmasının

vacibliyini tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Güləş Federasiyasının I vitse-prezidenti Cavanşir Qurbanov öz çıxışında yerlərdə işin zəif getməsi,

rayonlarda məşqçi və idmançılar, ha-kimlər üçün lazımi şəraitin yaradıl-maması və s. ilə bağlı məsələlərə

toxundu. O, sərbəst güləş növündə artıq həyəcan təbilinin çalındığını və yığmanın yenicə başa çatmış Belarus

turnirin-dən də əliboş döndüyünü bildirdi. C. Qurbanov Olimpiya çempionu Namiq Abdullayevin çəkisində

paralel olaraq gənclərin də sınaqdan keçirildiyini, lakin onların çox zəif təsir bağışladıqlarını, yığmada legioner

pəhləvanlara ehtiyacın yarandığını dedi. "İyun ayında Bakıda "Qolden Qranpri" yarışları təşkil olunacaq. Yarışa

6 ölkədə keçirilən turnirlərdə 1-4-cü yerləri tutan pəhləvanlarla yanaşı, bir neçə çəki dərəcəsində ölkəmizin

güləşçiləri də qatılacaqlar. 2006-cı ildə paytaxtımızda keçiriləcək dünya çempionatında 1-10-cu yerləri tutan

idmançılar Olimpiya oyunlarına lisenziya qazanacaqlar. Bu mübarizədə qadın güləşçilərimiz də iştirak

edəcəklər. Yunan-roma növündə Avropa çempionu Vitali Rəhimov hazırda yaxşı formadadır. Yenidən zədə alan

Olimpiya çempionu Fərid Mansurovu bu il keçiriləcək dünya çempionatına hazırlayırıq. Fikrimizcə, Pekin

Olimpiadasına 8 lisenziya qazanmaq mümkün olacaq", - deyə o bildirdi.

Çingiz Hüseynzadə dünya çempionatı Bakıda keçiriləcəyi halda 8 lisenziyanın az olduğunu, Mirkamil

Rəhimov isə, ümumiyyətlə, güləşə aid kompleks tədbirlər planının hazırlanmasının vacibliyini bildirdi.

Ağır Atletika Federasiyasının baş katibi İsmayıl İsmayılov yığmanın təblim-məşqlərə qatılması və 2 heyətin

tərkibində 15 ağırlıqqaldıranın iştirak etməsi barədə məlumat verdi. Azərbaycan çempionatından sonra yığmaya

layiqli idmançıların seçilməsindən söz açan İ. İsmayılov Pekin-2008-ə 3 lisenziyanın nəzərdə tutulduğundan,

bunun Dominikan və Tailandda keçiriləcək dünya çempionatlarında qazanılacaq nəticələrdən asılı olacağından

danışdı.

Nizami Paşayev, Turan Mirzəyev və digər ağırlıqqaldıranların hazırlıq səviyyələrinin əvvəlki illərlə

müqayisədə yüksəldiyini deyən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yığma üçün 3 lisenziyanın

nəzərdə tutulması fikrinə narazılığını gizlətmədi.

Taekvondo Federasiyasını vitse-prezidenti Füzuli Musayev bu idman növündə kütləviliyin artdığını,

rayonlarda taekvondo bölmələrinin təmənnasız xidmət göstərdiyini, qurumun prezidenti Kəmaləddin

Heydərovun onlara hərtərəfli şərait yaratdığını dilə gətirdi. O, daha sonra bildirdi: "Yığma komandanın 17 üzvü

hazırda Qubada təlim-məşq toplanışı çərçivəsində fiziki hazırlıq keçir və onlar iki aydan sonra Avropa

çempionatına yollanacaqlar. Nəzərinizə çatdırım ki, taekvondoda lisenziya qazanmaq çox çətindir. Belə ki,

bunun üçün 2 yarış Avropa və Dünya Olimpiya Təsnifat Turnirləri keçirilir ki, orada da 1-3-cü yerləri tutanlar

olimpiadaya yollanmaq imkanı qazanırlar. Turnirlər gələn ildən başlayacaq, Avropa turnirinin Türkiyə və ya

Almaniya, dünya turnirinin isə Koreya və ya Tailandda olacağı gözlənilir. Yarışlarda qızlar və oğlanlar hərəyə 2

lisenziya qazana bilərlər. Kişilərdən Nizaməddin Paşayev, Rəşad Əhmədov, Fəqan Umudov, Elnur Amanov və

Zahid Məmmədov arasında seçim apara-cağıq. Qarşıdakı Avropa çempionatında onların səviyyələrini bir daha

nəzərdən keçirəcəyik. Lakin onlardan Niyaməddin və Rəşad nəticə verə biləcək idmançılarımızdır.

Taekvondoçu qızlarla bağlı müəyyən problemlərimiz olsa da, fikrimcə, Şəhrun Yusifova ümidverici

taekvondoçudur və o da Pekinə lisenziya qazanmağa əsas namizəddir. Bundan başqa, Fatma Əhmədova, Arzu

Bağırova və Yelena Abbasovanın da perspektivi var. Federasiyanın prezidenti K. Heydərov konkret olaraq,

79

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

qarşıya 4 lisenziyanın qazanılması tapşırığını qoyub. Həmçinin 4 hakimimiz arasında Koreya əsilli bir hakimin

Pekin-2008-də çıxış etmək şansı da var. Bizim həkimlərlə və idmançıların vitamin bərpası ilə bağlı heç bir

problemimiz yoxdur. Sonda onu qeyd edim ki, taekvondo idman kompleksi hər bir yığmanın məşq keçməsi

üçün təmənnasız xidmət göstərməyə hazırdır".

Ç. Hüseynzadə beynəlxalq təqaüdlər almağa namizədlər arasında taekvondoçuların çoxluq təşkil etdiyini və

siyahıda Ş. Yusifovanın da olduğunu bildirdi.

Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədov əvvəllər beynəlxalq arenalarda böyük

uğurlara imza atmış yığmanın dağıldığını qeyd edərək, Yelena Jemayevanın Rusiyada məşqlərə başladığını və

onun lisenziya qazanmaqda probleminin olmayacağını dedi. O, 2007-ci ilin fevralında başlayacaq lisenziya

turnirlərinin 2008-ci ilin aprelin 1-dək davam edəcəyini və Pekinə yollanmaq üçün Dünya kubokunun 6

mərhələsi, 4 "Qranpir" yarışı, dünya və Avropa çempionatlarının lisenziya hüququ verəcəyini vurğuladı.

Y. Məmmədov həmçinin qeyd etdi ki, Londonda keçirilən hakimlik seminarın-da iştirak edən Fikrət Vəliyevin

Beynəlxalq Qılıncoynatma Federasiyasından yarışlarda iştirakının təmin olunmasını xahiş edib.

Gimnastika Federasiyasının baş meneceri Fərid Qayıbov gələn il Yunanıstanda keçiriləcək bədii gimnastika

üzrə dünya çempionatının fərdi yarışlarında komanda hesabında 1-5-ci yeri tutan ölkələrə lisenziya veriləcəyini

dedi. Onun sözlərinə görə, qrup hərəkətləri üzrə lisenziyalar 1-12-ci yerləri tutan komandalara veriləcək. Yığma

komandamızın baş məşqçisi Valentina Ukleina fərdi yarışlarda 2 lisenziyaya yiyələnməyin mümkünlüyünü

bildirsə də, qrup hərəkətlərində bunun çətin olacağını vurğuladı.

Cüdo yığmasının baş məşqçisi Ağayar Axundzadə gələn il Braziliyada keçiriləcək dünya çempionatında 1-

5-ci yerləri tutanların, Avropa çempionatının qaliblərinin və müxtəlif turnirlərdə ən yüksək xallar qazanan 9

cüdoçunun Pekin-2008-ə qatılacaqlarını diqqətə çatdırdı. Baş məşqçi yığmada daha çox gənclərin yer alması,

qızların hazırlığının zəif olması, bugünədək cüdo üzrə bazanın inşa edilməyəsi və hakimlərdən Zair Məmmədov

və Valeh Məhərrəmovun Pekin-2008-ə yollanmaq şansları ilə bağlı məsələlərə toxundu.

A. Axundzadənin cüdo yığmasının Pekin-2008-ə 3 lisenziya qazanmaq şansının olması fikrinə narazılığını

bildirən Ç. Hüseynzadə Milli Olimpiya Komitəsinin ən çox diqqət yetirdiyi komandalardan birinin də məhz

cüdo yığması olduğunu dedi.

Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə Çində ölkəmizin 5 atletlə təmsil olunacağını bildirdi.

Üzgüçülük yığmasının baş məşqçisi Vaqif Nəsibov beynəlxalq federasiyanın bu ilin sonunda yeni

normativlər müəyyən edəcəyini deyərək, Pekində iştirak üçün idmançılarımızın 2007-ci ildə Melburnda olacaq

XII dünya çempionatına qatılmalarının vacibliyini qeyd etdi. Ç. Hüseynzadənin komandaya legionerlərin cəlb

edilməsi ilə bağlı sualına cavab verən baş məşqçi Roman Axatovu yığmaya gətirmək planlarının olmasından

danışdı.

Suyatullanma yığmasının baş məşqçisi Bəxtiyar Ağaxanov 15 yaşlı Orxan Əhmədovun bu yaxınlarda

Rusiyanın Elektrostal şəhərində keçirilən "Qranpir" turnirində 23 iştirakçı arasında 3 metr hündürlükdən

tullanmada 19-cu yeri tutması barədə məlumat verdi. O, bu idmançının 10 metr hündürlükdən tullanma üzrə

hazırlanacağını və perspektivi olan bu idmançının lisenziya qazanması üçün çalışacaqlarını bildirdi.

Otüstü Xokkey Federasiyası mətbuat xidmətinin rəhbəri Yaqub Nuriyev qızlardan ibarət yığmanın Pekin-

2008-ə lisenziya qazan-maq şansının olduğunu bildirdi. O, yığmanın 2007-ci ildə keçiriləcək lisenziya xarakterli

Avropa çempionatına vəsiqə qazandığını, yarışda 1-3-cü yerlərin Pekinə getmək imkanı verəcəyini qeyd edərək,

Almaniya, Hollandiya və Şotlandiya kimi komandalarla mübarizədə yığmamızın şansının az olduğunu dedi.

Y. Nuriyev bundan əlavə, 2008-ci ildə 18 yığmanın hərəsində 6 komanda olmaqla 3 lisenziya turnirində çıxış

edəcəyini və burada lisenziya uğrunda yığma komandamızın da yarışacağını vurğuladı. Qeyd edək ki, lisenziya

turnirlərindən birinin Bakıda keçirilməsi ehtimalı da var.

Voleybol Federasiyasının baş katibi Elşən İsmayılov voleybolçu qızların uğurlarını sadalayaraq, dünya

reytinqində Azərbaycan yığmasının 96 ölkə arasında 19-cu olduğunu, bunun isə komandaya bütün lisenziya

turnirlərinə qatılmaq imkanı verdiyini diqqətə çatdırdı. Lakin o, yığmanın dünya çempionatı və "Qranpir"

yarışlarına hazırlığının bu ayadək müəyyənləşmədiyini, komandanın heyətində gəncləşmə prosesinin

aparıldığını dilə gətirdi. Yığmanın Pekin-2008-ə vəsiqə qazanmaq şansının olmasından danışan E. İsmayılov

qitə çempionatında 1-8-ci yerləri tutacaq yığmaların Avropa lisenziya turnirlərinə qatılacağını, bu turnirlərdə 1-

ci olan komandanın isə Pekin-2008-ə lisenziya əl-də edəcəyini, həmçinin daha 2-3 dünya miqyaslı lisenziya

təmirlərinin keçiriləcəyi barədə məlumat verdi. O, Olimpiya oyunlarında böyük marağa səbəb olan çimərlik

voleybolunun inkişaf etdirilməsi, bunun üçün ölkəmizdə bazanın tikilməsi məsələlərindən də söhbət açdı.

Böyük Tennis Federasiyasının baş katibi İlham Quliyev ölkəmizdə bu nov üzrə maddi-texniki

bazanın yaradılacağı halda yüksək nəticələrin də olacağını bildirdi. O, ölkəmizin dünya reytinqində 1300-

cü yerdən 1076-cı pilləyə yüksəldiyini və Olimpiya oyunlarına lisenziya qazanmaq üçün, ən azı, 500-cü yerə

çıxmağın vacibliyini dedi. İ. Quliyev təmsilçimiz Elina Həsənovanın Rusiya və Gürcüstanda təşkil edilən

turnirlərə qatıldığını və onun Seulda keçiriləcək dünya çempionatına yollanacağını qeyd etdi, zərif cinsin

80

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

nümayəndələrinin şanslarının yük-sək olduğunu diqqətə çatdırdı. Baş katib ölkəmizə əcnəbi məşqçilərin dəvət

edilməməsini də kompleksin olmaması ilə əlaqələndirdi.

Stolüstü tennis yığmasının baş məşqçisi Aleksandr Zudov şansların azlığından söhbət açaraq, son 50

ildə keçirilən ən mötəbər turnirlərdə Çin tennisçilərinin hegemonluq etdiyini xüsusilə vurğuladı.

Yelkən İdmanı Federasiyasının vitse-prezidenti Cahangir İbrahimov yığmada yer alan 4 nəfərin bu il

martın 10-24-də Sevastopolda ukraynalı həmkarları ilə birlikdə məşq keçdiyini qeyd edərək, onların

qarşıdakı yarışlarının iyun ayında İtaliyanın Neapol şəhərində təşkil ediləcək Avropa çempionatı

olduğunu dedi. O, lisenziya turnirlərinin 2007-ci ildə başladığını deyərək, idmançılarımızın şanslarının az

olduğunu diqqətə çatdırdı.

Velosiped üzrə yığmanın baş məşqçisi Vitali Qladçenko lisenziya qazanmaq üçün yeganə namizədin

Məhəmməd Ələkbərov olduğunu bildirərək, onun 23 yaşlıların reytinq cədvəlində 12-ci yeri tutduğunu

vurğuladı. 21 yaşlı bu velosipedçinin yaxşı perspektivi olduğunu deyən baş məşqçi qeyd etdi ki, onun real

lisenziyaya sahib çıxmaq şansı var. Qladçenko onu da vurğuladı ki, beynəlxalq aləmdə rekordların əksəriyyəti

21-25 yaş dövrünə təsadüf edir. Lakin bunun üçün təmsilçimizə təlim-məşqlər keçmək üçün şərait

yaradılmalıdır.

Həndbol üzrə qadınlardan ibarət yığma komandanın məşqçisi Rəfiqə Şabanova həndbolçuların

şansının olduqca az olmasından danışaraq, vəsiqə üçün dünya və Avropa çempionatlarında yüksək

yerlərə çıxmağın vacibliyini dedi.

Basketbol Federasiyasının mətbuat xidmətinin rəhbəri Çingiz Vahabov bildirdi ki, Pekin-2008-ə lisenziya

qazanmaq üçün yığmamız Avropa çempionatında 1-5-ci yerlər-dən birinə sahib çıxmalıdır və bu nəticəni əldə

etmək hələlik çətindir.

Badminton Federasiyasının baş katibi Aydın Məmmədov bu növdə vəziyyətin ürək açan olmadığını və

badmintonçularımızın hələ uzun illər Olimpiya oyunlarından kənar-da qalacaqlarını açıqladı.

Atçılıq Federasiyasının baş katibi Yusif Babayev bu idman növündə yalnız Camal Rəhimovun şansının

olmasından danışaraq bildirdi ki, o, lisenziya qazanmaq üçün Asiya zonasında - Daşkənd, Almatı və Bişkekdə

keçiriləcək turnirlərdə 150 sm-lik maneəni dəf etməli və 8 cərimə xalını keçməməlidir. Bundan başqa, vəsait

imkan versə, təmsilçimiz Dünya kubokunun mərhələlərində və Las-Veqasda keçiriləcək final mərhələsinə

qatılacaq. 0, lisenziyaya nail olmaq üçün burada 40 ölkənin idmançıları sırasına düşməlidir. Y. Babayev Pekin -

2008-ə lisenziya qazanılacağı halda, Camalın uğur qazanması üçün ikinci ata ehtiyacın olacağını bildirdi.

AFFA-nın Hakimlər Komitəsinin sədri Əli Hüseynov futbol üzrə Olimpiya yığmasının gələcəkdə

olimpiadaya qatılmaq uğrunda mübarizə aparacağını dedi.

Sonda Respublika İdman Tibb Mərkəzinin direktoru Nazim Məcidova söz verildi. Ö, indiyədək olan

səhvlərin bundan sonra təkrarlanmayacağını bildirərək, Gənclər və İdman Nazirliyinin mərkəz üçün kifayət

qədər vəsait ayırdığını, yaxınlarda yeni avadanlıqların alınacağını, mərkəzdə kifayət qədər səriştəli həkimlərin

çalışdığını və onların bütün idmançıların xidmətində hazır olduqlarını qeyd etdi. Mərkəzin direktoru həmçinin

federasiyaların mərkəzə kömək etməsi və onlarla həmişə sıx əlaqə qurması, bu işdə Taekvondo Federasiyasının

fərqlənməsi barədə də danışdı.

İclasın yekununda çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə

lisenziya qazanmaq imkanlarının çətin olmasına baxmayaraq, bu sahədə böyük ümidlərin olduğunu dedi.

Tədbir iştirakçılarına öz təşəkkürünü bildirən Ç. Hüseynzadə Pekin Olimpiadasınadək idmançılarımızın

hazırlığı ilə bağlı daha bir neçə görüşün keçiriləcəyini də vurğuladı.

Ramin CƏLİLOV

Lətif ASLANOV

“Olimpiya dünyası”, 1-3 aprel 2006-cı il

81

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Pekin-2008-də 302 dəst medal uğrunda gərgin mübarizə gedəcək

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) mətbuat xidmətinin verdiyi xəbərə görə, 2008-ci ildə Pekində

təşkil olunacaq XXIX Yay Olimpiya Oyunlarında atletlər 28 idman növü üzrə 302 dəst medal uğrunda mübarizə

aparacaqlar. Bundan başqa, olimpiadanın proqramına qadınlar arasında atletika üzrə 3000 metr məsafəyə qaçış,

kişilər arasında rapira üzrə komanda yarışları, kişilər və qadınlar arasında üstüaçıq hovuzda 10 km məsafəyə

üzmə növləri də salınıb.

“Olimpiya dünyası”, 2-5 may 2006-cı il

82

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

XXIX Yay Olimpiya Oyunlarına hazırlıq haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

XXIX Yay Olimpiya Oyunları 2008-ci ildə Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində

keçiriləcəkdir. Olimpiya Oyunları dünyanın bütün dövlətlərinin diqqət mərkəzində olan ən möhtəşəm və

mühüm idman tədbiridir. Müasir dövrdə hər bir dövlətin Olimpiya Hərəkatındakı iştirakı, onu təmsil edən

idmançıların Olimpiya Oyunlarında göstərdikləri nəticələr ölkənin təkcə idman sahəsindəki potensialını deyil,

həm də ümumi inkişaf səviyyəsini nümayiş etdirir, beynəlxalq nüfuzuna təsir göstərir. Milyonlarla insanı bir

araya gətirən Olimpiya Oyunları xalqlar arasında dostluğu, qarşılıqlı anlaşmanı, sülhü möhkəmləndirən güclü

vasitədir. Olimpiya Hərəkatının böyük əhəmiyyətini qəbul edən dünya ölkələri ildən-ilə bu hərəkata daha fəal

qoşulurlar. Əgər 1896-cı ildə I Olimpiya Oyunlarında cəmi 14 ölkə iştirak edirdisə, 2004-cü il oyunlarına 202

ölkə qatılmışdır. Növbəti Pekin olimpiadasında isə iştirakçı ölkələrin sayının daha da artacağı gözlənilir.

Azərbaycan idmançıları Olimpiya Oyunlarında 1952-ci ildən 1992-ci ilədək SSRİ-nin, 1992-ci ildə isə

Müstəqil Dövlətlər Birliyinin yığma komandasının tərkibində çıxış etməli olmuşlar. Bu dövr ərzində

idmançılarımız on olimpiadada iştirak etmiş, 14 qızıl, 11 gümüş və 8 bürünc medala layiq görülmüşlər.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə ölkənin Olimpiya Hərəkatında iştirakının yeni dövrü

başlanmışdır. 1992-ci ildə yaradılmış Azərbaycan Milli Olimpiya Komitəsi 1993-cü ildə Beynəlxalq Olimpiya

Komitəsi tərəfindən tanınmış və Azərbaycan müstəqil dövlət kimi ilk dəfə 1996-cı ildə Atlanta Olimpiya

Oyunlarında təmsil olunmuşdur. Həmin dövrdən idmançılarımız Azərbaycan bayrağı altında üç Qış və üç Yay

Olimpiya Oyunlarında iştirak etmişlər.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda idmanın tərəqqisinə və ölkəmizin Olimpiya

Hərəkatında iştirakına həmişə xüsusi əhəmiyyət vermişdir. Onun böyük diqqət və qayğısı, tövsiyə və göstərişləri

sayəsində Azərbaycan Beynəlxalq Olimpiya Hərəkatına fəal qoşulmuş, ölkədə idman ahəngdar inkişaf etmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Sidney Olimpiya Oyunlarına hazırlıq haqqında” 20 fevral 1998-ci il və

“Afina Olimpiya Oyunlarına hazırlıq haqqında” 5 iyun 2003-cü il tarixli sərəncamları Milli Olimpiya

Komitəsinin daha məqsədyönlü iş aparması üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan Respublikası

Prezidentinin 26 avqust 2000-ci il tarixli Sərəncamı ilə idmançılarımızı və onların məşqçilərini Olimpiya

Oyunlarında yüksək nəticələrə həvəsləndirmək məqsədi ilə mükafatların təyin edilməsi isə atletlərimizin

yarışlara daha yaxşı hazırlaşmasına yeni stimul vermiş, nəticələrin olimpiadadan olimpiadaya yaxşılaşmasına

gətirib çıxarmışdır. Əgər 1996-cı ildə 197 ölkənin iştirak etdiyi Atlanta Oyunlarında Azərbaycan bir gümüş

medalla 61-ci yeri tutmuşdursa, 2000-ci ildə XXVII Yay Olimpiya Oyunlarında idmançılarımız iki qızıl və bir

bürünc medal qazanaraq, 199 ölkənin qatıldığı bu oyunlarda ölkəmiz üçün 34-cü yeri, Avropa ölkələri arasında

isə 23-cü yeri təmin etmişlər. 2004-cü ildə Afinada idmançılarımız 1 qızıl, 4 bürünc medalla təltif edilmişlər ki,

bu da Azərbaycan idmanının sürətlə irəli getdiyini bir daha nümayiş etdirir.

Ölkədə Olimpiya Hərəkatı və idmanın inkişafı gündən-günə geniş vüsət alır. Son onillik beynəlxalq

idman qurumları ilə əlaqələrin qurulması, Milli Olimpiya Komitəsinin dünya miqyasında nüfuzunun artması,

beynəlxalq yarışların respublikamızda keçirilməsi, idmanın maddi-texniki bazasının yaradılması sahəsində

görülən böyük işlərlə əlamətdardır. 2000-ci ildən başlayaraq Bakıda, paytaxtın Maştağa qəsəbəsində,

Naxçıvanda, Gəncədə, Şəkidə, Bərdədə, Lənkəranda, Qubada, Şamaxıda, Zaqatalada müasir tipli idman

kompleksləri tikilib istifadəyə verilmişdir. İndi respublikamızın, demək olar ki, bütün rayonlarında belə

komplekslərin tikintisi davam edir. Ötən dövrdə bir sıra idman növləri üzrə ixtisaslaşdırılmış idman qurğuları

inşa olunmuşdur. Stend Atıcılığı Mərkəzi, Taekvondo Sarayı, Yaxt-klub, Otüstü Xokkey Mərkəzi, ABU-Arena

Həndbol kompleksi, Naxçıvan Üzgüçülük Mərkəzi belə idman obyektlərindəndir.

Yeni müasir idman qurğularının tikilib istifadəyə verilməsi, eləcə də həyata keçirilmiş irimiqyaslı işlər

nəticəsində Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir. Hazırda Azərbaycan təkcə

müəyyən kateqoriyalı beynəlxalq yarışların deyil, eyni zamanda qitə və dünya çempionatlarının keçirildiyi

dövlətdir. Beynəlxalq yarışların regionlarda təşkili sahəsində də böyük nailiyyətlər qazanılmışdır.

2008-ci il Pekin Olimpiadasının daha gərgin mübarizə şəraitində keçəcəyi gözlənilir. Azərbaycan

idmançıları Sidney və Afinada əldə edilmiş nəticələri təkrar etmək, tutduqları mövqeyi qoruyub saxlamaq və

yaxşılaşdırmaq uğrunda mübarizə aparmalıdırlar. Bu məqsəd naminə Milli Olimpiya Komitəsi, Gənclər və

İdman Nazirliyi, həmçinin bütün milli idman federasiyaları öz səylərini birləşdirməlidir. Son iki ildə

idmançılarımızın qazandıqları uğurlar olimpiya yarışlarına hazırlığın lazımi səviyyədə getdiyini göstərir.

Bununla yanaşı, aparılan işlər və qalan müddət ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər

Azərbaycanın Pekin Olimpiadasına daha yüksək səviyyədə hazırlığını təmin etməli, qarşıda qoyulmuş

məqsədlərə çatmaq imkanı yaratmalıdır.

83

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycanın milli olimpiya komandasının 2008-ci ildə Pekin şəhərində keçiriləcək XXIX Yay Olimpiya

Oyunlarına daha yüksək səviyyədə hazırlanmasını, bu mərhələdə onların rəsmi beynəlxalq yarışlarda iştirak

etməsini, Olimpiya Oyunlarına lisenziyaların qazanılması və idmançıların oyunlara tam hazırlığını təmin etmək

məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin təqdim etdiyi xüsusi proqramlara əsasən

milli yığma komandaların XXIX Yay Olimpiya Oyunlarına hazırlığı mərhələsində təlim-məşq toplanışlarının

keçirilməsini, idmançıların rəsmi beynəlxalq yarışlarda iştirakını, ölkədə lisenziya yarışlarının təşkilini və

nəzərdə tutulan digər tədbirlərin həyata keçirilməsini təmin etmək üçün maliyyə məsələlərini həll etsin;

- bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyul 2006-cı il.

84

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Pekin Olimpiya Oyunlarında rekord sayda ölkə iştirak edəcək

Pekin – 2008 - ə 727 gün qalır

Pekində keçiriləcək növbəti XXIX Yay Olimpiya Oyunlarına 727 gün qalır. Olimpiadaya hazırlıq

məqsədilə Olimpiya Təşkilat Komitəsi tərəfindən həyata keçirilən bəzi tədbirlər artıq başa çatmaq üzrədir. Ən

maraqlısı isə ondan ibarətdir ki, Pekin-2008-in Təşkilat Komitəsi olimpiada ilə bağlı bəzi statistik rəqəmləri

açıqlayıb. Məsələn, oyunlarda iştirak edəcək dövlətlərin sayı ictimaiyyət arasında xüsusi maraq doğurub. Çünki

Pekində keçiriləcək növbəti yay olimpiadasında iştirak edəcək ölkələrin sayı rekord həddə çatıb; Oyunların

Təşkilat Komitəsinin vitse-prezidenti Van Veyin bununla bağlı verdiyi məlumata görə, hazırda 203 dövlətin

Milli Olimpiya Komitəsinin yarışlarda iştirakı rəsmi şəkildə təsdiq edilib. Məlumdur ki, 2004-cü il Afina

Olimpiya Oyunlarında 202 ölkənin idmançısı qüvvəsini sınamışdır Pekin siyahısına əlavə edilmiş 203-cü ölkə

Marşal adalarıdır. Məlum olduğu kimi, bu yaxınlarda Marşal adalarının Milli Olimpiya Komitəsi Beynəlxalq

Olimpiya Komitəsinə üzv qəbul olunub. Rəsmi məlumatlara əsasən, həmin siyahıya Çernoqoriyanın adının da

əlavə ediləcəyi gözlənilir. Hazırda müvafiq idman təşkilatları məsələ ilə bağlı müzakirələr aparır.

Çernoqoriyanın Pekin Olimpiadasında iştirak edib-etməyəcəyinə isə Pekin-2008-in Təşkilat Komitəsi tezliklə

aydınlıq gətirəcək.

Olimpiya radiosunun fəaliyyətinə start verildi

Pekin-2008-in Təşkilat Komitəsi tərəfindən oyunlara hazırlıq məqsədilə uğurla həyata keçirilmiş

tədbirlərdən biri də Olimpiya radiosunun yaradılmasıdır. Qısa müddət ərzində təsis edilmiş radio artıq 5 gündür

ki, Pekində fəaliyyətə başlayıb. Yeri gəlmişkən qeyd edək ki, Olimpiya radiosu müasir texniki standartlara

cavab verən Beynəlxalq Çin Radiosunun bazasında yaradılıb. İdmansevərlər həmin radio vasitəsilə Pekin

Olimpiya Oyunları ilə bağlı bütün maraqlı məlumatları əldə edə biləcəklər.

Pekində tikinti işləri 2007-ci ilin sonunadək başa çatacaq

Bu günlərdə XXIX Yay Olimpiya Oyunları Təşkilat Komitəsinin vitse-prezidenti Van Vey Çinin paytaxtı

Pekində mətbuat konfransı keçirib. Tədbirdə geniş müzakirə olunan məsələlərdən biri də paytaxtda olimpiada

ilə bağlı həyata keçirilən tikinti işləri ilə əlaqədar olub. Vitse-prezident Pekindəki inşa işlərinə 2007-ci ilin

sonunadək yekun vurulacağını bildirib. Sonra isə həmin qurğuların qənaətbəxş səviyyədə olub-olmadığını

yoxlamaq məqsədilə müxtəlif sınaq testləri keçiriləcək. Müəyyən növlər üzrə yarışların təşkil ediləcəyi

komplekslərin adları artıq Təşkilat Komitəsinin rəhbərliyi tərəfindən açıqlanıb. Məsələn, yelkənli idman növü

üzrə yarışlar Sindaoda, jokeylərin mübarizəsi Honkonqda, futbol üzrə seçmə mərhələ oyunları isə Tyanszin,

Şanxay və Sinxuanda keçiriləcək. Mətbuat konfransında Van Vey siyahıda göstərilən 31 obyektdən 12-də

yenidənqurma, 11-də isə yalnız bərpa işlərinin aparıldığını deyib. 12 idman qurğusundan ikisi istisna olmaqla

digərlərinin hamısında tikinti işlərinə başlanılıb.

Oyunların biletləri gələn il satışa buraxılacaq

İdmansevərlərin daha çox maraqlandıqları məsələlərdən biri də oyunların biletləri ilə bağlıdır.

Azarkeşlərin nəzərinə çatdıraq ki, olimpiadaya satılacaq biletlərin hamısı artıq hazırdır. Təşkilat Komitəsinin

rəhbəri Lyu Sinin Çinin mətbuat nümayəndələrinə verdiyi məlumata əsasən, biletlər 2007-ci ilin ilk yarısında

satışa çıxarılacaq. Onların sayının 7 milyondan artıq olacağı gözlənilir. Bundan əlavə, təşkilatçıların,

Beynəlxalq Olimpiya Komitəsinin üzvlərinin və idman ictimaiyyətinin tanınmış nümayəndələrinin ailələri üçün

xüsusi biletlər sifariş olunub. Artıq bu ilin sentyabr ayından etibarən həmin sifarişlər müvafiq ünvanlara

çatdırılacaq. Təbii ki, Çində biletlərin satışı xüsusi bir agentliyin nəzarəti altında həyata keçiriləcək. Digər

ölkələrdə isə bu işlə milli olimpiya komitələri məşğul olacaqlar.

Hazırladı: Nigar QULİYEVA

Pekində su idman növləri üzrə 120 komanda iştirak edəcək

Beynəlxalq Su İdman Növləri Federasiyası 2008-ci il Olimpiya Oyunlarında iştirak edəcək yığmaları

müəyyənləşdirmək prinsiplərini təsdiq edib. Federasiyanın çıxardığı yekun qərara əsasən, olimpiadada 12 kişi, 8

qadın komandalarından ibarət yığmalar qüvvəsini sınayacaqlar. Kişilərdən ibarət 5 komanda qitə

birinciliklərinin, həmçinin sentyabr ayında Belqradda keçiriləcək Avropa çempionatının nəticələrinə əsasən

85

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

müəyyənləşəcək. Digər 3 yığma Melburnda təşkil edəcək. DÇ-2007-nin mükafatçıları, daha bir komanda isə

2007-ci il Dünya Liqasının qalibindən seçiləcək. Nəhayət, sonuncu üç komanda seçmə mərhələlərindən sonra

məlum olacaq. Qadınlara gəlincə, 5 komanda qitə çempionatlarının, 3-ü isə 2008-ci ildə keçiriləcək təsnifat

yarışlarının nəticələrinə görə təyin ediləcək.

“Olimpiya dünyası”, 15-18 avqust 2006-cı il

86

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Pekin-2008 Paralimpiya Oyunlarına 5 lisenziya

Sentyabrın 10-da Hollandiyanın Essen şəhərində atletika üzrə paralimpiyaçılar arasında növbəti dünya

çempionatı başa çatıb. Turnirdə Azərbaycanın idman şərəfini baş məşqçi Sergey Tehməzov, məşqçilər

Məhərrəm Sultanzadə və Soltan Babayevin rəhbərliyi altında "Neftçi" İSM-in yetirmələri Oleq Panyutin

(uzunluğa tullanma), Vladimir Zayets (uzunluğa tullanma, üçtəkanla uzunluğa tullanma), Zeynidin Bilalov

(uzunluğa tullanma, üçtəkanla uzunluğa tullanma), Aleksandr Polişuk (100 m-e, 200 m-ə qaçış), Yuri Qornak

(200 m-e, 400 m-e qaçış), Bəhruz Bəşirov (nüvəitələmə), Əlibala Hüseynov (diskatma, nüvəitələmə), Fərhad

Ömərov (100 m-ə, 200 m-ə qaçış), Elçin Muradov (100 m-ə, 200 m-ə qaçış), Rövşən Qəhrəmanov (üçtəkanla

tullanma), Nadir Ələkbərov (uzunluğa tullanma) və Vüqar Adışirinov (200 m-ə, 400 m-ə, 800 m-ə qaçış)

qoruyublar. Qeyd edək ki, turnirdə 1-4-cü yerləri tutan idmançılar Pekin-2008 Paralimpiya Oyunlarına birbaşa

lisenziya əldə edirlər.

Azərbaycan Paralimpiya Komitəsindən aldığımız məlumata görə, Afına Paralimpiya Oyunlarının

çempionu, 2005-ci ilin Avropa çempionu Oleq Pan-yutin DÇ-nin gümüş medalına (6 m. 78 sm) sahib çıxıb.

Digər paralimpiyaçımız Vladimir Zayets isə 4-cü yerlə (6 m. 72 sm) kifayətlənib. Zayets üçtəkanla uzunluğa

tullanma yarışlarında daha uğurla çıxış edərək, 14.94 metr nəticə ilə bu növdə də ölkəmizə lisenziya qazandırıb.

Ötən ilin qitə birincisi Yüri Qornak 400 metr məsafəyə qaçışda (50.86 san.) bürünc medal eldə edib. Yarışların

sonuncu günü Afina Paralimpiya Oyunlarının ikincisi və 2005-ci ilin Avropa çempionu Zeynidin Bilalov 12.47

sm. nəticə ilə bürünc medal qazanıb. Beləliklə, 5 atletimiz Pekin Paralimpiya Oyunlarına birbaşa lisenziya el-də

edib. Qeyd edək ki, bundan əvvəl güllə atıcılığı üzrə təmsilçimiz Yelena Taranova da Pekin-2008-ə lisenziya

qazanmışdı.

“Olimpiya dünyası”, 12-15 sentyabr 2006-cı il

87

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Olimpiada-2008-in biletləri hamı üçün eyni qiymətə olacaq

Pekində keçiriləcək Olimpiada-2008-in oyunlarını seyr etmək üçün yerli və xarici tamaşaçılar eyni

məbləğdə pul ödəyəcəklər. Paytaxtın vitse-meri Lyu Tsinmin bu barədə yerli mətbuata məlumat verib. Onun

sözlərinə görə biletlərin 2/3-nin qiyməti 100 yuandan (13 dollar) ucuz olacaq. "Ola bilməz ki, çinlilər üçün bir

qiymət, əcnəbilər üçün başqa qiymət qəbul edilsin. Bu olimpiya ruhuna ziddir", - deyə məmur bildirib. Lyu

Tsinmin biletlərin qiymətlərinin nisbətən ucuzluğunu Çin vətəndaşlarının gəlirinin aşağı olması ilə izah edib.

“Olimpiya dünyası”, 20-23 fevral 2007-ci il

88

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Komissiyası Pxencxandan razı qaldı

Beynəlxalq Olimpiya Komitəsinin Qiymətləndirmə Komissiyası 2014-cü il Qış Olimpiya Oyunlarının

keçirilməsi ilə bağlı Cənubi Koreyanın Pxençxan şəhərindəki hazırlıqlardan razıdır. Nümayəndə heyətinin

rəhbəri Çixaru İqayya məsələ İlə bağlı bunu deyib: "Bizi ən çox maraqlandıran cəhət Pxençxanın Olimpiya

Hərəkatına nə verə biləcəyi ilə bağlıdır. Hara gediriksə, insan kütlələri bizi qarşılayır və salamlayırdılar.

İnsanlar həqiqətən özlərini yaxşı tərəfdən göstərdilər".

Qeyd edək ki, 2014-cü il Qış Olimpiya Oyunlarına ev sahibliyi uğrunda Pxençxanm rəqibləri Rusiyanın

Soçi və Avstriyanın Zaltsburq şəhərləridir.

“Olimpiya dünyası”, 20-23 fevral 2007-ci il

89

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Jokeyimiz Pekin-2008-ə ilk lisenziya xallarını qazandı

Qarşıdan gələn Pekin Olimpiya Oyunlarında ölkəmizin ilk dəfə atçılıq idmanı növündə təmsil olunmaq

şansı var. Camal Rəhimovun bir neçə gün bundan əvvəl Belçikanın Neyeronteren şəhərində keçirilən lisenziya

xarakterli yarışda uğurlu çıxışı bunu bir daha sübut etdi. Ali liqadan olan 26 ölkə idmançısının qatıldığı bu

yarışda Avropa çempionatının gümüş mükafatçısı Camal Pekin-2008-ə ilk lisenziya xallarını əldə edib. Qeyd

etdik ki. bujokeylərə lisenziya xalı qazanmaq imkanı verən ikinci belə yarış idi. Bu cür turnirlər gələn ilin

mayınadək davam edəcək. Camal isə hazırda martın 30-da Belçikada start götürəcək üçüncü lisenziya turnirinə

hazırlaşır.

“Olimpiya dünyası”, 13-16 mart 2007-ci il

90

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Atıcılarımız Pekin – 2008-ə lisenziya qazana biləcəklərmi

Güllə atıcılığı

Çempionat 2007-ci ildə Pekin-208-ə lisenziya verən ilk yarışdır. Atıcılarımızın turnirə necə

hazırlaşdıqlarını öyrənmək üçün səfərqabağı güllə atıcılığı üzrə ölkə yığmasının baş məşqçisi Vladimir Lunyov

və Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşumova ilə görüşdük. Vladimir Lunyov bu yarışın çox

böyük əhəmiyyət daşıdığını qeyd etdi. Baş məşqçi atıcıların psixoloji və fiziki hazırlıqlarının yüksək səviyyədə

olduğunu diqqətə çatdıraraq, onların Avropa çempionatında lisenziya əldə edəcəklərinə ümid bəslədiyini dedi:

"Avropa çempionatı bu ilin lisenziya xarakterli ilk yarışıdır. Ötən ilin axırların-dan çox ciädi məşqlərə başlayan

atıcılarımızın fiziki və psixoloji hazırlığı yüksək səviyyədədir. Qeyd edim ki, 10 metr məsafəyə atəşaçma üzrə

idmançılarımız ötən ilin dekabr ayında Tiflisdə, bu ilin əvvəllərində isə Almaniyanın Münhen şəhərində

beynəlxalq turnirlərdə iştirak ediblər. Tiflisdə təşkil edilən beynəlxalq yarışda İradə qadınlar arasında, Nigar

qızlar arasında, Ruslan isə oğlanlar arasında qızıl medal qazanmışdılar. Münhendə atıcılarımızın əldə etdikləri

nəticələr də məni qane edir. Gənc atıcımız Nigar Bağırova bu turnirdə 385 xalla fəxri kürsünün ən yüksək

pilləsində qərarlaşmışdı. Bu yarışda İradə Aşumovanın nəticəsi də yüksək idi. Atıcı 384 xallarınala vəsiqə

qazanmışdı. Ötən ayın sonunda Norveçdə təşkil edilən beynəlxalq turnir də atıcılarımız üçün uğurlu keçdi.

Yarışda İradə Aşumova iki bürünc, bir qızıl, Nigar Bağırova üç qızıl əldə etdi. Ruslan isə turnirin qızıl və gümüş

medallarını qazandı. Bu nəticələr atıcılarımızın çempionatda uğurlu çıxış edəcəyinə böyük ümidlər verir ".

Qeyd edək ki, Avropa çempionatı martın 20-də başa çatacaq. Snayperlərimiz bundan dərhal sonra

martın 31-də, ABŞ-da start götürəcək Dünya kuboku yarışlarının birinci mərhələsində iştirak edəcəklər. Kubok

yarışlarında atıcılar pnevmatik tapançadan 10 metr, kiçik-çaplı tapançadan 25 metr məsafələrə atəşaçma

yarışlarında lisenziya uğrunda mübarizə aparacaqlar. İradə Aşumova onları gözləyən yarışlar barədə bunları

qeyd etdi: "Pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma üzrə son aylar ərzində üç beynəlxalq turnirdə

iştirak etmişik. İştirak etdiyimiz yarışlar atıcılarımızın təcrübə yığması və qitə çempionatına hazırlığı

baxımından böyük əhəmiyyət daşıyır. Qitə çempionatından sonra Dünya kuboku yarışlarında atıcı-larımız

pnevmatik tapançadan atəşaçma ilə yanaşı, kiçikçaplı tapançadan 25 metr məsafədə yerləşən hədəfləri nişanalma

üzrə yarışlarda da qüvvələrini sınayacaqlar. Ona görə də Avropa çempionatından sonra 25 metr məsafəyə

atəşaçma üzrə təlim-məşqlər keçməyimiz vacibdir. Martın 20-dən sonra Banqkok şəhərində təlim-məşqlərdə

iştirakımız planlaşdırılır".

Xatırladaq ki, Avropa çempionatında iştirak edən digər təmsilçimiz Ramin Quliyev tüfəngdən 10 metr

məsafəyə atəşaçma yarışlarında ötən il Moskvada keçirilən Avropa çempionatında sonuncu olmuşdu. Bu növdə

qadınlar arasında qüvvəsini sınayan Mehriban Məcidova isə ötən ilin ortalarında MDB ölkələri spartakiadasında

iştirak etmişdi.

Leyla QURBANOVA

“Olimpiya dünyası”, 13-16 mart 2007-ci il

91

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Cin hökuməti Pekin-2008-də qadağalar tətbiq edəcək

Çin hökuməti 2008-ci il Olimpiya Oyunlarının keçiriləcəyi obyektlərdə siqareti qadağan etməyi

planlaşdırır. Siqaret çəkməyə yalnız bunun üçün ayrılmış xüsusi yerlərdə icazə veriləcək. "Pekin

Olimpiadasının Təşkilat Komitəsi hazırda Səhiyyə Nazirliyi ilə birgə yarışların keçiriləcəyi obyektlərdə

siqaret çəkilməsi üçün xüsusi yerlərin yaradılması layihəsi üzərində müzakirələr aparır", - deyə Pekinin

vitse-meri Lyu Tsizmin bildirib. 2007-ci ilin sonunadək Olimpiya oyun-ları zamanı xidmət göstərəcək tibb

müəssisələrində də siqaretin qadağan ediləcəyi gözlənilir. Sonra isə bu qa-dağa uşaqların toplaşdığı ictimai

nəqliyyatda və ictimai binalarda tətbiq ediləcək. Daha sonra qeyri-normativ leksika və küçələrdə xoşa gəlməyən

hallarla mübarizə gücləndiriləcək. Bunun üçün hətta "xoşa gəlməyən

hasara qarşı polis patrulları"nın yaradılması da nəzərdə tutulur. Bundan əlavə, hökumət mehmanxana

işçilərinə düzgün davranış qaydalarının, sürücülərə və polislərə isə ingilis dilinin öyrədilməsini vacib hesab edir.

Bu arada Çin hökumətinin ölkəyə gələcək turist və idmançıların daşınması üçün 300 nəfər tutumu olan

avtobuslar sifariş verəcəyi haqqında xəbərlər yayılır.

“Olimpiya dünyası”, 17-19 mart 2007-ci il

92

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Cin Olimpiya komplekslərinin tikintisini bu ilin sonunda yekunlaşdıracaq

Bu barədə 2008-ci il Pekin Yay Olimpiadasının Təşkilat Komitəsinin sədri Van Vey məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə 37 idman kompleksi tikilib, bunlardan 11-i təzə inşa edilib, 84 isə yenidən

bərpa olunub. Tikintidə həm yerli, həm də xarici firmalar iştirak edib. Van Vey onu da qeyd edib ki,

olimpiadanın açılış mərasiminin quruluşu məşhur Çin rejissoru Sjan İmoaya həvalə edilib. Bu işə həm də

amerikalı rejissor Stiven Spilberq cəlb edilib. Təşkilat Komitəsi nümayəndələrinin proqnozlarına görə,

olimpiada günlərində Pekini 500 min turist ziyarət edəcək. Şəhərdə eyni vaxtda 300 min qonaq qəbul edə

biləcək 3 ulduzlu və 5 ulduzlu hotellər tikilib. "Əminəm ki, qonaqların yerləşdirilməsi ilə bağlı problem

olmayacaq", - deyə Təşkilat Komitəsinin rəhbəri əla-və edib.

“Olimpiya dünyası”, 20-30 mart 2007-ci il

93

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

"Olimpiadaya düşmək üçün komandamız əlindən gələni edəcək"

Faiq Qarayev: "İstedadlı gənclərimiz var və onların üzərində işləmək lazımdır"

Voleybol üzrə Azərbaycan milli komandasının və "Azərreyl" klubunun baş məşqçisi Faiq Qarayevin

APA-ya müsahibəsi

- Son günlər ən çox müzakirə olunan məsələ aparıcı voleybolçuların Avropa klublarına icarəyə

verilməsidir. Sizcə, bunun Azərbaycan voleyboluna hansı müsbət təsiri olacaq

- Voleybolçuların icarəyə verilməsi azarkeşləri və bəzi jurnalistləri təşvişə salıb. Mən bunu təbii

qarşılayıram. Çünki Azərbaycanda voleybolu çox sevirlər. Bu məsələ ilə bağlı səslənən fikirlərə hörmətlə

yanaşıram. Amma təşvişə düşməyə də ehtiyac görmürəm. Azərbaycan voleybolu dünya arenasında layiqli yerini

tutub. Avropa və dünya çempionatlarının, eləcə də, dünya "Qran-Pri" turnirinin həlledici mərhələsində mübarizə

aparmağımız komandamızın səviyyəsinin göstəricisidir. Bu, bir günün deyil, illərlə çəkilən zəhmətin bəhrəsidir.

Mən voleybolumuzun çətin vəziyyətə düşməsi ilə bağlı fikirləri qəbul etmirəm. Bu gün baş verənləri

çox normal qəbul etmək lazımdır. Çünki komanda son illər İnessa Qorxmaz, Yelena Şabovta və Alla Həsənova

kimi aparıcı voleybolçularını itirib. Xüsusilə, Şabovtayla Həsənova 17 il mənimlə çiyin-çiyinə voleybolumuza

sədaqətlə xidmət ediblər. Bunlar çox ciddi itkidir. Hazırkı heyət üzvlərindən Kseniya Kavalenka ilə Oksana

Məmmədyarova da ana olmağa hazırlaşırlar. Bizim borcumuz onlara hərtərəfli dəstək göstərməkdir. Bir sözlə,

"Azərreyl" ən güclü beş oyunçusunun xidmətindən istifadə edə bilməyəcək. Digər dörd voleybolçunun icarəyə

verilməsi haqda məndə çoxdan ideya var idi. Onlar həm güclü Avropa klublarında oynayacaqlar, həm də, lazımi

oyun təcrübəsi qazanacaqlar. Bunun nəyi pisdir ki Mən faciəvi heç nə görmürəm. Əksinə, Azərbaycan

voleybolu Natalya Məmmədova, Yelena Parxomenko, Oksana Quliyeva və Valeriya Korotenkonun iki-üç aylıq

icarəyə verilməsindən qazanacaq. Bu, birmənalı belədir. Adıçəkilən voleybolçuları "Azərreyl"də saxlamaqda

məntiq yoxdur. Onlar burada yalnız məşq etməklə kifayətlənəcəkdilər.

- Ciddi itkilərlə üzləşən "Azərreyl"i legionerlərlə gücləndirmək planda yoxdur ki

- Xeyr. Bu bizim yürütdüyümüz siyasətə ziddir. Federasiyanın məqsədi Azərbaycanda voleybolun

kütləviliyinə nail olmaqdır. Biz çalışıb üz voleybolçularımızı yetişdirməliyik. Azərbaycan voleybolunun

gələcəyi yerli oyunçuların əlindədir. Mən də bəzi Avropa komandalarında olduğu kimi, 4-5 legioner gətirib

nəticə qazana bilərəm. Bəs sonra Axı bu müvəqqəti bir şey olacaq. Legionerlər gedəndən sonra yenə

problemlərlə baş-başa qalacağıq. Bizim məqsədimiz yalnız "Azərreyl"i gücləndirmək deyil. Milli komandanı da

fikirləşmək məcburiyyətindəyik. Federasiya bu yündə ciddi işlər görür. Bu gün qadınlar arasında "Bahar

kuboku" turniri təşkil etmişik. Məqsəd perspektivli voleybolçuları toplayıb gənclər millisinin heyətinə cəlb

etməkdir. Onları qarşıdan gələn bir çox beynəlxalq turnirlərdə sınaqdan keçirəcəyik. İstedadlı gənclərimiz var

və onların üzərində işləmək lazımdır. Xüsusilə rayonlardan bir neçə istedadlı voleybolçunu tapıb Bakıya

gətirmişik. - Faktiki olaraq, ülkəmizdə "Azərreyl"dən başqa peşəkar klub yoxdur. Bu məsələdə nə vaxt irəliləyiş

olacaq - Mən "Azərreyl"in baş məşqçisi və prezidentiyəm. Federasiyada da əsas işlər nəzarətimdədir. Amma

bu, mənə digər klub yaratmağa əsas vermir. Çünki bu işlərlə güclü maliyyə mənbəyinə malik şəxslər məşğul

olmalıdır. Bu, hər yerdə belədir. Bəyəm, mən gedib klub yaratmalıyam Bu harada görünüb axı "Azərreyl"də

Azərbaycanın ən güclü voleybol mütəxəssisləri çalışırlar. Onlar yeni klub yaradan insanlara çalışmağa

hazırdırlar. Mən hətta "Azərreyl"in bir neçə oyunçusunu da yeni yaradılan komandalara verməyə hazıram. Təki

bu sahədə bir iş görsünlər. Hələ ki, yaxın duran yoxdur. Mənim istədiyim bu problemlərin oxuculara

çatdırılmasıdır. Amma bəzi jurnalistlər voleybolçularla bağlı təxribat xarakterli məqalələr yayırlar. Mən o

insanların nəyə və kimə xidmət etdiklərini anlamaqda çətinlik çəkirəm. Türkiyə vaxtilə Naim Süleymanoğlunu

1 milyon dollara transfer etdi. O da üz uğurlu çıxışları ilə türkiyəlilərə sevincli anlar yaşatdı. Türkiyədə bundan

qürur hissi ilə danışırlar. Bizim bəzi jurnalistlər isə Məmmədovanın milliləşdirilməsində əmma axtarır. Bir şeyi

unutmayın, Məmmədova Azərbaycana gələndə heç kim idi. O, məhz "Azərreyl"də dünya səviyyəli voleybolçu

kimi yetişdi. İndi isə Azərbaycanı ən nüfuzlu yarışlarda layiqincə təmsil edir. Bəziləri buna görə qürur hissi

keçirməkdənsə, cılız işlərlə məşğuldurlar... Klubları imkanlı şəxslər yaratmalıdır. Türkiyədə əksər komandalar

bankların himayəsindədir. Niyə eyni proses Azərbaycanda baş vermir Bəlkə, bizim imkanlı şəxslərimiz

yoxdur Azərbaycan voleybolunun gələcəyi yeni klubların yaranmasından asılıdır. Hamı bunları görsə də,

yalnız uğurlu nəticə tələb edir. Amma mən sehrbaz deyiləm, adi insanam. Bu söz-söhbətlər mənə pis təsir edir.

İnsanlar gərək reallığı nəzərə alıb mülahizə yürütsünlər. Mən gördüyüm işlərin nəticə verəcəyinə inanmasam,

işləmərəm.

- Sizə elə gəlmir ki, bu problemlərin həlli voleybolla bağlı Dövlət Proqramının qəbul olunmasından

asılıdır

- Tamamilə doğrudur. Bu məsələ ilə bağlı Gənclər və İdman Nazirliyində də müzakirə aparılıb. İlk

növbədə yeni klublar yaradılmalıdır. Yalnız bundan sonra dövlət proqramı haqda ciddi fikirləşməyə dəyər.

94

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Məncə, bu prosesi yaxın gələcəkdə reallaşdıra biləcəyik. Əvvəl idman məktəbləri var idi. Əla sistem

qurulmuşdu. İndi bunlar yoxdur. Amma klublar yaransa, onların nəzdində uşaq-gənclər komandalarının

yaradılması məsələsi qoyulacaq. Özü də bu proses yalnız Bakıda deyil, bölgələrdə də həyata keçirilməlidir.

- "Azərreyl"in uğurlarının davamını çoxmu gözləyəcəyik

- Xeyr. "Azərreyl" yarandığı gündən azarkeşlərə sevindirici anlar yaşadıb. Bundan sonra da belə olacaq.

Azarkeşlər Bakıda Avropanın ən güclü komandaları üzərində qələbələrimizin şahidi olacaqlar. Komandadan

daim uğur gözləyənləri yaxşı başa düşürəm. Bunun yaxşı mənada günahı "Azərreyl"dədir. Komandamız

azarkeşləri qələbələrə öyrədib. Bu səbəbdən də hamı rəqibin gücündən asılı olmayaraq, yalnız qələbə tələb edir.

Bunu hansı qüvvənin hesabına qazanacağımız isə heç kimi maraqlandırmır. "Azərreyl" büdcəsi on milyon

dollara bərabər Avropa nəhənglərinə qarşı mübarizə aparır. Bu reallığı hamı birdəfəlik dərk etməlidir. Özü də

heyətində 4-5 legioner oynadan xarici klublardan fərqli, "Azərreyl" yerli voleybolçuların hesabına mübarizə

aparır... Mən bədbinliyə qapılmaq üçün ciddi əsas görmürəm. "Azərreyl"in böyük qələbələri hələ qabaqdadır.

Mən Çempionlar Liqasının həlledici oyunlarının Bakıda keçiriləcəyinə və bu turnirdə birinci olacağımıza süz

vermişəm. Sözümə də əməl edəcəyəm. Mən Türkiyədən Bakıya Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti

ilə gəlmişəm. Ölkəmi sevən insanam. Azərbaycanın bayrağını ən nüfuzlu turnirlərdə dalğalandırmaq üçün

əlimdən gələni etmək borcumdur. Vətənimi sevməsəydim, xaricdən gələn çoxsaylı təklifləri qəbul edib rahatca

pulumu qazanardım. Amma elə mənəvi dəyərlər var ki... Bu haqda danışmağa ciddi ehtiyac yoxdur. Hər bir şəxs

vətəni qarşısında borcunu yerinə yetirir.

- Milli komandanın Pekin Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq perspektivinə necə baxırsınız

- Bu, komandanın qarşısında duran əsas vəzifədir. Olimpiadaya düşmək çox çətin məsələ olsa da,

komandamız hədəfə çatmaq üçün əlindən gələni edəcək. Bunun üçün ilk növbədə qarşıdan gələn Avropa

çempionatında uğurlu çıxış etməliyik. Amma buna hələ çox var. Milli komanda Avropa birinciliyinə kimi bir

sıra beynəlxalq turnirlərdə mübarizə aparacaq.

- Bu yarışlarda veteran voleybolçuların xidmətindən yararlanmağı düşünmürsüz

- Hələ ki, qəti bir süz deyə bilmərəm. Şabovta Türkiyə, Qorxmaz isə İtaliya çempionatında oynayırlar.

Onların hazırlıq səviyyəsindən çox şey asılı olacaq. Zamanı çatanda hər ikisi ilə söhbət edəcəyik.

“Səs”, 28 mart 2007-ci il

95

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Pekin-2008-in medallarının təqdimat mərasimi keçirilib

Pekin-2008-in Təşkilat Komitəsi Pekin şəhərində keçiriləcək XXIX Yay Olimpiya Oyunlarında

mükafatçıların təltif edilməsi üçün nəzərdə tutulmuş medalların təqdimetmə mərasimini keçirib. Təqdimat

mərasimi Pekinin "Şəhər muzeyi"ndə olub. Təşkilatçıların fikrincə, təqdim olunan medallar çoxəsrlik Çin

mədəniyyətini, bu xalqın tarixi ənənələrini, habelə müasir dövrlə keçmişin əlaqələrini özündə əks etdirir.

Artıq bu bazar ertəsindən Olimpiya oyunlarına qədər 500 günlük gerisayıma start verilib. Medalların

hamısının dizaynı və quruluşu eynidir. Medalın üz tərəfində dairənin içində yüngül atletika stadionunun

fonunda Pekin Olimpiadasının rəmzi seçilmiş "Nike" ilahəsi, habelə Olimpiya halqaları təsvir edilib. Arxa

planda isə "Böyük Çin Səddi"nin cizgiləri təqdim edilir. Burada həmçinin "Pekin-2008" sözləri də yazılıb.

Medalın lentinin keçiriləcəyi ilmək isə biri-biri ilə savaş edən iki əjdaha formasında düzəldilib.

Qeyd edək ki, medalın hazırlanması ilə bağlı müsabiqə elan edilmişdi. Qalib isə xüsusi jüri tərəfindən

265 iddiaçı arasından seçilib. Verilən məlumata görə, Pekin Olimpiya Oyunlarında qaliblərə təqdim etmək üçün

altı minə yaxın medalın hazırlanması nəzərdə tutulub.

Medalların Olimpiada-2008 Təşkilat Komitəsinin nümayəndələrinə təqdim edilməsindən əvvəl

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq təşkilatçılara müraciət edərək deyib: "Təşkilatçılar

idman komplekslərinin tikintisində böyük nailiyyətlər əldə ediblər, lakin onlar olimpiadanın təşkilinin digər

tərəflərini də nəzərdən keçirməyi unutmamalıdırlar. Məhz həmin aspektlərdə tez-tez səhvlərə yol verilir".

Xatırladaq ki, 2008-ci il avqustun 8-24-də Çinin paytaxtı Pekin şəhərində təşkil ediləcək XXIX Yay

Olimpiya Oyunlarında 28 idman növü üzrə yarışların keçirilməsi nəzərdə tutulur. Bu yarışlarda dünyanın

müxtəlif ölkələrindən gələn təxminən 10500 atletin mübarizə aparacağı məlumdur. Olimpiya oyunlarını

işıqlandırmaq üçün Pekinə 20 mindən artıq media nümayəndəsinin gəlməsi gözlənilir.

Yuxarıda qeyd etdiyimiz kimi, Çinin paytaxtı Pekin şəhərində keçiriləcək Olimpiada-2008-in simvolu

"Nike" ilahəsi seçilib. Qeyd edək ki, "Nike" (və ya "Nika") ilahəsi qədim yunan mifologiyasında döyüş və ya

yarış qalibi kimi xarakterizə olunur və çox zaman qanadlı qadın şəklində təsvir edilir. "Nika" ilahəsinin rəmzləri

qalibiyyətlimizi hesab olunan dəfnə əklili və palma budağıdır. Ümumiyyətlə, qədim Elladada yaşayan xalqların

hamısı "Nike" ilahəsini idman yarışlarının hamisi hesab edirdilər.

“Olimpiya dünyası”, 30 mart – 2 aprel 2007-ci il

96

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Olimpiya məsəlinin marşrutu məlum oldu

Pekin-2008-in Təşkilat Komitəsi Olimpiya məşəlinin keçəcəyi marşrutu açıqlayıb. Eyni zamanda,

Olimpiya məşəlinin yeni dizaynının da təqdimatı keçirilib. Təqdimat mərasimində Beynəlxalq Olimpiya

Komitəsinin prezidenti Jak Roqq və BOK-un Koordinasiya Komissiyasının sədri Heyn Verbryuqqen iştirak

ediblər.

Məşəl yürüşünün beş qitəni, habelə qədim İpək Yolunun keçdiyi əsas əraziləri əhatə etməsi planlaşdırılır.

130 gün davam edəcək yürüşün ümumi uzunluğu 37 min km-dir. Olimpiya məşəlinin dizaynında Çinin qədim

mədəniyyəti və texnologiyanın yeni nailiyyətlərindən istifadə olunub. Alüminiumdan düzəldilmiş məşəlin

üzərində "Xoş bulud" adlanan qrafik nümunə əks edilib. Məşəlin hündürlüyü 72 sm, ağırlığı isə 985 qramdır.

“Olimpiya dünyası”, 1-4 may 2007-ci il

97

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Pekin-2008 ətrafında maraqlı vəziyyət yaranıb

2008-ci il Pekin Olimpiya Oyunlarına hazırlıq üzrə Koordinasiya Komissiyasının son iclası

jurnalistlərin suallarına görə qızğın mübahisə şəraitində keçib. Məlum olduğu kimi, 2008-ci il Olimpiya

Oyunları qərbin tez-tez insan hüquqlarının pozulmasına görə günahlandırdığı Çində keçiriləcək. BOK Çinə

2008-ci il Olimpiya Oyunlarını keçirmək hüququ verəndə qərbdə bir çoxları bu ölkədə mətbuat və vicdan

azadlığının olmadığını səbəb gətirərək qərarı tənqid etmişdilər. Çin hökuməti isə buna cavab olaraq bəyan

edib ki, Olimpiya oyunları zamanı siyasi məsələlərin müzakirəsi düzgün deyil.

Son dövrlər Çinin Darfrurdakı hadisələrə münasibətilə əlaqədar onun ünvanına ciddi tənqidlər səslənir.

Çoxları hesab edir ki, ərəb hökuməti ölkənin qərbində yaşayan Afrika tayfalarına qarşı kütləvi qırğınlar törədir.

BMT-nin hesabatına görə, münaqişə nəticəsində təxminən 200 nəfər həlak olub.

Məsələ burasındadır ki, adıçəkilən Afrika ölkəsi böyük neft ehtiyatlarına malikdir, Çin isə onun əsas

idxalçısıdır. BMT-nin Təhlükəsizlik Şurasında soyqırımı məsələsi müzakirə olunanda məhz Çin Sudanla

əlaqələrin pozulmasından ehtiyat edərək, ərəb hökumətinə qarşı sanksiyaların tətbiqinə etiraz edib. Bu

münaqişədən dünya Olimpiya Hərəkatı da əziyyət çəkir. Belə ki, Fransa prezidentliyinə namizəd olmuş Fransua

Bayru Pekin Olimpiadasını boykot etməyi təklif edib. Darfrurdakı soyqırımına qarşı ABŞ-ın bir çox ictimai

təşkilatları, ayrı-ayrı şəxslər, o cümlədən Hollivud ulduzları, Oskar laureatları Corc Kluni, Mia Ferrou də qarşı

çıxıblar. Ferrau Coco-Cola, Atos Origin, General Electric, McDonalds, Omega, Visa, Samsung kimi transmilli

şirkətlərin maliyyələşdirdikləri BOK-dan Çinə etiraz məktubu göndərmə-sini tələb edib. BOK isə Çin

hökumətinə təsir edə bilməyəcəyini bəyan edib.

BOK komissiyasının iclasında mübahisənin yaranmasına səbəb jurnalistlərdən birinin BOK-un rəsmi

nümayəndəsinə Su-dandakı soyqırımına münasibət bildirməsi ilə bağlı sual olub. Suala BOK-un rəhbəri Jak

Roqqun cavabı qısa olub: "Biz inanırıq ki, Olimpiya oyunları Çin cəmiyyətinə müsbət təsir edəcək. Mən

fikirləşirəm ki, bizim tərəfdaşlarımız BOK-un mövqeyini dəstəkləyirlər".

İclasda Olimpiya məşəlinin estafeti ilə bağlı da mübahisə yaranıb. Çin estafetin de-fakto müstəqil olan

Tayvandan keçmə-sini təkid edir. Tayvan isə onun müstəqil dövlət kimi tanınacağı halda buna razılıq verəcəyini

bildirib. Çin Tayvanın müstəqilliyini tanımaq niyyətində deyil. Bu arada Everestdə alpinistlər Tibetin

müstəqilliyi və estafetin Everestdən keçməsi üçün nümayiş keçiriblər.

“Olimpiya dünyası”, 1-4 may 2007-ci il

98

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Dünya Olimpiya Lisenziya Turnirinə 2 namizəd məlumdur

Taekvondo

Baş məşqçi Təvəkkül və Şəhrunun şanslarını yüksək qiymətləndirdi.

Ötən həftə Çinin "Çanqpinq" arenası taekvondo üzrə kişilərin 18-ci, qadınların 11-ci dünya

çempionatına ev sahibliyi etdi. 5 gün davam edən yarışlarda 120 ölkədən 1000-ə yaxın taekvondoçu qüvvəsini

sınadı.

Çempionatda ölkəmizin idman şərəfini baş məşqçi Ələkbər İmaməliyevin rəhbərliyi altında 14 idmançı

qorudu. Təəssüf ki, çempionat yığmamızın zəif çıxışı ilə yadda qaldı. Yalnız 84 kq-da döyüşən Təvəkkül

Bayramov ümidləri doğruldaraq, mükafatçılar sırasında yer ala bildi. 5 rəqibi üzərində qələbə qazanan

taekvondoçumuz həlledici qarşılaşmada türkiyəli Bəhri Tanrıquludan. cəmi bir xal geri qalaraq, gümüş medala

layiq görüldü. Onun əldə etdiyi gümüş medal dünya ölkələri sırasında Azərbaycanın 15-ci pillədə

qərarlaşmasını təmin etdi.

Qarşıda taekvondoçularımızı daha ciddi sınaq - sentyabrda İngiltərənin Mançester şəhərində keçiriləcək

Dünya Olimpiya Lisenziya Turniri gözləyir. Xatırladaq ki, federasiya rəhbərliyi lisenziya turnirində ölkəmizi

təmsil edəcək idmançının adının məhz dünya çempionatından sonra bəlli olacağını demişdi. Hazırda rəhbərlik

və məşqçi heyəti qarşısında dayanan vacib məsələ həm kişilər, həm də zərif cinsin nümayəndələri arasında 4 ən

güclü taekvondoçunu müəyyənləşdirməkdir. Belə ki, Olimpiya oyunlarında hər bir ölkə 4 çəki dərəcəsində

təmsil oluna bilər. Qeyd edək ki, taekvando üzrə Avropa Olimpiya Lisenziya Turniri gələn il Türkiyədə təşkil

ediləcək. Bir həftədən sonra yenidən təlim-məşqlərə başlayacaq yığma üzvlərinin dünya çempionatındakı

çıxışları, lisenziya turnirlərində ölkəmizi təmsil etməyə namizəd idmançıların müəyyənləşdirilməsi üçün

aparılacaq seçim turları və s. ilə bağlı komandamızın baş məşqçisi Ələkbər İmaməliyev "Olimpiya dünyası"na

ətraflı məlumat verdi.

- Əvvəlcədən verdiyiniz proqnozlarda yığmanın üzvlərindən bir neçə medal gözlədiyinizi

bildirmişdiniz. Amma dünya çempionatında bir sıra təcrübəli taekvondoçularımız ümidləri doğrulda

bilmədilər...

- Bildiyiniz kimi, çempionatda iştirak edən heyət yüksək səviyyədə hazırlıq prosesi keçmişdi.

Taekvondoçularımız respublikamızın müxtəlif bölgələrində və Musado Taekvondo Mərkəzində aparılan

təlimməşq toplanışları və Almaniyada keçirilən beynəlxalq turnirdə iştirak etmişdilər: Qadınlar isə son

təlimməşq toplanışlarını Koreyada keçirmişdilər. İdmançılarımızın əksəriyyəti bir neçə mərhələni adlaya

bilsələr də, mübarizəni yarımçıq saxlamalı oldular. Düzdür, əvvəlcədən 5 kişi taekvondoçumuzun medal əldə

edəcəyini gözləyir-dik. Bunlar Zahid Məmmədov, Elnur Amanov, İlkin Şahbazov, Rəşad Əhmədov və

Təvəkkül Bayramov idi. Zərif cinsin nümayəndələri arasında isə Şəhrun Yusifovaya böyük ümidlər bəsləyirdik.

Yüksək hazırlıq formasında olmalarına baxma-yaraq, yetirmələrimiz taekvondo sahəsində zəif sayılan ölkələrin

nümayəndələrinə uduzdular. Keniya, Mali, Əfqanıstan, Hindistan, Pakistan və bir sıra ərəb ölkələri

taekvondoçularının daha güclü çıxış etmələri və deyərdim ki, bir nömrəli idmançılarla eyni səviyyədə mübarizə

aparmaları bizim üçün gözlənilməz oldu. Heyət üzvlərinin onlara asanlıqla qalib gələcəklərini düşünürdük.

Təmsilçilərimiz həmin rəqiblərin döyüş texnikalarına da bələd deyildilər. Arxayınlıq və bir sıra boşluqlar

onların zəif çıxış etməsi ilə nəticələndi.

- Dünya çempionatında uğurla çıxış edəcək idmançının lisenziya turnirinə qatılacağını demişdiniz.

Yarışda təkcə Təvəkkül Bayramov Özünü doğrultdu. Bu, onun olimpiadada ölkəmizi təmsil etmək şanslarını

artırırmı

- Söz verdiyimiz kimi, bu, belə do olacaq. Dünya çempionatında 84 kq çəki dərəcəsində gümüş medal

əldə etmiş Təvəkkül Bayramovun şansları kifayət qədərdir. Biz onu olimpiadaya yüksək səviyyədə hazırlamağa

çalışacağıq.

- Bəs digər idmançılar arasında seçim necə aparılacaq

- Oğlanlar arasında Olimpiya çəki dərəcələri 58 kq, 68 kq, 80 kq, +80 kq, qadınlar arasında isə 49 kq,

57 kq, 67 kq, +67 kq-dır. Möhtəşəm yarışlarda hər ölkədən 4 taekvondoçunun iştirakına icazə verilir. Bu çəki

dərəcələri arasında ən güclü iki kişi və iki qadın taekvondoçunu müəyyənləşdirməliyik. Qarşıda yığmanın

respublikamızın müxtəlif bölgələrində, eləcə də İran və Koreyada təlim-məşqlərdə iştirak etməsi planlaşdırılır.

Lisenziya turnirlərində həmyerlilərimizin ən güclü rəqibi məhz Koreya yığması olacaq. Təlim-məşqlər zamanı

kim daha yaxşı idman formasında olacaqsa, yoxlama döyüşləri zamanı kim qalib gələcəksə, seçim həmin

idmançılar arasında aparılacaq. Qadınlara gəldik-də isə, 47 kq çəki dərəcəsində Şəhrun Yusifovanın şans-ları

yüksək qiymətləndirilir. Qeyd edim ki, Cində Leyla Yusifova daha yaxşı çıxış et-di. Qadınlar arasında da seçim

eyni yoxlama üsulu ilə aparılacaq. Gələn həftədən etibarən taekvondoçularımız bölgələrimizin birində təlim-

99

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

məşqlərə başlayacaqlar. Bu məşqlərdə, əsasən, fiziki hazırlığın artırılmasına xüsusi diqqət yetiriləcək. Döyüş

texnikasının gücləndirilməsi isə ölkə hüdudlarından kənarda həyata keçiriləcək.

- Uzun müddət zədəsini müalicə etdirən dünya çempionu Niyaməddin Paşayev məşqlərdə iştirak

edəcəkmi

- Niyaməddin Paşayev Pekinə yollansa da, zədəsi tam müalicə olunmadığından yarışlara qatılmadı.

Amma o, yığma komanda ilə birlikdə qarşıdakı təlim-məşq toplanışında da iştirak edəcək.

- Çempionatda hakimlərin işində necə, hər hansı nöqsanlara rast gəlinmədi ki

- Yarışda ölkəmizi ATF-nin texniki direktoru Oh Kvanq Çeol hakim kimi təmsil edirdi. Qeyd edim ki,

hakimlik qaydalarına bir sıra dəyişikliklər edilib. Bu da idmançı-dan həm dözüm, həm də fıziki güc tələb edir.

Ümumiyyətlə, hakimlər yarışları dəqiq, qərəzsiz və ədalətlə idarə edirdilər. Demək olar ki, bu dünya

çempionatında heç bir ölkəyə qarşı haqsızlığa yol verilmədi.

Aysel SULTANOVA

“Olimpiya dünyası”, 5-8 iyun 2007-ci il

100

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Pekin Yay Olimpiya oyunlarında dopinqə nəzarət sərtləşdiriləcəkdir

AzərTAc xəbər verir ki, Azərbaycan yığmasının Pekin Yay Olimpiya Oyunlarında şef de missionu

(nümayəndə heyətinin rəhbəri) olacaq İlham Mədətov yarışlarda dopinqə nəzarətin daha da sərtləşəcəyini

bildirmişdir.

Əvvəlki olimpiadalarda yalnız medalçılar dopinq–testə cəlb edilirdilər. Bu dəfə isə analiz fərqli üsulla

keçiriləcəkdir. Hər idman növündə seçmə üsulla 4-5 nəfərdən dopinq-test götürüləcəkdir.

Olimpiadanın keçiriləcəyi müddətdə idmançı hər zaman harada olması ilə bağlı beynəlxalq komitəni

məlumatlandırmalıdır. Əgər idmançı axtarılarkən onu tapmaq mümkün olmasa, artıq o, dopinq qəbul etmiş

sayılacaqdır.

Olimpiadada 3000-dək idmançının dopinq-testdən keçəcəyi gözlənilir.

AzərTAc

13 avqust 2007-ci i

101

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

ABŞ Pekin-2008-i baykot edə bilər

ABŞ-ın bəzi konqresmenləri bu ölkənin gələn il Çində keçiriləcək Olimpiya Oyunlarını baykot

etməsinin tərəfdarıdır. Onlar artıq bu məqsədlə hazırladıqları iki qanun layihəsini Konqresə təqdim ediblər.

Birinci layihə ABŞ hökumətinə, ikinci isə prezidentə ünvanlanıb. Hər iki layihədə Çin Xalq Respublikasının

bundan sonra da Sudan və Cənubi Koreyaın müdafiə edəcəyi təqdirdə, ABŞ-ın Pekin-2008-i baykot etməli

olduğu göstərilir. Çin hökumətindən Sudana silah-sursat satılmasına qadağa qoymaq, Darfurdakı iğtişaşlara

münasibət bildirmək, habelə bu ölkəyə iqtisadi yardımı dayandırmaq tələb olunur.

Məlumata görə, bir qrup britaniyalı millət vəkili də rəsmi Londonu Pekin Yay Olimpiya Oyunlarını

baykot etməyə çağırıb. Onlar Çində insan hüquqlarının pozulmasına etiraz ediblər.

Xatırladaq ki, Sudanda etnik və dini zəmində baş verən tayfalararası qanlı hadisələr zamanı on minlərlə

insan həlak olub, yüz minlərlə insan isə öz torpaqlarından didərgin düşüb.

Olimpiya dünyası”, 11-13 avqust 2007-ci il

102

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan Xüsusi Olimpiya Komitəsi Çinə 53 nəfərlik heyətlə gedəcəkdir

AzərTAc xəbər verir ki, oktyabrın 2-dən 11-dək Çinin Şanxay şəhərində Dünya Xüsusi Yay Olimpiya

Oyunları keçiriləcəkdir.

Bu ilin ən böyük idman tədbiri hesab edilən Olimpiya oyunlarında 169 ölkədən 7 min idmançı 23

olimpiya idman növü üzrə mübarizə aparacaqdır.

Azərbaycan Xüsusi Olimpiya Komitəsi bu mötəbər yarışa 7 idman növü üzrə 53 nəfərlik heyətlə

qatılacaqdır.

Üzgüçülük, stolüstü tennis, badminton, pauerliftinq, atletika, həndbol (qızlar) və futbol üzrə yığma

komandalarımız bu möhtəbər yarışa 2006-ci ildən hazırlaşırlar.

Hazırda yığma komandalarımızın hazırlıq mərhələsi yekunlaşmaq üzrədir. İdmançılarımız Şanxay

şəhərinə sentyabrın 26-da yola düşəcəklər.

AzərTAc

17 sentyabr 2007-ci il

103

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan paralimpiyaçıları medallarla qayıtmışlar

Azərbaycan paralimpiyaçıları Taypeydə (Tayvan) keçirilən əlillər arasında Ümumdünya oyunlarından

bir qızıl, bir gümüş və beş bürünc medalla qayıtmışlar.

Milli Paralimpiya Komitəsindən AzərTAc-a bildirmişlər ki, Ümumdünya oyunlarında Azərbaycanı

Aleksandr Polişşuk (200 və 400 metr məsafəyə qaçış), Fərhad Ömərov (100 və 200 metr məsafəyə qaçış),

Mehman Ramazanov (100 və 200 metr məsafəyə qaçış), Vüqar Adışırinov və Hüseyn Həsənov (uzunluğa

tullanma), Bəhruz Bəşirov və Əlibala Hüseynov (yadro tullama), Oluxan Musayev (yadro tullama ) təmsil

etmişlər. Komandanın baş məşqçisi Bəxtiyar Təhməzovdur. “Neftçi” İdman-sağlamlıq kompleksinin

nümayəndələri olan idmançıların səfərini Azərbaycan Respublikası Dövlət Neft Şirkəti maliyyələşdirmişdir.

Xatırladaq ki, idmançılar 2008-ci ildə Pekində keçiriləcək paralimpiya oyunlarına lisenziya uğrunda mübarizə

aparmışlar.

AzərTAc

18 sentyabr 2007-ci il

104

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Füzuli Musayev: Pekin Olimpiadasında bir taekvondoçumuz olacaq

“Sənədlərdəki çatışmazlıq koreyalıların günahı ucbatından baş vermişdi”

Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti, Avropa Taekvondo İttifaqının vitseprezidenti

Füzuli Musayevin “APA-Sport” agentliyinə müsahibəsi

- Az öncə İstanbulda keçirilmiş lisenziya xarakterli turnirdə Azərbaycan idmançılarından yalnız biri

mükafatçılar arasına düşdü. Yəni Pekin Olimpiadasında ölkəmiz bir taekvondoçu ilə təmsil olunacaq. Turnirin

nəticəsindən razı qaldınızmı

- Əlbəttə, nəticə məni razı saldı. Çünki taekvondo digər idman növlərindən kəskin fərqlənir. Bu növdə

cəmi 2 təsnifat turniri olur. Özü də bu yarışlarda 2 kişi və 2 qadın idmançı ilə təmsil olunmağa icazə verilir.

Belə çətinliklər qarşısında 1 taekvondoçumuzun Pekin Olimpiadasında iştirak hüququna yiyələnməsi sevindirici

haldır.

- Ancaq federasiya rəhbərliyi yığmanın qarşısına 4 lisenziya qazanmaq vəzifəsi qoymuşdu...

- Öncə Rəşad Əhmədovun çıxışını dəyərləndirmək istəyirəm. Rəşad çox inamlı təsir bağışladı. Ardıcıl

qələbələr qazandı, o cümlədən 1/4 finalda ikiqat dünya çempionunu mübarizədən kənarlaşdırdı. Finala yüksəlsə

də, onun döyüşməyini məqsədəuyğun saymadıq. O, gümüş medalla yanaşı, lisenziyanı da təmin etmişdi. Belə

olan halda, Rəşadın güclü taekvondoçu, türkiyəli Bəhri Tanrıkulu ilə döyüşə buraxmaq risk tələb edirdi.

İdmançımız zədələnə, hansısa xoşagəlməz halla üzləşə bilərdi. Bir sözlə, Rəşad etimadları doğrultdu.

Niyaməddin Paşayev isə ilk görüşdə avstriyalı rəqibi ilə eyni miqdarda xal topladı. Döyüş “qızıl xal” prinsipi ilə

davam etdirildi. Bu zaman Niyaməddinə hücum etməyə tələsməməyi, gözləməyi məsləhət gördük. Lakin o,

rəqibinin üstünə hücum etsə də, nəticədə məğlubiyyətə düçar oldu.

- Bəs qadın idmançılarımızın uğursuzluğuna nə səbəb oldu

- Bildiyiniz kimi, yarışa iki koreyalı taekvondoçunu aparmağı planlaşdırmışdıq. Ancaq həmin

koreyalılardan biri ayağından zədələndi...

- Axı, sənəd probleminin da yarandığı bildirilir. Bu nə dərəcədə həqiqətəuyğundur

- Düzdür, sənəd problemi də yaranmışdı. Necə deyərlər, zədə ilə sənəd problemi bir-birinə qarışmışdı.

Sənədlərdəki çatışmazlıq Koreya tərəfinin günahı ucbatından baş vermişdi. Yəni biz bütün sənədləri qaydasına

salmışdıq. Bununla bağlı, turnir ərəfəsində heyətdə dəyişiklik etdik. Heyf ki, həm Çanq Əliyeva, həm də Nigar

Hacıyeva lisenziya qazana bilmədilər. Çanqın püşkatmada güclü rəqiblə düşdüyünü də qeyd etmək istəyirəm. 49

kq çəki dərəcəsində məhz onun rəqibi çempion oldu. Ümumiyyətlə, yarışın necə çətin keçdiyini təsəvvür etmək

üçün bir məqama diqqət yetirmək lazımdır. İstanbulda hətta Yay Olimpiya Oyunlarının mükafatçıları da

uğursuzluqlar yaşadılar. Buna baxmayaraq yekun bizi razı saldı.

- Belə çıxır ki, milli komandanın məşqçi korpusunda dəyişiklik etmək fikriniz yoxdur

- Xeyr. Mənə elə gəlir ki, heç bir dəyişikliyə ehtiyac yoxdur. Növbəti planlarımız Pekin olimpiadası ilə

bağlıdır. Çalışacağıq ki, Rəşad Əhmədov Yay Olimpiya Oyunlarında ölkəmizi layiqli təmsil etsin və vətənə

qızıl medalla dönsün. Artıq indidən Rəşadın şansının çox olduğunu söyləmək mümkündür. Çünki reqlamentdəki

son dəyişikliklərə əsasən, yarımfinala çıxan idmançı avtomatik bürünc medal qazanmış sayılır. Bu hesabla

Rəşadın Afina olimpiadasında ən azı bürünc medala layiq olduğu üzə çıxır.

- Dörd il öncə keçirilmiş Yay Olimpiya Oyunlarında 2 taekvondoçumuz çıxış edirdi. Pekində isə

ölkəmizin şərəfini 1 idmançı qoruyacaq. Bu, geriyə addımdır, yoxsa bəxtsizlik

- Burada geriyə addımdan söhbət gedə bilməz. Bəxtsizliyə görə, Pekin olimpiadasında bir

taekvondoçumuz olacaq. Həm də nəzərə almaq lazımdır ki, Afina Yay Olimpiya Oyunlarının təsnifat

turnirlərindən biri Bakıda keçirilmişdi. O vaxt doğma meydan amili idmançılarımızda özünəinam yaratdığından

iki lisenziyaya sahib çıxmışdıq. Hazırda taekvondoda zəif ölkə yoxdur. Bolqarıstan, Çexiya, Gürcüstan, hətta

Albaniya kimi ölkələrin nümayəndələri medallar uğrunda mübarizə aparırlar. Halbuki sadaladığım ölkələrin

taekvondoçuları bir neçə il əvvələdək qələbə üzünə həsrət qalırdılar.

- İstanbul turnirinin nəticələrinin Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyi tərəfindən

müzakirəsi nəzərdə tutulubmu

- Federasiyanın prezidenti, fövqəladə hallar naziri Kamaləddin Heydərov yarışın gedişini əvvəldən

axıradək şəxsən izləyib. Çox güman ki, bu turnirin yekunu bir neçə gündən sonra federasiya rəhbərliyi

tərəfindən müzakirə ediləcək.

“İki sahil”, 29 yanvar 2008- ci il

105

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Cüdocularımız Pekin-2008-də 6 nəfərlə təmsil olunacaqlar

Aprelin 11-13-də Portuqaliyanın paytaxtı Lissabonda cüdo üzrə Avropa çempionatı keçirilib. Bununla

da bu idman növündə Pekin Yay Olimpiya Oyunlarına lisenziya verən yarışlar başa çatıb. Ölkəmiz bu idman

növü üzrə Olimpiya oyunlarında ilk dofə 6 cüdoçu ilə təmsil olunacaq. Olimpiadada Kifayət Qasımova (57 kq),

Ramil Qasımov (66 kq), Elnur Məmmədli (73 kq), Mehman Əziziov (81 kq), Elxan Məmmədov (90 kq) və

Mövlud Mirəliyev (100 kq) iştirak edəcəklər.

Lissabondakı qitə çempionatı Azərbaycan idmançıları üçün çox uğurlu keçib. Belə ki, Elxan

Məmmədov gümüş, Kifayət Qasımova isə bürünc medalla vətənə dönüblər.

Aprelin 16-da vətənə qayıdan idmançılarımız Heydər Əliyev adına Hava Limanında azarkeşlər və

mətbuat nümayəndələri tərəfindən böyük sevinc hissi ilə qarşılanıb. Fürsətdən istifadə edərək yığmamızın baş

məşqçisi və qaliblərdən yarış təəssüratlarını öyrəndik.

Ağayar Axundzadə: "Bəzi idmançılardan razı, bəzilərindən isə narazı qaldım. Əminəm ki, bundan da

yaxşı nəticə əldə edə bilərdik. Kifayət daha yaxşı çıxış etməyə qadir idi. O keçirdiyi son qarşılaşmanın sonuna 2

saniyə qalmış məğlub oldu. Halbuki görüşü qələbə ilə haşa çatdırmaq mümkün idi. Hər halda komandamızın

göstərdiyi ümumi nəticə məni qane edir".

Elxan Məmmədov: "Düzünü desəm gürcü idmançısı ilə görüş mənim üçün çətin və yorucu oldu. Ona

görə də finalda özümü çox yorğun hiss edirdim. Bu mənim Avropa çempionatında ilk medalımdır. Çox

sevinirəm ki, həm mənim. həm də məşqçilərin zəhməti hədər getmədi".

Kifayət Qasımova: "Yarış mənim üçün çətin keçdi. Bunun səbəbi aldığım zədə ilə bağlı idi. Halbuki

məğlub olduğum rəqibim avstriyalı Sabrina Filzmozeri vaxtilə Bolqarıstanda keçirilmiş lisenziva xarakterli

beynəlxalq turnirdə məğlub etmişdim".

“Olimpiya dünyası”, 18-21 aprel 2008-ci il

106

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Sidney-2000-in qalibi Zemfira Meftəhətdinova Pekin-2008-də də iştirak edəcək

Sidney-2000-nin qızıl medalçısı və Afına-2004-ün bürünc mükafatçısı Zemfıra Meftəhətdinova Pekin

Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ əldə edib. Belə ki, Atıcılıq İdman Növləri üzrə Beynəlxalq

Federasiyasının Azərbaycan Milli Olimpiya Komitəsinə (MOK) göndərdiyi məktubda idmançımıza "White

card" (güzəştli kart) verildiyi təsdiq edilib. Qeyd edək ki, Zemfira Sidney Olimpiadasına da güzəştli kartla

getmişdi. Beləliklə, Azərbaycan idmançılarının Pekin-2008-ə qazandıqları lisenziyaların sayı 35-ə çatıb.

“Olimpiya dünyası”, 18-21 aprel 2008-ci il

107

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən XXIX Yay Olimpiya Oyunlarında

Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə

mükafatların müəyyən edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının idmançılarını və onların məşqçilərini Çin Xalq Respublikasının paytaxtı

Pekin şəhərində keçirilən XXIX Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək

məqsədi ilə qərara alıram:

1. XXIX Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının

idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

– birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə isə 200 min manat;

– ikinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə isə 100 min manat;

– üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə isə 50 min manat.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyul 2008-ci il.

108

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

XXIX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan idmançılarını yolasalma mərasimi

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

AzərTAc xəbər verir ki, Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçiriləcək XXIX Yay

Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının iyulun 30-da yolasalma mərasimi keçirilmişdir.

Mərasimə toplaşanlar Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevi və xanımını,

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin

deputatı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Azərbaycan Prezidenti İlham Əliyevin

nitqi

-Əziz idmançılar,

əziz olimpiyaçılar,

əziz dostlar!

Bir neçə gündən sonra Pekin Yay Olimpiya oyunları başlayır və siz bir neçə gündən sonra Pekinə yola

düşəcəksiniz. Mən əminəm ki, siz Olimpiya oyunlarında doğma vətənimizi, həmişə olduğu kimi, ləyaqətlə

təmsil edəcəksiniz. Olimpiya oyunları idman tarixində çox mühüm yer tutan beynəlxalq miqyaslı bir hadisədir

və hər bir ölkə çalışır ki, əsas idman tədbirində qələbə qazansın, uğurlar əldə etsin. Gənc müstəqil dövlət kimi,

Azərbaycan demək olar ki, müstəqilliyimizin ilk illərindən Olimpiya oyunlarında iştirak etməyə çox böyük

diqqət vermişdir və bu gün bu barədə deyildi. Azərbaycan artıq müstəqil ölkə kimi dördüncü dəfə Olimpiya

oyunlarında iştirak edəcəkdir. İndiyədək hər dəfə iştirakımız qələbələrlə nəticələnmişdir. Bizim idmançılarımız

bütün yarışlarda çox böyük ustalıq, məharət nümayiş etdirərək, doğma vətənimizin idman şöhrətini yüksəklərə

qaldırmışlar və əminəm ki, milli komandamız Pekin Olimpiya oyunlarında da uğurla çıxış edəcəkdir.

İldən-ilə Azərbaycanda idman potensialı güclənir. Bizim böyük quruculuq işlərimiz nəticəsində idman

sahəsində də böyük irəliləyiş var və bunu görmək, bilmək üçün, sadəcə olaraq, statistik göstəricilərə nəzər

salmaq lazımdır. Hər il beynəlxalq yarışlarda yüzlərlə medallar qazanılır. Azərbaycan idmançıları müxtəlif

yarışlarda – dünya, Avropa çempionatlarında yüksək nəticələr göstərirlər. Bu, onu göstərir ki, bizim

idmançılarımızın uğurları təsadüfi xarakter daşımır. Bu, məqsədyönlü tədbirlərin nəticəsidir. O cümlədən

medalların qazanılması da bütünlükdə ölkədə idmanın inkişafından asılıdır. Çünki bizim işimiz təkcə beynəlxalq

yarışlarla məhdudlaşmır. İdman Azərbaycanın ictimai həyatının çox mühüm sahəsinə, mühüm hissəsinə

çevrilibdir. Bizim idmançılarımız yüksək nəticələr göstərir, gənclərimiz idmanla məşğul olmaq üçün çalışırlar.

Azərbaycanda idman infrastrukturu genişlənir, müasirləşdirilir. Bütövlükdə Azərbaycan cəmiyyətində

idmançılara çox müsbət münasibət var, çox böyük hörmət var. İdmançılar da öz işləri ilə, öz qələbələri ilə, öz

davranışları ilə daim ölkəmizin idman şöhrətini uca tutmalıdırlar.

Azərbaycan idman ölkəsi kimi tanınır. Bunu təkcə biz yox, eyni zamanda, ən mötəbər beynəlxalq

idman qurumlarının rəhbərləri də qeyd edirlər. İdman ölkəsi kimi Azərbaycan artıq dünya idman aləmində

özünəlayiq yerini tuta bilibdir. Bizim Olimpiya hərəkatında fəal iştirakımız, Azərbaycanda beynəlxalq

yarışların, o cümlədən Olimpiya lisenziya turnirlərinin keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda

uğurla çıxış etməsi, güclü idman infrastrukturunun yaradılması, idmana dövlət qayğısının artması – bütün bu

amillər Azərbaycanın idman ölkəsi kimi tanınmasına şərait yaratmışdır və bu, çox fərəhli bir haldır. Çünki

idman ölkəsi adını qazanmaq asan məsələ deyildir. İdmanın inkişafı üçün Azərbaycanda çox böyük, hərtərəfli

tədbirlər keçirilir və bunu sadalamaq üçün yəqin ki, çox vaxt lazım olacaqdır.

Amma siz idmançılar, idman mütəxəssisləri, məşqçilər bunu yaxşı bilirsiniz ki, Azərbaycanda idmana

cavabdehlik daşıyan bütün qurumlar vahid konsepsiya əsasında fəaliyyət göstərirlər. Milli Olimpiya Komitəsi,

Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar – bütün idman qurumları qarşıda duran

məqsədlərə nail olmaq üçün birlikdə çalışırlar. Çox güclü əlaqələndirmə işləri aparılır və onu da deyə bilərəm

ki, heç də hər bir ölkədə vəziyyət belə deyildir. Bir çox hallarda idman qurumları arasında nəinki əməkdaşlıq

var, hətta qarşıdurma, ziddiyyətlər də var. Azərbaycan bu baxımdan nümunəvi bir ölkədir və bizim idmanda

əldə etdiyimiz nəticələr, uğurlar, bax, bu siyasətin nəticəsidir. Həm idmana cavabdehlik daşıyan qurumlar,

vəzifəli şəxslər, həm də idmançılar, idman mütəxəssisləri və məşqçilər bütün səylərini göstərirlər ki,

Azərbaycanın idman şöhrəti daha da yüksək zirvələrə qalxsın və biz bunu görürük. Biz bunu ildən-ilə artan

qələbələrin sayında görürük, Azərbaycanın beynəlxalq idman aləmindəki mövqelərindən görürük.

Azərbaycanın hərtərəfli inkişafı üçün idman potensialının güclənməsi çox böyük əhəmiyyət daşıyır. Çünki qeyd

etdiyim kimi, idman ictimai həyatın mühüm hissəsidir. İdman həm insanları fiziki cəhətdən, həm də mənəvi

109

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

cəhətdən sağlam edir, idman sağlam həyat tərzi deməkdir. İdmançılar öz qələbələri ilə gənc nəsil üçün də

nümunə olmalıdırlar və olurlar. Mən çox böyük məmnunluq hissi ilə demək istəyirəm ki, Azərbaycanda uşaqlar,

yeniyetmələr arasında idmanla məşğul olmaq üçün maraq getdikcə artır və bunun da səbəbləri var. Yəqin ki, bu

səbəblərin əsası bizim idman sahəsində əldə etdiyimiz uğurlar, idmançılarımızın uğurlu çıxışlarıdır. Eyni

zamanda, Azərbaycanda bütün bölgələrdə idmanla məşğul olmaq üçün yeni imkanların yaradılmasıdır.

Ona görə biz qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda idmanın hərtərəfli inkişafı təmin olunubdur.

İdmançılarımız beynəlxalq yarışlarda yüksək nəticələr göstərir, Azərbaycanda dünya, Avropa çempionatları

böyük uğurla və böyük təşkilatçılıq peşəkarlığı ilə keçirilir. Azərbaycanda kütləvi idmanın inkişafı müşahidə

olunur. Bölgələrdə, rayonlarda müasir, bütün dünya standartlarına cavab verən idman qurğuları, olimpiya

kompleksləri, üzgüçülük hovuzları tikilir. İndi tikilməkdə olan olimpiya kompleksləri yəqin ki, bu il və gələn il

istifadəyə veriləcəkdir. Beləliklə, vaxtilə qarşımıza qoyduğumuz məqsəd - hər bir rayonda müasir olimpiya

kompleksinin tikilməsi, - həyatda öz əksini tapacaqdır. 23 idman kompleksi tikilməkdədir, 13-ü artıq

fəaliyyətdədir və bu proses davam edir. Nəzərə alsaq ki, federasiyalar və idman cəmiyyətləri də öz tərəfindən bu

işlərlə məşğuldurlar, biz görərik ki, Azərbaycanda çox güclü idman infrastrukturu yaradılır. Azərbaycanda

nəinki Bakıda, hətta bir çox başqa şəhər və rayonlarda istənilən beynəlxalq yarışın keçirilməsi mümkündür. Bu,

idmanın inkişafı üçün çox mühüm bir vasitədir. Həm də bölgələrin inkişafı üçün böyük təkandır. Bildiyiniz

kimi, son illər ərzində inşa edilən idman komplekslərinin yanında müasir mehmanxanalar, üzgüçülük hovuzları

da tikilir. Yəni bu komplekslər təkcə peşəkar idmançılar üçün deyil, eyni zamanda, idmanla sadəcə həvəskar

kimi məşğul olmaq istəyənlər üçün də əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, gələcəkdə yeni idman

komplekslərinin tikintisi nəzərdə tutulur, görərik ki, bir neçə ildən sonra bizim bu sahədəki bütün məqsədlərimiz

həyatda öz əksini tapacaqdır.

Əlbəttə ki, təlim-məşq toplanışlarının düzgün aparılması, idmançıların hazırlanması, məşqçi heyətinin

güclənməsi - bütün bu görülən tədbirlərin bir məqsədi var, o da ki, idmançıların uğurlu çıxışlarıdır. Son sözü

idmançılar deyir, son nəticəni, qələbəni idmançılar qazanırlar və biz çox istəyirik ki, bu qələbələrin sayı çox

olsun. Çünki hər bir idmançının qələbəsi həm onun şəxsi qələbəsidir, eyni zamanda, ölkəmizin qələbəsidir. Hər

dəfə dünya, Avropa çempionatlarında Azərbaycanın milli bayrağı qaldırılanda hər bir vətənpərvər insan qürur

hissi keçirir. Xüsusilə Olimpiya oyunlarında qələbə qazanmaq, hesab edirəm ki, hər bir idmançının həyatında

tarixi hadisədir və eyni zamanda, hər bir ölkənin tarixində mühüm hadisədir. Çünki Olimpiya oyunlarında,

demək olar ki, bütün ölkələr iştirak edirlər. Ölkələrin iştirakından, idmançıların çıxışlarından ölkələrin idman

gücü müəyyən olunur. Mən çox şadam ki, Azərbaycan idmançıları indiyədək olimpiya oyunlarında yüksək

nəticələr göstərmişlər, bizim medallarımızın sayı artır. İstəyirik ki, Pekin Olimpiya oyunlarında da idmançılar

gözəl nəticələr göstərsinlər.

Amma onu da bilirik ki, hər dəfə Olimpiya oyunlarında yarışlar daha da gərgin keçir, rəqabət artır və

hər bir ölkə çalışır ki, yaxşı nəticə göstərsin və biz bunu nəzərə almalıyıq. Hesab edirəm, idmançılar, idman

mütəxəssisləri, məşqçilər bunu gözəl başa düşürlər ki, Olimpiya oyunları idman tarixində ən mötəbər yarışlardır

və bu nəticələr növbəti dörd il ərzində ölkənin idman gücünü göstərəcəkdir.

Mən hesab edirəm ki, bütün görülən tədbirlər nəticəsində biz Pekin Yay Olimpiya oyunlarında yaxşı

nəticə göstərməliyik.

İdmanın inkişafı bundan sonra da davam etdiriləcək, idmana dövlət qayğısı artacaq, bütün lazımi

tədbirlər görüləcəkdir. İdmançıların həm məişət problemləri həll olunur, həm də mukafatlandırma məsələsində

irəliləyişlər var. Hər bir vətənpərvər vətəndaş Olimpiya oyunlarını izləyəcək və hər bir qələbəyə sevinəcəkdir.

Olimpiya oyunları böyük bir idman hadisəsidir və deyə bilərəm ki, dünya miqyasında çox böyük ictimai

hadisədir.

Gələcəkdə, əlbəttə ki, bizim idman imkanlarımız daha da genişlənəcəkdir. Bu gün Azərbaycanda

yaradılan müasir idman infrastrukturu, tikilən obyektlər dünya miqyaslı obyektlərdir. Məsələn, burada qeyd

olundu, Mingəçevir avarçəkmə bazasının bərpası, faktik olaraq, yenidən qurulması prosesi başlanmışdır. Bu,

dünya miqyaslı bir layihədir. Eyni zamanda, qış idman növlərinin inkişafı və turizmin inkişafı üçün Qusar

rayonu ərazisində yeni idman və turizm infrastrukturu yaradılır. Bu da dünya miqyaslı bir layihə olacaqdır. Həm

bölgənin inkişafına, iş yerlərinin açılmasına xidmət göstərəcək, həm də o, beynəlxalq turizm mərkəzinə

çevriləcəkdir.

Bütün bu layihələr böyük vəsait tələb edir və onu da bilməliyik ki, bu vəsaitin qaytarılması uzun

illərdən sonra mümkün olacaqdır. Yəni bu investisiyalar kommersiya xarakteri daşımır. Bütövlükdə,

Azərbaycanda son illər ərzində kapital qoyuluşu, investisiyaların həcmi, dövlət tərəfindən qoyulan investisiyalar

sosial xarakter daşıyır. Tikilən elektrik stansiyaları, yollar, körpülər, məktəblər, xəstəxanalar, idman qurğuları,

sosial infrastrukturun yeniləşməsi, - bütün bunlar sosialyönümlü tədbirlərdir. Bu, onu göstərir ki, Azərbaycan

dövlətinin çox güclü sosial siyasəti vardır. Xarici şirkətlər, yerli şirkətlər, əlbəttə ki, ilk növbədə daha çox

kommersiya xarakterli investisiyalara üstünlük verirlər və bu da təbiidir. Ancaq dövlət öz tərəfindən hər şeyi

110

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

etməlidir ki, Azərbaycanda yaşayan bütün insanlar daha da yaxşı yaşasınlar, daha da yaxşı imkanlar olsun və

Azərbaycanda yaradılan yeni infrastruktur obyektləri dünya standartlarına cavab versin. İdmanda biz bunu

görürük və bir daha demək istəyirəm, mən çox şadam ki, beynəlxalq idman aləmi, olimpiya ailəsi Azərbaycanı

idman ölkəsi kimi tanıyır. Bu, onu göstərir ki, bu vaxta qədər görülmüş bütün tədbirlər, atılmış addımlar düzgün

istiqamətdə olmuşdur.

Azərbaycanda idmanın inkişafı dövlət əhəmiyyətli məsələdir. Dövlət bundan sonra da bu sahəyə

qayğı göstərəcəkdir. Əlbəttə ki, idmançıların mükafatlanması işində də nə lazımdırsa edəcəyik. Bilirsiniz ki,

keçən Olimpiya oyunlarında yüksək nəticə göstərən idmançılar üçün mükafat fondu var idi. Keçən Olimpiya

oyunlarında qızıl medalı qazanan idmançıya 50 min dollar dövlət tərəfindən və 50 min dollar Milli Olimpiya

Komitəsi tərəfindən mükafat verilmişdir. Mən hesab edirəm ki, Azərbaycanın artan imkanlarını nəzərə almaq

şərtilə, biz bu mükafat fondunu daha da böyütməliyik.

Son dörd il ərzində, keçən Yay Olimpiya oyunlarından sonra Azərbaycanın iqtisadi potensialı böyük

dərəcədə güclənmişdir və biz bunu statistik rəqəmlərdə və abadlaşan, yeniləşən şəhərlərin simasında görürük.

Artıq Azərbaycanın çox güclü iqtisadi imkanları var. Bizim ildən-ilə artan dövlət büdcəmiz imkan verir ki,

istənilən sosial məsələnin həlli üçün lazımi tədbirlər görək. Mən hesab edirəm ki, yeni reallığı, yəni

Azərbaycanın iqtisadi cəhətdən güclü ölkəyə çevrilməsini nəzərə almaqla lazımi tədbirlər görə bilərik. Son 3 il

ərzində Azərbaycanda olan iqtisadi inkişaf sürəti dünya miqyasında heç bir yerdə olmamışdır. Bunu biz də

deyirik, beynəlxalq təşkilatlar da deyir. Son 3 il ərzində iqtisadi inkişaf sürəti baxımından dünya miqyasında

bütün ölkələr arasında birinci yeri tutmaq asan məsələ deyildir. Biz buna nail olmuşuq və bu meyillər davam

edir. Əminəm ki, 2008-ci ilin iqtisadi inkişaf göstəricilərinə görə Azərbaycan dünya miqyasında bu liderliyini

saxlayacaqdır. Bütün bunlar düşünülmüş iqtisadi islahatlar nəticəsində mümkün olmuşdur. Bütün bunların

təməli 1990-cı illərin ortalarında ulu öndər Heydər Əliyevin Azərbaycanda başladığı iqtisadi və siyasi

islahatlarla qoyulmuşdur.

Azərbaycan son 4 il ərzində, axırıncı Olimpiya oyunlarından keçən dövr ərzində bütün sahələrdə öz

imkanlarını böyük dərəcədə genişləndirmişdir. Siyasi mövqelərimiz möhkəmlənib, iqtisadi imkanlarımız

güclənib, insanların rifah halı yaxşılaşır, güclü tikinti-abadlıq işləri aparılır. Bir sözlə, mən hesab edirəm ki,

bütün bunları nəzərə almaq şərtilə biz Pekin Yay Olimpiya oyunlarında qələbə qazanan idmançıları daha da

böyük məbləğlə mükafatlandırmalıyıq. Mən hesab edirəm ki, müvafiq federasiyalar, idman cəmiyyətləri və

müxtəlif şirkətlər, dövlət şirkətləri və özəl şirkətlər, sponsorlar da öz sözünü deyəcəklər. Bu, onların öz işidir.

Milli Olimpiya Komitəsinin prezidenti və ölkə Prezidenti kimi mən Milli Olimpiya Komitəsi və dövlət

tərəfindən danışa bilərəm. Bəyan etmək istəyirəm ki, yay Olimpiya oyunlarında qızıl medal qazanmış idmançıya

Milli Olimpiya Komitəsi tərəfindən 200 min manat mükafat veriləcəkdir, Azərbaycan dövləti isə birinci yerə

çıxan, qızıl medal qazanan idmançıya 400 min manat mükafat verəcəkdir.

Ancaq mən bilirəm və siz də bilirsiniz ki, bu, qələbə qazanmaq üçün əsas amil deyildir. İdmançıları

qələbəyə çağıran, qələbəyə aparan əsas amil vətən sevgisidir, vətənpərvərlik ruhudur və azərbaycançılıq

fəlsəfəsidir. Sadəcə olaraq, mən hesab edirəm ki, idmançıların əməyinin lazımi səviyyədə qiymətləndirilməsi

üçün mükafatın bu məbləği məqsədəuyğundur.

Əziz idmançılar, mən sizi, ilk növbədə, Olimpiya oyunlarında iştirak etmək üçün qazanılmış

lisenziyaların əldə olunması münasibətilə bir daha təbrik edirəm. Bu, əldə edilən nəticədən asılı olmayaraq, hər

bir idmançının həyatında tarixi bir hadisədir. Eyni zamanda, sizi qələbəyə çağırıram. Siz bilin ki, bütün

vətənpərvər Azərbaycan vətəndaşları bu oyunları izləyəcəklər, sizin qələbənizi gözləyəcəklər və Azərbaycana

qələbəylə qayıdanda sizi böyük təntənə ilə qəbul edəcəklər. Sizə uğurlar, qələbələr arzulayıram.

AzərTAc

“Xalq qəzeti”.- 2008.- 31 iyul.- S. 1.

111

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan idmançılarının ilk heyəti Pekinə yola düşmüşdür

AzərTAc xəbər verir ki, avqustun 6-da Azərbaycan idmançılarından ibarət nümayəndə heyəti XXIX

Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Çinin paytaxtı Pekinə yola düşmüşdür.

Heydər Əliyev adına beynəlxalq hava limanında onları gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya

Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, bir sıra idman federasiyalarının rəhbərləri və idmansevərlər

təntənə ilə yola salmış, uğurlar arzulamışlar.

Nümayəndə heyətinin tərkibində avqustun 8-də start götürəcək Pekin olimpiadasında çıxış edəcək

idmançıların böyük hissəsi, o cümlədən güləşçilər, boksçular, atletlər, üzgüçülər yer almışlar. Onlarla bərabər

məşqçilər, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, eləcə də bir sıra federasiyaların

rəsmiləri də Pekinə yola düşmüşlər.

AzərTAc

6 avqust 2008-ci il

112

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Olimpiya barışına əməl etmək çağırışı

Pekin Olimpiadasının açılışı ərəfəsində BMT-nin baş katibi Pan Gi Mun müraciətlə çıxış etmişdir.

Müraciətdə deyilir ki, insan ruhunun təntənəsi olan Olimpiya Oyunları “daha sürətlə, daha hündürə, daha güclü”

şüarı altında kamilliyə can atan və müxtəlif ölkələri, ən müxtəlif sosial təbəqələri, mədəni ənənələri təmsil edən

atletləri bir araya toplayır. Lakin oyunların ən ali dəyəri onların bəşəriyyəti ümumi amallar – bərabərlik, idman

şərəfi, dözümlülük və ən başlıcası, sülh amalları ətrafında birləşdirə bilməsidir.

Bu dəyərlər sülh mədəniyyətinin, tərəqqinin, insan ləyaqətinin bərqərar olması üçün idmanın verdiyi

imkanlardan istifadə edən Olimpiya hərəkatının mahiyyətini əks etdirir. Birləşmiş Millətlər Təşkilatının

Nizamnaməsinin əsasını təşkil edən eyni dəyərlər təşkilatın səylərini insanların maddi rifahının yüksəldilməsinə,

insan hüquqlarının müdafiəsinə, qarşılıqlı anlaşmanın yaxşılaşmasına və bütün dünyada əməkdaşlığın

möhkəmlənməsinə yönəldir. Olimpiya hərəkatı və Birləşmiş Millətlər Təşkilatı bəşəriyyətin ən ulu ideallarının

həyata keçirilməsi uğrunda mübarizədə çempionlar komandasıdır.

Birləşmiş Millətlər Təşkilatını və Olimpiya hərəkatını birləşdirən komanda ruhu oyunların keçirildiyi

müddətdə bütün dünyada silahlı əməliyyatların dayandırılmasını nəzərdə tutan Olimpiya barışında daha bariz və

daha aşkar təzahür edir.

Bu barış zaman etibarilə məhdud olsa da, onun potensialı hədsizdir. O, bizə bir an ayaq saxlayıb

müharibənin ağır nəticələri barədə düşünməyə, dialoqa başlamağa və insanların iztirablarını yüngülləşdirməyə

imkan yaradır. Bu barış hamıya sübut edə bilər ki, əgər biz çalışsaq, hətta ən çıxılmaz görünən vəziyyətlərdə

belə sülhə nail olmaq mümkündür.

BMT-nin baş katibinin bəyanatında deyilir: “Lakin Olimpiya barışı yalnız o halda əhəmiyyət kəsb edir

ki, ona həqiqətən əməl olunsun. Beynəlxalq Olimpiya Komitəsinə, Birləşmiş Millətlər Təşkilatının Baş

Məclisinə qoşularaq, hazırda müharibə vəziyyətində olanların hamısını bu barışa əməl etməyə çağırıram. Qoy

onlar müvəqqəti də olsa, silahı yerə qoysunlar, çünki bu, hələ oyunlar başlayana qədər bəşəriyyətə qələbə

gətirəcəkdir.

AzərTAc

7 avqust 2008-ci il

113

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Olimpiya oyunlarının açılış mərasimində dünyanın 95 ölkəsinin dövlət və

hökumət başçıları iştirak edəcəklər

AzərTAc xəbər verir ki, Pekində Olimpiya oyunlarının açılış mərasimində dünyanın təqribən 95

ölkəsinin dövlət və hökumət başçıları, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev, habelə ABŞ Prezidenti

Corc Buş, Belarus Prezidenti Aleksandr Lukaşenko, Fransa Prezidenti Nikola Sarkozi, Braziliya Prezidenti Luis

İnasiu Lula da Silva, Rusiya hökumətinin sədri Vladimir Putin, Yaponiyanın Baş naziri Yasuo Fukuda və

başqaları iştirak edəcəklər.

AzərTAc

7 avqust 2008-ci il

114

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Olimpiya kəndində Azərbaycanın bayrağı qaldırılmışdır

AzərTAc xəbər verir ki, avqustun 7-də Bakı vaxtı ilə saat 07.00-da, Pekindəki Olimpiya kəndində

Azərbaycan bayrağının qaldırılması mərasimi olmuşdur.

Mərasimdə Azərbaycan nümayəndə heyətinin üzvləri - gənclər və idman naziri Azad Rəhimov, Milli

Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri

Yaşar Əliyev və digər rəsmi şəxslər iştirak etmişlər.

Mərasimi Pekin Olimpiya kəndinin meri açmışdır. O, “Bir arzu, bir dünya” şüarını deviz seçmiş Pekin

Olimpiadasında Azərbaycan nümayəndə heyətini salamlamışdır.

Azərbaycan nümayəndə heyətinin şef-demisionu İlham Mədətov tribunaya dəvət olunmuş və

Olimpiya kəndində ölkəmizin dövlət himninin sədaları altında Azərbaycanın bayrağı qaldırılmışdır.

AzərTAc

7 avqust 2008-ci il

115

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Pekində XXIX Yay Olimpiya oyunlarının təntənəli açılış mərasimi

AzərTAc xəbər verir ki, avqustun 8-də axşam Çinin paytaxtında, 91 min tamaşaçı tutan “Quş yuvası”

Olimpiya stadionunda XXIX Yay Olimpiya oyunlarının təntənəli açılış mərasimi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Avqustun 24-dək davam edəcək Olimpiadada Beynəlxalq Olimpiya Komitəsinin üzvü olan 205 ölkə təmsil

edilmişdir. 302 dəst medal uğrunda (bu, Olimpiada-2004 ilə müqayisədə bir dəst çoxdur) 10.500 idmançı

mübarizə aparacaqdır. 2008-ci ilin Yay Olimpiya oyunlarının yarışları Pekin, Sindau, Honkonq, Tyantszin,

Şanxay, Şenyan, Sinxuandao şəhərlərində keçiriləcəkdir. 2008-ci ilin Olimpiya oyunlarının emblemi qaçan

insanı xatırladan heroqlifin ənənəvi Olimpiya rəmzi ilə uzlaşdırılmasından ibarətdir. Emblemin aşağı hissəsində

ingilis dilində, Çin kalliqrafiyasına uyğunlaşdırılmış “Pekin-2008” yazısı vardır.

Çinin dövlət himninin sədaları altında bu ölkənin dövlət bayrağı qaldırıldı. Təntənəli açılış

mərasimində əsas şou “Böyük sivilizasiya” və “Şanlı era” adlı iki hissəyə bölünmüşdü. Şounun 15 minə yaxın

iştirakçısı Çin sivilizasiyasının beş min il ərzində keçdiyi yolu təsvir etdilər. 2008 musiqiçidən ibarət orkestr

qədim musiqi alətlərini səsləndirdi. Onları əyinlərində Çində yaşayan 56 xalqın milli geyimləri olan 224

ifaçıdan ibarət xor əvəz etdi. Sonra “Canlı şəkillər” Çinin ən mühüm kəşflərindən – kağızın ixtira edilməsi və

Çin rəngkarlıq sənəti və s. barədə “danışdı”.

Mərasim iştirakçıları Çin təsviri sənətinin əsas incilərindən birinin – XI əsrdə yaşamış rəssam Van

Simenin “Min li uzunluğunda çaylar və dağlar” adlı əsərinin böyüdülmüş surətini yaratdılar.

Bu ölkənin mədəniyyətinin növbəti səhifəsi məşhur Çin operasıdır. Onu Çinin birinci imperatoru Sin

Şixuanın “Terraqot ordusu” əvəz etdi. Tamaşaçılar Böyük İpək yoluna və qədim Çinin digər nailiyyətlərinə həsr

edilmiş süjetlərə də baxdılar.

Məşhur britaniyalı müğənni Sara Braytman və Çin pop-ulduzu Lyu Huan birlikdə Pekin

Olimpiadasının himnini ifa etdilər.

Olimpiya himni səslənəndən sonra iştirakçı ölkələrin nümayəndə heyətləri əllərində milli bayraqlarla

stadiona daxil oldular. Ənənəyə görə iştirakçıların paradını Olimpiya oyunlarının vətəni Yunanıstanın yığma

komandası açdı.

Ölkəmizin nümayəndə heyəti bu paradda başda şef-demision İlham Mədətov olmaqla 56 nəfər

idmançı, məşqçi və mütəxəssislə təmsil edilmişdir. Azərbaycan Respublikasının dövlət bayrağını komandanın

kapitanı, Olimpiya çempionu, güləşçi Fərid Mansurov aparırdı.

Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev fəxri qonaqlar

tribunasından komandamızı səmimiyyətlə salamladı.

Xatırladaq ki, Azərbaycan komandasının 44 üzvü idmanın 12 növündə yarışacaqdır. Atçılıq idmanı

yarışlarında və bədii gimnastika üzrə qrup halında komanda birinciliyində idmançılarımız ilk dəfə çıxış

edəcəklər.

Sonra Olimpiada-2008-in Təşkilat Komitəsinin sədri Lyu Si və Beynəlxalq Olimpiya Komitəsinin

prezidenti Jak Roqq mərasimdə çıxış etdilər.

Çin Xalq Respublikasının sədri Hu Szintao XXIX Yay Olimpiya oyunlarını açıq elan etdi.

İdmançıların və hakimlərin adından Olimpiya andları oxundu.

“Bir dünya – bir arzu” devizi altında keçən 2008-ci il Oyunlarının açılış mərasimində ən yaddaqalan

məqamlardan biri Olimpiya məşəlinin yandırılması oldu. Bu şərəfli vəzifəni Olimpiya çempionu, Los-

Ancelesdə keçirilmiş XXIII Yay Olimpiya oyunlarında üç qızıl, iki gümüş və bir bürünc medal qazanaraq,

Dünya İdman Jurnalistləri Assosiasiyasının versiyasına görə XX yüzilliyin 25 ən böyük atletindən biri hesab

edilmiş məşhur Çin gimnastı Li Nin yerinə yetirdi.

Olimpiadanın dörd saat davam etmiş və atəşfəşanlıqla başa çatmış təntənəli açılış mərasimini Yer

kürəsinin bütün qitələrində 4 milyard nəfər televiziya vasitəsilə seyr etmişdir. Bu, dörd il bundan əvvəl Afina

Olimpiadasında olduğundan 100 milyon nəfər çoxdur. Azərbaycanın idman pərəstişkarlarının da bu mərasimi

izləmək imkanı olmuşdur. AzTV və “Lider” telekanalı açılış mərasimini birbaşa translyasiya etmişdir.

Avqustun 10-da Azərbaycan idmançılarının ilk çıxışları olacaqdır. Onlara Vətənə qələbə ilə qayıtmalarını

arzulayırıq.

AzərTAc

8 avqust 2008-ci il

116

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Pekində XXIX Yay Olimpiya oyunları çərçivəsində “Azərbaycan günü” keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

AzərTAc xəbər verir ki, avqustun 10-da Çin Xalq Respublikasının paytaxtı Pekində – “China World

Hotel” də XXIX Yay Olimpiya oyunları çərçivəsində “Azərbaycan günü” keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak edirdilər.

Mərasimin keçirildiyi salon ölkəmizin dövlət bayrağı ilə, Azərbaycana xas milli üslubda zövqlə

bəzədilmişdi. Burada quraşdırılmış iri ekranlarda Azərbaycanın mədəniyyəti və incəsənətindən, tarixindən,

müasir inkişafından bəhs edən videomateriallar nümayiş etdirilirdi.

Mərasimə dəvət olunmuş beynəlxalq idman federasiyalarının rəhbərləri Azərbaycan Prezidentini və

xanımını səmimiyyətlə qarşıladılar. Onlar dövlətimizin başçısı ilə müxtəlif vaxtlarda görüşlərini xatırladaraq,

bunun onlarda xoş təəssürat yaratdığını bildirdilər.

Prezident İlham Əliyev mərasimdə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin

çıxışı

Hörmətli xanımlar və cənablar,

əziz dostlar!

İlk növbədə, mən bizim bu gecəmizə təşrif gətirdiyinizə görə sizin hamınıza təşəkkür etmək istərdim.

Bu gün biz Pekində “Azərbaycan günü” keçiririk. Bu gün biz mədəniyyətimiz, tariximiz və idman tariximiz

haqqında kiçik bir təqdimat etmək istəyirik.

Müstəqil ölkə kimi Azərbaycan artıq dördüncü dəfədir ki, Olimpiya oyunlarında iştirak edir. İndiyədək

bizim iştirakımız uğurlu olub, hər növbəti Olimpiya oyunlarında əvvəlkindən daha çox medal qazanmışıq. Ümid

edirəm ki, bu yaxşı ənənə davam edəcəkdir.

Ümumiyyətlə, biz idmanın inkişafına çox diqqət yetiririk, belə ki, idman bizim ictimai həyatımızın

vacib bir amilidir. Olimpiya hərəkatının inkişafına böyük diqqət yetirilir. Azərbaycan regionumuzda və bütün

dünyada Olimpiya hərəkatında əhəmiyyətli rol oynayır və Olimpiya ideallarını tam bölüşür.

Olimpiya oyunları, sadəcə, dünyanın əsas idman hadisəsi deyil, eyni zamanda, bu Oyunlar qlobal

miqyasda ən əhəmiyyətli hadisədir. Olimpiya oyunları, sadəcə, idman və yarışma deyil, eyni zamanda, dostluq,

tərəfdaşlıq və qarşılıqlı dəstək deməkdir və təbii ki, bu, idmançılar üçün yaddaqalan nümunədir. Əminəm ki,

onlar bunu bütün həyatı boyu xatırlayacaqlar. Onların öz qabiliyyətini nümayiş etdirmək, öz ölkələrinin idman

şərəfini qorumaq və eyni zamanda, əminəm ki, burada dostlar qazanmaq imkanı olacaqdır.

Biz Azərbaycanda idmançıları dəstəkləməyə çalışırıq, dövlət və hökümət idmanın inkişafında

əhəmiyyətli rol oynayır. Ölkəmizdə çoxlu yeni olimpiya kompleksləri yaradılıbdır. Son səkkiz il ərzində ölkənin

müxtəlif yerlərində 13 böyük idman kompleksi yaradılıb və daha 23-də tikinti işləri gedir. Bizim üçün çox

əhəmiyyətlidir ki, Beynəlxalq Olimpiya Komitəsinin, Avropa Olimpiya Komitəsinin prezidentləri və Olimpiya

hərəkatının yüksək rütbəli rəsmiləri bu komplekslərin bəzilərinin açılış mərasimlərində iştirak ediblər.

Əlbəttlə, biz idmançılarımızın Olimpiya oyunlarında yaxşı nəticələr göstərəcəklərinə ümid edirik.

Amma, eyni zamanda, bizim idmanın inkişafı ilə bağlı öhdəliklərimiz daha geniş məna daşıyır. Biz gənclərin və

uşaqların idman yarışlarında fəal iştirak etmələrini, onların sağlam və yaxşı fiziki formada olmalarını istəyirik.

Yaxşı nəticələrlə yanaşı, biz gənc nəslin sağlam olmasına və ölkəmizin gələcəkdə inkişaf etməsi üçün mühüm

vəzifələri yerinə yetirməyə hazır olmasına nail olmalıyıq.

Biz ümid edirik ki, bu oyunlar bütün iştirakçılar üçün uğurlu olacaqdır. Mən bütün komandalara, bütün

iştirakçılara müvəffəqiyyətlər arzulayıram. Ümid edirəm ki, idmançılar arasında yaranacaq dostluq və

tərəfdaşlıq ruhu dünyada sülhün bərqərar olmasına kömək edəcəkdir.

İdman, dostluq, ünsiyyət, tərəfdaşlıq – bütün bunlar regionlarda və bütün dünyada sülh və

təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən mühüm amillərdir. Bu mənada Azərbaycan çox əhəmiyyətli

rol oynayır. Qeyd etdiyim kimi, Azərbaycan müstəqil bir dövlət kimi gənc, lakin böyük mədəniyyətə, tarixə və

ənənələrə, eləcə də idman ənənələrinə malik bir ölkədir.

Bütün idmançılara uğurlar arzulayıram və bizim bu gecəmizə təşrif gətirdiyinizə görə bir daha hamınıza

təşəkkür edirəm. Bütün ölkələrə və ölkələrinizin insanlarına müvəffəqiyyət və xoşbəxtlik arzulamaq istərdim.

Sağ olun.

AzərTAc

10 avqust 2008-ci il

117

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Qızıl medala aparan yolda beş təmiz qələbə cüdoçu Elnur Məmmədli

Pekin Olimpiadasında Azərbaycana ilk qızıl medalı qazandırmışdır

AzərTAc xəbər verir ki, 73 kiloqram çəkidə yarışan cüdoçu Elnur Məmmədli avqustun 11-də Pekin

Olimpiadasında Azərbaycana ilk qızıl medalı qazandırmışdır. İdmançımız finala qədər keçirdiyi dörd görüşün

hamısını vaxtından əvvəl təmiz qələbə (“ippon”) ilə başa çatdırmışdır. Onun final görüşü isə Ginnesin Rekordlar

kitabına daxil edilməyə layiqdir. 20 yaşlı Azərbaycan idmançısı dünya çempionatının finalında uduzduğu

cənubi koreyalı Ki Çu Vonqu cəmi 13 saniyə ərzində ippon fəndi ilə məğlub etmişdir. Heç şübhəsiz ki, bu,

Olimpiya oyunlarının final görüşləri tarixinə düşəcək bir qələbədir.

Xatırladaq ki, Elnur Məmmədli bu qələbəsi ilə 2008-ci il Olimpiadasında MDB ölkələri arasında ilk

qızıl medalı Azərbaycana qazandırmışdır.

Yarışları izləyən dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham

Əliyev 73 kiloqram çəki dərəcəsində cüdoçulara medalların təqdim olunması mərasimində iştirak etmişdir.

Pekin Olimpiadasının üçüncü günü Azərbaycan idmançısının qələbəsi şərəfinə ölkəmizin Dövlət himni

səslənmişdir.

Həmin gün Olimpiya çempionunun ailəsini təbrikə gedən AzərTAc-ın müxbiri idmançının yaxınları,

jurnalistlər, Bakı Şəhər Baş İdman və Gənclər İdarəsinin rəhbəri Rafiq Abbasovla birlikdə final döyüşünü

izləmişdir. Elnurun anası Gülnarə xanım göz yaşlarını gizlətmədən deyirdi ki, bu qələbə Azərbaycan Prezidenti,

Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin ölkəmizdə idmanın inkişafına və gənclərimizin sağlam

böyüməsinə diqqət və qayğısı sayəsində mümkün olmuşdur. Çox sevinirəm ki, oğlum bu etimadı doğrultdu. O,

bu qələbəni Azərbaycana, dövlətimizin başçısına həsr etmişdir.

Həmin gün ölkəmizin birinci xanımı Mehriban Əliyeva Pekindən telefonla Elnur Məmmədlinin

anasına zəng edərək, oğlunun parlaq qələbəsi münasibətilə səmimi təbriklərini çatdırmışdır.

Xatırladaq ki, XXIX Yay Olimpiya oyunlarının çempionu idmanla 9 yaşından Respublika

İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbində məşğul olur, hazırda “Neftçi” İdman-

Sağlamlıq Mərkəzinin üzvüdür.

Həmin gün cüdoçu Kifayət Qasımovanın (57 kiloqram) və ağır atlet Sərdar Həsənovun çıxışları isə

uğursuz olmuşdur. K.Qasımova elə ilk görüşdə 2007-ci ilin Asiya çempionu və dünya çempionatının bürünc

mükafatçısı yapon Ayko Satoya uduzmuşdur.

Birinci hərəkətdən sonra “B” qrupunda 4-cü yeri tutan ağırlıqqaldıran Sərdar Həsənov isə 150

kiloqram çəkinin öhdəsindən gələ bilməmişdir.

Boksçu Şahin İmranov avqustun 11-də onaltıdabir final mərhələsinin ilk görüşündə Qazaxıstan

idmançısı Qalib Cəfərovu məğlub etmişdir.

Avqustun 12-də cüdoçu Mehman Əzizov (81 kiloqram), boksçu Samir Məmmədov (51 kiloqram),

yunan-Roma güləşçiləri Rövşən Bayramov (55 kiloqram), Vitali Rəhimov (60 kiloqram), ağır atletlər Turan

Mirzəyev və Əfqan Bayramov (hər ikisi 69 kiloqram) mübarizəyə başlayacaqlar.

İdmançılarımıza uğurlar arzulayırıq!

AzərTAc

11 avqust 2008-ci il

118

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Olimpiadanın dördüncü günü Azərbaycan idmançıları iki gümüş medal qazanmışlar

AzərTAc xəbər verir ki, Olimpiadanın dördüncü günü Azərbaycan idmançıları üçün uğurlu olmuşdur.

Yunan-Roma güləşində yarışan Rövşən Bayramov (55 kiloqram) və Vitali Rəhimov (60 kiloqram)

komandamıza iki gümüş medal qazandırmışlar.

Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban

Əliyeva da yarışları izləmişlər.

Rövşən Bayramov və Vitali Rəhimov çıxışa uğurla başlamışlar. Rövşən əvvəlcə misirli Mustafa

Məhəmmədə və kubalı Yaqner Ernandesə qalib gəlmişdir.

Finala aparan yolda Rövşən Bayramov köhnə rəqibi Roman Amoyanı məğlub edərək finala çıxmışdır.

Bu görüş 7:2, 4:1 ilə nəticələnmişdir.

Təəssüf ki, finalda R.Bayramov rusiyalı Nazir Mankiyev ilə görüşdə qızıl medalı əldən vermişdir.

Vitali Rəhimov görüşlərə çinli Janq Şenq üzərində qələbə ilə başlamışdır. Növbəti, rumın Eusebio Daçianu ilə

qarşılaşma da V.Rəhimovun qələbəsi ilə başa çatmışdır.

Rövşən Bayramov kimi, Vitalini də Olimpiya medalına aparan yolda erməni idmançı ilə görüş

gözləyirdi. O, bolqarıstanlı Armen Nazaryana aşkar üstünlüklə qalib gəlmişdir.

V.Rəhimov növbəti rəqibi, qazaxıstanlı Nurbakit Tenqizbayevi asanlıqla məğlub etmişdir. Finalda isə rusiyalı

İslambek Albiyevə uduzaraq, gümüş medal qazanmışdır.

Boksçularımız da artıq ikinci gündür bizi sevindirirlər. Samir Məmmədov (51 kiloqram) avqustun 12-

də birinci görüşdə mərakeşli Abdulla Nailə qalib gəlmişdir. Avqustun 16-da keçiriləcək qarşıdurmada o,

tailandlı boksçu Somjit Yonqoxor ilə görüşəcəkdir.

Təəssüf ki, ağır atletlərimiz Əfqan Bayramov və Turan Mirzəyev (hər ikisi 69 kiloqram) medalçılar

sırasına düşə bilməmişlər. T.Mirzəyev 327 kiloqram (146+181), Ə.Bayramov 320 kiloqram (145+175)

qaldırmışdır. Nəticədə Turan beşinci, Əfqan yeddinci olmuşdur.

Cüdoçu Mehman Əzizov (81 kiloqram) da ümidləri doğrultmamışdır. O, elə ilk görüşdə almaniyalı

rəqibi Ole Bişofa məğlub olmuşdur. Bişof finala çıxmış, Mehman isə təsəlliverici görüşdə amerikalı Trevis

Stivensə də uduzmuşdur.

Olimpiadanın dördüncü günü güləşçilərimizin mübarizəsini izləmək üçün Bakı Şəhər Gənclər və

İdman Baş İdarəsində toplaşan azarkeşlər, idman veteranları, Rövşən Bayramovun və Vitali Rəhimovun

yaxınları AzərTAc-ın müxbiri ilə söhbətdə bildirmişlər ki, hamımız idmançılarımızdan qızıl medallar

gözləyirdik. İdarənin rəisi Raqif Abbasov demişdir ki, Azərbaycan güləşçiləri rusiyalı idmançılardan heç də geri

qalmırdılar, ancaq bu gün uğur onların tərəfində idi. Oyunlarda qazanılan bütün medallar qızıla bərabərdir. Biz

pəhləvanlarımızı qəhrəman kimi qarşılayacağıq.

AzərTAc

12 avqust 2008-ci il

119

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Cüdoçu Mövlud Mirəliyev Azərbaycana daha bir medal qazandırdı

AzərTAc xəbər verir ki, Pekin Olimpiadasının altıncı günündə azərbaycanlı cüdoçu Mövlud

Mirəliyev bürünc medal qazanmışdır. Bu, idmançılarımızın Pekində qazandığı sayca dördüncü mükafatdır.

Mövlud Mirəliyev 100 kq çəki dərəcəsində çıxış edən cüdoçular arasında axırıncı görüşdə polşalı Premislav

Matyaşekə qalib gələrək, Pekin Olimpiadasının bürünc mükafatçısı olmuşdur.

Əlcəzairli Həsən Azuna, gürcü Levan Zorjiaşviliyə və rumın Daniel Brata qalib gəlmiş həmyerlimiz

yarımfinalda Monqolustan nümayəndəsi, sonradan final görüşündə qızıl medal qazanmış Tuvşinbar Naydana

uduzmuşdur.

Avqustun 14-də Olimpiadada Azərbaycanın daha 4 idmançısı çıxış etmişdir. Stend atıcılığı üzrə

Olimpiya çempionu Zemfira Meftahətdinova öz pərəstişkarlarını sevindirə bilməmişdir. Cəmi 63 xal toplamış

Zemfira 15-ci yeri tutmuşdur. Onun altı finalçı sırasına düşməsi üçün 6 xalı çatmamışdır.

Yunan-Roma güləşi üzrə Azərbaycanı təmsil edən iki idmançımızın - Şalva Qadabadze (84 kq) və Anton

Botevin (120 kq) çıxışları da uğurlu olmamışdı.

50 metr məsafəyə sərbəst üsulla üzən Turan Abbasov yaxşı nəticə göstərə bilməmişdir.

Olimpiadada ümumi komanda birinciliyində Çin idmançıları liderliyi əldə saxlayırlar. İkinci yerdə ABŞ

komandası gedir. Bir qızıl, iki gümüş və bir bürünc medal qazanmış Azərbaycan komandası hələlik 15-ci

yerdədir.

Avqustun 15-də jokey Camal Rəhimov təsnifat yarışlarında çıxış edəcəkdir. Həmin gün yüngül atlet

Ruslan Abbasov, ağır atlet İntiqam Zahirov (85 kq) da öz qüvvələrini sınayacaqlar. Boksçu Şahin İmranov (57

kq) isə ikinci döyüşünü keçirəcəkdir.

AzərTAc

14 avqust 2008-ci il

120

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan gimnastları Pekində ilk Olimpiya məşqləri keçmişlər

Azərbaycanın bədii gimnastika üzrə Olimpiya yığmasının üzvləri Aliyə Qarayeva və Dinara

Gimatova (fərdi çıxışlar), habelə qrup komandamızın üzvləri Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay,

Alyona Tryopina, Anastasiya Prasolova və Dina Qorina avqustun 18-də “Beijing University of Technology

Gymnasium”da ilk podium məşqlərini keçirmişlər. Azərbaycan Gimnastika Federasiyasının mətbuat

xidmətindən AzərTAc-a bildirmişlər ki, bu məşqlər fərdi yarışlarda çıxış edəcək gimnastlarımızın Tokioda və

qrup komandamızın Masallıda keçirdikləri son toplantının məntiqi davamıdır. Podium məşqləri avqustun 19-20-

də də keçiriləcəkdir. Bunları təkcə məşqçilər müşahidə etməyəcəklər. Eyni zamanda, hakimlər, o cümlədən

Beynəlxalq Gimnastika Federasiyasından məxsusi dəvət almış Azərbaycan məşqçisi Larisa Sidorova

məşqçilərin təqdim etdiyi hərəkətlər siyahısı üzrə qeydlər aparır.

Yarışlar isə avqustun 21-də Bakı vaxtı ilə saat 15.00-da başlanacaqdır. İlk olaraq fərdi çıxışlar

olacaqdır. Püşkatmanın nəticələrinə görə, Aliyə Qarayeva və Dinara Gimatova 24 gimnastın iştirak etdiyi

çoxnövçülükdə halqa ilə meydana 8-ci və 12-ci çıxacaqlar. Qrup komandamız isə “altılıq” 5 iplə 12 kollektiv

arasında 8-ci çıxış edəcəkdir.

Gimnastlarımız çoxnövçülüyün finalına çıxmaq üçün ilk onluğa, qrup komandamız isə səkkizliyə

düşməlidir. Olimpiya yarışından əvvəl nümunəvi çıxışlar olacaqdır. Bir çox məşhur idmançıların iştirakı ilə

avqustun 20-də keçiriləcək şouda ölkəmizi Aliyə Qarayeva təmsil edəcəkdir.

Olimpiya oyunlarının açılışı günü Hollandiyanın nüfuzlu “Eindhovens Dagblad” qəzeti Azərbaycanın

qrup komandası barədə qızlarımızın şəkilləri ilə birlikdə reportaj dərc etmişdir. Məqalədə milli gimnastika

federasiyamızın fəaliyyətindən, idmançılarımızın Olimpiadaya hazırlığından söhbət açılır. Məqalə Hollandiya

telekanallarının da diqqətini cəlb etmişdir və RTL 4 kanalı Azərbaycan gimnastları üçün geyim sifariş verilən

mağazadan süjet hazırlamışdır.

Növbəti gün Azərbaycan-Hollandiya Fondunun nümayəndə heyəti mağazaya gəlmiş və onun

menecerinə Azərbaycan kulinariyası barədə holland dilində kitab təqdim etmişdir.

AzərTAc

18 avqust 2008-ci il

121

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Şahin İmranov Azərbaycana yeddinci medal qazandırmışdır

AzərTAc xəbər verir ki, boksçumuz Şahin İmranovun (57 kiloqram) bürünc medalı avqustun 22-də

Azərbaycan idmançılarının Pekin Olimpiadasında yeganə uğuru olmuşdur. Xatırladaq ki, boksçumuz

yarımfinala çıxmaqla Olimpiya oyunlarında özü üçün azı bürünc medalı təmin etmişdi. Təəssüf ki, zədəsi onun

yarımfinalda uğurlu çıxışına mane oldu. Fransız Hedafi Belkurla döyüşə fəal başlayan boksçumuz (2:0) raundun

sonunda 2:5 hesabı ilə məğlub oldu. Çiynindən aldığı zədə özünü göstərmiş və Şahin ikinci raundda döyüşü

davam etdirə bilməmişdir. Beləliklə, o, yalnız bürünc medal qazanmışdır.

Azərbaycanın idman azarkeşləri Olimpiadanın taekvondo yarışlarında yeganə təmsilçimiz olan Rəşad

Əhmədova (80 kiloqram) böyük ümid bəsləyirdilər. O, Qətər nümayəndəsi Əbdülqadir Hikmət Sərxanla ilk

döyüşü asanlıqla udaraq (5:2) ¼ finala çıxmışdır. Bu mərhələdə Rəşadın rəqibi kanadalı Sebastyan Mişo idi.

Heç-heçə nəticələnən həmin döyüşdə hakimlərin qərarı ilə qələbə Rəşada verilmişdir.

İdmançımız yarımfinalda Olimpiya çempionu və ikiqat dünya çempionu iranlı Hadi Sayei ilə

qarşılaşdı. İlk iki raundda qüvvələr bərabər idi, lakin üçüncü raundda İran taekvondoçusu üç zərbə ilə qələbə

qazandı və finala çıxdı.

Bürünc medal uğrunda təsəlliverici görüşdə R.Əhmədov ikiqat Olimpiya çempionu, dördqat dünya

çempionu, ABŞ idmançısı Stiven Lopes ilə qarşılaşmışdır. Bu döyüşdə də idmançımız uduzmuş, ötən

Olimpiadada olduğu kimi, medala bir addım qalmış mübarizəni dayandırmışdır.

Avqustun 22-də Azərbaycan qadın gimnastları – Dinara Gimatova və Aliyə Qarayeva, habelə qrup

komandamız xalça üzərinə çıxmışlar. Aliyə təsnifat mərhələsini uğurla keçərək finala çıxmışdır. Dinara isə final

onluğuna daxil ola bilməmişdir.

Ölkəmizi Olimpiadada ilk dəfə təmsil edən qrup komandamız da finala çıxmışdır. Avqustun 23-də

bədii gimnastika üzrə yarışlar başa çatacaqdır.

Xatırladaq ki, Olimpiadanın 14 günü ərzində idmançılarımız bir qızıl, iki gümüş və dörd bürünc

medal qazanmışlar. Bu nəticə ilə ölkəmiz 35-ci yerdədir. Birinci yeri isə əvvəlki kimi Çin idmançıları tuturlar.

AzərTAc

22 avqust 2008-ci il

122

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Pekində XXIX Yay Olimpiya oyunları başa çatmışdır

AzərTAc xəbər verir ki, avqustun 24-də Pekindəki “Quş yuvası” milli stadionunda XXIX Yay

Olimpiya Oyunlarının təntənəli bağlanış mərasimi keçirilmişdir.

Pekin vaxtı ilə saat 20.00-da başlayan mərasimdə əvvəlcə Çinin dövlət himni səslənmişdir.

Olimpiadanın bağlanış mərasimi gözlənildiyi kimi, möhtəşəm bayrama çevrilmişdir.

Çin artistləri milli mahnılar və rəqslər ifa etmiş, milli mifologiyanı və tarixi miniatürləri əks etdirən

süjetlər nümayiş olunmuşdur.

Sonra stadiona bayraqdarlar daxil olmuşlar. Azərbaycan bayrağını boks üzrə yarışların bürünc

mükafatçısı Şahin İmranov aparırdı. Olimpiadanın açılış mərasimindən fərqli olaraq idmançılar meydana

birlikdə qaçaraq daxil olmuş və bununla da bütün iştirakçıların həmrəyliyini nümayiş etdirmişlər.

Yarım saat davam edən teatrlaşdırılmış şoudan sonra Olimpiya stadionuna bazar günü başa çatmış marafon

qaçışının qalibləri daxil olmuşlar. Bu növdə Qızıl medala keniyalı Semuel Kamau Vanjiru layiq görülmüş,

marokkolu Smuel Kamau Marokko gümüş, efipialı Seqay Kebede isə bürünc medalları qazanmışlar.

Mükafatların təqdimat mərasimində Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqe iştirak etmişdir.

XXIX Yay Olimpiya Oyunları BOK prezidenti Jak Roqqenin çıxışından sonra rəsmi olaraq bağlı elan

edilmişdir.

Bundan sonra “Pekin-2008” Olimpiadasının təşkilat Komitəsinin üzvləri Olimpiya bayrağını 2012-ci

il London Olimpiadasının təşkilatçılarına təhvil vermişlər.

Mərasimə son nöqtə Olimpiya bayrağının endirilməsi ilə qoyulmuşdur ki, bu da Çinin paytaxtında

Oyunların başa çatdığını bildirmişdir. Bayraq Olimpiya himninin sədaları altında endirilmiş və sonra onunla

stadion boyunca şərəf dairəsi vurulmuşdur. Olimpiya məşəli söndürülmüşdür.

Pekin Olimpiadasında 204 ölkənin idmançıları iştirak etmişlər. Olimpiadanın 16 günü ərzində 302

dəst medal oynanılmışdır. Azərbaycan ümumi komanda hesabında 1 qızıl, 2 gümüş və 4 bürünc medalla 39-cu

yeri tutmuşdur. Medalların sayına görə isə ölkəmiz 27-ci yerdədir. 1996-cı ilin Atlanta Olimpiadasında

Azərbaycan idmançıları cəmi 1 gümüş, 2000-ci ilin Sidney Olimpiadasında 2 qızıl və 1 bürünc, 2004-cü ilin

Afina oyunlarında isə 1 qızıl və 4 bürünc medal qazanmışdılar. Göründüyü kimi, Pekin Olimpiadası Azərbaycan

idmançıları üçün daha uğurlu olmuşdur.

Azərbaycan postsovet ölkələri arasında 6-cı yeri tutmuşdur. Özbəkistan (1-2-3), Latviya (1-1-1),

Estoniya (1-1-0), Litva (0-2-3), Qırğızıstan (0-1-1), Tacikistan (0-1-1), Ermənistan (0-0-6) və Moldova (0-0-1)

Azərbaycandan arxada qalmışdır. Yalnız Türkmənistan heç bir medal əldə edə bilməmişdir.

Azərbaycan Avropa ölkələri arasında 20-ci, islam ölkələri arasında isə 3-cü olmuşdur.

Olimpiadanın qalibi 51 qızıl, 21 gümüş və 28 bürünc medalla Çinin yığma komandası olmuşdur. İkinci yeri

ABŞ (36-38-36) komandası tutsa da medalların sayına görə bu ölkə birincidir.

Mükafatlar 87 ölkənin idmançıları tərəfindən qazanılmış, 55 ölkə isə Olimpiya çempionu olmaq

şərəfinə nail olmuşdur. .

AzərTAc

25 avqust 2008-ci il

123

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Pekin-2008-də 204 ölkə arasında medalların sayına görə

27-ci, növünə görə isə 39-cu yeri tutduq

Olimpiadanı Avropa ölkələri arasında 20-ci, İslam ölkələri sırasında isə 3-cü yerdə basa vurduq

Ölkə Q G B Cəmi Medalların

sayına görə

l.Çin . 51 21 28 100 2

2. ABŞ 36 38 36 110 1

3. Rusiya 23 21 28 72 3

4. Böyük Britaniya 19 13 15 47 4

5. Almaniya 16 10 15 41 6

6. Avstraliya 14 15 17 46 5

7. Koreya 13 10 8 31 8

8. Yaponiya 9 6 10 25 11

9. İtaliya 8 10 10 28 9

10. Fransa 7 16 17 40 ,7

11. Ukrayna 7 5 15 27 10

12. Hollandiya 7 5 4 16 16

13. Yamayka 6 3 2 11 20

14. İspaniya 5 10 3 18 14

15. Keniya 5 5 4 14 18

16. Belarus 4 5 10 19 13

17. Rumıniya 4 1 3 8 25

18. Efiopiya 4 1 2 7 27

19. Kanada 3 9 6 18 14

20. Polşa 3 6 1 10 21

21. Macarıstan 3 5 2 10 21

21. Norveç 3 5 2 10 21

23. Braziliya 3 4 8 15 17

24. Çexiya 3 3 0 6 30

25. Slovakiya 3 2 1 6 30

26. Yeni Zelandiya 3 1 5 9 24

27. Gürcüstan 3 ' 0 3 6 30

28. Kuba, 2 11 11 24 12

29. Qazaxıstan 2 4 7 13 19

30. Danimarka 2 2 3 7 27

31. Monqolustan 2 2 0 4 44

31.Tailand 2 2 0 4 44

33. KXDR 2 1 3 6 30

34. Argentina 2 0 4 6 30

34. İsveçrə 2 0 4 6 30

36. Meksika 2 0 1 3 51

37. Türkiyə 4 3 8 25

38. Zimbabve 3 0 4 44

39. Azərbaycan 2 4 7 27

40. Özbəkistan 2 3 6 30

41. Sloveniya 2 2 5 38

42. Bolqanstan 1 3 5 38

42. tndoneziya 1 3 5 38

44. Finlandiya 1 2 4 44

45. Latviya 1 1 3 51

46. Belçika 1 0 2 57

46. Dominikan Resp. 1 0 2 57 •

46. Estoniya 1 0 2 57

46. Portuqaliya 1 - 0 2 57

124

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

50. Hindistan 0 2 3 51

51.İran 0 1 2 57

52. Bəhreyn 0 0 1 69

52. Kamerun 0 0 1 69

52. Panama 0 0 1 69

52. Tunis 0 0 1 69

56. İsveç 0 4 1 5 38

57. Xorvatiya 0 2 3 5 38

57. Litva 0 2 3 5 38

59. Yunanıstan 0 2 2 4 44

60. Trinidad və Tobaqc 0 2 0 2 57

61. Nigeriya 0 3 4 44

62. Avstriya 0 2 3 51

62. İrlandiya 0 2 3 51

62. Serbiya 0 2 3 51

65. Əlcəzair 0 2 57

65. Baham adalan 0 2 57

65. Kolumbiya 0 2 57

65. Qırğızıstan 0 2 57

65. Mərakeş 0 1 2 57

65. Tacikistan 0 2 57

71. Çili 0 0 1 69

71. Ekvador 0 0 1 69

71. İslandiya 0 0 1 69

71. Malayziya 0 0 1 69

71.CAR 0 0 1 69

71. Sinqapur 0 ' 0 1 69

71. Sudan 0 0 1 69

71. Vyetnam 0 0 1 69

79. Ermənistan 0 0 6 6 30

80. Çin Taypeyi 0 0 4 4 44

81. Əfqanıstan 0 0 1 69

81. Misir 0 0 1 69

81. İsrail 0 0 1 69

81.Moldova 0 0 ı • 69

81. Mavriki 0 0 1 69

81. Toqo 0 0 1 69

81. Venesuela 0 0 1 69

Cəmi 303 303 353 958

“Olimpiya dünyası”, 27-28 avqust 2008-ci il

125

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Pekin Yay Olimpiya oyunları Azərbaycan yığma komandası üçün

uğurlu olmuşdur

AzərTAc xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz

Hüseynzadə Pekin Yay Olimpiya oyunlarında Azərbaycan idmançılarının çıxışlarını qiymətləndirərkən

demişdir.

Ç.Hüseynzadə vurğulamışdır ki, ötən Olimpiadalarda idmançılarımızın uğurlu çıxışları olsa da, biz

Pekində daha çox sevincli anlar yaşadıq. Olimpiadada idmançılarımız əldə etdikləri 7 medalla ilk 30 komanda

sırasına düşə bildilər. Bu, olduqca yaxşı bir göstərici idi.

MOK-un vitse-prezidenti demişdir ki, Azərbaycanda Olimpiya hərəkatına, idmanın inkişafına ölkə

başçısı İlham Əliyev tərəfindən çox böyük diqqət yetirilir. Bu səbəbdən də Pekində keçirilən Olimpiadada əsas

vəzifələrimizdən biri də Prezidentin bizə göstərdiyi ehtimadı doğrultmaq idi və biz bu şərəfli işin öhdəsindən

layiqincə gəldik.

AzərTAc

26 avqust 2008-ci il

126

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan Prezidenti İlham Əliyev XXIX Pekin Yay Olimpiya oyunlarında

iştirak etmiş idmançılarla görüşmüşdür

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev

avqustun 29-da XXIX Pekin Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə

görüşmüşdür.

Görüşə toplaşanlar Azərbaycan Prezidentini və ailə üzvlərini hərarətlə qarşıladılar.

Dövlətimizin başçısı görüşdə nitq söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin

nitqi

- Əziz idmançılar!

Əziz olimpiyaçılar!

Əziz dostlar!

Mən sizi və bütün Azərbaycan xalqını Azərbaycan milli olimpiya komandasının Pekin Yay Olimpiya

Oyunlarında qazandığı böyük qələbə münasibətilə ürəkdən təbrik edirəm.

Biz hamımız yaxşı xatırlayırıq ki, idmançıları Pekinə necə yola salırdıq. Yola salanda inanırdıq ki,

idmançılarımız Azərbaycanın idman şöhrətini yüksəklərdə saxlayacaqlar, Azərbaycanın idman şöhrətini

qoruyacaqlar və Vətənə qələbə ilə qayıdacaqlar. Belə də oldu. Belə fikirləşmək üçün bizim bütün əsaslarımız

var idi. Çünki Azərbaycan idman dövlətidir. Bunu həm biz deyirik, həm də beynəlxalq idman qurumlarının

rəhbərləri etiraf edirlər.

Azərbaycanda idman çox sürətlə inkişaf edir. Azərbaycanda çox güclü idmançılar var, güclü

məşqçilər var. İdmançıların peşəkarlığı yüksək səviyyədədir. Bizim idmançılarımız keçən dörd il ərzində

müxtəlif beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında böyük uğurlar qazanmışlar, medallar

qazanmışlar. Azərbaycanda çox güclü idman infrastrukturu yaradılır. Bütün bölgələrdə müasir olimpiya idman

kompleksləri tikilir. Onların 13-ü istismara verilibdir, 23-ündə isə tamamlanma işləri gedir.

Azərbaycanda dövlət tərəfindən idmanın inkişafına çox böyük dəstək var və məqsədyönlü proqramlar icra

olunur. Yəni bütün bu amillər və bununla bərabər, idmana məsuliyyət daşıyan bütün qurumların – Milli

Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, federasiyaların, idman cəmiyyətlərinin, klublarının birgə

fəaliyyəti belə deməyə əsas verirdi ki, idmançılarımız Vətənə qələbə ilə qayıdacaqlar. Mən çox şadam ki, bu

gün biz bu böyük qələbəni birlikdə qeyd edirik.

Olimpiya oyunları kimi çox böyük və dünyanın ən mötəbər, birinci idman yarışında 7 medal

qazanmaq çox böyük nailiyyətdir, böyük uğurdur və bizim hamımızı çox sevindirir. Müstəqil dövlət kimi

Azərbaycan Yay Olimpiya oyunlarında dörd dəfə iştirak etmişdir və hər dəfə daha da böyük nailiyyətlər

qazanmışdır. İlk dəfə Atlantada 1 gümüş medal qazanılmışdı, sonra Sidneydə 2 qızıl, 1 bürünc, ondan sonra

Afinada 1 qızıl, 4 bürünc və bu dəfə Pekində 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıldı. Bu, doğrudan da

böyük nailiyyətdir və onu göstərir ki, idmançılarımızın çox böyük potensialı, çox böyük peşəkarlığı var.

Nəzərə alsaq ki, bizim idmançılarımızın bir neçəsi medala çox yaxın idi, yəni bir addımlığında idi, eyni

zamanda, gümüş və bürünc medal qazanan idmançılar daha da böyük uğur əldə edə bilərdilər, - bəzən onların

bəxti gətirmədi, bəzən təsadüf, bəzən hakimlərin qeyri-ədalətli qərarları ucbatından mümkün olmadı, - biz

görürük ki, doğrudan da bizim çox böyük imkanlarımız var. Medalların sayı 10 da ola bilərdi, ondan da çox ola

bilərdi, ondan da az ola bilərdi, çünki bu, idmandır. Siz idmançılar bunu yaxşı bilirsiniz ki, idmanda qələbə də

olur, məğlubiyyət də olur. Qələbə bizi daha da ruhlandırır, məğlubiyyət isə nəticə çıxarmağa sövq edir. Hər bir

yarışda idmançıların imkanları özünü büruzə verir, xüsusilə Olimpiya oyunlarında. Eyni zamanda, bu,

idmançılarda çox böyük bir psixoloji gərginlik yaradır. Biz hamımız bunu da yaxşı başa düşürük. Bizim

idmançılarımız göstərdilər ki, onlar həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən güclüdürlər, möhkəmdirlər və

doğma Vətənin üçrəngli bayrağının dalğalanması üçün onlardan nə asılı idisə, onu etdilər.

Sevindirici hal ondan ibarətdir ki, medal qazanan bütün idmançılar Olimpiya oyunlarında ilk dəfədir ki, medal

qazanırlar. Bu da çox vacib göstəricidir. Bu onu göstərir ki, son dörd il ərzində bu idmançılar belə böyük

nailiyyətlərə çatıblar. Bu onu göstərir ki, keçən dörd il ərzində Azərbaycanda idmanın inkişafında, idmançıların

hazırlanmasında çox böyük işlər görülmüşdür. Mən burada xüsusilə məşqçilərin fəaliyyətini qeyd etmək

istəyirəm. Azərbaycanda çox güclü məşqçi korpusu yaranmışdır və bu da bizim uğurlarımızın vacib şərtidir.

Yəni bütün bu amillər bizi idman dövləti kimi daha da gücləndirir, Azərbaycanın nüfuzu artır, Azərbaycanın

idman imkanları daha da genişlənir.

127

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Əlbəttə, mən tam əminliklə deyə bilərəm ki, bu uğurlu çıxışdan sonra gənc nəsildə, uşaqlarda idmanla

məşğul olmaq üçün daha da böyük maraq olacaqdır. Bu, böyük stimul olacaqdır. Bizim çempionlarımız, medal

qazanan idmançılar – onlar gənc nəsil üçün nümunədirlər. Bizim uşaqlarımız sizə oxşamaq istəyəcəklər. Onlar

idman bölmələrinə daha da böyük həvəslə gedəcəklər. İndi bunu etmək üçün bütün imkanlar var. Qeyd etdiyim

kimi, Azərbaycanda idman infrastrukturu çox güclənib və möhkəmlənibdir.

Əlbəttə, bütün bu amillər onu göstərir ki, müstəqil dövlət kimi Azərbaycan uğurla inkişaf edir.

Müstəqilliyi şərtləndirən müxtəlif amillər var. Həm müstəqil siyasət aparmaq imkanlarımız, güclü iqtisadiyyat,

güclü sosial siyasət, ölkəmizdə sabitliyin, əmin-amanlığın bərqərar olunması, Azərbaycanda təhlükəsizliyin

təmin olunması – yalnız belə şəraitdə idmanın inkişafı mümkündür. Kasıb ölkələrdə, problemlərlə üz-üzə qalan

ölkələrdə idman, adətən, sürətlə inkişaf etmir. Ümumiyyətlə, idmanın inkişafı hər bir ölkənin potensialının

əlamətidir, onun təzahürüdür. Təsadüfi deyil ki, Azərbaycan - dinamik inkişaf edən ölkə, çox sürətlə inkişaf

edən ölkə və iqtisadi artım baxımından son üç il ərzində dünyada birinci yerdə olan ölkə güclü idman

imkanlarına da malikdir. Bütün bu məsələlər bir-biri ilə bağlıdır və bu gözəl bayram günündə bunları deməklə,

sadəcə olaraq, mən bizim son illər ərzində gördüyümüz işlərin bir hissəsini sizin diqqətinizə bir daha çatdırmaq

istəyirəm.

Mən bütün idmançılara, bizim bütün qəhrəmanlara öz minnətdarlığımı bildirmək istəyirəm. Siz

Azərbaycan xalqını sevindirmisiniz. İki həftə ərzində bütün vətənpərvər insanlar televiziya vasitəsilə sizin

yarışlarınızı izləyirdilər, sizə azakeşlik edirdilər və sizin qələbənizi öz qələbələri kimi qəbul edirdilər. Bu,

Azərbaycan dövlətinin qələbəsidir. Hər bir idmançının və eyni zamanda, Azərbaycan dövlətinin qələbəsidir.

Mən xüsusilə medal qazanmış idmançılarımızın fəaliyyətini vurğulamaq istəyirəm. Onlar çox gərgin şəraitdə

medallar qazanmışlar. Onlar bu medallara layiqdirlər. Hamı görürdü ki, onlar öz məharəti, peşəkarlığı hesabına

bu medalları qazanmışlar. Bir daha demək istəyirəm ki, bizim idmançılarımız daha da böyük nailiyyətlərə çata

bilərdilər, əgər bəzi subyektiv məsələlər ortaya çıxmasaydı, bizim qızıl medalların da sayı çox ola bilərdi.

Ümumiyyətlə, medal alan idmançıların sayı çox ola bilərdi. Ancaq mən əminəm ki, gələcəkdə, gələcək

yarışlarda siz bu uğurlu yolu davam etdirəcəksiniz.

Bu Olimpiya oyunları bir mərhələ idi. Bu mərhələ artıq arxada qalmışdır. Növbəti dövr başlayır.

Növbəti dövr ərzində siz Avropa, dünya çempionatlarında, beynəlxalq yarışlarda artıq çempionlar kimi, medal

qazanan idmançılar kimi iştirak, çıxış edəcəksiniz. Əlbəttə ki, siz bütün yarışlarda favorit olacaqsınız.

Mən bir daha demək istəyirəm ki, milli komandanın bütün fəaliyyətini yüksək qiymətləndirirəm. Bu günlər

ərzində biz daha da birləşdik, bütün Azərbaycan xalqı daha da birləşdi və siz Azərbaycan xalqına sevinc

gətirmisiniz, təbəssüm və qürur hissi bəxş etmisiniz.

Mən bu gün xüsusilə bizim gənc çempionumuzu, Elnur Məmmədlini qeyd etmək istəyirəm. Hesab

edirəm ki, Elnur bütün Olimpiya oyunlarında bütün idman növləri üzrə ən istedadlı idmançılardan biridir. Onun

qələbəsindən sonra mən dedim ki, araşdırın, görün, Olimpiya oyunlarında belə bir hal olubmu ki, bir idmançı

bütün görüşləri təmiz qələbə ilə başa vursun və final görüşündə dünya çempionunu cəmi 13 saniyə ərzində

məğlub etsin, özü də gözəl şəkildə. Həm onun peşəkarlığı, həm onun vətənpərvərliyi və həm də ki, fəndləri çox

estetik şəkildə etmək bacarığı bizim hamımızı heyrətləndirdi. Belə insanlar, belə gənclər hər bir gənc üçün

nümunə olmalıdır. Bütün başqa idmançılar da çox gərgin mübarizədə qələbə qazanmışlar.

Ölkə Prezidenti kimi və Milli Olimpiya Komitəsinin prezidenti kimi mən bütün Azərbaycan xalqı

adından bütün idmançılara, onların məşqçilərinə, idman mütəxəssislərinə öz minnətdarlığımı bildirmək

istəyirəm. İdmançıların uğurlu çıxışlarını nəzərə alaraq, mən bu gün onların və məşqçilərin dövlət tərəfindən

mükafatlandırılması üçün müvafiq Sərəncam imzalamışam və bu, indi oxunacaqdır.

Sizi böyük qələbə münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə növbəti qələbələr, uğurlar

arzulayıram.

X X X

Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan milli olimpiya komandasının üzvlərinin təltif

edilməsi haqqında” Sərəncamı oxundu.

Prezident İlham Əliyev Azərbaycan idmanının inkişafındakı xidmətlərinə və XXIX Yay Olimpiya

Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə təltif edilmiş idmançılara və onların məşqçilərinə “Şöhrət”

ordeni və “Tərəqqi” medalları, habelə pul mükafatları təqdim etdi, onlara bir daha uğurlar arzuladı.

Görüşdən sonra Prezident İlham Əliyev olimpiyaçılarla və onların məşqçiləri ilə xatirə şəkli çəkdirdi.

AzərTAc

29 avqust 2008-ci il

128

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan Milli Olimpiya komandasının üzvlərinin təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

XXIX Pekin Yay Olimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə, eyni zamanda,

Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların

məşqçiləri təltif edilsinlər:

1. “Şöhrət” ordeni ilə

Məmmədli Elnur Çingiz oğlu

2. “Tərəqqi” medalı ilə

Allahverdiyev Yaşar Bəxtiyar oğlu

Aratsilov Maqomedxan Suleymanoviç

Bayramov Rövşən Cənnət oğlu

Cəfərov Elçin Lənkəran oğlu

Əbilov Eldar Zöhrab oğlu

Feyzullayev Vaqif Səxavət oğlu

İmranov Şahin Səlim oğlu

Qazyumov Xetaq Ruslanoviç

Mirəliyev Mövlud Mustafa oğlu

Rəhimov Vitali Məciboviç

Skobelski Orest Zenovyeviç

Stadnik Mariya Vasilyevna

Şərifov Hicran İbrahim oğlu

3. “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu” ilə

Abdullayev Nəriman Sadıx oğlu

Axundzadə Ağayar Əbdüləzim oğlu

Əlicanov Nazim Nəzir oğlu

Hacıəhmədov Hacıağa Səməd oğlu

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 avqust 2008-ci il.

129

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Pekində XIII Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilmişdir

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər

ki, sentyabrın 6-da Pekin vaxtı ilə saat 20-də XIII Yay Paralimpiya Oyunlarının rəsmi açılış mərasimi

keçirilmişdir.

Sentyabrın 5-də isə Azərbaycan üçün bayraqqaldırma mərasimi olmuşdur. Mərasimdə

paralimpiaçılarımızla yanaşı, Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri Yaşar Əliyev, “Neftçi” idman və

sağlamlıq mərkəzinin direktoru Sadiq Sadiqov, Gənclər və İdman Nazirliyinin məsul işçisi Aydın Məmmədov,

Azərbaycan Korlar Cəmiyyətinin sədri Səmyar Abdullayev də iştirak etmişlər. Milli Paralimpiya Komitəsinin

məsul əməkdaşı Şaiq Həmidov mərasimdə çıxış etmişdir.

Sentyabrın 7-də cüdoçularımız Ramin İbrahimov və İlkin Alışov döşək üzərinə çıxacaqlar.

AzərTAc

6 sentyabr 2008-ci il

130

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Pekində Paralimpiya Oyunlarının ilk günü Azərbaycan cüdoçusu

bürünc medal qazanmışdır

Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Pekində

keçirilən XIII Yay Paralimpiya Oyunlarının birinci günü cüdo yarışları üzrə 60 kiloqram çəki dərəcəsində çıxış

edən həmyerlimiz Ramin İbrahimov bürünc medal qazanmışdır.

İlk iki görüşdə Ukrayna və Rusiya cüdoçuları üzərində qələbə qazanan güləşçimiz finala vəsiqə

uğrunda mübarizədə Əlcəzair idmançısına məğlub olmuşdur. Üçüncü yer uğrunda görüşdə Ramin Böyük

Britaniya idmançısına qalib gələrək bürünc medala sahib olmuş və yığma komandamıza ilk qələbə sevinci

yaşatmışdır.

AzərTAc

7 sentyabr 2008-ci il

131

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan idmançılarının Pekin Yay Paralimpiya oyunlarında

qazandıqları medalların sayı 6-ya çatmışdır

AzərTAc xəbər verir ki, XIII Pekin Yay Paralimpiya oyunlarında iştirak edən Azərbaycan yığmasının

üzvü - atlet Zeyniddin Bilalov komandamıza sentyabrın 12-də daha bir medal qazandırmışdır.

Üç təkanla tullanma yarışında mübarizə aparan Z.Bilalov gümüş medala layiq görülmüşdür. Bununla

da, paralimpiyaçılarımızın qazandığı medalların sayı 6-ya çatmışdır. Bundan əvvəl isə idmançılarımız İlham

Zəkiyev qızıl, Tofiq Məmmədov və Kərim Sərdarov gümüş, Ramin İbrahimov və Vladimir Zayets isə bürünc

medal qazanmışlar.

Beləliklə, Azərbaycan yığması medal qazanan ölkələrin siyahısında 32-ci pillədə qərarlaşmışdır.

AzərTAc

12 sentyabr 2008-ci il

132

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan atleti Oluxan Musayev Pekin Paralimpiya oyunlarında

komandamıza ikinci qızıl medalı qazandırmışdır

AzərTAc xəbər verir ki, sentyabrın 15-də Pekin Yay Paralimpiya oyunlarında Azərbaycan atleti

Oluxan Musayev komandamıza ikinci qızıl medalı qazandırmışdır.

Azərbaycan atleti yadro itələmə yarışlarında ikinci cəhddə 13 metr 49 santımetr nəticə göstərərək

bütün rəqiblərini arxada qoymuş və fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Atletimiz bu qələbəni 17

idmançı arasında qazanmışdır. Polşalı idmançı 2-ci, Çexiya təmsilçisi isə 3-cü yerləri tutmuşlar.

Bununla da Pekin Paralimpiya oyunlarında idmançılarımızın əldə etdiyi medalların sayı 9-a çatmışdır. Hazırda

komandamızın hesabında 2 qızıl, 3 gümüş və 4 bürünc medal vardır.

Sentyabrın 16-da finala vəsiqə qazanmış digər atletimiz - Vüqar Mehdiyev birincilik uğrunda

mübarizəyə qatılacaqdır.

AzərTAc

15 sentyabr 2008-ci il

133

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan komandası Pekin Yay Paralimpiya oyunlarında

10-cu medalı qazanmışdır

AzərTAc xəbər verir ki, Çinin paytaxtı Pekində keçirilən XIII Yay Paralimpiya Oyunlarında

Azərbaycan yığması daha bir medal qazanmışdır.

Milli komandamızın üzvü, atlet Vüqar Mehdiyev 200 metrlik məsafəyə qaçışda finiş xəttini 22

saniyəyə qət edərək bürünc medala sahib çıxmışdır. İdmançımız finiş xəttinə İrlandiya təmsilçisi Ceyson Smit

və Rusiya atleti Aleksey Labzindən gec çıxdığına görə, 3-cü yerlə kifayətlənməli olmuşdur.

Hazırda hesabında 2 qızıl, 3 gümüş, 5 bürünc medal olan Azərbaycan yığması medal qazanan ölkələrin

siyahısında 37-ci sırada qərarlaşmışdır. Çin paytaxtında idmançılarımızın əldə etdikləri uğurları yüksək

qiymətləndirmək olar. Pekin Paralimpia Oyunlarında Azərbaycanın idman şərəfini 18 idmançı qorumuşdur.

Xatırladaq ki, fiziki cəhətdən qüsurlu idmançılarımız indiyədək ən yüksək göstəriciyə 4 il bundan öncə Afinada

nail olmuşlar. Həmin paralimpiadada 11 həmyerlimiz ümumilikdə, 2 qızıl, 1 gümüş, 1 bürünc medal

qazanmışdır. Yığmamız isə medalların keyfiyyəti baxımından 136 kollektiv arasında 45-ci yeri tutmuşdu.

Pekin Paralimpiya Oyunlarına sentyabrın 17-də yekun vurulacaqdır.

AzərTAc

16 sentyabr 2008-ci il

134

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan yığması Pekin Yay Paralimpiya oyunlarını

38-ci pillədə başa vurmuşdur

Sentyabrın 17-də Çinin paytaxtı Pekində XIII Yay Paralimpiya Oyunlarına yekun vurulmuşdur.

AzərTAc xəbər verir ki, 11 gün davam edən olimpiadada 148 ölkədən 4200-dən çox idmançı 20 idman

növündə 472 dəst medal uğrunda mübarizə aparmışdır. Bu mötəbər turnirdə Azərbaycan 18 idmançı ilə təmsil

olunmuşdur. Pekinə 7 cüdo, 7 atlet, 3 ağırlıqqaldıran və 1 güllə atıcısı ilə yollanan yığmamız Vətənə 10 medalla

dönür. Azərbaycan idmançıları 2 qızıl, 3 gümüş və 5 bürünc medala layiq görülmüşlər.

Cüdoçular İlham Zəkiyev (100 kq-dan yuxarı) qızıl, Kərim Sərdarov (100 kq) və Tofiq Məmmədov

(90 kq) gümüş, Ramin İbrahimov (60 kq) isə bürünc medal qazanmışlar. Atletlərimizdən ən yüksək nəticəyə

yadro itələmə yarışında bütün rəqiblərini geridə qoyan Oluxan Musayev nail olmuşdur. Onun həmkarları

Zeyniddin Bilalov (üçtəkanla tullanma) 2-ci, Oleq Panyutin (hündürlüyə tullanma), Vladimir Zayets (üçtəkanla

tullanma), Vüqar Mehdiyev (200 metr məsafəyə qaçış), eləcə də Rza Osmanov (400 metr məsafəyə qaçış) isə 3-

cü pillədə qərarlaşmışlar.

Azərbaycan yığması medalların əyarına əsasən 38-ci, kəmiyyətinə görə isə 32-ci sıradadır.

Komandamız bu nəticə ilə MDB ölkələri arasında 4-cü olmuşdur. Bu, 4 il əvvəl Afinada keçirilmiş Yay

Paralimpiya Oyunlarının nəticələrindən yüksəkdir. Yunanıstan paytaxtında 11 idmançımız 2 qızıl, 1 gümüş, 1

bürünc medal qazanmışdı. Azərbaycan XII Afina Paralimpiadasının iştirakçısı olmuş 136 ölkə arasında 45-ci

yerlə kifayətlənmişdi.

Pekin Yay Paralimpiya Oyunlarında Çin idmançıları 211 medalla (89 qızıl, 70 gümüş, 52 bürünc)

birinci yeri tutmuşlar. 2-ci yer Böyük Britaniya, 3-cü yer isə ABŞ yığmasına nəsib olmuşdur.

AzərTAc

17 sentyabr 2008-ci il

135

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Paytaxt ictimaiyyəti Pekin Yay Paralimpiya oyunlarının medalçılarını

böyük təntənə ilə qarşılamışdır

AzərTAc xəbər verir ki, XIII Pekin Yay Paralimpiya oyunlarında iştirak etmiş Azərbaycan idmançıları

sentyabrın 19-da Vətənə qayıtmışlar.

Pekində Azərbaycanın idman tarixinə yeni bir parlaq səhifə yazmış paralimpiyaçılarımızı – cüdoçular

İlham Zəkiyevi, Kərim Sərdarovu, Tofiq Məmmədovu, Ramin İbrahimovu, atletlər Oluxan Musayevi,

Zeyniddin Bilalovu, Oleq Panyutini, Vladimir Zayetsi, Vüqar Mehdiyevi və Rza Osmanovu Heydər Əliyev

adına beynəlxalq hava limanında onların ailə üzvləri, idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri

böyük təntənə ilə, gül-çiçəklə, musiqi sədaları altında qarşılamışlar.

İdmançılarımız maşın karvanının müşayiəti ilə hava limanından birbaşa Heydər Əliyev Sarayının

qarşısındakı parka gələrək, müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycanda bədən tərbiyəsi və

idmanın inkişafına, gənc nəslin sağlam və vətənpərvərlik ruhunda böyüməsinə daim böyük diqqət və qayğı

göstərmiş ulu öndərin xatirəsini ehtiramla anmış, abidəsi önünə gül dəstələri qoymuşlar.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirmişdir ki, 11 gün davam edən Pekin

Paralimpiya oyunlarında 148 ölkədən 4200-dən çox idmançı 20 idman növündə 472 dəst medal uğrunda

mübarizə aparmışdır. Yığmamız bu mötəbər turnirdən Azərbaycana 10 medalla dönmüşdür. Azərbaycan

idmançıları 2 qızıl, 3 gümüş və 5 bürünc medala layiq görülmüşlər.

İ.İsmayılov vurğulamışdır ki, Azərbaycan yığması medalların əyarına görə 38-ci, kəmiyyətinə görə isə

32-ci sıradadır. Komandamız bu nəticə ilə MDB ölkələri arasında 4-cü olmuşdur.

AzərTAc

19 sentyabr 2008-ci il

136

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan Prezidenti İlham Əliyev XIII Pekin Paralimpiya Oyunlarında

ölkəmizi təmsil edən idmançıları və onların məşqçilərini qəbul etmişdir

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 22-də Prezident sarayında XIII Pekin Paralimpiya

Oyunlarında ölkəmizi təmsil edən idmançıları və onların məşqçilərini qəbul etmişdir.

Dövlətimizin başçısı İLHAM ƏLİYEV idmançıları salamlayaraq dedi:

- Əziz dostlar!

Əziz idmançılar!

Mən sizin hamınızı Pekin Paralimpiya Oyunlarında qazanılmış böyük qələbə münasibətilə ürəkdən

təbrik edirəm. Bu qələbə tarixi bir nailiyyətdir. Müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, bizim

paralimpiyaçılarımız 10 medal qazanmışlar. Onlardan 2-si qızıl, 3-ü gümüş və 5-i bürünc medaldır. Bu, çox

böyük nailiyyətdir, çox böyük qələbədir. Bu onu göstərir ki, bizim idmançılarımız çox yüksək peşəkarlığa

malikdirlər, onlarda ruh yüksəkliyi vardır. Baxmayaraq ki, Paralimpiya Oyunları çox çətin bir yarışdır, onlar

yüksək nəticələr göstərməklə həm öz imkanlarını bütün dünyaya sübut etmişlər, həm də Azərbaycanın şöhrətini

yüksəklərə qaldırmışlar.

Biz bir müddət bundan əvvəl sizinlə Sumqayıtda yeni tikilmiş Paralimpiya İdman Kompleksində

görüşmüşdük, sizi Oyunlara yola salırdıq. Bütün Azərbaycan xalqı böyük ümidlərlə sizin yarışlarınızı

gözləyirdi. Bu ümidlər həyatda öz əksini tapdı. Sizin hər bir qələbəniz Azərbaycanda, Azərbaycan xalqı

tərəfindən çox böyük sevinclə qarşılanırdı. Çünki hər bir qələbəniz Azərbaycanın idman imkanlarını bir daha

göstərir, idman potensialını göstərir və Azərbaycanın doğrudan da idman dövləti olduğunu bir daha sübut edir.

Bizim olimpiya oyunlarında çıxışımız çox yaxşı olubdur və bir neçə medallar qazanılmışdır. Bu gün biz

paralimpiyaçıları qeyd edirik, sizin uğurlarınıza sevinirik. Bildiyiniz kimi, bütövlükdə Azərbaycanda idmanın

inkişafı çox sürətlə gedir. Yeni idmançılar öz bacarıqlarını göstərirlər. İdmanla məşğul olmaq üçün yeni

imkanlar yaradılır. Bax, son günlər ərzində Azərbaycanın müxtəlif yerlərində iki yeni olimpiya idman

kompleksi açılmışdır. Növbəti idman komplekslərinin açılışı gözlənilir. Artıq bu gün bizim Paralimpiya İdman

Kompleksimiz var və əminəm ki, siz o imkanlardan səmərəli istifadə edəcəksiniz. Artıq sizin öz idman bazanız

var. Ümid edirəm ki, bu, gələcək qələbələrin qazanılması üçün sizə daha yaxşı imkan yaradacaqdır.

Mən sizin hamınızı ürəkdən təbrik edirəm. Bütün idmançıları, məşqçiləri, Milli Paralimpiya Komitəsinin

rəhbərlərini, üzvlərini, qələbənin qazanılmasında iştirakı olan bütün insanları bu yüksək nəticə münasibətilə

təbrik edirəm. Bu, sizin qələbənizdir, bütün Azərbaycan xalqının qələbəsidir. Azərbaycanda idmanın inkişafının

göstəricisi və təntənəsidir.

Mən əminəm ki, bu uğur sizi yeni qələbələrə çatmağa sövq edəcək, sizə əlavə stimul verəcək, sizə

əlavə qüvvə verəcəkdir. Əminəm ki, bütün paralimpiyaçılar, onların məşqçiləri və Milli Paralimpiya

Komitəsinin üzvləri səylə çalışacaq, idmançılarımız gələcək yarışlarda da çox yüksək peşəkarlıqla çıxış edəcək

və Azərbaycanın idman şöhrətini daim yüksəklərdə saxlayacaqlar.

İndi isə mən istərdim ki, sizə dövlətin mükafatlarını təqdim edim. Bildiyiniz kimi, Paralimpiya

Oyunları ərəfəsində mən idmançıların mükafatlandırılması ilə əlaqədar Sərəncam imzalamışam. İndi isə çox

böyük məmnunluq hissi ilə bu mükafatları sizə təqdim edəcəyəm.

X X X

Prezident İlham Əliyev XIII Pekin Paralimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə

idmançılara və onların məşqçilərinə pul mükafatları təqdim etdi.

Paralimpiya Oyunlarının qalibi, cüdo üzrə ikiqat olimpiya çempionu İLHAM ZƏKİYEV dövlətimizin

başçısına təşəkkür edərək dedi:

-Cənab Prezident, çox sağ olun. Mən paralimpiyaçılar adından və milli komandanın kapitanı kimi

idmançılarımızın adından Sizə təşəkkürümü bildirirəm. Bizi yola salanda Sizə söz verdik ki, qələbələrlə

qayıdacağıq. Bu gün biz üzüağ Sizin qarşınızdayıq. Söz verdiyimiz kimi, bu qələbəmizi Sizə həsr edirik.

Çalışacağıq ki, inşallah, London Paralimpiya Oyunlarından da Vətənə yüksək nailiyyətlərlə dönək. Biz bu

qələbələrə görə xüsusilə Sizə minnətdarıq. Milli Paralimpiya Komitəsinin və Neftçi-İdman Sağlamlıq

Mərkəzinin rəhbərliyinə minnətdarlığımızı bildiririk. Cənab Prezident, bir daha çox sağ olun.

İLHAM ƏLİYEV: Sağ olun. Mən də səni bir daha ürəkdən təbrik edirəm. Sən ikiqat olimpiya

çempionusan. Bu, böyük bir nailiyyətdir, böyük qələbədir. Səni və komandanın bütün üzvlərini böyük qələbə

münasibətilə bir daha ürəkdən təbrik edirəm. Əminəm ki, siz növbəti yarışlarda da yaxşı çıxış edəcəksiniz.

Əlbəttə ki, London Paralimpiya Oyunlarında bizim gözəl idman ənənələrimiz daha da möhkəmlənəcəkdir.

Təbrik edirəm, sağ olun.

137

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

X X X

Sonra Prezident İlham Əliyev paralimpiyaçılarla və onların məşqçiləri ilə xatirə şəkli çəkdirdi.

AzərTAc

22 sentyabr 2008-ci il

138

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

London - 2012

Azərbaycan London Yay Olimpiya Oyunlarına

dördüncü lisenziyanı qazanmışdır

Bakı, 4 iyul (AzərTAc). Boks üzrə Azərbaycan milli komandasının üzvü Soltan Migitinov 2012-ci ildə

Londonda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcəkdir.

Azərbaycan Boks Federasiyasından AzərTAc-a bildirmişlər ki, boksçumuz WSB liqasının fərdi

reytinqində 73 kq çəki dərəcəsində ikinci olmuşdur. Ancaq o, Çində keçirilən həlledici döyüşdə ukraynalı

Sergey Derevyançenkoya uduzmuşdur.

Ukrayna Boks Federasiyası S.Derevyançenkonu Olimpiya Oyunlarına göndərməkdən imtina etmişdir.

Ukraynalılar planetin ən böyük yarışında 75 kq çəki dərəcəsində daha güclü boksçu ilə təmsil olunmaq

niyyətindədirlər. Bu səbəbdən lisenziya fərdi yarışlarda gümüş medal qazanmış S.Migitinova verilmişdir.

Artıq Azərbaycan Boks Federasiyası (ABF) və Milli Olimpiya Komitəsinə (MOK) bu haqda rəsmi məlumat

verilib. Qaydalara əsasən, sentyabrda Bakıda keçiriləcək dünya çempionatında 75 kq-da ölkəmizi heç kim

təmsil etməyəcəkdir.

AzərTAc

4 iyul 2011-ci il

139

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan idmançıları XXX Yay Olimpiya Oyunlarına

hələlik 22 lisenziya qazanmışlar

Londona aparan yolda

Planetin hər yerində böyük maraqla gözlənilən London Olimpiadasından bizi təxminən 300 günlük bir

məsafə ayırır. Gələn il iyulun 25-dən avqustun 12-dək İngiltərə paytaxtında keçiriləcək Olimpiya

oyunları həm də tarixə yubiley Olimpiadası kimi daxil olacaq: dünyanın ən yaxşı idmançıları otuzuncu

dəfə özlərinin ən ali məclisinə toplaşıb çoxlarının arzuladığı, amma heç də hər iştirakçının üzünə

gülməyən olimpiya medalları uğrunda gərgin mübarizə aparacaqlar.

Hələlik isə bütün ölkələr Londona aparan yolda mümkün qədər çox lisenziya qazanmaq arzusu ilə yaşayır.

Təbii ki, onların rəqabətində Azərbaycan da istisna deyil. Hər növbəti Olimpiadada daha geniş nümayəndə

heyəti ilə təmsil olunan idmançılarımız indi də olimpiya "biletləri" uğrunda mübarizədə məqsədə doğru inamla

addımlayırlar.

Sentyabrın 26-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində starta çıxmış Olimpiada-2012-yə

lisenziya xarakterli boks üzrə dünya çempionatınadək Azərbaycan idmanı nümayəndələrinin hesabında 18

lisenziya var idi. Onların sonuncusunu Fransanın Monpelye şəhərində keçirilmiş bədii gimnastika üzrə dünya

çempionatında Aliyə Qarayeva qazanmışdı. Azərbaycanda bədii gimnastikanın lideri şəxsi çoxnövçülük

yarışlarında yalnız rusiyalılar Yevgeniya Kanayeva və Darya Kondakovadan geri qalıb fəxri kürsünün üçüncü

pilləsində təbrikləri qəbul etmişdir. Bununla da o, bürünc medalla yanaşı, Olimpiadaya vəsiqə qazanmaq

vəzifəsini də yerinə yetirmişdir.

Xüsusi qeyd edək ki, Qarayeva Azərbaycanda bədii gimnastika tarixində ilk dəfə dünya çempionatında

çoxnövçülük yarışlarının bürünc mükafatçısı olmuşdur. Əgər çoxnövçülüyün Olimpiya oyunları proqramında

xüsusi yeri olduğunu nəzərə alsaq, əlbəttə ki, gimnastımızın bu uğuru çox böyük nailiyyətdir. Ötən ilin yayında

Aliyə Almaniyanın Bremen şəhərində keçirilən Avropa çempionatında çoxnövçülük yarışlarında ilk dəfə bürünc

medalın sahibi olmuşdu. Dünya şöhrətli mütəxəssis, Rusiya yığma komandasının baş məşqçisi İrina Viner

bununla əlaqədar o zaman öz ölkəsinin "Ves sport" agentliyinə müsahibəsində belə demişdi: - Bu müvəffəqiyyət

Azərbaycan kimi Şərq ölkəsi üçün çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycanlı gimnast beynəlxalq

meydanda uğur qazanmışdır. Bu, həm bizim idman növümüz, həm də bütün Azərbaycan üçün çox əlamətdar

hadisədir.

Aliyə Qarayeva Monpelyedə lisenziya qazanmaq arzusuna çatmışdır. Əgər Londonda medal sevinci də

yaşasa, onun olimpiya mükafatı ölkəmizin idman tarixində bu növdə tayı-bərabəri olmayan çox mühüm

hadisəyə, böyük bayrama çevrilər.Yeri gəlmişkən, gələn ilin yanvarında elə həmin Londonda keçiriləcək

təsnifat yarışlarında bizim qızlar zəriflik və gözəllik idmanında öz olimpiya vəsiqələrinin sayını artırmağa

çalışacaqlar.

Yuxarıda qeyd etdiyimiz kimi, bədii gimnastikada qazanılmış lisenziya idmançılarımızın Olimpiyadaya

sayca 18-ci vəsiqəsi idi. Bu gün onların siyahısına bir daha nəzər salarkən görürük ki, Aliyədən əvvəl yüngül

atletikanın çəkictullama növündə Dmitri Marşin, taekvondoçular Fəridə Əzizova (67 kq), Ramin Əzizov (80

kq), boksçu Sultan Migitinov (75 kq), güllə atıcısı İradə Aşumova, baydarka və kanoelərdə avarçəkənlər Sergey

Bezuqlı və Maksim Prokopenko dueti, Valentin Demyanenko, akademik qayıqlarda avarçəkənlər Aleksandr

Aleksandrov, Natalya Mustafayeva, yunan-Roma üsulu ilə güləşənlər Rövşən Bayramov (55 kq), Saman

Təhmasibi (84 kq), qadın güləşçi Mariya Stadnik (48 kq), sərbəst güləş ustaları Şərif Şərifov (84 kq), Cəbrayıl

Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Cəmaləddin Məhəmmədov (120 kq) və velosipedçi Yelena Çalıx

fərqlənmişlər.

Xüsusilə fərəhlidir ki, bu idmançıların bir çoxu təkcə olimpiya vəsiqələri ilə kifayətlənməmiş, mötəbər

yarışlardan həm də medalla ayrılmışlar. Məsələn, bu yaxınlarda İstanbulda keçirilmiş güləş üzrə dünya

çempionatında Bayramov və Şərifov bütün rəqiblərindən güclü olmuşlar, Stadnik gümüş, Həsənov, Əliyev və

Məhəmmədov isə bürünc medal qazanmışlar...

Azərbaycan idmançılarının Olimpiadada təmsil olunacaqları idman növlərinin də siyahısı getdikcə

genişlənir. Londonda olimpiya startlarına bizim üçün ənənəvi növlərin nümayəndələri ilə yanaşı, çəkic tullayan,

avarçəkənlər, velosipedçi də çıxacaq. İdman ictimaiyyətimiz növbəti lisenziyaları rinq ustalarından gözləyirdi.

Bu günlər böyük həyəcanla izlədiyimiz dünya çempionatında rəqabət nə qədər güclü olsa da, boksçularımız

çətin döyüşlərdən sonra dörd olimpiya vəsiqəsinə sahib olmağı bacarmışlar. Ölkəmizi Heybətulla Hacıəliyev

(64 kq), Elvin Məmişzadə (52 kq), Teymur Məmmədov (91 kq) və Məmmədrəsul Məcidov (91 kq-dan yuxarı)

sevindirmişlər.

140

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Əgər yadınızdadırsa, 2008-ci ildə Çin Xalq Respublikasının paytaxtı Pekində keçirilmiş və Azərbaycanın 7

medalı - 1 qızıl, 2 gümüş və 4 bürünc mükafatla yadda qalan XXIX Olimpiya Oyunlarına ölkəmiz 44 lisenziya

qazanmışdı. İndi isə söhbət təxminən 50 vəsiqədən gedir. Ayrı-ayrı növlərdə idmançılarımızın imkanlarını

götür-qoy etdikdə, qarşıda hələ neçə-neçə olimpiya təsnifat turniri durduğunu nəzərə aldıqda onların əldə

olunacağına ümid etmək olar.

Güləşçilər İstanbuldan, dünya çempionatından üst-üstə yeddi lisenziya ilə qayıtsalar da, onlar və məşqçiləri,

təmsil etdikləri federasiya bununla kifayətlənə bilməzlər. İndi hamı qarşıdakı lisenziya xarakterli yarışlarda

həmin rəqəmi daha da artırmaq barədə düşünür və bütün səylər məhz bu məqsədə yönəldilmişdir. Cüdo,

ağırlıqqaldırma, taekvondo və bəzi digər növlərin nümayəndələrinin də Olimpiadaya mümkün qədər çox

lisenziya qazanmağa qüvvə və ustalıqları çatar.

Azərbaycan Olimpiya oyunlarında komanda idman növlərində də təmsil olunmaq hüququ qazana bilər.

Qadınlardan ibarət voleybol yığmamız İtaliya və Serbiyanın birgə təşkilatçılığı ilə keçirilmiş Avropa

çempionatında dörddəbir finalın bir addımlığında çıxışlarını dayandırsa da bu kollektivin olimpiya təsnifat

turnirlərində lisenziyalar uğrunda mübarizədə əlindən gələni edəcəyi şübhə doğurmur.

Respublikamızda qadın voleybolunun yüksək nüfuzuna belə bir fakt da sübutdur ki, Çempionlar Liqasında

sonuncu turnirin finalçısı, ölkə çempionu "Rabitə" klublararası dünya çempionatında oynamaq hüququ

qazanmışdır. Oktyabrın 8-də Qətərin paytaxtı Dohada başlanacaq və böyük voleybol bayramı vəd edən bu

yarışda bakılılar Braziliyanın "Sollis Nestle", Tailandın "Çanq", Türkiyənin "Vakifbank", Dominikan

Respublikasının "Mirador" və Keniyanın "Keniya Prizons" klubları ilə birlikdə dünya çempionu adı uğrunda

mübarizə aparacaqlar.

Bu gün Azərbaycanın idman ictimaiyyəti ölkəmizin 2012-ci ilin Yay Olimpiya Oyunlarında Pekin-2008-

dəkindən daha çox idmançı ilə təmsil olunacağına ümid etməkdə haqlıdır. Gündən-günə çiçəklənən və

möhkəmlənən, hazırda dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünü təntənəli surətdə bayram edən

müstəqil Azərbaycan Respublikasında həyatın bütün sahələri kimi, bədən tərbiyəsi və idman da dövlətin böyük

qayğısı ilə əhatə olunmuşdur və vahid komanda şəklində fəaliyyət göstərən idman təşkilatlarımız bu qayğıya

beynəlxalq meydanda layiqli qələbələrlə cavab verirlər.

Artıq 14 ildən çoxdur ki, Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərlik edən dövlət başçımız cənab İlham

Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi gündəlik qayğı və diqqətin bəhrəsi göz önündədir. Bu gün

Azərbaycan bütün dünyada idman ölkəsi kimi geniş nüfuz qazanmışdır. Bunu təkcə biz özümüz demirik,

beynəlxalq idman təşkilatlarının rəhbərləri dəfələrlə idmanımıza, ölkəmizə böyük rəğbətlə belə fikir

söyləmişlər.

Təsadüfi deyil ki, Azərbaycan idmanının sürətli inkişafını və nailiyyətlərini yüksək qiymətləndirən ayrı-ayrı

beynəlxalq federasiyalar özlərinin ən məsul yarışlarının, o cümlədən dünya və Avropa çempionatlarının,

olimpiya təsnifat turnirlərinin təşkilini Bakıya etibar edir və hər dəfə də qonaqlar bu yarışlardan böyük zövq alır,

öz vətənlərinə Bakı və Azərbaycan haqqında, ölkəmizdə idmana göstərilən böyük qayğı haqqında zəngin

təəssüratla qayıdırlar.

Bununla əlaqədar sentyabrın 25-də boks üzrə dünya çempionatının açılış mərasimində Beynəlxalq Boks

Assosiasiyasının prezidenti Çinq-Kuo Vunun dediyi sözlər yada düşür: "Bakı olduqca mühüm bir şəhərdir.

Bakıda - Azərbaycanın paytaxtında bir çox beynəlxalq idman turnirləri keçirilmişdir. Bunların sırasında biz

gənclər arasında dünya çempionatını xüsusi xatırlatmaq istəyirik...

Fürsətdən istifadə edib, Beynəlxalq Boks Assosiasiyası adından Azərbaycan Prezidenti cənab Əliyevə

boksun, həmçinin idmanın bir çox növlərinin inkişafına verdiyi dəyərli dəstəyinə görə minnətdarlığımızı

bildirmək istəyirəm. Çox sağ olun, cənab Prezident!"

Dünya idmanının yüksək vəzifəli şəxsləri - Beynəlxalq Olimpiya Komitəsinin, futbol, güləş, boks və digər

növlər üzrə federasiyaların, Avropa Futbol Təşkilatları İttifaqının (UEFA) rəhbərləri və nümayəndələri Bakıya

gəlir, onun olimpiya kompleksləri ilə yaxından tanış olur, inşasına yeni başlanan idman qurğularının

təməlqoyma mərasimlərində iştirak edir, gördüklərindən valeh olur, ölkəmizin, onun rəhbərliyinin, idman

təşkilatlarımızın ünvanına xoş sözlər söyləyir, sürətlə inkişaf edən Azərbaycan idmanını, olimpiya hərəkatımızı

başqalarına nümunə göstərirlər.

Onlar həm də əmin olurlar ki, Azərbaycan paytaxtı Bakının 2020-ci ildə XXXII Yay Olimpiya Oyunlarını

keçirmək üçün öz namizədliyini irəli sürməsi imkanları şübhə doğurmayan müasir bir şəhər tərəfindən

göstərilən gözəl təşəbbüsdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu il sentyabrın 8-də

imzaladığı "Bakı şəhərinin 2020-ci ilin Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi

ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə" sərəncam da dövlətimizin

bu təşəbbüsə necə böyük əhəmiyyət verdiyini bir daha təsdiq edir.

Zamanı qabaqlayıb Azərbaycan paytaxtının doqquz ildən sonra həm də Olimpiya oyunlarının paytaxtı olubolmayacağını

demək çətindir. Bakı, İstanbul (Türkiyə), Doha (Qətər), Madrid (İspaniya), Roma (İtaliya) və

141

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Tokionun (Yaponiya) rəqabətində hansı xoşbəxt şəhərin qalib gələcəyi 2013-cü il sentyabrın 7-də Beynəlxalq

Olimpiya Komitəsinin Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək sessiyasında məlum olacaq. Lakin

BOK İcraiyyə Komitəsi üzvlərinin Maradona və Messinin vətənində kimə daha çox səs verəcəklərindən asılı

olmayaraq indi bütün dünya yaxşı bilir ki, Bakı təşəbbüs xatirinə təşəbbüs göstərməmiş, belə bir cəsarətli addım

atarkən, necə deyərlər, yüz ölçüb, bir biçmiş, öz imkanlarına arxalanmışdır.

Dünyanın ən gözəl paytaxt şəhərlərindən biri olan Bakı Olimpiya paytaxtı kimi də tanınmağa layiqdir və

onun istəyi gerçəkləşsə, bu heç kimi təəccübləndirməməlidir.

Oqtay BAYRAMOV.

“Xalq qəzeti”.-2011.-9 oktyabr.-N 223.-S.7.

142

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan güləşçiləri London Yay Olimpiya Oyunlarına hazırlıq məqsədi ilə

test turnirində iştirak edəcəklər

Bakı, 7 dekabr (AzərTAc). Dekabrın 7-11-də Londonda 30-cu Yay Olimpiya Oyunlarına hazırlıq məqsədi

ilə FİLA Hakimlər Kollegiyasının iclası və test yarışları keçiriləcəkdir.

Azərbaycan Güləş Federasiyasından (AGF) AzərTAc-a bildirmişlər ki, Hakimlər Kollegiyasının iclasında

ölkəmizi AGF-nin baş katibi, olimpiya dərəcəli hakim Əjdər Cəfərov və olimpiya dərəcəli hakim Hicran Şərifov

təmsil edəcəklər.

Sərbəst, yunan-Roma və qadın güləş növləri üzrə keçiriləcək test yarışlarında 8 idmançımız mübarizə

aparacaqdır. Turnirdə qadın güləşi üzrə yığma komandanın baş məşqçisi Rövşən Umudovun rəhbərliyi altında

Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (55 kq) yarışacaqlar. Sərbəst güləş yığmasının baş məşqçisi

Saypulla Absaidovun rəhbərliyi altında Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq) və Şərif Şərifov (84 kq)

birincilik uğrunda mübarizə aparacaqlar. Yunan-Roma güləşi yığmasının məşqçisi Mutaalib Yerlikayanın

başçılığı altında isə Rövşən Bayramov (55 kq), Həsən Əliyev (60 kq) və Saman Təhmasibi (84 kq) xalça üzərinə

çıxacaqlar.

AzərTAc

7 dekabr 2011-ci il

143

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan yığması London Yay Olimpiya Oyunlarının təsnifat turnirində

ikinci yeri tutmuşdur

Tokio, 5 may (AzərTAc). Mayın 5-də Yaponiyanın Kakamiqahara şəhərində otüstü hokkey üzrə qadın

komandaları arasında London Yay Olimpiya Oyunlarının təsnifat turnirinin final mərhələsinin oyunları

keçirilmişdir.

Əvvəlcə Avstriya-Malayziya komandaları maydançaya çıxmışlar. Rəqiblərindən daha yaxşı oyun

nümayiş etdirən Malayziya komandası 5:0 hesabı ilə qalib gələrək beşinci yeri tutmuşdur.

Üçüncü yer uğrunda Çili və Belarus yığmaları mübarizə aparmışlar. Turnirin ilk oyunundakı məğlubiyyətin

əvəzini çıxmağa çalışan Çili yığması gərgin mübarizə nəticəsində buna nail ola bilmiş, 2:1 hesabı ilə qalib

gələrək turniri üçüncü yerdə başa vurmuşdur.

Təsnifat turnirinin final mərhələsinin son oyununda Azərbaycan yığması Yaponiya komandası ilə

qarşılaşmışdır. Oyunun ilk dəqiqələri qarşılıqlı hücumlarla başlasa da Yaponiya komandası tezliklə üstünlüyü

ələ almışdır. Kiçik künc zərbəsindən sonra 8-ci dəqiqədə birinci top komandamızın qapısından keçmişdir – 1:0.

Yaponiya yığması hücumları davam etdirərək 21-ci dəqiqədə daha bir qol vurmuşlar. Hesabı bərabərləşdirmək

üçün irəli atılan komandamız heç bir nəticəyə nail ola bilməmişdir. Əks hücum üçün əlverişli imkan əldə edən

yaponlar 25-ci dəqiqədə hesabı 3:0-a çatdırmışlar. Tezliklə müdafiəçilərimizin səhvindən istifadə edən yerli

komanda fasiləyə 4:0 hesablı üstünlüklə yollanmışdır.

Fasilədən sonra oyunu xilas etmək üçün irəli atılan hokkeyçilərimiz müəyyən üstünlüyə nail ola bilmiş,

41-ci dəqiqədə komandamızın kapitanı Xatirə Əliyeva kiçik künc zərbəsindən sonra ilk topu yaponların

qapısından keçirmişdir. Təəssüf ki, komandamızın sonrakı hücumları nəticə verməmişdir. Əvəzində 48-ci

dəqiqədə kiçik künc zərbəsindən sonra Yaponiya yığması hesab arasındakı fərqi daha da artırmışdır -5:1.

Beləliklə, London Yay Olimpiya Oyunlarının təsnifat turnirinin final oyununda Yaponiya komandası birinci

yeri tutaraq yeganə lisenziyanın sahibi olmuşdur. Azərbaycan yığması isə ikinci yerlə kifayətlənməli olmuşdur.

Vüqar Ağayev

AzərTAc-ın xüsusi müxbiri

Tokio

5 may 2012-ci il

144

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Londonda keçiriləcək XXX Yay Olimpiya oyunlarında iştirak edəcək.

Azərbaycan nümayəndə heyətini yolasalma mərasimi:

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

Bakı, 3 iyul (AzərTAc). Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London

şəhərində keçiriləcək XXX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin iyulun

3-də rəsmi yolasalma mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı

Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Heydər Əliyev Mərkəzinin foyesində Azərbaycanın Olimpiya hərəkatını əks etdirən fotobannerlər

düzülmüşdü.

Səhnədə Azərbaycan Respublikasının dövlət bayrağı qoyulmuşdu.

Mərasimə toplaşanlar dövlətimizin başçısını və Azərbaycanın birinci xanımını hərarətlə qarşıladılar.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.

Prezident İlham Əliyevin

nitqi

- Əziz idmançılar, əziz dostlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün biz London Yay Olimpiya və Paralimpiya oyunlarında

iştirak edəcək Olimpiya və Paralimpiya komandalarımızı rəsmi qaydada yola salırıq. Bu ayın sonunda Olimpiya

və gələn ayın sonunda isə Paralimpiya oyunları keçiriləcəkdir və mən bütün idmançılarımıza böyük uğurlar

arzulayıram. Əminəm ki, idmançılarımız Azərbaycanı ləyaqətlə təmsil edəcək və Vətənə böyük qələbələrlə

qayıdacaqlar.

Bunu deməyə əsas vardır. Çünki Azərbaycanda idman sürətlə və uğurla inkişaf edir. İdmanın inkişafı

Azərbaycanda dövlət siyasətidir və Azərbaycan dövləti Azərbaycan idmanının inkişafı üçün konkret addımlar

atmışdır. Bu gün də bu siyasət davam etdirilir. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmançılara olan

hörmət cəmiyyətdə yüksək səviyyədədir. İdmançıların məişət problemlərinin həlli məsələləri yüksək səviyyədə

təşkil edilir. Bütün bu amillər həm idmanın inkişafına böyük təkan verir, eyni zamanda, gənclərdə,

yeniyetmələrdə, uşaqlarda idmana marağı artırır.

Mən çox şadam ki, idman bölmələrinə axın kütləvi xarakter alıbdır. İndi idmanla məşğul olmaq üçün

bütün şərait vardır. Biz idmanın inkişafı ilə bir neçə vacib məqsədi təmin edirik: ilk növbədə, ölkəmizin idman

şöhrətini yüksəklərə qaldırırıq, eyni zamanda, idmanın kütləviliyini təmin edirik. İdman infrastrukturunun

yaradılması ilə bu kütləvilik daha da geniş vüsət almışdır və idman hər bir insanın sağlamlığı üçün çox mühüm

amildir. İdman insanları həm fiziki cəhətdən sağlam edir, eyni zamanda, gözəl milli mənəvi dəyərlərimizi

idmançılara, uşaqlara aşılayır. Bir sözlə, Azərbaycanda idmanın inkişafına dair siyasət çox uğurludur və deyə

bilərəm ki, bizdə olan təcrübə bəzi ölkələrdə öyrənilir və tətbiq edilir.

İdmanın inkişafını müəyyən edən bütün amillər Azərbaycanda vardır. İdmançılarımız beynəlxalq

arenalarda ölkəmizi ləyaqətlə təmsil edirlər, hər il yüzlərlə medal qazanırlar. Həm dünya, həm də Avropa

çempionatlarında Azərbaycanın milli bayrağı dalğalanır, Azərbaycanın milli himni səslənir. Əlbəttə, bu, hər bir

Azərbaycan vətəndaşı üçün böyük sevincdir, böyük fərəh hissi yaradır. Mən əminəm ki, bundan sonrakı dövrdə

də idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edəcəklər.

İdmanın kütləviliyinin təmin edilməsi üçün Azərbaycanda geniş tikinti-quruculuq işləri aparılır. Hazırda

34 regional Olimpiya Mərkəzi tikilmişdir, 8 mərkəzdə tikinti davam edir. Əminəm ki, yaxın zamanlarda hər bir

rayon mərkəzində müasir Olimpiya İdman Kompleksi açılacaqdır. Bu siyasəti biz 2000-ci ildən başlamışıq və

son 12 il ərzində, demək olar ki, bölgələrimizin əksəriyyətində müasir Olimpiya kompleksləri tikilmişdir. Gənc

idmançılar, uşaqlar bu imkanlardan səmərəli şəkildə istifadə edirlər. Bizim milli Olimpiya komandamızın

tərkibində olan idmançıların bəziləri də öz idman fəaliyyətini məhz son illər ərzində tikilmiş Olimpiya

komplekslərində başlamışlar.

Yenə də qeyd etmək istəyirəm ki, bu, həm idmanın kütləviliyini təmin edir, eyni zamanda, gənc

idmançılarımızın yetişdirilməsində də çox mühüm bir vasitədir. Bunu da qeyd etmək istəyirəm və çox şadam ki,

Azərbaycanda idmanın inkişaf dinamikası çox müsbətdir. Yeni gənc nəsil yetişir və Olimpiya komandamızın

tərkibindəki idmançıların böyük əksəriyyəti ilk dəfə olaraq Olimpiya oyunlarında iştirak edəcəkdir. Yəni, bu,

onu göstərir ki, idman ardıcıllıqla inkişaf edir, idmanda nəsillər dəyişir və gənclər də böyüklərin, çempionların

yerlərini tuturlar.

145

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Gənclərin idmana olan marağı xüsusilə böyük əhəmiyyətə malikdir. Bu maraq, eyni zamanda, beynəlxalq

yarışların nəticələrində də özünü göstərir. Gənclər arasında keçirilən birinci Ümumdünya Olimpiya oyunlarında

Azərbaycan idmançıları böyük uğurlar qazanmışlar və komanda hesabında 10-cu yeri tutmuşlar. Bu, onu

göstərir ki, idman Azərbaycanda ardıcıl şəkildə inkişaf edir, gənclər idmana böyük maraq göstərir. Beləliklə bu,

bizə imkan verəcəkdir ki, bundan sonra bütün dövrlərdə gənc, istedadlı idman nəsli yetişdikcə uğurlarımız da

davamlı olsun. Kütləviliyə gəldikdə, bir daha demək istəyirəm ki, əlbəttə, idman, hər bir insan üçün gündəlik

həyat tərzi olmalıdır. Mən idmanla məşğul olmağı hər bir vətəndaşa tövsiyə edirəm. İdmanın çox böyük xeyri

vardır. İdman insanı fiziki cəhətdən möhkəm edir. İdmançılar, xüsusilə Azərbaycan idmançıları böyük mənəvi

dəyərlərə malikdirlər. Təsadüfi deyildir ki, Azərbaycan cəmiyyətində idmançılara çox böyük hörmət vardır. Bu

hörməti idmançılarımız həm öz qələbələri, həm də cəmiyyətdə olan fəaliyyətləri ilə qazanmışlar.

Azərbaycan nisbətən gənc müstəqil dövlətdir. Bizim müstəqilliyimizin cəmi 20 yaşı vardır. Ancaq bütün

sahələrdə olduğu kimi, idman sahəsində də böyük uğurlar qazana bilmişik. Bu gün dünyada Azərbaycan idman

dövləti kimi tanınır. Biz beynəlxalq idman ailəsində layiqli yeri tuta bilmişik. Bu gün Azərbaycan idmançıları

hər bir rəqib üçün çox ciddi sınaqdır və idman ölkəsi adını qazanmaq asan məsələ deyildir. Biz bu adı öz

əməyimizlə, idmançılarımızın zəhməti, məşqçilərin əməyi ilə qazanmışıq.

Eyni zamanda, Azərbaycanda idmanda idarəçilik sistemi də mükəmməldir. Onu da qeyd etmək istəyirəm

və mən şəxsən onun şahidiyəm ki, Azərbaycandakı təcrübə bir çox ölkələrdə öyrənilir. Çünki bəzi hallarda

idman federasiyaları, cəmiyyətləri və klubları arasında, Milli Olimpiya Komitəsi və nazirliklər arasında

ziddiyyətlər vardır. Azərbaycanda isə bütün idman qurumları - Milli Olimpiya Komitəsi, Gənclər və İdman

Nazirliyi, federasiyalar, idman cəmiyyətləri və klubları vahid komanda şəklində fəaliyyət göstərir. Çünki bizim

məqsədimiz ondan ibarətdir ki, ölkə idmanını inkişaf etdirək və Azərbaycanın uğurlarını təmin edək. Bu

idarəçilik sistemi bax, bu nəticələrə gətirib çıxarmışdır.

Düşünülmüş, məqsədyönlü proqramlar əsasında qurulan fəaliyyət gözəl nəticələrini verməkdədir. Əgər

biz idmançılarımızın beynəlxalq yarışlarda və Olimpiya oyunlarında çıxışlarının dinamikasına nəzər salsaq,

görərik ki, uğurlarımızın sayı ildən-ilə artır. Həm Olimpiya, həm qeyri-Olimpiya idman növləri üzrə

idmançılarımız hər il yüzlərlə medal qazanır. Onu da qeyd etmək istəyirəm ki, bəzi başqa ölkələrdə olduğu kimi,

biz burada da heç bir fərq qoymuruq, heç bir ayrı-seçkilik etmirik. Həm ölkə Prezidenti, həm də Milli Olimpiya

Komitəsinin prezidenti kimi mənim üçün Olimpiya və qeyri-Olimpiya idman növləri arasında heç bir fərq

yoxdur. Çünki bütün idmançılarımız Azərbaycan idmançılarıdır. Onlar bütün yarışlarda Azərbaycanı təmsil

edirlər və çalışırlar ki, qələbə qazansınlar. Bizdə qələbə əzmi çox yüksək səviyyədədir. Ona görə, Azərbaycanda

həm Olimpiya, həm də qeyri-Olimpiya idman növlərinin inkişafı üçün çox gözəl şərait vardır.

Federasiyalar möhkəmləndi. Federasiyalara gələn rəhbər işçilər vəzifə borclarını yerinə yetirirlər. Beləliklə, hər

bir federasiya konkret plan əsasında fəaliyyət göstərir və göstərməlidir. Hər bir federasiya nəticə verməlidir. O

federasiyada cəmləşmiş idmançılar nəticə göstərməlidirlər, qələbə qazanmalıdırlar. Azərbaycanda idman belə

çoxşaxəli şəkildə inkişaf edir və edəcəkdir.

Dünya idman və Olimpiya aləmi də Azərbaycanda gedən prosesləri çox böyük maraqla və təqdirlə izləyir.

Bizim beynəlxalq əlaqələrimiz də yüksək səviyyədədir. Bunun nəticəsidir ki, Azərbaycanda artıq beynəlxalq

yarışların, dünya və Avropa çempionatlarının keçirilməsi bir ənənəyə çevrilib. Elə ay yoxdur ki, Azərbaycanda

hansısa mötəbər beynəlxalq tədbir, yarış keçirilməsin. Bəzi hallarda bir həftə ərzində bir neçə idman növü üzrə

yarışlar keçirilir. Bu da onu göstərir ki, artıq Azərbaycandakı mövcud idman infrastrukturu, idmançılara olan

diqqət və xalqımızın qonaqpərvərliyi bizim üçün bu imkanları yaradır.

Regional Olimpiya kompleksləri ilə bərabər, Bakı şəhərində də böyük Olimpiya infrastrukturu yaradılır.

Son illər ərzində bir neçə böyük idman-konsert zalı tikilmişdir. Onların içərisində əlbəttə ki, ən böyüyü, ən

möhtəşəmi Bakı Kristal Zaldır. O zalda “Eurovision” mahnı müsabiqəsi keçirilmişdir. Eyni zamanda, istənilən

idman yarışı da keçirilə bilər. Tofiq Bəhramov adına Respublika Stadionunda aparılmış yenidənqurma və bərpa

işlərindən sonra bu stadion dünya standartlarına cavab verir. Yaxın günlərdə stadionun təmirdən sonra açılışını

qeyd edəcəyik.

Keçən il Bakıda yeni Olimpiya stadionunun təməl daşı qoyulmuşdur. Hazırda texniki-iqtisadi

əsaslandırma işləri aparılır, mühəndislik layihəsi hazırlanır. Ümid edirəm ki, bu il Olimpiya stadionunun

tikintisi başlanacaqdır və bu, bölgənin ən böyük və ən müasir Olimpiya stadionu olacaqdır. Yaxın zamanlarda

biz Bakıda dünya standartlarına cavab verəcək yeni müasir üzgüçülük kompleksinin tikintisinə başlayacağıq.

Buna da böyük ehtiyac vardır. İndi demək olar ki, bütün rayonlarda üzgüçülük hovuzları vardır. Ancaq biz

Bakıda bu sahədə geridə qalmışıq. İdmançılarımız sovet dövründən qalan hovuzlardan istifadə edirlər. Əlbəttə

ki, bu, dözülməz bir haldır. Ona görə yeni su sarayı və üzgüçülük Olimpiya mərkəzinin tikintisinə böyük ehtiyac

vardır. Gimnastika Olimpiya İdman Zalının tikintisi başlanmışdır. Yəni, Bakıda ən mötəbər beynəlxalq idman

yarışını keçirmək üçün infrastruktur yaradılır və gələcək illərdə biz bu işləri daha da sürətlə aparacağıq.

146

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Bir sözlə, bütün bu amillər Azərbaycanı dünya idman xəritəsində xüsusi yerə qoyur. Bizim yerimiz möhkəmdir.

Əminəm ki, biz bundan sonra da Olimpiya hərəkatında fəal iştirak edəcəyik.

O ki qaldı müstəqillik dövründə bizim Olimpiya oyunlarında iştirakımıza, burada da müsbət dinamikanı

görürük. Hər bir sahədə olduğu kimi, bu sahədə də ancaq və ancaq uğurlarımızı artırırıq. Biz iyirmi il ərzində

böyük və uğurlu yol keçmişik, beynəlxalq arenada möhkəm yer tutmuşuq, 155 ölkənin dəstəyi ilə BMT

Təhlükəsizlik Şurasına seçilmişik. İqtisadi sahədə son illər ərzində Azərbaycandan daha uğurlu və daha sürətli

inkişaf edən ikinci ölkə yoxdur. Sosial məsələlərin həllinə gəldikdə, təcrübəmiz nümunə kimi göstərilir.

Azərbaycanda sosial ədalət prinsipləri bərqərar olunub.

İdman sahəsində də biz eyni mənzərəni görürük. Müstəqil ölkə kimi Atlanta Olimpiya Oyunlarında bir,

Sidneydə üç, Afinada beş, Pekində yeddi medal qazanmışıq. Yəni, bu dinamika özlüyündə bir göstəricidir.

Sadaladığım bu rəqəmlər bizi bir məntiqi nəticəyə gətirib çıxarır ki, London Yay Olimpiya Oyunlarında da

idmançılarımızdan daha da gözəl nəticə və daha çox medal gözləyirik.

Ancaq idmanda hər şey ola bilər, qələbə də, məğlubiyyət də. Ancaq mən əminəm və inanıram ki,

idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edəcəklər. Bir daha bildirmək istəyirəm ki, bunu deməyə əsas verən

idmançılarımızın dünya və Avropa çempionatlarında uğurlu çıxışlarıdır. Bizim doğrudan da güclü komandamız

vardır. Bu komanda böyük uğurlara nail ola bilər. Tariximizdə ilk dəfədir ki, Azərbaycan Olimpiya Oyunlarında

böyük say tərkibi ilə çıxış edir. Çünki Olimpiya oyunlarında 50-dən çox idmançıya malik olan ölkə böyük

idman ölkəsi kimi tanınır. Bu dəfə Olimpiya oyunlarında iştirak edəcək idmançılarımızın sayı 53-dür. Bu,

doğrudan da bizim idman potensialımızı bir daha göstərir.

İdmançılarımızın böyük şansları, böyük imkanları vardır. Biz hamımız, bütün Azərbaycan xalqı

idmançılara yalnız uğurlar arzulayırıq və onların qələbələrini gözləyirik.

Bir məsələyə də toxunmaq istəyirəm. İdmançıların məişət problemlərinin həlli də daim diqqət mərkəzində

olmuşdur. Demək olar ki, hər il 20-30 idmançıya dövlət və Milli Olimpiya Komitəsi tərəfindən yeni mənzillər

verilir. Bu praktika artıq 15 ildir ki, tətbiq edilir. Biz bu proqramı 1997-ci ildən başlamışıq. Böyük uğurlara

malik olan idmançıların məişət problemlərini həll edə bilmişik. Bu proses bundan sonra da davam etdiriləcəkdir.

İdmançıların maddi təminatı da artır, mükafat fondu da artmaqdadır. Bütün bunlar çox vacib məsələlərdir, vacib

amillərdir.

Ancaq mən bilirəm və tam əminəm ki, idmançılarımızın əsas təkanverici stimulu Vətən sevgisidir. Bütün

başqa amillərlə yanaşı, birinci sırada dayanan Vətənə, xalqa olan bağlılıqdır. Azərbaycan idmançıları istər

Olimpiya oyunlarında, istərsə də Avropa, dünya çempionatlarında medallar qazananda, Azərbaycanın milli

himni səslənəndə hər bir vətənpərvər Azərbaycan vətəndaşı sevinir. Hər bir insanın, hər bir vətənpərvər

vətəndaşın ürəyi fərəhlə dolur. Bu unudulmaz anları bizə idmançılar bəxş edirlər. Buna görə biz onlara

minnətdarıq, buna görə biz onları dəstəkləyirik. Azərbaycan idmançıları, doğrudan da, həm peşəkarlıq, həm

mənəvi dəyərlər baxımından nümunə ola bilərlər. Mən istəyirəm ki, gənc nəsil bax belə ruhda yetişsin. Bizim

idman qəhrəmanlarımız gənc idmançılar qarşısında nümunə olsunlar, həm idmanda, həm də həyatda.

O ki qaldı Azərbaycan dövlətinə və mənim bu sahədəki fəaliyyətimə, mən 15 ildir ki, Milli Olimpiya

Komitəsinin prezidentiyəm. Baxmayaraq ki, ölkə Prezidenti kimi mənim çoxsaylı işlərim, böyük, çoxşaxəli

funksiyalarım vardır, Milli Olimpiya Komitəsinin prezidenti kimi də mən daim idmançılarla təmasdayam,

onların problemləri ilə maraqlanıram, onların uğurlarına sevinirəm. Hesab edirəm ki, bu, həm cəmiyyət, həm də

idmanın inkişafı üçün lazımdır. Mən onu da qeyd etmək istəyirəm ki, ölkə Prezidenti vəzifəsinə də idman

aləmindən gəlmişəm. 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti və 2003-cü ildə respublika Prezidenti

seçilmişəm. Yəni, mən Azərbaycan rəhbərliyində, belə demək mümkünsə, idmançıları təmsil edirəm və bundan

sonra da hər bir sahəyə olduğu kimi, bu sahəyə də xüsusi diqqət göstərəcəyəm. Təsadüfi deyildir ki, 2012-ci il

Azərbaycanda “İdman ili” elan edilmişdir. Bu, özlüyündə bir göstəricidir. Bu, onu göstərir ki, idmana, doğrudan

da, dövlət tərəfindən böyük dəstək, idmançılara böyük qayğı vardır. İdmançılar bizim milli sərvətimizdir.

Azərbaycan idman arenalarında öz sözünü deyir, deyəcəkdir. Mən əminəm ki, London Yay Olimpiya Oyunları

Azərbaycan idmanının növbəti təntənəsi olacaqdır.

Əziz dostlar, əziz idmançılar, olimpiyaçılar, paralimpiyaçılar, sizi bu gün bir daha ürəkdən salamlayıram,

sizə uğurlar arzulayıram. Bilin ki, hər bir Azərbaycan vətəndaşı kimi, mən də oyunları izləyəcəyəm, sizə

azarkeşlik edəcəyəm və sizin qələbələrinizi gözləyəcəyəm. Sağ olun.

X X X

Sonra gənclər və idman naziri Azad RƏHİMOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!

Əziz idmançılar, hörmətli qonaqlar!

147

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan müstəqillik dövründə artıq beşinci dəfədir ki, dünyanın ən ali idman tədbiri - Olimpiya

Oyunlarında iştirak etməyə hazırlaşır. Hər dəfə idmançılarımızın belə təntənəli şəkildə yola salınması gözəl

ənənəyə çevrilmişdir. İlk dəfə bu gözəl ənənənin təşəbbüskarı və yaradıcısı ümummilli lider Heydər Əliyevin

xeyir-duası ilə idmançılarımız 1996-cı ildə Atlantaya, 2000-ci ildə Sidneyə Olimpiya oyunlarına yola

düşmüşlər. Ulu öndərimizin dəyərli tövsiyələri həmişə idmançılarımızın qələbə əzmini yüksəltmiş, onlarda

nikbin əhval-ruhiyyə yaratmış və nəticədə Olimpiya Oyunlarında böyük qələbələrimizin əsası qoyulmuşdur.

Fərəhli haldır ki, olimpiyaçıları təntənəli yolasalma ənənəsi bu gün də cənab Prezident, Sizin birbaşa

rəhbərliyinizlə davam etdirilir.

Fürsətdən istifadə edib ölkəmizdə idmanın və Olimpiya hərəkatının inkişafına göstərdiyiniz xüsusi

diqqətə və bu gün bizimlə görüşdüyünüzə görə bütün idmançılarımız və idman ictimaiyyəti adından Sizə dərin

təşəkkürümüzü bildiririk.

Hörmətli mərasim iştirakçıları!

Artıq növbəti London Olimpiya Oyunlarına çox az vaxt qalır. Sevindirici haldır ki, müstəqil

respublikamızın Olimpiya yığma komandası belə möhtəşəm bir tədbirdə əvvəlki olimpiadalarla müqayisədə

daha geniş tərkibdə - 53 idmançı ilə təmsil olunacaqdır.

Möhtərəm cənab Prezident!

Dörd il bundan əvvəl başlamış Olimpiadaya hazırlıq prosesi Sizin 2010-cu il 22 iyun tarixli “XXX Yay

Olimpiya Oyunlarına hazırlıq haqqında” Sərəncamınızla daha da sürətlənmişdir.

Ölkəmizdə idmanın inkişaf etdirilməsi, Olimpiya hərəkatının genişləndirilməsi, yeni idman və Olimpiya

komplekslərinin tikilməsi zərurəti, eləcə də idmançılarımızın London Olimpiadasında, dünya və Avropa

çempionatlarında yüksək göstəricilərinin təmin edilməsi məqsədi ilə 2012-ci ilin ölkəmizdə “İdman ili” elan

edilməsi də Olimpiya oyunlarına hazırlıq prosesinə olduqca müsbət təsir göstərmişdir.

Bu gün Azərbaycan dünyanın idman mərkəzlərindən biri kimi nüfuzlu idman tədbirlərinə ev sahibliyi edir. Belə

ki, 2011-ci ildə respublikamızda 36 beynəlxalq yarış təşkil edilmişdir.

Cari ilin altı ayı ərzində isə artıq 28 beynəlxalq yarışa ev sahibliyi etmişik. Bu günədək 126 respublika

tədbiri keçirilmişdir. 217 beynəlxalq tədbirdə, 79 təlim-məşq toplanışında yığma komandalarımızın iştirakı

təmin edilmişdir.

Olimpiadaya hazırlıq dövründə keçirilmiş yarışlar Azərbaycanımızın təbliği baxımından da əhəmiyyətli

olmuşdur.

Xüsusilə may ayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş, dörd kontinental, dörd

milli və 12 qarışıq kollektivdə, ümumilikdə 180 idmançının iştirak etdiyi 23 yaşadək velosipedçilər arasında

beşmərhələli beynəlxalq veloyürüşü qeyd etmək lazımdır.

“İdman ili”nə həsr olunmuş, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda təşkil edilmiş, dünya

şöhrətli “Formula-1”in hazırkı çempionu “Red Bull Racing” komandasının canlı əfsanəsi Devid Kulthardın

iştirakı ilə avtoyürüş və nümunəvi çıxışlar paytaxtımızın sakinləri və qonaqları tərəfindən maraq və sevinclə

qarşılanmışdır.

Sevindirici haldır ki, artıq bir sıra beynəlxalq yarışlar təkcə Bakıda deyil, ölkəmizin müxtəlif bölgələrində

də keçirilir. Bu sıradan Naxçıvan Muxtar Respublikasında şahmat, yunan-Roma güləşi, üzgüçülük və digər

idman növləri üzrə təşkil edilmiş beynəlxalq turnirlər Naxçıvanın da region ölkələri arasında idman

mərkəzlərindən birinə çevrilməsi yolunda mühüm addımlardır.

Bütün bunlar isə, cənab Prezident, Sizin həyata keçirdiyiniz idman siyasətinin böyük uğuru və konkret

nəticəsidir.

Bakı şəhərinin 2016-cı və 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ uğrunda

mübarizəyə qoşulması ölkəmizdə idmanın inkişafının bariz sübutudur.

Bakı şəhəri namizəd şəhər mərhələsini keçə bilməsə də, iddiaçı şəhər mərhələsində böyük iş aparıldı.

İnanıram ki, bu sahədə qazanılan təcrübə gələcək olimpiadalar uğrunda mübarizədə öz sözünü deyəcəkdir.

Hörmətli mərasim iştirakçıları!

Pekin Olimpiadasından ötən dövr ərzində Azərbaycan idmançıları Gənclər və İdman Nazirliyi, Milli

Olimpiya Komitəsi və federasiyalar tərəfindən mütəmadi dünya və Avropa çempionatlarına ezam edilmiş, bu

yarışlardan Vətənə uğurlu nəticələrlə dönmüşlər. Bu göstəricilər həm medalların nisbətində, həm də ötən

Olimpiya oyunları ilə müqayisədə əldə olunmuş lisenziyaların fərqində öz əksini tapmışdır.

Müqayisə üçün deyə bilərik ki, Olimpiya idman növləri üzrə qazanılmış medalların sayında da dinamik inkişaf

müşahidə olunur. Belə ki, Atlanta Olimpiadası ərəfəsində (1993-1996-cı illər) 71 medal; Sidney Olimpiadası

ərəfəsində (1997-2000-ci illər) 146 medal; Afina Olimpiadası ərəfəsində (2001-2004-cü illər) 262 medal; Pekin

Olimpiadası ərəfəsində (2005-2008-ci ilin yeddi ayı) 467 medal; London Olimpiadası ərəfəsində isə (2009-

2012-ci ilin altı ayı) 835 medal qazanılmışdır.

148

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Göründüyü kimi, hər dəfə Olimpiada ərəfəsində Olimpiya idman növlərində qazanılan medalların sayı

əvvəlki Olimpiada ilə müqayisədə təxminən iki dəfə artmışdır.

Xüsusilə qeyd etmək istərdim ki, əgər Pekin Olimpiya Oyunlarında Azərbaycan 44 lisenziya qazanaraq

11 idman növündə təmsil olunurdusa, Londonda 53 lisenziya ilə 16 idman növündə təmsil olunacaqdır.

Ümumiyyətlə isə London Olimpiadasında Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq beş yeni - kanoe,

akademik qayıqlarda avarçəkmə, velosiped idmanı, idman gimnastikası və qılıncoynatma idman növlərində də

təmsil olunacaqdır.

Pekində Azərbaycanı bir hakim təmsil edirdisə, Londona beş hakimimiz (iki güləş, gimnastika, boks və

ağırlıqqaldırma) yollanacaqdır.

Bundan başqa, idmançılarımızla yanaşı, altı həkim, 29 məşqçi Londona gedəcəkdir.

Londonda ölkəmizi təmsil edəcək 53 idmançıdan 41-i ilk dəfə Olimpiya oyunlarının iştirakçıları olacaqdır.

Komandamız daha geniş beynəlmiləl tərkibə malikdir və əsasən titullu idmançılardan ibarətdir. Onların

əksəriyyəti nüfuzlu beynəlxalq idman yarışlarında lisenziya qazanmaqla yanaşı, eyni zamanda, həmin yarışların

qalibi olaraq dünya və Avropa çempionları adına layiq görülmüşdür.

Sevindirici haldır ki, komandamızın tərkibində müstəqillik dövründə dünyaya gəlmiş və ilk dəfə ölkəmizi

Olimpiadada təmsil edəcək gənc idmançılarımız da vardır.

Bu fakt bir daha sübut edir ki, həqiqətən Azərbaycan idmanı müstəqillik illərində böyük inkişaf yolu

keçmiş, perspektivli yeniyetmə və gənc idmançıların aşkar edilməsi üçün ölkəmizdə əlverişli şərait

yaradılmışdır.

Möhtərəm cənab Prezident!

Son illər ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər

təkcə idmançılar tərəfindən deyil, bütün ölkə vətəndaşları tərəfindən rəğbətlə qarşılanır.

Artıq ölkəmizdə 34 olimpiya idman kompleksi fəaliyyət göstərir.

Son dövrlərdə ölkədə tikilib istifadəyə verilən və geniş bir şəbəkəni əhatə edən bu idman qurğuları idman

sahəsində nəticələrimizin ildən-ilə artmasına, bədən tərbiyəsinin kütləvi inkişafına, Olimpiadaya hazırlıq işinin

sürətləndirilməsinə şərait yaratmışdır. Elə bunun nəticəsidir ki, indi Olimpiya yığma komandamızın tərkibində

ölkəmizi təkcə Bakı şəhərinin deyil, həm də Sumqayıt, Gəncə, Naxçıvan, Mingəçevir, Lənkəran, Astara və s.

rayon və şəhərlərimizin idmançıları da təmsil edirlər.

Möhtərəm cənab Prezident!

Hörmətli mərasim iştirakçıları!

Artıq XXX Yay Olimpiya Oyunlarında Azərbaycan yığma komandasının iştirakı ilə bağlı bütün hazırlıq

işləri başa çatır.

Gənclər və İdman Nazirliyinə hazırlıq prosesinin yüksək səviyyədə aparılması üçün dövlət büdcəsindən

14 milyon 785 min manat məqsədli vəsait ayrılmışdır. Bundan başqa, Milli Olimpiya Komitəsi, müvafiq

federasiyalar və idman cəmiyyətləri tərəfindən hazırlıq prosesinin mütəşəkkil aparılması üçün lazımi kömək

göstərilmişdir.

Digər təşkilati məsələlər – akkreditasiya, nəqliyyat, tibbi ləvazimat, idman geyimləri və xüsusi geyimlər

kimi məsələlər də həll olunmuşdur. Olimpiya komandamızın geyimləri İtaliyanın məşhur “Ermanno Scervino”

şirkətinin moda evi tərəfindən hazırlanmışdır.

İdman nümayəndə heyətimiz iki qrupda - birinci qrup iyulun 24-də, ikinci qrup isə avqustun 4-də

Londona yola düşəcəkdir. İdmançılarımızın yerləşəcəyi Olimpiya kəndində iyulun 25-də Azərbaycan

komandasının salamlanması - Azərbaycan bayrağının qaldırılması mərasimi keçiriləcəkdir.

İyulun 28-də keçiriləcək “Azərbaycan günü” adlı tədbirin hazırlıq işləri də başa çatmaqdadır. Bu tədbirdə

Beynəlxalq Olimpiya Komitəsinin, bir çox milli olimpiya komitələrinin və beynəlxalq federasiyaların

nümayəndələrinin iştirakı gözlənilir.

Qarşıda isə idmançılarımıza Olimpiya oyunlarında layiqli iştirak etmək - iradə, dözüm, mərdlik və milli

qürur hissi nümayiş etdirib qələbə uğrunda mübarizə aparmaq qalır. Biz onları, hörmətli cənab Prezident, Sizin

xeyir-duanızla böyük ümidlərlə yola salırıq, inanırıq ki, onlar bu etimadı doğruldacaq, ölkəmizi layiqincə təmsil

edəcək, Vətənə medallarla dönəcəklər.

Diqqətinizə görə çox sağ olun.

X X X

dedi:

Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Firdovsi UMUDOV çıxış edərək

- Möhtərəm cənab Prezident!

Əziz idmançılar və qonaqlar!

149

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Biz Olimpiya oyunları kimi çox mötəbər yarışların ərəfəsindəyik. Bir neçə gündən sonra Olimpiya yığma

komandamız bu yarışlara qatılacaqdır. Biz daim yolasalma mərasimində ümummilli liderimiz Heydər Əliyevin

xeyir-duasını almışıq. Bu xeyir-dua yarışlarda qələbə qazanmağımıza daim böyük dəstək olmuşdur. Bütün

olimpiyaçılar bu dahi insanın xeyir-duasından, diqqət və qayğısından bəhrələnmişlər. Çox sevinirəm ki, bu gün

dahi öndərimizin arzu və istəkləri, tövsiyələri reallaşır, onun qoyduğu ənənə davam edir.

Mən idmançılarımızı şərəfli ada - olimpiyaçı adına layiq görüldüklərinə görə ürəkdən təbrik edirəm. Bu

ada doğru gedən yol asan olmamışdır. Dövlətimizin göstərdiyi diqqət və qayğı, Milli Olimpiya Komitəsi,

Gənclər və İdman Nazirliyi və federasiya tərəfindən Olimpiya oyunlarına hazırlığın ilk günlərindən başlayaraq

tərtib edilən proqram və bu hazırlığın düzgün istiqamətdə qurulması, məqsədyönlü fəaliyyət, hər kiçik detala,

hər kiçik problemə həssaslıqla yanaşma bugünkü uğurumuzun əsasını qoymuşdur. Bu müvəffəqiyyət biz

məşqçilər üçün də böyük sevincdir.

Möhtərəm cənab Prezident!

Bütün idmançılar və məşqçilər həmişə Sizin qayğınızla əhatə olunublar, həmişə Sizin diqqətinizi hiss

ediblər. Bu isə idman sahəsində çalışan hər bir insan üçün çox vacibdir. Məhz bu qayğı daim idmançılarda ruh

yüksəkliyi yaratmış, onları əzmlə mübarizə aparmağa, qələbə qazanmağa ruhlandırmışdır.

Olimpiya oyunlarına yola düşəcək idman heyəti adından Sizə dərin təşəkkürümü bildirirəm.

Mən bir məşqçi kimi idmanın güləş növünü təmsil edirəm. Güləşin ölkəmizdə nə qədər populyar

olmasından yəqin ki, söhbət açmaq çox vaxt aparardı. Lakin onu qeyd edim ki, ötən Olimpiya oyunlarında

güləşçilərimiz respublikamızın idman salnaməsinə medallar bəxş etmişlər. Bu, Azərbaycanda güləş məktəbinin

potensialının güclü olmasını təsdiqləyən bir faktdır.

Bu gün biz 53 lisenziyanın sahibiyik. Bu lisenziyalardan 13-ü güləşçilərin payına düşmüşdür. Mən

ümidvaram ki, idmançılarımız öz əvvəlki uğurlarını davam etdirərək, bu Olimpiya oyunlarında da böyük

əzmkarlıqla çıxış edəcək və yeni nailiyyətlər qazanacaqlar.

Bütün idmançılara dözüm və dəyanət, qələbə uğrunda var qüvvə ilə mübarizə aparmağı arzulayıram.

Diqqətinizə görə sağ olun!

X X X

İdmanın atletika növü üzrə paralimpiya yığma komandasının üzvü, üçqat dünya çempionu Hüseyn

HƏSƏNOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!

İcazə verin Sizi, bütün paralimpiyaçılar adından salamlayım, xüsusi diqqət və qayğınıza görə dərin

minnətdarlığımızı bildirim.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş milli Paralimpiya hərəkatı bu gün şəxsən

Sizin sayənizdə böyük uğurlara imza atmışdır. Bu günə qədər həvəskar idman növü kimi tanınan paralimpiya

hərəkatı peşəkar idman səviyyəsinə yüksəlmişdir.

Xatirinizdədirsə, 2008-ci ildə Pekin Yay Paralimpiya oyunlarına yola salarkən bizlərə inandığınızı,

güvəndiyinizi demişdiniz. O zaman biz idmançılar Sizə verdiyimiz sözü iki qızıl, üç gümüş və beş bürünc medal

qazanmaqla yerinə yetirdik. Bu gün mən bütün paralimpiya idmançıları adından Sizi əmin etmək istəyirəm ki,

XIV London Yay Paralimpiya oyunlarında bütün gücümüzü və bacarığımızı sərf edərək çıxışlarımızı Sizin

dünya səviyyəsindəki yüksək nüfuzunuza uyğun quracaq və ölkəmizə daha çox medallar qazandıracağıq.

Biz, paralimpiya idmançıları XIV London Yay Paralimpiya oyunlarına xüsusi proqram əsasında hazırlaşmışıq.

Bu il əvvəlki illərdən fərqli olaraq altı idman növü üzrə 21 idmançı 34 lisenziya qazanaraq yüksək yerlər

uğrunda mübarizə aparacaqdır.

Xüsusilə qeyd etmək istəyirəm ki, 1996-cı ildən dörd Paralimpiya oyunlarının iştirakçısı olan milli

komandamızın tərkibində yalnız bir qadın idmançı var idi. Çox sevindirici haldır ki, 2012-ci il London Yay

Paralimpiya Oyunlarında komandamızı beş qadın idmançısı təmsil edəcəkdir.

Eyni zamanda, bildirmək istəyirəm ki, dövlətimiz biz paralimpiyaçılara qayğısını əsirgəmir.

İdmançılarımız artıq cəmiyyətin hörmətli, nüfuzlu və tanınmış insanlarına çevrilmişlər. Bu da öz növbəsində

məsuliyyətimizi qat-qat artırır.

Çıxışımın sonunda bir daha minnətdarlığımı bildirir və Sizi əmin etmək istəyirəm ki, biz paralimpiyaçı

idmançılar XIV London Yay Paralimpiya Oyunlarında milli ənənəyə sadiq qalacaq və yalnız yüksək əyarlı

medallar uğrunda ciddi mübarizə aparacağıq. Hər bir idmançımız dövlət bayrağımızın qaldırılmasına və

himnimizin səsləndirilməsinə nail olmağa çalışacaqdır.

Cənab Prezident, bizlərə bu şəraiti yaratdığınız üçün Sizə ürəkdən, səmimi qəlbdən təşəkkür edirəm. Çox

sağ olun ki, bizə bu şəraiti yaratdınız. Azərbaycan xalqı xoşbəxtdir ki, Sizin kimi Prezidentimiz vardır. Çox sağ

olun.

150

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

X X X

Boks üzrə yığma komandanın üzvü Vətən HÜSEYNOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!

Hörmətli tədbir iştirakçıları!

Əziz idmançılar!

Bu gün biz həyatımızın ən məsuliyyətli və şərəfli anlarını yaşayarıq. Dövlətimiz, xalqımız haqlı olaraq

bizdən London Olimpiadasında böyük uğurlar gözləyir. Bu oyunlarda xalqımızın, Olimpiya hərəkatımızın lideri

kimi, cənab Prezident, şəxsən Sizin etimadınızı doğrultmaq üçün öz sözümüzü burada yox, London

Olimpiadasında deyəcəyik.

İcazə verin, bütün idmançılar adından Olimpiya andını səsləndirim:

Biz, XXX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan idmançıları bu mötəbər yarışlarda

ölkəmizin idman şərəfini ləyaqətlə qoruyacağımıza and içirik!

İDMANÇILAR: And içirik!

Dövlətimizin, xalqımızın bizə olan etimadını doğrultmaq üçün yarışlarda var gücümüzlə mübarizə

aparacaq, daim ölkəmizin adını uca tutacaq, əsl idman rəqabəti nümayiş etdirəcəyik.

Olimpiya Oyunlarının keçirildiyi yarış meydanlarında müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağının

qaldırılması, dövlət himnimizin səsləndirilməsi, doğma Vətənimizə qələbələrlə dönmək naminə sonadək əzmlə

mübarizə aparacağımıza and içirik!

İDMANÇILAR: And içirik!

X X X

Sonra olimpiyaçılar və paralimpiyaçılar Azərbaycanın dövlət bayrağını öpdülər.

Prezident İlham Əliyev idmançılara bir daha uğurlar arzuladı.

Sonda dövlətimizin başçısı və xanımı idmançılarla xatirə şəkli çəkdirdilər.

“Xalq qəzeti”.- 2012.-4 iyul. - № 145. - S. 1.

151

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçirilən

XXX Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və

onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi

haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan

Respublikasının idmançılarını və onların məşqçilərini Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının

paytaxtı London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə

həvəsləndirmək məqsədi ilə qərara alıram:

1. XXX Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və

onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

1.1. birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat;

1.2. ikinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;

1.3. üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 iyul 2012-ci il.

152

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçirilən

XIV Yay Paralimpiya Oyunlarında Azərbaycan Respublikasının əlil idmançıları və

onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan

Respublikasının əlil idmançılarını və onların məşqçilərini Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş

Krallığının paytaxtı London şəhərində keçirilən XIV Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələr

göstərməyə həvəsləndirmək məqsədi ilə qərara alıram:

1. XIV Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlil

idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

1.1. birinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;

1.2. ikinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat;

1.3. üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 iyul 2012-ci il.

153

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Böyük Britaniya və Şimali İrlandiya Krallığının paytaxtı London şəhərində keçirilən

XXX Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və

onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının idmançılarını və onların məşqçilərini Böyük Britaniya və Şimali İrlandiya

Krallığının paytaxtı London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr

göstərməyə həvəsləndirmək məqsədi ilə qərara alıram:

XXX Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və

onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

-birinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;

-ikinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə isə 50 min manat;

-üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə isə 25 min manat.

İlham Əliyev

Azərbaycan Respublikası

Milli Olimpiya Komitəsinin Prezidenti

Bakı şəhəri, 3 iyul 2012-ci il.

154

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

London Yay Olimpiya Oyunlarında Azərbaycanı 5 hakim təmsil edəcəkdir

Bakı, 24 iyul (AzərTAc). London Yay Olimpiya Oyunlarında Azərbaycanı 5 hakim təmsil edəcəkdir.

Onlardan ikisi güləş yarışlarını idarə edəcəkdir.

AzərTAc xəbər verir ki, bu sözləri beynəlxalq dərəcəli hakim, Azərbaycan Güləş Federasiyasının baş

katibi Əjdər Cəfərov demişdir.

Bildirmişdir ki, Olimpiya Oyunlarını idarə etmək çox çətindir. Dünyanın 400-dən çox seçilmiş idmançısı

bu yarışda iştirak edəcək. Biz də çalışacağıq ki, Azərbaycanın adını həmişə yüksəklərə qaldıraq.

Qeyd etmişdir ki, güləşçilərimiz təlim-məşq toplanışlarını yekunlaşdırmaq üzrədirlər. Artıq yunan-Roma

yığmamız hazırlığını başa vurmuşdur. Sərbəst güləş üzrə millimiz isə hələ öz hazırlıqlarını davam etdirirlər.

Onlar Bakıdakı təlim-məşq bazasında çalışırlar. Qadın güləşi üzrə komandamız Ukraynada hazırlıq keçmiş və

avqustun 1-də Vətənə dönərək, Londona yollanacaq Olimpiya yığmamızın növbəti heyətində yer alacaqlar.

AzərTAc

24 iyul 2012-ci il

155

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Ağacan Abıyev: İdmançılarımız London Yay Olimpiya Oyunlarında

Azərbaycan idman həvəskarlarını və xalqını sevindirəcəklər

Bakı, 24 iyul (AzərTAc). London Yay Olimpiya Oyunlarının Azərbaycan idmanında böyük rolu

olacaqdır. Bu yarış həm idmançıların sayına, həm də gücünə görə fərqlənəcəkdir.

AzərTAc xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks

Federasiyasının vitse-prezidenti Ağacan Abıyev demişdir.

Bildirmişdir ki, Olimpiya yığmamızda çoxlu dünya, Avropa çempionları və mükafatçıları var. Bu o

deməkdir ki, biz onlardan medal gözləyə bilərik. Boks idman növünə gəlincə, London Yay Olimpiya

Oyunlarında 8 idmançı ilə təmsil olunacağımız özlüyündə bir uğurdur.

İdmançılar göstərdikləri nəticələrlə Azərbaycan xalqını sevindirəcəklər. Fikrimcə, Olimpiya Oyunlarını

televiziya vasitəsilə izləyənlər də sevinəcəklər. Biz isə Olimpiadanın yarış meydanında olacağıq və sözsüz ki,

bir az əsəb sistemimiz gərginləşəcək və sonda inanıram ki, qələbələr olacaqdır. Ümumiyyətlə, idmançılarımız

London Yay Olimpiya Oyunlarında Azərbaycan idman həvəskarlarını və xalqını sevindirəcəklər.

AzərTAc

24 iyul 2012-ci il

156

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Londondakı Olimpiya kəndində Azərbaycan bayrağı qaldırılmışdır

Bakı, 25 iyul (AzərTAc). İyulun 25-də Londondakı Olimpiya kəndində Azərbaycan bayrağının

qaldırılması mərasimi keçirilmişdir.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova AzərTAc-a bildirmişdir ki,

mərasimdə nazir Azad Rəhimov, Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov, Azərbaycanın

Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Azərbaycan nümayəndə heyətinin üzvləri və idmançılar iştirak

etmişlər.

Olimpiya kəndinin rəhbəri Tessa Couell Azərbaycan nümayəndə heyətini salamlayaraq London

Olimpiadasının bütün iştirakçılarına, o cümlədən Azərbaycan olimpiyaçılarına da parlaq qələbələr arzulamışdır.

Ölkəmizin Dövlət Himninin sədaları altında Azərbaycan Bayrağı qaldırılmışdır.

İlham Mədətov xanım Couellə Azərbaycan suveniri bağışlamış, o da öz növbəsində İ.Mədətova xatirə

medalı təqdim etmişdir.

Xatırladaq ki, 32 idmançının, rəsmi şəxslərin, məşqçi və həkimlərin daxil olduğu Azərbaycan olimpiya

nümayəndə heyəti dünən Londona gəlmişdir.

Azərbaycan idmançılarının ikinci qrupu Londona avqustun 4-də yola düşəcəkdir.

XXX Yay Olimpiya Oyunlarının rəsmi açılışı iyulun 27-də olacaqdır. Açılış mərasimində Azərbaycan

nümayəndə heyəti sayca 14-cü keçəcəkdir. Azərbaycan olimpiya yığmasının bayraqdarı 2008-ci il Pekin

Olimpiadasının çempionu, cüdoçu Elnur Məmmədli olacaqdır.

İyulun 28-də Londonda Azərbaycan gecəsi keçiriləcəkdir. Tədbirdə Azərbaycana həsr edilmiş

videoçarxlar nümayiş etdiriləcək, caz, opera ifaçıları, habelə muğam ustaları çıxış edəcəklər.

Builki Olimpiya Oyunlarında Azərbaycan yığması ilk dəfə bu cür geniş heyətdə çıxış edəcəkdir. İdmanın 16

növündə ölkəmizi 53 idmançı təmsil edəcəkdir. Onlardan 41-i Olimpiya Oyunlarında ilk dəfə iştirak edəcəkdir.

AzərTAc

25 iyul 2012-ci il

157

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan Prezidenti İlham Əliyev XXX Yay Olimpiya Oyunlarının keçiriləcəyi

London şəhərinə gəlmişdir

Bakı, 26 iyul (AzərTAc). İyulun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı

Mehriban Əliyeva XXX Yay Olimpiya Oyunlarının keçiriləcəyi London şəhərinə gəlmişlər.

Londonun “Stansted” hava limanında dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham

Əliyevi və xanımı Mehriban Əliyevanı Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş

Krallığındakı səfiri Fəxrəddin Qurbanov, Böyük Britaniya Kraliçasının şəxsi nümayəndəsi Lord Piter və

Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin rəsmisi qarşıladılar.

Prezident İlham Əliyev hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.

AzərTAc

26 iyul 2012-ci il

158

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Londonda XXX Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi olmuşdur

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

Bakı, 28 iyul (AzərTAc). Böyük Britaniyanın 90 min tamaşaçı yeri olan Olimpiya stadionunda XXX Yay

Olimpiya Oyunlarının təntənəli açılış mərasimi keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

AzərTAc xəbər verir ki, London Olimpiya Oyunlarına artıq üçüncü dəfə ev sahibliyi edir. Burada əvvəlki

oyunlar 1908-ci və 1948-ci illərdə keçirilmişdir.

Bu il Olimpiya oyunlarında 36 idman növündə 302 dəst medal uğrunda mübarizə aparılacaqdır. Olimpiya

çempionu adı qazanmaq üçün 205 ölkədən 10 mindən çox idmançı yarışacaqdır.

Olimpiadanın açılış mərasiminin əsas şousu “Möcüzələr adası” adlandırılmışdır. Qırx iki milyon

dollardan çox məbləğə başa gələn möhtəşəm şou süni yağış və dünyada ən böyük – 23 tonluq zəngin sədaları ilə

müşayiət olunmuşdur.

Oskar mükafatı laureatı, Britaniya kinorejissoru Denni Boylun təqdimatında meydanda aqrar Britaniyanın

həyatından idilliya səhnələrini Birləşmiş Krallığın tarixinə səyahət səhnələri əvəz etmişdir.

“Tarixi parad” zamanı stadionda 1948-ci ildə Karib hövzəsindən ilk böyük mühacirət dalğası dövrünə, Britaniya

qadınlarının öz hüquqları uğrunda mübarizəsinə, Krallıq zəhmətkeşlərinin 1936-cı ildə yoxsulluq və işsizliyə

qarşı etirazlarına həsr olunmuş epizodlar yer almışdır.

Şou bitəndən sonra iştirakçı ölkələrin paradını Olimpiya Oyunlarının vətəni olan Yunanıstanın yığma

komandası açdı.

Ölkəmizin nümayəndə heyəti bu paradda, başda şef-demission İlham Mədətov olmaqla, 100-ə yaxın

idmançı, məşqçi və mütəxəssis ilə təmsil edilmişdir. Azərbaycan Respublikasının dövlət bayrağını komandanın

kapitanı, Pekin Olimpiadasının çempionu, cüdoçu Elnur Məmmədli aparırdı.

Xatırladaq ki, Azərbaycan komandasının 53 üzvü idmanın 16 növündə yarışacaqdır. Velosiped,

avarçəkmə, qadınlar arasında boks, idman gimnastikası yarışlarında idmançılarımız ilk dəfə çıxış edəcəklər.

Sonra mərasimdə Olimpiada-2012-nin Təşkilat komitəsinin sədri lord Sebastyan Kou, Beynəlxalq Olimpiya

Komitəsinin prezidenti Jak Roqqe çıxış etdilər.

Böyük Britaniyanın kraliçası II Elizabet XXX Yay Olimpiya Oyunlarını açıq elan etdi.

İdmançıların, hakimlərin və məşqçilərin dilindən olimpiya andı səsləndi.

Mərasimin “Nəsli ruhlandıraraq” devizi ilə keçən ən unudulmaz anı Olimpiya məşəlinin alovlandırılması

olmuşdur. Dörd saat davam edən və rəngarəng atəşfəşanlıqla başa çatan Olimpiadanın açılış mərasimini

dünyanın bütün qitələrində televiziya ilə 4 milyard adam izləmişdir.

Azərbaycanın idman azarkeşləri də bu möhtəşəm bayrama tamaşa etmək imkanı qazanmışlar. İctimai

Televiziya və “İdman Azərbaycan” kanalı təntənəli açılış mərasimini birbaşa yayımlamışdır.

AzərTAc

26 iyul 2012-ci il

159

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Londonda XXX Yay Olimpiya Oyunları çərçivəsində “Azərbaycan günü” keçirilmişdir

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

Bakı, 29 iyul (AzərTAc). İyulun 28-də Londonda XXX Yay Olimpiya Oyunları çərçivəsində

“Azərbaycan günü” keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak

etmişlər.

Mərasim iştirakçıları Azərbaycan Prezidentini və xanımını hərarətlə qarşıladılar.

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin

çıxışı

- Əziz dostlar!

Hörmətli xanımlar və cənablar!

Bu gün sizin hamınızı “Azərbaycan günü”ndə salamlamaq istəyirəm. Bu axşam bizimlə olduğunuza görə

sizə çox minnətdaram. Burada olmağımızdan və belə bir möhtəşəm tədbirdə iştirakımızdan çox fərəhlənirik.

Mən bizi qəbul edən Britaniya tərəfinə də gördüyü bütün hazırlıq işlərinə görə təşəkkürümü bildirmək istəyirəm.

Azərbaycan müstəqil ölkə kimi artıq beşinci dəfədir ki, Yay Olimpiya Oyunlarında iştirak edir və biz hər dəfə

irəliyə doğru addımlar atırıq. Qazandığımız birinci medal 1996-cı ildə Atlantada oldu. Həmin vaxt bizim

komanda yalnız bir medal qazana bildi. Sonra 2000-ci ildə Sidneydə üç, 2004-cü ildə Afinada beş, 2008-ci ildə

isə Pekində yeddi medal qazanıldı. Əlbəttə, biz hamımız istəyirik ki, bu ənənə davam etsin. Hamımız ümid

edirik ki, idmançılarımız ölkəmizi layiqincə təmsil edəcəklər və yarışlar zamanı bayrağımız qaldırılacaqdır.

Fürsətdən istifadə edərək dünyanın bütün atletlərinə uğurlar və xoşbəxtlik arzulayıram.

Azərbaycan zəngin tarix, böyük adət-ənənələr ölkəsidir. Lakin müstəqil ölkə kimi biz dünyanın siyasi

xəritəsində yalnız 20 ildir ki, mövcuduq. Bu illər dəyişikliklər, islahatlar dövrü olub. Bu illər göstərir ki,

Azərbaycan müstəqil ölkə kimi uğurla inkişaf edir. Əldə etdiyimiz nailiyyətlər məhz xalqımızın istedadı

sayəsində mümkün olub. İyirmi il öncə bizim öz dövlətimiz yox idi, demokratik təsisatlarımız, bazar

iqtisadiyyatı mövcud deyildi. Bu gün Azərbaycan regionda möhkəm mövqelərə malik olan ölkədir,

dövlətçiliyimiz çox güclüdür. Biz demokratik islahatlara, bazar iqtisadiyyatına sadiqik. İyirmi il ərzində əldə

etdiyimiz ən böyük nailiyyətlərdən biri Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi oldu.

Dünyanın ən ali beynəlxalq təşkilatı hazırda bizim iştirakımızla fəaliyyət göstərir. Namizədliyimizə səs verən

155 ölkə sözün əsl mənasında göstərdi ki, bu 20 ildə biz dünyanın diqqətini cəlb edə bildik, bir çox ölkələrlə

dostluq və qarşılıqlı etimad münasibətləri qurduq.

Bu gün Azərbaycana hörmətlə yanaşırlar və ölkəmiz nəinki regionda, o cümlədən dünyanın qlobal

işlərində öz rolunu oynayır. Biz çox böyük iqtisadi dəyişikliklərə nail olduq və iqtisadiyyatımız dünyada ən

sürətlə artan iqtisadiyyatdır. Bizim iqtisadiyyatımız görünməyən dərəcədə artım tempi nümayiş etdirdi və son

səkkiz ildə üç dəfə artdı. Ölkəmizdə dəyişikliklərin edilməsi, güclü iqtisadiyyatın qurulması üçün bir çox səylər

göstərildi. Ölkəmiz sabitdir, xalqımızın güzəranı yaxşıdır. Eyni zamanda, Azərbaycan bütün dinlərin və

millətlərin nümayəndələrinin sülh şəraitində birgə yaşamasının nümunəsi ilə tanınır. Təsadüfi deyildir ki,

ölkəmizdə sülh və əməkdaşlıq işinə xidmət edən çoxsaylı beynəlxalq tədbirlər keçirilir.

Biz, həmçinin ölkəmizdə idmanın inkişafına və Olimpiya hərəkatına böyük diqqət yetiririk. Müasir idman

infrastrukturunun yaradılmasına çoxlu sərmayələr yatırılır. Son 12 ildə bütün ölkə üzrə 34 Olimpiya mərkəzi

tikilib istifadəyə verilib və bu proses davam edir. Bu il Azərbaycanda “İdman ili” elan edilib. Bu, həmçinin

Azərbaycanda idmanın inkişafına və Olimpiya hərəkatına göstərilən diqqəti bir daha nümayiş etdirir. Biz tarixdə

bu oyunlarda 53 atletdən ibarət ən böyük komanda ilə iştirak etməkdən fərəhlənirik. Bu, həm də onu göstərir ki,

idmana qoyulan sərmayə və idmanın, Olimpiya hərəkatının təşviq edilməsinə yönələn dövlət siyasəti yaxşı

nəticələr verir.

Əminəm ki, biz bu oyunlarda uğurla iştirak edəcəyik. Bu yarışlar özümüzü təqdim etmək üçün daha bir

fürsətə çevriləcəkdir.

Bu gün nailiyyətlərimizə həsr olunan kiçik təqdimat - bəzi fotoşəkillər, ölkəmizin inkişafı ilə bağlı

videotəqdimat olacaqdır. Əminəm ki, bu tədbirdə iştirak edən insanların əksəriyyəti artıq Azərbaycanda olub.

Qonaqlarımız arasında Azərbaycanda olmayanları isə ölkəmizə səfərə dəvət edirəm.

Onu da bildirmək istəyirəm ki, idman və Olimpiya hərəkatı mənim həyatımın bir hissəsidir. Böyük fərəh hissi

ilə qeyd edirəm ki, artıq 15 ildir mən Olimpiya ailəsinin üzvüyəm. On beş il əvvəl mən Azərbaycan Milli

Olimpiya Komitəsinin prezidenti seçildim. Ondan altı il sonra isə ölkə Prezidenti seçildim. Buna görə də adətən

160

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

deyirəm ki, mən idmanı və Olimpiya hərəkatını ölkə rəhbərliyi səviyyəsində təmsil edirəm. Bu illər uğur,

dəyişiklik, inkişaf, işə sadiqlik illəri oldu. Bu gün Azərbaycanda idmançı olmağın böyük mənası vardır. İdmanın

inkişafı və idmançılara qayğının göstərilməsi ilə bağlı dövlət siyasətimiz vardır. Biz müasir idman

infrastrukturuna böyük sərmayələr qoymuşuq. Bu gün Azərbaycanda çoxlu beynəlxalq idman tədbirləri, o

cümlədən Avropa və dünya çempionatları keçirilir. Əminəm ki, gələcəkdə Azərbaycanda qonaqlarımızın, o

cümlədən atletlərin və turistlərin sayı çox olacaq, bununla da biz dostluğumuzu və əməkdaşlığımızı davam

etdirəcəyik.

Olimpiya oyunları nadir beynəlxalq hadisədir. Bu zaman bütün dünyadan gələn insanlar görüşürlər,

atletlər öz aralarında ədalətli şəkildə, tərəfdaşlıq ruhunda yarışırlar, rəqabət yalnız idman arenası ilə yekunlaşır.

Bu, idmanla siyasət arasında ən böyük fərqdir.

Biz oyunlarda iştirak etməkdən çox fərəhlənirik. Mən bir daha bütün komandaların idmançılarına uğurlar,

dünya xalqlarına xoşbəxtlik və çiçəklənmə arzulayıram. Çox sağ olun.

X X X

Tədbirin keçirildiyi zal Azərbaycanın mədəniyyətini, idman tarixini özündə əks etdirən fotostendlərlə

bəzədilmişdi. Ölkəmizdə idmanın inkişafına dövlət səviyyəsində göstərilən qayğı iri monitorlarda ön plana

çıxarılmışdı. Bununla yanaşı, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin

idmançılarla görüşlərindən, ölkəmizdə olimpiya idman komplekslərinin açılış mərasimlərindən hazırlanan

videogörüntülər də nümayiş etdirilirdi.

“Azərbaycan günü”nə dəvət olunan rəsmi şəxslər, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri

Prezident İlham Əliyev ilə söhbətlərində bir daha ölkəmizdə idmana və Olimpiya hərəkatına göstərilən diqqət

və qayğını yüksək qiymətləndirdilər. Onlar bu sahənin inkişafının ölkəmizdə dövlət siyasətinin mühüm

prioritetlərindən biri elan edilməsinin təqdirəlayiq hal olduğunu söylədilər. Bildirildi ki, getdikcə güclənən və

iqtisadi cəhətdən inkişaf edən Azərbaycanın bu sahədə uğurlarını artırması ölkəmizin dünyada idman məkanı

kimi tanınmasına geniş imkanlar açır.

Tədbirin gedişində Prezident İlham Əliyev XXX Yay Olimpiya Oyunlarında iştirak edən

idmançılarımızla görüşdü, onlara xeyir-dua verdi, uğurlar və qələbə əzmi arzuladı.

AzərTAc

28 iyul 2012-ci il

161

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycanın ağır atleti Valentin Xristov London Yay Olimpiya Oyunlarında

bürünc medal qazanmışdır

Bakı, 30 iyul (AzərTAc). Böyük Britaniyanın paytaxtı Londonda keçirilən XXX Yay Olimpiya

Oyunlarında Azərbaycan millisi ilk medalını qazanmışdır.

AzərTAc xəbər verir ki, yarışda 56 kiloqram çəki dərəcəsində mübarizə aparan ağır atletimiz Valentin

Xristov 286 xalla bürünc medala sahib olmuşdur.

AzərTAc

30 iyul 2012-ci il

162

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan Londonda medallarının hesabını Olimpiadanın ikinci günü açdı

İngiltərə paytaxtında keçirilən XXX Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının ilk

medalını çox gözləmək lazım gəlmədi. Olimpiadanın artıq ikinci günü təmsilçimiz Valentin Xristov fəxri

kürsüdə təbrikləri qəbul etdi və ağırlıqqaldıranların yarışdıqları idman sarayınıda onun müvəffəqiyyəti

şərəfinə milli bayrağımız tamaşaçıların alqışları altında yüksəyə ucaldıldı.

Əvvəlki olimpiadalarda Azərbaycanın ağır atletitka ustalarınıdan heç kim mükafatçılar sırasına daxil ola

bilməmişdi. İndi isə xalqımız ilk medalın sevincini məhz bu növdə yaşadı. Xristov kəskin rəqabət şəraitində

davam edən yarışın yekununda 56 kq çəki dərəcəsində çıxışlarını bürünc mükafatla başa vurdu. Birdən

ağırlıqqaldırmada 127 kq nəticə göstərən Valentin təkanla 159 kq ağırlıq qaldırdı və iki hərəkətin cəmində 286

kq nəticə ilə üçüncü oldu.

Bu çəkidə çempion adını KXDR idmançısı Yun Çol Om qazandı, ikinci yeri isə çinli Vu Çinqbao tutdu.

Olimpiadanın ikinci günü daha dörd idmançımız starta çıxdı. Cüdoçu Tərlan Kərimov (66 kq) yarışa inamla

başlayıb onaltıdabir finalda dünya reytinqinin lideri rusiyalı Musa Moquşkova, səkkizdəbir finalda isə misirli

Əhməd Avada qalib gəlsə də, dörddəbir finalda ispan Suqon Uriarte səddini keçə bilmədi, təsəlliverici görüşdə

isə Pavel Zaqrodnikə (Polşa) məğlub olub yeddinci yerlə kifayətləndi.

Afina Olimpiadasının güllə atıcılığı yarışlarının bürünc mükafatçısı İradə Aşumova pnevmatik tapançadan

10 metr məsafədəki hədəfə atəş açmaqda 39-cu yeri tutub finala çıxa bilmədi, üzgüçü Oksana Hətəmxanova və

velosipedçi Yelena Çalıx da uğursuzluğa məruz qaldılar.

Yarışların ilk iki günündən sonra medal qazanmış ölkələrin siyahısında 30 dövlətin, o cümlədən

Azərbaycanın adı var idi. Siyahıya 6 qızıl, 4 gümüş və 2 bürünc medalla ÇXR yığması başçılıq edirdi. Sonrakı

üç yeri ABŞ (3+5+3) və İtaliya (2+3+2) komandaları tuturdular.

Dünən daha beş idmançımız yarış meydanına dəvət olundu. Əgər boksçular Elvin Məmişzadə (52 kq) və

Vətən Hüseynli (81 kq) mübarizəyə onaltıdabir finaldan başlayıb müvafiq surətdə monqolustanlı Tuqstsoqt

Nyambaraya və ekvadorlu Karlos Merkadoya qarşı ilk görüşlərini keçirəcəkdilərsə, cüdoçular Rüstəm Orucov

(73 kq) və Kifayət Qasımovanın (57 kq) çıxış etdikləri turnirdə Olimpiya çempionu, habelə gümüş və bürünc

medalların sahibləri müəyyənəşəcəkdi. Orucovun ilk rəqibi CAR idmançısı Gideon van Zil idi, mübarizəyə

səkkizdəbir finaldan qoşulan Qasımova isə onaltıdabir finalda keçirilən Kaori Matsumoto (Yaponiya) - Vesna

Çukiç (Sloveniya) görüşünün qalibini gözləyirdi. Qadın ağırlıqqaldıranların turnirində də medalların taleyi bir

gündə həll olunacaqdı. Bu yarışda ölkəmizi 58 kq çəki dərəcəsində çıxış edən Boyanka Kostova təmsil edirdi.

Cüdoçuların çıxışları bizə yenə sevinc gətirmədi. Orucov ilk rəqibinə ippon fəndi ilə qalib gəlsə də, növbəti

görüşdə rusiyalı Mənsur İsayevə uduzub olimpiadada çıxışlarını başa vurdu, Qasımova isə elə ilk görüşdə

məğlub oldu.

Bu gün daha bir neçə idmançımız, o cümlədən Pekin Olimpiadasının çempionu, cüdoçu Elnur Məmmədli

(81 kq) və Ramilə Yusubova (63 kq) ustalıqlarını nümayiş etdirəcəklər. Onların çıxışları ölkəmizin olimpiya

hərəkatı, bütün idmanımız üçün çox əlamətdar bir vaxta təsadüf edir. Məhz bu gün - iyulun 31-də Azərbaycan

Prezidenti cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyinin 15-ci ildönümü tamam olur. MOK

prezidentinin gündəlik qayğı və diqqəti, hərtərəfli köməyi sayəsində ötən on beş il ərzində Azərbaycanda idman

sürətlə inkişaf edərək bir-birindən layiqli qələbələr qazanmış və ölkəmiz dünyanın ən qüdrətli idman

dövlətlərindən birinə çevrilmişdir. İdmanımızın ən yaxşı nümayəndələri, o cümlədən Elnur və Ramilə belə bir

tarixi gündə tatami üzərində inamla çıxış etmək, ölkəmizi sevindirmək əzmindədirlər.

Əlavə edək ki, Olimpiya oyunlarının ikiqat çempionu olmağı arzulayan Elnur Məmmədli fəxri kürsüyə

aparan yolda çıxışlarına kanadalı Antuan Val-Fortyeyə qarşı görüşlə başlayacaq, Yusubova isə startda

türkmənistanlı Gülnar Xaytbayevanı sınağa çəkəcək. Onlara uğurlar arzulayaq.

Oqtay BAYRAMOV.

“Xalq qəzeti”.-2012.-31 iyul.-N 168.-S.3.

163

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan güləşçisi Rövşən Bayramov London Yay Olimpiya Oyunlarının

gümüş medalını qazanmışdır

Bakı, 5 avqust (AzərTAc). XXX London Yay Olimpiya Oyunlarında 55 kiloqram çəki dərəcəsində

mübarizə aparan Azərbaycanın yunan-Roma güləşçisi Rövşən Bayramov gümüş medal qazanmışdır.

AzərTAc xəbər verir ki, Minqiyan Simyonov (Rusiya), Tomas Manqo (ABŞ) və Li Şujin (Çin) üzərində inamlı

qələbə qazanan R.Bayramov yarımfinalda Koreya Respublikasının idmançısı Qyujin Çoini məğlub edərək

həlledici mərhələyə adlamışdır. Finalda güləşçimizin rəqibi İran idmançısı Həmid Muhəmməd Reyhanpur

olmuşdur. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə

Rövşən Bayramov qələbə qazana bilməmiş, Olimpiadanın gümüş medalı ilə kifayətlənməli olmuşdur.

Qeyd edəki ki, R.Bayramov dünya və ikiqat Avropa çempionudur, hərbçilər arasında dünya çempionatının

qalibidir və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarnın gümüş mükafatçısdır.

AzərTAc

5 avqust 2012-ci il

164

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan güləşçisi Emin Əhmədov London Yay Olimpiya Oyunlarında

bürünc medal qazanmışdır

Bakı, 5 avqust (AzərTAc). Böyük Britaniyanın paytaxtı Londonda XXX Yay Olimpiya Oyunları davam

edir.

AzərTAc xəbər verir ki, yarışa səkkizdəbir final mərhələsindən qoşulan Azərbaycanın yunan-Roma

güləşçisi Emin Əhmədov (74 kq) Olimpiya Oyunlarında Neven Zuqaçı (Xorvatiya), Zurabi Datunaşvilini

(Gürcüstan) məğlub edərək yarımfinala vəsiqə qazanmışdır. Bu mərhələdə uduzan E.Əhmədov bürünc medal

uğrunda mübarizəni davam etdirmişdir.

Azərbaycan pəhləvanı üçüncü yer uğrunda görüşdə Belarus idmançısı Aleksandr Kikiniu ilə qarşılaşmış

və qalib gəlmişdir.

AzərTAc

5 avqust 2012-ci il

165

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan boksçusu Teymur Məmmədov London Yay Olimpiya Oyunlarının

bürünc medalını qazanmışdır

Bakı, 10 avqust (AzərTAc). Böyük Britaniyanın paytaxtı Londonda XXX Yay Olimpiya Oyunları davam

edir.

AzərTAc xəbər verir ki, yarışda 91 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçusu

Teymur Məmmədov növbəti görüşünü keçirmişdir.

Yarışın yarımfinal mərhələsində boksçumuz İtaliya idmançısı Klemente Russo ilə qarşılaşmışdır.

Rəqibinə məğlub olan boksçumuz London Yay Olimpiya Oyunlarının bürünc medalı ilə kifayətlənmişdir.

AzərTAc

10 avqust 2012-ci il

166

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan gimnastı Aliyə Qarayeva London Yay Olimpiya Oyunlarının

əsas finalına yüksəlmişdir

Bakı, 10 avqust (AzərTAc). Azərbaycan bədii gimnastı Aliyə Qarayeva London Yay Olimpiya

Oyunlarının fərdi çoxnövçülük yarışlarının təsnifat mərhələsində çıxışını başa vurmuşdur.

AzərTAc xəbər verir ki, A.Qarayeva ilə yanaşı təsnifat mərhələsində daha 23 gimnast qüvvəsini

sınamışdır.

Təsnifat mərhələsinin ilk yarış günündə gimnastlar halqa və topla hərəkətlərdə öz çıxışlarını etmişlər.

A.Qarayeva halqa ilə hərəkətlərdə 27.450, topla yarışlarda 28.350 xal toplamışdı. İki hərəkətin cəmində isə

A.Qarayeva 55.800 xalla ümumi sıralamada beşinci olmuşdu.

Avqustun 10-da isə gimnastlar lent və gürzlə hərəkətlərdə qüvvələrini sınamışlar. Gürzlə hərəkətlərdə

gimnastımız xalçaya üçüncü çıxmış və bu cəhdində 27.850 xal toplamışdır. Lentlə hərəkətlərdə isə 28.200 xal

toplayan A.Qarayeva aktivinə ümumilikdə 111.850 xal yazdırmışdır. Bu göstərici ilə gimnastımız təsnifat

mərhələsini üçüncü pillədə bitirmiş və əsas finala vəsiqə qazanmışdır.

AzərTAc

10 avqust 2012-ci il

167

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov London Yay Olimpiya Oyunlarında

bürünc medal qazanmışdır

Bakı, 11 avqust (AzərTAc). Böyük Britaniyanın paytaxtı Londonda XXX Yay Olimpiya Oyunları davam

edir.

AzərTAc xəbər verir ki, yarışda 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Azərbaycan

boksçusu Məhəmmədrəsul Məcidov növbəti görüşünü keçirmişdir.

Yarışın yarımfinal mərhələsində İtaliya idmançısı Roberto Kammarelleyə uduzan M.Məcidov London

Yay Olimpiya Oyunlarının bürünc mükafatı ilə kifayətlənməli olmuşdur.

AzərTAc

11 avqust 2012-ci il

168

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Əhsən sənə Toğrul!

London Yay Olimpiya Oyunlarında Azərbaycana ilk qızıl medalı

Toğrul Əsgərov qazandırdı

Bakı, 11 avqust (AzərTAc). XXX London Yay Olimpiya Oyunlarında 60 kiloqram çəki dərəcəsində

mübarizə aparan sərbəst güləşçimiz Toğrul Əsgərov Azərbaycana ilk qızıl medalı qazandırmışdır. Əhsən sənə

olimpiya çempionu Toğrul!

AzərTAc xəbər verir ki, Tim Şleyçer (Almaniya) və Keniçi Yumota (Yaponiya) üzərində inamlı qələbə

qazanan T.Əsgərov yarımfinalda ABŞ idmançısı Koleman Skottu məğlub edərək həlledici mərhələyə

adlamışdır. Finalda güləşçimizin rəqibi Rusiya idmançısı Besik Kuduxov olmuşdur. Gərgin idman mübarizəsi

şəraitində keçən görüşdə T.Əsgərov qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.

London Olimpiadasında möhtəşəm qələbə şərəfinə Azərbaycanın dövlət himni səsləndi və üçrəngli

bayrağımız qaldırıldı.

AzərTAc

11 avqust 2012-ci il

169

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Qoluna qüvvət Şərif!

London Yay Olimpiya Oyunlarında Azərbaycana ikinci qızıl medalı güləşçimiz

Şərif Şərifov qazandırdı

Bakı, 11 avqust (AzərTAc). Böyük Britaniyanın paytaxtı Londonda XXX Yay Olimpiya Oyunlarında

Azərbaycana ikinci qızıl medalı sərbəst güləşçimiz Şərif Şərifov qazandırdı.

AzərTAc xəbər verir ki, yarışda 84 kiloqram çəki dərəcəsində mübarizə aparan Şərif Şərifov final

görüşünü də qələbə ilə başa vurdu.

İbrahim Bölükbaşı (Türkiyə) və Ceke Herberti (ABŞ) məğlub edən güləşçimiz yarımfinala yüksəldi. Bu

mərhələdə iranlı Naser Ehsan Laşgari ilə görüşdə Azərbaycan güləşçisi xalçadan qalib ayrıldı. Final görüşündə

Puerto Riko idmançısı Yuseot Caime Espinala qalib gələn Ş.Şərifov Azərbaycan yığmasına ikinci qızıl medalı

qazandırdı. Qoluna qüvvət Şərif!

Beləliklə, Londonda ikinci dəfə Azərbaycanın himni səsləndi, bayrağı ən yüksəyə qalxdı.

AzərTAc

11 avqust 2012-ci il

170

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan XXX London Yay Olimpiya Oyunlarında

10 medal qazanmışdır

Bakı, 12 avqust (AzərTAc). XXX London Yay Olimpiya Oyunları başa çatır.

AzərTAc xəbər verir ki, bu yarışlarda Azərbaycanı idmanın 16 növündə 53 idmançı təmsil etmişdir. Dörd

ildən bir keçirilən Olimpiya oyunlarında Azərbaycan idmançıları tərəfindən 10 – iki qızıl, iki gümüş və altı

bürünc medal qazanılmışdır. Sərbəst güləşçilərimiz Toğrul Əsgərov (60 kiloqram) və Şərif Şərifov (84

kiloqram) Olimpiya çempionları olmuş, Xetaq Qazyumov (96 kiloqram) bürünc medala layiq görülmüşdür.

Yunan-Roma güləşi üzrə yarışlarda Rövşən Bayramov (55 kiloqram) ikinci yeri tutmuş, Emin Əhmədov (74

kiloqram) isə bürünc medal qazanmışdır. Qadınlar arasında güləşçimiz Mariya Stadnik (48 kiloqram)

Olimpiadanın gümüş medalına sahib olmuş, Yuliya Ratkeviç (55 kiloqram) isə üçüncü yeri tutmuşdur.

Boksçular Teymur Məmmədov (91 kiloqram) və Məhəmmədrəsul Məcidov (91 kiloqramdam çox) bürünc

mükafatlara layiq görülmüşlər. Azərbaycanın ağır atleti Valentin Xristov isə (56 kiloqram) bürünc medal

qazanmışdır. Beləliklə, Azərbaycan əvvəlki olimpiadalarda qazanılmış medalların sayına görə rekordunu

təzələmişdir. Xatırladaq ki, 2008-ci ildə Pekində olimpiyaçılarımız yeddi medal qazanmışlar.

Bütün bu uğurlar ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısının və diqqətinin, əsası

ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya

Komitəsinin prezidenti İlham Əliyev tərəfindən davam etdirilən düşünülmüş siyasətin nəticəsidir.

AzərTAc

12 avqust 2012-ci il

171

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Londonda XXX Yay Olimpiya oyunlarının bağlanış mərasimi keçirilmişdir

Bakı, 13 avqust (AzərTAc). Londonda XXX Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilmişdir.

XXX London Yay Olimpiya Oyunlarının bağlanış mərasimi dünya ölkələri olimpiyaçılarının yürüşü ilə

başlanmışdır. Müxtəlif ölkələrin idmançılarının birgə yürüş ənənəsinin təməli 1956-cı ildə qoyulmuşdur. Bu

yürüş idmanın birləşdirici qüvvəsinin rəmzidir.

Oyunların bağlanış mərasimində “Britaniya musiqisi simfoniyası” konserti olmuşdur. Konsertdə müasir

kompozisiyalar və klassik musiqi əsərləri səslənmişdir. Konsert çərçivəsində ingilis bəstəkarı Edvard Elqarın

əsərləri səslənmiş, “Muse” qrupu Adel, Corc Mayklın mahnılarını ifa etmişdir.

“Britaniya musiqisi simfoniyası” konsertində dörd mindən çox musiqiçi iştirak etmişdir.

XXX London Yay Olimpiya Oyunlarının bağlanış mərasimində olimpiya məşəli təntənəli surətdə

söndürülmüşdür. Sonra üç ölkənin – Olimpiya oyunlarının vətəni Yunanıstanın, Böyük Britaniyanın və növbəti

Yay Olimpiya Oyunlarının keçiriləcəyi Braziliyanın bayraqları qaldırılmışdır.

Xatırladaq ki, London Yay Olimpiya Oyunlarında Azərbaycanı 16 idman növündə 53 idmançı təmsil etmişdir.

Olimpiya oyunlarında Azərbaycan idmançıları on medal, o cümlədən iki qızıl, iki gümüş və altı bürünc medal

qazaılmışdır.

AzərTAc

13 avqust 2012-ci il

172

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

London Olimpiadasında Azərbaycanın möhtəşəm qələbəsi:

1 gündə 2 qızıl medal

Toğrul Əsgərov və Şərif Şərifov Olimpiya çempionu oldular

Londonda XXX Yay Olimpiya Oyunlarının 14-cü gününün yarışlarına yekun vurulduqda qəti surətdə

aydın oldu ki, Azərbaycan Olimpiadanın sonuncudan əvvəlki, 15-ci gününə 7 medalla - 2 gümüş və 5

bürünc mükafatla başlayacaq. Boksçularımız Teymur Məmmədovla (91 kq-dək) Məhəmmədrəsul

Məcidovun (91 kq-dan yuxarı) yarımfinalda italiyalı rəqiblər, müvafiq surətdə Klemente Russo və

Roberto Kammarelli ilə, demək olar, bərabər səviyyədə keçən görüşlərdə məğlubiyyətləri təmsilçilərimizə

buna qədər özlərinə təmin etdikləri bürünc medalları daha yüksək əyarlı mükafatlara dəyişməyə imkan

vermədi.

Həmin gün Aliyə Qarayeva bədii gimnastların yarışlarında gürzlər və lentlə hərəkətlərin icrasında bir gün

əvvəl həlqə və topla təmrinlərdə olduğu kimi, uğurla çıxış edib çoxnövçülüyün yekununda finala çıxdı. Təsnifat

mərhələsində gimnastımızın nəticəsi yalnız ilk iki yeri tutan rusiyalı olimpiya çempionu Yevgeniya Kanayeva

və onun həmvətəni Darya Dmitriyevanın göstəricilərindən geri qaldı.

Çoxnövçülüyün final mərhələsi dünən keçirilmişdir. Qarayeva təsnifat yarışlarında qazandığı yüksək üçüncü

mövqeyi özündə saxlamaq və hətta nəticəsini bir qədər də yaxşılaşdırmaq əzmində idi. Azərbaycan gimnastı,

eləcə də Kanayeva və Dmitriyeva ilə yanaşı, final mərhələsinə daha yeddi nəfər Silviya Mitva (Bolqarıstan),

Lyubov Çerkaşina (Belarus), koreyalı Son Yen Ce, Ukrayna təmsilçiləri Alyona Maksimenko və Anna

Rizatdinova, polyak İoanna Mitroş, israilli Neta Rivkin vəsiqə qazanmışdılar. Bədii gimnastika yarışlarının

çempionu, gümüş və bürünc mükafatçıları bu on rəqibin mübarizəsində müəyyənləşmişdir. Gimnastımız

A.Qarayeva yarışları 4-cü yerdə başa vurmuşdur.

Olimpiadanın 14-cü günündən sonra hesabında 2 gümüş və 5 bürünc mükafat olan Azərbaycan yığması

medal qazanmış 82 ölkənin siyahısında 50-ci mövqedə idi. Türkiyə 5 medalla (2+2+1) 30-cu pillədə irəliləyirdi.

Cədvələ əvvəlkitək ABŞ komandası başçılıq edirdi - 94 (41+26+27). İkinci yeri Çin tuturdu - 81 (37+25+19),

liderlər üçlüyünü Böyük Britaniya tamamlayırdı - 57 (25+15+17).

Sərbəst üsulla güləşən Əşrəf Əliyev (74 kq-dək) birinci dövrədə Yaponiya idmançısına qalib gəlib,

səkkizdəbir finalda ikiqat dünya və üçqat Avropa çempionu rusiyalı Denis Tsarquşa uduzaraq Olimpiadada

çıxışlarını başa vurduqdan sonra güləşin bu növündə dünən xalça üzərinə onun komanda yoldaşları Cəmaləddin

Məhəmmədov (120 kq-dək), Şərif Şərifov (84 kq-dək) və Toğrul Əsgərov (60 kq-dək) çıxmışlar. Püşkə əsasən

startda onlar müvafiq surətdə Rusiya, Türkiyə və Almaniya güləşçiləri ilə görüşmüşlər.

Dünənki yarışlarda sonuncu təmsilçimiz Hayle İbrahimov isə daha gec, 23:30-da mübarizəyə qoşulmuşdur.

O, Londonun Olimpiya stadionunda 5000 metr məsafəyə qaçış yarışlarının final mərhələsində mübarizə aparmış

və yarışları 9-cu pillədə başa vurmuşdur.

Dünənki yarışlar Azərbaycan güləşçilərinin böyük zəfəri ilə əlamətdar oldu. Sərbəst üsulla güləşənlər -

Toğrul Əsgərov finalda rusiyalı Besik Kuduxov, Şərif Şərifov isə puerto-rikalı Yusept Espinala qalib gələrək

XXX Yay Olimpiya Oyunlarında çempion adını qazandılar və xalqımızı iki qızıl medalla sevindirdilər.

İngiltərə paytaxtında Olimpiya oyunları finişə bu gün çatacaq. Olimpiadanın sonuncu günü iki idmançımız

yarış meydanına dəvət olunacaq. Bunlar sərbəst üsulla güləşənlər Cəbrayıl Həsənov (66 kq-dək) və Xetaq

Qazyumovdur (96 kq-dək).

Oqtay BAYRAMOV.

“Xalq qəzeti”.-2012.-12 avqust.-N 179.-S.1.

173

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Zəhmət, etimad və məsuliyyət

Azərbaycanda ən hörmətli insanlardan biri idmançılar sayılır.

Onlar hələ gənc yaşlarında, özü də böyük sürətlə yüksəlir və məşhurlaşırlar.

Üstəlik halal yolla, dövlətin dəstəyi və yaratdığı şərait hesabına qısa müddətdə varlana, ev, maşın, obyekt

sahibinə çevrilə, arzuladıqları ali təhsili ala bilirlər.

Azərbaycan idmançılarının bəxti gətirib! Onların dövlət başçısı cənab İlham Əliyev kimi hamisi var!

Ölkəmizdə idmana dövlət səviyyəsində yüksək qayğı göstərilir. Təkcə ölkə paytaxtında deyil, bölgələrdə də

yeni avadanlıqlarla təchiz edilmiş olimpiya idman kompleksləri, stadionlar tikilir, müasir idman qurğuları

yaradılır. Müstəqilliyin ilk illərində Azərbaycan idmançıları vəsait yoxluğu üzündən bir sıra beynəlxalq

yarışlara qatıla bilmirdilər. İndi isə idmançılarımız nəinki yüksək təminatla bütün yarışlarda iştirak edirlər, hətta

paytaxt Bakı dünyada beynəlxalq yarışların keçirildiyi mərkəzlərdən birinə çevrilmişdir. Bu gün başqa

ölkələrdən olan idmançılar Azərbaycan bayrağı altında yarışlara qatılmağı özlərinə şərəf hesab edirlər.

Dövlət konkret olaraq idmançılar üçün nələri edir

İdmançılar ən yaxşı şəraitdə müntəzəm məşq edir, yarışqabağı təlim-məşqlərini ən səfalı yerlərdə keçirirlər;

İllər uzunu hər idmançının ustalığının artırılmasına və peşəkarlığının yüksəlməsinə xeyli vəsait xərclənir;

Ölkədaxili və beynəlxalq miqyaslı yarışlarda iştirak edən idmançı və məşqçilərin bütün xərcləri dövlət

tərəfindən ödənilir;

İdmançıların və onların məşqçilərinin normal yaşayışı təmin edilir;

Dünya və Olimpiya çempionları ali məktəbə imtahansız qəbul olunurlar;

Olimpiya Oyunlarında müxtəlif dərəcəli medallar qazananlara bir neçə mənbədən yüksək məbləğdə pul

mükafatları və qiymətli hədiyyələr verilir;

Yüksək səviyyəli dövlət tədbirlərinə dəvət edilərək hörmətli qonaqlar tək ehtiram göstərilir.

Bütün bunların əvəzində onlardan bircə şey tələb olunur:

Müntəzəm şəkildə məşq edərək yarışlarda qələbə qazanmaq, bayrağımızı ucaltmaq!

Deyilənlərə daha bir faktla yekun vururuq: ABŞ dünyanın ən varlı dövlətidir. O Olimpiyanın qızıl

medalçılarına birdəfəyə 20 min, biz isə 600 min manat veririk!

XXX London Yay Olimpiya Oyunlarına Azərbaycan 16 növ üzrə mübarizə aparacaq 53 idmançı ilə

qatılmışdı. Bu 53 nəfərin hər birini qaliblər sırasında görmək hər birimizin arzusu idi! Təbii ki, hamı reallığı

başa düşür, amma necə deyərlər, arzu etmək heç kəsə ziyan vermir! Elə idmançılar var ki, onları qaliblər

cərgəsində görməyəcəyimizi ağlımıza belə gətirmirdik. Əslində onların da ümidləri doğrultmamağa mənəvi

haqları çatmırdı!

Olimpiya Oyunları ərəfəsində dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin

iştirakı ilə təntənəli yolasalma mərasimi keçirildi. Cənab İlham Əliyev idmançılar qarşısında səmimi və parlaq

nitq söylədi: "İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir və Azərbaycan dövləti Azərbaycan idmanının

inkişafı üçün konkret addımlar atmışdır. Bu gün də siyasət davam etdirilir. İdman cəmiyyətimizin ayrılmaz

hissəsidir. İdmançılara olan hörmət cəmiyyətdə yüksək səviyyədədir" - fikrini xüsusi vurğuladı. Sonra hər bir

idmançının əlini sıxaraq uğurlar dilədi, onlarla xatirə şəkli çəkdirdi.

Bu həm də böyük etimad idi!

Hər bir etimad isə öz növbəsində məsuliyyət doğurur!

Səni yarışlara göndərən dövlət, onun başçısı və azarkeşlik edən ölkə vətəndaşları qarşısında yüksək

məsuliyyət!

Bu məsuliyyət hazırlıq məşqlərindən başlayaraq həlledici yarışlarda daha yüksək mərhələyə qədəm

qoyur!

Mənəvi borc və məsuliyyət hissini dərk edərək Londona yollanan idmançılarımız iradə və xarakter nümayiş

etdirdilər.

Rövşən BAYRAMOV yunan-Roma güləşi üzrə dünyanın ən güclü idmançılarındandır. Avropa, dünya

çempionu olub, Olimpiya Oyunlarının gümüş mükafatını qazanıb. London Yay Olimpiya Oyunlarına isə

gümüşü qızıla "dəyişmək" niyyətilə getmişdi. Hamı ona azarkeşlik edirdi. Yarışlara mənəvi-psixoloji, fiziki,

taktiki və texniki baxımdan yaxşı hazırlaşdığı hiss olunurdu.

Rövşən Bayramov haqqında "idman bəxti olmayan" güləşçi deyirlər. Rəqiblərinə bir xal belə vermədən

finaladək yüksəldi.

Final yarışmasında beşqat dünya çempionuna uduzdu. Fəxri kürsüdə göz yaşlarını saxlaya bilmirdi. Səmimi

göz yaşları idi, məğlubiyyətin acısından doğmuşdu.

Rövşən nə bacarırdısa, etmişdi!

Var gücünü qoymuş, mərdliklə güləşmiş, əsl idmançı xarakteri nümayiş etdirmişdi!

174

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Bacardığını etsə də, istədiyini edə bilməmişdi!

Onu bir idmançı və insan kimi başa düşür, inanırıq ki, növbəti dəfə Olimpiya Oyunlarının qızıl medalını da

mükafatları sırasına qata biləcək.

Emin ƏHMƏDOVUN məğlub olaraq finala çıxa bilməməsi məlum səbəblərə görə bizi daha çox pərişan

etsə də, bu idmançını qınamırıq. Bizim və özünün istədiyinə nail olmaq, qızıl medal qazanmaq üçün zamana

ehtiyacı var. Hər halda məsuliyyətli, çalışqan və perspektivli idmançıdır.

İdmansevərlərə növbəti kədərqarışıq sevinci Mariya STADNİK yaşatdı. Qələbəyə sonsuz inam və həvəsi

olan güləşçi xanım əzmkarlığı ilə diqqət çəkirdi. Yarışlara mənəvi-psixoloji, fiziki-texniki cəhətdən yaxşı

hazırlaşdığı hiss olunurdu. O da Rövşən Bayramov kimi final mərhələsinə qədər sürətlə irəlilədi, hamımızı qızıl

medal üzərində köklədi. Final görüşünün birinci hissəsində də qətiyyətlə güləşirdi. Amma burnundan zədə

aldıqdan sonra bir qədər yavaşıdı, Pekin Olimpiya Oyunlarında qazandığı bürüncü qızıla çevirə bilmədi.

Təbiidir ki, gümüş də yüksək əyarlı mükafatdır! Amma hər iki güləşçimizin qızıla çatmalarına lap azca

qalmışdı...

Bütövlükdə Mariya Stadnikin gümüş medalı çox sevindiricidir və qadın güləşçini hələ irəlidə yeni qələbələr

gözlədiyindən xəbər verir.

Azərbaycan idmançılarına ilk medalı 18 yaşlı Valentin XRİSTOV qazandırmışdı. Əyarı bürünc olsa da, ilk

medal kimi dəyəri yüksək idi! Gənc ağırlıqqaldıran yarışlarda yüksək iradə və mübarizlik keyfiyyəti nümayiş

etdirirdi. Maraqlı bir fakt. Valentin Xristov mükafatçılar sırasına çıxmaq üçün 158 kiloqramı təkanla qaldırmalı

idi. Çəkinin öhdəsindən gələ bilmədi. Üçüncü cəhddə 159 kiloqram sifariş edərək riskə getdi və iradə gücü ilə

daha ağır çəkini qaldıra bildi!

Qadın güləşçisi Yuliya RATKEVİÇ 1/4 finalda uduzsa da, sonradan təsəlliverici görüşlərə qatıldı. Bu

mərhələdə daha əzm və məsuliyyətlə çalışdı, rəqiblərinə üstün gəlməyi, komandamızın daxılına daha bir bürünc

medal əlavə etməyi bacardı.

Son illərdə ölkəmizdə boks idman növü sürətlə inkişaf etmişdir. Əvvəlki Olimpiya Oyunlarında

idmançılarımız bu növ üzrə 4 bürünc medal qazanmışdılar. Bu dəfə onları qızıla və gümüşə dəyişmək real

vəzifə idi. İki boksçumuz - Teymur MƏMMƏDOV və Məhəmmədrəsul MƏCİDOV yarımfinala qədər

keçirdikləri görüşlərdə qızıl medal alacaqlarına böyük inam yaratmışdılar. Lakin antiazərbaycançı şəbəkənin

idman sahəsində də əleyhimizə apardığı iş (sapı özümüzdən olan baltaların fəal iştirakı ilə) mənfi təsirini

göstərdi. Boksçularımız öz rəqiblərinə açıq-aşkar üstünlüklə qalib gəlsələr də, hakim ədalətsizliyi və qorxaqlığı

hesabına uduzduruldular. Bununla bağlı Azərbaycan Boks Federasiyasının rəhbərliyi Beynəlxalq Həvəskar

Boks Assosiasiyasına yazılı etiraz ünvanlamışdır!

Ədalətsizliklərə öyrənsək də, onlarla barışmaq niyyətində deyilik!

Bu dəfə isə haqsızlıqla üzləşən boksçularımız finala yüksələ, layiq olduqları yüksək əyarlı medalları ala

bilmədilər!

Hər halda siyasətdə və idmanda döyüşməyi yaxşı bacarırıq və tezliklə bütün rəqiblərimizi nokauta sala

biləcəyik!

Qızıl medal həsrəti isə get-gedə artırdı!

Amma bəxtimiz gətirmirdi ki, gətirmirdi!

Qızıl medalsız qalmaq isə Azərbaycan idmanına heç cürə yaraşmırdı!

XXX London Yay Olimpiya Oyunlarının qəribə bir xüsusiyyəti də oldu. Biz qızıl medalları

gözlədiklərimizdən yox, ümid bəslədiklərimizdən gördük! Yarışmanın sonlarına yaxın ən böyük ümidimiz

güləşçilərimizə idi!

Xoşbəxtlikdən onlar bizi qızıl medalsız qoymadılar!

Tale bizə bir gündə iki qələbə sevinci yaşatdı!

Beləliklə, bütün intizara və narahatlıqlara, həyəcanlı anlara sonsuz fərəhlə nöqtə qoyuldu!

İlk qızıl medalı bizə sərbəst güləşçimiz Toğrul ƏSGƏROV bəxş etdi!

Himnimizi birinci dəfə gənc və hələ dünya idmanında kifayət qədər iz buraxmamış pəhləvanımız

səsləndirərək bayrağımızı yüksəklərə qaldırdı!

Bu həm də o deməkdir ki, yeni nəsil idmançılar yetişir və onlar öz sözlərini inam və cəsarətlə deməyi

bacarırlar!

Şərif ŞƏRİFOV isə qazandığı qızıl medalla bu qələbənin sevincini və təntənəsini daha da artırdı. Döşək

üzərində olduğu müddətdə bizə həyəcanlı dəqiqələr yaşatsa da, sonda özünün ən böyük idman qələbəsini

qazandı!

Bir gecədə iki dəfə Azərbaycan himni çalındı, Azərbaycan bayrağı ən yüksəkdə dalğalandı!

Ən xoşbəxt və səadət dolu dəqiqələr idi!

Bu yerdə başqa bir məqama toxunmamaq mümkün deyil!

175

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Antiazərbaycançı şəbəkəyə xidmət edən Azərbaycanın aqressiv müxalifəti və onlara xidmət göstərən qəzetlər

Olimpiya Oyunları ərəfəsində və yarışlar davam edən günlərdə yenə öz amplualarına sadiq qaldılar! Siyasi

mübarizədə sarsıdıcı məğlubiyyətə uğrayaraq öz elektoratını tamamilə itirən dağıdıcı müxalifət artıq

Azərbaycan iqtidarı ilə deyil, Azərbaycan xalqına və onun milli maraqlarına qarşı vuruşur.

"Xalqa nə qədər pis olarsa, bizə o qədər yaxşıdır" prinsipi yenə də onların fəaliyyətlərinin başlıca

məqsədidir!

Siyasi mübarizədə müəyyən hərəkətləri haradasa başa düşmək mümkündür!

Axı idman siyasət deyil!

Bunun iqtidar-müxalifət mübarizəsinə nə dəxli var!

İdmançı Azərbaycan xalqını və dövlətini təmsil edir!

O qalib gələndə Azərbaycan himni çalınaraq, bayrağı ucaldılır!

İdman yarışlarında, xüsusən Olimpiya Oyunlarında hər qələbə xalqın uğuru və sevinci sayılır!

Azərbaycan idmanına qarşı bu nə düşmənçilik kampaniyası idi!

Sevinə bilmirsinizsə, heç olmazsa susun, kənarda dayanın!

İki boksçumuzun - Teymur MƏMMƏDOVLA Məhəmmədrəsul MƏCİDOVUN döyüşü

qiymətləndirilərkən bu murdar təbliğatın mənfi nəticələrinin təsiri duyuldu, qeyri-obyektivliyə yol verildi!

Rahatlaşdınızmı, sevindinizmi

Amma bu dəfə də sonadək sevinmək sizlərə nəsib olmadı, ay bu xalqdan olub onun əleyhinə işləyənlər!

Xalqın idman uğurlarını qəbul etməyərək "gözdənsalan kampaniyası" aparanlara nə deyəsən!

Sonuncu - daha bir bürünc medalı Xetaq QAZYUMOV qazandı. Doğrudur, güləş həvəskarları ondan qızıl

medal gözləyirdilər. Amma idmanda belə hallar olur...

Təəssüf ki, yarışlara hazırlıq mərhələsində kifayət qədər tər tökərək məşq etməyənlər, əvvəllər qazandıqları

titullarına güvənərək asan qələbəyə bel bağlayanlar da vardı!

Azərbaycan cüdoçuları London Olimpiya Oyunlarında ipponla məğlubiyyətə uğradılar!

Bu məğlubiyyətin səbəbi nə idi Yəqin ki, idman mütəxəssisləri, sahəyə cavabdehlik daşıyanlar təhlil və

araşdırma apararaq düzgün nəticələr çıxaracaq və müvafiq qərarlar qəbul olunacaq! Necə deyərlər, məsələnin bu

cəhəti bizlik deyil! Bizi daha çox mənəvi amillər, etik prinsiplər düşündürür və narahat edir.

Azərbaycan bayrağı altında yarışlara qatılan hər kəsin qazandığı nəticə onun "şəxsi işi" sayılmır. Qeyd

etdiyimiz kimi, bunun həm maliyyə tərəfi, həm də ölkənin təmsilçisi olmaq məqamı var. Üstəlik, milyonlarla

Azərbaycan vətəndaşı öz idmançısına azarkeşlik edərək qürur duyur, yaxud məyusluq hissi keçirir. Bu

baxımdan idmançının məşq və yarışması həm də ictimai əhəmiyyət kəsb edir.

Nədənsə London Olimpiadasında tatami üzərinə çıxan cüdoçularımızda bir süstlük, gözlərində isə qorxu və

məğlubiyyətlə barışmaq nişanələri sezilirdi!

Onlarda fədakarlıq, tam gücü ilə mübarizə aparmaq istəyi müşahidə olunmurdu!

Məşhur bir deyim var: dünənki işinə görə sağ ol, bu günkünə cavab ver!

Pekin Olimpiadasında Elnur Məmmədli qazandığı qızıl medalla özünə və Azərbaycana şöhrət gətirdi. Bu

dəfə də Elnura böyük ümid bəslənilirdi. Özü də "qızıl medal gətirməyə gedirəm" deyə vəd vermişdi. Amma ...

Ulduz xəstəliyi yaman şeymiş! Boks üzrə dünya çempionu və Olimpiya Oyunları mükafatçısı Ağasi

Məmmədovu da cızığından çıxararaq başqa səmtə apardı.

Yüksək ranqlı idmançılar üçün "doğma yer" idman zalı sayılır. O, siyasi tədbirlərdə, təntənəli mərasimlərdə,

iaşə obyektlərində nadir hallarda görünməli, tamaşaçıları özünə həsrət qoymalıdır!

İdmançının bədənindən zədə və tər qoxusu əskik olmamalıdır!

Allah vergisinə və keçmiş uğura güvənib arxayınlaşmaq tezliklə məğlubiyyətə yuvarlanmaq deməkdir!

İndi ildə 300 gün və gündə bir neçə dəfə məşq edən istedadlar qalib gəlirlər!

Addan və tituldan qorxmayaraq döyüşənlər qalib, asan qələbəyə inananlar isə məğlub olurlar!

Favorit olmaq isə onqat, bəlkə də yüzqat məsuliyyətdir!

Hər halda cüdoçularımız belə vəziyyətdən tez çıxacaq, daha böyük uğurlara imza atacaqlar! Buna şübhə

etmirik, çünki doğru yoldayıq! Amma yəqin ki, bir vaxtlar azarkeşlərin əldən-ayaqdan getdikləri bəzi

idmançılarsız...

Öz-özünə edəni, el yığılsa edə bilməz - deyiblər!

Bəs idmanımızın və azarkeşlərimizin təqsiri nədir

Bəs göstərilən etimad necə olsun

Bəs məsuliyyət hissi harada qaldı

Görünür bəzilərini çox əzizləmiş, qədərindən artıq sevmişik!

Görünür, rəsmi və qeyri-rəsmi mükafatların miqdarı həddindən artıq olub!

Görünür, nöqsanlarından keçərək xətirlərinə dəyməkdən qorxmuşuq!

176

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Vətənin verdiklərini və etdiklərini unutmaq da insanı iflasa gətirir!

Ən azı mənəvi iflasa!

Azərbaycan idmanı yüksəlişdə və inkişafdadır.

Azərbaycan həm də idman ölkəsi kimi tanınır.

Olimpiya Oyunlarında uğurlarımız isə get-gedə artır, möhkəmlənir.

2000-ci il Sidney Olimpiya Oyunlarında 2 qızıl, bir bürünc medalla 199 ölkə arasında 34-cü yeri

tutmuşduq.

Afina Olimpiya Oyunlarında 1 qızıl və 4 bürünc medalla 202 dövlət arasında 50-ci yeri qazandıq.

Pekin Olimpiadasında 1 qızıl, 2 gümüş və 4 bürünc medalla 205 ölkə arasında 39-cu yerə sahib çıxdıq.

London Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları on medal qazanaraq daha möhtəşəm

qələbəyə imza atdılar.

Medal sayına görə 25-ci,

Xal hesabına görə 27-ci,

Qızıl əyarına görə isə medal qazanan 85 ölkə arasında 30-cu yerə yüksəlmişik!

ƏHSƏN SƏNƏ, AZƏRBAYCAN İDMANÇISI!

Bəxtiyar SADIQOV

“Azərbaycan”.-2012.-14 avqust.-N 180.-S.1,3.

177

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycanın olimpiya oyunlarında qazandığı uğurlarla

hər bir soydaşımız fəxr etməlidir!

Ölkəmizin XXX London Yay Olimpiya Oyunlarında idman tarixinin ən parlaq qələbəsini qazanması

hər bir azərbaycanlı tərəfindən sevinclə qarşılandı. İdmanın 16 növündə 53 idmançı ilə təmsil

olunduğumuz olimpiadada Azərbaycan idmançıları iki qızıl, iki gümüş və altı bürünc medal qazanmaqla

ölkəmizin idman tarixində ən böyük nəticələr göstərdilər.

Azərbaycan idmançıları komandalar hesabında 30-cu yerdə qərar tutaraq ərazi baxımından bizdən dəfələrlə

böyük, əhalisi bizdən dəfələrlə çox olan ölkələri xeyli geridə qoyaraq hər birimizə böyük qürur bəxş etdilər. Bir

daha fəxr etdik ki, 21 ildir müstəqil olan ölkəmiz bir çox sahələrdə olduğu kimi, idmanda da neçə-neçə illər

bundan öncə dövlət qurmuş xalqları geridə qoymaq şərəfinə nail ola bildi. Bu qüruru duymaq, hiss etmək üçün

insanda ancaq Vətən, millət, dövlət sevgisi olmalıdır. Məhz bu sevgiyə sahib olanlar ölkəmizin beynəlxalq

aləmdə qazandığı uğurlara sevinir, XXX London Yay Olimpiya Oyunlarında əldə etdiyimiz möhtəşəm

qələbələrlə fəxr edirlər.

Azərbaycan dünyanın qədim idman ənənələrinə malik olan ölkələrindən biridir. Son illər bu sahədə

qazanılmış uğurlar Azərbaycanda idmana böyük dövlət qayğısı olduğunu bir daha təsdiq edir. Xatırladaq ki,

ölkədə idmana münasibət yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə

qayıdışından sonra kökündən dəyişdi. Həmin ildən idmanın inkişafı dövlət siyasətinin prioritetinə çevrildi. Çox

qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə

imza atdılar. İlk dəfə 1996-cı il Atlanta Olimpiadasına 23 nəfər idmançı ilə qatılan Azərbaycanın 197 ölkə

arasında 61-ci yeri tutması idmanımızın beynəlxalq olimpiya hərəkatında ilkin nailiyyəti idi. Yaponiyanın

Naqano şəhərində 1998-ci ildə keçirilən XVIII Qış Olimpiya Oyunlarında respublikamız 5 idmançı ilə dörd

yarışda təmsil olunmuşdur.

Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə ulu öndərin fərmanı ilə Gənclər və İdman

Nazirliyi yaradıldı. 1995-ci il martın 5-də isə Heydər Əliyevin imzaladığı yeni bir fərmana əsasən, Azərbaycan

Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliği və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf

etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və

Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında

Fond yaradıldı.

Həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza

atdılar və üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. Ümummilli liderimiz idmanın,

bədən tərbiyəsinin inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü olmaqla yanaşı, həm də

dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi. Ulu öndər Azərbaycan idmanının

dövlətimizin imicinin möhkəmlənməsində, dünyada tanınmasında müstəsna rolunu önə çəkərək deyirdi:

"İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada,

demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də

idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət

bayrağı qaldırılır".

Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi idman siyasəti 1997-ci ildən yeni mərhələdə inkişaf etməyə

başladı. Milli Olimpiya Komitəsinin 1997-ci il iyulun 31-də keçirilmiş növbəti Baş Məclisində İlham Əliyevin

komitənin prezidenti seçilməsi ölkəmizdə olimpiya hərəkatının yeni zirvələr fəth etməsinə şərait yaratdı, idman

sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. ABŞ-ın Solt

Leyk siti şəhərində keçirilən oyunlarda idmançılarımız 3 yarışda iştirak etmişlər. MOK Azərbaycanın müstəqil

dövlət kimi mötəbər idman yarışlarını təşkil edib keçirməyə qadir olduğunu sübut etmək sahəsində ciddi iş

görməyin vacibliyini ön plana çəkmiş və bu sahədə bir sıra tədbirlər həyata keçirmişdir. Beynəlxalq əlaqələrin

inkişafı və dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Bakı əvvəlcə Ənvər Çoudrinin

şərəfinə boks üzrə beynəlxalq turnirə, 1999-cu ildə boks üzrə yeniyetmələr arasında Avropa, 2001-ci ildə dünya

birinciliyi, 2002-ci ilin martında qadın voleybol komandaları arasında Avropa top-komanda kubokunun final

mərhələsi, 2002-ci ilin mayında sərbəst güləş üzrə 45-ci Avropa çempionatına yüksək səviyyədə ev sahibliyi

etdi. Yarışlar dövründə paytaxtımıza gəlmiş qonaqlar siyasi sabitliyin, təhlükəsizliyin hökm sürdüyü, sülhsevər

Azərbaycanda daha böyük miqyaslı yarışların keçirilməsinə hər cür imkanın olduğunu bildirdilər. Azərbaycanda

bir-birinin ardınca beynəlxalq yarışların təşkil edilməsi və yüksək səviyyədə keçirilməsi ölkəmizin beynəlxalq

idman təşkilatları tərəfindən sabit, inkişafda olan bir dövlət kimi tanınmasının parlaq təzahürü idi. Artıq

Azərbaycan idmançıları dünyada əsas rəqiblər kimi tanınmağa başlamışdılar. Təsadüfi deyil ki, 2000-ci ildə

178

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

keçirilmiş Sidney Olimpiadasında ölkəmiz artıq 1996-cı il Atlanta Olimpiadasında olduğu kimi 197 dövlət

arasında 61-ci yeri deyil, iki qızıl və bir bürünc medalla 199 ölkə arasında 34-cü yeri tutmuşdur.

Ölkəmizin bütün sahələrdə inkişafına xüsusi diqqət yetirən cənab İlham Əliyev Azərbaycanın Prezidenti

seçildikdən sonrakı dövrdə də gənclərə və idmanın inkişafına diqqət və qayğısını əsirgəmədi. Ötən illər ərzində

Azərbaycan beynəlxalq olimpiya hərəkatında ciddi tərəfdaşa çevrildi. 2004-cü il Afina və 2008-ci il Pekin

Olimpiya oyunlarında qazanılan uğurlar bunu deməyə əsas verir. Respublikamız Afina Olimpiya Oyunlarında 1

qızıl və 4 bürünc medalla 202 iştirakçı dövlət arasında 37-ci yeri tutdu. 2008-ci il Pekin Olimpiya Oyunlarında

isə komandamız 1 qızıl, 2 gümüş, 4 bürünc medal qazanmışdır. 2009-cu ildə şahmat üzrə milli komandamızın

Serbiyada Avropa çempionu olması, Ermənistanda keçirilən gənc cüdoçuların Avropa çempionatında,

güləşçilərimizin dünya və qitə çempionatlarında, boksçularımızın gənclər arasında dünya çempionatında uğurlu

çıxışları idmançılarımızın qələbə əzmini bir daha sübut etmişdir. 2010-cu ildə Sinqapurda 204 ölkədən 3600

idmançının qatıldığı Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında komandamız 12 nəfərlə iştirak edərək, 8

medalla 11-ci yeri tutmuşdur. Komandamızın ABŞ, Almaniya, Böyük Britaniya kimi inkişaf etmiş idman

ölkələrini geridə qoyması xalqımıza yeni qələbə sevinci bəxş etmişdir. Prezident İlham Əliyev Azərbaycan

idmanının təntənəsi olan bu qələbənin tarixi nailiyyət olduğunu qeyd etmişdir.

Ötən il idman sahəsində daha böyük uğurlar əldə edilmişdir. Əgər 2010-cu ildə təmsilçilərimiz beynəlxalq

miqyaslı yarışlarda 675 medal əldə etmişdilərsə, 2011-ci ildə bu medalların sayı artıq 705 (əldə edilən

medalların 246-sı olimpiya idman növləri üzrədir) olmuşdur. 2011-ci ildə London Olimpiadasına maksimum

sayda lisenziya əldə etmək qarşıda duran ən böyük vəzifələrdən biri olub ki, idmançılarımız bu vəzifənin

öhdəsindən layiqincə gəliblər. Ötən il ərzində 10 idman növü üzrə 29 lisenziya əldə edilmişdir.

Paralimpiyaçılarımızın qazandıqları lisenziyaların sayı isə 18 olmuşdur.

2011-ci ildə ölkəmizin idman tarixində yeni səhifə də açıldı. Belə ki, Bakı 2020-ci il Yay Olimpiya və

Paralimpiya oyunlarına ev sahibliyi etmək üçün cəsarətlə öz namizədliyini irəli sürdü və Olimpiya oyunlarına

iddia ərizəsini BOK-a təqdim etdi. Sifariş kitabında Bakının olimpiya oyunlarına ev sahibliyi etməsi üçün

qurulacaq olimpiya infrastrukturu haqqında ətraflı məlumat öz əksini tapdı...

Bir daha vurğulayaq ki, 2011-ci il Azərbaycan üçün bütün sahələrdə, o cümlədən idman sahəsində böyük

nailiyyətlərlə əlamətdar olmuşdur. Ölkəmizdə 42 beynəlxalq idman tədbiri, o cümlədən dünya və Avropa

çempionatları keçirilmişdir. Ötən illərdə olduğu kimi, 2011-ci ildə də yarışlara yüksək səviyyədə ev sahibliyi

etməyimiz xarici mütəxəssislərin və beynəlxalq idman rəsmilərinin diqqətini cəlb etmiş, onlar çıxışlarında bunu

dönə-dönə vurğulamışlar. Azərbaycan idmançılarının nailiyyətləri bütün dünyaya səs salmışdır. Azərbaycanın

dünyada idman ölkəsi kimi tanınması, idman mərkəzlərindən birinə çevrilməsi, yalnız müstəqilliyimizi bərpa

etdikdən sonra mümkün olmuşdur. Müstəqilliyimizin ilk illərində xalqımızın öz azadlıq imkanlarından istifadə

etməsi o qədər asan deyildi.

Sirr deyil ki, ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafına daim diqqət yetirən və kömək göstərən

respublika Prezidenti İlham Əliyevin göstərişi sayəsində son illər infrastrukturun genişləndirilməsi

istiqamətində xeyli iş görülmüşdür. Ölkəmizin müxtəlif ərazilərində stadionlar inşa olunur. Ötən il ölkə

futbolunun 100 illik yubileyinin qeyd olunduğu gün idmanımızın tarixində əlamətdar gün kimi yadda qalmışdır.

Həmin gün Bakıda olimpiya stadionunun təməli qoyulmuşdur. Prezident İlham Əliyevin iştirak etdiyi tədbir

dövlətin idmana qayğı və dəstəyinin əyani göstəricisi idi. Bu, son illər ölkəmizdə futbolun inkişafı istiqamətində

həyata keçirilən kompleks tədbirlərin məntiqi nəticəsidir. Bu məqamda xatırladaq ki, ilk dəfə olaraq bu il

ölkəmizdə 17 yaşadək qadınlar arasında dünya çempionatı keçiriləcəkdir. Azərbaycan Prezidenti bu mötəbər

çempionatın da lazımi səviyyədə keçirilməsini daim nəzarətdə saxlayır, mütəmadi tapşırıqlarını verir və həyata

keçirilən tədbirlərlə əyani surətdə tanış olur. Qarşıdakı çempionatın başlanma vaxtını göstərən sayğacın isə

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən işə

salınması ölkə ictimaiyyəti arasında böyük rezonansa səbəb oldu.

Son vaxtlar Azərbaycanda idmana xüsusi diqqət yetirilməsi beynəlxalq ictimaiyyətin də diqqətindən

yayınmayıb. Məsələn, FİFA prezidenti Yozef Blatter əminliklə bildirmişdir ki, Azərbaycanda 17 yaşadək

qadınlar arasında keçiriləcək dünya çempionatı yüksək səviyyədə baş tutacaq. Cənab Blatter fikrini belə

əsaslandırmışdır ki, o, Prezident İlham Əliyevin idmana, xüsusən də futbola olan sevgisini və onun inkişafına

necə böyük həvəslə çalışdığını yaxşı bilir. Bundan əlavə, çempionatla bağlı Azərbaycan tərəfinin təqdim etdiyi

sosial və mədəni proqramlar da FİFA tərəfindən yüksək qiymətləndirilib. Tam əminliklə deyə bilərik ki, bu cür

layihələr çempionata xüsusi töhfə verəcəkdir. Dünya çempionatı ilə bağlı mütəmadi olaraq Azərbaycana səfər

edən FİFA nümayəndələrinin hesabatları bu işə necə böyük məsuliyyətlə yanaşdığımızı bir daha təsdiqləyir.

Prezident İlham Əliyevin ölkəmizin kompleks inkişafına xidmət edən siyasi xəttinin konturları həm də idman

infrastrukturunun möhkəmlənməsi, genişlənməsi, yeniləşməsi və bu sahənin inkişafına xidmət edən digər

tədbirlərlə müşayiət olunur. Dövlət başçısı İlham Əliyev Azərbaycanın hər yerində idmanla məşğul olmaq üçün

müasir tələblərə cavab verən idman infrastrukturunun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi

179

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

müəyyənləşdirib. Ötən illərdə Naxçıvanda, Gəncədə, Şəkidə, Qubada, Şamaxıda, Lənkəranda, Qazaxda,

Bərdədə, Bakının Maştağa kəndində və digər bölgələrdə onlarla Olimpiya İdman kompleksləri tikilmişdir. Hətta

cəbhə xəttinin bir neçə kilometrliyində, Ağdamın Quzanlı qəsəbəsində möhtəşəm idman qurğusu

idmançılarımızın istifadəsinə verilmişdir.

Bu gün uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi

tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Ölkəmizin qısa müddətdə idman sahəsində əldə

etdiyi nailiyyətlər Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitəsinin rəhbərliklərinin

diqqətindən yayınmayıb. Məhz beynəlxalq idman təşkilatlarının istəyi ilə Azərbaycanda onlarla olimpiya

lisenziyalı beynəlxalq turnirlər, mötəbər yarışlar, dünya və Avropa çempionatları keçirilib. Prezident İlham

Əliyevin Olimpiya oyunları və Bakıda keçirilən beynəlxalq turnirlər zamanı idmançılarımızın çıxışlarını birbaşa

zalda izləməsi isə onlara göstərilən ən böyük mənəvi dəstəkdir. Ölkə rəhbərinin sərəncamı ilə Azərbaycanda

2012-ci ilin "İdman ili" elan olunması da dövlətin idmana son dərəcə böyük qayğısının məntiqi nəticəsidir.

2012-ci ilin "İdman ili" elan edilməsi çox əlamətdar hadisədir və bu, idmançıların, məşqçilərin, idman

mütəxəssislərinin, ümumilikdə Azərbaycanın idman ictimaiyyətinin üzərinə böyük vəzifələr qoymuşdur.

Qətiyyətlə demək olar ki, dövlətimizin bədən tərbiyəsi və idmana diqqət və qayğısı sayəsində bu gün

Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib.

XXX London Yay Olimpiya Oyunlarında komandamızın əldə etdiyi nəticələr bizə sevinc bəxş etməklə

yanaşı, nikbinliyimizi də artırdı və Azərbaycanın qədim idman ənənələrinə sahib olduğunu bütün dünyaya sübut

etdi. Sərbəst güləşçilərimiz Toğrul Əsgərov (60 kiloqram) və Şərif Şərifov (84 kiloqram) Olimpiya çempionları

olmuş, Xetaq Qazyumov (96 kiloqram) bürünc medala layiq görülmüşdür. Yunan-Roma güləşi üzrə yarışlarda

Rövşən Bayramov (55 kiloqram) ikinci yeri tutmuş, Emin Əhmədov (74 kiloqram) isə bürünc medal

qazanmışdır. Qadınlar arasında güləşçimiz Mariya Stadnik (48 kiloqram) Olimpiadanın gümüş medalına sahib

olmuş, Yuliya Ratkeviç (55 kiloqram) isə üçüncü yeri tutmuşdur. Boksçular Teymur Məmmədov (91 kiloqram)

və Məhəmmədrəsul Məcidov (91 kiloqramdam çox) bürünc mükafatlara layiq görülmüşlər. Azərbaycanın ağır

atleti Valentin Xristov isə (56 kiloqram) bürünc medal qazanmışdır. Beləliklə, Azərbaycan əvvəlki

olimpiadalarda qazanılmış medalların sayına görə rekordunu təzələmişdir. Xatırladaq ki, 2008-ci ildə Pekində

olimpiyaçılarımız yeddi medal qazanmışdılar.

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan komanda hesabında 30-cu yeri tutmaqla bir sıra böyük ölkələri

geridə qoyaraq parlaq nailiyyət qazandı. Faktlar da böyük uğur qazandığımıza "şahidlik" edir. Məsələn,

ərazisinin böyüklüyünə görə dünyanın 7-ci ən böyük ölkəsi olan və əhalisinin sayı 1 milyardı çoxdan keçən

Hindistan siyahıda 55-ci yerdə, yenə ərazisinə görə 16-cı yerdə qərar tutan, əhalisinin sayı 230 milyonu keçən

İndoneziya 66-cı yerdə qərar tutduğu halda, Azərbaycan 30-cu yerə yüksələrək, MDB ölkələri arasında 5-ci

yerdə qərar tutmuş, təcavüzkar Ermənistanı (61-ci yer) və dost Gürcüstanı (39-cu yer) geridə qoyaraq Cənubi

Qafqazın öndəri olmuşdur. Bundan daha böyük sevinc olarmı

Azərbaycanın olimpiya oyunlarında qazandığı qələbəyə hər bir soydaşımız sevindiyi halda, radikal müxalifət

düşərgəsində, necə deyərlər, "pərişanlıq" hökm sürür. Azərbaycanın istər daxildə, istərsə də beynəlxalq aləmdə

qazandığı bütün uğurları qısqanclıqla qarşılayan dağıdıcı qaragüruh XXX London Yay Olimpiya Oyunlarında

komandamızın əldə etdiyi misilsiz uğurlara kölgə salmaq üçün düşmən dəyirmanına su tökməkdən belə

çəkinmədilər. Onlar hər bir beynəlxalq əhəmiyyətli tədbirlər, siyasi, hətta idman hadisələri zamanı müxtəlif anti-

Azərbaycan dairələrin yardımı ilə ictimai rəyi çaşdırmağa çalışır, hər yola baş vuraraq hakimiyyətə ləkə

yaxmağa cəhd göstərirlər. Lakin hər dəfə də bu cəhdləri uğursuz alınan radikallar və onları maliyyələşdirən

qərəzli dairələr daha da aqressivləşərək, növbəti çirkin kampaniyalara start verirlər. XXX London Yay Olimpiya

Oyunları başlayanda da belə oldu. Olimpiadanın ilk günlərində komandamızın bəzi nümayəndələrinin zəif

çıxışları radikal düşərgədə sevinclə qarşılandı. Hər fürsətdə hakimiyyətə müraciətlə, "sizin idmançılarınız bax

budur" -deyir, yersiz tənqidlər səsləndirir, sanki bu zaman düşmən ölkənin idmançılarından bəhs edirdilər.

BBC-nin "Newsnight" proqramında avqustun 10-da efirə gedən buraxılış isə radikal düşərgə üçün

göydəndüşmə oldu. Həmin proqramda iddia olunurdu ki, guya, Azərbaycanın London Olimpiadasında

boksçuların qələbəsi üçün rüşvət verilib. Proqramda bildirilirdi ki, ötən həftə finalda Azərbaycan boksçusu

Məhəmməd Əbdülhəmidovun yaponiyalı həmkarı üzərində "qələbə qazanması" şübhə yaradıb. Beynəlxalq

Həvəskar Boks Federasiyası (AİBA) yalnız yaponların etirazından sonra qərarı dəyişib və Türkmənistandan

olan referi Olimpiya yarışlarından kənarlaşdırılıb. Hadisədən dörd gün sonra isə başqa Azərbaycan boksçusu

belaruslu idmançını udub. Bu qələbə qərarı da şübhəyə səbəb olub. Belarus nümayəndə heyəti AİBA-ya

müraciət etsə də, qərar dəyişməyib və azərbaycanlı Teymur Məmmədov yarımfinalda iştirak edərək bürünc

medalla kifayətlənib. Biz bu iftiraların hansı dairələr tərəfindən ortaya atıldığını bilirik. Şübhəsiz, bu, xaricdəki

erməni lobbisinin və onların pulla ələ aldıqları şərəfsiz insanların əməlləridir. Maraqlı burasıdır ki, vəziyyət belə

ikən, nəyə görə radikal müxalifət nümayəndələri olimpiya oyunları kimi ölkənin imicini müəyyənləşdirən

nəhəng idman tədbirində faktiki olaraq yenə ermənilərlə işbirliyi qurdular və erməni tezislərini dəstəklədilər.

180

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Bunun cavabı birdir: ancaq ləyaqətsizlər və Vətən xainləri düşmənlə əlbir olar və bu dəfə də biz onların

timsalında yenə dağıdıcıları gördük.

Uzağa getməyək. Bu ilin may ayında Bakıda mühüm beynəlxalq tədbir olan "Eurovizion-2012" mahnı

müsabiqəsinin keçirildiyi ərəfədə yenə daxili antimilli və xarici anti-Azərbaycan qüvvələrin müsabiqəni

siyasiləşdirmək, Azərbaycana qarşı qara piar kampaniyası aparmaq, ölkəmizi nüfuzdan salmaq, beynəlxalq

ictimaiyyətin diqqətini süni şəkildə qabardılmış əsası olmayan məsələlərə yönəltmək cəhdləri oldu. Erməni

lobbisi, Azərbaycanda müəyyən maraqlarını gerçəkləşdirmək istəyən bəzi Qərb dairələri və dağıdıcı müxalifət

sinxron şəkildə Azərbaycan reallıqlarını təhrif etmək, ölkəmizə zərbə vurmaq üçün bütün qüvvələrini səfərbər

etdilər. Dağıdıcı müxalifət növbəti dəfə açıq şəkildə öz antimilli, satqın, riyakar simasını nümayiş etdirdi. Öz

cılız ambisiyalarını reallaşdırmaq üçün xalqın maraqlarını tapdalayan Əli Kərimli, İsa Qəmbər, Rəsul Quliyev

bir daha sübut etdilər ki, onlar məkrli niyyətlərinə çatmaq üçün istənilən qüvvə ilə, o cümlədən erməni lobbisi

ilə əməkdaşlıq edə bilərlər. Həmin günlərdə bəzi Qərb KİV-ləri, o cümlədən BBC qərəzli, böhtan və şantaj

xarakterli materialları ilə göstərdilər ki, Avropa mətbuatı heç də iddia edildiyi kimi azad deyil və müəyyən

siyasi dairələrin konyuktur maraqlarına xidmət edir. Bütün bunlara baxmayaraq, "Eurovizion-2012" mahnı

müsabiqəsi çox yüksək səviyyədə baş tutdu, Bakı Avropadan gələn turistlərlə doldu-daşdı və Azərbaycan

müstəqil və güclü dövlət kimi öz iradəsini reallaşdırmaq qüdrətinə malik olduğunu, qarşısına qoyduğu

məqsədlərə çatmaq üçün bütün maneələri dəf etməyi bacardığını hamıya göstərdi. Bu dəfə də belə oldu. Yenə

dağıdıcı müxalifətlə xaricdəki anti-Azərbaycan qüvvələr uğurlarımıza kölgə salmağa, ictimai rəyi çaşdırmağa

çalışdılar. Ancaq Azərbaycanın qazandığı möhtəşəm uğurlar onların cəhdlərini kölgədə qoydu. XXX London

Yay Olimpiya Oyunlarında böyük zəfərə imza atan idman komandamız düşmənlərimizi məyus etdi, xalqımıza

sevinc bəxş etdi və növbəti dəfə Azərbaycan bayrağı mötəbər tədbirdə yüksəldildi.

“Xalq qəzeti”.-2012.-14 avqust.-N 180.-S.3-4.

181

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan olimpiyaçılarının tarixi nailiyyəti

Londonda Pekindəkindən 1 qızıl, 2 bürünc medal çox və 9 pillə yüksəyə!

Azərbaycan idmançıları İngiltərə paytaxtında yenicə finişə çatmış XXX Yay Olimpiya Oyunlarında 2

qızıl, 2 gümüş və 6 bürünc medal qazanaraq xalqımıza böyük sevinc yaşatmışlar. Dörd il əvvəl Pekin

Olimpiadasında 7 mükafat - 1 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olub yarışların yekun cədvəlində

39-cu yeri tutan olimpiyaçılarımız Londonda 9 pillə irəliləyərək onlarla eyni nəticə göstərmiş Polşa ilə 30-

cu yeri bölüşdürmüşlər. Böyük və tarixi nailiyyətdir!

İndiyə qədər olimpiyaçılarımızın medal qazanmış ölkələrin siyahısında tutduqları ən yüksək yer 2000-ci ildə

Sidney Olimpiadasında qazanılmış 34-cü mövqe idi. Azərbaycanı bu pilləyə sərbəst üsulla güləşən Namiq

Abdullayevlə stend atıcısı Zemfira Meftahətdinovanın qızıl medalları, boksçu Vüqar Ələkbərovun bürünc

mükafatı yüksəltmişdi.

Əldə olunmuş uğurun Azərbaycanda Olimpiya hərəkatının yubileyləri ilinə təsadüf etməsi isə ikiqat

fərəhlidir. Bu il Azərbaycan idmançısı Rəşid Məmmədbəyovun SSRİ yığma komandası heyətində 1952-ci ildə

Helsinkidə keçirilmiş XV Yay Olimpiya Oyunlarının sərbəst güləş yarışlarında gümüş medal qazanmasının 60-

cı, ölkə Milli Olimpiya Komitəsinin rəsmən fəaliyyətə başlamasının 20-ci, dövlət başçımız cənab İlham

Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyinin 15-ci ildönümü tamam olmuşdur. Nəhayət, Azərbaycan

Prezidentinin xüsusi sərəncamı ilə 2012-ci ilin respublikamızda "İdman ili" elan olunduğunu da xatırlatmaq

olar. On medal Olimpiya yubileylərinə və "İdman ili"nə gözəl töhfədir.

Londonda qazanılmış mükafatlar müstəqil Azərbaycan Respublikası idmançılarının Olimpiya oyunlarında ən

böyük müvəffəqiyyətidir. Atlanta - 1996-dan 1 gümüş, Sidney - 2000-dən 2 qızıl və 1 bürünc, Afina - 2004-dən

1 qızıl və 4 bürünc, Pekin Olimpiadası - 2008-dən 1 qızıl, 2 gümüş və 4 bürünc medalla qayıdaraq

Olimpiadadan Olimpiadaya mükafatlarının sayını 2 medal artıran həmvətənlərimiz XXX Yay Olimpiya

Oyunlarında bir qədər də uzağa gedib ÇXR paytaxtındakından 3 medal çox qazanmışlar ki, onlardan da birinin

qızıl olduğunu xüsusi qeyd etmək lazımdır. Əgər idmançılarımız əvvəlki dörd Olimpiadada üst-üstə 16 medal

qazanmışdılarsa, Londondan 10 mükafat gətirirlər.

Olimpiadalarda qızıl medal qazanmağın nə qədər çətin olduğunu London startları bir daha təsdiq etdi.

İngiltərə paytaxtının idman meydanlarında mübarizəyə qoşulan ölkələrdən yalnız 35-nin nümayəndələri iki və

daha çox qızıl mükafata sahib olmuşlar ki, bu ölkələrdən biri də Azərbaycandır.

Həmin siyahıda 26-cı pillədə yer alan Belarus idmançıları da öz vətənlərinə iki qızıl medalla qayıtmışlar.

Onların ölkəsi və hesablarında 2 qızıl medal olan daha üç dövlət - Rumıniya, Keniya və Danimarka (27-29-cu

yerlər) yığmamızı yalnız daha çox gümüş medal əldə etdiklərinə görə qabaqlamışlar.

Azərbaycanın XXX Yay Olimpiya Oyunlarını Avropa ölkələri arasında 15-ci, keçmiş sovet respublikaları

arasında isə 5-ci mövqedə başa çatdırması da çox şeyə sübutdur. Yığmamız yalnız Rusiya, Qazaxıstan, Ukrayna

və Belarusdan geri qaldığı sonuncu siyahıda Litvanı (2+1+2; 34-cü yer), Gürcüstanı (1+3+3; 39-cu yer),

Özbəkistanı (1 qızıl, 3 bürünc medal, 47-ci yer), Latviyanı (1 qızıl, 1 bürünc; 49-cu yer), Ermənistanı (1 gümüş,

2 bürünc; 60-cı yer), Estoniyanı (1 gümüş, 1 bürünc; 63-cü yer), Moldovanı (2 bürünc medal; 75-ci yer) və

Tacikistanı (1 bürünc; 85-ci yer) qabaqlamışdır. Türkmənistan və Qırğızıstanı isə bu siyahıda görmürük.

Azərbaycan idmanının ən yaxşı nümayəndələrinin Londonda 204 ölkə təmsilçilərinin rəqabətində ağır

sınaqlardan şərəflə çıxıb özlərinə böyük hörmət qazanmaları, həyatın bütün sahələrində sürətlə inkişaf edib

gündən-günə çiçəklənən və möhkəmlənən respublikamızın beynəlxalq aləmdə onsuz da yüksək olan nüfuzunu

daha da artırmaları dövlətimizin, şəxsən Prezident İlham Əliyevin idmana və idmançılara göstərdikləri gündəlik

qayğı və diqqət, onların məşq və yarışlarda iştirakı üçün yaratdıqları ideal şərait sayəsində mümkün olmuşdur.

Təsadüfi deyil ki, Azərbaycan XXX Olimpiadada medal qazanmış 85 ölkənin nəticələrini əks etdirən

cədvəldə bir çox dövləti, o cümlədən İsveçrə, Norveç, Kanada, İsveç, Meksika, Argentina, Belçika, Finlandiya,

Bolqarıstan, Portuqaliya, Yunanıstan kimi ölkələri qabaqlamışdır. Elə buradaca Pekin Olimpiadasındakı 37-ci

yeri Londonda 2 qızıl, 2 gümüş və 1 bürünc medalla 32-ci mövqeyə dəyişən Türkiyənin də cədvəldə beş pillə

irəlilədiyini qeyd edək. Qardaş ölkələr Olimpiya oyunlarında da yanaşı addımlayırlar.

Olimpiadada ən çox medal ABŞ idmançılarına təqdim olunmuşdur. Onlar 104 mükafat - 46 qızıl, 29 gümüş

və bir o qədər də bürünc medal qazanmışlar. İkinci-üçüncü yerləri müvafiq surətdə çinlilər (38+27+22) və

Böyük Britaniya atletləri (29+17+19) tutmuşlar. Birinci beşliyi Rusiya (24+25+33) və Cənubi Koreya (13+8+7)

tamamlamışlar.

İdmançılarımızdan sonuncu olaraq yarış meydanına sərbəst üsulla güləşənlər Cəbrayıl Həsənov (66 kq) və

Xetaq Qazyumov (96 kq) dəvət olundular. Qazyumov Pekindəki kimi, yenə üçüncü yeri tutaraq Olimpiya

oyunlarının ikiqat bürünc mükafatçısı oldu və medallarımızın sayını 10-a çatdırdı.

182

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

London Olimpiadası tarixdə həm də Azərbaycanın güləş ustalarının, xüsusən də 2 qızıl və 1 bürünc medal

qazanaraq oyunlarda ən yaxşı göstəriciyə nail olmuş sərbəst güləş üzrə yığmamızın böyük qələbəsi ilə yadda

qalacaq. Bu növün nümayəndələri ölkəmizin güləş məktəbinin ənənələrini layiqincə davam etdirərək görüşlərin

gedişini izləmiş, hətta bitərəf azarkeşlərin də alqışlarını və rəğbətini qazanmışlar. Onlar əsl fədakarlıq, xalqa

xidmət nümunəsi göstərmişlər. İndi xalqımız da Olimpiya çempionlarımızla fəxr edir, onların böyük idman

hünərindən qürur duyur.

Qazanılmış on medaldan yeddisi məhz güləşçilərin payına düşür. İndi bütün dünya "sərbəstlər", hələ heç 20

yaşı da tamam olmayan Toğrul Əsgərov (60 kq) və Şərif Şərifovu (84 kq) Olimpiya oyunlarının çempionları

kimi tanıyır. Yunan-Roma üsulu ilə güləşən Rövşən Bayramov (55 kq) Pekindən sonra Londonda da fəxri

kürsünün ikinci pilləsinə yüksələrək ardıcıl iki Olimpiadanın gümüş mükafatçısı olmuş, Mariya Stadnik (48 kq)

Çində qazandığı "bürünc"ü İngiltərədə daha yüksək əyarlı gümüş medala çevirmiş və o da Olimpiya oyunları

tarixinə dünya idmançılarının ən ali məclisinin ikiqat mükafatçısı kimi düşmüşdür. "Klassiklər"dən Emin

Əhmədov (74 kq) və qadın güləşçi Yuliya Ratkeviç (55 kq) də Qazyumov kimi, yığma komandamıza bürünc

medallar qazandırmışlar.

Daha üç mükafata isə ağırlıqqaldıranların və boksçuların yarışlarında nail olunmuşdur. Olimpiadanın artıq

ikinci günü Valentin Xristov (56 kq) ağır atletika turnirində üçüncü nəticə ilə bürünc medal qazanıb Azərbaycan

yığmasının mükafatlarının hesabını açmışdır. Rinq ustaları Teymur Məmmədov (91 kq-dək) və

Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) yalnız italiyalı rəqiblərə qarşı keçirdikləri və bərabər səviyyədə

davam edən yarımfinal görüşlərində uduzmuşlar. Onlara da bürünc medallar təqdim olunmuşdur. Hərçənd

həmin görüşlərdə Teymurla Məhəmmədrəsul da qələbəyə layiq boks nümayiş etdirdilər.

Bununla əlaqədar dünya çempionu Ağası Məmmədov həmin yarımfinal görüşləri haqqında azerisport-dan

olan həmkarlarımıza fikrini bildirərkən belə demişdi: "Teymurun döyüşü zamanı hakim kobud səhvlərə yol

verdi. Məmmədov ilk iki raundu əla keçirdi. İkinci raundda Klemente Russo noqdauna düşdü. Vəziyyətlərdən

birində italiyalı bir-iki dəqiqə özünü itirdi və hakim üçüncü noqdaun qeydə almalı idi. Başa düşə bilmirəm, nə

üçün o, bunu etmədi. Bu suala müvafiq orqanlar cavab verməlidir. Lakin fakt faktlığında qalır - hakimlər

Russoya kömək etdilər. Teymurun üçüncü raundda necə döyüşməyi mənim xoşuma gəlmədi. O, sanki hər şeyi

ilk iki raundda həll etmək istəyirdi, ona görə də sonuncu raund üçün qüvvə saxlamamışdı. Mənim fikrimcə,

Teymur Russo ilə döyüşdən qalib ayrıldı.

Məhəmmədrəsul Məcidovun görüşünə gəldikdə, İtaliya boksçusu elə bir təsir bağışlamadı. Məcidov daha

güclü idi. Birinci raundda boksçumuza rəqibindən 3-4 xal çox verilməli idi. Lakin hakimlər cəmi 2 xal üstünlük

hesabladılar. Nəticədə qələbəni italyana verdilər. Məcidov bu görüşü uduzmadı, sadəcə, bu hakimlərin fikri idi".

Londonda Azərbaycanın daha bir neçə idmançısı medallara çox yaxın olmuş və çıxışlarını fəxri kürsünün bir

addımlığında başa vurmuşdur. Ölkəmizdə bədii gimnastikanın lideri Aliyə Qarayeva çoxnövçülüyün final

mərhələsində yalnız üç qalibdən geri qalaraq dördüncü yeri tutmuş, avarçəkənlərimiz Maksim Prokopenko -

Sergey Bezuqlı dueti də ikinəfərlik kanoedə 1000 metr məsafəyə yarışda finişə dördüncü çatmışdır və s.

Bəzi növlərin nümayəndələri, ilk növbədə cüdoçular, taekvondoçular, avarçəkənlər, təbii ki, öz çıxışlarından

razı qala bilməzlər. Onları fəxri kürsüdə görmək ümidlərimiz doğrulmadı. Amma hamının yaxşı bildiyi və

sürprizlərlə zəngin olan Olimpiadanın da sübut etdiyi kimi, heç də hər şey planlaşdırıldığı, proqnozlaşdırıldığı

kimi olmur. İndi başlıcası budur ki, medal qazana bilməyən idmançılar və onların məşqçiləri uğursuzluğun

səbəblərini ətraflı təhlil edib ciddi nəticə çıxarsınlar. Dörd ildən sonra Rio-de-Janeyroda (Braziliya) keçiriləcək

növbəti, XXXI Yay Olimpiya Oyunlarına daha yaxşı hazırlaşmaq qayğısına elə indidən qalmaq lazımdır.

Bütövlükdə isə bir daha məmnuniyyətlə qeyd edək ki, Azərbaycan olimpiyaçıları Londonda böyük nailiyyət

qazanmışlar və onların İngiltərə paytaxtında layiq görüldükləri on medal, xüsusən də Toğrulla Şərifin qızıl

mükafatları ölkəmizin hər bir vətəndaşının ürəyindən olmuş, respublikanın hər yerində əsl toy-bayrama

çevrilmişdir. Olimpiadadan Olimpiadaya daha çox medala sevinən Azərbaycan əsl idman ölkələrindən biri

olduğunu Londonda bir daha inamla sübuta yetirdi.

Bizə son dərəcə böyük fərəh gətirən bir maraqlı məqamı da diqqətinizə çatdırmaq istərdim. London

Olimpiadasının ən gənc və ən layiqli çempionlarından biri azərbaycanlı sərbəst üsulla güləşən Toğrul

Əsgərovun və onun özü kimi əzmkar komanda yoldaşı Şərif Şərifovun bir gündə ölkəmizə iki qızıl medalı

avqustun 11-də qazandırdıqlarını siz artıq bilirsiniz. Hər iki çempionumuzun böyük hünəri şərəfinə məhz həmin

gün nəhəng idman sarayında tamaşaçıların alqışları altında iki dəfə əzəmətli dövlət himnimiz səsləndirildi, milli

bayrağımız ən yüksəyə ucaldıldı.

Lakin bu 11 avqustda Azərbaycan olimpiyaçılarının qazandıqları heç də ilk qızıl mükafatlar deyil. Dörd il

əvvəl Pekində keçirilmiş XXIX Yay Olimpiya Oyunlarında da milli komandamız ilk və yeganə qızıl medalının

sevincini məhz avqustun 11-də yaşamışdı. Həmin gün cüdoçu Elnur Məmmədli 73 kq çəki dərəcəsində

birnəfəsə beş rəqibinə qalib gəlib Oyunların çempionu olmuşdu. Fərq yalnız bundadır ki, əgər Londonda

Toğrulla Şərifin qızıl medalları Olimpiadanın sonuncudan əvvəlki gününə təsadüf etmişdirsə, Çin Xalq

183

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Respublikasının paytaxtında Elnur avqustun 8-də başlanan Olimpiadanın artıq üçüncü günü Azərbaycana ən

yüksək mükafat bəxş etmişdi.

Elə boksçumuz Şahin İmranovun Pekin rinqində ilk qələbəsini avqustun 11-də qazandığını da qeyd etmək

olar. Şahini fəxri kürsünün "bürünc" pilləsinə aparan yol elə həmin gündən başlamışdı. Deməli, Azərbaycan

olimpiyaçıları üçün böyük zəfər gününə çevrilən 11 avqustu yadda saxlayaq...

Möhkəm iradəli Azərbaycan olimpiyaçıları respublikamızın dünyanın ən qüdrətli idman dövlətlərindən

birinə çevrilməsindən vahiməyə düşən bədxahlarımıza avqustun 11-də (elə əvvəlki günlərdə də) bir daha bəyan

etdilər ki, onlar hətta son anda, finişdə də böyük qələbələr qazanmağa, Olimpiya oyunlarının çempionu olmağa

qadirdilər. İdmançılarımızı bu qələbələrə Vətən sevgisi, Vətənə sonsuz məhəbbət ruhlandırır.

Oqtay BAYRAMOV.

“Xalq qəzeti”.-2012.-15 avqust.-N 181.-S.3.

184

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan yubiley Olimpiadasında böyük inamla möhtəşəm uğurlara imza atdı

Bugünlər hər bir azərbaycanlı XXX London Yay Olimpiya Oyunlarında idmançılarımızın qazandığı

möhtəşəm qələbənin sevincini yaşayır. İdmanın 16 növündə 53 idmançı ilə təmsil olunduğumuz

Olimpiadada Azərbaycan idmançıları iki qızıl, iki gümüş və altı bürünc medal qazanmaqla bir daha

təsdiq etdilər ki, ölkəmiz qədim idman ənənələrinə malikdir və bu sahədə uğurlu yüksəlişimiz davam

edir. Londonda mübarizəyə qoşulan 200-dən çox ölkə arasında yalnız 35-nin nümayəndələrinin iki və

daha çox qızıl mükafata sahib olması və onlar arasında pəhləvanlar diyarı Azərbaycanın da yer alması,

yarışları Avropa ölkələri arasında 15-ci, keçmiş sovet respublikaları arasında isə 5-ci mövqedə başa

çatdırmağımız da dediklərimizi təsdiq edir. Qazanılan möhtəşəm qələbənin ölkəmizdə Milli Olimpiya

Komitəsinin rəsmən fəaliyyətə başlamasının 20-ci, Azərbaycan Prezidenti İlham Əliyevin Milli Olimpiya

Komitəsinə rəhbərliyinin 15-ci ildönümünə və Yay Olimpiya Oyunlarının 30-cu yubileyinə təsadüf

etməsinin xüsusi əhəmiyyəti var. Azərbaycanın dövlət başçısının xüsusi sərəncamı ilə 2012-ci ilin

ölkəmizdə "İdman ili" elan olunmasını da yada salsaq, onda idmançılarımızın uğurları daha böyük məna

kəsb edir.

Dünya səviyyəli mötəbər idman tədbirində Azərbaycan bayrağının yüksəklərə qaldırılması hər birimizdə

iftixar hissi oyatdı. Bu məqamda qeyd etmək istərdik ki, bir dövlətin bayrağı dünyada üç halda yüksəyə

qaldırılır. Birincisi, səfirliklərin, diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların binasının önündə,

digəri dövlət başçıları başqa bir ölkəyə səfər etdikdə bayraq yüksəldilir. Üçüncü halda isə idmançılar beynəlxalq

yarışlarda qələbə qazandıqda onun təmsil etdiyi ölkənin bayrağı yüksəldilir, dövlətinin himni səsləndirilir. Yəni

idmançılarımızın XXX London Yay Olimpiya Oyunlarındakı misilsiz nailiyyəti, həm də böyük siyasi xarakter

daşıyır, dövlətçiliyimizin nailiyyətləri kimi qiymətləndirilir. Bu yolla beynəlxalq aləmdə böyük nüfuz qazanan,

etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Respublikasının şan-şöhrəti daha da artır, ölkəmizin həm də idman

sahəsində qabaqcıl dövlətlər sırasında yer aldığı bütün dünyaya sübut olunur.

Yay Olimpiya Oyunları həm də dünya dövlətlərinin bir növ güc nümayişi meydanıdır. Yarışlarda daha çox

uğur qazanan ölkələrin böyük əksəriyyəti dünyada söz sahibi olanlardır. 200-dən çox ölkə arasında yalnız 35-

nin nümayəndələrinin iki və daha çox qızıl mükafata sahib olması və onlar arasında Azərbaycanın da yer alması

bir mənada bizim də dünyada söz sahibi olduğumuzun rəmzi hesab oluna bilər. Ölkəmiz XXX Olimpiadada

medal qazanmış 85 ölkənin nəticələrini əks etdirən cədvəldə bir çox dövləti, o cümlədən İsveçrə, Norveç,

Kanada, İsveç, Meksika, Argentina, Belçika, Finlandiya, Bolqarıstan, Portuqaliya, Yunanıstan, Hindistan,

Malayziya, İndoneziya kimi ölkələri qabaqlamışdır. Bu, Azərbaycanın qüdrətli dövlət olduğunu göstərir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Olimpiya oyunlarında göstərilən nəticə yalnız

dövlətin idman həyatının deyil, onun iqtisadi potensialının, ictimai, sosial-mədəni həyatının göstəricisidir.

Olimpiya oyunlarında qazanılan yüksək nəticələr beynəlxalq miqyasda ölkənin imicini qaldırmaqla yanaşı, onun

imkanlarını nümayiş etdirir.

Həqiqətən də, bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətidir və Cənubi Qafqaz iqtisadiyyatının 80

faizi məhz ölkəmizin payına düşür. Rəsmi Bakının icazəsi olmadan regionda qlobal əhəmiyyətli heç bir layihə

reallaşa bilməz. Bu gün Azərbaycan dünyanın təhlükəsizlik siyasətini müəyyənləşdirən 15 dövlət arasında yer

almış, BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyini qazanaraq mötəbər qurumun Təhlükəsizlik Şurasına

qeyri-daimi üzv seçilmişdir. Və nəhayət, bütün bunlarla yanaşı, bu gün idmançılarımız ölkəmizin beynəlxalq

aləmdəki imicini daha da yüksəldərək, XXX London Yay Olimpiya Oyunlarında ikisi qızıl medal olmaqla, on

medalla Vətənə qayıtmışlar. Bu, böyük nailiyyətdir.

Bu gün dünyada gedən qlobal inteqrasiya proseslərinin sürətləndirilməsindəki əhəmiyyəti, irqindən, dinindən

asılı olmayaraq, müxtəlif millətlərin nümayəndələrini bir araya toplayaraq onların ədalətli oyun prinsipləri

əsasında idman mübarizəsinə qoşulmasını təmin etməsi ilə seçilən olimpiya oyunları beynəlxalq həyatın ən

möhtəşəm və mötəbər bir tədbiridir. Bu tədbirdən heç bir dövlət kənarda qalmır, hamı olimpiya oyunlarında

layiqincə təmsil olunmağa çalışır.

Müstəqil Azərbaycan Respublikası da Olimpiya oyunlarına ilk dəfə 1996-cı ildə qatılmışdır. Atlantada

qazanılmış bir gümüş medal o dövrdə ölkəmiz üçün uğurlu nəticə olsa da, Azərbaycanı güclü idman ölkəsi kimi

tanıtdırmağa yetərli deyildi. Dünyaya səs salmaq üçün Olimpiya oyunlarında daha yüksək uğurlar qazanmaq

gərək idi. Bu isə ölkədə olimpiya hərəkatının, idmanın sürətlə inkişaf etdirilməsini tələb edirdi. Qətiyyətlə deyə

bilərik ki, respublikamızda belə bir inkişaf 15 il öncə - 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya

Komitəsinin prezidenti seçilməsi ilə başladı. 2000-ci ildə Sidney Yay Olimpiya Oyunlarında idmançılarımız iki

qızıl və bir bürünc medal qazanaraq, dövlətimizin 199 ölkə arasında 34-cü olmasını təmin etdilər. 2004-cü ildə

Afinada medallarımızın sayı 5-ə, 2008-ci ildə Pekində 7-yə çatdı. İnamlı yüksəlişi davam etdirən idmançılarımız

185

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

XXX London Yay Olimpiya Oyunlarında daha çox, 10 medal (iki qızıl, iki gümüş və altı bürünc medal)

qazanaraq xalqımıza böyük sevinc bəxş etdilər.

Olimpiya hərəkatı yalnız Olimpiya oyunlarında iştirakdan ibarət deyil. Bu, çoxşaxəli, geniş fəaliyyət

sahəsidir. Beynəlxalq Olimpiya hərəkatında ön sıralarda olmaq üçün olimpiya oyunlarında yüksək nəticələr

göstərməklə yanaşı, hərəkatın bütün istiqamətlərində seçilmək, böyük işlər görmək lazım gəlir. Ölkəmizdə bu

sahədə 1997-ci ildə başlanmış işlər bilavasitə möhtərəm Prezidentimizin rəhbərliyi, onun tövsiyə və tapşırıqları

əsasında uğurla davam etdirilir. Azərbaycanın bugünkü yüksəlişini daha aydın şəkildə görmək üçün xatırladaq

ki, müstəqilliyimizin ilk illərində Bakıda ən kiçik beynəlxalq turnirin təşkil olunması da müşkül məsələ idi. İndi

ölkəmiz dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycanda hər il beynəlxalq yarışlar keçirilir.

Burada ən mötəbər yarışlar, dünya və qitə çempionatları, Olimpiya oyunlarının lisenziya turnirləri təşkil olunur.

Həm də beynəlxalq yarışların təkcə paytaxtda deyil, ölkənin regionlarında da təşkil edilməsi sevindirici haldır.

Ümumiyyətlə, Azərbaycanda artıq beynəlxalq yarışların, dünya və Avropa çempionatlarının keçirilməsi bir

ənənəyə çevrilib. Elə ay yoxdur ki, ölkəmizdə hansısa mötəbər beynəlxalq tədbir, yarış keçirilməsin. Xatırladaq

ki, 2011-ci ildə respublikamızda 36 beynəlxalq yarış təşkil edilib. Cari ilin altı ayı ərzində isə ölkəmiz artıq 28

beynəlxalq yarışa ev sahibliyi edib. Artıq bir sıra beynəlxalq yarışlar təkcə Bakıda deyil, ölkəmizin müxtəlif

bölgələrində də keçirilir. Bu sıradan Naxçıvan Muxtar Respublikasında keçirilən şahmat, yunan-Roma güləşi,

üzgüçülük və digər idman növləri üzrə təşkil edilmiş beynəlxalq turnirlər Naxçıvanın da region ölkələri arasında

idman mərkəzlərindən birinə çevrilməsi yolunda mühüm addımlardandır. Bütün bunlar ölkənin idman və

olimpiya hərəkatında qazandığı nüfuz hesabına mümkün olmuşdur. Biz bu sahədə gələcək irəliləyişi, diqqəti

daha yüksək statuslu yarış və tədbirlərin keçirilməsinə yönəltməkdə görürük. Əgər 15 il bundan əvvəl biz hər

hansı beynəlxalq yarışa icazə almağa sevinə bilərdiksə, Olimpiya hərəkatında qazandığımız imic indi bizə ən

mötəbər yarışlara ev sahibliyi etməyə, kompleks idman tədbirlərinin təşkilinə imkan verir.

Azərbaycan Prezidenti İlham Əliyev Londonda XXX Yay Olimpiya Oyunları çərçivəsində keçirilən

"Azərbaycan günü" mərasimində iştirakı zamanı etdiyi çıxışında demişdir: "Böyük fərəh hissi ilə qeyd edirəm

ki, artıq 15 ildir mən Olimpiya ailəsinin üzvüyəm. On beş il əvvəl mən Azərbaycan Milli Olimpiya Komitəsinin

prezidenti seçildim. Ondan altı il sonra isə ölkə Prezidenti seçildim. Buna görə də adətən deyirəm ki, mən

idmanı və Olimpiya hərəkatını ölkə rəhbərliyi səviyyəsində təmsil edirəm. Bu illər uğur, dəyişiklik, inkişaf, işə

sadiqlik illəri oldu. Bu gün Azərbaycanda idmançı olmağın böyük mənası vardır. İdmanın inkişafı və

idmançılara qayğının göstərilməsi ilə bağlı dövlət siyasətimiz vardır. Biz müasir idman infrastrukturuna böyük

sərmayələr qoymuşuq. Bu gün Azərbaycanda çoxlu beynəlxalq idman tədbirləri, o cümlədən Avropa və dünya

çempionatları keçirilir. Əminəm ki, gələcəkdə Azərbaycanda qonaqlarımızın, o cümlədən atletlərin və turistlərin

sayı çox olacaq, bununla da biz dostluğumuzu və əməkdaşlığımızı davam etdirəcəyik".

Azərbaycanda idmanın maddi-texniki bazası sürətlə genişlənir. Prezident İlham Əliyevin ölkəmizin

kompleks inkişafına xidmət edən siyasi xəttinin konturları həm də idman infrastrukturunun möhkəmlənməsi,

genişlənməsi, yeniləşməsi və bu sahənin inkişafına xidmət edən digər tədbirlərlə müşayiət olunur. Dövlət

başçısı İlham Əliyev Azərbaycanın hər yerində idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən idman

infrastrukturunun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Hazırda 34 regional

Olimpiya mərkəzi tikilib, 8 mərkəzdə isə tikinti davam edir. Bu sahədə dövlət başçısının qarşıya qoyduğu əsas

hədəf hər bir rayon mərkəzində müasir Olimpiya idman kompleksinin olmasıdır ki, Azərbaycan bu hədəfə

addım-addım yaxınlaşmaqla yanaşı, artıq bu siyasətin ilk bəhrlərini toplamaqdadır. Yuxarıda qeyd etdiyimiz

kimi, Azərbaycanın hətta bölgələrində də beynəlxalq turnirlərin təşkil edilməsi, regionlarımızın idman

infrastrukturunun yüksək səviyyədə olması ilə bağlıdır.

Azərbaycan idmanı sürətlə inkişaf edir. Bu inkişaf özünü qazanılan uğurlarda aşkar göstərir. Olimpiya

hərəkatı sahəsində qazandığımız daha bir uğuru da qeyd etmək yerinə düşər. Məlum olduğu kimi, Bakı 2016-cı

il olimpiya oyunlarına ev sahibliyi etməyə iddia irəli sürdü. Beynəlxalq Olimpiya Komitəsi Bakını iddiaçı şəhər

kimi qeydə aldı. Heç kimə sirr deyil ki, hər dövlət bu və ya digər şəhəri üçün olimpiya oyunlarını keçirməyə

iddiaçı şəhər statusunu ala bilmir. Çünki bu zaman həm dövlətin, həm də şəhərin imkanları, ölkənin və şəhərin

bütün sferalarda inkişaf templəri, xüsusiyyətləri nəzərə alınır. İdman nailiyyətləri, idman obyektləri, olimpiya

oyunlarında iştirakın nəticələri, mötəbər beynəlxalq yarışların keçirilməsi təcrübəsi, idmanla bağlı digər

məsələləri kənara qoyuruq, şəhər infrastrukturunun vəziyyəti daha vacib tələblər sırasındadır. Bakının 2016-cı il

Olimpiya oyunlarını keçirmək istəyən iddiaçı şəhərlər sırasına düşməsi nə qədər irəli getdiyimizi bir daha sübut

edir. Əlbəttə, birinci dəfədən olimpiya oyunlarını keçirmək hüququnu qazanmaq çox çətindir və təcrübə də bunu

göstərir. Ancaq biz ümidlərimizi itirmirik. Qarşıda yeni olimpiya oyunlarını keçirmək üçün namizədliyi irəli

sürmək imkanları vardır. Ölkədə Olimpiya hərəkatı və idman sahəsində görülən işlər, beynəlxalq miqyasda

qazanılan nüfuz və etimad bu arzumuzu da gerçəkləşdirəcəkdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi

kimi, bizim bu işə sədaqətimiz və bağlılığımız gec-tez məqsədə nail olmağa aparıb çıxaracaqdır.

186

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Dövlət başçısının Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan

nümayəndə heyətini yolasalma mərasimində vurğuladığı kimi, ölkəmizdə idmanın inkişafı və onun dünyanın

qabaqcıl ölkələrindəki səviyyəyə çatdırılması dövlət siyasətidir: "Azərbaycanda idman sürətlə və uğurla inkişaf

edir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir və Azərbaycan dövləti Azərbaycan idmanının inkişafı

üçün konkret addımlar atmışdır. Bu gün də bu siyasət davam etdirilir. İdman cəmiyyətimizin ayrılmaz

hissəsidir. İdmançılara olan hörmət cəmiyyətdə yüksək səviyyədədir. İdmançıların məişət problemlərinin həlli

məsələləri yüksək səviyyədə təşkil edilir. Bütün bu amillər həm idmanın inkişafına böyük təkan verir, eyni

zamanda, gənclərdə, yeniyetmələrdə, uşaqlarda idmana marağı artırır. Mən çox şadam ki, idman bölmələrinə

axın kütləvi xarakter alıbdır. İndi idmanla məşğul olmaq üçün bütün şərait vardır. Biz idmanın inkişafı ilə bir

neçə vacib məqsədi təmin edirik: ilk növbədə, ölkəmizin idman şöhrətini yüksəklərə qaldırırıq, eyni zamanda,

idmanın kütləviliyini təmin edirik. İdman infrastrukturunun yaradılması ilə bu kütləvilik daha da geniş vüsət

almışdır və idman hər bir insanın sağlamlığı üçün çox mühüm amildir. İdman insanları həm fiziki cəhətdən

sağlam edir, eyni zamanda, gözəl milli mənəvi dəyərlərimizi idmançılara, uşaqlara aşılayır. Bir sözlə,

Azərbaycanda idmanın inkişafına dair siyasət çox uğurludur və deyə bilərəm ki, bizdə olan təcrübə bəzi

ölkələrdə öyrənilir və tətbiq edilir".

Əslində, Azərbaycan idmançılarının Londonda uğur qazanacağı gözlənilən idi. Çünki son illər həqiqətən də

idman sahəsində böyük irəliləyişlər əldə olunmuş, idmançılarımızın uğurları nəzərəçarpacaq dərəcədə artmışdır.

Məsələn, Atlanta Olimpiadası ərəfəsində keçirilən beynəlxalq yarışlarda idmançılarımız 71, Sidney Olimpiadası

ərəfəsində 146, Afina Olimpiadası ərəfəsində 262, Pekin Olimpiadası ərəfəsində 467, London Olimpiadası

ərəfəsində isə 835 medal qazanıblar. Deməli, artım dinamikasına əsasən Londonda qazanacağımız medalların

sayı daha çox olacaqdı və belə də oldu. Digər bir fakta nəzər yetirək. Pekin Olimpiadasında Azərbaycan 44

lisenziya qazanaraq 11 idman növündə təmsil olunurdusa, Londonda 53 lisenziya ilə 16 idman növündə təmsil

olunduq. London Olimpiadasında Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq beş yeni - kanoe, akademik

qayıqlarda avarçəkmə, velosiped idmanı, idman gimnastikası və qılıncoynatma idman növlərində də təmsil

olundular. Pekində Azərbaycanı bir hakim təmsil edirdisə, Londona beş hakimimiz yarışların idarəçiliyinə cəlb

olundu. Londonda ölkəmizi təmsil edən 53 idmançıdan 41-i ilk dəfə olimpiya oyunlarının iştirakçıları idi.

Müstəqil respublikamızın Olimpiya oyunlarında cəmi 5 dəfə iştirak etməsinə baxmayaraq, Londonda 10

medal qazanmağımız Azərbaycanın dünyanın inkişaf etmiş idman ölkəsi olduğunu sübut edir. Bütövlükdə,

XXX Yay Olimpiya Oyunlarının statistikasını bir daha göz önünə gətirsək, bir çox həqiqətlər ortaya çıxmış olar.

Birincisi, məlum olur ki, Azərbaycan Cənubi Qafqaz bölgəsində ən çox medal qazanan ölkədir. İkincisi,

ölkəmiz Olimpiadada əldə etdiyi medalların sayına görə, Avropada 15-ci, keçmiş sovet məkanında isə 5-ci

mövqedə yer alıb. Üçüncüsü, İslam dünyasında Azərbaycan qazandığı idman uğurlarına görə, ön sırada yer alır.

Yəni 204 dövlətin iştirak etdiyi XXX Yay Olimpiya Oyunlarında 30-cu yeri tutan Azərbaycan özünü dünyaya

inkişaf etmiş idman ölkəsi kimi də təqdim etdi. Etiraf etmək lazımdır ki, Olimpiya oyunlarında çox güclü idman

ənənələri olan ölkələr iştirak edib və bunların sırasında qabaqcıl yeri tutmaq, sözün həqiqi mənasında, böyük

uğur sayılır.

İdmançılarımızın London Olimpiadasında qazandığı uğurlar insanlarımızın vətənpərvərlik ruhunun

yüksəlməsinə zəmin yaratdı. Deyə bilərik ki, qazanılan bütün uğurlar dövlətlə xalqın sıx birləşməsinə və birgə

gücün ifadə edilməsinə işarədir. Ümumilikdə, idmançılarımızın zəfərləri milli inkişafa təkan verən vacib

amildir. Hər bir azərbaycanlı gənc öz ölkəsinin güclü olduğunu dərk etdikcə, əlbəttə ki, bu, Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də ölkəmizin qələbə qazanacağına ictimai inamı daha da

artırır. Lakin təəssüflə qeyd etmək istərdik ki, Azərbaycanda ictimai etirazlara baxmayaraq xaricdəki anti-

Azərbaycan dairələrinin ianələri hesabına hələ də mövcudiyyətini qoruyan radikal müxalifət bütün bu

uğurlarımıza sevinmək əvəzinə erməni lobbisi tərəfindən ölkəmizə qarşı aparılan şər-böhtan kampaniyasında

iştirak etməyi üstün tutdu. BBC-nin "Newsnight" proqramında avqustun 10-da efirə gedən buraxılış isə radikal

düşərgə üçün göydəndüşmə fürsət oldu. Həmin proqramda iddia olunurdu ki, guya, Azərbaycan London

Olimpiadasında boksçuların qələbəsi üçün rüşvət verib. Proqramda ölkəmizin ünvanına bir sıra digər ittihamlar

da irəli sürülmüşdü. Qeyd edək ki, keçən ilin sentyabrında da "Newsnight" proqramında Azərbaycanın

Ümumdünya Boks Seriyasına (WSB) gizli olaraq milyonlarla dollar ödəməsi ilə bağlı məlumat yayılmışdı. Gizli

mənbələrə istinadən yayılan məlumatda bildirilirdi ki, WSB rəhbəri pulun Azərbaycan boksçularının "London-

2012"-də 2 qızıl medal qazanmasına zəmanət olaraq verildiyini iddia etmişdi. Məsələ ilə əlaqədar Beynəlxalq

Həvəskar Boks Federasiyası (AİBA) 5 nəfərdən ibarət xüsusi təhqiqat komitəsi yaratmışdı. Komitə televiziya

verilişində səslənən faktların araşdırılması ilə məşğul olmuş və nəticədə aydınlaşmışdı ki, söhbət fərdi sahibkar

Həmid Həmidovun Amerika boksuna qoyduğu təmiz kommersiya investisiyalarından gedir. Yalnız bundan

sonra Azərbaycana qarşı ittihamlar ciddi sübutlara söykənmədiyi üçün əsassız sayılıb.

London Yay Olimpiya Oyunlarının getdiyi bir vaxtda BBC-nin artıq yalan olduğu tam təsdiq olunmuş

məlumatları yenidən yayması və Azərbaycan idmançılarını ləkələməyə çalışması, göstərdi ki, Avropa mətbuatı

187

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

heç də iddia edildiyi kimi, azad deyil və müəyyən siyasi dairələrin konyuktur maraqlarına xidmət edir. Bütün

bunlar göstərir ki, BBC yalan və dezinformasiya ruporuna çevrilib. 2010-cu ilin martında Böyük Britaniyanın

xarici işlər naziri D.Milbrend də BBC kanalının müstəqilliyini sual altına almışdı.

Bu kanal həmişə Azərbaycanda seçkilər və ya digər kütləvi tədbirlər zamanı baş verən hadisələri qərəzli

şəkildə, birtərəfli, müəyyən anti-Azərbaycan qüvvələrin maraqlarına uyğun şərh edir. Təsadüfi deyil ki, BBCnin

efirində, internet saytında Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın

mövqeyini əks etdirən qərəzli materialların geniş yer almasına dair çoxsaylı faktlar mövcuddur. BBC-nin

Azərbaycana qarşı qərəzli mövqeyinin müəyyən səbəbləri var. Şirkət Azərbaycanın qanunvericiliyinə uyğun

olaraq BBC radiosunun Azərbaycan redaksiyasının fəaliyyətini dayandırmasını həzm edə bilmir. Onun çoxsaylı

müraciətlərinə baxmayaraq Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında" Qanuna müvafiq

olaraq yayımı bərpa etmir. Məhz bundan sonra BBC- 2 kanalında Azərbaycanla bağlı qərəzli sənədli film

nümayiş etdirildi. BBC televiziyası Azərbaycana qarşı davamlı qarayaxma kampaniyasına start verdi.

Digər tərəfdən, görünür, son illər Azərbaycanın potensial imkanlarının və nüfuzunun artması ilə əlaqədar

dünya səviyyəsində tədbirlərin, turnirlərin mərkəzinə çevrilməsi xaricdəki müəyyən anti-Azərbaycan qüvvələri

bərk narahat edir. BBC-nin və ölkəmizdəki radikal müxalifət ruporları olan qəzetlərin dezinformasiyalar, şər,

böhtan dolu məlumatlar yaymasının səbəbi də bu idi. Təəssüf ki, qaraguruh bu cür məlumatların yayılmasının

bütövlükdə Azərbaycanın imicinə zərbə vurmağa hesablandığını yenə gözardı etdi. Onlar Azərbaycana qarşı

piar kampaniyası aparmaq, ölkəmizi nüfuzdan salmaq, beynəlxalq ictimaiyyətin diqqətini süni şəkildə

qabardılmış əsası olmayan məsələlərə yönəltmək məsələsində təkrar xaricdəki ermənipərəst dairələr ilə işbirliyi

qurdular. Bir daha aydın oldu ki, anti-Azərbaycan qüvvələrin "beşinci kolonu" funksiyasını yerinə yetirən

dağıdıcı müxalifət gələn sifarişləri xüsusi canfəşanlıqla yerinə yetirməklə Azərbaycanın imicini ləkələmək üçün

bütün mümkün vasitələrdən istifadə etməkdən çəkinmir. Müxalifət mətbuatı, xüsusilə "Azadlıq" qəzeti faktiki

rəhbəri Əli Kərimlinin xislətinə uyğun olaraq Azərbaycan haqqında böhtan xarakterli materialları, hətta

Ermənistan mətbuatının dezinformasiyalarını canfəşanlıqla təkrarlaması və ictimai rəyi çaşdırmağa çalışması

bunu bir daha sübut etdi.

Bu radikalların satqınlığını, xalqın və dövlətin düşməni olduğunu, milli maraqları şəxsi mənafelərinə qurban

vermələrini "Eurovision-2012" mahnı yarışması ərəfəsində və müsabiqənin keçirildiyi günlərdə də müşahidə

etmişdik. Dağıdıcı düşərgə, xüsusilə də, Əli Kərimli və İsa Qəmbər min-bir çirkin planlar qurdu və onları

reallaşdırmağa çalışdılar. Gah icazəli mitinqlər keçirdilər, bunun nəticəsi olmadıqda isə, icazəsiz piketlərə və

saxta aclıq aksiyalarına başladılar, hətta saxta tədbirlər təşkil etdilər, çirkin fikirlər yaydılar, şou düzənlədilər.

Amma bunların heç birinin əhəmiyyəti olmadı. Bütün bunlara baxmayaraq, "Eurovision-2012" mahnı

müsabiqəsini izləmək üçün Azərbaycana gələn çoxsaylı qonaqlar ölkəmiz və xalqımız haqqında ən xoş

təəssüratlarla vətənlərinə döndülər. Anti-Azərbaycan qüvvələrin və dağıdıcı müxalifətin bütün niyyətləri,

cəhdləri iflasa uğradı, onlar öz məqsədlərinə çata bilmədilər. Azərbaycan müstəqil və güclü dövlət kimi öz

iradəsini reallaşdırmaq qüdrətinə malik olduğunu, qarşısına qoyduğu məqsədlərə çatmaq üçün bütün maneələri

dəf etməyi bacardığını hamıya göstərdi. XXX London Yay Olimpiya Oyunlarında da idmançılarımız möhtəşəm

qələbə qazanaraq dövlətimizin qüdrətini bu yolla dünyaya çatdırdılar.

Rauf KƏNGƏRLİ.

“Xalq qəzeti”.-2012.-16 avqust.-N 182.-S.4.

188

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Olimpiya oyunlarında Azərbaycanın qazandığı möhtəşəm qələbələr

ölkəmizin müstəqilliyinin bəhrəsidir

Olimpiyaçılarımız bir daha göstərdilər ki, gənc, müstəqil Azərbaycan güclü dövlətdir, o cümlədən

idman sahəsində də güclüdür. Ən sevindirici hal ondan ibarətdir ki, medallar - qızıl, gümüş və bürünc

medallar qazanan idmançılar müstəqillik dövründə yetişmiş gənc insanlardır. Azərbaycan idmanına son

illər ərzində göstərilən diqqətin hesabına onlar artıq peşəkar idmançılardır. Onlar Azərbaycanın milli

bayrağını on dəfə qaldırdılar və dövlət himnimizi iki dəfə səsləndirdilər.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

XXX London Yay Olimpiya Oyunları artıq başa çatsa da bu möhtəşəm dünya miqyaslı tədbirin sensasiyaları

planetimizi dolaşmaqdadır. Dünən Rusiya Federasiyasındakı həmkarlarımız "Londonun 15 Qəhrəmanı" adlı

internet materialı yayıblar. Bu siyahıda birinci yeri Moldovanın gənc üzgüçüsü tutur, on birinci yeri isə 19 yaşlı

Toğrul Əsgərov.

Rusiyalı ekspertlər ürək ağrısı ilə yazırlar ki, dünyanın bütün mütəxəssisləri 60 kiloqram çəki dərəcəsində

güləşən idmançılar arasında Besik Kudukovu favorit kimi görürdülər. Ancaq Azərbaycanın Olimpiya

oyunlarında ilk dəfə iştirak edən 19 yaşlı güləşçisi Toğrul Əsgərov dördqat dünya çempionu Kudukovu

yarışmanın hər iki hissəsində "mat qoydu" (1:0, 5:0). İndi hər birimiz, dünyanın müxtəlif ölkələrində yaşayan

bütün azərbaycanlılar idmançılarımızın Olimpiya oyunlarında qazandığı möhtəşəm qələbənin sevincini

yaşayırıq. İdmanın 16 növündə 53 idmançı ilə təmsil olunduğumuz Olimpiadada Azərbaycan idmançıları iki

qızıl, iki gümüş və altı bürünc medal qazanmaqla ölkəmizin idman tarixinə yeni səhifə yazdılar. İdmançılarımız

bir daha sübut etdilər ki, Azərbaycan qədim idman ənənələrinə malikdir. İldən - ilə qazanılan uğurlarımız da

bundan xəbər verir.

Londonda mübarizəyə qoşulan 205 ölkə arasında 30-cü pillədə qərarlaşan ölkəmizin bu uğuru dünya

miqyasında böyük göstəricidir. 175 ölkənin bu yarışmada Azərbaycandan geridə qalması dünyada böyük əks -

səda doğurmuşdur. Müstəqil dövlətimiz London olimpiadasında qazandığı nailiyyətlərə görə Avropa ölkələri

arasında 15-ci, keçmiş sovet respublikaları arasında isə 5-ci olmuşdur. London Olimpiadası bir də ona görə

yaddaşlara əbədi həkk olunacaq ki, bu parlaq qələbələr ölkəmizdə Milli Olimpiya Komitəsinin rəsmən

fəaliyyətə başlamasının 20-ci və Azərbaycan Prezidenti İlham Əliyevin Milli Olimpiya Komitəsinə

rəhbərliyinin 15-ci ildönümünə təsadüf edib. Prezident İlham Əliyevin sərəncamı ilə 2012-ci ilin ölkəmizdə

"İdman ili" elan olunması idmançılarımızı daha da ruhlandırmış və onlar London Olimpiadasında möhtəşəm

qələbəyə imza ataraq dünyada Hindistan, İndoneziya, Avropada Norveç, İsveç, Belçika kimi ölkələri arxada

qoymuşdur. Bu, ölkəmizin dünya birliyində qüdrətli dövlətlər sırasına qoşulmasından xəbər verir.

Azərbaycan London Olimpiadasında yeni rekord müəyyənləşdirib. Yığmamız XXX London Yay Olimpiya

Oyunlarında 10 medala sahib olmaqla, ilkə imza atıb. Bunadək olimpiyaçılarımızın ən yaxşı nəticəsi Pekində

qeydə alınmışdı. Həmin vaxt ölkəmiz yarışları 7 medalla başa vurmuşdu. Londonda isə medalların sayı 10-a

çatmaqla, yeni rekord müəyyənləşdirildi.

Qeyd edək ki, Azərbaycan müstəqil ölkə kimi 1996- cı ildən Olimpiya oyunlarına qatılıb. Həmin il Atlanta

Olimpiya Oyunlarında -1, dörd il sonra - 2000- ci ildə Sidneydə -3, 2004- cü ildə Afinada -5 və 2008- ci ildə

Pekində 7 medal qazanmışıq.

London Olimpiadasının qızıl medalını hələ 20 yaşı tamam olmayan sərbəst güləşçimiz qazandı və bununla

da ən gənc Olimpiya çempionumuz olub. 60 kiloqramda çıxış edən Toğrul Əsgərov buna ad gününə az qalmış

nail olub. Olimpiya çempionumuz 1992-ci ilin sentyabrın 17-də Gəncədə anadan olmuş və 20 yaşın tamam

olmasına 37 gün qalmış karyerasında ən böyük uğuruna imza atmaqla özünə ən yaxşı hədiyyə edib. Toğrul

Əsgərov eyni zamanda 12 ildən sonra ölkəmizə sərbəst güləş növündə 2-ci Olimpiya çempionluğu qazandırıb.

İlk belə uğuru qazanan Namiq Abdullayev həm də ilk Olimpiya çempionumuz kimi tarixə düşüb. Ölkəmizin

Olimpiada tarixində 6 qızıl medalı var ki, bunun 4-ü güləş, 3-ü güləşin sərbəst növündə qazanılıb.

Azərbaycan Prezidenti İlham Əliyev XXX London Yay Olimpiya Oyunlarında qızıl medal qazanan

idmançılarımızı təbrik etmiş, ölkəmizin idman şərəfini layiqincə qoruyaraq əldə etdikləri böyük nailiyyəti

yüksək qiymətləndirmiş, idmançılarımıza və onların məşqçilərinə yeni qələbələr arzulamışdır.

Azərbaycan dövlət müstəqiliyini bərpa etdikdən sonra bütün sahələr üzrə qazanılan nailiyyətlərə, ölkəmizin

beynəlxalq aləmə və dünya birliyinə inteqrasiyası yolunda atılan qətiyyətli addımlara görə ulu öndər Heydər

Əliyevə borcluyuq. Elə idmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurlar da bu dövrə təsadüf edir.

189

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

İdmançılarımızın müstəqil dövlətimizin adından ilk dəfə Olimpiya oyunlarına qatıldığı vaxtı gözlərimiz

önünə gətirsək, bir daha şahidi olarıq ki, onlara ilk xeyir - duanı ulu öndər Heydər Əliyev verdi, idmançılarımızı

qələbələrə ruhlandırdı, onlara bildirdi ki, Azərbaycanın bayrağını yüksəkliyə qaldırmaq, dövlət himnimizi

səsləndirmək böyük şərəfdir. Bu böyük hadisə hər bir azərbaycanlının fəxridir, qürur mənbəyidir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev XXVI yay olimpiadasında (Atlanta, ABŞ) iştirak

edəcək Azərbaycan idmançıları ilə 1996-cı il iyunun 29-da görüşərkən demişdir: "İlk dəfədir ki, dünya olimpiya

oyunlarında müstəqil Azərbaycanın yığma komandası iştirak edir. Mən heç şübhə etmirəm ki, gələn olimpiya

oyunlarında Azərbaycanın yığma komandası sayca bundan da çox, keyfiyyətcə daha yüksək olacaqdır. Çünki

xalqımız, millətimiz genetik xüsusiyyətlərinə görə fiziki cəhətdən sağlam insanlardan ibarət olan xalqdır,

millətdir. Fiziki sağlamlıq və fiziki güc, mənəvi sağlamlıqla bərabər Azərbaycan xalqına, millətinə xas olan

xüsusiyyətdir. Amma, bu xüsusiyyət həmişə bizim daxilimizdə qalıbdır. Keçmiş dövrlərdə də, əsrlərdən-əsrlərə

pəhləvanlarımız da, güləşçilərimiz də, oxatanlarımız da, fiziki imkanlarını cürbəcür oyunlarda nümayiş

etdirənlərimiz də olubdur. Ancaq məlum olan səbəblərə görə bunlar yalnız öz ölkəmizin çərçivəsində qalıb,

dünya miqyasına çıxmayıbdır. İndi isə xalqımızın, millətimizin bu imkanlarını dünyada nümayiş etdirmək

fürsəti almışıq. Bu, böyük hadisə, böyük nailiyyətdir. Şəxsən mən bununla fəxr edirəm. Hesab edirəm ki,

Azərbaycanın hər bir vətəndaşının bununla fəxr etməyə haqqı var.

Əziz idmançılar, olimpiya oyunlarına yola düşən Azərbaycan komandasının üzvləri, yenə də deyirəm, bu

hüququ, haqqı siz özünüz qazanmısınız. Əminəm, siz çalışacaqsınız ki, əldə etdiyiniz bu nailiyyəti XXVI

olimpiya oyunlarında da məharətlə nümayiş etdirəsiniz. Şübhəsiz ki, sizin, yəni Azərbaycan Respublikası

komandasının XXVI olimpiya oyunlarında iştirak etməsi özü əlamətdar bir hadisədir. Siz oradan hansı

nailiyyətlə qayıdacaqsınızsa, bu, məsələnin ikinci tərəfidir. Birinci tərəfi ondan ibarətdir ki, siz XXVI olimpiya

oyunlarında Azərbaycanı təmsil etmək hüququ qazanmısınız və Azərbaycan xalqı adından dünya olimpiya

oyunlarında iştirak edəcəksiniz. Ancaq hər birimiz, güman edirəm, Azərbaycanın hər bir vətəndaşı sizin orada

iştirakınızın nəticələrini gözləyəcəyik".

Qısa vaxt ərzində idmançılarımız beynəlxalq yarışlarda uğurla iştirak edərək bir-birinin ardınca ölkəmizin

idman tarixinə parlaq qələbələr seriyası həkk etdilər. 1997-ci ildən 2000-ci ilə qədər Azərbaycan idmançıları

beynəlxalq, Avropa, müxtəlif regional səviyyəli yarışlarda fəal iştirak etmiş və 571 medal qazanmışlar. 571

medaldan 220-si qızıl, qalanları isə gümüş və bürünc medallar idi. Bütün bunlar idmana dövlət tərəfindən

göstərilən qayğının nəticəsi idi.

Azərbaycan xalqı, milləti öz genetik, fiziki hazırlığına görə idmanın bütün növləri ilə məşğul olmaq

qabiliyyətinə malikdir. Biz həmişə idmançılarımızla, onların qazandıqları qələbələrlə fəxr etmişik. Baxmayaraq

ki, ölkəmizdə idmanın müxtəlif növlərinin inkişaf etdirilməsi, təbliğ olunması məsələsinə dünyanın bir çox

ölkələrindən, xalqlarından bəlkə də gec başlamışıq, ancaq bu gün idman sahəsində qazandığımız nailiyyətlərə

görə dünyada öncül yerlərdən birini tuturuq. Bunu XXX Yay Olimpiya Oyunlarında 175 ölkənin

Azərbaycandan geridə qalması da təsdiqlədi. İndi dünyanın inkişaf etmiş dövlətlərinin idmançıları Azərbaycan

idmançılarından çəkinirlər, onlarla mübarizəyə başlayanda çox ehtiyatlanırlar. Ölkəmiz Sovetlər İttifaqının

tərkibində olarkən də idman inkişaf edirdi, Azərbaycan idmançıları parlaq qələbələr qazanırdılar, yadda qalan

nəticələr göstərirdilər. Ancaq biz müstəqil olmadığımıza görə, digər sahələrdə olduğu kimi, idmanda da əldə

edilən nailiyyətlər keçmiş SSRİ - nin adına yazılırdı. İndi isə respublikamızda, müstəqil Azərbaycan dövlətində

idmançılarımızın qazandıqları hər bir qələbə öz adımıza yazılır, ölkəmizin adını uca zirvələrə qaldırır.

Dövlətimizin, onun başçısının idmana, idmançılara göstərdiyi diqqət və qayğı özünü yüksək səviyyədə

biruzə verir. Son illərin nailiyyətləri onu göstərir ki, ölkəmizdə idmana, Olimpiya hərəkatına, gənclərimizə

göstərilən qayğı artıq öz bəhrəsini verir. Azərbaycanda Milli Olimpiya hərəkatı son illər sürətlə inkişaf edir.

Bütün bunlar ictimaiyyətin gözü qarşısındadır.

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə idmanın inkişafınin daim diqqət mərkəzində saxlanıldığıni

xüsusi vurğulayaraq demişdir ki, bundan sonra da bu sahəyə yüksək səviyyədə diqqət yetiriləcək:" Biz,

həmçinin ölkəmizdə idmanın inkişafına və Olimpiya hərəkatına böyük diqqət yetiririk. Müasir idman

infrastrukturunun yaradılmasına çoxlu sərmayələr yatırılır. Son 12 ildə bütün ölkə üzrə 34 Olimpiya mərkəzi

tikilib istifadəyə verilib və bu proses davam edir. Bu il Azərbaycanda "İdman ili" elan edilib. Bu, həmçinin

Azərbaycanda idmanın inkişafına və Olimpiya hərəkatına göstərilən diqqəti bir daha nümayiş etdirir. Biz tarixdə

bu oyunlarda 53 atletdən ibarət ən böyük komanda ilə iştirak etməkdən fərəhlənirik. Bu, həm də onu göstərir ki,

idmana qoyulan sərmayə və idmanın, Olimpiya hərəkatının təşviq edilməsinə yönələn dövlət siyasəti yaxşı

nəticələr verir".

Azərbaycanın tanınmış idmançıları, bədən tərbiyəsi və idman xadimləri idmançılarımızın XXX Yay

Olimpiya Oyunlarında qazandıqları möhtəşəm qələbəni yüksək qiymətləndirir və bununla fəxr etdiklərini

deyirlər.

Rasim Muradov, Respublika Olimpiya İdman Liseyinin direktoru:

190

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

- Dünya səviyyəli mötəbər idman tədbirində Azərbaycan bayrağının yüksəklərə qaldırılması hər birimizdə

iftixar hissi oyatdı. Respublika Olimpiya İdman Liseyi kollektivinin isə sevinci daha böyükdür. Çünki qazanılan

qələbələrdə bizim kollektivin də az da olsa, zəhməti, payı var. Bildirmək istəyirəm ki, Londonda keçirilmiş

XXX Yay Olimpiya Oyunlarında iştirak edən idmançılardan 8-i bizim məzunumuzdur. Bu böyük

müvəffəqiyyətdir. Ümumiyyətlə, nüfuzlu beynəlxalq turnirlərdə, Avropa, dünya birinciliklərində, Olimpiya

oyunlarında idmançılarımız həmişə yüksək nəticələr göstərir.

London Olimpiadasında qazanılan qayğını dövlət başçımızın idmana göstərdiyi yüksək diqqət və qayğının

təzahürü kimi dəyərləndirirəm. Biz bu qayğını hər gün hiss edirik. Gələn il liseymizin 50 yaşı tamam olacaq.

Ötən illəri gözlərimiz önünə gətirsək, bir daha aydın olur ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə

gəlişindən və möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə idmançılara, o cümlədən

məktəbimizə belə yüksək qayğı göstərildiyini hiss etməmişdik. Yetirmələrimizin soraqları həmişə Avropa və

dünya birinciliklərindən eşidilir. Elə il olmur ki, bizim məzunlarımız yüksək səviyyəli turnurlərdə mükafata

layiq yerlər tutmasın. Bu gün yunan - Roma və sərbəst güləş, boks, cüdo və digər idman növləri üzrə yığma

komandaların əksər üzvləri liseyimizin məzunlarıdır. Elə XXX Yay Olimpiya Oyunlarında bürünc medal

qazanmış Teymur Məmmədov liseyimizdən yenicə ayrılıb. Cəbrayıl Həsənov, Həsən Əliyev, Əşrəf Əliyev,

Vitali Rəhimov və digərləri də bizim məzunlarımızdır. Elə il olub ki, bizim yetirmələrimizin 3-4 nəfəri Avropa

və dünya miqyaslı turnirlərdə eyni yarışda mükafata layiq yerlər tutublar. Onların adlarını sadalamaqla qurtaran

deyil. İstər yeniyetnələr, istərsə də gənclər arasında keçirilən Avropa və dünya birinciliklərində liseyimizin

yetirmələrinin uğurlu çıxışları dövlət başçımızın idmana göstərdiyi qayğının nəticəsidir. Son on ildə liseyimizin

idmançılarının nailiyyətlərinə diqqət yetirsək, bir daha aydın olar ki, elə il yoxdur ki, biz mötəbər beynəlxalq

turnirlərdən əliboş qayıdaq. Yeniyetmələrin Sinqapur Olimpiya Oyunlarında yetirməmiz Murad Bazarovun fəxri

kürsünün ən yüksək pilləsinə qalxması idmançılarımızı daha da ruhlandırdı. Onun ardınca Türkiyədə keçirilən

Avropa yeniyetmələrinin XI Olimpiya festivalında gimnastımız Elvin Ağadədəyev IV yeri tutdu. Çoxlu sayda

belə faktlar var. Məqsədimiz bundan sonra da yüksək nəticələr əldə etmək, müxtəlif idman növləri üzrə ölkə

yığma komandasına güclü, istedadlı idmançılar verməkdir.

XXX Yay Olimpiya Oyunları uzun müddət yaddaşımızdan silinməyəcək. Çünki bu yarışmada Azərbaycan

rekord göstəriciyə nail oldu və 205 ölkə arasında 30-cu yeri tutdu. İnanıram ki, növbəti olimpiadalarda daha

yüksək nəticələr əldə edəcəyik. Çünki ölkəmizdə idmanın inkişafı dövlət başçısının xüsusi önəm yetirdiyi

sahələrdəndir.

Oqtay Hüseynov, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Beynəlxalq dərəcəli hakim:

- Olimpiya oyunları nadir beynəlxalq hadisələrdəndir, həm də dünya dövlətlərinin bir növ güc nümayişi

meydanı kimi qəbul edilir. Belə yarışlarda bütün dünyadan gəlmiş idmançılar qalib adı uğrunda mübarizə aparır

və hər bir ölkə daha çox medal qazanmağa çalışır. Azərbaycan müstəqillik qazandıqdan sonra ilk dəfə 1996-cı

ildə Olimpiya oyunlarına qoşulub. Həmin vaxt cəmi bir medal qazandıq. Bu, bizi ruhdan salmadı. XXX London

Yay Olimpiya Oyunlarında isə medalların sayı 10-a çatdı. Göründüyü kimi, bu çox böyük nəticədir.

Azərbaycanın müstəqil ölkə kimi beşinci dəfə qatıldığı Yay Olimpiya Oyunlarında 10 medal qazanması ölkə

başçısının idmana göstərdiyi qayğının nəticəsidir. Göründüyü kimi hər dəfə irəliyə doğru qətiyyətli addımlar

atılmışdır. Sevinirəm ki, budəfəki yarışmada mənim də yetirməm mübarizə aparırdı. Mən özüm dəfələrlə

Avropa və dünya birinciliklərində hakimlik etmişəm. Hər dəfə də eşitmişəm ki, Azərbaycanda idmanın

inkişafına yüksək səviyyədə qayğı göstərilir. Sevinirəm ki, ölkəmizdə idman və idmançılara göstərilən qayğı

beynəlxalq aləmə də bəllidir. Mən də qabaqcıl idmançı kimi dövlət başçısının bu qayğısını hiss etmişəm. Bir

qədər əvvəl möhtərəm Prezidentimiz mənə ev bağışladı. Bu qayğını Avropa və dünya birinciliklərində uğurla

çıxış edən idmançılarımızın hər biri hiss edir.

Hamı kimi mənim də sevincimin həddi-hüdudu yoxdur. İdmançılarımız London Yay Olimpiya Oyunlarında

yüksək nəticə göstərdilər. Azərbaycanın bayrağı on dəfə qaldırıldı. İki dəfə isə ən yüksəkliyə qaldırıldı. İki dəfə

dövlət himnimiz səsləndirildi. Bu hər bir azərbaycanlı üçün fəxrdir və qürur mənbəyidir. Ölkəmizdə idmana

göstərilən qayğı gələcəkdə daha yüksək nəticələr qazanacağımızdan xəbər verir.

Əliqismət BƏDƏLOV.

“Xalq qəzeti”.-2012.-17 avqust.-N 183.-S.5.

191

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

XXX London Yay Olimpiadasında Azərbaycanın qazandığı uğurlar bu ölkədə idmanın

yüksək səviyyəsindən xəbər verir

Londonda Yay Olimpiadasında Azərbaycanın qazandığı tarixi qələbə "Odlar yurdu"nun beynəlxalq

aləmdə idman ölkəsi kimi tanınmasına və nüfuzunun daha da artmasına səbəb olmuşdur. Həqiqətən də

bu yarışlarda biz möhtəşəm uğur qazanmışıq.

Azərbaycan idmançıları komandalar hesabında 175 ölkəni geridə qoyaraq mübarizəyə qoşulan 205 ölkə

arasında 30-cu yerdə qərarlaşmış, yarışları Avropa dövlətləri arasında 15-ci, keçmiş sovet respublikaları

arasında isə 5-ci mövqedə başa çatdırmışdır. Mübarizəyə qoşulan ölkələrin yalnız 35-nin nümayəndələri iki və

daha çox qızıl mükafat qazanmışlar ki, onlardan biri də, artıq dünyada idman ölkəsi kimi şan-şöhrət qazanmış

Azərbaycandır. Bu, hər bir azərbaycanlıya böyük qürur bəxş edir, respublikamızın bütün sahələrdə uğurlu

yüksəlişini dünyaya nümayiş etdirir.

Mötəbər idman yarışlarında Azərbaycanın misilsiz nailiyyətlər əldə etməsi dünyada böyük əks-səda

doğurmuşdur. XXX London Yay Olimpiadası başa çatdıqdan və ölkəmizin medal qazanmış 85 ölkənin

nəticələrini əks etdirən cədvəldə bir çox dövləti, o cümlədən İsveçrə, Norveç, Kanada, İsveç, Meksika,

Argentina, Belçika, Finlandiya, Bolqarıstan, Portuqaliya, Yunanıstan, Hindistan, Malayziya, İndoneziya kimi

ölkələri qabaqladığı məlum olduqdan sonra elektron poçtumuza onlarla təbrik mesajları gəlmişdir. Dünyanın

müxtəlif ölkələrindən, o cümlədən qonşu dövlətlərdən, həmçinin qardaş Türkiyədən gələn həmin məktublarda

Azərbaycan idmançılarının ünvanına ən xoş ifadələr səsləndirilir, ölkəmizin iqtisadiyyat sahəsində olduğu kimi,

idmanda da möcüzələr yaratdığı vurğulanır.

Poçt ünvanımıza gələn məktublar arasında qardaş Türkiyənin nüfuzlu "Yeni Asya" qəzetinin şöbə müdiri

Rüşdü Altınər tərəfindən göndərilmiş məktub daha çox diqqətimizi cəlb etdi. Azərbaycanın qazandığı möhtəşəm

qələbə münasibəti ilə bizi təbrik edən hörmətli həmkarımız ölkəmiz barədə ən xoş arzularını ifadə edir.

Məsələnin aktuallığını nəzərə alaraq "Yeni Asya" qəzetinin şöbə müdiri Rüşdü Altınərin bizə ünvanladığı

məktubu oxucularımıza təqdim edirik:

- Hər kəsə məlumdur ki, mötəbər idman yarışı olan XXX London Yay Olimpiadasının gedişi və onun

nəticələri bütün dünya tərəfindən maraqla izlənilir. Bu da təsadüfi deyil. Çünki ölkələr öz hərbi, siyasi, iqtisadi

qüdrətini müxtəlif müstəvilərdə ifadə etdikləri kimi, idman sahəsində nailiyyətlərini də göstərir, öz güclərini

olimpiya oyunlarında nümayiş etdirir, dövlət bayraqları yüksəklərə qaldırılır, səsləndirilən dövlət himnləri bütün

dünya tərəfindən eşidilir və nəticə etibariylə uğur qazanan komandaların mənsub olduqları ölkələr beynəlxalq

ictimaiyyətin diqqət mərkəzində olur. Mən hədsiz dərəcədə sevinirəm ki, sonuncu olimpiya oyunlarında dost,

qardaş can Azərbaycan da liderlər siyahısında yerini aldı, Azərbaycanın üçrəngli möhtəşəm bayrağı 10 dəfə

yüksəklərə qaldırıldı, dünyadakı bütün insanlar 2 dəfə Azərbaycan Respublikasının Himnini dinlədilər. Bu,

böyük uğurdur, möhtəşəm qələbədir. Deyərdim ki, dövlətlərin savaşda qazandığı qələbələrdən daha böyük

uğurdur. Çünki savaşlarda qələbələr qan, göz yaşı, acılar hesabına qazanılır. Ancaq idmanda qazanılan

nailiyyətlər çalışmaqla, dostcasına yarışmaqla əldə olunur və bütün dünya tərəfindən alqışlanır, ölkələrin mütləq

üstünlüyü, hərbi, siyasi, iqtisadi gücünün tərənnümü kimi qəbul edilir.

XXX London Yay Olimpiadasının nəticələrinə nəzər yetirdikdə diqqətimi bir məsələ də cəlb etdi. 30-cu

mövqeni qazanan Azərbaycan Respublikasının cəmi 21 illik müstəqillik tarixi var, həmçinin əhalisinin sayı və

ərazisi də digər ölkələrə nisbətən xeyli azdır. Lakin buna baxmayaraq, qardaş dövlətimiz 175 ölkəni geridə

qoyaraq, mən deyərdim ki, zirvəyə çatıb. 175 rəqəmi bəlkə də hansısa əşya sayılanda sizə az say təsiri

bağışlayar, ancaq 175 ölkə dedikdə, bunun nə qədər böyük mahiyyət daşıdığını izah etməyə söz tapmaq

mümkün deyil. Ərazisinin böyüklüyünə görə dünyanın 7-ci ən böyük ölkəsi olan və əhalisinin sayı 1 milyardı

çoxdan keçən Hindistan siyahıda 55-ci yerdə, yenə ərazisinə görə 16-cı yerdə qərar tutan, əhalisinin sayı 230

milyonu keçən İndoneziya 66-cı yerdə qərar tutduğu halda, Azərbaycan 30-cu yerə yüksəlmiş, hətta, bu zaman

32-ci yerdə qərarlaşan 75 milyonadək əhalisi olan, dünyanın ən böyük 16-cı iqtisadiyyatına, NATO-nun ən

böyük 2-ci ordusuna sahib olan Türkiyəni də geridə qoymuşdur. Təbii ki, biz də istərdik ki, Azərbaycan kimi ön

sıralarda yer alaq, lakin qardaş ölkənin nəhəng sıçrayışla dünyanın böyük ölkələrinin öndərliyində yer alması da

bizi hədsiz dərəcədə sevindirdi, can Azərbaycanla bir daha qürur duymağımıza, onunla fəxr etməyimizə səbəb

oldu.

Olipiadada da qızıl medal qazanan azərbaycanlı pəhləvanın Azərbaycan bayrağı ilə yanaşı Türkiyənin

bayrağını da əllərində yüksəklərə qaldırmasını sevinc göz yaşları içərisində izlədik, bununla qürur duyduq,

"Odlar yurdu"na olan sevgimiz, sayqımız daha da artdı. Türkiyə ictimaiyyəti bir daha azərbaycanlı

qardaşlarımızın qardaşlığa, dostluğa sədaqətli olduğunu gördü, Azərbaycan türklərinin hər yerdə, o cümlədən

yarış meydanında öz ölkələri ilə yanaşı Türkiyənin də şərəfini uca tutduqlarının şahidi oldu.

192

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Burada bir haşiyə çıxaraq qeyd etmək istərdim ki, "Eurovizion-2011" mahnı müsabiqəsi yekunlaşanda

qələbə qazanan azərbaycanlı təmsilçilər səhnəyə çıxarkən də biz eyni mənzərəni gördük. Azərbaycanlı qalib

Nigar Camalın əlində Azərbaycan bayrağı ilə yanaşı Türkiyənin də bayrağı var idi. Bu hadisə də bizim ölkədə

böyük coşğu ilə, sevinclə qarşılandı. Çünki bayraq bir millətin, dövlətin əsas simvolu, rəmzi, onun şərəfi,

namusu, hər şeyidir. Əgər bir azərbaycanlı öz dövlətinin bayrağı ilə yanaşı Türkiyənin də bayrağını yüksəklərə

qaldırırsa, bu o deməkdir ki, həmin qardaşımız və onun timsalında Azərbaycan xalqı Türkiyəni doğma Vətəni

hesab edir, türk xalqına böyük məhəbbət bəsləyir. Biz hədsiz dərəcədə sevinirik ki, bu gün müstəqil Azərbaycan

dövləti var və 21 illik müstəqillik tarixinə malik olan həmin dövlətimiz son illər dünyada möhtəşəm uğurlara

imza atır, günəş kimi parlayır, hər tərəfə nur saçır. Azərbaycanda keçirilən "Eurovizion-2012" mahnı yarışması

bunu bir daha təsdiq etdi. Can Azərbaycan bu mötəbər tədbiri Avropanın qabaqcıl dövlətlərindən də yüksək

səviyyədə keçirdi. Yarışmanın keçirildiyi möhtəşəm "Kristall Zal"ın gözəlliyi hər kəsi heyran etdi. Beynəlxalq

ictimaiyyət gördü ki, mustəqil Azərbaycan Respublikası ötən illər ərzində əsaslı nailiyyətlər əldə edib, iqtisadi

cəhətdən xeyli güclənib, dünyanın aparıcı ölkələri sırasına daxil olub. Möhtəşəm gözəlliyə malik olan Bakı

şəhəri də bu yüksəlişin simvolu kimi yaddaşlarda qaldı.

Məmnuniyyətlə qeyd etmək istərdim ki, bu gün Cənubi Qafqaz iqtisadiyyatının 80 faizi məhz Azərbaycanın

payına düşür. Birmənalı şəkildə deyə bilərəm ki, Azərbaycan bütün sahələr üzrə Cənubi Qafqazın lider

dövlətidir. Bu gün Azərbaycan dünyanın təhlükəsizlik siyasətini müəyyənləşdirən 15 dövlət arasında yer

almışdır. Keçən il qardaş ölkə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyini qazanaraq mötəbər qurumun

Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Mən indiyədək hər hansı bir dövlətin eyni vaxtda dünyadakı

bu qədər ölkənin dəstəyini qazandığını xatırlamıram. Bu, qeyri-adi nailiyyətdir, beynəlxalq ictimaiyyətin böyük

etimadıdır, dəstəyidir. Bu onu göstərir ki, Azərbaycanın yürütdüyü xarici siyasət uğurludur və müasir qlobal

çağrışlara tam cavab verir. Bu, həm də onu göstərir ki, Azərbaycan Respublikası böyük və uğurlu yol qət edərək

qüdrətli ölkələr sırasına daxil ola bilib.

Nəhayət, bütün bunlarla yanaşı, bu gün Azərbaycan idmançıları ölkənizin beynəlxalq aləmdəki imicini daha

da yüksəldərək, XXX London Yay Olimpiya Oyunlarında ikisi qızıl olmaqla, on medalla Vətənə qayıtmışlar.

Bu da növbəti böyük nailiyyətdir. Araşdırmalarım nəticəsində belə qərara gəldim ki, əslində, Azərbaycan

idmançılarının Londonda uğur qazanacağı gözlənilən idi. Çünki "Xalq qəzeti"nin İnternet saytından bu barədə

məlumatlara nəzər yetirərkən, oxudum ki, son illər həqiqətən də Azərbaycanda idman sahəsində böyük

irəliləyişlər əldə olunmuş, idmançılarınızın uğurları nəzərəçarpacaq dərəcədə artmışdır. Məsələn, "Xalq

qəzeti"ndə yayınlanan bir məqalədə qeyd olunur ki, 1996-cı ildə Atlanta Olimpiadası ərəfəsində keçirilən

beynəlxalq yarışlarda idmançılarınız 71, Sidney Olimpiadası ərəfəsində 146, Afina Olimpiadası ərəfəsində 262,

Pekin Olimpiadası ərəfəsində 467, London Olimpiadası ərəfəsində isə 835 medal qazanıblar. Deməli, artım

dinamikasına əsasən Londonda qazanacağınız medalların sayı daha çox olacaqdı və belə də oldu. Digər bir fakta

nəzər yetirək. Pekin Olimpiadasında Azərbaycan 44 lisenziya qazanaraq 11 idman növündə təmsil olunurdusa,

Londonda 53 lisenziya ilə 16 idman növündə təmsil olundu. London Olimpiadasında Azərbaycan müstəqillik

tarixində ilk dəfə olaraq beş yeni - kanoe, akademik qayıqlarda avarçəkmə, velosiped idmanı, idman

gimnastikası və qılıncoynatma idman növlərində də təmsil olundu. Pekində Azərbaycanı bir hakim təmsil

edirdisə, Londona beş hakim yarışların idarəçiliyinə cəlb olundu. Müstəqil respublikanızın Olimpiya

oyunlarında cəmi 5 dəfə iştirak etməsinə baxmayaraq, Londonda 10 medal qazandınız və Azərbaycanın

dünyanın inkişaf etmiş idman ölkəsi olduğunu sübut etdiniz.

İdmançılarınızın London Olimpiadasında qazandığı uğurlar Azərbaycanda vətənpərvərlik ruhunun

yüksəlməsinə də zəmin yaradır. Deyə bilərəm ki, qazanılan bütün uğurlar dövlətlə xalqın sıx birləşməsinə və

birgə gücün ifadə edilməsinə işarədir. Ümumilikdə, idmançılarınızın zəfərləri milli inkişafa təkan verən vacib

amildir. Hər bir Azərbaycan türkü, gənci öz ölkəsinin güclü olduğunu dərk etdikcə, əlbəttə ki, bu, Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də qələbə qazanacağınıza ictimai inamı daha da artırır.

Bununla bərabər, Azərbaycan hər dəfə bir möhtəşəm uğura imza atanda dünya erməniliyi daha da sarsılır,

işğalçı Ermənistan dövləti kimin torpaqlarını işğal etdiyini və bunun hansı nəticələr doğura biləcəyini daha

yaxşı dərk edir.

Sonda onu qeyd etmək istərdim ki, bu gün dünyada gedən qlobal inteqrasiya proseslərinin

sürətləndirilməsindəki əhəmiyyəti, irqindən, dinindən asılı olmayaraq, müxtəlif millətlərin nümayəndələrini bir

araya toplayaraq onların ədalətli oyun prinsipləri əsasında idman mübarizəsinə qoşulmasını təmin etməsi ilə

seçilən Olimpiya oyunları beynəlxalq həyatın ən möhtəşəm və mötəbər bir tədbiridir. Bu tədbirdən heç bir

dövlət kənarda qalmır, hamı olimpiya oyunlarında layiqincə təmsil olunmağa, qələbə qazanmağa çalışır.

Əminliklə demək olar ki, Azərbaycan bu məsələdə böyük uğura imza atdı, qələbəyə nail oldu. Azərbaycanın

uğuru, Azərbaycanın qələbəsi bütün türk dünyasının sevinc, qürur mənbəyidir. Fürsətdən istifadə edib, bütün

qardaşlarımın Ramazan bayramını səmimi qəlbdən təbrik edirəm. Biz qüdrətli Azərbaycan Respublikası ilə fəxr

edirik.

193

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

P.S. Əziz qardaşımız və həmkarımız Rüşdü Altınərin ölkəmiz haqqındakı təqdiredici fikirlərini böyük

məmnunluqla qarşılayır və ona xatırladırıq ki, bizim - Türkiyə ilə Azərbaycanın medallarını eyni yerdə saymaq

ixtiyarımız var. Elə sayanda isə bizim əslində, 15 medalımız olduğunu görürük. Türkiyə ilə Azərbaycanın qızıl

və gümüş medalları isə eyni saydadır.

Rauf KƏNGƏRLİ.

“Xalq qəzeti”.-2012.-19 avqust.-N 185.-S.3.

194

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan idmançıları dünyanın ən güclülərindən olduqlarını

bir daha sübut etdilər

XXX Yay Olimpiya Oyunları başa çatsa da, xalqımız bu yarışmanın xoş təəssüratlarından hələ də

ayrıla bilmir. Son zamanlar bütün olimpiadalarda yüksək nəticələr əldə edən idmançılarımız London

Olimpiadasında 10 medal qazanmaqla rekord nəticəyə imza atdılar. Güləşçilərimizin qazandığı uğurları

xüsusilə qeyd etmək istərdim. Əlbəttə, mən bütün idman növləri üzrə mükafata layiq yer tutanları

alqışlayıram. Ancaq yunan - Roma güləşi üzrə məşqçi olduğuma görə güləşçilərimizin qazandıqları

uğurlar mənə daha çox sevinc bəxş etdi.

Çünki Olimpiya iştirakçıları arasında mənim də yetirməm var idi. Olimpiyaçılarımızın 2 qızıl, 2 gümüş, 6

bürünc, ümumilikdə 10 medal qazanmaqla ölkəmizi 205 dövlət arasında 30-cu pilləyə qaldırmaları dünyada

yaşayan bütün azərbaycanlıların qürur mənbəyidir. Bu, müstəqil Azərbaycan dövləti üçün çox yaxşı bir

nəticədir. Çünki ölkəmiz 1996-cı ildən müstəqil dövlət kimi Olimpiya oyunlarına qoşulub və qısa vaxtdan sonra

dünyanın inkişaf etmiş dövlətlərini geridə qoydu. Təbii ki, qazanılan bu möhtəşəm qələbəyə görə ilk növbədə

dövlətimizin başçısı, Milli Olimpia Komitəsinin prezidenti cənab İlham Əliyevə minnətdar olmalıyıq. Çünki

onun birbaşa idmana rəhbərliyi, idmançılara göstərdiyi böyük qayğıya görə Azərbaycan dünyanın inkişaf etmiş

ölkələri arasında, Olimpiya hərəkatında misilsiz uğur qazanıb. İdmana dövlət səviyyəsində göstərilən qayğı bizə

ümid verir ki, növbəti Olimpiya oyunlarında, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində daha yaxşı

nailiyyətlər qazanacağıq və medallarımızın da sayı artacaq.

Ulu öndər Heydər Əliyev gənclərimizə böyük ümid bəsləyir, onların idmanla məşğul olmaları, beynəlxalq

turnirlərdə iştirakını təmin etmək üçün hər cür şərait yaradırdı. 1996-cı il iyunun 29-da Azərbaycan

Respublikasının Prezidenti Heydər Əliyev Atlantada keçirilmiş XXVI Yay Olimpiadasında iştirak etmiş

idmançılarımızla görüşü zamanı demişdir ki, bu, Azərbaycanın müstəqil dövlət kimi Olimpiya Oyunlarında ilk

çıxışıdır. Ona görə də hər biriniz müstəqil dövlətimizin adının daha yüksəkliklərə ucaldılması üçün ciddi

mübarizə aparmalısınız. Ulu öndər gənclərə güvəndiyini, inandığını bildirərək demişdir:"İdmanımızın, bədən

tərbiyəmizin çox geniş imkanları var. Biz bunu ümumxalq hərəkatına çevirməliyik. Ona nail olmalıyıq ki, bədən

tərbiyəsi və idman Azərbaycanın hər bir gənci, hər bir vətəndaşı üçün adi bir adət-ənənə olsun. Azərbaycan

gənci bir gün də bədən tərbiyəsi və idmandan kənarda qalmasın. Biz buna nail olmalıyıq. Bu, xalqımızın

gələcəyi üçün lazımdır. Müstəqil Azərbaycanı gələcəkdə də yaşatmaq, onu daha da möhkəmləndirmək, dünya

miqyasında böyük dövlətə çevirmək üçün gənclərimiz bu gündən hazırlaşmalıdırlar. Həm şüuri, zehni, mənəvi

cəhətdən, həm də fiziki cəhətdən hazırlaşmalıdırlar. Ona görə də sizin qarşınızda bu sözləri deməyi çox vacib

hesab edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, gənclərimiz xalqımızın gözəl ənənələrindən istifadə

edərək öz sağlamlığını qoruyacaq, özlərini fiziki cəhətdən möhkəmləndirəcək, mətinləşdirəcəklər, mənəvi

sağlamlıqlarını qoruyacaq və möhkəmləndirəcəklər.

Azərbaycanın böyük gələcəyi var. Azərbaycanın bir dövlət kimi, böyük təbii sərvətlərə malik olan bir ölkə

kimi böyük gələcəyi var. Amma bu gələcəyi biz sizinlə birlikdə qurmalı, yaratmalıyıq və gənclər Azərbaycanın

gələcəyini öz çiyinlərində irəliyə aparmalıdırlar. Əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycan gəncləri

məhz bu müqəddəs məqsədlərə sadiq olacaqlar və öz həyat tərzləri, istedadları ilə ölkəmizin gözəl gələcəyini

təmin edəcəklər".

Ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev idmanın

inkişafına xüsusi qayğı göstərdi. Biz bunun gözəl bəhrəsini indi də görürük. Respublikamızın bütün

regionlarında idmanın inkişafı üçün hər cür şərait yaradılıb. Dövlətimizin başçısı XXX Yay Olimpiya

Oyunlarında iştirak edəcək idmançılarla görüşü zamanı da bunu xüsusi vurğulayaraq dedi:"İdmanın inkişafını

müəyyən edən bütün amillər Azərbaycanda vardır. İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə

təmsil edirlər, hər il yüzlərlə medal qazanırlar. Həm dünya, həm də Avropa çempionatlarında Azərbaycanın

milli bayrağı dalğalanır, Azərbaycanın milli himni səslənir. Əlbəttə, bu, hər bir Azərbaycan vətəndaşı üçün

böyük sevincdir, böyük fərəh hissi yaradır. Mən əminəm ki, bundan sonrakı dövrdə də idmançılarımız ölkəmizi

ləyaqətlə təmsil edəcəklər.

İdmanın kütləviliyinin təmin edilməsi üçün Azərbaycanda geniş tikinti-quruculuq işləri aparılır. Hazırda 34

regional Olimpiya Mərkəzi tikilmişdir, 8 mərkəzdə tikinti davam edir. Əminəm ki, yaxın zamanlarda hər bir

rayon mərkəzində müasir Olimpiya İdman Kompleksi açılacaqdır. Bu siyasəti biz 2000-ci ildən başlamışıq və

son 12 il ərzində, demək olar ki, bölgələrimizin əksəriyyətində müasir olimpiya kompleksləri tikilmişdir. Gənc

idmançılar, uşaqlar bu imkanlardan səmərəli şəkildə istifadə edirlər. Bizim milli Olimpiya komandamızın

tərkibində olan idmançıların bəziləri də öz idman fəaliyyətini məhz son illər ərzində tikilmiş olimpiya

komplekslərində başlamışlar.

195

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Yenə də qeyd etmək istəyirəm ki, bu, həm idmanın kütləviliyini təmin edir, eyni zamanda, gənc

idmançılarımızın yetişdirilməsində də çox mühüm bir vasitədir. Bunu da qeyd etmək istəyirəm və çox şadam ki,

Azərbaycanda idmanın inkişaf dinamikası çox müsbətdir. Yeni gənc nəsil yetişir və Olimpiya komandamızın

tərkibindəki idmançıların böyük əksəriyyəti ilk dəfə olaraq Olimpiya Oyunlarında iştirak edəcəkdir. Yəni, bu,

onu göstərir ki, idman ardıcıllıqla inkişaf edir, idmanda nəsillər dəyişir və gənclər də böyüklərin, çempionların

yerlərini tuturlar".

Gənclərin idmana olan marağının xüsusilə böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdıran dövlətimizin

başçısı dedi ki, bu maraq, eyni zamanda, beynəlxalq yarışların nəticələrində də özünü göstərir. Gənclər arasında

keçirilən birinci Ümumdünya Olimpiya Oyunlarında Azərbaycan idmançıları böyük uğurlar qazanmışlar və

komanda hesabında 10-cu yeri tutmuşlar. Bu, onu göstərir ki, idman Azərbaycanda ardıcıl şəkildə inkişaf edir,

gənclər idmana böyük maraq göstərir. Beləliklə bu, bizə imkan verəcəkdir ki, bundan sonra bütün dövrlərdə

gənc, istedadlı idman nəsli yetişdikcə uğurlarımız da davamlı olsun. Kütləviliyə gəldikdə, bir daha demək

istəyirəm ki, əlbəttə, idman, hər bir insan üçün gündəlik həyat tərzi olmalıdır. Azərbaycan Prezidenti hər bir

gəncə, hər bir vətəndaşa idmanla məşğul olmağı tövsiyə etdi. Bildirdi ki, idmanın çox böyük xeyri vardır. İdman

insanı fiziki cəhətdən möhkəm edir. İdmançılar, xüsusilə, Azərbaycan idmançıları böyük mənəvi dəyərlərə

malikdirlər. Təsadüfi deyildir ki, Azərbaycan cəmiyyətində idmançılara çox böyük hörmət vardır. Bu hörməti

idmançılarımız həm öz qələbələri, həm də cəmiyyətdə olan fəaliyyətləri ilə qazanmışlar.

Azərbaycan nisbətən gənc, müstəqil dövlətdir. Bizim müstəqilliyimizin cəmi 20 yaşı vardır. Ancaq bütün

sahələrdə olduğu kimi, idman sahəsində də böyük uğurlar qazana bilmişik. Azərbaycan bu gün dünyada idman

ölkəsi kimi tanınır. Biz beynəlxalq idman ailəsində layiqli yeri tuta bilmişik. Bu gün Azərbaycan idmançıları hər

bir rəqib üçün çox ciddi sınaqdır və idman ölkəsi adını qazanmaq asan məsələ deyildir. Biz bu adı öz

əməyimizlə, idmançılarımızın zəhməti, məşqçilərin əməyi ilə qazanmışıq.

Möhtərəm Prezidentimiz bizim əsas məqsədlərimizdən birinin ölkə idmanını inkişaf etdirməkdən və

Azərbaycanın uğurlarını təmin etməkdən ibarət olduğunu bir daha diqqətə çatdırdı. London Olimpiadası bir

daha təsdiqlədi ki, ölkəmizin idman sahəsindəki reytinqi getdikcə yüksəlir və idmançılarımız artıq dünyada ən

güclü olduqlarını təsdiqlədilər. Olimpiadadan Olimpiadaya medallarımızın sayının artması, yeni idman

qəhrəmanlarımızın ortaya çıxması da bundan xəbər verir. İdmançılarımız və biz məşqçilər Azərbaycanda

idmana, Olimpiya hərəkatına dövlət tərəfindən böyük qayğı göstərilməsindən daha da ruhlanırıq.

Mənim sevincim isə digərləri ilə müqayisədə daha çoxdur. Çünki olimpiyaçılar arasında mənim də yetirməm

var idi. Ötən Olimpiya Oyunlarının mükafatçısı olmuş Vitali Rəhimov, Yeniyetmələrin Sinqapur Olimpiya

oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxmış Murad Bazarov və London Olimpiadasının

iştirakçılarından biri Həsən Əliyev mənim yetirmələrimdir. Mən beynəlxalq yarışlarda böyük uğurlara imza

atmış daha bir yetirməmə də böyük ümid bəsləyirəm. Yeniyetmələr arasında 3 dəfə Avropa çempionu olmuş,

dünya birinciliyində 2 dəfə gənclər arasında dünya birinciliyinin mükafatçısı olmuş Eldəniz Əzizli çox

perspektivli güləşçidir. İnanıram ki, növbəti Olimpiya oyunlarında onun da adını qaliblər sırasında görəcəyik.

Azərbaycanda idmançılara, idmana göstərilən qayğı ildən - ilə daha da yüksəlir. Hazırda respublikamızın

müxtəlif rayonlarında beynəlxalq standartlara uyğun olmpiya idman kompleksləri tikilb istifadəyə verilir. Bu,

regionlarda da güclü idmançıların yetişdirliməsinə əlverişli şərait yaradır. Dövlətimizin başçısının sərəncamı ilə

2012-ci ilin Azərbaycanda "İdman ili" elan olunması idmana göstərilən diqqət və qayğının bariz nümunəsidir.

İdmançılarımız London Olimpiadasına yola düşməzdən əvvəl yaxşı bilirdilər ki, bu il ölkəmizdə Milli

Olimpiya Komitəsinin rəsmən fəaliyyətə başlamasının 20-ci və Azərbaycan Prezidenti İlham Əliyevin Milli

Olimpiya Komitəsinə rəhbərliyinin 15-ci ildönümüdür. Bu əlamətdar günləri parlaq qələbələrlə qarşılamaq

böyük sevinc olardı. İdmançılarımız bu sevinci bizə - dünya azərbaycanlılarına bəxş etdilər.

İndi dünyanın məşhur idmançıları, məşqçiləri, aparıçı kütləvi informasiya vasitələri Azərbaycan

idmançılarının, xüsusilə də sərbəst güləşçimiz - 19 yaşlı Toğrul Əsgərovun parlaq qələbəsindən danışır,

məqalələr dərc edirlər. Mən Rusiya Federasiyasında bəzi kütləvi informasiya vasitələrində dərc olunan

məqalələrə istinadən deyirəm ki, Rusiya idman ictimaiyyətinin təmsilçiləri hələ də Azərbaycan pəhləvanı

Toğrul Əsgərovun 4 qat dünya çempionu, rusiyalı Besik Kudukova gözünü açmağa imkan verməməsi şokundan

ayıla bilməyiblər. Fərəhlidir ki, Toğrul kimi perspektivli, ümidverici idmançılarımız yetişməkdədir. Elə mənim

məşqçi kimi fəaliyyət göstərdiyim Respublika Olimpiya İdman Liseyində də belə ümidverici idmançılar çoxdur.

Biz onlara çox inanırıq. Ümid edirik ki, növbəti Olimpiya Oyunlarında daha çox medallar qazanacaq,

Azərbaycanın idman tarixinə daha şanlı səhifələr yazacağıq.

Vaqif FEYZULLAYEV,

Azərbaycanın əməkdar məşqçisi, Respublika

Olimpiya İdman Liseyinin idman işləri üzrə direktor müavini

“Xalq qəzeti”.-2012.-23 avqust.-N 186.-S.5.

196

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

XXX London Yay Olimpiya Oyunlarında Azərbaycana parlaq qələbələr bəxş etmiş

idmançılar və onların məşqçiləri mükafatlandırılmışlar

Böyük Britaniyanın və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı Londonda keçirilmiş XXX Yay

Olimpiya Oyunlarında Azərbaycana parlaq qələbələr bəxş etmiş idmançılar və onların məşqçiləri

avqustun 24-də mükafatlandırılmışlar.

AzərTAc xəbər verir ki, bu münasibətlə Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında idman

ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən təntənəli mərasimdə XXX London Yay Olimpiya

Oyunlarının yekunları barədə məlumat verilmişdir.

Bildirilmişdir ki, XXX London Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 10 medal qazanaraq

xalqımıza xoş anlar yaşatmışlar. Sərbəst güləşçilər Toğrul Əsgərov (60 kq) və Şərif Şərifov (84 kq) qızıl medal

qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Yunan-Roma güləşçisi Rövşən Bayramov (55 kq),

qadın güləşçi Mariya Stadnik

(48 kq) gümüş, yunan-Roma güləşçisi Emin Əhmədov (74 kq), sərbəst güləşçi Xetaq Qazyumov (96 kq),

qadın güləşçi Yuliya Ratkeviç

(55 kq), boksçular Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) və ağır atlet

Valentin Xristov (56 kq) bürünc medallar qazanmışlar. İdmançılarımızın bu qələbəsi dövlətimizin, bütövlükdə

xalqımızın qələbəsidir.

Azərbaycanın olimpiya yığması bu göstərici ilə 205 ölkə arasında 30-cu olmuşdur. Millimiz Avropa ölkələri

arasında 15-ci, MDB dövlətləri arasında 5-ci yerdə qərarlaşmışdır. Ölkəmiz türkdilli dövlətlər arasında yalnız

Qazaxıstandan geri qalmışdır.

Eyni zamanda, tədbirdə Prezident İlham Əliyevin XXX London Yay Olimpiya Oyunlarında iştirak edəcək

Azərbaycan idmançılarını ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə mükafatların müəyyən

edilməsinə dair imzaladığı sərəncam diqqətə çatdırılmışdır.

Qeyd edilmişdir ki, Azərbaycan Prezidentinin 2012-ci il 3 iyul tarixli sərəncamına əsasən, Olimpiya

Oyunlarında birinci yeri tutan hər idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat, ikinci yeri tutan

idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat, üçüncü yeri tutan idmançıya 100 min manat, onun

məşqçisinə 50 min manat məbləğində mükafatlar müəyyən edilmişdir.

Tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və MOK-un vitse-prezidenti Çingiz

Hüseynzadə London Yay Olimpiya Oyunlarında möhtəşəm qələbələrə imza atmış idmançılarımızı təbrik etmiş

və onlara növbəti Olimpiya oyunlarında uğurlar arzulamışlar.

Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu idman siyasəti bu gün öz bəhrəsini verir. Eləcə

də bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycanın dünyada idman ölkəsi kimi

tanınmasında müstəsna xidmətləri vardır. İdmana göstərilən dövlət qayğısının nəticəsidir ki, müstəqil

Azərbaycanın övladları ölkəmizin şərəfini müxtəlif idman yarışlarında ləyaqətlə qoruyurlar.

Tədbirin sonunda London Yay Olimpiya Oyunlarında Azərbaycana medallar qazandırmış idmançılara və

onların məşqçilərinə mükafatlar təqdim edilmişdir.

“Xalq qəzeti”.-2012.-25 avqust.-N 188.-S.2.

197

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara

alıram:

XXX London Yay Olimpiya Oyunlarında qazandıqları yüksək nailiyyətlərə, habelə Azərbaycan

idmanının inkişafındakı xidmətlərinə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri

təltif edilsinlər:

“Şöhrət” ordeni ilə

Əsgərov Toğrul Şəhriyar oğlu

Şərifov Şərif Naibqadjavoviç

Absaidov Saypulla Atavoviç

Şərifov Hicran İbrahim oğlu

Umudov Firdovsi Qəminalı oğlu

Zeynalov Elçin Hidayət oğlu

“Tərəqqi” medalı ilə

Aliomarov Maqomed Aliomaroviç

Bora Salih

Cəfərov Əjdər Xosrov oğlu

Əhmədov Emin Vidadi oğlu

Əlimzanov İlham Şamileviç

Xristov Valentin Snejev

Qaziyev Qacimurad Katiboviç

Məcidov Məhəmmədrəsul Yusup oğlu

Məmmədov Teymur Fizuli oğlu

Nəcəfov Mehman Ağa-Əli oğlu

Ratkeviç Yuliya Nikolayevna

Rəşidov Rəşad Yusif oğlu

Vassilev Zlatan Vanev

“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə

Bayramov Rövşən Cənnət oğlu

Qazyumov Xetaq Ruslanoviç

Stadnik Mariya Vasilyevna

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 avqust 2012-ci il.

198

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

London Yay Olimpiya Oyunları bir daha sübut etdi ki, Azərbaycan sözün əsl mənasında

idman dövlətidir

Azərbaycan Prezidenti İlham Əliyev XXX London Yay Olimpiya Oyunlarında

iştirak etmiş idmançılarla görüşmüşdür

Bakı, 31 avqust (AzərTAc). Xəbər verdiyimiz kimi, avqustun 31-də Azərbaycan Respublikasının

Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev XXX London Yay Olimpiya Oyunlarında

iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşmüşdür.

Görüşə toplaşanlar Azərbaycan Prezidentini və ailə üzvlərini hərarətlə qarşıladılar.

Ölkəmizdə idmanın, Olimpiya hərəkatının inkişafına göstərilən diqqət və qayğıdan, idmançılarımızın

Olimpiya oyunlarında qazandıqları qələbələrdən bəhs edən film nümayiş olundu.

Dövlətimizin başçısı görüşdə nitq söylədi.

Prezident İlham Əliyevin

nitqi

- Əziz dostlar!

Əziz idmançılar!

Əziz olimpiyaçılar!

Bu gün nümayiş etdirilən bu kiçik videofilmdə Olimpiya oyunlarının unudulmaz anları bir daha

gözümüzün önündən keçdi. Doğrudan da unudulmaz anlar idi və bu qələbə sevincini bizə idmançılarımız bəxş

etdilər.

Azərbaycan, sözün əsl mənasında, idman dövlətidir. London Yay Olimpiya Oyunları bunu bir daha

təsdiqlədi, bir daha sübut etdi. Azərbaycan Olimpiya oyunlarında ən böyük uğuru London Olimpiya

Oyunlarında qazanmışdır. Bu Olimpiya oyunlarında 200-dən çox ölkə iştirak edirdi. Azərbaycan bu yarışda 30-

cu yeri tuta bilmişdir. Medalların sayına görə 24-cü yerdəyik. Avropa ölkələri arasında 15-ci, müsəlman ölkələri

arasında isə 3-cü yerdəyik. Azərbaycan idmançıları 10 medal qazanmışlar - ikisi qızıl, ikisi gümüş, altısı bürünc

medaldır. Bu, doğrudan da böyük və tarixi nailiyyətdir. Bu, Azərbaycan idmanının, Azərbaycan dövlətinin

təntənəsidir. Bu qələbə gözlənilən idi. Biz idmançıları Londona yola salarkən onlardan böyük ümidlərlə nəticə

gözləyirdik. Bu ümidlərin əsası var idi. Çünki biz artıq neçə ildir ki, bu qələbəyə doğru irəliləyirik. Birinci dəfə

müstəqil dövlət kimi Atlantada bir medal, ondan sonra Sidneydə üç, Afinada beş, Pekində yeddi və nəhayət,

Londonda on medal qazanmışıq. Əhali və ərazi baxımından bizdən bir neçə dəfə böyük olan ölkələri arxada

qoyduq.

Bir daha demək istəyirəm ki, bu, tarixi qələbədir. Bu qələbə idmançılarımızın qələbəsidir. Azərbaycan

dövləti və xalqı adından bütün idmançılara - peşəkarlığını, Vətən sevgisini nümayiş etdirən bütün idmançılara

dərin minnətdarlığımı bildirmək istəyirəm. Ümidvaram ki, bizi gələcəkdə də medallar, qələbələr gözləyir. Bu

qələbələr bütün xalqımızı sevindirəcəkdir. Medallar qazanmış idmançıları bu gün xüsusilə qeyd etmək

istəyirəm. Bürünc, gümüş medallar qazanmış idmançıları və əlbəttə, bizim çempionları – Toğrul Əsgərovu və

Şərif Şərifovu xüsusilə qeyd edirəm. Onlar doğrudan da xalqımıza sevinc bəxş etdilər.

Bütövlükdə, idmançılarımızın Olimpiya oyunlarında çıxışı çox uğurlu idi. İlk günlərdən biz artıq

xəzinəmizə medal daxil edə bildik. Yəni, birinci medalı ilk günlərdə qazandıq. Ondan sonrakı günlərdə də biz

medallar qazana bilmişik. Amma əlbəttə ki, bütün Azərbaycan xalqı qızıl medal gözləyirdi. Nəhayət,

Olimpiadanın son günlərində bir gündə iki qızıl medal qazana bildik.

Mən bir daha demək istəyirəm ki, bu qələbə Azərbaycan xalqının qələbəsidir, idmançıların qələbəsidir.

Mən idmançıları xüsusilə qeyd edirəm, təbrik edirəm. Onların məşqçilərini təbrik edirəm. Məşqçilərin də böyük

zəhməti vardır. Bütün idman mütəxəssislərini təbrik edirəm.

Azərbaycan bu qələbəyə layiqdir. Azərbaycan güclü dövlətdir. Güclü dövlətin güclü idmanı da

olmalıdır. Həyatımızın hər sahəsində olduğu kimi, idmanda da qələbələrimiz görülən işlərin məntiqi nəticəsidir.

Azərbaycanda çox güclü və mehriban idman ailəsi vardır. Bu istiqamətdə düzgün dövlət siyasəti aparılır. Dövlət

siyasətinin düzgün istiqamətdə aparılması, idmanın inkişafına cavabdehlik daşıyan bütün qurumların vahid

komanda şəklində fəaliyyət göstərməsi, idmançılarımızın peşəkarlığı və Vətənə olan sevgisi bu qələbələri

şərtləndirdi.

Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar - biz

hamımız bu qələbələri təmin etmişik və əlbəttə ki, son sözü idmançılar döyüş meydanında deyirlər.

Mən çox şadam ki, idmanda proseslər çox müsbət istiqamətdə gedir. Ölkəmizin ümumi inkişafını idmanda

gedən proseslər işıqlandırır. Sirr deyildir, Olimpiya oyunları dünya miqyasında yeganə beynəlxalq mötəbər

tədbirdir ki, ölkələr öz aralarında rəqabətə çıxırlar. Dünyada istənilən başqa sahədə əlbəttə ki, rəqabət vardır və

199

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan da bu rəqabətdə daim yüksəklərdədir. Ancaq bu rəqabət idmanda qabarıq şəkildə özünü göstərir. Bu

rəqabət idmanda medalların sayı, ölkələrin müxtəlif yerləri tutması ilə müəyyən edilir. Təsadüfi deyildir ki, hər

bir ölkə istəyir ki, onun idmançıları daha da böyük qələbə qazansın, cədvəldə o ölkənin yeri daha da yuxarılarda

olsun. Biz buna nail ola bilmişik. Otuzuncu yer Azərbaycan kimi o qədər də böyük olmayan ölkə üçün tarixi

nailiyyətdir.

Onu da qeyd etməliyəm ki, medalların sayı daha da çox ola bilərdi. Çünki bəzi idmançılarımız

medalların bir addımlığında dayanmışdılar. Onlar da medallara layiq idilər. Amma hamımız - həm idmançılar,

həm ictimaiyyət yaxşı bilirik ki, bəzi hallarda hakimlərin ədalətsizliyi imkan vermədi ki, bəzi idmançılarımız

daha da yüksək əyarlı medallara nail ola bilsinlər. Bütün bunlar gözümüzün qarşısında baş verən hadisələr idi.

Ancaq idmançılarımızın həm peşəkarlığı, həm davranışı, həm ləyaqəti onlara olan hörməti daha da artırır.

Hamının gözü qarşısında əldə edilən qələbənin əlindən alınması da idmançılarımızı sarsıtmadı. Onların, necə

deyərlər, duyğularına təsir etmədi. Onlar bu ədalətsiz qərarlara ləyaqətlə dözdülər. Əminəm ki, bütün o yarışları

seyr edənlər gördülər ki, əsl qalib kimdir.

İdmançılarımızın əksəriyyəti gəncdir, onların böyük gələcəyi vardır. Hakimlərin ədalətsizliyi ucbatından

daha da yüksək medal ala bilməyən idmançılar, əminəm ki, növbəti yay Olimpiya oyunlarında bu ədalətsizliyi

aradan götürəcək və ədaləti bərpa edəcəklər.

Medallar qazana bilməyən, yaxud da ki, o qədər də yüksək nəticə göstərə bilməyən idmançılar da hesab

edirəm ki, peşman olmamalıdırlar. Halbuki biz onlardan da qələbə gözləyirdik. Amma bu, idmandır. İdmanda

məğlubiyyət də, qələbə də olur. Əsas odur ki, məğlubiyyət heç kimi ruhdan salmasın. İstənilən nəticəyə

çatmayan idmançılar isə nəticə çıxarsınlar, gələcək yarışlara daha da inamla hazırlaşsınlar və güclərini gələcək

yarışlarda göstərsinlər. Mən əminəm ki, belə də olacaqdır.

London Yay Olimpiya Oyunlarında Azərbaycan böyük say tərkibi ilə iştirak edirdi. Dünya miqyasında

50-dən çox idmançısı olan ölkənin nümayəndə heyəti böyük nümayəndə heyəti hesab olunur. Əllidən çox

idmançı ilə təmsil olunan Azərbaycan 10 medal qazandı və yenə də bir neçə idmançımız yüksək yerlərə nail ola

bilmişdir.

Beləliklə, London Yay Olimpiya Oyunları tarixə Azərbaycanın növbəti uğuru kimi düşür.

Bizim ölkə hər bir sahədə gözəl nəticələr göstərir. Beynəlxalq aləmdə biz böyük qələbələrə nail ola bilmişik.

Keçən il dünya birliyi yenə də çətin rəqabət şəraitində Azərbaycanın namizədliyini dəstəkləyərək dünyanın ən

mötəbər beynəlxalq qurumuna üzv seçdi. Hazırda Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür. Orada da

rəqabət kifayət qədər ciddi idi. Ancaq Azərbaycan öz mövqeyini şərəflə qorudu və sözün əsl mənasında, tarixi

qələbə qazana bildi.

İqtisadi sahədə Azərbaycanda əldə edilən uğurlar dünyada artıq nəinki tanınır, bilinir, eyni zamanda,

bizim təcrübəmiz öyrənilir. Azərbaycan nəyin hesabına bu qədər böyük inkişafa nail ola bilmişdir! Son illər

ərzində dünyanın heç bir yerində Azərbaycan qədər iqtisadi sahədə inkişaf edən ölkə olmamışdır! Bütün başqa

sahələrdə, yəni, bütün bu qələbələrin, uğurların təməlində Azərbaycan xalqının zəhməti və istedadı,

Azərbaycanda düzgün siyasətin aparılması dayanır. Bu siyasət idmanda da özünü göstərir. Artıq Azərbaycan

ictimaiyyəti də idmanda olan uğurlara bir növ öyrəşib, idmançılardan daim daha da böyük qələbələr gözləyir.

Vaxtilə bir, ya iki, ya üç medalla kifayətlənən ictimaiyyətimiz artıq böyük qələbələrə çatmaq üçün yarışları seyr

edir və biz bu qələbələrə layiqik. Hər dəfə Olimpiya oyunlarında medallarımızın sayı artır. Əminəm ki, növbəti

dəfə də artacaqdır.

Azərbaycanda çox güclü gənc nəsil yetişir, o cümlədən idman sahəsində. Son 10 il ərzində 35 regional

Olimpiya İdman Kompleksi tikilmişdir ki, bizim uşaqlar, yeniyetmələr bu komplekslərdən səmərəli şəkildə

istifadə edirlər. Yəni, idman infrastrukturunun yaradılması nəticəsində biz hər bir bölgədə idmanla məşğul

olmaq üçün gözəl şərait yaratmışıq. Bizdə istedadlı idmançılar çoxdur - uşaqlar, gənclər, yeniyetmələr. Təsadüfi

deyildir ki, yeniyetmələr arasında I Olimpiya Oyunlarında Azərbaycan 11-ci yerə çata bilmişdir. Bu, dünya

miqyasında çox böyük nəticədir. Yəni, gənc nəsil yetişir. Onlar yaxın illərdə böyüklər arasında keçiriləcək

yarışlarda da iştirak edəcəklər. Olimpiyaçılarımızın da əksəriyyəti gənclərdir. Bizim Olimpiya çempionumuz

Toğrul Əsgərovun heç 20 yaşı yoxdur. Yəni, bu insanlar, bu gənclər, bu idmançılar son illər ərzində yetişib,

püxtələşib və artıq dünyanın bir nömrəli idman yarışının qalibləri olmuşlar. Yəni, bütün bu işlərin təməlində

düşünülmüş siyasət və ardıcıl, məqsədyönlü fəaliyyət dayanır.

Mən çox şadam ki, gənclərimiz idmana meyillidirlər. Azərbaycan dövlətində idmana və xüsusilə,

idmançılara hörmət, qayğı, dəstək gəncləri də, uşaqları da idmanla məşğul olmağa sövq edir. Mən hesab edirəm

ki, hər bir bölgədə, - bu, artıq reallıqdır, - idmançılara daha da böyük diqqət və dəstək göstərilməlidir. Bizim

olimpiyaçıların tərkibində bölgələrdən olan idmançılar da vardır. Olimpiya çempionumuz Toğrul Əsgərov

bölgədən olan idmançıdır və fürsətdən istifadə edərək, bütün gəncəliləri Toğrulun qələbəsi münasibətilə ürəkdən

təbrik etmək istəyirəm. İstedadlı gənclərimiz hər bir rayonda, hər bir kənddə vardır. Seleksiya işləri düzgün

aparılmalıdır, təlim-məşq toplanışları əlbəttə ki, müasir səviyyəyə çatmalıdır. Hesab edirəm ki, bu gün idman

200

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

növlərinin əksəriyyətində bu, belədir. Əlbəttə ki, peşəkar məşqçilərin fəaliyyəti uğurlarımızı daha da

artıracaqdır.

Gənc nəsil vətənpərvərlik ruhunda tərbiyə alır. Vətənpərvərliyi gücləndirən amillərdən biri, bəlkə də

birincisi idman qələbələridir. İdman qələbələri insanları coşdurur, insanların ürəyi qürur hissi ilə dolur. İnsanlar

bəzi hallarda sevincdən göz yaşlarını saxlaya bilmirlər. Hər dəfə milli bayrağımız qaldırılanda, dövlət himnimiz

səslənəndə hər bir vətənpərvər Azərbaycan vətəndaşı fəxr edir. Olimpiya oyunlarında idmançılarımız sevinclə

dolu bu günləri bizə bəxş etdilər. Bizim bayrağımız 10 dəfə qaldırıldı, iki dəfə dövlət himnimiz səsləndirildi.

Bu, böyük və tarixi nailiyyətdir. Bu, böyük və tarixi qələbədir. Mən əminəm ki, bu qələbələrin sayı daha da çox

olacaqdır. Bunu deməyə kifayət qədər əsaslar vardır. London Yay Olimpiya Oyunlarında uğurlarımız sadəcə

olaraq, son dörd il ərzində görülən işlərin məntiqi nəticəsidir. Ancaq yenə də deyirəm, bu, idmandır. İdmanda

məğlubiyyət də, ədalətsizlik də ola bilər. Bayaq qeyd etdiyim kimi, idmançılarımızın bəziləri ədalətsizliklə

üzləşdilər. Gözlənilməz hadisə ola bilər, zədə ola bilər. Ancaq iki qızıl, iki gümüş və altı bürünc medalın

qazanılması hesab edirəm ki, məntiqi cəhətdən də, ədalət baxımından da düzgündür. Çünki həm idmançılarımız,

həm dövlətimiz bu qələbəyə layiq idi. Mən əminəm ki, gələcək illərdə biz bu yüksək templəri saxlayacağıq. Biz

əldə edilmiş uğurlarla kifayətlənməyəcəyik. Çünki biz heç bir sahədə əldə edilmiş uğurlarla kifayətlənmirik.

Heç bir uğur, heç bir qələbə, heç bir inkişaf bizi sakitləşdirməməlidir və sakitləşdirmir. Biz daim irəliyə,

gələcəyə baxmalıyıq. Növbəti Olimpiya mərhələsində hansı işlər görülməlidir, hansı idman növlərində qüsurlar

vardır, biz federasiyaları harada daha da gücləndirməliyik, hansı idman növündə islahatlara daha böyük ehtiyac

vardır, harada geriləmə vardır! Yəni, bu, canlı prosesdir. Biz əlbəttə ki, uğurlarımızla fəxr edirik. Ancaq

nöqsanları da görməliyik və görürük. Düzgün nəticə çıxarmaq, gələcəkdə səhvlərə yol verməmək üçün düzgün

təhlil işləri aparılmalıdır və aparılacaqdır. Mən hesab edirəm ki, idmanın inkişafına cavabdehlik daşıyan bütün

qurumlar sakit şəraitdə bütün təhlilləri aparacaqlar. Növbəti Olimpiya mərhələsinin daha da səmərəli keçməsi

üçün əlavə tədbirlərin görülməsi də zəruridir.

Əziz dostlar, bir daha qeyd etmək istəyirəm ki, həm ölkə Prezidenti, həm Milli Olimpiya Komitəsinin

prezidenti, həm də bir vətəndaş kimi mən doğrudan da qürur hissi keçirirəm. Çünki idmançılarımız ölkəmizi

ləyaqətlə təmsil etdilər. Bizə qələbə sevinci bəxş etdilər. Dünya miqyasında Azərbaycanı yüksəklərə qaldırdılar.

Vətənə üzüağ, alnıaçıq, qələbə ilə qayıtdılar.

Mən sizi bir daha ürəkdən təbrik edirəm. Azərbaycan dövləti, Milli Olimpiya Komitəsi və bütün digər

idman qurumları bundan sonra da idmançıların fəaliyyəti, məişət problemlərinin həlli üçün nə lazımdırsa onu

edəcəkdir. İdmançıların mükafatlandırılması prosesi artıq başa çatmışdır. Pul mükafatları verilmişdir. Ancaq

idmançılarımızın Olimpiya oyunlarındakı uğurlarını nəzərə alaraq Azərbaycan dövləti olimpiyaçılarımızı dövlət

mükafatları ilə, ordenlərlə, medallarla təltif edir. Bu gün müvafiq Sərəncam imzalanmışdır. İndi biz təltifetmə

mərasiminə keçəcəyik.

Bir daha demək istəyirəm ki, Azərbaycan idmançıları Azərbaycanın idman şöhrətini, Azərbaycan

dövlətinin gücünü yüksəklərə qaldırdılar. Bütün dünyaya nümayiş etdirdilər ki, gənc müstəqil Azərbaycan

dövləti böyük uğurlara nail olmaq üçün tam hazırdır. Biz bütün dünyaya sübut etmişik ki, güclü ölkəyik. Bizim

güclü idmançılarımız, güclü gənclərimiz vardır. Bizim qələbəyə çatmaq üçün güclü iradəmiz vardır.

Bütün uğurlar münasibətilə bir daha idmançıları, məşqçiləri, idman mütəxəssislərini ürəkdən təbrik edirəm.

Olimpiyaçılara, idmançılara yeni uğurlar arzulayıram. Sağ olun.

X X X

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan milli olimpiya komandasının üzvlərinin təltif

edilməsi haqqında” Sərəncamı elan edildi.

Prezident İlham Əliyev Azərbaycan idmanının inkişafındakı xidmətlərinə və XXX Yay Olimpiya

Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə təltif edilmiş idmançılara və onların məşqçilərinə “Şöhrət”

ordenini, “Tərəqqi” medalını və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu təqdim etdi, onlara

bir daha uğurlar arzuladı.

X X X

Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Firdovsi UMUDOV idmançılara

göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edərək dedi:

-Möhtərəm cənab Prezident!

Əziz dostlar, idmançılar, qonaqlar!

Mən fürsətdən istifadə edərək, möhtərəm cənab Prezident, Sizi, idmançılarımızı, olimpiyaçılarımızı bu

qələbə münasibətilə təbrik edirəm.

201

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Möhtərəm cənab Prezident, bu qələbə Sizin qələbənizdir, başda Siz olmaqla bütün Azərbaycan xalqının

qələbəsidir. London Yay Olimpiya Oyunlarına yolasalma mərasimində idmançılarımızın, xüsusilə

güləşçilərimizin uğurla çıxış edəcəklərinə söz vermişdik. Biz bu məsuliyyəti başa düşürdük, dərk edirdik ki,

möhtərəm cənab Prezidentimizə söz vermişik, yarış meydanlarında axıra qədər mübarizə aparıb qələbə

qazanmalıyıq!

Bizim üçün ən sevindirici hal o oldu ki, işinizin çox vaxtında ailə üzvlərinizlə bir yerdə Londona

gələrək idman yarışlarını izlədiniz, bizlərə dəstək oldunuz. Sizin bizə azarkeşlik etməyiniz bizi daha da

ruhlandırdı və qələbə üçün bizə qüvvə verdi. Məhz bunun nəticəsində idmançılarımız ilk dəfə olaraq London

Yay Olimpiya Oyunlarından 10 medalla vətənə döndülər.

Möhtərəm cənab Prezident!

Bir daha bu böyük qələbə münasibətilə Sizi təbrik edirəm. Söz veririk ki, Azərbaycanın bayrağını

yüksəklərə qaldırmaq, himnimizi səsləndirmək üçün bundan sonra da gücümüzü əsirgəməyəcəyik. Hər zaman

Sizin etimadınızı doğruldacağıq.

Sizin tövsiyələriniz heç vaxt yadımızdan çıxmayacaqdır. Biz Azərbaycanın bayrağını və himnini həmişə

qəlbimizdə əziz tutmalıyıq.

Qarşıda bizi böyük sınaqlar - beynəlxalq turnirlər, Avropa, dünya çempionatları, 2016-cı ildə Rio-de-

Janeyro Yay Olimpiya Oyunları gözləyir. Biz orada da sübut etməliyik ki, Azərbaycan güclü dövlətdir.

Azərbaycanın İlham Əliyev kimi güclü Prezidenti vardır.

Yaşasın möhtərəm cənab Prezidentimiz İlham Əliyev!

Yaşasın Azərbaycan!

X X X

Görüşdən sonra Prezident İlham Əliyev olimpiyaçılarla və onların məşqçiləri ilə xatirə şəkli çəkdirdi.

“Xalq qəzeti”. - 2012.- 3 sentyabr. - № 195. - S.1-2.

202

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan: 4 qızıl, 5 gümüş, 3 bürünc medal və 165 ölkə arasında 27-ci yer

Azərbaycan idmançıları bazar günü Londonda finişə çatmış XIV Yay Paralimpiya Oyunlarından əla

əhval-ruhiyyə ilə qayıdırlar. Həmvətənlərimiz 165 ölkə təmsilçilərinin rəqabətində 12 medal - 4 qızıl, 5

gümüş və 3 bürünc mükafat qazanaraq komanda hesabında 27-ci yeri tutmuşlar.

İngiltərə paytaxtında cəmi 74 ölkə nümayəndələrinə medal təqdim olunmuşdur. Oyunlarda 57 dövlətin

idmançıları çempion adı qazana bilmişlər. Ümumkomanda hesabında Çin yığması qalib gəlmişdir - 231 medal

(95+71+65). İkinci yeri Rusiya idmançıları tutmuşlar - 102 mükafat (36+38+28). Üçüncü yerə Böyük Britaniya

komandası sahib olmuşdur - 120 medal (34+43+43).

Paralimpiadada medal qazanmış ölkələrin siyahısında keçmiş sovet respublikalarından Rusiya və

Azərbaycanla yanaşı, yalnız Ukrayna (84 medal, 4-cü yer), Belarus (10 medal, 25-ci yer), Latviya (1 qızıl, 1

gümüş mükafat, 47-ci yer) və Özbəkistanı (1 gümüş medal, 67-ci yer) görmək olar.

Türkiyə cədvəldə 43-cü mövqedədir. Qardaş ölkə nümayəndələri 10 medal - 1 qızıl, 5 gümüş və 4 bürünc

mükafat qazanmışlar.

Biz XIV Paralimpiadada Azərbaycanı son medallarla üzgüçü Natali Pronina, yüngül atletlər Oleq Panyutin

və Vladimir Zayetsin sevindirdikləri barədə artıq məlumat vermişik. Bu gün Londonda ölkəmizə mükafat

qazandırmış bütün idmançıları bir daha xatırlatmaq istərdik.

Əlbəttə, qaliblərimiz haqqında danışarkən ilk növbədə Natali Proninanın uğurlarını qeyd etmək lazımdır. O,

kompleks üsulla 200, sərbəst üsulla və arxası üstə 100, sərbəst üsulla 50 metr məsafələrə üzgüçülük yarışlarında

dörd gümüş medal qazandıqdan sonra brass üsulu ilə 100 metr məsafəyə startlarda Paralimpiadanın çempionu

olaraq öz mükafatlarını qızıl medalla daha da zənginləşdirmişdir. Bununla da üzgüçümüz bir növ rekord

müəyyən etmişdir. Proninanın dörd gümüş və bir qızıl mükafatı Paralimpiya Oyunları tarixində qeyri-adi

göstərici, idmançının özünə və təmsil etdiyi ölkəyə böyük şöhrət qazandıran möhtəşəm nailiyyətdir.

Fəxri kürsünun zirvəsində təbrikləri qəbul edən cüdoçular Ramin İbrahimov (60 kq), Afaq Sultanova (57 kq)

və yüngül atlet Oleq Panyutinin də qızıl medalları şərəfinə Paralimpiadada Azərbaycanın dövlət himni

səsləndirilmiş, milli bayrağımız ən yüksəyə ucaldılmışdır. Panyutin qələbəni üç təkanla tullananların yarışında

bayram etmişdir. İndi o, Paralimpiya Oyunlarının ikiqat çempionudur. Oleq Afina - 2004-də də çıxışlarını qızıl

medalla başa vurmuşdu.

Maraqlıdır ki, üç təkanla tullanma yarışlarında gümüş medal da Azərbaycan idmançısına təqdim

olunmuşdur. Bu növdə Vladimir Zayets komanda yoldaşı Panyutindən sonra ikinci nəticə göstərmişdir.

Yığmamıza üç bürünc medaldan birini 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən cüdoçu İlham Zəkiyev

qazandırmışdır. Bu, komandamızın bayraqdarının Paralimpiya Oyunlarında ardıcıl üçüncü mükafatıdır. Afina və

Pekində qızıl medallar qazanaraq ikiqat çempion olmuş Zəkiyev Londonda da fəxri kürsüyə yüksəlməyi

bacarmışdır.

Yüngül atlet Hüseyn Həsənov da ölkəmizə bürünc medalla qayıdır. O, uzununa tullanma yarışlarında üçüncü

nəticə göstərmişdir. Daha bir bürünc mükafata Oleq Panyutin, Rza Osmanov, Elçin Muradov və Vladimir

Zayetsdən ibarət 4x100 metr məsafəyə estafet komandası sahib olmuşdur.

Beləliklə, XIV Paralimpiya Oyunlarında starta çıxmış 21 idmançımız Azərbaycana 12 medal, o cümlədən 4

qızıl mükafat qazandırmışdır. Buna qədər təmsilçilərimiz ən böyük müvəffəqiyyətə 2008-ci ildə Pekində

keçirilmiş yarışlarda nail olmuşdular. Onda 18 nəfərlə təmsil olunan komandamızın üzvləri 2 qızıl, 3 gümüş və

5 bürünc mükafat əldə etmişdilər. İndi isə Azərbaycanın 21 idmançısı 12 medalın sevincini yaşamış və bu

mükafatlar Londonda respublikamızı ən yaxşı nəticə göstərən 27 ölkə sırasına çıxarmışdır.

Qazanılmış nailiyyət Azərbaycan idmanının növbəti təntənəsidir və ölkəmizdə təkcə olimpiyaçıların deyil,

həm də paralimpiyaçıların hazırlığına, onların təlim-məşq prosesinə göstərilən daimi dövlət qayğısı sayəsində

mümkün olmuşdur. Təmsilçilərimiz böyük qələbələri ilə bir daha təsdiq etdilər ki, onlar əsl idman ölkəsində

yaşayırlar.

Oqtay BAYRAMOV

“Xalq qəzeti”.-2012.-11 sentyabr.-N 202.-S.9.

203

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Prezident İlham Əliyev XIV London Paralimpiya Oyunlarında ölkəmizi təmsil etmiş

idmançıları və onların məşqçilərini qəbul etmişdir

Bakı, 14 sentyabr (AzərTAc). Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

XIV London Paralimpiya Oyunlarında ölkəmizi təmsil etmiş idmançıları və onların məşqçilərini qəbul etmişdir.

İdmançıları salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Əziz dostlar, əziz idmançılar!

Mən sizi ürəkdən salamlayıram və Londonda qazanılmış böyük qələbə münasibətilə ürəkdən təbrik

edirəm. Bizim paralimpiyaçılarımız Azərbaycan bayrağını yüksəklərə qaldırdılar. Bu, böyük qələbədir, böyük

nailiyyətdir. Bizim komandamız 21 idmançı ilə təmsil olunmuşdur. İdmançılarımız medallar qazanmışlar,

toplam 12 medal. Elə idmançımız da var ki, bir neçə medal qazanmışdır. Bu da hesab edirəm ki, çox gözəl

nəticədir, çox böyük qələbədir. Bizim komanda 27-ci yerdədir. Dörd qızıl, beş gümüş, üç bürünc medalımız

vardır. Bu, doğrudan da böyük və tarixi qələbədir. Paralimpiyaçılarımız artıq bir neçə dəfədir ki, Paralimpiya

Oyunlarında iştirak edirlər. Ancaq ən böyük qələbə məhz London oyunlarında qazanılmışdır.

Mən Sizi bir daha bu böyük qələbə münasibətilə ürəkdən təbrik edirəm. Siz bütün xalqımızı sevindirmisiniz,

peşəkarlığınızı, Vətənə bağlılığınızı göstərmisiniz. Çünki idman qələbələrinin mənbəyi Vətənə, xalqa olan

məhəbbət və sədaqətdir.

Azərbaycan idman dövlətidir. Artıq mən bu barədə bir neçə dəfə fikirlərimi bildirmişəm. Həyat və sizin

uğurlarınız bu sözləri bir daha təsdiqləyir. Çünki həm Olimpiya, həm Paralimpiya oyunlarında idmançılarımız

şərəflə çıxış etmişlər. Dünya miqyasında yüksək pilləyə qalxmaq çox böyük nəticədir. Hər bir qələbə, hər bir

uğur ölkəmizi daha da ucaldır. Bu, əlbəttə ki, sizin qələbənizdir, idmançıların, onların məşqçilərinin, idman

mütəxəssislərinin uğurudur. Ancaq bununla bərabər, bütün xalqımızın, dövlətimizin uğurudur. Londonda həm

olimpiyaçılarımız, həm ondan sonra sizin bizə bəxş etdiyiniz o sevincli günləri, anları biz heç vaxt

unutmayacağıq. Sizin hər bir qələbənizi hər bir vətəndaş öz qələbəsi kimi qəbul etmişdir.

Biz doğrudan da idmanda böyük uğurlara nail ola bilmişik. İdman infrastrukturu yaradılır. Paralimpiyaçılar

üçün 2008-ci ildə yeni idman kompleksi tikilib istifadəyə verilmişdir. Mən xatırlayıram, Pekinə yola düşərkən

biz sizinlə orada görüşmüşdük. Pekində də nəticələr yaxşı idi. Londonda isə nəticələr ən yüksək səviyyədədir.

Biz artıq tanınmış idman dövlətlərinin arasında özümüzə layiq yer tapa bilmişik. Əlbəttə, bu qələbə bizi

həm ruhlandırır, həm də onu göstərir ki, gələcəkdə bundan da böyük qələbələr olacaqdır. Çünki o da çox

əlamətdar bir haldır ki, həm Olimpiya Oyunlarında, həm Paralimpiya Oyunlarında ildən-ilə qələbələrin sayı artır

və komandalarımızın komandalar arasında yeri daha da yüksəlir.

Yəni, bu, onu göstərir ki, dinamika vardır. Ona görə, vətəndaşlarımız bir növ bu vəziyyətə öyrəşmişlər.

Hər dəfə idmançılardan daha da böyük qələbələr gözləyirlər və haqlıdırlar. Amma, eyni zamanda, qələbə

qazanmaq çox çətindir, çox böyük fiziki, mənəvi güc və peşəkarlıq tələb edir.

Bizim qələbəmiz dünyaya səs salıb və bir də onu göstəribdir ki, qələbələrimiz təsadüfi xarakter daşımır.

Həm Olimpiya Oyunlarında, ondan sonra Paralimpiya Oyunlarında komandamız ən yüksək yerlərdədir. Dörd

qızıl, beş gümüş, üç bürünc medal, 27-ci yerdə olmaq böyük şərəfdir.

Bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik edirəm. Siz bu qələbəyə layiqsiniz. Mən sizinlə və

olimpiyaçılarımızla Olimpiya Oyunlarının ərəfəsindəki görüşü xatırlayıram. Biz sizi yola salarkən böyük

ümidlərlə gələcəyə baxırdıq. Mən şəxsən əmin idim ki, siz bizi sevindirəcəksiniz, Azərbaycan xalqını

sevindirəcəksiniz. Belə də oldu. Bu qələbə sizə layiqdir, bu qələbə Azərbaycana layiqdir, Azərbaycan da bu

qələbəyə layiqdir. Azərbaycan güclü dövlətdir, dinamik inkişaf edən dövlətdir. Bütün sahələrdə uğurlarımız var,

Azərbaycan bütün sahələrdə inamla irəliləyir. Azərbaycanın istər siyasi müstəvidə, beynəlxalq aləmdə, istərsə

də iqtisadi sahədə uğurları artıq reallıqdır, dünya ictimaiyyəti bunu bilir və təqdir edir. Bəzi hallarda bizim

təcrübəmiz öyrənilir, Azərbaycanda gedən proseslər nümunəvi xarakter alır.

İdman hər bir ölkənin gücünü göstərir. İdmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasəti

olmalıdır. Azərbaycanda bu, belədir. Uğurlarımızın təməlində məhz dövlət siyasəti dayanır. Bizdə çox gözəl

gənc nəsil yetişir. Baxın, Olimpiya Oyunlarından sonra güləş üzrə dünya çempionatında gənclərimiz birinci yerə

çıxdılar. Yeniyetmələr arasında birinci Olimpiya Oyunlarında cavanlarımız 11-ci yerə nail ola biliblər. Yəni,

yeni nəsil yetişir, dinamika, düşünülmüş yanaşma, proqram, konsepsiya və dövlət siyasəti vardır. Məhz dövlət

siyasəti, idmançılarımızın peşəkarlığı, mütəxəssislərin fəaliyyəti, federasiyaların, Olimpiya və Paralimpiya

komitələrinin birgə fəaliyyəti bu uğurları şərtləndirir. Amma son sözü idmançılar deyirlər. Son söz sizindir və

siz də bu sözü demisiniz, bizi sevindirmisiniz, Vətənə böyük qələbə ilə qayıtmısınız. Mən sizi bir daha ürəkdən

təbrik edirəm, sizə yeni uğurlar və cansağlığı arzulayıram.

X X X

204

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Sonra London Paralimpiya Oyunlarında uğur qazanmış idmançıların və onların məşqçilərinin

mükafatlandırılması mərasimi oldu.

Prezident İlham Əliyev mükafatları təqdim etdi.

İkiqat paralimpiya çempionu İlham ZƏKİYEV: Çox sağ olun, cənab Prezident, Allah köməyiniz olsun.

Bu, bizi yeni qələbələrə ruhlandıracaqdır. Sizin diqqətiniz sayəsində “Qızıl çinar” mükafatından sonra

məşqlərimi daha da artırdım. Olimpiya Oyunlarında hər hansı bir medal mənim üçün qələbədir. 1450 gündən

sonra Rio-de-Janeyroda Sizi bundan da yüksək nəticələrlə sevindirməyə çalışacağıq.

London Paralimpiyasının qalibi Ramin İBRAHİMOV: Çox sağ olun, cənab Prezident. Sizin bu diqqət və

qayğınız bizi daha da ruhlandıracaqdır. Mən hələ Pekində üçüncü yerə çıxanda qarşıma məqsəd qoymuşdum ki,

Londondan ölkəmizə qızıl medal gətirim. Buna nail oldum. Mənim ən böyük arzum idi ki, cənab Prezident əlimi

havaya qaldırsın. Çox sağ olun.

Prezident İlham Əliyev Ramin İbrahimovun əlini havaya qaldırdı.

Məşqçi Ağanağı CƏFƏROV: Cənab Prezident, ən böyük qələbə Sizindir. Siz Ramil Səfərovu ölkəmizə

gətirdiniz. Buna heç inanmaq olmurdu. Ən böyük Olimpiya çempionu Sizsiniz.

Azərbaycanın paralimpiya komandasının baş məşqçisi Məhərrəm SULTANZADƏ: Cənab Prezident,

Londonda XIV Paralimpiya Oyunlarında komandamız uğurla çıxış etmiş və Vətənə böyük qələbə ilə

qayıtmışdır. Hər bir idmançının ən böyük arzusu yüksək pilləyə qalxmaq, Azərbaycanın bayrağını yüksəltmək

və himnini səsləndirməkdir. Sizin “Azərbaycan güclü dövlətdir və güclü dövlətin güclü idmançıları olmalıdır”

sözləriniz Londonda öz təsdiqini tapmışdır. İdmançılarımız dörd qızıl, beş gümüş, üç bürünc medal qazanmışlar.

Bu, böyük nailiyyətdir. Bu, Sizin və bütün Azərbaycan xalqının nailiyyətidir. Bütün paralimpiyaçılarımız

adından Sizə dərin təşəkkürümüzü bildiririk.

X X X

Prezident İlham ƏLİYEV: Əziz dostlar, mən sizi bir daha təbrik edirəm. Mən çox şadam ki, doğrudan da

Azərbaycan idmanı artıq dünyada özünü tanıtdırıb. Azərbaycan idmanını tanıtdıran sizsiniz - olimpiyaçılarımız,

paralimpiyaçılarımız, gənclər, yeniyetmələr, uşaq idmançılarımız. Biz hamımız çalışırıq ki, Azərbaycanda

idman daha da sürətlə inkişaf etsin. Hamımız çalışırıq ki, ölkəmiz daha da güclənsin, daha da öz təsir

imkanlarını genişləndirsin. İdman artıq dünya siyasətində də öz yerini tapıbdır. Olimpiya və Paralimpiya

Oyunları elə oyunlardır, elə yarışlardır ki, burada ölkələr bir–biri ilə rəqabət aparırlar. Bu rəqabətdə Azərbaycan

yüksək yerlərdədir. Bunun da səbəbkarı sizsiniz.

Bir daha sizi ürəkdən təbrik edirəm. Sizə cansağlığı, yeni uğurlar arzulayıram.

Sonda xatirə şəkli çəkdirildi.

X X X

AzərTAc

14 sentyabr 2012-ci il

205

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara

alıram:

XIV London Yay Paralimpiya Oyunlarında qazandıqları yüksək nailiyyətlərə, habelə Azərbaycan

idmanının inkişafındakı xidmətlərinə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri

təltif edilsinlər:

“Şöhrət” ordeni ilə

İbrahimov Ramin İbrahim oğlu

Panyutin Oleq Viktoroviç

Pronina Natali Aleksandrovna

Sultanova Afaq Vaqif qızı

Cəfərov Ağanağı Cəfər oğlu

Culfayev Alavərdi Abasoviç

İbrahimov İbrahim Eldar oğlu

Mustafayev Şahlar Gülməhəmməd oğlu

Sultanzadə Məhərrəm Elxan oğlu

Təhməzov Sergey Mehdiyeviç

“Tərəqqi” medalı ilə

Həsənov Hüseyn İsmayıl oğlu

Xəlfəyev Ziyad Əli oğlu

Muradov Elçin Tofiq oğlu

Setin Pavel Vitalyeviç

Süleymanov Afiq Məmməd oğlu

Zəkiyev İlham Əzizağa oğlu

“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə

Osmanov Rza Fikrət oğlu

Rəcəbli Əhməddin İzət oğlu

Zayets Vladimir Vladimiroviç

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 sentyabr 2012-ci il.

206

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

QIŞ OLİMPİYA OYUNLARI

Nagano

İştirak etmiş ölkələrin sayı – 72 İdman növləri - 7 Yarışların sayı - 68 İdmançıların sayı - 2304 (1480 - kişi,

615 -qadın)

Məlumdur ki, hələ sovet dövründə Bakıda qış idman növlərinin inkişafı üçün baza yaradılması

istiqamətində müəyyən işlər görülmüş, addımlar atılmışdı. Bakıda tikilib istifadəyə verilmiş idman sarayında

fiqurlu konkisürmə bölmələri yaradılmışdı. Bu bölmələrdə qış idman növləri ilə məşğul olmaq istəyənlər

məşqlər keçirdilər. Bütün bu faktlar göstərir ki, ölkədə qış oyunlarına da maraq az deyildir. Lakin Azərbaycan

cənub ölkəsi olduğundan qış idman növlərinin kifayət qədər inkişafı üçün imkanlar çox deyil. Buna baxmayaraq

1998-ci ildə Azərbaycan dünyanın Qış Olimpiya Oyunlarının iştirakçısı olan 67 ölkəsinin cərgəsinə qatıldı.

Ölkəmiz özünün ilk qış olimpiadasında 5 idmançı ilə təmsil olunmaq hüququnu əldə etdi.

Olimpiadanın açılış mərasimi fevralın 7-də Naqanonun "Minami Sports Park" stadionunda oldu. Mərasimdə

50 mindən artıq tamaşaçı iştirak edirdi.

Naqanoda fiqurlu konkisürənlər Yuliya Vorobyova qadınlar arasında tək, İqor Paşkeviç kişilər arasında tək,

İnqa Rodionova-Aleksandr Anişşenko qoşa yarışlarda və Elbrus İsakov dağ xizəyi idman növündə Azərbaycan

bayrağı altında çıxış etdilər. Naqanoda idmançılarımızdan - Yuliya Vorobyova 16-cı, İqor Paşkeviç 16-cı, İnqa

Rodionova-Aleksandr Onişşenko cütlüyü isə 18-ci oldu.

Elbrus İsakov xəstələndiyinə görə yarışlarda iştirak edə bilmədi

207

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Solt Leyk Siti

İştirak etmiş ölkələrin sayı - 77 İdman növləri - 7 Yarışların sayı - 78 idmançıların sayı -2523 (1608 kişi,

915 -qadın)

Solt Leyk Siti oyunlarında 78 dəst medal uğrunda mübarizə aparıldı. Bu oyunlar göstərdi ki, Qiş Olimpiya

Oyunlarında iştirak edən ölkələrin sayı get-gedə artır. Azərbaycan ikinci dəfə Qış Olimpiya Oyunlarının

iştirakçısı oldu. Ölkəmiz iki idman növü, konkisürmə və dağ xizəyi, üzrə üç yarışda təmsil olundu. Azərbaycan

idmançıları Sergey Rılov kişilər arasında fiqurlu konkisürmə üzrə yarışlarda iştirak etmək hüququnu 2001-ci

ildə Vankuverində keçirilmiş dünya çempionatında 13 -cü yer tutaraq qazanmışdı.

Fiqurlu konkisürmənin idman rəqsləri yarışında respublikamızı Kristina Frezer və İqor Lukanin təmsil

etmişdir. Azərbaycan rəqs cütü 2002-ci ilin yanvarında Lozannada keçirilmiş Avropa çempionatında 14-ci yeri

tutaraq Solt Leyk Sitiya lisenziya qazanmışdılar. Elbrus İsakov dağ xizəyinin slalom növündə ölkəmizi təmsil

etdi. Elbrus ötən ilin sonunda İtaliyanı Pampiado şəhərində keçirilmiş slalom yarışlarında lisenziyaya sahib

olmuşdu.

Azərbaycan idmançılarından fiqurlu konkisürən Sergey Rılov yarışlara ilk qatıldı. 28 ölkənin idmançılarının

iştirak etdiyi bu yarışda atletimiz imkanlarından aşağı səviyyədə çıxış edərək 24-cü yeri tutdu.

Fiqurlu konkisürmənin idman rəqsləri yarışlarında iştirak edən Azərbaycan idmançıları Kristina Frezer və

İqor Lukanin qısa, məcburi və sərbəst çıxışlardan sonra 32 ölkənin nümayəndələri arasında 17-ci yeri tutdular.

Elbrus İsakov slalom yarışında birinci cəhddə məsafənin yarısını keçə bildi və yarı2şı dayandırmalı oldu.

Bu oyunlarda oynanılmış 78 dəst medal 25 ölkənin nümayəndələri arasında bölüşdürüldü. Qeyri rəsmi

komanda birinciliyində almanlar 35 (12 qızıl, 16 gümüş, 7 bürünc) medalla birinci, norveçlilər ikinci,

amerikanlar isə üçüncü oldular. Avstraliya, Xorvatiya, Estoniya və Çin idmançıları isə ilk dəfə qış olimpiya

medallarını qazana bildilər.

208

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Turin 2006

85 ölkədən 2500 idmançı və 10 min jurnalist

Bu gün İtaliyanın Turin şəhərində XX Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasimi olacaq

İdmanın qış növləri pərəstişkarlarının bayramıdır. Bu gündən başlayaraq fevralın 26-dək onlar XX Qış

Olimpiya Oyunlarının həyəcanı ilə yaşayacaqlar. Olimpiadanın təşkilat komitəsinin yaydığı xəbərə görə,

Oyunların medalları uğrunda 85 ölkədən 2500 idmançı mübarizə aparacaq və onların yarışlarını 10 min jurnalist

işıqlandıracaq. Bakı vaxtı ilə saat 23.00-da başlayıb təxminən iki saat yarım davam edəcək Olimpiadanın açılış

mərasimini bizim “Lider” TV də yayımlamağı nəzərdə tutmuşdur. Mərasim 35 min tamaşaçı tutan “Stadio

Kamunale”də keçiriləcək.

XX Qış Olimpiya Oyunlarında Azərbaycanı İqor Lukanin və Kristin Freyzerdən ibarət fiqurlu konkisürənlər

dueti təmsil edəcəkdir. Onlar bu hüququ ötən il Moskvada keçirilən dünya çempionatında qazanmışlar.

İdmançılarımız Rusiya paytaxtında sərbəst rəqslərin ifasında ən güclü on beş duet sırasına daxil olmuş və

bununla da Ağ Olimpiadanın paytaxtı Turinə “bileti” özlərinə təmin etmişlər.

Burada xatırlatmaq yerinə düşər ki, İqor Lukanin — Kristin Freyzer cütlüyü 2002-ci ildə ABŞ-ın Solt-Leyk-

Siti şəhərində keçirilmiş XIX Olimpiadanın da iştirakçısı olmuşdur.

Ümumiyyətlə, Azərbaycan idmanı nümayəndələrinin Qış Olimpiya Oyunlarında çıxışlarının tarixi 1998-ci

ildən hesablanır. Həmin il ölkəmizin təmsilçiləri Yaponiyanın Naqano şəhərində ilk dəfə bu mötəbər yarışlarda

starta çıxmışlar.

Turində Olimpiya Oyunları Azərbaycan bayrağı altında çıxış edən idmançılar üçün sayca üçüncü Ağ

Olimpiada olacaq. Lukanin–Freyzer dueti dördilliyin mötəbər idman hadisəsinə gərgin hazırlıq prosesində səylə

məşğul olmuşdur. Yanvarda Fransanın Lion şəhərində keçirilmiş Avropa çempionatı da Olimpiya Oyunlarına

hazırlığın bir mərhələsi idi və qüvvələrə ciddi baxışa çevrilmişdir. Təmsilçilərimiz qitə birinciliyini doqquzuncu

yerdə başa vurmuşlar.

Bu arada müxtəlif internet saytları Turin Olimpiadası ilə bağlı maraqlı xəbərlər yayırlar. Qeyd olunur ki, qış

Olimpiya Oyunlarının təntənəli açılış mərasimində məşhur opera ulduzu Luçano Pavarotti də çıxış edəcəkdir.

İcmalçılar xatırladırlar ki, Pavarotti Plasido Dominqo və Xose Karrerasla birlikdə futbol üzrə sonuncu dörd

dünya çempionatının bağlanış mərasimində də səhnəyə çıxmışdır. Olimpiada startlarında təmsil olunacaq

ölkələr qazanacaqları medalların da sayını təxmini müəyyənləşdirmişlər. Məsələn, Rusiya olimpiyaçıları vətənə

ən azı 25 medalla qayıtmağa çalışacaqlar.

Təbii ki, bütün olimpiadalarda olduğu kimi, Turində də fəxri kürsüyə qalxan idmançılar İtaliyanı qəhrəman

kimi tərk edəcək, onların uğurları dövlətləri tərəfindən yüksək qiymətləndirəcəkdir. Xarici həmkarlarımızın

yazdıqlarına görə, Özbəkistan hökuməti öz idmançılarının XX Qış Olimpiya Oyunlarında mümkün qələbələrini

böyük məbləğdə pulla mükafatlandırmağı qərara almışdır. Ölkənin Olimpiya Komitəsindən bildirmişlər ki, qızıl

medala görə 100 min dollar ayrılacaq, gümüş və bürünc mükafatlar üçünsə onların sahiblərinə müvafiq surətdə

50 və 25 min dollar veriləcək. Özbəkistanı Olimpiadada dörd idmançı təmsil edəcək. Onlardan ikisi fiqurlu

konkisürmədə starta çıxacaq, daha iki nəfəri isə dağ xizəkçiliyi yarışlarında mübarizə aparacaq.

İdman aləmi mühüm hadisə ərəfəsindədir. XX Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasiminə artıq

aylar, həftələr yox, cəmi bir neçə saat qalır. Hər bir ölkəyə böyük şöhrət gətirən Olimpiada medalları uğrunda

gərgin mübarizə başlanır.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”, 10 fevral 2006-cı il

209

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

XX Qış Olimpiya Oyunları

İdman növü - Fiqurlu sürüşmə

Keçirildiyi ölkə və tarixi - İtaliya, Turin [ 10. 02. 2006-26. 02. 2006 ]

Təşkilatçı - Lisenziya qazanmış idmançılar

Məsul təşkilatlar - GİTN, MOK, Federasiya

İştirakçıların sayı - İdmançılar-Məşqçilər-Hakimlər-Cəmi - 2114

210

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Olimpiya kəndində görüş

XX Qış Olimpiya Oyunlarında ölkəmiz iki idmançı ilə təmsil olunacaq.

Artıq bir həftədir ki, Turində Qış Olimpiadası həyəcanı davam edir. Xəbər verdiyi-miz kimi, XX Qış

Olimpiya Oyunlarında ölkəmiz iki idmançı ilə təmsil olunur. Dünən Turindən aldığımız məlumata görə,

bugünlərdə Olimpiya kəndində Azərbaycan nümayəndə heyətinin rəhbəri Çingiz Hüseynzadə yarışlarda

mübarizə aparan idmançılarımız və onların məşqçiləri ilə görüşmüşdür.

Milli Olimpiya Komi-təsinin vitse-prezidenti təmsilçilərimizin yarışa hazırlığı və qayğılan ilə maraqlanmış,

onlara qarşıdakı mübarizədə uğurlar arzulamışdır. İdmançılarımız, öz növbəsində, onlara göstərilən etimadı

layiqincə doğrultmağa çalışacaqlarını vurğulayaraq, yaradılan hərtərəfli şəraitə görə nümayəndə heyətinin

rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, fiqurlu konkisürənlərimiz İqor Lukanin və Kristina Freyzer dünən Palavela İdman Sarayında

rəqs üzrə qoşa yarışlar-da ilk dəfə buz üzərinə çıxıblar. Əlavə edək ki, qələbə uğrunda 15 ölkədən 24 cütlük 5

qrup-da mübarizə aparıb. Təmsilçilərimiz ikinci yarımqrupda Rusiya, Polşa, Ukrayna və Yaponiya idmançıları

ilə yarışıblar. Lukanin-Freyzer cütlüyü mübarizəyə gecə saatlarında qoşulduğu üçün nəticələr barədə ətraflı

məlumatı növbəti sayımızda verəcəyik.

Məlumat üçün bildirək ki, Palavela İdman Sarayı 2005-ci ildə istifadəyə verilib və 8285 tamaşaçı tutumuna

malikdir. Sarayda mətbuat nümayəndələri üçün 408 yer ayrılıb.

“Olimpiya dünyası”, 18 – 21 fevral 2006-cı il

211

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

XX Qış Olimpiya Oyunları start götürdü

Dünən İtaliyanın Turin şəhərində XXI əsrin ikinci Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilib.

Açılış mərasimində 21 ölkənin dövlət başçısı, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq və

yüzlərlə rəsmi qonaq iştirak edib.

35000 azarkeşin stadionda canlı izlədiyi "Ağ olimpiada"nın açılış mərasiminə 2000 idmançı qatılıb.

Olimpiadanın açılış mərasimində Azərbaycan bayrağını aparmaq nümayəndə heyətinin şef-demissionu

Mirkamil Rəhimova həvalə olunub. 3 saat davam edən və 2 milyard insanın televiziya vasitəsilə izlədiyi bu

təntənəli mərasim 32 telekamera vasitəsilə bütün dünyaya yayımlanıb.

Belə ki, 11 min 300 km məsafə boyunca 600 şəhəri dolaşan Olimpiya məşəlini Turində 10001-ci adam -

Stefaniya Belmondo yandırıb. Qeyd edək ki, xizək idmanı üzrə 10 dəfə Olimpiya medalına sahib olan

Belmondo bu şansı son anda qazanıb. Onunla bərabər, Alberto Tomba və De-boru Kompanoninin adları da

hallansa da, son anda bu şərəfli vəzifə adıçəkilən xizəkçiyə həvalə edilib. Maraqlıdır ki, məşəlin 4 nəfərin əlində

meydana gətirilməsi də nəzərdə tutulurdu.

16 gün davam edəcək Turin Qış Olimpiya Oyunlarının rəsmi bağlanış mərasimi fevralın 26-da olacaq.

Xatırladaq ki, ölkəmizi bu olimpiadada İqor Lukanin və Kristina Freyzerdən ibarət fiqurlu konkisürmə dueti

təmsil edir.

“Olimpiya dünyası”, 11-13 fevral 2006-cı il

212

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Qış Olimpiya oyunları

İndiyə kimi Qış Olimpiya Oyunlarında 37 ölkənin təmsilçiləri medal qazanıblar. Maraqlıdır ki, onların

arasında Lixtenşteyn kimi kiçik, Özbəkistan kimi günəşli, KXDR kimi kasıb ölkələrin nümayəndələri də var.

Qış Olimpiya Oyunlarının

bütün medalları

Ölkə Q G B C

1. Rusiya 114 83 77 274

2. Almaniya 108 105 87 300

3. Norveç 94 95 76 265

4. ABŞ 70 72 52 194

5. Finlandiya 42 51 49 142

6. Avstriya 41 57 64 162

7. İsveç 39 30 39 108

8. İsveçrə 32 33 38 103

9. Kanada 31 28 37 96

10. İtaliya 31 31 27 89

11. Fransa 22 22 28 72

12. Hollandiya 22 28 19 69

13. Koreya 11 5 4 20

14. Yaponiya 8 10 13 31

15. Böyük Britaniya 8 4 15 27

16. Çexiya 4 9 18 31

17. Xorvatiya 3 1 0 4

18. İspaniya 3 0 1 4

19. Çin 2 12 8 22

20. Lixtenşteyn 2 2 5 9

21. Avstraliya 2 0 2 2 4

22. Polşa 1 2 3 6

23. Qazaxıstan 1 2 2 5

24. Belçika 1 1 3 5

25. Bolqarıstan 1 1 3 5

26. Ukrayna 1 1 1 3

27. Estoniya 1 1 1 3

28. Özbəkistan 1 0 0 1

29. Serbiya və Çernoqoriya 0 3 1 4

30. Macarıstan 0 2 4 6

31. Belarus 0 2 3 5

32. Lüksemburq 0 2 0 2

33. KXDR 0 1 1 2

34. Danimarka 0 1 0 1

35. Yeni Zelandiya 0 1 0 1

36. Sloveniya 0 0 4 4

37. Rumıniya 0 0 1 1

Cəmi: 696 698 686 2080

Qeyd: Rusiyanın göstəricilərində SSRİ və Birləşmiş komandanın (1992), Almaniyanın göstəricilərində

ADR-ın, Çexiyanın göstəricilərində Çexoslovakiyanın, Serbiya və Çernoqoriyanın göstəricilərində isə

Yuqoslaviyanın qazandıqları medallar da nəzərə alınıb.

213

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Cədvəldə 1908-ci ildə Yay Olimpiya Oyunlarında fiqurlu konkisürmə yarışında, 1920-ci il Olimpiadasında

fiqurlu konkisürmə və xokkey yarışlarında, həmçinin 1928 və 1948-ci illər Qış Olimpiya Oyunlarında skeleton

üzrə yarışda qazanılan medallar da qeydə alınıb.

“Olimpiya dünyası”, 11-13 fevral 2006-cı il

214

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Turin 2006 - XX Qış Olimpiya oyunlarında medallar

Turində təşkil olunan XX Qış Olimpiya Oyunları başa çatdı. 16 gün davam edən olimpiadada

azarkeşlər bir-birindən maraqlı və gərgin mübarizənin şahidi oldular.

Mərasimdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq çıxış edərək, Turin-2006-nın bağlı elan

olunduğunu bildirdi və Vankuver-2010-un hazırlığına başlandığını qeyd etdi. Bundan sonra Kanadanın himni

səsləndirildi və Turinin meri Serco Kyamparino Olimpiya bayrağını vankuverli həmkarı Semu Sallivana təhvil

verdi.

Olimpiadanı maraqlı edən cəhətlərdən biri son medalı italiyalı idmançının qazanmasıdır. Nəticədə bağlanış

mərasimində məhz İtaliyanın himninin səsləndirilməsi yarışların sonunu daha da rəngarəng etdi.

Almaniya olimpiyaçıları 11 qızıl medal qazanaraq, yekun nəticədə birinci yeri tutdular. İkinci pillə ABŞ,

üçüncü yer isə Avstriya idmançılarına qismət oldu. Ölkəmizdə də kifayət qədər azarkeşi olan rusiyalılar isə

dördüncü oldular. Tumirin ən gözlənilməz nəticəsinə norveçlilər imza atdılar. "Vikinqlər" cəmi 2 qızıl medal

əldə edərək, 13-cü oldular.

Turin Olimpiadasında Solt Leyk Sitidən fərqli olaraq, daha çox ölkə medal qazandı. ABŞ-da bu rəqəm 23

olduğu halda, İtaliyada 26 ölkə medal sevinci yaşadı.

Turin-2006 Olimpiadasının yekun cədvəli

Ölkə Qızıl Gümüş Bürünc Cəmi

1. Almaniya 11 12 6 29

2. ABŞ 9 9 7 25

3. Avstriya 9 7 7 23

4. Rusiya 8 6 8 22

5. Kanada 7 10 7 24

6. İsveç 7 2 5 14

7. Koreya 6 3 2 11

8. İsveç 5 4 5 14

9. İtaliya 5 0 6 11

10. Fransa 3 2 4 9

11. Hollandiya.. 3 2 4 9

12. Estoniya 3 0 0 3

13. Norveç 2 8 9 19

14. Çin 2 4 5 11

15. Çexiya 1 2 1 4

16. Xorvatiya 1 2 0 3

17. Avstraliya 1 0 1 2

18. Yaponiya 1 0 0 1

19. Finlandiya 0 6 3 9

20. Polşa 0 1 1 2

21. Belarus 0 1 0 1

22. Bolqarıstan 0 1 0 1

23. Böyük Britaniya 0 1 0 1

24. Slovakiya 0 1 0 1

25. Ukrayna 0 0 2 2

26. Latviya 0 0 1 1

“Olimpiya dünyası”, 11-13 fevral 2006-cı il

215

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Vankuver -2010

XXI Qış Olimpiya Oyunları barədə nə deyilir

Fevralın 12-də start götürən qış Olimpiya oyunları barədə müxtəlif proqnozlar irəli sürülməkdədir.

Mütəxəssislərin proqnozlarına görə, Vankuver-2010 Qış Olimpiya Oyunlarının favoritləri Turin-2006

Olimpiadasının qalibləri siyahısında ilk beşlikdə qərar tutan komandalar olacaq. XXI Qış Olimpiadasında qızıl

medallar uğrunda mübarizədə Almaniya təmsilçilərinin biatlon, bobsley, konki və kirşə idmanı növlərində

şansları daha yüksək qiymətləndirilir. ABŞ idmançıları həmişə olduğu kimi, snoubord, konki və şort-trek

yarışlarında güclü olduqlarını bir daha sübut etmək istəyəcəklər. Avstriyalılar isə, ənənəvi olaraq, dağ xizəyi və

tramplindən tullanma yarışlarında üstün olmağa çalışacaqlar. XXI Qış Olmpiadasının ev sahibləri bütün yarış

növlərinə ciddi hazırlaşsalar da, sözsüz ki, birinciliyi şaybalı hokkeydə əldə edəcəklər. Təbii ki, bunlar, sadəcə,

mütəxəssis rəyləridir. Yarışların gedişi bu rəylərin doğru olub - olmayacağına aydınlıq gətirəcək. Vankuver

Olimpiadasında hansı növlər üzrə yarışların keçiriləcəyi və kimlərin favorit ola biləcəyi barədə oxuculara bir

daha məlumat vermək istərdik. Qeyd edək ki, burada mütəxəssis rəyləri nəzərə alınıb.

Dağ xizəyi

Vankuver-2010 Olimpiadasında dağ xizəyi yarışlarında idmançılar 10 dəst medal (5-i kişi, 5-i isə qadınlar

arasında) uğrunda mübarizə aparacaqlar. "Ağ olimpiada"nın təmsilçiləri dağ xizəyinin sürətli eniş, nəhəng

slalom, slalom, super kombinasiya növlərində güclərini sınayacaqlar. İdmançılar arasında gərgin mübarizə

Vankuverin Uistler Olimpiya şəhərciyində aparılacaq. Fevralın 13-də startı verilən dağ xizəyi yarışlarının son

medalları fevralın 27-də oynanılacaq.

Şort-trek

Olimpiyaçılar şort-trek üzrə 4 dəst medal uğrunda (kişilər və qadınlar arasında) mübarizə aparacaqlar.

Olimpiya proqramına bu növ üzrə 1500, 1000 və 500 m məsafəyə fərdi və komanda estafet yarışları daxil edilib.

Yarışlar "Pasifıc Coliseum"da keçiriləcək.

Fristayl

Fristayl idman növü ilk dəfə proqrama 1988-ci ildə keçirilən XI Qış Olimpiya Oyunlarında nümunəvi

çıxış kimi daxil edilib. Fristayl üzrə ilk Olimpiya medalı Alverbil-1992-də əldə edilib. Vankuver-2010 Olimpiya

Oyunlarında fristaylın moqul, xizək akrobatikası və ski-kross növləri nümayiş etdiriləcək. İdmançılar hər növ

üzrə 2 dəst medal uğrunda mübarizəyə qoşulacaqlar.

Xizək ikinövçülüyü

İdmançıları xizək ikinövçülüyü üzrə xizək və tramplindən tullanma yarışlarında 3 dəst medal uğrunda

gərgin mübarizə gözləyir. Fevralın 14-də start götürən (K-90 və 10 km məsafə) yarışlar fevralın 23-dək (K-90

və 4x5 km) davam edəcək. Ayın 25-də isə böyük tramplin (K-120) üzrə keçirilən yarışların medalçıları məlum

olacaq.

Xizək ikinövçülüyü üzrə Vankuver-2010 Olimpiadasının favoriti fransız Ceyson Lami-Şappyui (969 xal)

hesab edilir. Turin-2006 Olimpiadasının çempionu avstriyalı Feliks Qotvald (674 xal), alman Erik Frentsel (661

xal) və norveçli Maqnus Moan (542 xal) da favoritlər siyahısında ilk beşlikdə yer alıblar.

Skeleton

Bu növün təmsilçiləri Vankuver Olimpiadasında 2 dəst medal uğrunda (1-i kişilər, 1-i qadınlar) mübarizə

aparacaqlar. Fevralın 18-də startı verilən skeleton yarışı ayın 19-da başa çatacaq.

Kişilər arasında skeleton yarışlarında qələbəyə iddialı olanlar arasında dünya Kubokunun sahibi latviyalı

Martimş Dukurs və almaniyalı Fran Rommel yer alıb. Qadınlar arasında medallar uğrunda mübarizənin Turin-

2006-nm bürünc mükafatçısı kanadalı Melis Xollinqsuort və britaniyalı Şelli Rudman, almaniyalı Kerstin

Şimkovyak arasında gedəcəyi gözlənilir.

216

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Snoubord

Snoubordçuların yarışı fevralın 15-dən 27-ə kimi davam edəcək. Kişi və qadın idmançılar üç növ -böyük

paralel slalom, snoubord-kross və xaf-payp üzrə yarışlarda qüvvələrini sınayacaqlar.

Mütəxəssislərin fikrincə, bu növün favoritləri qadınlar arasında Dünya kubokunun sahibi Alyona

Zavarzina (Rusiya), Turin-2006 Olimpiadasının gümüş mükafatçısı Ameli Kober (Almaniya) və paralel slalom

üzrə dünya Kubokunun qalibi Marion Kraynerdir (Avstriya).

Biatlon

Biatlon üzrə Olimpiya turniri fevralın 13-dən 26-a kimi davam edəcək. İdmançılar 10 dəst medal uğrunda

mübarizəyə qoşulacaqlar.

Biatlon idman növü qış olimpiadasının proqramına 1960-cı ildə Skvo-Vellide keçirilən VIII Qış

Olimpiadasında daxil edilib. Vankuverdə biatlon üzrə yarışlarda favorit komanda Rusiya yığması hesab olunur.

Xatırladaq ki, ruslar Turin-2006-da biatlon üzrə yarışlarda 5 medala (2 qızıl, 1 gümüş və 2 bürünc) sahib

olmuşdu.

Bu mübarizədə rusiyalıların rəqibləri Norveç, Almaniya, İsveç, Fransa, Avstriya yığmaları hesab olunur. 5

qat Olimpiya, 14 qat dünya çempionu, norveçli Ole-Eynar Borndalen idman karyerasında sayca 5-ci olan

Vankuver-2010 Olimpiadasında qızıl medallarının sayını artırmaq və növbəti dəfə çempion olmaq arzusundadır.

Onun komanda yoldaşı Emil Xeqle Svendsen və fransız Mison Furkad da Olimpiya çempionu olmaq

iddiasındadırlar.

Fiqurlu konkisürmə

XXI Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə yarışlarında idmançılar 4 dəst medal uğrunda

qüvvələrini sınayacaqlar. Gərgin mübarizə kişilər və qadınlar arasında fərdi, idman və rəqs cütlüklərinin

yarışında qeydə alınacaq.

Fiqurlu konkisürənlərin yarışında kişilər arasında mübarizə Rusiya təmsilçisi Yevgeni Plyuşenko,

isveçrəli Stefan Lambel, kanadalı Patrik Çan, yaponiyalı Dasuke Takaxasi, fransız Brayan Juber, amerikalı Evan

Oaysaçek arasında gedəcəyi gözlənilir.

Konki

Konki yarışları fevralın 13-dən 27-nə kimi "Richmond Olympic Oval" buz meydançasında keçiriləcək.

Konkisürənlər 12 dəst medal uğrunda gərgin mübarizədə qüvvələrini sınayacaqlar. Konki yarışlarında ən güclü

rəqiblər Rusiya, Koreya, ABŞ, Hollandiya, Norveç təmsilçiləri hesab olunur.

Tramplindən tullanma

Tramplindən tullanma yarışları fevralın 12-dən 22-nə kimi keçiriləcək və idmançılar 3 dəst medala sahib

olmaq üçün qüvvələrini sınayacaqlar.

Xizək yarışları

Xizək yarışları, ənənəvi olaraq, olimpiadalarda ən çox medal toplayan yarışlardır. Konki idmanında

olduğu kimi, burada da idmançılar 12 dəst medala sahib olmaq üçün qüvvələrini sınayacaqlar. Yarışlar fevralın

15-dən 28-ə kimi davam edəcək.

Xizək yarışlarında əsas rəqabətin rusiyalı Aleksandr Leqkov və Maksim Vıleqjanina, çexiyalı Lukaş

Bauer, isveçli Markus Xellner, fransalı Jan-Mark Qalyar, norveçli Eldar Renniq, finlandiyalı Matti Heykinen

arasında gedəcəyi proqnozlaşdınlır.

Vankuver-2010 Qış Olimpiya Oyunlarında bobsleyçilər 3 dəst medal uğrunda mübarizə aparacaqlar.

Bobsley yarışları fevralın 21-dən 27-nə kimi davam edəcək. Kişi idmançılar cüt və dörd nəfərlik, qadınlar isə

cüt ekipajlarda mübarizə aparacaqlar.

Bobsley yarışlarının favoriti adına üçqat Olimpiya çempionu, Almaniya təmsilçisi Andre Langenin sahib

olacağı gözlənilir. Kirşə idmanı XXI Qış Olimpiya Oyunlarının kirşə yarışlarında idmançılar tək nəfərlik

(qadınlar və kişilər) və iki nəfərlik (kişilər) kirşələrdə 3 dəst medal uğrunda mübarizə aparacaqlar.

Kirşə yarışlarının qızıl medallarına sahib olmağa iddialı idmançı ikiqat Olimpiya (2000, 2006) və beşqat

dünya çempionu italiyalı Armin Tsoggelerdir.

217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Hokkey

Hokkey turniri qış olimpiadalarının daha çox azarkeş toplayan və maraqla izlənilən ənənəvi

turnirlərindəndir.

Yarışlar fevralın 16-dan 28-nə kimi "Vankuver Kenaks" stadionunda keçiriləcək. Proqnozlara görə, final

turnirində hokkeyin güclüləri - Rusiya və Kanada yığmalarının qarşılaşacağı gözlənilir. Rusiya yığmasının

həyətində Aleksandr Oveçkin, Yevgeni Malkin, Pavel Datsyuk, Aleksandr Semin kimi tanınmış hokkeyçilər yer

alıb.

Hazırladı: Səadət Hakıyeva

“Olimpiya dünyası”.-2010.-19-22 fevral.-N.12.-S.3.

218

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Qış Olimpiya Oyunlarında Azərbaycanı iki idmançı təmsil edəcəkdir

Bakı, 7 yanvar (AzərTAc). 2010-cu il Qış Olimpiya Oyunlarında Azərbaycanı iki idmançı təmsil

edəcəkdir.

Milli Olimpiya Komitəsindən verilən məlumata görə, fevralın 12-də Kanadanın Vankuver şəhərində

başlayacaq yarışda ölkəmizi əslən isveçrəli Yedriy Notz və italiyalı Qayya Bassani Antivari təmsil edəcəklər.

Y.Notz kişi, G.B.Antivari isə qadınların yarışında iştirak edəcəklər. Hər iki idmançı dağ xizəkçiliyi növündə

böyük slalom və slalom yarışlarında mübarizə aparacaqlar.

Qeyd edək ki, XXI Qış Olimpiya Oyunları fevralın 28-dək davam edəcəkdir.

AzərTAc

7 yanvar 2010-cu il

219

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Bu gün XXI Qış Olimpiya Oyunları start götürür

Milyonlarla insan bu gün Kanadanın Vankuver şəhərində təşkil edilən XXI Qış Olimpiya Oyunlarının

açılış mərasimini izləyəcək. Vankuver Olimpiadası fevralın 28-də başa çatacaq. Burada 7 idman növü üzrə

qüvvələrini sınayacaq idmançılar 86 dəst medal uğrunda mübarizə aparacaqlar. Bu, Turin-2006 Olimpiadası ilə

müqayisədə 2 medal dəsti çoxdur. Vankuver-2010 Olimpiadasına kişi və qadınlar arasında ski-kross üzrə 2

medal dəsti əlavə olunub.

Kanada qış Olimpiya Oyunlarına ikinci dəfə ev sahibliyi edir. 1988-ci ildə Karqaridə keçirilən XI Qış

Olimpiya Oyunları "cökə yarpağı" ölkəsinin birinci olimpiadası olub. Vankuver olimpiadaya ev sahibliyi

hüququnu 2003-cü ildə qazanıb. Beynəlxalq Olimpiya Komitəsinin həmin ilin iyul ayında Praqada keçirilən

115-ci sessiyasında XXI Qış Olimpiya və Paralimpiya Oyunlarının Vankuverdə keçirilməsi qərara alınıb.

Olimpiada Kanadanın Vankuver, Riçmond və Uistler şəhərlərində təşkil ediləcək. Oyunların açılış və bağlanış

mərasimi "Bi-Si-Pleys" stadionunda olacaq. Olimpiadanın əsas stadionu 60000 tamaşaçı tutumuna malikdir.

Əsas stadionun uzunluğu 100 m, eni isə 60 metrdir.

Olimpiadanın hokkey turniri "Ceneral Motors Pleys" arenasında təşkil ediləcək. Fiqurlu konkisürmə və

şort-trek yarışlarına isə "Pasifik Kolizium" stadionu ev sahibliyi edəcək. Kerlinq üzrə ən güclülər "Xilkrust

Park" arenasında müəyyənləşəcək. Bu arenalar Vankuverdə yerləşir. Riçmond şəhərində bir arena inşa edilib.

Uistlerdə isə bir neçə arenada biatlon, xizək üzrə ikinövçülük, bobsley, skeleton və xizəklə tramplindən

tullanma yarışları keçiriləcək.

Vankuver-2010-un Təşkilat Komitəsi qaliblərə təqdim etmək üçün xüsusi medallar hazırlayıb. Qızıl

medalın hazırlanması üçün 2,5 kq qiymətli metaldan istifadə olunub. Çempionun medalının tərkibində 6 qram

qızıl var. Medalların istehsalı prosesində 903 kq mis, 1952 kq bürünc lazım olub. Olimpiyaçılar üçün 615,

paralimpiyaçılar üçün isə 399 dəst medal nəzərdə tutulub. Olimpiyaçılara təqdim ediləcək medallar dairəvi

şəkildə, diametri isə 100 mm-dir.

Paralimpiyaçıların medalları kənarları qatlanmış ellips formasındadır. Bütün medalların qalınlığı 6 mmdir.

Olimpiya halqalan və olimpiadanın loqotipi medalların üzərinə döymə üsulu ilə həkk edilib. Onların

üzərində ingilis və fransız dillərində bu medalın təqdim ediləcəyi idman növünün adı yazılıb. Paralimpiyaçılann

medallarında olan bütün sözlər "bray" şrifti ilə verilib. Bu, görmə qüsurlu paralimpiyaçıların yazıları oxumasına

imkan verəcək.

Vankuver-2010-un Təşkilat Komitəsi dopinqə qarşı ciddi mübarizəyə hazırdır. Təşkilatçıların sözlərinə

görə, olimpiyaçılardan 2000, paralimpiyaçılardan 425 test nümunəsi götürüləcək. Dopinq testlərini ətraflı

yoxlamaq üçün Riçmond şəhərində yeni dopinq laboratoriyası istifadəyə verilib. Laboratoriyanın ümumi sahəsi

1350 kv.m-dir. Analizləri Riçmonda aparmaq üçün 500 könüllüdən istifadə olunacaq.

Olimpiadanı işıqlandırmaq üçün 2800 jurnalist akkreditasiya olunub. 2200 adam yarışların televiziya ilə

yayımım təşkil edəcək. Vankuver-2010-un KİV-lərdə işıqlandırılmasında ümumilikdə 11800 adamın əməyindən

istifadə olunacaq.

Azərbaycan nümayəndə heyəti fevralın 10-da Vankuvere yola düşüb. Ölkəmiz XXI Qış Olimpiya

Oyunlarında 2 idmançı ilə təmsil olunacaq. Sedrik Notz kişiler, Qaya Bassani Antivari isə qadınlar arasında

ölkəmizin idman şərəfini qoruyacaq. Hər iki idmançı nəhəng slalom və slalom yarışlarında mübarizə aparacaq.

Təmsilçilərimizin Vankuverden uğurla dönəcəyinə inanırıq.

“Olimpiya dünyası”.-2010.-12-15 fevral.-N.10.-S.1.

220

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Fevralın 12-də Vankuverdə Olimpiya kəndində Azərbaycanın bayrağı

qaldırılacaqdır

Bakı, 12 fevral (AzərTAc). Fevralın 12-də Vankuverdə Olimpiya kəndində Azərbaycanın bayrağı

qaldırılacaqdır. Mərasimdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin

rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcəkdir. Azərbaycanı XXI Qış Olimpiya Oyunlarında iki dağ-xizək

idmançısı Qaya Bassani və Serdik Nots təmsil edəcəklər.

Vankuver Olimpiadasının açılışına bir neçə saat qalır. “Bi Si Pleys” arenasında olimpiya məşəli

alovlanacaq və Kanadanın general-qubernatoru Mikael Jan Olimpiya oyunlarının açılışını elan edəcəkdir.

Olimpiadaların tarixində ən uzun məsafəsi olan 45 min kilometrlik estafetin sonuncu hissəsində məşəlin

kimin aparacağı hələlik məlum deyildir. Bununla bağlı, mümkün namizədlər sırasında Kanada azarkeşləri

tərəfindən “Böyük” adlandırılan Ueyn Qretskinin, Paralimpiya oyunlarının altıqat mükafatçısı, Olimpiya

kəndinin fəxri meri Rik Xansenin və konkisürən Sindi Klassenin adları çəkilir. İstisna deyildir ki, Olimpiadanın

məşəlinin yandırılması şərəfinə Kanadanın Sakit okean sahillərində yaşayan yerli xalqların nümayəndələri layiq

görüləcəklər. Axı, idman obyektləri dörd hindu qəbiləsinin – skemiş, maskim, liluat və tsleyl-vautus

qəbilələrinin ənənəvi ərazilərində inşa edilmişdir.

Vankuverdə Olimpiya yarışları fevralın 28-dək davam edəcəkdir. Burada 15 idman növü üzrə 86

mükafat dəsti uğrunda mübarizə aparılacaqdır.

AzərTAc

12 fevral 2010-cu il

221

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Vankuverdə Olimpiya məşəli yandırılmışdır

Bakı, 13 fevral (AzərTAc). Kanadanın Vankuver şəhərində XXI Qış Olimpiya oyunlarının təntənəli

açılışı olmuşdur.

Olimpiya hərəkatı tarixində ilk dəfə təntənəli açılış mərasimi qapalı stadionda keçmişdir. “Bi-Si-Pleys”

stadionunda Olimpiya məşəlini Kanadanın dörd böyük idmançısı – xokkeyçi Ueyn Qretski, dağ xizəkçisi Nensi

Qrin, konki sürən Katrina Lemey-Doun və basketbolçu Stiv Neş alovlandırmışlar.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqe təbrik nitqində oyunların prinsiplərini elan etmiş

və idmançıları salamlamışdır: “Biz Olimpiya oyunları tarixində artıq üçüncü dəfədir ki, Kanadadayıq. Monreal

və Kalqaridən sonra növbə bu gözəl ölkənin qərb sahilinə çatmışdır. Ciddi dəstəyə və yaxından iştiraka görə

Kanadanın və Britaniya Kolumbiyası əyalətinin hökumətinə, burada yaşayan 4 yerli xalqın nümayəndələrinə

minnətdarlığımızı bildiririk. Yeddi il yorulmadan çalışan Vankuver Olimpiya Komitəsindəki dostlarımıza,

görünməmiş şövqlə bizə kömək edən minlərlə könüllüyə təşəkkür edirik. Bu gün dünyamızın sülhə, dözümlü

olmağa ehtiyacı vardır. Qoy Olimpiya oyunları da sülh şəraitində, təmiz və əsl Olimpiya qardaşlığı ruhunda

keçsin. Əziz atletlər, bu oyunlar sizə məxsusdur. Onlara hamımızın gözlədiyi sehrli və möcüzəli aləm hissi bəxş

edin. Unutmayın ki, bütün dünyada milyonlarla vətəndaşa örnəksiniz. Məsuliyyət olmadan şöhrət qazanmaq

mümkün deyildir. Odur ki, “Dopinqə və şərəfsizliyə yox” deyin”.

Kanadanın general-qubernatoru Mişel Jan XXI Qış Olimpiya oyunlarını açıq elan etmişdir.

Olimpiya bayrağı dalğalandıqdan və Kanadanın himni səsləndikdən sonra açılış mərisiminə bir neçə saat qalmış

faciəvi sürətdə həlak olmuş 21 yaşlı Gürcüstan kirşə sürəni Nodar Kumaritaşvilinin xatirəsi bir dəqiqəlik sükutla

anılmışdır.

Gənc estrada ulduzu, 16 yaşlı Niki Yanofski Olimpiadanın “Mən inanıram” adlı himnini ifa etmişdir.

Olimpiya himni ilk dəfə iki dildə - ingilis və fransız dillərində səslənmişdir.

Açılış mərasimi milli motivlərlə müşayiət olunmuşdur. Sonra idman nümayəndə heyətləri meydana

çıxmışlar. Ənənəvi olaraq yürüşə Yunanıstan yığması başçılıq etmişdir. Olimpiadada 82 ölkədən idmançılar

iştirak edirlər. Azərbaycanı burada iki dağ xizəkçisi – Qaya Bassani və Serdik Nots təmsil edirlər. Qana,

Kayman adaları, Kolumbiya, Pakistan və Peru kimi ölkələr qış Olimpiya oyunlarına ilk dəfə qatılmışlar.

Meydana idman formalarının qoluna matəm lenti bağlamış Gürcüstan komandası çıxanda bütün stadion

Gürcüstan idmançısının həlak olması ilə əlaqədar hüzn əlaməti olaraq ayağa qalxmışdır.

AzərTAc

13 fevral 2010-cu il

222

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Vankuver-2010-da

Fevralın 12-də Kanadanın Vankuver şəhərində start götürən XXI Qış Olimpiya Oyunları davam edir. 26

ölkənin medal qazandığı bu möhtəşəm oyunlarda Azərbaycan təmsilçiləri ilk çıxışlarını başa vurublar.

İdmançılarımızdan mübarizəyə əvvəlcə nəhəng slalom yarışlarında qüvvəsini sınayan Cedrik Nots

qoşulub. O, 102 atletlə start götürən birinci cəhddə finiş xəttinə çatan 89 idmançı sırasında olub. İlk yürüşü

79-cu yerdə bitirən təmsilçimiz məsafəni 1.30.78 saniyəyə qət edib və liderdən 13.51 saniyə geri qalıb.

Cedrik Notsun ikinci cəhdi birinci yürüşlə müqayisədə uğurlu olub. Bu dəfə Nots ümumi nəticəsini

yaxşılaşdıraraq, 72-ci pilləyə yüksəlib. O, finiş xəttinə Seneqal, Mərakeş, Çin, Qırğızıstan. Özbəkistan,

Meksika, Pakistan, San-Marino və Hindistan idmançılarından daha tez çatıb. Qeyd edək ki, ilk cəhddə 13 atlet

yarışı başa çatdıra bilməmişdisə, ikinci cəhddə daha 8 idmançı onlara qoşulub. Nəhəng slalom yarışlarında qızıl

medalı isə isveçli Karlo Yanka qazanıb.

Cedrik Nots növbəti yarışına bu gün çıxacaq. O, bu dəfə dağ xizəkçilərinin slalom növündə gücünü

sınayacaq.

Qadınlar arasında keçirilən nəhəng slalom yarışları da start götürüb. Bu idman növündə qaliblərin adları

fevralın 24-də müəyyənləşməli olsa da, ilk yürüşün vaxtından 1 saat 46 dəqiqə gec başlaması təqvimdə

dəyişikliklə nəticələnib: ikinci cəhd fevralın 25-nə təyin edilib. Nəhəng slalom yarışlarının ilk yürüşündə 86

idmançı, mübarizəyə başlayıb. Lakin onlardan cəmi 68-i finiş xəttinə çatıb. Bu idmançılardan ölkəmizin idman

şərəfini qoruyan Qaya Bassani Antivarini ilk cəhddə 66-cı olub (1.30.82 saniyə). Özbəkistan və İran atletlərini

qabaqlayan legionerimiz dünən axşam saatlarında ikinci yürüşdə də qüvvəsini sınayıb. Yarış gec başa

çatdığından nəticə ilə növbəti sayımızda tanış ola bilərsiniz.

“Olimpiya dünyası”.-2010.-26 fevral-1 mart.-N.14.-S.1.

223

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Ev sahibləri rekord müəyyənləşdirdilər

Kanadanın paytaxtı Vankuverdə keçirilən XXI Qış Olimpiya Oyunları başa çatıb. Fevralın 12-də

start götürən olimpiada 17 gün davam edib.

Vankuver-2010-da 15 idman növü üzrə 86 dəst medal öz sahibini tapıb. Bu medallar 26 ölkənin atletlərinə

qismət olub.

Maraqlıdır ki, 86 qızıl medaldan 14-ünü Kanada idmançılar; qazanıblar. Bu isə qış Olimpiya oyunları

tarixində yeni rekorddur. Qeyd edək ki, əvvəlki Olimpiadalarda ən çox qızıl medal qazanan ölkə 13 dəfə fəxri

kürsünün ən yüksək pilləsinə qalxmışdı: İnsbruq-1976-da SSRİ, Solt-Leyk-Sitidə isə Norveç komandaları 13

dəfə çempionluq sevinci yaşamışdılar.

82 ölkənin idmançılarının mübarizə apardığı Vankuver-2010-da birinci olan kanadalılar 14 qızıl medaldan

əlavə, 7 gümüş və 5 bürünc medal əldə ediblər. Medal qazanan ölkələr arasında ikinci yerdə Almaniya

idmançıları yer alıblar. Onlar 10 qızıl, 13 gümüş və 7 bürünc medala sahib olublar. Olimpiya oyunlarının gedişi

zamanı medal qazanan ölkələrin siyahısına başçılıq edən ABŞ atletləri yekunda üçüncü pillədə qərarlaşıblar.

Amerikalılar medalların sayına görə birinci olsalar da, növünə görə almanlardan və kanadalılardan geri qalıblar.

Mütəxəssislərin fikirlərinə görə, XXI Qış Olimpiya Oyunlarında Rusiya, Fransa, Çexiya, Polşa, Böyük

Britaniya, İtaliya və Finlandiya yığmaları gözləniləndən zəif çıxış ediblər. Onlardan fərqli olaraq, Kanada, Çin

və Cənubi Koreya komandaları uğurlu iştirakla yadda qalıblar.

Yekun cədvəl

Ölkə Q G B Cəmi

1. Kanada 14 7 5 26

2. Almaniya 10 13 7 30

3. ABŞ 9 15 13 37

4. Norveç 9 8 6 23

5. Cənubi Koreya 6 6 2 14

6. İsveçrə 6 0 3 9

7. Çin 5 2 4 11

7. İsveç 5 2 4 11

9. Avstriya 4 6 6 16

10. Hollandiya 4 1 3 8

11. Rusiya 3 5 7 15

12. Fransa 2 3 6 11

13. Avstraliya 2 1 0 3

14. Çexiya 2 0 4 6

15. Polşa 1 3 2 6

16. İtaliya 1 1 3 5

17. Belarus 1 1 1 3

17. Slovakiya 1 1 1 3

19. Böyük Britaniya 1 0 0 1

20. Yaponiya 0 3 2 5

21. Sloveniya 0 2 1 3

21. Xorvatiya 0 2 1 3

23. Latviya 0 2 0 2

24. Finlandiya 0 1 4 5

25. Qazaxıstan 0 1 0 1

25. Estoniya 0 1 0 1

“Olimpiya dünyası”.-2010.-2-4 mart.-N.15.-S.1

224

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Olimpiya bayrağı Soçiyə təhvil verildi

Fevralın 28-də olimpiadanın əsas stadionu olan "Bi-Si-Pleys stadionunda rəsmi bağlanış mərasimi təşkil

edilib. Mərasimdə 60 min adam iştirak edib. Bağlanış mərasimi gülməli hadisə ilə başlayıb. Xatırlayırsınızsa,

Olimpiadanın açılış mərasimində məşəlin dirəklərindən biri hərəkət etmədiyi üçün kanadalı fiqurlu konkisürən

Katrin Le Mey-Doan məşəlin alovlandırılmasında iştirak edə bilməmişdi. Bağlanışda stadiona birinci daxil olan

təmirçi həmin dirəyi "təmir" etmiş və kanadalı atletin Olimpiya məşəlinin "alovlandırılması prosesində" iştirakı

təmin edilmişdir. Sonra meydana əllərində snoubord olan kanadalı gənclər daxil olublar. Kanadanın yerli

xalqlarının meydana gəlməsi alqışlara səbəb olub. Mərasim iştirakçıları ölkənin Baş naziri Stiven Xarper və

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqu alqışlarla qarşılayıblar. Kanadanın dövlət himni

səsləndirilib, bayrağı qaldırılıb. Sonra Olimpiya oyunlarının vətəni sayılan Yunanıstanın və digər 82 iştirakçı

dövlətin bayrağı dalğalandırılıb. Mərasimdə iştirak edən idmançılar tamaşaçıların alqış sədalan altında

meydanda fəxri dövrə vurublar. Elə həmin mərasimdə Vankuver-2010-un son mükafatçılarının təqdimetməsi

keçirilib. Kişilərin 50 km məsafəyə marafon yürüşündə mükafat qazananların medalları bağlanış mərasimində

öz sahiblərinə təqdim edilib. Vankuver Olimpiadasında əməyi olan 25 min könüllüyə də minnətdarlıq bildirilib.

Məşhur kanadalı tenor Ben Xeppnerin ifasında Olimpiya himni səsləndirilib və Olimpiya bayrağı endirilib.

Vankuver şəhərinin meri Qreqor Robertson Olimpiya bayrağını BOK prezidenti Jak Roqqa, o isə, öz

növbəsində, Soçinin meri Anatoli Paxomova təqdim edib.

Vankuver-2010-un Təşkilat Komitəsinin rəhbəri Con Ferlonq Vankuverdə həlak olan gürcüstanlı idmançı

Nodar Kumaritaşvilinin ölümü ilə bağlı başsağlığı verib. Mərasimdə çıxış edən BOK prezidenti Jak Roqq da

Kumaritaşvilini yada salıb. O, XXI Qış Olimpiya Oyunlarının başa çatdığını elan edib. Mərasimin sonunda

kanadalı müğənni Nil Yanqın oxuduğu mahnının sədaları altında Olimpiya məşəli söndürülüb.

“Olimpiya dünyası”.-2010.-2-4 mart.-N.15.-S.1

225

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Çingiz Hüseynzadə: "Vankuverdə azarkeşlərin fəallığı özünü göstərdi"

Kanadanın paytaxtı Vankuverdə keçirilən XXI Qış Olimpiya Oyunları başa çatıb. Fevralın 12-dən start

götürən olimpiada 17 gün davam edib. 82 ölkənin idmançılarının mübarizə apardığı Olimpiya oyunlarında

Kanada yığması birinci olub.

Vankuverdə Azərbaycan təmsilçiləri də mübarizə aparıblar. Cedrik Nots və Qaya Bassani Antivarini

slalom və nəhəng slalom yarışlarında ölkəmizin idman şərəfini qoruyublar. Vankuverdən yenicə qayıdan

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə

görüşdük. Çingiz müəllim XXI Qış Olimpiya Oyunlarının nəticələri ilə bağlı suallarımızı cavablandırdı.

- Çingiz müəllim, XXI Qış Olimpiya Oyunları təşkilatçılıq baxımından, eləcə də, digər cəhətlərinə

görə əvvəlki olimpiadalardan fərqləndimi

- Vankuver Olimpiadası ilə əvvəlki Olimpiya oyunlarının bir neçə fərqi oldu. Birinci fərq hava şəraiti ilə

əlaqədardır. Vankuverdə havalar çox isti keçirdi. Mən deyərdim ki, Vankuver Olimpiadası ən isti olimpiada idi.

Şəhərin özündə ümumiyyətlə, qar yox idi. Açıq havada təşkil edilən yarışların keçirildiyi dağlarda qarın

səviyyəsi normal idi. İkinci fərq isə, məncə, XXI Qış Olimpiya Oyunlarının əvvəlkilərlə müqayisədə

qalmaqalsız keçməsi ilə bağlıdır. Vankuverdə dopinqlə bağlı heç bir problem yaşanmadı. Ümumiyyətlə, orada

dopinqdən söhbət belə açılmadı. Hansısa idmançının dopinq qəbul etmə-si ilə bağlı hadisə qeydə alınmadı. Bu

olimpiada daha təmiz keçdi. Üçüncü fərq isə azarkeşlərin fəallığında özünü göstərdi. Medal uğrunda mübarizə

aparılmayan, yəni ilkin yarışların keçirildiyi arenalar da tamaşaçılarla dolu olurdu. Bu ondan irəli gəlirdi ki,

kanadalı idmançılar olimpiadaya yaxşı hazırlaşmışdılar və onlar bütün növlərdə iştirak edirdilər. Yerli

idmançıların yüksək yerlər uğrunda mübarizə aparması da yerli əhalidə böyük maraq yaratmışdı. Xatırlayıram

ki, Afina-2004-də stadionların tribunalarının yarısı boş olurdu. Amma Vankuverdə tamaşaçılar fəallıq

göstərirdilər. Bir sözlə, XXI Qış Olimpiya Oyunlarında fərq nəzərə çarpırdı.

- Çingiz müəllim, Olimpiya kəndində idmançılar üçün yaradılan şərait necə idi

- Ümumiyyətlə, Olimpiya kəndləri bütün Olimpiya oyunlarında hərtərəfli şəraitlə təmin olunur.

Vankiverdə də belə idi. Burada olan Olimpiya kəndi Beynəlxalq Olimpiya Komitəsinin standartlarına uyğun

gəlirdi. Düzdür, Rusiyanın bəzi mətbuat vasitələrində Olimpiya kəndi ilə bağlı şikayətlər yazılıb. Amma mən

hesab edirəm ki, bu şikayətlər obyektiv deyil. Vankuverin Olimpiya kəndində idmançılar üçün, eləcə də

nümayəndə həyətləri üçün normal şərait yaradılmışdı. Yeməkxanalar 24 saat işləyirdi. Burada Avropa və Asiya

mətbəxinin nümunələri təklif edilirdi. İstirahət üçün də lazımi şərait var idi. Olimpiya kəndi, demək olar ki,

Vankuverin mərkəzində, idman obyektlərinin yaxınlığında yerləşirdi.

- Çingiz müəllim, bizdə olan məlumata görə Vankuverdə Beynəlxalq Olimpiya Komitəsinin

prezidenti Jak Roqqla görüşmüsünüz.

- Jak Roqqla Vankuverdə təşkil edilən müxtəlif tədbirlərdə görüşdük. Əlbəttə, bu görüşlər rəsmi xarakter

daşımırdı. Məni Jak Roqqun Vankuver Olimpiadası ilə bağlı fikirləri maraqlandırırdı. O, Təşkilat Komitəsinin

işindən razı olduğunu, oyunlarla bağlı heç bir problem yaşanmadığım bildirdi. Təəssüf ki, Vankuverdə faciəli

hadisə baş verdi. Gürcüstan idmançısı Nodar Kumaritaşvilinin həlak olması olimpiadanın gedişinə təsir

göstərdi.

- Yeri gəlmişkən, Nodar Kumaritaşvşinin ölümü müxtəlif müzakirələrə səbəb oldu. Gürcüstan

tərəfi idmançının həlak olduğu trasın beynəlxalq standartlara uyğun olmadığını desə də, Təşkilat

Komitəsi idmançının öz günahı ucbatından həlak olduğunu bəyan etdi.

- Bilirsinizmi, bu məsələ indi de müzakirə olunmaqdadır. Mən inanmıram ki, Beynəlxalq Olimpiya

Komitəsi yarışlara hazır olmayan və ya qüsurlu qurğunu qəbul etsin. Adətən, BOK yarışlardan əvvəl bütün

qurğularda dəqiq yoxlama aparır və qəbul edir. Məncə, bütün qurğular Beynəlxalq Olimpiya Komitəsinin

normalarına cavab verirdi. Baş verən faciədən sonra həmin trasın kənarlarında olan dirəklərə xüsusi lövhələr

vuruldu. Bəzi mütəxəssislər deyirdilər ki, bu işi əvvəldən görmək lazım idi. Ümumiyyətlə, qış idman növlərində

zədələnmələr tez-tez baş verir. Elə bizim idmançı da məşq zamanı ciddi zədələndi. Düşünürəm ki, idman

qurğuları ilə bağlı məsələlər ekspertlərin, mütəxəssislərin ixtiyarına verilməlidir.

- Çingiz müəllim, Vankuverə yola düşməzdən əvvəl qəzetimizə verdiyiniz müsahibədə demişdiniz ki,

Vankuverdə əsas mübarizə ABŞ, Kanada və Almaniya yığmaları arasında gedəcək. Proqnozunuz özünü

doğrultdu. Təkcə Rusiya komandası favoritlər cərgəsində yer ala bilmədi.

- Rusiya yığmasının zəif çıxış etməsi Vankuver Olimpiadasının gözlənilməz və maraqlı cəhətlərindən biri

oldu. Mən hesab edirəm ki, rusiyalıların zəif nəticə göstərməsinin səbəbini bu olimpiadaya hazırlıqda axtarmaq

lazımdır. Düzdür, Rusiya mətbuatı bəzi idman növlərində hakimlərin ədalətsiz qərar verdiyini yazıb. Amma bu,

obyektivlikdən uzaqdır. Rusiya idmançılarına qarşı heç bir hakim qərəzli mövqedə çıxış etmədi. Rusiya

mətbuatı daha çox fiqurlu konkisürən Plyuşenkonun gümüş medal qazanmasını hakim ədalətsizliyi ilə

bağlayırlar. Plyuşenkonun çıxışını şəxsən mən izləyirdim. Özü də bu növ üzrə mütəxəssislərin yanında

226

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

əyləşmişdim. Burada rusiyalı mütəxəssislər də var idi. Onlar özləri de etiraf etdilər ki, Plyuşenko bu yarışda

amerikalı idmançıya uduzdu. Digər tərəfdən, Rusiya Vankuverdə başqa cəhətlərə daha çox diqqət ayırırdı. Onlar

Soçi-2014-lə bağlı təbliğat aparırdılar. "Soçi House" deyilən bir yerdə hər gün rusların konsertləri keçirilirdi.

Adamların bir çoxunun diqqəti məhz bu konsertlərə yönəlmişdi. Rusiyanın bəzi vəzifəli adamları və deputatları

da orada iştirak edirdilər. Yeni Rusiya nümayəndə heyəti diqqəti daha çox Soçi-2014-ün təbliğatına yönəltmişdi.

Men orada Rusiyanın idman naziri Vitali Mutko ilə də görüşdüm. Konkisürmə yarışlarında Rusiya idmançısı

üçüncü yeri tutdu. Həmin çıxışı Mutko ilə birlikdə izləyirdim. Mən onu təbrik etdim və dedim ki, bu, yaxşı

başlanğıcdır. Amma sonrakı yarışlarda Rusiya idmançılarının nəticələri ümumi hesabda çox acınacaqlı oldu.

Onlar ilk onluğa düşə bilmədilər. Olimpiya oyunlarında ilk onluğa düşə bilməmək böyük hadisədir.

- Təmsilçilərimizin XXI Qış Olimpiya Oyunlarındakı çıxışlarını təhlil etsək, hansı nəticəyə gələ

bilərik

- Vankuverdə Azərbaycanı bir kişi və bir qadın idmançı təmsil edirdi. Təəssüf ki, qadın idmançımız

yarışlardan əvvəl məşq zamanı dizindən ciddi zədə aldı. Onun yarışlarda iştirak etməsi qeyri-mümkün idi. O,

yeriyə bilmirdi. İdmançımızın şəxsi həkimi İtaliyadan gələrək onun müalicəsi ilə məşğul olurdu. İdmançımızın

dizinə hər gün 8 iynə vurulurdu. Bütün bunlara baxmayaraq təmsilçimiz yanşa çıxa bildi və trası axıradək qət

etdi. Kişi idmançımız böyük slalom yarışında 102 idmançı arasında 72-ci oldu. Bu, kifayət qədər normal

nəticədir.

- Olimpiadanın məşəlinin alovlandırılması zamanı müəyyən problem yaşandı.

- Məşəl alovlandırılarkən texniki nasazlıq baş verdi. Bu, açılış mərasiminə təsir edə biləcək hadisə deyildi.

Məşəli sonradan Vankuverin mərkəzi meydanlarından birində yerləşdirdilər. İstənilən insan məşəlin yanına

yaxınlaşa, şəkil çəkdirə bilər. Məşəlin meydanda quraşdırılması əzəmətli bir görüntü yaradırdı. İnsanların

məşəlin ətrafına toplanması, burada müxtəlif tədbirlərin keçirilməsi açılış mərasimi zamanı baş verən texniki

nasazlığı bir növ unutdurmuşdu. Qeyd edim ki, məşəlin atlı polislər tərəfindən qorunması onun əzəmətindən

xəbər verirdi.

Mən Azərbaycan komandasının açılış mərasimində keçid zamanı geydiyi forma haqqında bir neçə kəlmə

demək istərdim. Xüsusilə qeyd etmək istərdim ki, Olimpiya kəndində keçirilən sorğuda Azərbaycan

komandasının forması ən yaxşı geyimlər içərisində ilk beşlikdə yer aldı. Bəziləri isə bu formaya ikinci yer

verirdilər. Bu, sorğunun nəticələri idi. Bir sıra milli Olimpiya komitələrinin nümayəndələri mənə yaxınlaşaraq

idmançılarımızın geyimlərini çox bəyəndiklərini, bu formanın Olimpiya mühitinə yaraşdığını qeyd edirdilər və

bu formanın hansı şirkət tərəfindən hazırlandığı ilə maraqlanırdılar. Qeyd etmək istərdim ki, açılış

mərasimindən sonra Kanada qəzetlərində Olimpiada ilə bağlı verilən şəkillər içərisində Azərbaycan

təmsilçilərinin şəkilləri də mütləq yer alırdı.

Hürrü Abdullayev

“Olimpiya dünyası”.-2010.-5-11 mart.-N.16.-S.2.

227

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Bu gün Vankuver-2010 Paralimpiya Oyunları start götürür

XXI Qış Olimpiya Oyunları fevralın 28-də başa çatıb. 17 gün davam edən olimpiadada 15 idman növü

üzrə 86 dəst medal öz sahibini tapıb. Bu medallar 26 ölkənin atletlərinə qismət olub. Xatırladaq ki, 86 qızıl

medaldan 14-nü Kanada idmançıları qazanıblar. Bu isə qış Olimpiya oyunlarında yeni rekorddur. 82 ölkənin

idmançılarının mübarizə apardığı Vankuver-2010-da birinci olan kanadalılar 14 qızıl medaldan əlavə, 7 gümüş

və 5 bürünc medal da əldə ediblər. Medal qazanan ölkələr arasında Almaniya ikinci, ABŞ atletləri isə üçüncü

yerdə qərarlaşıblar.

Bu gün isə Vankuver-2010 Paralimiya Oyunları start götürür. Təntənəli açılış mərasimi "Bi Sİ Pleys"

arenasında təşkil ediləcək. Paralimpiya oyunlarında 43 ölkənin 1350 idmançısı birincilik uğrunda mübarizə

aparacaq. Paralimpiyaçılar dağ xizəyi idmanı, xizəklə kross, biatlon, kerlinq və xokkey (əlil arabalarında)

növlərində yarışacaqlar.

“Olimpiya dünyası”.-2010.-12-15 mart.-N.17.-S.1.

228

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Bakı Olimpiya Oyunlarına ev sahibliyi etmək iqtidarındadır

Dünya Olimpiya hərəkatının fəal üzvü olan Azərbaycan Olimpiya Oyunlarını qəbul etmək üçün

lazım olan iqtisadi və siyasi potensiala malikdir

Dünyanın ən nəhəng və əsas idman yarışı Olimpiya Oyunlarıdır. Bu yarış miqyasına, iştirakçı sayına,

idman növlərinin rəngarəngliyinə, insanların marağına görə başqa heç bir turnirlə müqayisə oluna bilməz.

Olimpiya yarışları artıq bir idman turniri olmaqdan çıxaraq, bütün dünyanı əhatə edən hərəkata çevrilib - sülh və

həmrəylik hərəkatına. Ona görə Olimpiya Oyunları üçün “əsas iştirak etməkdir” devizi seçilib. Yəni, bu yarışda

iştirak etmək, olimpiya hərəkatının bir üzvünə çevrilmək idmançı üçün böyük uğur və karyerasının ən yüksək

zirvəsi sayılır. Olimpiya Oyunları kimi nəhəng turniri keçirmək hər ölkəyə nəsib olmur. Çünki dünyanın demək

olar ki, bütün ölkələrindən olan idmançıların, məşqçilərin, nümayəndə heyətlərinin, olimpiya komitələrinin

təmsilçilərinin, tibbi və digər personalı, yüz minlərlə azarkeşi, qonaqları, dövlət başçılarını qəbul etmək asan

məsələ deyil. Bunun üçün həmin ölkə bütün parametrlər üzrə inkişaf etmiş ölkə olmalıdır ki, həm bu qədər

nümayəndələri qəbul edə bilsin, həm də ən əsası bu yarışları keçirmək üçün lazımi infrastruktura malik olsun.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) xüsusi komissiyası seçim edərkən hər xırda detalı belə analiz

etdikdən sonra rəyini açıqlayır. Ona görə də, Olimpiya Oyunları kimi yarışı qəbul etmək iddiasına çox dövlət

düşmür. Əsasən dünyanın inkişaf etmiş, sayılan-seçilən dövlətləri ev sahibliyi iddiası ilə BOK-a müraciət edirlər

və müraciət edən dövlətlərin siyahısında nadir halda dəyişiklik olur. Azərbaycanın Olimpiya Oyunlarını qəbul

etmək iddiasını ortaya qoyması ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Təkcə elə bu iddiada olmaq

Azərbaycanın həm təbliğatı baxımdan əhəmiyyət daşıyır, həm də ölkəmizə müsbət imic qazandırır. Əvvəla,

Azərbaycan Dünya Olimpiya hərəkatının fəal üzvüdür və bu məsələ BOK rəhbərliyi səviyyəsində dəfələrlə qeyd

edilib. Azərbaycanın dövlət başçısı İlham Əliyevin başçılıq etdiyi Milli Olimpiya Komitəsinin fəaliyyəti bir

neçə dəfə BOK rəhbərliyi tərəfindən digər komitələrə nümunə göstərilib. Yəni, Azərbaycan hərəkatın fəal üzvü

kimi artıq BOK-da ən nüfuzlu üzvlərdən biri sayılır. Şübhəsiz ki, bu nüfuzun arxasında böyük iqtisadi-siyasi

güc dayanmadan iddianı gerçəkləşdirmək mümkün deyil. Azərbaycanın nüfuzunun və iddiasının arxasında

ölkədə müşahidə olunan böyük iqtisadi inkişaf dayanır. Dünyanın ən yüksək templə inkişaf edən ölkəsi olan

Azərbaycan Olimpiya Oyunlarını qəbul etmək üçün lazım olan iqtisadi və siyasi gücə malikdir. Ölkədə hər

sahədə müşahidə olunan inkişaf idman sahəsindən də yan keçməyib. Dövlət başçısı İlham Əliyevin həm də

Milli Olimpiya Komitəsinə rəhbərlik etməsi ölkədə idmanın inkişaf etməsində, kütləviləşməsində böyük

stimuldur.

Əgər bu gün Bakı Avropanın idman mərkəzi hesab edilirsə, bu səbəbsiz deyil. Bakıda bir-birinin ardınca

keçirilən Dünya və Avropa çempionatları, A kateqoriyalı turnirlər, olimpiya lisenziya xarakterli yarışlar

paytaxtımızı bütün dünyada idman mərkəzi kimi tanıdıb. Bu yarışları keçirmək artıq Azərbaycan üçün adi hala

çevrilib. Bakıda bu yarışları qəbul etmək üçün lazım olan bütün infrastruktur yaradılıb. Müasir hava limanı,

dünyanın ən tanınmış otelləri ilə rəqabət apara biləcək otel-mehmanxana kompleksləri, müasir yol-nəqliyyat

sistemi, bütün texniki cihazlarla təmin edilmiş və beynəlxalq standartlara tam cavab verən idman arenaları və

BOK ekspertlərinin xüsusi fikir verdiyi insanların idmana olan marağı Bakının iddiasının nə qədər ciddi

olmasından xəbər verir. İdmanın, o cümlədən, lazımi infrastrukturun inkişafı Bakı ilə məhdudlaşmır. Bu gün

Azərbaycanın bütün bölgələrində aparılan genişmiqyaslı işlər bölgələrimizi də cəlbedici yerə çevirib. Elə bunun

nəticəsidir ki, bu gün Olimpiya lisenziya xarakterli turniri Bakıdan kənarda da keçirə bilirik. Demək olar ki,

bütün bölgələrimizdə müasir otellər, idman qurğuları, olimpiya idman mərkəzləri fəaliyyət göstərir.

Ölkəmiz 2016-cı il Yay Olimpiya Oyunlarını keçirmək üçün də namizədliyini irəli sürəndə çoxları bunu,

sadəcə, təbliğat üçün atılmış addım kimi dəyərləndirirdi. Amma Bakının 2020-ci il üçün yenidən namizəd

olması ölkəmizin bu məsələdə nə qədər ciddi olduğunu ortaya qoyur. Xatırladaq ki, 2020-ci ildə Yay Olimpiya

Oyunlarını keçirməyə namizəd şəhərlərin adları açıqlanıb. Artıq 8 ölkə bu möhtəşəm turniri keçirmək uğrunda

mübarizəyə başlayıb. Namizəd şəhərlər arasında Bakının da adı var. Paytaxtımıza rəqib isə Roma (İtaliya),

Dehli (Hindistan), Tokio (Yaponiya), Toronto (Kanada), Paris (Fransa), Durban və Keyptaun (hər ikisi Cənubi

Afrika Respublikası) şəhərləridir. Olimpiya-2020-yə ev sahibliyi etmək istəyən şəhərlərin seçim mərhələsi

2013-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin Buenos-Ayresdə keçiriləcək konqresində müəyyənləşəcək.

Unutmaq lazım deyil ki, yerləşdiyimiz coğrafi bölgədə Olimpiya Oyunlarını keçirmək iddiasını yalnız Rusiya

və Türkiyə ortaya qoyub. Təkcə elə bu fakt göstərir ki, Olimpiya Oyunlarını qəbul etmək iddiasına düşmək hər

dövlətin işi deyil. Ölkəmizin inkişafı, gücü, nüfuzu imkan verir ki, Bakı Paris, Roma, Toronto, Tokio kimi

böyük şəhərlərlə rəqabət aparsın. Azərbaycan böyük iqtisadi inkişafı, siyasi gücü, beynəlxalq nüfuzu ilə bu

229

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

iddianı gerçəkləşdirmək və Olimpiya Oyunları kimi böyük idman bayramını Xəzərin sahilinə gətirmək

iqtidarındadır.

ANAR

“Yeni Azərbaycan”.-2010.-18 iyun.-N.107.-S.3.

230

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

XXX yay olimpiya oyunlarına hazırlıq haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Müstəqil Azərbaycan Respublikasında Olimpiya hərəkatı ildən-ilə geniş vüsət alır. Ölkəmizin

idmançılarının 2008-ci il Pekin Olimpiadasında 1 qızıl, 2 gümüş və 4 bürünc medal əldə edərək böyük nailiyyət

qazanması bunun parlaq təcəssümüdür.

Böyük Britaniyanın London şəhərində 2012-ci ildə keçiriləcək növbəti XXX Yay Olimpiya Oyunlarına

Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin müvafiq idman federasiyaları tərəfindən

hazırlıq işləri aparılır. Müxtəlif irimiqyaslı yarışlarda idmançılarımızın son dövrlərdəki qələbələri və yeni gənc

idmançılar nəslinin aşkar olunan potensial imkanları bu Olimpiya Oyunlarında yüksək nəticələr göstərilərək,

əvvəlki mövqelərin daha da yaxşılaşdırılacağına inam yaradır.

Azərbaycanın milli olimpiya komandasının 2012-ci ildə London şəhərində keçiriləcək XXX Yay

Olimpiya Oyunlarına mütəşəkkil hazırlanması, bu mərhələdə onların rəsmi beynəlxalq yarışlara qatılması,

lisenziyaların qazanılması və idmançıların London Olimpiadasında iştirakının lazımi səviyyədə təmin olunması

məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin təqdim etdiyi xüsusi proqramlara

əsasən milli yığma komandaların XXX Yay Olimpiya Oyunlarına hazırlığı mərhələsində təlim-məşq

toplanışlarının keçirilməsi, idmançıların rəsmi beynəlxalq yarışlarda iştirakı, ölkədə lisenziya yarışlarının təşkili,

Azərbaycan nümayəndə heyətinin Olimpiya Oyunlarında iştirakı və digər tədbirlərin həyata keçirilməsi ilə bağlı

zəruri maliyyə vəsaitinin ayrılmasını təmin etsin;

1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2010-cu il.

231

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Soçi – 2014

Soçidə keçiriləcək “Olimpiada-2014” yarışlarında

Azərbaycan fiqurlu konkisürənlərinin bütün rəqibləri müəyyənləşmişdir

Bakı, 3 oktyabr (AzərTAc). 2014-cü ildə Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarında rəqs cütlükləri

arasında fiqurlu konkisürmə üzrə yarışların bütün iştirakçıları məlum olmuşdur. Yarışlarda Azərbaycanı Yuliya

Zlobina-Aleksey Sitnikov cütlüyü təmsil edəcəkdir.

AzərTAc xəbər verir ki, Olimpiadada iştirak etmək hüququnu son olaraq Almaniyanın Oberstdorf

şəhərində “Nebelhom Trophy” turnirində təsnifat keçmiş Türkiyə, Çin, Avstraliya, Yaponiya və İspaniyadan

rəqs duetləri əldə etmişdir.

Ölkələri üçün Olimpiadaya beş putyovkanı çinli Xuan Sinton-Çjen Syun, Daniel O’Brayen-Qreqori

Merrimen (Avstraliya), Alisa Aqafonova-Alper Uçar (Türkiyə) cütlükləri, Yaponiya təmsilçiləri Keti və Kris

Rid, İspaniyadan olan Sara Urtado-Adrian Dias dueti qazanmışlar.

Beləliklə, Soçidə keçiriləcək Olimpiadada ABŞ, Kanada və Rusiyanın yığma komandaları hərəyə üç rəqs

cütlüyü ilə, İtaliya, Fransa və Almaniya iki, Azərbaycan, Türkiyə, Böyük Britaniya, Ukrayna, Litva, Çin,

Avstraliya, Yaponiya və İspaniya hərəyə bir rəqs cütlüyü ilə təmsil olunacaqdır.

AzərTAc

3 oktyabr 2014-cü il

232

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Soçi Olimpiadası biletlərin satış sürəti üzrə rekord vurur

Bakı, 26 noyabr (AzərTAc). Bazar ertəsi həm Rusiya paytaxtında, həm də Qış Olimpiya Oyunlarının

paytaxtında “Soçi-2014” əsas bilet satışı mərkəzləri açılmışdır.

Soçi Olimpiadasının Təşkilat Komitəsinin press-relizində bildirilir ki, Soçidə qış olimpiya və paralimpiya

oyunlarına bilet satışı üzrə “Soçi-2014” əsas bilet satışı mərkəzləri açılandan sonrakı ilk sutka ərzində bilet

satışının həcmi üç dəfədən çox artmışdır.

Azarkeşlər həm əvvəllər www.tickets.sochi2014.com rəsmi saytında dəyərini ödədikləri biletləri əsas

bilet satışı mərkəzlərində ala bilər, həm də yeni biletlərin haqqını visa kartı ilə və ya nağd şəkildə ödəyərək

həmin biletləri ala bilərlər. Bilet kassalarında qiymətlər rəsmi saytdakı qiymətlərdən fərqlənmir. Bu mərkəzlər

2014-cü il martın 16-da Paralimpiya Oyunları başa çatana qədər həftədə yeddi gün işləyəcəklər. Olimpiada

dövründə olimpiya obyektlərində əlavə kassalar açılacaqdır.

Olimpiya Oyunlarına bütün biletlərin 70 faizi rusiyalı tamaşaçılar üçün əlyetərli olacaqdır. 2014-cü ilin

əvvəlinə qədər Krasnodarda da bilet satışı mərkəzi açılacaqdır.

Yarışlara bilet satışının birinci mərhələsi 2013-cü fevralın 7-dən mayın 31-dək davam etmişdir. Həmin

dövrdə satılan biletlərdə yerlər göstərilmirdi.

Yay aylarında bilet satışı dayandırılmışdı. Bu müddətdə tribunalardakı tamaşaçı yerləri bölüşdürülmüş və

oktyabrın 10-da bilet satışı bərpa olunmuşdur.

26 noyabr 2014-cü il

AzərTAc

233

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Soçi Olimpiadasının iştirakçıları üzərində

Çelyabinsk meteoritinin fraqmentləri olan medallar alacaqlar

Bakı, 23 yanvar (AzərTAc). Soçi Olimpiadasının iştirakçıları üzərində Çelyabinsk meteoritinin

fraqmentləri olan medallar alacaqlar.

Zlatoust şəhərinin zərgərləri Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarının iştirakçıları üçün qeyri-adi

hədiyyə - üzərində “Çelyabinsk” meteoritinin fraqmentləri olan suvenir medallar hazırlayırlar. Bu medallar

idmançılara qazandıqları olimpiya mükafatlarından əlavə veriləcəkdir.

AzərTAc Rusiya KİV-lərinə istinadla xəbər verir ki, hədiyyə fevralın 15-də, Cənubi Ural ərazisinə

meteoritin düşdüyü gün Soçidə qızıl medallar uğrunda mübarizə aparacaq olimpiada iştirakçıları üçün nəzərdə

tutulmuşdur.

Meteorit qəlpələri artıq Çelyabinsk vilayətinin Zlatoust şəhərinə gətirilmişdir. Hazırda ustalar onu metal

lövhəyə necə bərkitmək üzərində düşünürlər.

Medallar qızıl və gümüşdən istifadə edilməklə əlvan metaldan hazırlanacaqdır.

Fevralın 15-də idmanın aşağıdakı növləri üzrə medallar uğrunda mübarizə aparılacaqdır: konkidə sürətli

qaçış (kişilər, 1500 metr), şort-trek (kişilər 1000 metr, qadınlar 1500 metr), xizək yarışı (qadınlar, sərbəst üsulla

4x5 estafet), tramplindən xizəklə tullanma (kişilər, şəxsi birincilik), dağ xizəkçiliyi (qadınlar, supergiqant),

skeleton (kişilər).

AzərTAc

23 yanvar 2014-cü il

234

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Soçidə keçiriləcək XXII Qış Olimpiya Oyunlarında

Azərbaycanı dörd idmançı təmsil edəcəkdir

Bakı, 31 yanvar (AzərTAc). Xəbər verdiyimiz kimi, cari il fevralın 7-dən 23-dək Rusiyanın Soçi

şəhərində XXII Qış Olimpiya Oyunları keçiriləcəkdir. Bu oyunlarda 90-dan artıq ölkə iştirak edəcəkdir.

Azərbaycan Milli Olimpiya Komitəsindən (MOK) AzərTAc-a bildirmişlər ki, oyunlarda Azərbaycanın rəsmi

nümayəndə heyətinin tərkibinə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitseprezidenti

Çingiz Hüseynzadə, Qış İdman Növləri Federasiyanın prezidenti İskəndər Xəlilov, Azərbaycanın

Rusiyadakı səfiri Polad Bülbüloğlu və digərləri daxildir. İdman nümayəndə heyətinin rəhbəri Milli Olimpiya

Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayevadır. Olimpiadada Azərbaycan dağ xizəyi və

fiqurlu konkisürmə idman növləri üzrə 4 idmançı ilə təmsil olunacaqdır.

Qış Olimpiya Oyunlarının açılış mərasimi fevralın 7-də keçiriləcəkdir. Azərbaycanın bayrağını Fiqurlu

Konkisürmə Federasiyasının vitse-prezidenti Fuad Quliyev aparacaqdır.

Qeyd edək ki, Azərbaycan 2010-cu ildə Kanadanın Vankuver şəhərində keçirilmiş Qış Olimpiya

Oyunlarında iki idmançı ilə təmsil olunmuşdu. Qış Olimpiya Oyunları 1924-cü ildən etibarən hər dörd ildən bir

keçirilir.

AzərTAc

31 yanvar 2014-cü il

235

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Soçidə keçiriləcək “Olimpiada-2014” yarışlarında

Azərbaycan fiqurlu konkisürənlərinin bütün rəqibləri müəyyənləşmişdir

Bakı, 3 oktyabr (AzərTAc). 2014-cü ildə Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarında rəqs cütlükləri

arasında fiqurlu konkisürmə üzrə yarışların bütün iştirakçıları məlum olmuşdur. Yarışlarda Azərbaycanı Yuliya

Zlobina-Aleksey Sitnikov cütlüyü təmsil edəcəkdir.

AzərTAc xəbər verir ki, Olimpiadada iştirak etmək hüququnu son olaraq Almaniyanın Oberstdorf

şəhərində “Nebelhom Trophy” turnirində təsnifat keçmiş Türkiyə, Çin, Avstraliya, Yaponiya və İspaniyadan

rəqs duetləri əldə etmişdir.

Ölkələri üçün Olimpiadaya beş putyovkanı çinli Xuan Sinton-Çjen Syun, Daniel O’Brayen-Qreqori

Merrimen (Avstraliya), Alisa Aqafonova-Alper Uçar (Türkiyə) cütlükləri, Yaponiya təmsilçiləri Keti və Kris

Rid, İspaniyadan olan Sara Urtado-Adrian Dias dueti qazanmışlar.

Beləliklə, Soçidə keçiriləcək Olimpiadada ABŞ, Kanada və Rusiyanın yığma komandaları hərəyə üç rəqs

cütlüyü ilə, İtaliya, Fransa və Almaniya iki, Azərbaycan, Türkiyə, Böyük Britaniya, Ukrayna, Litva, Çin,

Avstraliya, Yaponiya və İspaniya hərəyə bir rəqs cütlüyü ilə təmsil olunacaqdır.

AzərTAc

3 oktyabr 2014-cü il

236

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Soçidə “Bakı-2015” Birinci Avropa Oyunlarının Təşkilat Komitəsi adından

ziyafət verilmişdir

Fevralın 8-də Soçidə XXII Qış Olimpiya Oyunları çərçivəsində “Bakı-2015” birinci Avropa

Oyunlarının Təşkilat Komitəsi adından ziyafət verilmişdir.

Ziyafətdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax, BOK-un sabiq prezidenti Jak

Roqq, Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki, bir sıra ölkələrin Milli Olimpiya

komitələrinin və nümayəndə heyətlərinin rəhbərləri, digər şəxslər iştirak etmişlər.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova AzərTAc-a bildirmişdir ki, Soçi

Olimpiadasında Azərbaycan nümayəndə heyətinin şef-demissionu Konül Nurullayeva tədbirə toplaşanları

salamlamışdır.

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov qonaqları birinci Avropa Oyunlarının

Təşkilat Komitəsi adından salamlayaraq beynəlxalq olimpiya hərəkatının tanınmış simalarını bu tədbirdə

görməkdən məmnun olduğunu bildirmişdir.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına hazırlıq

barədə danışaraq, Təşkilat Komitəsinin fəaliyyətini yüksək qiymətləndirmişdir. “Bakı-2015”in Təşkilat

Komitəsinin həm AOK, həm də beynəlxalq federasiyalarla əlaqəli işlədiyini bildirən P.Hikki demişdir ki, gələn

il təkcə Avropa deyil, ümumilikdə, bütün dünya möhtəşəm bir idman bayramına şahidlik edəcəkdir.

BOK-un prezidenti Tomas Bax isə çıxışında “Bakı-2015”in beynəlxalq Olimpiya hərəkatında yeni mərhələ

olacağına inandığını bildirmişdir. Birinci Avropa Oyunlarına hazırlıq işində, oyunların keçirilməsində Bakı

şəhərinə və Təşkilat Komitəsinə uğurlar arzulayan BOK prezidenti Azərbaycanın dünya idmanında fəal iştirak

etdiyini vurğulamışdır.

Ziyafət Azərbaycan incəsənət ustalarının maraqlı ifaları ilə davam etmişdir.

“Xalq qəzeti”.-2014.-11 fevral.-N 29.-S.3.

237

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Almaniya XXII Soçi Qış Olimpiya Oyunlarının medal sıralamasında liderliyini

davam etdirir

Bakı, 16 fevral (AzərTAc). Almaniya millisi XXII Soçi Qış Olimpiya Oyunlarının medal sıralamasında

birinci pillədəki mövqeyini davam etdirir.

AzərTAc xəbər verir ki, 88 ölkədən 2 min 800-dən artıq idmançının qatıldığı Olimpiya Oyunlarında

Almaniya millisinin hesabında 7 qızıl, 3 gümüş və 2 bürünc medal vardır.

Norveç yığması 14 medalla (5-3-6) ikinci, İsveçrə millisi isə 7 medalla (5-1-1) üçüncü pillədə

qərarlaşmışlar.

XXII Qış Olimpiya Oyunlarında artıq 26 ölkədən idmançılar medal qazanmışlar.

Olimpiya Oyunlarına fevralın 23-də yekun vurulacaqdır.

16 fevral 2014-cü il

AzərTAc

238

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Fiqurlu konkisürmə üzrə Azərbaycan cütlüyü XXII Soçi Qış Olimpiya Oyunlarında

qısa proqramla çıxış etmişdir

Bakı, 16 fevral (AzərTAc). Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarının onuncu günündə - fevralın

16-da cütlüklər arasında fiqurlu konkisürmə üzrə yarışlar başlamışdır.

AzərTAc xəbər verir ki, “Aysberq” Qış İdman Sarayında keçirilən yarışda fiqurlu konkisürənlər qısa

proqramla çıxış etmişlər. Azərbaycan idmançıları Yuliya Zlobina – Aleksey Sitnikov cütlüyü 13-cü nömrə

altında mübarizəyə qoşulmuşlar. İyirmi dörd cütlüyün mübarizə apardığı yarışda idmançılarımız 58,15 xalla 14-

cü pillədə qərarlaşmışlar.

Duetimiz fevralın 17-də sərbəst proqram üzrə yarışacaqdır.

Qeyd edək ki, qısa proqramın qalibi 78,89 xalla ABŞ idmançıları Meril Deyvis - Çarli Uayt cütlüyü

olmuşdur. Kanadalı Tessa Virtue – Skott Moyr cütlüyü 76,33 xalla ikinci, Rusiya təmsilçiləri Elena İlinix –

Nikita Katsalapov cütlüyü isə 73,04 xalla üçüncü yeri tutmuşlar.

AzərTAc

16 fevral 2014-cü il

239

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Fiqurlu konkisürmə üzrə Azərbaycan cütlüyü XXII Soçi Qış Olimpiya Oyunlarında

çıxışını yekunlaşdırmışdır

Bakı, 17 fevral (AzərTAc). Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə

yarışlarında qalib müəyyənləşmişdir.

AzərTAc xəbər verir ki, “Aysberq” Qış İdman Sarayında keçirilən yarışda 20 cütlük birincilik uğrunda

mübarizə aparmışdır. Yarışda Azərbaycanı Yuliya Zlobina – Aleksey Sitnikov cütlüyü təmsil etmişdir.

Bir gün əvvəl idmançılar qısa proqramla çıxış etmişlər. İyirmi dörd cütlüyün mübarizə apardığı yarışda Yuliya

Zlobina – Aleksey Sitnikov cütlüyü 13-cü nömrə altında çıxış etmiş və 58,15 xal toplayaraq 14-cü pillədə

qərarlaşmışlar. Qısa proqramda çıxış etmiş idmançılardan ilk iyirmiliyə daxil olan cütlüklər sərbəst proqramda

iştirak hüquq qazanmışlar.

Fevralın 17-də 8-ci nömrə altında mübarizə aparan cütlüyümüzün sərbəst proqramla rəngarəng çıxışı

azarkeşlər tərəfindən hərarətli alqışlarla qarşılanmış və Yuliya Zlobina – Aleksey Sitnikov dueti 90,48 xal

toplamışdır.

Hər iki çıxışın nəticəsinə əsasən, 148,63 xal toplayan Yuliya Zlobina – Aleksey Sitnikov cütlüyü Soçi

Qış Olimpiya Oyunlarını 12-ci pillədə başa vurmuşdur.

Yarışın qalibi iki çıxışın nəticəsinə görə, 195,52 (78,89 + 116,63) xal toplamış ABŞ-dan olan cütlük

Meril Devis – Çarli Uayt olmuşdur. Kanadalı cütlük Tessa Virçu – Skott Moyr (76,33 +114,66) gümüş, Rusiya

idmançıları Yelena İlinıx – Nikita Kaçalapov (73,04 + 183,48) isə bürünc medala sahib olmuşlar.

AzərTAc

17 fevral 2014-cü il

240

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Soçi Olimpiadası başa çatdı

Fevralın 23-də Soçidə XXII Qış Olimpiya Oyunlarının təntənli bağlanış mərasimi keçirilib.

“Fişt” Olimpiya stadionunda təşkil olunmuş mərasimdə Rusiya Federasiyasının prezidenti Vladimir Putin

və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax iştirakçıları salamlayıblar.

Mərasimdə iştirakçı ölkələrin bayraqları meydana gətirilib və dünya ölkələri olimpiyaçılarının yürüşü olub.

Sonra Rusiya mədəniyyətinə həsr olunmuş bədii hissə olub. Bədii hissədə məşhur pianoçu Denis Maçuev

Raxmaninovun “İkinci fortopiano konserti” əsərini 62 fortapionun müşayiəti ilə ifa edib, Nikolay Karsakovun

“Şəhrizad” simfonik süitasının sədaları altında Rusiyanın Böyük və Marinski teatrlarının aktyorları tamaşaçılara

xoş anlar yaşadıblar. “Maskarad” filminin musiqisinin sədaları altında Rusiyanın 23 məşhur yazıçısının

yaradıcılığına həsr olunmuş hissə nümayiş olunub. “Sirk möcüzələri” adlı hissədə 120 personaj tamaşaçılara

təqdim olunub.

XXII Qış Olimpiya Oyunlarının bağlanış mərasimində Olimpiya bayrağı BOK-un prezidenti T.Baxa

təqdim olunub. Ali Olimpiya qurumunun prezidenti bayrağı 2018-ci il Qış Olimpiya Oyunlarına ev sahibliyi

edəcək Koreya Respublikasının nümayəndəsinə verib. Sonra Olimpiya Oyunlarının vətəni Yunanıstanın və

Koreya Respublikasının bayraqları qaldırılıb və dövlət himnləri ilə yanaşı, Olimpiya himni də səsləndirilib.

Şou başa çatdıqdan sonra “Soçi-2014”ün Təşkilat Komitəsinin sədri Dmitri Çernışenko çıxış edib.

Sonda Soçi Qış Olimpiya Oyunlarının rəsmi talismanı ağ ayı, dovşan və bəbirin iştirakı ilə Olimpiya məşəli

söndürülüb və atəşfəşanlıq olub.

Xatırladaq ki, Soçi Olimiya Oyunlarında yarışlar 11 idman infrastrukturunda təşkil olunub. Olimpiadada

2800-ə yaxın idmançı öz gücünü yoxlayıb. Onlar 7 idman növündə 98 dəst medal uğrunda mübarizə aparıblar.

Bütövlükdə 88 ölkənin qatıldığı yarışa 3 milyarddan artıq tamaşaçı baxəb. Olimpiadada ən çox idmançı ilə

ABŞ təmsil olunub. Təxminən 230 amerikalının qatıldığı möhtəşəm oyunlarda ev sahibi Rusiya 225 atletlə

yarışıb.

Bu Olimpiya Oyunları bir neçə göstərici üzrə rekord müəyyənləşdirib. Soçidə 88 ölkədən olan idmançılar

çıxış ediblər ki, bu da dörd il bundan əvvəl Vankuverdə keçirilmiş oyunlardan 6 ölkə çoxdur.

Rusiya millisi XXII Soçi Qış Olimpiya Oyunlarının medal sıralamasında birinci pillədə qərarlaşıb. Ev

sahibi olan komandanın hesabında 13 qızıl, 11 gümüş və 9 bürünc medal var.

Norveç yığması 26 medalla (11-5-10) ikinci, Kanada millisi isə 25 medalla (10-10-5) üçüncü pillədə yer

alıb.

Azərbaycan Olimpiya Oyunlarında dörd idmançı ilə təmsil olunsa da, mükafatçılar sırasına düşə bilməyib.

Ümumilikdə XXII Qış Olimpiya Oyunlarında 26 ölkədən idmançılar medal qazanıblar.

Sıra Ölkələr Qızıl Gümüş Bürünc Cəmi

1 Rusiya 13 11 9 33

2 Norveç 11 5 10 26

3 Kanada 10 10 5 25

4 ABŞ 9 7 12 28

5 Niderland 8 7 9 24

6 Almaniya 8 6 5 19

7 İsveçrə 6 3 2 11

8 Belarus 5 0 1 6

9 Avstriya 4 8 5 17

10 Fransa 4 4 7 15

11 Polşa 4 1 1 6

12 Çin 3 4 2 9

13 Cənubi Koreya 3 3 2 8

14 İsveç 2 7 6 15

15 Çexiya 2 4 2 8

16 Sloveniya 2 2 4 8

17 Yaponiya 1 4 3 8

18 Finlandiya 1 3 1 5

19 Böyük Britaniya 1 1 2 4

20 Ukrayna 1 0 1 2

21 Slovakiya 1 0 0 1

241

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

22 İtaliya 0 2 6 8

23 Latviya 0 2 2 4

24 Avstraliya 0 2 1 3

25 Xorvatiya 0 1 0 1

26 Qazaxıstan 0 0 1 1

Qeyd edək ki, isə martın 7-dən 16-dək Soçidə XI Qış Paralimpiya Oyunları keçiriləcək.

Modern.az

23 fevral 2014-cü il

242

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Yeniyetmələrin 1-ci Yay Olimpiya Oyunları

Azərbaycan idmançıları Yeniyetmələrin 1-ci Yay Olimpiya Oyunlarında

iştirak etmək üçün Sinqapura yola düşmüşlər

Bakı, 12 avqust (AzərTAc). Azərbaycanın 100 nəfərdən ibarət nümayəndə heyəti Yeniyetmələrin 1-ci

Yay Olimpiya Oyunlarında iştirak etmək üçün avqustun 12-də Sinqapura yola düşmüşdür.

AzərTAc xəbər verir ki, bununla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda yolasalma mərasimi

keçirilmişdir.

Mərasimdə Milli Olimpiya Komitəsinin (MOK), Gənclər və İdman Nazirliyinin (GİN) və müxtəlif idman

federasiyalarının nümayəndələri, idmançıların valideynləri iştirak etmişlər. Nümayəndə heyətinin tərkibinə

avqustun 14-də start götürəcək Sinqapur Yay Olimpiya Oyunlarında çıxış edəcək idmançıların bir hissəsi,

məşqçilər, MOK və GİN, eləcə də bir sıra federasiyaların rəsmiləri yer almışlar.

Azərbaycan Olimpiya Oyunlarında 8 idman növü üzrə 12 idmançı ilə təmsil olunacaqdır. Millimizin

heyətinə qadın güləşi üzrə - Patimat Baqomedova (52 kq), yunan-Roma güləşi üzrə - Murad Bazarov (42 kq),

Elman Muxtarov (50 kq), sərbəst güləş üzrə - Kənan Quliyev (54 kq), Ali Maqomeddabirov (100 kq), boks üzrə

– Şaban Şahpələngov (51 kq), Salman Əlizadə (48 kq), Elvin İsayev (57 kq), cüdo üzrə - Cəlil Cəlilov (55-66

kq), taekvando üzrə - Səbuhi İsmayılzadə (73 kq), ağırlıqqaldırma üzrə Nicat Rəhimov (69 kq) və kayak sprint

idman növü üzrə Radoslav Kutsev daxildirlər. İdmançılarımız olimpiadada məşqçilər İlqar Abdulov (yunan-

Roma güləşi), Qurban Qurbanov (qadın və sərbəst güləş), Şamil Əlimcanov (boks), Rəşad Məmmədov (cüdo),

Səbuhi Zülfüqarov (taekvondo), Nizami Paşayev (ağırlıqqaldırma) və Yohan Tsülkenin (kanoe) rəhbərliyi

altında çıxış edəcəklər.

Qeyd edək ki, olimpiadanın rəsmi açılış mərasimində Azərbaycan komandasının bayraqdarı boksçumuz

Şaban Şahpələngov olacaqdır.

AzərTAc

12 avqust 2010-cu il

243

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Sinqapurda yeniyetmələr arasında ilk olimpiadanın

açılışı olmuşdur

Bakı, 14 avqust (AzərTAc). Sinqapur Respublikasının Prezidenti Sellapan Ramanatan avqustun 14-26-da

keçiriləcək yeniyetmələr arasında ilk Olimpiya Oyunlarının açılışını elan etmişdir. Beynəlxalq Olimpiya

Komitəsinin prezidenti Jak Roqqe oyunların idman tarixində əlamətdar hadisə olduğunu söyləmişdir. O

demişdir: “Biz tarixin yeni səhifəsini açırıq. Bu gündən dünyanın bütün yeniyetmə idmançılarının öz

Olimpiadası vardır”.

Təntənəli açılış mərasimindən sonra iştirakçıların yürüşü olmuşdur. Yürüşü Olimpiya Oyunlarının vətəni

Yunanıstan idmançıları açmışlar. Azərbaycan bayrağını boks üzrə dünya çempionatının qalibi Şaban

Şahpələngov aparırdı. Oyunlarda 204 ölkənin nümayəndəsi iştirak edir. Açılış mərasiminə baxmaq üçün

stadiona 27 min tamaşaçı gəlmişdir.

Azərbaycandan oyunlara 100 nəfər, o cümlədən 12 idmançı (11 oğlan, 1 qız) yola düşmüşdür. Sinqapurda

idmanın 30 növü üzrə yarışlarda 3,6 min idmançı çıxış edəcəkdir. Azərbaycan təmsilçiləri 6 növ üzrə - güləş,

boks, avarçəkmə, taekvondo, cüdo və ağır atletika yarışlarında qüvvələrini sınayacaqlar. İlk olimpiya medalları

uğrunda mübarizəyə artıq avqustun 15-də başlanacaqdır.

Yeniyetmələr arasında Olimpiya Oyunlarının keçirilməsi təşəbbüsünü BOK-un prezidenti Jak Roqqe irəli

sürmüşdür.

AzərTAc

14 avqust 2010-cu il

244

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan idmançıları Sinqapur Olimpiadasının ilk günündə

2 qızıl medal qazanmışlar

Bakı, 15 avqust (AzərTAc). Azərbaycan idmançıları Sinqapurda keçirilən yeniyetmələrin birinci Yay

Olimpiadanın ilk günündə iki qızıl medal qazanmışlar.

Yunan-Roma növündə güləşən Murad Bazarov (42 kq) və Elman Muxtarov (50 kq) finalda Kuba və

Özbəkistandan olan rəqiblərini məğlubiyyətə uğradaraq yeniyetmələr arasında Birinci Yay Olimpiya

Oyunlarının qalibi olmuşlar.

AzərTAc

12 avqust 2010-cu il

245

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan idmançıları yeniyetmələr arasında Olimpiya oyunlarında

beşinci qızıl medal qazanmışlar

Bakı, 17 avqust (AzərTAc). Azərbaycanın daha bir güləşçisi Sinqapurda keçirilən yeniyetmələr arasında

Olimpiya oyunlarında qalib gəlmişdir.

Sərbəst güləş üzrə Azərbaycan idmançısı Əli Maqomedabirov 100 kq çəki dərəcəsində kubalı Abraham

De Jesus Konyedo Ruanonu məğlub edərək qızıl medal qazanmışdır.

AzərTAc

17 avqust 2010-cu il

246

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Gənclər arasında Olimpiadada komanda hesabında Azərbaycan yığma komandası

yenə üçüncü yerdədir

Bakı, 17 avqust (AzərTAc). Sinqapurda keçirilən gənclər arasında birinci Olimpiya Oyunlarının ikinci

günündə Azərbaycan yığma komandası daha bir medal qazanmışdır: çəkisi 52 kiloqrama qədər olan qadınlar

arasında güləş yarışlarında Patimat Baqomedova qızıl medala layiq görülmüşdür.

Yarışların ilk iki gününün yekunlarına görə, Azərbaycan yığması qeyri-rəsmi komanda hesabında yenə

üçüncü yeri tutur: Azərbaycan yığması 3 qızıl medal qazanmışdır.

11 medal (4 qızıl, 4 gümüş və 3 bürünc medal) qazanmış Rusiya komandası birincidir. İkinci yeri Çin

yığması tutur (4 qızıl, 3 gümüş və 1 bürünc medal).

AzərTAc

17 avqust 2010-cu il

247

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan kanoeçisi Sinqapur Olimpiadasında tarix yazdı

radoslav kutsev 1/4 finala yüksəlmişdir

Bakı, 21 avqust (AzərTAc). Azərbaycanın daha bir avarçəkəni tarixi nailiyyətə imza atmışdır. Sinqapurda

keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə qoşulan kanoeçimiz Radoslav Kutsev

1/4 finala yüksəlmişdir.

Bir nəfərlik qayıqda çıxış edən Kutsev artıq 4-cü mərhələdədir. Yarış qaydalarına əsasən, 17 yaşlı

idmançımız əvvəlcə sınaq yürüşündə 16 iştirakçı arasında handikap üsulu ilə çıxış etmişdir. Yəni, iştirakçılar 2

dəqiqə 30 saniyəlik intervalla 420 metr məsafəyə yürüş etmişdir. Kanoeçimiz bu məsafəni 1 dəqiqə 49,89

saniyəyə qət edərək 9-cu yeri tutmuşdur.

Bundan sonra 1-ci mərhələ başlayıb. İştirakçılar tutduqları yerlərə əsasən, 8 cütlüyə bölünmüşlər. Sınaq

yürüşündə 8 ən yaxşı nəticə göstərən kanoeçi sonrakı 8 yerin sahibi ilə simmetrik qaydada (məsələn, 1-ci yerin

sahibi 16-cı yerin sahibi ilə, 2-ci yerin sahibi 15-ci yeri tutanla və s.) yarışmışdır. Radoslav Kutsev 8-ci yeri

tutan Alexandru Tiqanu (Moldova) ilə mübarizə aparmışdır. Kutsev 1 dəqiqə 48,53 saniyə, Tiqanu 1 dəqiqə

51,08 saniyə nəticə göstərmişdir.

Buna görə də kanoeçimiz təsəlliverici yürüşlərin keçirildiyi 2-ci mərhələyə yox, birbaşa 3-cü mərhələyə

yüksəlmişdir. 3-cü mərhələdə Kutsevin rəqibi Pedro Kastaneda (Meksika) olmuşdur. Bu dəfə Kastaneda daha

yaxşı nəticə göstərmişdir. Meksikalı kanoeçi 420 metr məsafəni 1 dəqiqə 49,45 saniyəyə, həmyerlimiz isə 1

dəqiqə 54,97 saniyəyə qət etmişdir. Lakin reqlamentə əsasən, 4-cü mərhələyə 3-cü mərhələdə yarışan 6 cütlüyün

qalibləri və uduzanlar arasında ən yaxşı nəticəni göstərən 2 idmançı yüksəlmişdir. Cütlərin məğlubları arasında

ən yaxşı 2 nəticə isə qazaxıstanlı Timofey Yemelyanovla (1 dəqiqə 48,55 saniyə) Radoslav Kutsevə məxsus

olmuşdur.

Beləliklə, cəmi 4 ilə yaxındır yaradılan Azərbaycan Milli Avarçəkmə Federasiyasının Olimpiadalar

tarixində ilk təmsilçisi öz yaşıdları arasında 8 ən güclü kanoeçi sırasına çıxmışdır. Avqustun 22-də yerli vaxtla

saat 15:15-də (Bakı vaxtı ilə saat 12:15-də) Kutsev 1/4 final yürüşündə iştirak edəcəkdir. Onun rəqibi Osvaldo

Sakerio Kardenas (Kuba) olacaqdır. Qələbə təqdirində, kanoeçimiz yarımfinala yüksələcəkdir. Uduzacağı halda

isə o, mübarizəni dayandıracaqdır.

AzərTAc

21 avqust 2010-cu il

248

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Yeniyetmələrin I Yay Olimpiya Oyunları Azərbaycan idman tarixinin

şanlı səhifəsinə çevrildi

Q G B Cəmi

1. Çin 30 16 5 51

2. Rusiya 18 13 10 41

3. C. Koreya; 11 3 4 18

4. Ukrayna 9 9 15 33 y

5. Avstraliya 8 13 7 28 ^

6. Kuba 8 3 2 13

7. Yaponiya 5 3 15

8. Macarıstan 6 5 5 16

9. Fransa 6 2 7 15

10. İtaliya 5 9 5 19

11. Azərbaycan 5 3 0 8

12. Almaniya 4 9 9 22

13. ABŞ 4 8 8 20

14. Tailand 4 3 0 7

15. Kanada 3 7 8 n "

16.Böyük 3 1 5 9

Britaniya

17. Keniya 3 0 3 6

18. CAR 2 4 3 9

19. Braziliya 2 - 3 1 6

20. Kolumbiya 2 3 0 5

“Olimpiya dünyası”.-2010.-27-30 avqust.-N 59.-S.1.

249

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Prezident İlham Əliyev Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında

iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul etmişdir

Bakı, 30 avqust (AzərTAc). Avqustun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri

qəbul etmişdir.

Dövlətimizin başçısı İlham ƏLİYEV Sinqapurda qazanılmış böyük və inamlı qələbə münasibətilə

idmançıları, məşqçiləri və mütəxəssisləri təbrik edərək dedi:

- Əziz dostlar, mən sizi ürəkdən salamlayıram. Sinqapurda keçirilmiş yeniyetmələrin birinci Olimpiya

Oyunlarında qazanılmış böyük və inamlı qələbə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu, həqiqətən böyük

qələbədir, Azərbaycan idmanının təntənəsidir. Bildiyiniz kimi, bu oyunlarda 204 ölkə öz idmançıları ilə təmsil

olunmuşdur və Azərbaycan idmançıları bu gərgin yarışda komanda hesabında 11-ci yeri tuta bilmişlər. Bu,

həqiqətən böyük və tarixi nailiyyətdir. Azərbaycan artıq dünyanın aparıcı idman ölkələrinin sırasındadır. Bu

qələbə onu göstərir ki, Azərbaycanda idmanın inkişafı üçün çox böyük işlər görülmüşdür. İdman hərtərəfli

inkişaf edir. Həm kütləvilik artır, həm də idmanla məşğul olmaq üçün bütün imkanlar yaradılmışdır.

Gənclərimiz, yeniyetmələrimiz idmana böyük həvəslə yanaşırlar. İdman bölmələrinə axın çox güclüdür. Bu,

Azərbaycanda idman sahəsində aparılmış köklü islahatların nəticəsidir. Mən çox şadam və çox sevinirəm ki,

idmançılarımız bu böyük qələbəni qazandılar.

Bu oyunlar tarixdə qalacaqdır. Hər bir Olimpiya oyunları idman sahəsində tarixi bir mərhələdir. Bu oyunlar

isə yeniyetmələrin birinci oyunlarıdır. Siz artıq öz adlarınızı bu şanlı tarixə yazdırmısınız. Siz birinci oyunlarda

qələbələr qazanmısınız. Komandamız oyunlarda cəmi 12 idmançı ilə iştirak edirdi. On iki idmançıdan səkkizi

medal qazanmışdır. Beş qızıl, üç gümüş medal böyük və tarixi qələbədir. Mən sizi bu böyük nailiyyət

münasibətilə ürəkdən təbrik edirəm. Əminəm ki, siz gələcəkdə də, artıq böyüklər arasında keçiriləcək Olimpiya

oyunlarında ölkəmizi ləyaqətlə təmsil edəcəksiniz.

Azərbaycanın dövlət himni Sinqapurda beş dəfə səslənmişdir, səkkiz dəfə bayrağımız orada ucalmışdır. Bu,

böyük iftixar hissi oyadan bir hadisədir. Azərbaycan sürətlə, çox dinamik inkişaf edən ölkədir. Azərbaycanda

bütün sahələrdə quruculuq işləri aparılır, islahatlar keçirilir, ölkəmiz dünyadakı mövqelərini möhkəmləndirir,

dünyada böyük və müsbət imicə malikdir. İdman elə bir sahədir ki, ölkələri dünya miqyasında təqdim edir. İndi

o yekun nəticələr dərc olunandan sonra hər kəs görəcək ki, aparıcı ölkələrin sırasına öz gəncləri, öz idmançıları

ilə Azərbaycan da daxildir.

Azərbaycanın çox şanlı və gözəl idman tarixi vardır. İdmançılarımız Olimpiya oyunlarında böyük qələbələr

qazanmışlar. Hər dəfə medalların sayı artır. Birinci dəfə biz Atlanta Olimpiya Oyunlarında müstəqil ölkə kimi

iştirak etmişdik. Orada bir medal qazanıldı. Ondan sonra Sidneydə 3, Afinada 5, Pekində 7 medal qazanıldı.

Əminəm ki, iki ildən sonra keçiriləcək London Olimpiya Oyunlarında da idmançılarımız Vətənimizi ləyaqətlə

təmsil edəcəklər.

Sizin qələbəniz onu göstərir ki, Azərbaycanda idmanın inkişafı çox düşünülmüş və məqsədyönlü şəkildə

təmin edilir. Çünki gənc nəslin yetişməsi idman qələbələrinin əsas şərtidir. Əgər gənc nəsil idmançılar

yetişmirsə, onda gələcək idman uğurlarından söhbət aparıla bilməz. Siz idmanımızın ümidlərisiniz. Bir daha

demək istəyirəm ki, siz artıq adlarınızı idman tarixinə yazdırmısınız. Ancaq bununla bərabər, sizin böyük

gələcəyiniz vardır və elə etməlisiniz ki, bu qələbələr sizin üçün bir mərhələ olsun. Sizin üçün elə bir stimul

olsun ki, əldə edilmiş bu gözəl nailiyyətlə kifayətlənməyəsiniz. Yəni bu, sizi arxayın etməməlidir. Siz daim

peşəkarlığınızı artırmalısınız, daim məşq etməlisiniz, nizam-intizama tabe olmalısınız, məşqçilərin sözlərinə

qulaq asmalısınız ki, gələcəkdə, bundan sonra uzun illər Azərbaycanı ləyaqətlə təmsil edəsiniz.

Mən, eyni zamanda, bu qələbənin əldə olunmasında iştirak etmiş bütün insanları da - idmançıların

məşqçilərini, idman mütəxəssislərini təbrik etmək, onlara minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycanda

idmanla məşğul olan bütün qurumlar vahid mexanizm, vahid komanda kimi fəaliyyət göstərir. Milli Olimpiya

Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar – idmana cavabdehlik daşıyan

bütün bu qurumlar məqsədyönlü və əlaqəli şəkildə təşkil olunmuş fəaliyyətlə uğurlarımızı təmin edirlər.

Azərbaycan nadir ölkələrdəndir ki, burada bütün idman qurumları bir-biri ilə sıx əlaqədədir. Heç bir qarşıdurma,

heç bir qısqanclıq yoxdur, ola da bilməz. Çünki hamımız bir məqsədə qulluq edirik ki, o da Azərbaycanın idman

şöhrətini ucaltmaq və daim beynəlxalq yarışlarda qələbə qazanmaqdır.

Sizin fəaliyyətiniz Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilir və bu qələbə layiqincə

qiymətləndiriləcəkdir. Bu gün bu qələbənin təşkilində və əldə olunmasında iştirak etmiş bütün insanlar – həm

idmançılar, həm onların məşqçiləri mükafatlandırılacaqlar. Bu da Azərbaycan dövlətinin sizə olan

münasibətidir. Əlbəttə bu münasibət ancaq mükafatlarla, maddi amillərlə ölçülmür. Baxmayaraq ki, bu da çox

250

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

vacibdir. Bilməlisiniz ki, Azərbaycan dövləti sizi daim dəstəkləyəcəkdir. Azərbaycan dövləti ölkədə idmanın

inkişafı üçün bütün lazımi tədbirləri görür və gələcəkdə də görəcəkdir.

Bir daha sizi ürəkdən təbrik edirəm. Sizə yeni-yeni qələbələr və uğurlar arzulayıram.

Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının ağırlıqqaldırma üzrə qızıl mükafatçısı Nicat RƏHİMOV

göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına idmançıların minnətdarlığını çatdıraraq dedi:

- Möhtərəm cənab Prezident!

Bu gün biz çox əlamətdar və tarixi anlar yaşayırıq. Sizinlə görüş biz idmançılar üçün əsl bayrama çevrilir.

Sizin qarşınızda çıxış etdiyimə görə böyük qürur hissi keçirirəm. Bizimlə görüşünüz idmançılara Sizin ən

dəyərli hədiyyənizdir.

Ölkəmizdə idmanın inkişafı, idmanda qazandığımız nailiyyətlər ulu öndərimiz Heydər Əliyevin adı ilə

bağlıdır. Məhz ulu öndərimizin əvəzsiz qayğıkeş münasibəti sayəsində Azərbaycanda idmanın bütün

sahələrində güclü inkişaf başlamışdır. Həmin inkişaf Sizin diqqətiniz və qayğınız sayəsində bu gün davam

etməkdədir.

Hörmətli cənab Prezident! Olimpiya idman komplekslərinin, stadion və məşq zallarının qısa bir müddət

ərzində tikilib istifadəyə verilməsi biz idmançılara Sizin tərəfinizdən ən böyük hədiyyədir. Bunların nəticəsidir

ki, biz idmançılar Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında yüksək nailiyyətlər qazanaraq, Vətənimizi

beynəlxalq arenada idman ölkəsi kimi bir daha tanıtdıq. Bu yarışda çox böyük dövlətləri geridə qoyaraq, 5 qızıl

və 3 gümüş medal qazandıq. Bu yarışda yüksək çıxışlarımız Azərbaycanda idmanın çox böyük sürətlə inkişaf

etdiyini bir daha sübut etdi.

Hörmətli cənab Prezident! Bu gün qazandığımız uğurlara görə Sizə minnətdarlığımızı bildiririk. Mən bir

daha hər birimiz adından Sizə böyük təşəkkürümü bildirirəm və Azərbaycan idmanının adını ucaltmaq üçün

əlimdən gələni edəcəyimə söz verirəm.

Diqqətinizə görə sağ olun.

Sinqapurda qazanılan böyük qələbə ilə bağlı sevincini bölüşən yunan-Roma güləşi üzrə məşqçi İlqar

ABDULOV dedi:

- Möhtərəm cənab Prezident!

Bu gün bu görüşdə iştirak etdiyim üçün qürur hissi keçirirəm. İdmançılarımız Yeniyetmələrin I Yay

Olimpiya Oyunlarında uğurla çıxış etmiş, Azərbaycan bayrağını yüksəklərə qaldırmış, Vətənə qələbə ilə

qayıtmışlar.

Sizi əmin edirəm ki, yetişdirdiyim idmançıların zəfər soraqları dünyanın bütün ölkələrindən gələcəkdir. Bu

gün Azərbaycanda digər sahələrdə olduğu kimi, gənclərin möhkəm və sağlam inkişafı Sizin bizə göstərdiyiniz

qayğı və diqqət sayəsində mümkün olmuşdur. Bu gün Azərbaycan gənclərinin, gələcəyin Olimpiya

çempionlarının yetişdirilməsi üçün bütün lazımi şərait yaradılmışdır. Beynəlxalq tələblərə cavab verən olimpiya

idman komplekslərinin, stadion və idman zallarının sayı artmaqdadır. Bunun üçün hər birimiz - bütün gənclər,

bütün idmançılar Sizə dərin minnətdarlığımızı, səmimi təşəkkürümüzü çatdırırıq.

Cənab Prezident, bizi qarşıda daha böyük sınaq – Londonda keçiriləcək XXX Olimpiya Oyunları gözləyir.

Biz idmançılar və məşqçilər adından Sizi əmin etmək istəyirik ki, inşallah, idmançılarımız bu yarışdan da

həmişə olduğu kimi, Vətənə üzüağ dönəcəklər.

Diqqətinizə görə çox sağ olun.

İdmançılara yeni qələbələr arzulayan Prezident İlham ƏLİYEV görüş iştirakçılarını bir daha təbrik etdi və

tövsiyələrini verərək dedi:

- Sağ olun. Doğrudan da Azərbaycanda son illər tikilmiş, istifadəyə verilmiş olimpiya kompleksləri həm

idmanın inkişafı, həm də kütləviliyin artırılması üçün böyük rol oynamışdır. Artıq bütün bölgələrdə gözəl,

müasir olimpiya kompleksləri tikilibdir, bəzi rayonlarda tikinti davam etdirilir, bəzi rayonlarda isə növbəti

illərdə olimpiya kompleksləri tikiləcəkdir. Çünki Azərbaycanın bölgələrində çox böyük idman istedadları

vardır. Sadəcə olaraq onları idman bölmələrinə cəlb etmək və yaxşı şərait yaratmaq lazımdır.

Bildiyimə görə, qaliblərin sırasında bölgələrdən olan idmançılar da vardır. Bu da çox gözəl göstəricidir və onu

göstərir ki, təkcə paytaxtda deyil, bölgələrdə də artıq gözəl idmançılar, gənc idmançılar yetişir. Əminəm ki,

gələcəkdə bu meyillər daha da güclənəcəkdir.

İdman komplekslərinin tikintisi Azərbaycanda 2000-ci ildən başlanmışdır. On il ərzində artıq 30-a yaxın

olimpiya kompleksi vardır və 10 kompleks tikilir. Şübhəsiz ki, bu təşəbbüs artıq öz gözəl nəticələrini

göstərmişdir.

Bir məsələni də vurğulamaq istəyirəm. Sevindirici haldır ki, idmançılarımız bu medalları müxtəlif idman

növlərində qazanmışlar. Bu medallar həm sərbəst güləş, yunan-Roma güləşi, həm də ağırlıqqaldırma və boks

üzrə yarışlarda qazanıldı. Yəni bu da gözəl göstəricidir. Onu göstərir ki, Azərbaycanda bütün idman növləri

inkişafdadır. Bizim üçün ənənəvi olan güləş idman növü ilə bərabər, digər idman növləri də inkişafdadır. Bunu

həm yeniyetmələrin bu Olimpiya Oyunları göstərmişdir, eyni zamanda son illər ərzində müxtəlif beynəlxalq

251

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

yarışlarda, dünya və Avropa çempionatlarında Azərbaycan idmançılarının uğurlu çıxışları da təsdiq edir. Bu,

onu bir daha göstərir ki, Azərbaycanda hər bir sahədə olduğu kimi, idman sahəsində də inkişaf çoxşaxəlidir.

Həm bölgələrdə inkişaf görünür, eyni zamanda, müxtəlif olimpiya və qeyri-olimpiya növlərində gözəl

idmançılar yetişir.

Mən sizi bir daha ürəkdən təbrik edirəm. Bu qələbəni Azərbaycan xalqına bəxş etdiyinizə görə sizə

minnətdarlığımı bildirmək istəyirəm. Bir daha demək istəyirəm ki, biz sizdən yeni qələbələr gözləyirik. Sizin

adlarınız artıq tarixdədir. Azərbaycan xalqı da artıq sizi yaxşı tanıyır. Siz elə etməlisiniz ki, daim ölkəmizi bütün

yarışlarda ləyaqətlə təmsil edəsiniz. Bir daha sizi təbrik edirəm.

Görüşdən sonra xatirə şəkli çəkdirilmişdir.

AzərTAc

30 avqust 2010-cu il

252

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan idmançıları Ümumdünya Yay Xüsusi Olimpiya Oyunlarında

14 medal qazanmışlar

Bakı, 6 iyul (AzərTAc). Afinada başa çatmış Ümumdünya Yay Xüsusi Olimpiya Oyunlarında

Azərbaycan idmançıları 14 medal qazanmışlar. Azərbaycan Xüsusi Olimpiya Komitəsindən AzərTAc-a verilən

məlumata görə, Teymur Kərimov və İlqar Zöhrayev badminton üzrə tək yarışlarda qızıl medallar, qoşa

yarışlarda isə bürünc medal qazanmışlar. Dünya Həmidli gümüş medala layiq görülmüşdür.

Stolüstü tennis üzrə tək yarışlarda Rüfət Cabbarov çempion olmuş, Vəfadar Vəliyev və Günay Səmədova

gümüş medallar qazanmış, qoşa yarışlarda isə Gültəkin Qarayeva - Günay Səmədova dueti bürünc medala sahib

olmuşlar.

Rəşad Axundov 100 metr məsafəyə brass üsulu ilə üzməkdə qızıl medal, sərbəst üsulla üzməkdə gümüş

medal qazanmışdır. Sofiya Hüseynova arxası üstə üzməkdə üçüncü yeri tutmuşdur.

Futbolçu qızların yarışında komandamız finalda Rusiya yığmasına uduzaraq ikinci yeri tutmuşdur.

AzərTAc

6 iyul 2011-ci il

253

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Bakı 2020-ci ilin Yay Olimpiadasının ev sahibi olmağa namizəddir

Bakı, 1 sentyabr (AzərTAc). 2020-ci ilin Yay Olimpiadasının keçirilməsinə namizəd olan şəhərlərin

adları elan edilmişdir. AzərTAc xəbər verir ki, bu iri turnirin keçirilməsi uğrunda mübarizəyə 6 ölkə

qoşulmuşdur.

Azərbaycan Milli Olimpiya Komitəsindən AzərTAc-a bildirmişlər ki, iddiaçı şəhərlər arasında Bakının da

adı vardır. Ölkəmizin paytaxtının rəqibləri Doha, İstanbul, Madrid, Roma və Tokio şəhərləridir.

2020-ci il Olimpiadasının keçirilməsinə iddiaçı şəhərlərin seçim mərhələsi Beynəlxalq Olimpiya

Komitəsinin 2013-cü ildə Buenos-Ayresdə keçiriləcək Konqresində təşkil olunacaqdır.

Xatırladaq ki, Bakı 2016-cı il Yay Olimpiadasının keçirilməsinə də öz namizədliyini irəli sürmüşdü.

AzərTAc

1 sentyabr 2011-ci il

254

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Bakının 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etməsi üçün hazırlanmış

sifariş kitabı Beynəlxalq Olimpiya Komitəsinə təqdim olunacaqdır

Bakı, 13 fevral (AzərTAc). Azərbaycan nümayəndə heyəti Bakının 2020-ci il Yay Olimpiya Oyunlarına

ev sahibliyi etməsi üçün hazırlanmış sifariş kitabını Beynəlxalq Olimpiya Komitəsinə təqdim etmək üçün

İsveçrənin Lozan şəhərinə gedəcəkdir.

AzərTAc xəbər verir ki, bu sözləri fevralın 13-də Milli Olimpiya Komitəsində keçirilən brifinqdə

“Bakı-2020” Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva demişdir.

Bildirmişdir ki, fevralın 14-də ölkəmizin nümayəndə heyəti BOK-un qərargahında Bakının sifariş

kitabının təqdimatını keçirəcəkdir. Kitab Bakının Olimpiya Oyunlarına ev sahibliyi ərəfəsində qurulacaq

olimpiya infrastrukturu haqqında geniş məlumatı əhatə edir. Burada Bakı və ümumilikdə Azərbaycanın

beynəlxalq standartlara cavab verən mövcud idman, nəqliyyat, turizm və digər imkanlarının təsviri ilə yanaşı,

paytaxtımızda nümunəvi Olimpiya Oyunlarını keçirmək üçün gələcək illərdə quracağımız yeni infrastruktur

planı da öz əksini tapmışdır.

Bakının 2016-cı il Olimpiya Oyunlarına da namizədliyini irəli sürdüyünü xatırladan icraçı direktor, bu

dəfə sifariş kitabının daha mükəmməl hazırlandığını vurğulamışdır. Bildirmişdir ki, əvvəllər kifayət qədər

təcrübə olmadığından müsbət və mənfi cəhətlərimiz BOK tərəfindən hazırlanmış Hesabat Kitabında

göstərilmişdi. Ötən müddət ərzində müsbət cəhətlər daha da inkişaf etdirilmiş, çatışmazlıqlar isə aradan

qaldırılmışdır.

Azərbaycan xalqı və hökuməti tərəfindən namizədliyin tam dəstəkləndiyini söyləyən K.Nurullayeva son

vaxtlar keçirilmiş sorğular nəticəsində əhalinin 95 faizinin Olimpiya Oyunlarının Bakıda keçirilməsinə razılığını

diqqətə çatdırmışdır. O, dünyanın ən möhtəşəm idman tədbirinin paytaxtımızda keçiriləcəyinə əminliyini

bildirmişdir.

K.Nurullayeva 2020-ci il Olimpiya Oyunlarının Bakıda keçirilməsinin idman potensialımızın üzə

çıxarılmasına imkan verəcək tədbir kimi də əhəmiyyətli olacağını diqqətə çatdırmışdır. Olimpiya məşəlinin

paytaxtımıza gətiriləcəyi təqdirdə milyonlarla gəncə Olimpiya Hərəkatına qoşulmaq şəraiti yaranacaq, dostluq,

mükəmməllik və ədalət kimi dəyərlərin regionumuzda yayılma imkanı əldə ediləcəkdir.

K.Nurullayeva nəşrin hazırlanmasına yerli və əcnəbi ekspertlərin yardımçı olmalarını da qeyd etmişdir.

Sənəddə yer alan məsələlər barədə kitabın təqdimatından sonra məlumat veriləcəkdir.

Bakıdan əlavə, Doha (Qətər), Tokio (Yaponiya), Madrid (İspaniya), Roma (İtaliya) və İstanbul

(Türkiyə) də 2020-ci il Yay Olimpiya Oyunlarına iddiaçı şəhərlərdir.

AzərTAc

13 fevral 2012-ci il

255

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Bakının 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyi üçün 500 mindən çox imza

toplanılmışdır

Bakı, 3 aprel (AzərTAc). Bakı şəhərinin 2020-ci il Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyi üçün

paytaxtda və regionlarda 500 mindən çox imza toplanılmışdır. Bu nəticələr Azərbaycan vətəndaşlarının

Olimpiya Oyunlarının Bakıda keçirilməsinə dəstək verdiyini göstərir.

Bu sözləri AzərTAc-a Bakının namizədliyini dəstəkləmək üçün martın 14-dən Milli Olimpiya Komitəsi

ilə birgə imzatoplama kampaniyasına başlamış Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin

İsmayılov demişdir.

Ş.İsmayılov bildirmişdir ki, Beynəlxalq Olimpiya Komitəsi Azərbaycanın qarşısına imza toplanılması ilə

bağlı məcburi öhdəlik qoymamışdır. Bu, öz təşəbbüsümüzdür. Məqsədimiz 2020-ci il Olimpiya Oyunlarında

Bakının namizədliyinə dəstək üçün vətəndaşların imzalarını toplamaq və onların məlumatlılıq səviyyəsini

artırmaqdır.

Kampaniyanın keçirilməsində könüllülərin qüvvəsindən istifadə olunduğunu diqqətə çatdıran Ş.İsmayılov

söyləmişdir ki, beynəlxalq idman tədbirinin paytaxtda keçirilməsi Azərbaycan mədəniyyətini dünyaya tanıdacaq

və yeni dostluq əlaqələrinin qurulmasına səbəb olacaqdır.

Yay Olimpiya Oyunlarına ev sahibliyi üçün Bakı ilə yanaşı, Madrid, Tokio, İstanbul və Doha da

namizədliklərini irəli sürmüşlər. BOK namizəd şəhərləri bu ilin may ayında seçəcəkdir. Aprel ayında BOK-un

İcraiyyə Komitəsinin iclasında 5 iddiaçı şəhərdən hansıların növbəti mərhələyə keçməsi ilə bağlı qərar

veriləcəkdir. Həmin qərar rəsmi olaraq mayın 20-25-də Kanadanın Kvebek şəhərində elan olunacaqdır.

BOK ikipilləli seçimdən sonra 2013-cü il sentyabrın 7-də Argentinanın paytaxtı Buenos-Ayres şəhərində

Olimpiadaya ev sahibliyi edəcək şəhərin adını açıqlayacaqdır.

AzərTAc

3 aprel 2012-ci il

256

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bakının 2020-ci il

Yay Olimpiya Oyunlarına dair təqdimat etməsi bizim üçün böyük şərəfdir

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun

xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti

aprelin 14-də Moskvada keçiriləcək Milli Olimpiya Komitələrinin Baş Assambleyasında iştirak

edəcəkdir.

Bu sözləri aprelin 11-də keçirilən brifinqdə "Bakı-2020" Təşkilat Komitəsinin icraçı direktoru Könül

Nurullayeva demişdir.

Bildirmişdir ki, Azərbaycanın birinci xanımı, Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva

Rusiyanın paytaxtında min nəfər nümayəndə heyətinin iştirak edəcəyi assambleyada Bakının 2020-ci il Yay

Olimpiya və Paralimpiya Oyunlarına namizədliyinə dair təqdimatla çıxış edəcəkdir. Ölkəmizin Moskvada

yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunmasını əlamətdar hadisə kimi qiymətləndirən K.Nurullayeva

assambleyada Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bakının 2020-ci il Yay Olimpiya və

Paralimpiya Oyunlarına dair təqdimat etməsinin böyük şərəf olduğunu diqqətə çatdırmışdır.

Vurğulamışdır ki, 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarına namizədliyimizin irəli

sürülməsində məqsədimiz bu mötəbər tədbir vasitəsilə ölkəmizdə idmanın inkişafını daha da sürətləndirmək,

sağlam həyat tərzini təbliğ etmək, gələcək nəsillər üçün möhtəşəm idman infrastrukturunu miras qoymaq və

dünyaya nümunəvi Olimpiya Oyunları keçirməyə qadir olduğumuzu göstərməkdir.

Bakının bu prosesdə üstünlüklərini diqqətə çatdıran K.Nurullayeva, paytaxtımızın iqliminin beynəlxalq

idman yarışları üçün əlverişli olduğunu demişdir. Bildirmişdir ki, Bakı və bütövlükdə ölkəmiz zəngin

mədəniyyət, gözəl təbiət və qədim tarixə malikdir. Əksər dünya ölkələrinin iqtisadi böhran vəziyyəti yaşadığı

dövrdə ən sürətli iqtisadi göstəricilərə malik Azərbaycanın paytaxtı Bakının namizədliyinin irəli sürülməsi

məntiqlidir.

"TNS Global"ın keçirdiyi rəy sorğusuna görə, Azərbaycan əhalisinin 95 faizinin Bakının 2020-ci il

Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi üçün namizədliyini dəstəklədiyini diqqətə çatdıran natiq

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən imzatoplama kampaniyasının uğurla davam

etdiyini diqqətə çatdırmışdır. Nəzərə çatdırılmışdır ki, hazırda ATGTİ tərəfindən 494 min imza toplanmışdır.

Bunun 111 mini paytaxt, qalanı bölgələrin payına düşür.

K.Nurullayeva vurğulamışdır ki, Olimpiya və Paralimpiya Oyunları Bakıda keçirilərsə, bu, Azərbaycanın

inkişafına təkan verəcək, həm də Beynəlxalq Olimpiya hərəkatının genişlənməsinə səbəb olacaqdır. Bizim

namizədliyimizin şüarı olan "Birlikdə bacarırıq" ifadəsi Azərbaycanın beynəlxalq Olimpiya ictimaiyyəti və

bütövlükdə dünya ölkələri ilə dostluq və əməkdaşlığın inkişafına olan istəyini nümayiş etdirir. "Bakı-2020"

Sifariş Kitabında təqdim etdiyimiz Olimpiya infrastrukturu isə ölkəmizin və regionun gələcək idman

ehtiyaclarını tam ödəyəcəkdir.

ATGTİ-nin sədri Şahin İsmayılov imzatoplama kampaniyasının uğurla davam etdiyini və

vətəndaşlarımızın bu aksiyada yüksək fəallıq göstərdiyini diqqətə çatdırmışdır.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik edəcəyi nümayəndə heyətinin tərkibinə Baş

nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin

vitse-prezidenti Çingiz Hüseynzadə, "Bakı-2020" Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva,

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov və "Bakı-2020"-nin

kommunikasiya direktoru Nərgiz Birk-Petersen daxildirlər.

“Xalq qəzeti”.-2012.-12 aprel.-N 78.-S.2.

257

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Moskvada "Bakı-2020" layihəsinin təqdimatı olmuşdur

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişdir

Moskvada Milli Olimpiya Komitələri Assosiasiyasının XVIII Baş Assambleyası keçirilmişdir.

Assambleya çərçivəsində 2020-ci il Olimpiya Oyunlarının keçirilməsinə iddiaçı şəhərlərin, o cümlədən

Bakının təqdimat mərasimi olmuşdur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti

Mehriban Əliyeva tədbirdə iştirak etmişdir.

Assambleyada tarixdə ilk dəfə olaraq dünyanın bütün qitələrindəki ölkələrdən olimpiya hərəkatlarının

mindən artıq lideri, idman nazirləri və idman ictimaiyyətinin nümayəndələri Rusiya paytaxtında toplaşmışdır.

Tədbirin məqsədi Milli Olimpiya komitələrinə informasiya və təcrübə mübadiləsi aparmaq imkanı yaratmaqdır.

Bu təşkilatın hər iki ildən bir keçirilən Baş Assambleyalarında Milli Olimpiya komitələrinin olimpiya

hərəkatında rolu, dopinqlə mübarizə, idmanda marketinqin əhəmiyyəti və digər məsələlər müzakirə olunur.

Azərbaycanın isə 2020-ci ildə Olimpiya Oyunlarına ev sahibliyi üçün iddia ərizəsi ilə müraciət etməsi sürətlə

inkişaf edən ölkəmizin artan nüfuzundan, irimiqyaslı layihələrlə yanaşı, mötəbər beynəlxalq tədbirlərin yüksək

səviyyədə keçirilməsinə qadir olmasından xəbər verir.

Milli Olimpiya Komitələri Assosiasiyasının XVIII Baş Assambleyasını təşkilatın prezidenti səlahiyyətlərini

icra edən Şeyx Əhməd əl-Fəhad əl-Sabah açdı. Sonra 2020-ci il Olimpiya Oyunlarının keçirilməsinə iddiaçı

şəhərlərin təqdimat mərasimi başladı. Hər bir şəhərə 10 dəqiqə vaxt verildi. İstanbul və Tokionun iddia

komitələrinin üzvləri Türkiyənin və Yaponiyanın iri şəhərlərinin dünyanın ən mötəbər idman tədbirinə ev

sahibliyi etməyə hazır olduqları və Olimpiada üçün nəzərdə tutulan infrastruktur, idman qurğuları və Olimpiya

şəhərcikləri barədə ətraflı məlumat verdilər.

Azərbaycan paytaxtının təqdimat mərasimi Bakıya həsr olunan videoçarxın nümayişi ilə başladı.

Bakının iddia komitəsi kommunikasiya departamentinin müdiri Nərgiz Birk-Petersen Azərbaycan

paytaxtının Olimpiya Oyunları üçün özəlliyindən danışdı. Bildirdi ki, Bakı Olimpiya Oyunları üçün xüsusi

məkandır. "Əsrlər boyu Bakı insanların bir araya gəldiyi, mədəniyyətlərin qovuşduğu bir şəhər olub", - deyən

Nərgiz Birk-Petersen Azərbaycanın 2020-ci il Olimpiya Oyunlarına layiqincə ev sahibliyi edəcəyinə, bununla

da gələcəkdə Olimpiya Oyunlarının keçirilməsi baxımından davamlı modelin yaradılacağına əmin olduğunu

vurğuladı.

Azərbaycanın sürətli inkişafından danışan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş

katibi Elxan Məmmədov isə Bakının idman üçün çox əlverişli şəhər olduğunu diqqətə çatdırdı. Bildirdi ki,

2020-ci ildə Bakıda Olimpiya Oyunlarının keçirilməsi xeyli müsbət nəticələr verəcək və Azərbaycanın

Beynəlxalq Olimpiya Komitəsi ilə sıx əməkdaşlığı "Biz birlikdə bacararıq" şüarının reallaşmasına şərait

yaradacaqdır. "Olimpiya Oyunlarına ev sahibliyi edən ölkənin məqsədi təkcə gözəl oyunlar keçirmək deyil,

həmçinin hərəkata davamlı olaraq töhfəsini verməkdir", - deyən Elxan Məmmədov Bakının Olimpiya hərəkatı

tarixində yeni bir səhifə açacağına əminliyini vurğuladı. AFFA-nın baş katibi Azərbaycanın Avropa ilə

Asiyanın kəsişməsində yerləşməsinin Beynəlxalq Olimpiya Komitəsi və onun tərəfdaşları üçün yeni bazarlar

açacağını da qeyd etdi və dedi ki, Bakı Olimpiadası tikiləcək olimpiya qurğularının oyunlar bitdikdən sonra

yerli və qonşu ölkələrdən olan idmançılara xidmət etməsi ilə də yadda qala bilər.

Bakı-2020 Olimpiya Oyunlarının planını hazırlamaq üçün istedadlı gənclərdən ibarət Azərbaycan komandası

ilə işləməkdən qürur hissi duyduğunu deyən Bakının iddia komitəsinin məsləhətçisi, Olimpiya Oyunları veteranı

Bob Elfinston bu günə qədər görülən böyük işlərlə fəxr etdiklərini bildirdi və iştirakçılara təqdim olunan

videoçarxın onlarda böyük təəssürat yaradacağına əminliyini ifadə etdi.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban ƏLİYEVA mərasimdə

çıxış edərək dedi:

- Hörmətli cənab prezident!

Hörmətli Beynəlxalq Olimpiya Komitəsinin üzvləri!

Hörmətli qonaqlar!

Mən bu gün 2020-ci ildə Bakının Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi etmək üçün namizədliyini

təqdim etməkdən şərəf hissi duyuram. Biz bu oyunların uğurlu olması işinə sadiqik və bu oyunları ölkəmizdə

keçirmək arzumuz hökumətin, Bakı şəhərinin, Milli Olimpiya Komitəsinin, Azərbaycan xalqının güclü

dəstəyinə və ictimaiyyətin 95 faizinin razılığına arxalanır. Azərbaycan bütün dünyanı Xəzərin sahillərində

salamlamağı çox istəyir, dünyanın hər yanından minlərlə idmançı və milyonlarla iştirakçıya xidmət göstərməyə

hazırdır.

258

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Paytaxtımız Bakı özündə qədimliyin və müasirliyin harmoniya təşkil etdiyi kosmopolit şəhərdir. Şəhərimiz

qədim tarixə və zəngin mədəni irsə malikdir. Bura Şərq ilə Qərbin qovuşduğu nadir bir məkandır. Uzun illər

burada mövcud olan sülh, müxtəliflik, tolerantlıq və çoxmədəniyyətlilik bizim identifikasiyamızın özəyini təşkil

etmişdir.

Bizim idman ənənələrimiz uzun tarixə söykənir. Qobustandakı qayaüstü rəsmlər bizim ulu babalarımızın

idmanda bir-biriləri ilə rəqabət apardığını, yarışdığını əks etdirir. Əfsanələr onu sübut edir ki, bir çox gənclər

hazırda da məşhur olan müxtəlif idman yarışlarında öz qüvvələrini sınamadan özlərinə ad əldə edə bilmirmişlər.

Bizim dünya olimpiya ailəsinə yeni üzv olmağımıza baxmayaraq, Azərbaycan idmançılarının beynəlxalq

arenalardakı qələbələri getdikcə daha da çoxalır, eyni zamanda, ölkədə idman infrastrukturunun yaradılmasına

qoyulan güclü sərmayə bizim idmana və Olimpiya hərəkatına olan həvəsimizi sübut edir. Biz idman oyunlarının

keçirilməsi üçün siyasi və maliyyə öhdəliklərini başa düşürük. İcazə verin sizi əmin edim ki, biz hazırıq. Biz

hazırıq ona görə ki, həmin oyunların ölkəmizdə keçirilməsini istəyirik.

Son səkkiz ildə ümumi daxili məhsulumuzun nəzərəçarpacaq 300 faiz artımı, çoxsaylı iqtisadi, sosial, ətraf

mühit layihələrinin həyata keçirilməsi bizim 9 milyonluq əhalimizin hər birinin həyat şəraitinin

yaxşılaşdırılmasına yönəlib.

Mən Beynəlxalq Olimpiya Komitəsinin üzvlərinə Olimpiya və Paralimpiya hərəkatlarına diqqət və

qayğılarına, onları qiymətləndirdiklərinə görə minnətdarlığımı bildirmək istərdim. Biz Azərbaycanda bu

dəyərləri tam bölüşürük.

Əgər Bakı 2020-ci ildə Olimpiya Oyunlarına ev sahibliyi etmək şərəfinə nail olarsa biz bütün dünyanı təmiz,

ədalətli rəqabətdə və yarışlarda bir araya gətirəcəyik. Biz sülh və dostluq naminə humanist amallarımızı

bölüşəcəyik. Bizim şəhərimizin qədim simvolu olan Bakının əbədi məşəli Olimpiyanın sülh və ümid məşəlini

salamlayanda bütün xalqımız böyük zəhmət və səylərimiz nəticəsində həyata keçəcək birgə arzularımızı qeyd

edəcəkdir. Biz bu arzularımızı Bakıdakı bütün qonaqlarımızla birgə bölüşəcəyimizə ümid edirik.

Diqqətinizə görə təşəkkür edirəm və sizə ən xoş arzularımı çatdırıram.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibinə Baş nazirin müavini Yaqub Eyyubov, gənclər və

idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də daxil idi.

Baş Assambleyada daha sonra Qətərin paytaxtı Doha və İspaniyanın paytaxtı Madrid şəhərlərinin

təqdimatları olmuşdur.

Namizəd şəhərlərin birinci təqdimat mərasimi fevral ayında keçirilmişdir. İki mərhələdən ibarət seçimdən

sonra 2013-cü il sentyabrın 7-də Beynəlxalq Olimpiya Komitəsi 2020-ci il Olimpiadasının hansı şəhərdə

keçiriləcəyini Argentinanın paytaxtı Buenos-Ayresdə elan edəcəkdir.

Onu da qeyd edək ki, iddiaçı şəhərlər arasında ən böyük ictimai dəstək alan məhz Bakı olmuşdur.

Moskvada keçirilən Baş Assambleya çərçivəsində Ümumdünya Olimpiya İdman Forumu, habelə Milli

Olimpiya Komitələri Assosiasiyasının İcraiyyə Komitəsinin, Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə

Komitəsinin və Milli Olimpiya Komitələri Assosiasiyası Baş Assambleyasının iclasları da olacaqdır.

Xatırladaq ki, Milli Olimpiya Komitələri Assosiasiyasına Afrika Milli Olimpiya Komitələri Assosiasiyası,

Panamerika İdman Təşkilatı, Asiya Olimpiya Şurası, Avropa Olimpiya və Okeaniya Milli Olimpiya komitələri

daxildir.

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

“Xalq qəzeti”.-2012.-15 aprel.-N 81.-S.2.

259

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan Avropa Olimpiya Oyunlarının hazırlığına başlayıb

Bu mötəbər idman tədbirini ən yüksək səviyyədə reallaşdırmaq üçün bütün işlər müasir

standartlara uyğun həyata keçirilir

Məlum olduğu kimi, 2015-ci ildə ölkəmiz Avropanın ilk Olimpiya Oyunlarına ev sahibliyi edəcək.

Qitənin tarixində ilk dəfə baş tutacaq Olimpiya Oyunlarına ev sahibi kimi Bakının seçilməsi ölkəmizin artan

nüfuzunun, əldə etdiyi uğurların məntiqi nəticəsidir. Azərbaycan maliyyə-iqtisadi gücü ilə qitə miqyaslı yarışı

yüksək səviyyədə təşkil etmək iqtidarındadır. Son vaxtlar Bakıda həyata keçirilən nəhəng infrastruktur layihələri

paytaxtımızı qitənin ən müasir və gözəl şəhərlərindən birinə çevirib. Müasir şəhər infrastrukturuna malik olan

paytaxt Bakı istənilən miqyaslı yarışı qəbul etmək iqtidarındadır. Bura həm idman infrastrukturu, həm də yolnəqliyyat,

hotel infrastrukturu daxildir. Hazırda Bakıda bir sıra müasir idman qurğularının inşası davam etdirilir

ki, həmin arenalar da 2015-ci ilin yay ayında keçiriləcək Avropa Olimpiya Oyunlarına qədər istifadəyə

veriləcək. Hələlik dəqiqləşməyən məsələ “Olimpiya şəhərciyi” və ya “Olimpiya kəndi” ilə bağlıdır. Azərbaycan

iddia etdiyi Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcəyi təqdirdə müasir “Olimpiya şəhərciyi”nin salınması

ilə bağlı dəqiq plana sahibdir. Bu plan Beynəlxalq Olimpiya Komitəsində keçirilən təqdimat mərasimində də

təqdim edilib. İlkin olaraq həmin şəhərciyin dəniz sahilində yerləşən və köçürülməsi nəzərdə tutulan zavodların

yerində salınması planlaşdırılıb. Amma Avropa Olimpiya Oyunlarına iki il vaxt qalıb və həmin vaxta qədər yeni

şəhərciyin salınması vaxt etibarilə oyunlara qədər tamamlanmaya bilər. Lakin Azərbaycanın alternativ

variantları da artıq hazırdır. Bu məkanlardan biri də “Koroğlu” metrostansiyasının yaxınlığında inşa edilmiş

şəhərcikdir. Bəzi mütəxəssislər buradakı binalardan Avropa Olimpiya Oyunları vaxtı şəhərcik kimi istifadə

edilməsinin mümkünlüyünü bildirirlər. Dünən yolumuzu həmin ərazidən saldıq.

Metronun yaxınlığında inşa edilmiş və müasir görünüşə malik olan hündürmərtəbəli binaların yaratdığı

ansambl buranın “Olimpiya şəhərciyi” üçün ideal yer olduğunu göstərir. Bir-birinin ardınca sıralanan müasir

çoxmərtəbəli binaların əksəriyyətinin inşası, demək olar ki, başa çatıb. Binaların zahiri görünüşü tam hazırdır,

sadəcə daxilində müəyyən kosmetik işlər aparmaqla binalardan Avropa Olimpiya Oyunları üçün istifadə etmək,

həmin binalarda oyunlarda iştirak etmək üçün gələn idmançıları, nümayəndə heyətlərini yerləşdirmək

mümkündür. Binaların həyətləri də təmirlidir. Orada olarkən müşahidə etdik ki, “şəhərcik” adlandırılan həmin

ərazidə bir neçə yeni bina da tikilir. Hələlik həmin binalarda yaşayış yoxdur, hərçənd binaların birinin həyətində

uşaqların əylənməsi üçün nəzərdə tutulan müxtəlif yelləncəklər də quraşdırılıb. Ətrafda söhbətləşdiymiz şəxslər

də binaların tikintisinin başa çatdığını, amma yaşayış olmadığını bildirdilər. Bura “Olimpiya şəhərciyi” üçün

demək olar ki, idealdır. Metronun 15-20 metrliyində, nəqliyyatın gur işlədiyi yerdə yerləşməsi buranı çox

əlverişli edir. Digər tərəfdən, Beynəlxalq Olimpiya Komitəsinin kriteriyalarına görə, idmançıların qaldığı yer

yarışların keçirildiyi arenalara yaxın olmalıdır. İdmançıların bir məkanda və arenalara yaxın yerlərdə qalması

həm vaxt, həm də təhlükəsizliyin təminatı baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin ərazinin hava

limanına yaxın olması çox böyük üstünlükdür. Həmin yerin ideal “Olimpiya şəhərciyi” kimi seçilməsinin ən

mühüm səbəblərindən biri də Avropa Olimpiya Oyunlarının açılışının keçiriləcəyi 65 minlik Olimpiya

stadionunun lap yaxınlıqda, təxminən 5 dəqiqəlik məsafədə yerləşməsidir.

Prezident İlham Əliyev, FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platininin iştirakı ilə

təməli qoyulan arenanın tikinti meydançasını da ziyarət etdik. Qızğın işin getdiyi və beynəlxalq standartlara tam

cavab verəcək stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur inşa ediləcək.

Öyrəndik ki, burada jurnalistlərin işləməsi üçün nəzərdə tutulan bina 2 min kvadratmetrlik ərazini əhatə edəcək.

Stadionun ətrafında ümumi sahəsi 13847 kvadratmetr olacaq hovuz yaradılacaq, 81574 kvadratmetrlik yaşıllıq

sahəsi salınacaq. Ümumilikdə, 18 girişi olacaq stadionda 41 lift quraşdırılacaq, 3617 avtomobili qəbul edəcək 7

dayanacaq fəaliyyət göstərəcək.

Stadionun ətrafı və tribunaların üstü hava şəraitindən asılı olaraq özünütənzimləmə xüsusiyyətinə malik

membran örtüklə bağlanacaq. “Olimpiya şəhərciyi” ilə açılışın keçiriləcəyi stadion arasındakı qısa məsafə

həmin ərazi üçün çox böyük üstünlük deməkdir. Oranın başqa bir üstünlüyü isə şəhərcik olması nəzərdə tutulan

binalarla üzbəüz Gimnastika Mərkəzinin inşa edilməsidir. Belə ki, yolun bir tərəfində Gimnastika Mərkəzi inşa

edilir, üzbəüzdə isə şəhərcik kimi istifadəsi planlaşdırılan binalar yerləşir. Yeri gəlmişkən, ərazidə olduğumuz

zaman kompleksdə qızğın işlərin getdiyinin şahidi olduq. 6-8 min tamaşaçı tutumuna malik olacaq arena əsasən

müsabiqə səviyyəsində ritmik və bədii gimnastikaya ev sahibliyi etmək üçün layihələşdirilir. Arena xüsusi

olaraq, müxtəlif funksiyaları icra etmək və ya tələb olunduğu təqdirdə idman tədbirləri keçirmək məqsədilə əsas

arenaya uyğunlaşdırılmaq üçün layihələşdirilib. Arena beynəlxalq yarışlar üçün gimnastların təlim keçmələri

üçün də nəzərdə tutulur. Burada yardımçı otaqlar, təlim zalları, auditoriyalar, yeməkxanalar, idman zalları inşa

olunacaq. Arenanın imkanlarına gəldikdə, məişət əşyaları, qida və içki bölmələrindən ibarət 2 əsas şöbə,

onlardan yuxarıda isə VIP şəxslər üçün müxtəlif ölçülü dəbdəbəli lojalar yerləşəcək. Həmçinin, arena

260

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

meydançasına baxma imkanı yaradan 2 mərtəbəli restoran üçün geniş yer ayrılacaq. Gimnastika Mərkəzi

beynəlxalq yarışlara ev sahibliyi edərkən beynəlxalq media və sponsorlar üçün müsahibə otaqları, media

nəzarəti mərkəzi və sponsor otaqlarından başlamış mətbuat otaqlarına qədər müasir dünya standartlarına uyğun

idman məkanlarına qoyulan bütün tələblərə cavab verəcək. Arenanın 300-dən çox maşının saxlanması üçün

yeraltı avtomobil dayanacağı da olacaq. Bu arena da Olimpiya stadionu kimi 2015-ci ildə istifadəyə veriləcək.

Bu işlər onu göstərir ki, Azərbaycan nəinki Avropanın Olimpiya Oyunlarını, o cümlədən, planetin bir nömrəli

idman yarışı olan Yay Olimpiya Oyunlarını da ən yüksək səviyyədə keçirə bilər. Avropa Olimpiya Oyunları bu

yolda ilk böyük sınaq olacaq.

Anar Miriyev

“Yeni Azərbaycan”.-2012.-15 dekabr.-№231.-S.4.

261

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycan Avropa Olimpiya Oyunlarını keçirməyə hazırdır

Prezident İlham Əliyev: Mən əminəm ki, biz bu oyunları yüksək səviyyədə keçirəcəyik

Kimsəyə sirr deyil ki, 2012-ci il bütün sahələrdə ölkəmiz üçün uğurlu il kimi yadda qalacaq. Çünki ötən il

ərzində Azərbaycanın iqtisadi imkanları, həmçinin, siyasi nüfuzu, maliyyə resursları daha da artıb. Ən əsası,

ötən il ölkəmizin inkişafından qaynaqlanaraq vətəndaşların həyat şəraiti xeyli yaxşılaşıb. Heç şübhəsiz,

Azərbaycanın ümumi inkişafından idmana da pay düşüb.

Belə ki, dövlət başçısı tərəfindən “İdman ili” elan edilən 2012-ci il idman uğurlarımızın qazanılması ilə

zəngin olub. Ümumiyyətlə, son illərin statistikası göstərir ki, ölkəmizdə hər il idman sahəsində qazanılan

uğurlar, nailiyyətlər bir qədər də artıb. Bu isə Prezident İlham Əliyevin rəhbərliyi ilə sözügedən sahədə həyata

keçirilən uğurlu siyasətlə bağlıdır. Dövlət başçısı idman sahəsini xüsusi diqqətdə saxlamaqla bu sahədə böyük

irəliləyişlərin əldə olunmasını təmin edib. Prezidentin həyata keçirdiyi siyasət bu gün Azərbaycanı dünyanın

idman mərkəzlərindən, Bakını isə il ərzində bir-birini əvəzləyən nüfuzlu beynəlxalq idman yarışlarının

keçirildiyi idman paytaxtlarından birinə çevirib. Bu siyasət ölkəmizin hər bir bölgəsinin müasir Olimpiya idman

Kompleksləri, müasir idman qurğuları və bazaları ilə əhatələnməsinə səbəb olub.

Dövlət başçısının bu siyasəti öz növbəsində idmanın ətrafında böyük bir yeniyetmə və gənclik ordusu

cəmləşdirib. Hazırda ölkəmizdə fiziki və mənəvi cəhətdən sağlam nəsil kimi yetişən müasir gənclik üçün idman

həyat tərzidir. Müasir idman bazalarının yaradılması, idman sahəsində əldə edilən parlaq qələbələr gənc nəsli

idmana bir qədər də meyilləndirir. Prezident ilham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasətin

özəlliklərindən biri də elə budur. Yəni, idmanı həyat tərzinə çevirəcək səviyyəyə çatdırmaqla bu sahədə

nəsillərin bir-birini əvəzləməsini təmin etməyə şərait yaratmaq. Biz artıq bu hədəfə çatıldığının şahidiyik. Belə

ki, böyüklərlə yanaşı, gənclər və yeniyetmələr arasında keçirilən yarışlarda ölkəmizin təmsilçilərinin qazandığı

uğurlar gələcək üçün böyük ümidlər vəd edir. Elə “İdman ili” elan edilən 2012-ci ildə parlaq nəticələr göstərmiş

idmançılarımızın yaş ortalaması gənc nəslin bu sahəyə axınına bariz nümunədir.

Yeri gəlmişkən, Prezident İlham Əliyev də vurğulayıb ki, fiziki cəhətdən sağlam olan insanlar, adətən

mənəvi cəhətdən də böyük keyfiyyətlərə malikdirlər: “İdmanın kütləviliyinin təmin edilməsi üçün Olimpiya

Oyunlarında uğurlar çox böyük rol oynayır. Çünki bu, gəncləri, uşaqları idman bölmələrinə gətirmək üçün

həvəsləndirici bir amildir. Biz görürük ki, hər uğurdan, Olimpiya Oyunlarında əldə edilmiş hər qələbələrdən

sonra idman bölmələrinə uşaqların axını güclənir. Biz doğrudan da, elə etməliyik ki, hər bir gənc idmanla

məşğul olsun. Şərt deyil ki, o mütləq idmançı olsun. Amma sağlamlığı möhkəmləndirmək, fiziki mədəniyyəti

qaldırmaq üçün mütləq idmanla məşğul olmaq lazımdır. Mən bütün gəncləri bir daha bu kürsüdən idmanla

məşğul olmağa səsləyirəm. İndi demək olar ki, hər bir yerdə idmanla məşğul olmaq üçün imkanlar vardır. Fiziki

cəhətdən sağlam olan insanlar, adətən mənəvi cəhətdən də böyük keyfiyyətlərə malikdirlər. Mən çox şadam ki,

idmançılarımız məişətdə də, yəni, adi həyatda da öz davranışları ilə gənclər üçün nümunədirlər”.

Bir daha vurğulamaq yerinə düşər ki, ümumilikdə, 2012-ci il idmançılarımız üçün çox uğurlu oldu.

İdmançılarımızın 700-dən çox medal qazanmasını xatırlatmaq ötən ilin uğurlu olmasını isbatlamaq üçün

yetərlidir. Bu sırada güləşçilərimizi xüsusi olaraq qeyd etmək lazımdır. Çünki London Olimpiadasında da böyük

uğur qazanmış Azərbaycan güləşçiləri ötən il ərzində iştirak etdikləri beynəlxalq yarışlarda ölkəmizə toplam

216 medal qazandırıblar. Bir sözlə, dövlət başçısının da qeyd etdiyi kimi, idmançılarımız ölkəmizi beynəlxalq

arenalarda ləyaqətlə təmsil ediblər: “İlin idman yekunlarına gəldikdə, hamımız görürük ki, 2012-ci il

idmançılarımız üçün çox uğurlu il olmuşdur. Təsadüfi deyildi ki, biz 2012-ci ili idman ili elan etmişdik. Bu,

idmana dövlət tərəfindən olan diqqətin təzahürüdür. Eyni zamanda, biz doğrudan da, ilin əvvəlində bu qərarı

verərkən idmançılardan qələbələr, uğurlar gözləyirdik. İdmançılar ümidlərimizi doğrultdular. 2012-ci ildə

idmançılar tərəfindən müxtəlif beynəlxalq yarışlarda 700-dən çox medal qazanılmışdır. Onlardan 255-i qızıl

medaldır. İdmançılarımız ölkəmizi beynəlxalq arenalarda ləyaqətlə təmsil etmişlər”.

Şübhəsiz ki, 2012-ci ilin əsas idman hadisəsi Londonda keçirilən Yay Olimpiya Oyunlarında

idmançılarımızın qazandığı böyük zəfər oldu. Belə ki, idman tariximizdə ilk dəfə olaraq 10 medal qazanılması

Azərbaycanın dünya idmanı və beynəlxalq olimpiya hərəkatındakı mövqelərini bir qədər də möhkəmləndirdi.

“İdman ili”ndə və Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illiyini qeyd etdiyimiz 2012-ci ildə bu

uğurların qazanılmasının xüsusi əhəmiyyəti var. Yəni, görünən odur ki, 20 il ərzində Azərbaycan dünya

olimpiya ailəsinin ən fəal üzvlərindən birinə çevrilməklə dünyada olimpizm ruhunun yayılmasında, olimpiya

ideyalarının təbliğində aktiv rol oynayan dövlətlər sırasında öncül yerlərdən birini tutur. Dövlət başçısının

rəhbərlik etdiyi Milli Olimpiya Komitəsinin fəaliyyəti Beynəlxalq Olimpiya Komitəsində həmişə nümunə kimi

təqdim edilir. Nümunəvi işin və əldə edilən uğurların məntiqi nəticəsi olaraq Azərbaycan artıq Avropanın

tarixində ilk dəfə keçiriləcək Avropa Olimpiya Oyunlarının ev sahibi hüququnu qazanması ilə öyünə bilər.

Avropa Olimpiya Komitəsinin qitədə ilk dəfə keçiriləcək və Yay Olimpiya Oyunlarından sonra ikinci nəhəng

262

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

yarışın təşkil edilməsi hüququnu Azərbaycana verməsi ölkəmizdə idmanın inkişafına verilən qiymətin

nəticəsidir. Bu, həm də Azərbaycanın siyasi sabitliyinin, təhlükəsiz dövlət olmasının, iqtisadi inkişafının

məntiqi nəticəsidir. Azərbaycanın inkişaf səviyyəsi elədir ki, ölkəmiz istənilən beynəlxalq yarışı qəbul etmək

iqtidarındadır.

Yəni, son illər ərzində dövlət başçısının rəhbərliyi altında ölkəmizdə həyata keçirilən islahatlar

nəticəsində Azərbaycan dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilib. Buna paralel olaraq,

ölkəmizdə nəhəng abadlıq-quruculuq işləri, müasir infrastruktur yaradılması işləri həyata keçirilir. Məhz dövlət

başçısının uzaqgörənliklə düşünülmüş siyasətinin nəticəsidir ki, Azərbaycan beynəlxalq yarışları yüksək

səviyyədə qəbul etmək iqtidarındadır. Onu da vurğulamaq yerinə düşər ki, Avropa Olimpiya Komitəsinin

ekspert qrupu qərar qəbulundan öncə Bakını ziyarət etmiş və yerində yoxlamalar aparmışdılar. Ekspert qrupu

Bakıda olarkən hazırda istifadədə olan idman obyektlərinə baş çəkmiş və tikintisi davam edən idman arenaları

ilə tanış olmuşdular. Onlarda yaranan əminlik və təqdim etdikləri müsbət rəy Avropa Olimpiya Komitəsinin

müsbət qərarında böyük rol oynadı. Bu gün ölkəmiz hazırda istifadədə və tikilməkdə olan idman infrastrukturu

ilə dünyanın lider ölkələri sırasında dayanır. Yeri gəlmişkən müddət gün öncə dövlət başçısının iştirakı ilə

Azərbaycan Voleybol Federasiyasının “Azəryol” voleybol klubunun yeni inzibati binasının, voleybol

meydançasının və “Azəryol” hotelinin açılışı olub. Bu arenada Avropa Olimpiya Oyunlarının voleybol

yarışlarının keçirilməsi nəzərdə tutulub. Hazırda inşası davam etdirilən Olimpiya stadionu, Su İdmanı Sarayı,

Gimnastika Mərkəzi, Cüdo Kompleksi, Boks Zalı ilə ölkəmiz nəinki Avropanın Olimpiya Oyunlarına, eləcə də,

Yay Olimpiya Oyunlarına ev sahibliyi edə bilər. Azərbaycan addım-addım bu hədəfə doğru irəliləyir. Avropa

Olimpiya Oyunları bu hədəfə çatmada ən böyük sınaqlardan biri olacaq. Prezident İlham Əliyev MOK-da ötən

ilin idman yekunları ilə bağlı keçirilən tədbirdə vurğulayıb ki, ölkəmiz bu yarışı yüksək səviyyədə keçirəcək:

“Əlbəttə, biz istəyirdik ki, Azərbaycanda belə böyük mötəbər tədbir keçirilsin və fikirləşirdik ki, bu tədbirin

keçirilməsi üçün bizdə güclü idman infrastrukturu olmalıdır. Ancaq bu tədbirin keçirilib- keçirilməməsindən

asılı olmayaraq, biz bu idman qurğularını onsuz da yaratmalı idik və yaradırıq. Ancaq artıq idman

infrastrukturumuz belədir ki, biz istənilən oyunları burada keçirə bilərik, xaricdən gələn istənilən sayda

idmançıları burada yerləşdirə bilərik. Bakıda son iki il ərzində istifadəyə verilmiş yeni mehmanxanalar, istirahət

zonaları, idman qurğuları, əlbəttə ki, bu qərarın qəbul edilməsində öz rolunu oynamışdır. Çünki bu qərarın qəbul

edilməsindən əvvəl, əlbəttə, qiymətləndirici missiya da göndərilmişdir. Avropa Olimpiya Komitəsinin üzvləri

Bakıya gəlmiş, vəziyyətlə tanış olmuşlar. Bu qərarın qəbul edilməsi bu amillərin əsasında mümkün olmuşdur.

Mən tam əminəm ki, bizim uğurlu çıxışlarımız, idmançılarımızın qələbələri, xüsusilə London Yay Olimpiya

Oyunlarındakı qələbələr bu qərarın qəbul edilməsində öz rolunu oynamışdır. Mən əminəm ki, biz bu oyunları

yüksək səviyyədə keçirəcəyik”.

Anar Miriyev

“Yeni Azərbaycan”.-2013.-11 yanvar.-№4.-S.4.

263

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Dövlətin olimpiya idmanları siyasəti ictimaiyyətin maraqlarını necə əks etdirir

Azərbaycanda idman günü-gündən inkişaf edən, təkmilləşən sahələrdən biri kimi diqqəti cəlb edir.

Azərbaycan dövlətinin ictimai maraqların müdafiəsi istiqmətində həyata keçirdiyi siyasətin başlıca

prinsiplərindən biri idmanın inkişafıdır. İdman inkişaf edirsə, bu o deməkdir ki, gənclərin yüksək fiziki hazırlığı

formalaşır, onların mənəvi tərbiyəsi yüksəlir. Dövlətin apardığı idman siyasəti sayəsində respublikamız bir

idman aləminə çevrilib.

Ölkənin elə bir yeri yoxdur ki, orada idmanın irəliləməsilə əlaqədar tədbirlər həyata keçirilməsin. Ölkəmizin

ən ucqar rayonunda, qəsəbəsində belə, idman kompleksləri, stadionlar inşa edilib. Bu komplekslər, idman

meydançaları uşaqların və gənclərin ixtiyarına verilib.

Respublikamızın sosial-iqtisadi inkişafı ilə bağlı olan layihələrdə idmanın inkişaf etdirilməsi məsələsinə də

xüsusi diqqət yetirilir. Regionlarda idmanın inkişafı əhalinin ürəyindən olan bir məsələdir. Ucqarlarda idman

komplekslərinin yaradılması, bura gənclərin cəlb edilməsi, bir idman məktəbi kimi fəaliyyəti təqdirəlayiqdir.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu Taryel Əliyev bizimlə söhbətində

bildirdi ki, regionlarda idmanın inkişafına ayrılan diqqət gənclərin kütləvi olaraq sağlamlıq ünvanı olan idmana

marağını artırır: "Azərbaycanın hər yeri bir idman ünvanına çevrilib. Bu da onunla bağlıdır ki, həm ölkədə güclü

sosial-iqtisadi yüksəliş müşahidə edilir, həm də Azərbaycan dövlətinin idman siyasəti mükəmməldir.

Azərbaycanda idman komplekslərinin inşa edilməsi gənclərin qarşısında yeni yollar açır. Bir neçə il əvvəl

nəinki ucqarlarda, heç şəhər və rayon mərkəzlərində idman sarayları, salonları yox idi, var idisə də bərbad

vəziyyətdə idi. Amma bu gün hər şey dəyişib. Hər yerdə idman kompleksi var. Mən Astara rayonunda idman

kompleksinin açılışını yaxından izlədim. Çox maraqlıdır ki, bir neçə il əvvələ qədər astaralıların heç ağlına

gəlməzdi ki, idman kompleksləri olacaq və onun da açılışında dövlət başçımız iştirak edəcək. Dövlət başçısı

həmin tədbirdə dedi ki, bu, Astara rayonunun həyatında çox əlamətdar bir gündür: "Bu Olimpiya İdman

Mərkəzində idmanla məşğul olmaq üçün bütün şərait vardır. Mən vaxtilə Olimpiya Mərkəzinin inşası ilə bağlı

göstəriş vermişdim. Ondan sonra Astarada olarkən tikintinin gedişi ilə tanış olmuşdum. Bu gün bu gözəl,

möhtəşəm Olimpiya Mərkəzinin açılışında biz bərabər iştirak edirik. Əminəm ki, Astara idmançıları və Astara

sakinləri bu imkanlardan səmərəli şəkildə istifadə edəcəklər. Çünki burada bütün şərait vardır. Gözəl idman

zalları, açıq meydançalar, üzgüçülük hovuzu, trenajor zalları - bir sözlə, artıq Astarada da gözəl, müasir

Olimpiya Mərkəzi yaradılıbdır". Prezident onu da vurğuladı ki, idmana Azərbaycanda çox böyük diqqət

göstərilir və dövlətin siyasəti də idmanın inkişafına yönəldilib. Azərbaycan dövlətinin idmana münasibətini

görmək üçün sadəcə olaraq uğurlarımıza fikir vermək kifayətdir. Son illər ərzində idmançılarımız bütün

beynəlxalq yarışlarda böyük qələbələr qazanır. Dünya çempionatlarında, olimpiya oyunlarında, Avropa

çempionatlarında milli bayrağımız dalğalanır. Bu çox sevindirici haldır. İldən-ilə idmançılarımızın uğurları,

medalların sayı artır və ölkəmizin idman şöhrəti yüksəklərə qaldırılır".

2012-ci ilin "İdman ili" elan edilməsinin Azərbaycanın idman həyatına daha parlaq rəng qatdığını deyən

T.Əliyev bunun da çox gözəl göstərici olduğunu bildirdi: "Bu, onu göstərir ki, Azərbaycan dövləti idmanın

inkişafına nə qədər diqqət yetirir. "İdman ili" çərçivəsində müxtəlif tədbirlər keçirilib. Dövlət başçısı həmin

tədbirdə onu da qeyd etdi ki, "İdman ili"ndə idmançılarımız bizi yenə də öz uğurları ilə sevindirdilər. Ölkəmizdə

müxtəlif beynəlxalq yarışların keçirilməsi artıq gözəl bir ənənəyə çevrilib. Azərbaycanda istənilən beynəlxalq

idman yarışının keçirilməsi mümkündür. Avropa, dünya çempionatlarının keçirilməsi artıq bizim yaxşı

ənənəmizdir və bütün bu böyük yarışlar yüksək səviyyədə keçirilir. Bu amili və bütövlükdə ölkəmizin uğurlu

inkişafını nəzərə alaraq Azərbaycan 2020-ci ilin olimpiya oyunlarının Bakıda keçirilməsi üçün müraciət edib".

T.Əliyevin sözlərinə görə, Azərbaycanda ən yüksək səviyyəli idman yarışının keçirilməsi üçün tələb olunan

bütün qurğular, texniki vəsaitlər var : "Ölkəmizin kifayət qədər idman qurğuları var. Tikilməkdə olan, tikilmiş

və nəzərdə tutulan böyük idman qurğuları. Artıq bu məsələ də gündəlikdədir. Bizim gözəl idmançılarımız,

idman uğurlarımız var. Ölkəmizdə sosial məsələlərin həlli çox uğurla aparılır. Sosial infrastrukturun yaradılması

prosesi uğurla gedir. Bunun nəticəsində bir sıra sahələr inkişaf edir. Müstəqillikdən bu yana Azərbaycanın

idman həyatında çox böyük dəyişikliklər olub. Ölkə idmançıları bu sahədə böyük nailiyyətlər əldə edib. Biz

haqlı olaraq bu nailiyyətlərdən danışırıq. Ancaq, eyni zamanda, bizim bütün gələcək fikirlərimiz gələcək

inkişafa istiqamətləndirilib. Cənab Prezident Astarada onu da dedi ki, Astarada da, başqa bölgələrdə də idmanın

sürətli inkişafı çox gözəl hadisədir: " Mən ürəkdən sevinirəm ki, bu gün Astarada da idmanla məşğul olmaq

üçün çox gözəl şərait yaradılıbdır. Ancaq eyni zamanda, bu gözəl Olimpiya Mərkəzi məhz əvvəlki dövrlərdə

düzgün seçilmiş strategiya və taktikanın nəticəsində mümkün olmuşdur. Əgər biz iqtisadi gücü yaratmasaydıq,

heç bir sosial infrastruktur, yaxud da ki, idman qurğusunun tikilməsinə imkanımız çatmazdı. Əgər biz güclü

iqtisadiyyat yaratmasaydıq, bu gün ölkəmizin dünyadakı mövqeləri bu qədər güclü olmazdı. Biz öz gücümüzə,

Azərbaycan xalqının istedadına arxalanırıq. Əldə edilmiş bütün uğurlar məhz Azərbaycan xalqının xidmətidir".

264

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Dövlət başçısının bu sonuncu cümləsi göstərir ki, Azərbaycan dövlətinin idman siyasəti ictimai maraqların

təmin edilməsinə söykənir. Azərbaycan dövləti bu sahədə müstəqil siyasət aparır".

Qobustan rayonunda açılan idman kompleksindən danışan ekspert dedi ki, ölkədə aparılan tikinti-quruculuq

işlərinin tərkib hissəsi kimi idman qurğularının tikintisi nəzərdən qaçmamalıdır: "Azərbaycanda güclü və müasir

idman infrastrukturu formalaşıb 30-dan çox Olimpiya İdman Kompleksinin bölgələrdə inşa edilərək

idmançıların ixtiyarına verilməsi dünya miqyasında görünməmiş hadisədir. Məlum olduğu kimi, dövlət başçısı,

Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev idmanı inkişaf etdirmək üçün ilk növbədə idman

infrastrukturunun yaradılmasının vacib olduğunu vurğulayaraq bu sahəyə xüsusi diqqət ayırdı. Bu siyasətdə

xüsusi məqam isə ondan ibarət oldu ki, dövlət başçısı bu inkişafın paytaxtla məhdudlaşmasını istəməyərək,

onun bütün ölkəyə yayılmasını, idmanın kütləviləşdirilməsini təmin etdi. Nəticədə isə güclü idman bazası həm

paytaxtda, həm də bölgələrdə yaradıldı və bu proses davam etməkdədir. Azərbaycan gəncləri müasir olimpiya

idman komplekslərində idmanla məşğul olaraq sağlam nəsil kimi formalaşır. Əldə edilən nəticələr, yaradılan

infrastruktur, idmançılarımızın qazandıqları medallar, Bakının dünyanın idman mərkəzlərindən birinə

çevrilməsi dövlət siyasətinin nə qədər doğru olduğunu göstərir. Ölkəmizin qısa müddətdə idman sahəsində əldə

etdiyi nailiyyətlər Beynəlxalq Olimpiya Komitəsinin (BOK) və Avropa Olimpiya Komitəsinin (AOK)

rəhbərliyinin diqqətindən yayınmayıb. BOK-un prezidenti Jak Roqq Azərbaycan Milli Olimpiya Komitəsini

digər ölkələrin milli olimpiya komitələrinə nümunə göstərib. Məhz beynəlxalq idman təşkilatlarının arzusu və

istəyi ilə Azərbaycanda onlarla olimpiya lisenziyalı beynəlxalq turnirlər, mötəbər yarışlar, dünya və Avropa

çempionatları keçirilir. Prezident İlham Əliyevin olimpiya oyunları və Bakıda keçirilən beynəlxalq turnirlər

zamanı idmançılarımızın çıxışlarını birbaşa zalda izləməsi isə onlara göstərilən ən böyük mənəvi dəstəkdir. Bu

gün uğurlu idman siyasətinin nəticəsi olaraq, Azərbaycan dünya idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş

kimi tanınır. MOK-un xəttilə uşaq və gənclərin problemlərinin ardıcıl olaraq həll edilməsi, onların imkan və

bacarıqlarının üzə çıxarılması, inkişaf etdirilməsi üçün hərtərəfli şəraitin yaradılması dövlətimizin fəaliyyətinin

ən mühüm istiqamətlərindən birinə çevrilib. Yeri gəlmişkən, əksər beynəlxalq ekspertlər tərəfindən Azərbaycan

idmançılarının favorit göstərilməsinin arxasında məhz həyata keçirilən böyük miqyaslı iş dayanır. Məsələ

ondadır ki, ölkəmizdə idmana dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Məhz bu kontekstdə Olimpiya

hərəkatı geniş vüsət alıb. Dövlətin idman sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı Azərbaycanda idmanın

inkişafında böyük rol oynayır. Heç şübhəsiz, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında idmanın inkişaf

etdirilməsini, Olimpiya hərəkatının geniş vüsət almasını ölkənin ümumi inkişafı fonunda dəyərləndirmək

lazımdır. Çünki ölkə iqtisadi cəhətdən inkişaf etməsə, ayrıca hansısa bir sahənin, o cümlədən, idmanın

inkişafından danışmaq mümkün deyil.

Ona görə də, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən

davam etdirilən uğurlu siyasət ölkəmizin dayanıqlı inkişafını təmin edib. Yuxarıda da qeyd etdiyimiz kimi, bu

inkişafdan idmana da pay düşüb. Tarixdə ilk dəfə Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi

haqqında qərarın qəbulu ölkəmizin dünyada artan nüfuzunun göstəricisidir. Bu, ölkəmizdə həyata keçirilən

siyasətin uğurlarından xəbər verir. Dövlətimiz öz tarixində ilk dəfə olaraq 2015-ci ildə Avropa Olimpiya

Oyunlarını keçirməklə Azərbaycanın müasir tarixinin çox şərəfli bir səhifəsini yazacaq".

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət

Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

“Bakı Xəbər”.-2013.-24 iyul.-N 131.-S.15.

265

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Azərbaycanda Olimpiya hərəkatının inkişafı tarixi prizmadan

2000-ci ildə Sidney Yay Olimpiya Oyunları başa çatandan sonra idman qurğuları

paralimpiyaçıların ixtiyarına verildi. Sidneydə 11-ci Yay Paralimpiya oyunlar start götürdü. Paralimpiya

Oyunlarına ikinci dəfə qatılan idmançılarımız bu dəfə yeddi idmançı ilə üç idman növündə təmsil edilirdilər.

1996-cı ildən Milli Paralimpiya Komitəsinin yaradılmasından ötən dövr ərzində bu istiqamətdə də xeyli işlər

görülmüşdü. Cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə ölkədə əlil idmanının

inkişafına da diqqət artmışdı. Cənab İlham Əliyev çıxışlarından birində özünü paralimpiyaçıların ən yaxın

dostu adlandırmışdı və bu həssas münasibət Milli Olimpiya və Paralimpiya komitələrinin müvafiq

məsələlərdə səmərəli fəaliyyətinə təkan verdi.

2000-ci il Sidney Yay Paralimpiya Oyunları ərəfəsində ölkə Prezidenti Heydər Əliyevin və Milli

Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin paralimpiyaçılarımızla görüşü, onların problemlərinin

həllinə göstərdikləri diqqət, o cümlədən paralimpiyaçılarımız üçün Sumqayıt şəhərində beynəlxalq standartlara

cavab verəcək yeni Paralimpiya İdman Kompleksinin tikilməsinə dair Sərəncam imzalanması ölkədə əlillərin

cəmiyyətə inteqrasiyası üçün yeni imkanlar yaradacağına ümidi artırdı. Bu münasibət Paralimpiya hərəkatının

inkişafına müsbət təsir göstərərək, idmançılarımızı da böyük uğurlara ruhlandırdı. Sidney Paralimpiya

Oyunlarında kiçik çaplı tapançadan atəşaçma proqramında yarışan Yelena Taranova kişilərin mübarizəsinə

qoşularaq (qadınların proqramında iştirakçılar normanı ödəyə bilmədiyindən) Paralimpiya Oyunlarının gümüş

mükafatını əldə etdi. Daha sonra pauerliftinq yarışlarında çıxış edən Gündüz İsmayılov ardıcıl dörd dəfə dünya

rekordunu yeniləyərək Oyunların çempionu adını qazandı. Təəssüf ki, sonra Gündüz İsmayılovun çempionluq

titulu dopinq testinin nəticəsinə görə ləğv olundu.

Komandamızın bütün digər üzvləri də yarışlarda ilk onluqda mövqe tutdular. Atletikanın müxtəlif

növlərində təmsil olunan idmançılarımız Aleksandr Antofi 5 min metr məsafəyə qaçışda doqquzuncu,

marafonda altıncı yeri, Zeyniddin Bilalov uzunluğa tullanmada səkkizinci, 100 metr məsafəyə qaçışda

doqquzuncu, Sərxan Əsədov nizəatmada səkkizinci yeri tutmağa nail olurlar. Pauerliftinq üzrə idmançılar Fuad

Tarıverdiyev (82,5 kq) doqquzuncu, Mehman Ramazanov (100 kq) altıncı yerə çıxdılar. Müstəqil respublikamız

Sidney Paralimpiya Oyunlarında əldə olunan bu nailiyyətlərlə 127 iştirakçı ölkə arasında 60-cı yeri tutdu.

Bakıya qayıtdıqdan sonra dövlət başçısı Heydər Əliyevin idmançılarımızı qəbul etməsi və onların

nailiyyətlərini yüksək qiymətləndirməsi nəinki Azərbaycan Paralimpiya Hərəkatının gələcək uğurlarına yeni

zəmin yaratdı, həmçinin bir çox fiziki qüsurlu insanlara ruh yüksəkliyi, həyata inam hissi bəxş etdi.

2000-ci ildə Milli Olimpiya Komitəsinin 1998-ci ildən başlayaraq idmanın maddi-texniki bazasının

möhkəmləndirilməsi, beynəlxalq standartlara cavab verən müasir idman qurğularının yaradılması istiqamətində

apardığı layihələrin artıq ilk nümunələri tamamlanaraq idman ictimaiyyətinə təqdim edildi. Bakıda ilk Olimpiya

Kompleksi və Milli Olimpiya Komitəsinin yeni inzibatı binası istifadəyə verildi. Yeni idman qurğularının

tikintisi nəinki paytaxtda, eləcə də ölkəmizin bütün regionlarında geniş vüsət aldı. Bu layihələr ölkədə idmanın

kütləviliyinin artırılması, regional səviyyəli yarışların keçirilməsində paytaxtdan kənarda məşğul olan gənc

idmançıların müasir idman qurğularından istifadədən zövq alması üçün gözəl imkanlar yaradır.

Yeni idman qurğuları, həmçinin, ölkəmizdə beynəlxalq səviyyəli yarışların təşkili üçün də lazımı

şəraiti təmin edir. Odur ki, 1999-cu ildən başlayaraq beynəlxalq idman tədbirlərini ölkəmizdə təşkil etmək bir

ənənə halını almışdır. Ötən dövr ərzində Azərbaycanda təşkil edilmiş beynəlxalq səviyyəli yarışların sayı artıq

yüzlərlə ölçülür və ilbəil artır.

Növbəti XXVIII Afina Yay Olimpiya Oyunlarına (2004) respublikamız artıq beynəlxalq idman

aləmində formalaşmış müsbət imiclə, geniş maddi-texniki şəraitlə hazırlaşmaq imkanlarına malik idi. Bu dövrdə

ölkəmizin ictimai-siyasi həyatında da vacib dəyişikliklər baş vermişdi. Azərbaycan Milli Olimpiya Komitəsinin

Prezidenti cənab İlham Əliyev 2003-cü ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə

seçilmişdi. İndi onun üzərində daha böyük vəzifə və məsuliyyətlər vardı. Bununla belə, cənab Prezident bədən

tərbiyəsi və idman sahəsinə diqqətini heç də azaltmadı. Azərbaycan idmançıları və mütəxəssislərinin isə “Bizim

Prezidentimiz şəxsən Olimpiya Komitəsinə rəhbərlik edir” - söyləyərək qürur hissi keçirmələrinə imkan

yarandı.

Cənab İlham Əliyevin həm ölkə idmanına, həm də ümumiyyətlə beynəlxalq Olimpiya Hərəkatının

inkişafı üçün verdiyi töhfələr diqqətdən yayınmır. 2004-cü ilin aprel ayında Beynəlxalq Olimpiya Komitəsi

Azərbaycan Prezidenti İlham Əliyevə Olimpiya Hərəkatında göstərdiyi görkəmli xidmətlərinə görə təşkilatın ən

yüksək mükafatını - “Olimpiya Ordeni”ni təqdim edir. Bu, cənab Prezidentin böyük səylərinin yüksək səmərə

verdiyinin, ölkəmizin nəzərəçarpan nailiyyətlər əldə etdiyinin beynəlxalq təşkilatlar tərəfindən tanınması

deməkdir.

266

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Müasir Olimpiya Hərəkatının, Beynəlxalq Olimpiya Komitəsinin yaradılmasının 110 illik yubileyi

ərəfəsində təşkil edilmiş Afina Olimpiadasına Azərbaycan Olimpiya komandası 38 idmançı ilə yola düşdü.

Yolasalma mərasimində şəxsən iştirak edən Azərbaycan Respublikasının və Milli Olimpiya Komitəsinin

Prezidenti İlham Əliyev nümayəndə heyətinə uğurlar arzuladı. Afina Olimpiya Oyunlarında 12 idman növü üzrə

çıxış edən idmançılarımız ötən Olimpiadalara nisbətən medalların sayını artıraraq beşə çatdırdı. Güllə atıcılığı

üzrə idmançımız İradə Aşumova, Sidney Olimpiya Oyunlarının çempionu, stend atıcısı Zemfira

Meftahətdinova, boksçularımızdan Ağası Məmmədov və Fuad Aslanov Oyunların bürünc mükafatını qazanaraq

Azərbaycanın dövlət bayrağını mötəbər yarışda yüksəltməyə nail oldular. Xalqımızın səbirsizliklə gözlədiyi

Olimpiya qızılı bu dəfə yunan-Roma güləşçimiz Fərid Mansurovun inamlı qələbələri sayəsində qazanıldı.

Azərbaycan Respublikasının dövlət himni çoxminli tamaşaçıları ayağa qaldırdı, bayrağımız ən yüksəkdə

dalğalandı. Bir qızıl, dörd bürünc medalla bu dəfə Azərbaycan 202 ölkə arasında 50-ci oldu.

Afina Oyunlarında iştirak edən idmançılarımızdan Vitali Rəhimov (yunan-Roma güləşi), Rövşən

Hüseynov, Ruslan Xairov (boks), Mehman Əzizov, Mövlud Mirəliyev (cüdo), Rüstəm Ağayev (sərbəst güləş),

Rəşad Əhmədov (taekvondo), Turan Mirzəyev və Alan Naniyev (ağırlıq qaldırma) birinci onluqda yer tutmağa

nail oldular.

Bakıya döndükdən sonra ənənələrə sadiq qalaraq, Azərbaycan Prezidenti İlham Əliyev XXVIII Yay

Olimpiya Oyunlarının iştirakçılarını qəbul etdi. Əldə olunan nailiyyətləri yüksək dəyərləndirərək müvəffəqiyyət

qazanmış idmançılarımız və onların məşqçilərini yüksək dövlət mükafatları ilə təltif etdi.

İdman meydançalarını Afina Olimpiya Oyunlarından təhvil alan XII Yay Paralimpiya Oyunlarına

(Afina, 2004) Azərbaycan paralimpiyaçıları dörd idman növü üzrə on bir idmançı ilə qoşuldular.

Cüdo idman növündə ölkəmizi təmsil edən Qarabağ müharibəsində Vətən torpaqlarının müdafiəsi

zamanı düşmən snayperinə tuş gələrək görmə qabiliyyətini itirmiş İlham Zəkiyev bu mötəbər yarışlarda xalqına

zəfər gətirmək şansını əldən vermədi. O, Paralimpiya Oyunlarında qazandığı parlaq qələbələri ilə Azərbaycanın

idman tarixində yeni səhifə açdı və ilk Paralimpiya çempionumuz oldu. Bu qələbə xalqımıza böyük sevinc bəxş

etdi.

Afina Paralimpiya Oyunlarının atletika yarışlarında iştirak edən altı idmançılarımızdan ikisi

xalqımızı yeni qələbələri ilə sevindirdi. Oleq Panyutin uzununa tullanma yarışlarında Paralimpiya çempionu

adını qazandı, Zeyniddin Bilalov isə üç təkanla tullanma üzrə gümüş mükafatı əldə edə bildi. Sidney

Paralimpiya Oyunlarının gümüş mükafatçısı Yelena Taranova bu dəfə bürünc medalla yenidən Paralimpiya

mükafatçısı oldu. Beləliklə, dörd Paralimpiya medalı (iki qızıl, bir gümüş, bir bürünc) ilə XII Yay Paralimpiya

Oyunlarında 136 ölkə arasında 45-ci yer tutan komandamızı vətəndə xalqımız və dövlətimiz layiqincə qarşıladı.

Olimpiya qəhrəmanları yüksək dövlət mükafatları ilə təltif olundular.

Yeni Olimpiya dövrü ərzində idmançılarımız daha ciddi şəkildə növbəti XXIX Pekin Yay Olimpiya

Oyunlarına (2008) hazırlaşır, müvafiq dövlət qurumları və Milli Olimpiya Komitəsi, milli idman federasiyaları

bu hazırlığın keyfiyyətli olmasını təmin edirdi. Statistik məlumatlara görə, 2004-2008-ci illər ərzində

respublikamızda qırx dörd beynəlxalq yarış keçirilmişdir. Bu yarışlar daha böyük sayda idmançılarımızın yarış

təcrübəsi keçməsinə, o cümlədən Pekin Olimpiya Oyunlarına lisenziya qazanmalarına əlverişli şəraitin

yaranması deməkdir. Həm təşkil edilən beynəlxalq yarışlar çərçivəsində, həm də gələcək əməkdaşlığı qurmaq

və möhkəmləndirmək məqsədilə bir çox beynəlxalq idman təşkilatlarının rəsmilərinin Bakıya səfərləri və dövlət

başçısı cənab İlham Əliyevlə görüşləri ölkəmizin beynəlxalq idman əlaqələrinin genişlənməsinə, daha böyük

idman layihələrinə cəlb olunmasına yeni imkanlar açdı.

2005-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə 5 mart tarixinin ölkəmizdə “Bədən tərbiyəsi və

idman günü” olaraq təsis edilməsi bədən tərbiyəsi və idman ictimaiyyəti arasında yüksək əhval-ruhiyyəyə səbəb

oldu. Bu günün seçilmə səbəbi də təsadüfi deyildi. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev

ölkədə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyaraq, dünya və Avropa

çempionatlarının qalibləri və mükafatçıları ilə görüşmüş, sağlam həyat tərzini və idmanın inkişaf tələblərini

təmin etmək məqsədilə əsaslı vəsait ayıraraq İdman Fondunu yaratmış və beləliklə, böyük uğurların təməli

qoyulmuşdu.

2007-ci ildə bir müstəqil dövlət kimi çox gənc olan və postsovet respublikalarının bir çoxunun hələ

də keçid dövrünün çətinliklərini yaşadığı halda Azərbaycanın dünyanın ən mötəbər idman tədbiri sayılan

Olimpiya Oyunlarına ev sahibliyi etmək iddiası çoxlarının təəccübünə səbəb oldu. Əlbəttə, o zaman idman

infrastrukturunun formalaşdırılması istiqamətində əsaslı irəliləyişə nail olmuş Azərbaycanın bu addımı dünyaya

yalnız idmanın inkişafı ilə bağlı deyildi, eyni zamanda, ölkəmizin ümumən iqtisadi imkanlarının, stabil siyasi

durumun bu gün və gələcək illərdə belə bir möhtəşəm tədbirin keçirilməsinə cavab verdiyinə dövlətin təminatı

haqqında bir mesaj idi. 2016-cı il Olimpiya Oyunlarının təşkili üçün iddiaçı şəhər kimi qeydə alınan paytaxtımız

Bakının bu gərgin mübarizədə qalib çıxacağına əslində böyük ehtimal olmadığını anlasaq da, bundan ölkəmiz

hər bir halda fayda əldə edirdi. Ölkəmizin, dövlətimizin imkanlarını təbliğ etmək, belə böyük layihələrdə iştirak

267

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

edərək təcrübə toplamaq gələcək uğurları şərtləndirən amillərdən idi. Bütün bunlar Azərbaycan idmansevərləri

üçün də, dövlətimiz üçün də böyük stimul yaradırdı.

Azərbaycanın Olimpiya Hərəkatının geniş vüsət aldığı idman ölkəsinə çevrildiyini XXIX Yay

Olimpiya Oyunlarına (Pekin 2008) qırx dörd idmançı ilə qoşulan Olimpiya komandamızın nailiyyətləri bir daha

təsdiqlədi. Pekin Olimpiya Oyunlarına yolasalma mərasimində olimpiyaçılara müraciət edən Prezident İlham

Əliyev öz nitqində söyləyirdi: “Mən əminəm ki, Olimpiya Oyunlarında doğma vətənimizi həmişə olduğu kimi

ləyaqətlə təmsil edəcəksiniz. ...Siz bilin ki, bütün vətənpərvər Azərbaycan vətəndaşları bu oyunları izləyəcəklər,

sizin qələbənizi gözləyəcəklər və Azərbaycana qələbə ilə qayıdanda sizi böyük təntənə ilə qəbul edəcəklər. Sizə

uğurlar, qələbələr arzulayıram”. On idman növündə mübarizə aparan Olimpiya komandamızın üzvlərinin də

gərgin mübarizədə Prezidentimizin onlara bəslədiyi ümidləri və vətəni ləyaqətlə təmsil edəcəkləri haqda

verdikləri vədi doğruldaraq vətənə Olimpiya medalı ilə döndülər.

Pekin Olimpiya Oyunlarında ən yüksək nailiyyət cüdoçu Elnur Məmmədliyə müyəssər oldu. Elnurun

möhtəşəm qələbəsi Azərbaycan himninin əzəmətli akkordları ilə müşayiət edildi. Olimpiya qələbəmizi

vətənimizdə, eləcə də vətəndən uzaqda yaşayan azərbaycanlılar da qeyd etdilər. Güləşçimiz Rövşən Bayramov

və Vitali Rəhimov da böyük ustalıq nümayiş etdirdilər. Onlar Olimpiadanın gümüş mükafatını əldə edərək

bayrağımızı yüksəltməyə nail oldular. Daha dörd idmançımız Pekində dövlət bayrağımızı dalğalandırdı. Cüdoçu

Mövlud Mirəliyev, sərbəst güləşçilər Xetaq Qazyumov, Mariya Stadnik və boksçumuz Şahin İmranov Pekin

Olimpiya Oyunlarında bürünc medallar qazanaraq ölkəmizin Olimpiya tarixinə öz adlarını həkk etdirdilər. Bu

minvalla Olimpiya komandamız 204 ölkə arasında 39-cu yerə yüksəldi. Pekində qazanılan parlaq zəfərlərin

dəyərini olimpiyaçılarımız Azərbaycana döndükdə, elə hava limanındaca hiss edə bildilər. Dövlətimizin başçısı

İlham Əliyev “Azərbaycan Milli Olimpiya komandasının üzvlərinin təltif edilməsi haqqında” Sərəncamı bu

yüksək qələbəni bir daha dəyərləndirdi.

2008-ci ilin sentyabr ayında Çin Xalq Respublikası XIII Yay Paralimpiya Oyunlarına da ev sahibliyi

etdi. Azərbaycan paralimpiyaçıları bu yarışlara böyük ruh yüksəkliyi ilə qatılmışdılar. Belə ki, Paralimpiya

Oyunlarına yollanmaqdan öncə, onlar beynəlxalq standartlara uyğun inşa edilmiş yeni Paralimpiya Kompleksini

təhvil almışdılar. Kompleksin açılış mərasimində iştirak edən Prezident İlham Əliyev paralimpiyaçıları yeni

idman qurğusunun istifadəyə verilməsi münasibətilə təbrik etdi və Pekin Paralimpiya Oyunlarında uğurlar

arzuladı. Bu yüksək əhval-ruhiyyənin və hazırlığın nəticəsində Pekin Olimpiya Oyunlarında 18 idmançı ilə dörd

idman növündə (7 cüdoçu, 7 atletika, 3 poverliftinq, 1 atıcılıq) mübarizəyə qatılan paralimpiyaçılarımız on

medal əldə etdilər. Onlardan ikisi qızıl, üçü gümüş, beşi isə bürünc medal idi. Azərbaycan cüdo məktəbinin

Pekin uğurları Paralimpiya Oyunları ilə davam etdi. Afina Paralimpiya Oyunlarının çempionu, cüdoçu, İlham

Zəkiyev Pekində də dövlət himnimizi səsləndirməyə nail oldu. Digər cüdoçularımızdan Tofiq Məmmədov və

Kərim Sərdarov gümüş, Ramin İbrahimov isə bürünc medal qazandılar. Digər altı medal isə atletikanın müxtəlif

növlərində əldə edildi. Nüvə atma yarışlarında mübarizə aparan Oloxan Musayev Paralimpiya Oyunlarının ən

yüksək pilləsinə qalxaraq xalqımıza bir daha qələbə sevincini yaşatdı. Üçtəkanla tullanma yarışlarında isə

atletlərimiz Zeyniddin Bilalov gümüş, Vladimir Zayets isə bürünc mükafata layiq görüldülər. Pekin Paralimpiya

Oyunlarının çempionu Oleq Panyutin uzunluğa tullanma, Rza Osmanov 400 m məsafəyə, Vüqar Mehdiyev isə

200 m məsafəyə qaçışda komandamızın hesabına daha üç bürünc medal əlavə etdilər. Vüqar 100 m məsafəyə

qaçışda da iştirak edərək dördüncü nəticə göstərə bildi. 146 ölkə arasında 38-ci yerə yüksələn Azərbaycan

Paralimpiya komandası əvvəlki nəticələrini əhəmiyyətli dərəcədə yüksəltməyə nail oldu.

Olimpiya Hərəkatı həm dünyada, həm də ölkəmizdə durmadan inkişaf edir. Beynəlxalq Olimpiya

Hərəkatı bir əsr bundan öncə baron Pyer de Kubertenin və digər mütəfəkkirlərin Olimpiya fəlsəfi ideyalarını

müasir dövrün tələbləri və imkanlarına müvafiq olaraq daha da genişləndirməyə, bu hərəkatın ümumbəşər

əhəmiyyətini qoruyaraq əhatəsini ilbəil genişləndirməyə çalışır. Olimpiya ailəsinin qısa müddətdə fəal

üzvlərindən birinə çevrilən Azərbaycan da bu hərəkata öz töhfələrini verir. Ölkədə idman qurğularının sayı və

imkanları genişləndirilir. Yeni Olimpiya dövrü ərzində təşkil edilmiş həm respublika, həm də beynəlxalq

səviyyəli yarışların sayı ilbəil artır və buna paralel olaraq idman nailiyyətlərimiz də yüksəlir. Respublikamızda

idmanyönümlü təşkilatların rəsmi tədbir və yığıncaqlarının, o cümlədən konfransların təşkili idman sahəsində

təşkilati və idarəetmə işlərinin səviyyəsinin yüksəlməsinə müsbət təsir edir. Bu eyni zamanda qarşıya yüksək

məqsədlər qoymuş Azərbaycan idmanının elmi inkişafına daha böyük diqqət ayrılmasının zəruriliyini önə çəkir.

Hər bir fəaliyyət sahəsinin olduğu kimi, bədən tərbiyəsi və idman fəaliyyətinin cəmiyyətdə

səmərəliliyinın əsası da onun hüquqi bazasına söykənir. Odur ki, 2009-cu ildə təsdiq edilmiş “Bədən tərbiyəsi

və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində

təşkilati-hüquqi, sosial-iqtisadi əsasları, dövlət siyasətinin əsas prinsiplərini müəyyən edir, bu fəaliyyətlər

zamanı yaranan münasibətlərin tənzimlənməsi, respublikamızda hər kəsin bədən tərbiyəsi və idmanla məşğul

olmaq hüququnu təmin etmək üçün əsaslı hüquqi baza yaradır.

268

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Sosial və mədəni həyatın ayrılmaz hissəsi olan idman fəaliyyəti müxtəlif münasibətlər və hadisələr, o

cümlədən əməkdaşlıq, dostluq və rəqabət kimi sosial münasibətlər əsasında realizə olunur. Bu gün həyatımızın

bütün istiqamətlərinə sirayət edən idmanın bir sıra qlobal, yaxud kiçik və həssas problemlərin həllinə təsir edə

bilən bir amil kimi tanınması, məhz onun sosial xarakterli və hər kəsə əlçatan olmaq xüsusiyyətindən irəli gəlir.

Lakin onun həyatımızda geniş yer alması ilə, bu fəaliyyətin insan davranışına təsir edə bilən müxtəlif sosialpsixoloji

vəziyyətlərdə insanın şəxsi keyfiyyətlərinin, fərdlərin və təşkilatların maraqlarının, dəyərlərinin,

səlahiyyətlərinin toqquşması hallarının baş verməsinin də nisbətdə artmaq ehtimalı vardır. Bütün bu

vəziyyətlərin tənzimlənməsi bədən tərbiyəsi və idmanın idarə edilməsində hüquqi və sosial normalar sistemi və

onlara müvafiq nəzarət sistemi ilə həyata keçirilir. Beynəlxalq Olimpiya Komitəsinin Xartiyasında yer alan

fundamental prinsiplərə dair altı bənddən dördüncüsündə yazılır:

“İdmanla məşğul olmaq insan hüquqlarından biridir. Hər kəs heç bir ayrı-seçkiliyə məruz qalmadan

Olimpiya ruhunda, yəni dostluq, əməkdaşlıq və ədalətli oyun ruhunda qarşılıqlı anlaşma şəraitində idmanla

məşğul olmaq imkanına malik olmalıdır”.

Olimpizm idealları “ədalətli oyun” anlayışında özünü əsasən ifadə edə bilir. Ədalətli Oyun

prinsipləri hüquqi nizamlama ilə sosial nizamlama arasında əlaqələndirici mövqeyə malik, cəmiyyətdə, hətta

hüquqi nizamlamanın həyata keçirilməsində meydana gələ bilən boşluqları (məsələn, hüquqi maariflənmə

prosesi yubandıqda) ümumbəşəri dəyərlərə söykənərək şəxsiyyətin və cəmiyyətin xeyrinə ədalətli

nizamlanmasına xidmət edən dünyagörüşünə əsaslanır.

Yalnız idman deyil, həyat fəlsəfəsi olan Olimpizm, idman və ədalətli oyun prinsipləri vasitəsilə

idman mübarizəsində ədalətli rəqabət, idman fəaliyyətinin insana fayda vermək imkanlarından hər kəsin

faydalana bilməsi, bu prosesdə neqativ halların baş verməsinin minimuma endirilməsi məqsədilə Olimpiya

Hərəkatının böyük bir qolu olan Ədalətli Oyunlar Hərəkatının inkişafına təkan verir.

Azərbaycan Milli Olimpiya Komitəsinin 1997-ci ildən üzvü olduğu Avropa Ədalətli Oyunlar

Hərəkatı təşkilatın Baş Məclisini və 15-ci Konqresini 2009-cu ildə Bakıda keçirməyi qərara alır. “Ədalətli

Oyunlar mədəniyyətlərarası dialoqda” mövzusuna həsr olunmuş bu konqres beynəlxalq ictimaiyyətin və

mütəxəssislərin ölkəmizdə, müxtəlif mədəniyyətlərin qovuşduğu Bakı şəhərində görüşüb, bəşəriyyətin ən aktual

məsələlərinin həllində idmanın rolu haqqında mühakimələr yürütməsinə şərait yaradır. Bu beynəlxalq tədbir

ölkəmizin idman ictimaiyyətinin də böyük marağına səbəb olur.

Avropa Ədalətli Oyunlar Hərəkatının təsis etdiyi ilk Şərəf nişanı ölkədə idmanın, Olimpiya və

Ədalətli Oyunlar Hərəkatlarının inkişafına verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham

Əliyevə təqdim edildi. Ölkə Prezidenti 2010-cu ildə isə əlil idmanının inkişafına göstərdiyi böyük diqqətə görə

Beynəlxalq Paralimpiya Komitəsi tərəfindən Fəxri mükafatla təltif olundu.

2011-ci ölkə idmançılarının müxtəlif beynəlxalq yarışlarda şanlı qələbələri ilə birgə Bakının 2020-ci

ildə keçiriləcək Yay Olimpiya Oyunlarına iddiaçı şəhər kimi qeydiyyata alınması ilə də tarixə düşmüşdür.

Müstəqillik əldə etdikdən sonra artıq ikinci dəfə Olimpiya Oyunlarına ev sahibliyi etmək iddiasını irəli sürməsi

ölkəmizin Olimpiya Hərəkatına verdiyi böyük önəmin göstəricisidir. Bəşəriyyətin ən möhtəşəm idman

tədbirinin ölkəsində keçirilməsi hər bir xalq üçün böyük şərəf, məsuliyyət və mənfəət deməkdir. Dünyanın ən

qüdrətli ölkələri bu imkandan maddi və mənəvi faydalanmaq üçün dəfələrlə cəhdlər göstərirlər. Bakının iddiaçı

şəhərlər sırasında yenidən yer alması ölkəmizin bu prosedurlarda təcrübə qazanaraq Olimpiya Oyunlarına,

nəhayət, ev sahibliyi edəcəyinə inam hissini artırır. Əlbəttə, bu proseslərdə dövlətimizin Olimpizmə verdiyi

dəyəri və ölkəmizin potensialını beynəlxalq idman ictimaiyyətinə çatdırmaqla Bakı, Olimpiya Hərəkatının

dəstəyi ilə təsis edilən ilk Avropa Oyunlarına ev sahibliyi etmək hüququnu qazanır. Azərbaycan

Respublikasının Prezidenti tərəfindən Respublikamızda “İdman İli” elan edilmış 2012-ci il London Olimpiya

Oyunlarında əldə edilən möhtəşəm qələbələr və Avropa Oyunlarını təşkil etmək şərəfinə nail olmaq kimi ciddi

nailiyyətlərlə xalqımızın idman tarixinə yazılır.

Ölkəmizdə idmanın inkişaf tempini müxtəlif kriteriyalarla təhlil etmək olar. Lakin buna ən yaxşı

əyani misal Azərbaycan idmançılarının Olimpiya Oyunlarındakı çıxışlarının yüksəliş tempidir. Nəzərə alaq ki,

Olimpiya Oyunlarında davamlı olaraq nailiyyətləri yüksəltmək o qədər də asan deyildir. Çünki bu möhtəşəm

yarışlarda uğurlu çıxış etmək üçün dünyanın bütün ölkələri böyük səy göstərir, idmançılar öz karyeralarının ən

ümdə xəyallarını məhz Olimpiya Oyunlarında hər hansı bir mükafat əldə etməklə bağlayırlar. Azərbaycan

müstəqillik dövründə Olimpiya Hərəkatında özünü davamlı inkişafa qadir bir dövlət kimi nümayiş etdirmişdir.

Olimpiya Oyunlarında müstəqil dövlət kimi çıxış etmək imkanı əldə edəndən sonra Atlanta Olimpiadasından

(1996) bir Olimpiya medalı ilə (Namiq Abdullayev, sərbəst güləş, gümüş medal) başlayan uğurumuz sonuncu

XXX Yay Olimpiya Oyunlarında (London, 2012) on medala çatdı. 53 idmançı ilə 15 idman növündə

mübarizəyə qoşulmuş Olimpiya milli komandamız iki qızıl, iki gümüş və altı bürünc medalla London

Oyunlarında ümumi hesabda 30-cu yerdə qərarlaşdı. Toğrul Əsgərov və Şərif Şərifov Olimpiya qəhrəmanlarına

çevrildi. Onlar Oyunların mükafatlarını qazanan digər olimpiyaçılarımızla - Rövşən Bayramov, Mariya Stadnik,

269

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Valentin Xristov, Emin Əhmədov, Yuliya Ratkeviç, Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov, Xetaq

Qazyumov ilə birgə xalqımızın idman şərəfini bir daha ləyaqətlə qoruyaraq, öz adlarını Azərbaycan tarixinə,

Azərbaycanın adını isə Olimpiya tarixinə şərəflə yazdırdılar.

Olimpiyaçılarımızın bu möhtəşəm qələbəsinin ardınca xalqımız paralimpiyaçı idmançılarımızdan

yüksək nəticələr gözləyirdi. Bu belə də oldu. Heyətindəki 21 nəfər ilə 6 idman növündə London Paralimpiya

Oyunlarında çıxış edən milli Paralimpiya komandamız vətənə on iki medalla döndü. Bu medallardan dördü

qızıl, beşi gümüş, üçü isə bürünc medal idi. London Paralimpiya Oyunları tarixinə adını beş medalla

(üzgüçülük, bir qızıl və dörd gümüş) yazdıran Natali Pronina, Londonda Paralimpiya çempionu adını qazanan

cüdoçularımız Afaq Sultanova və Ramin İbrahimov, Afina Paralimpiya Oyunlarının çempionu və Pekin

Paralimpiya Oyunlarının bürünc mükafatçısı, Londonda bir qızıl və bir bürünc (estafet, komanda) medala sahib

olan atletimiz Oleq Panyutin, Pekin Paralimpiya Oyunlarının bürünc mükafatçısı, Londonda bir gümüş və bir

bürünc (estafet, komanda) mükafat qazanan yüngül atlet Vladimir Zayets, Afina və Pekin Paralimpiya

Oyunlarının çempionu və London Paralimpiya Oyunlarının bürünc mükafatçısı İlham Zəkiyev, uzunluğa

tullanmada bürünc mükafat əldə edən Hüseyn Həsənov, atletikanın estafet yarışlarında Vladimir Zayets və Oleq

Panyutinlə birgə bürünc mükafatı qazanan Elçin Muradov və Rza Osmanov öz iradələri və əzmkarlıqları ilə

Azərbaycan dövlətinin idmanın inkişafına yönəltdiyi böyük qayğıya cavab olaraq həmvətənlərinə sevinc, fiziki

məhdudiyyətli insanlara isə böyük ruh yüksəkliyi bəxş etdilər.

Beynəlxalq Olimpiya Komitəsi olimpiya hərəkatının daha da genişləndirilməsi məqsədilə Yay

Olimpiya Oyunları (I Müasir Olimpiya Oyunları - Afina 1896, Yunanıstan) və Paralimpiya Oyunları (I

Paralimpiya Oyunları - Roma 1960, İtaliya) ilə yanaşı Qış Olimpiya Oyunları (I Qış Olimpiya Oyunları -

Şamoni 1924, Fransa), Qış Paralimpiya Oyunları (I Qış Paralimpiya Oyunları - Ernşeldsvik 1976, İsveç),

Yeniyetmələrin Yay və Qış Olimpiya Oyunları (Yeniyetmələrin I Yay Olimpiya Oyunları - Sinqapur 2010,

Sinqapur Respublikası, Yeniyetmələrin I Qış Olimpiya Oyunları - İnsbruk 2012, Avstriya), eləcə də Xüsusi

Olimpiya Oyunları (intellektual əlilliyi olan insanlar üçün, I Xüsusi Olimpiya Oyunları - Çikaqo 1968, ABŞ),

Deflimpiya Oyunlarını da (eşitmə əlilliyi olan atletlər üçün, I Deflimpiya Oyunları - Paris 1924, Fransa) təşkil

edir.

Azərbaycan Milli Olimpiya Komitəsi də Olimpiya Oyunlarında idmançılarımızın iştirakını təmin

etməklə yanaşı, olimpiya hərəkatının digər istiqamətlərinin inkişafına da xüsusi diqqət göstərir.

Qış Olimpiya Oyunlarının inkişafı xüsusi təbii iqlim şəraiti tələb edir və bu, ölkəmizin bütün

regionları üçün heç də xarakterik deyildir. Buna baxmayaraq, Azərbaycanın şimal bölgəsində qış idman

növlərinin inkişafı üçün xüsusi idman kompleks tikilmişdir və qış idman növlərinin inkişafına yönəlmiş madditexniki

baza hazırda daha da genişlənməkdədir. Ölkəmiz 1998-ci ildə ilk dəfə XVIII Qış Olimpiya Oyunlarında

4 idmançı ilə təmsil olunmuş (Naqano, 1998, Yaponiya) və sonrakı dövrlərdə də (XIX Qış Olimpiya Oyunları -

Solt Leyk 2002, 4 idmançı; XX Qış Olimpiya Oyunları - Turin 2006, 2 idmançı; XXI Qış Olimpiya Oyunları -

Vankuver 2010, 2 idmançı) davamlı olaraq iştirak etməkdədir.

2010-cu ildə Sinqapurda keçirilən yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycan

idmançıları inamlı qələbə qazanmağa müvəffəq olmuşlar. 12 idmançı ilə 6 idman növündə mübarizə aparan

yeniyetmə idmançılar vətənə 8 medalla dönmüşdülər. Bu medallardan beşi qızıl, üçü isə gümüş medal idi.

Olimpiya tarixində ilk dəfə təşkil edilən bu yarışlarda gənc idmançılarımızın möhtəşəm uğuru Azərbaycan

idmanının böyük potensialı olduğunun daha bir sübutudur.

Azərbaycandan yarışlarda sərbəst, yunan-Roma və qadın güləşində 5, boks üzrə 3, cüdo, taekvondo,

ağırlıqqaldırma və kanoe növlərində isə 1 idmançı iştirak etmişdir. Murad Bazarov, Elman Muxtarov, Patimat

Baqometova, Nicat Rəhimov, Əli Maqomedabirov, Kənan Quliyev, Salman Əlizadə və Elvin İsayev

Yeniyetmələrin Olimpiya Oyunlarının qəhrəmanlarına çevrilmişlər. Dövlətimizin başçısı İlham Əliyev gənc

idmançıları qəbul edərək, onların nailiyyətlərini çox yüksək dəyərləndirmişdir. Prezident İlham Əliyev bu

heyətdə bölgələrdən idmançıların təmsil olunmasını xüsusi fərəhləndirici hal olduğunu vurğulamışdır. Bu

nailiyyət bölgələrdə sağlam həyat tərzinin təşkili üçün dövlət tərəfindən görülən müvafiq tədbirlərin müsbət

nəticəsi kimi qiymətləndirilə bilər.

Azərbaycan Respublikasının Bədən tərbiyəsi və idman haqqında qanunun 16-cı maddəsinin 16.1

bəndində deyilir:

“Ölkədə paralimpiya, deflimpiya, xüsusi olimpiya hərəkatları müvafiq olaraq beynəlxalq

paralimpiya, deflimpiya, xüsusi olimpiya hərəkatlarının tərkib hissələri olub, məqsədləri sağlamlıq imkanları

məhdud uşaqların və əlillərin bədən tərbiyəsi və idmanının inkişafına dəstək vermək, bu sahələrdə əməkdaşlığı

möhkəmləndirmək, paralimpiya, deflimpiya, xüsusi olimpiya oyunlarında iştirak etmək və uğur qazanmaqdır”.

Azərbaycan Milli Paralimpiya Komitəsi ilə yanaşı, ölkəmizdə Xüsusi Olimpiya Komitəsi də (1992-ci

ildə dövlət qeydiyyatından keçmişdir) fəaliyyət göstərir ki, bu təşkilat ölkədə əqli məhdudluğu olan insanların

idman fəaliyyətinin təşkili məsələlərini həyata keçirir.

270

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

1993-cü ildən beynəlxalq Xüsusi Olimpiya Hərəkatına qoşulan Milli Xüsusi Olimpiya Komitəsi ötən

illər ərzində ölkə idmançılarının Ümumdünya Xüsusi Yay və Qış Olimpiya Oyunlarında, eləcə də digər

mötəbər beynəlxalq yarışlarda uğurlu iştirakını təmin edə bilmişdir. Xüsusi olimpiyaçılarımız üzgüçülük,

atletika, badminton, basketbol, həndbol, stolüstü tennis, futbol, döşəməüstü xokkey və poverliftinq idman

növləri ilə məşğul olur, idman vasitəsilə öz potensiallarını nümayiş etdirir, dostluq əlaqələri qurur və cəmiyyətə

inteqrasiya olunurlar. Xüsusi Olimpiya Komitəsi 2010-cu ildən UNİCEF ilə əməkdaşlığa başlayaraq, xüsusi

layihələr vasitəsilə regionlarda da əqli imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan uşaqların idman

bölmələrinə cəlb edilməsinə, idmanla müntəzəm məşğul olmasını təmin etməyə çalışır.

Azərbaycan idmançılarının Olimpiya Hərəkatında iştirakı tarixi XX əsrə təsadüf etsə də,

Azərbaycanda fiziki tərbiyənin mənəvi, ümumbəşəri dəyərlər əsasında inkişafı çox qədim tarixə malikdir.

Xalqımız igidlik və qəhrəmanlıq məfhumlarını hər zaman fiziki güc, çeviklik və müxtəlif

məharətlərin şərəf, ədalətlilik, vicdan anlayışları ilə birgə mövcudluğu kimi qəbul etmişdir. Zəifə amal, güclüyə

dəyər vermək, fiziki qüvvəni ağıl və vicdanla birgə uzlaşdıraraq istifadə etmək xalq qəhrəmanlarımızın əsas

xarakterik xüsusiyyətlərindəndir.

Əlbəttə, Olimpizm - ümumbəşəri dəyərlərə söykənən humanist fəlsəfə kimi xalqımıza çox yaxındır.

Dünya xalqlarının əmin-amanlıq şəraitində birgə, firavan yaşaması üçün bu konsepsiyanın böyük əhəmiyyəti

vardır. Olimpizm həyat boyu öyrənilən (o cümlədən, öyrədilə və tərbiyə edilə bilən), cəmiyyəti, həyatı daha da

gözəlləşdirməyə yönəlmiş bir ideologiyadır. Olimpizmin fundamental prinsiplərində deyilir:

“Olimpizmin məqsədi, şəxsiyyətin ləyaqətini qorumağa qadir olan sülhsevər cəmiyyətin yaradılması

üçün idmanı insanın harmonik inkişafına xidmət etməyə yönəltməkdən ibarətdir”.

Səlhət Abbasova,

fəlsəfə doktoru, Fəxri Bədən Tərbiyəsi İşçisi.

“Respublika”.-2013.-8 dekabr.-N 270.-S.5-6.

271

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Olimpizm universal ictimai konsepsiyadır

Səlhət ABBASOVA,

fəlsəfə doktoru, fəxri bədən

tərbiyəsi və idman işçisi

Yeni idman qurğuları həmçinin, ölkəmizdə beynəlxalq səviyyəli yarışların təşkili üçün də lazımı şəraiti

təmin edir. Odur ki, 1999-cu ildən başlayaraq beynəlxalq idman tədbirlərini ölkəmizdə təşkil etmək bir

ənənə halını almışdır. Ötən dövr ərzində Azərbaycanda təşkil edilmiş beynəlxalq səviyyəli yarışların sayı

artıq yüzlərlə ölçülür. Qeyd etmək lazımdır ki, ölkəmizdə təşkil edilən idman tədbirlərinin miqyası və

səviyyəsi etibarilə də ilbəil genişlənmişdir.

Növbəti XXVIII Afina Yay Olimpiya oyunlarına (2004) respublikamız artıq beynəlxalq idman aləmində

formalaşmış müsbət imiclə, geniş maddi-texniki şəraitlə hazırlaşmaq imkanlarına malik idi. Bu dövrdə

ölkəmizin ictimai siyasi həyatında da vacib dəyişikliklər baş vermişdi. Azərbaycan Milli Olimpiya Komitəsinin

Prezidenti cənab İlham Əliyev 2003-cü ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə

seçildi. İndi onun üzərində daha böyük vəzifə və məsuliyyətlər var idi, lakin cənab Prezident bədən tərbiyəsi və

idman sahəsinə olan diqqətini heç də azaltmadı. Əksinə, Azərbaycan idmançıları və mütəxəssislərinin “Bizim

Prezidentimiz şəxsən Olimpiya Komitəsinə rəhbərlik edir”, — söyləyərək qürur hissi keçirmələrinə imkan

yarandı.

Cənab İlham Əliyevin həm ölkə idmanına, həm də ümumiyyətlə beynəlxalq Olimpiya Hərəkatının inkişafı

üçün verdiyi töhvələr diqqətsiz qalmırdı. 2004-cü ilin aprel ayında Beynəlxalq Olimpiya Komitəsi Azərbaycan

Prezidenti İlham Əliyevə Olimpiya Hərəkatında göstərdiyi görkəmli xidmətlərinə görə təşkilatın ən yüksək

mükafatını “Olimpiya Ordeni”ni təqdim etdi. Bu ordenin təqdimatı cənab Prezidentin böyük səylərinin yüksək

səmərə verdiyinin, ölkəmizin nəzərəçarpan nailiyyətlər əldə etdiyinin beynəlxalq təşkilatlar tərəfindən tanınması

demək idi.

2003-cü ilin 12 dekabr tarixində xalqımızın ümummilli lideri Heydər Əliyev vəfat etdi. Bu itki xalqımızı

sarsıtsa da, Heydər Əliyevin müdrik siyasətinin inamla davam etdirilməsi ulu öndərin əziz xatirəsini daim

qəlblərdə yaşada bildi. Azərbaycan idman ictimaiyyəti də öz növbəsində həm keçmiş sovet, həm də müstəqillik

illərində ümummilli liderin idmançılara verdiyi dəstək, bədən tərbiyəsi və idman sahəsinin inkişafı üçün

göstərdiyi xidmətləri daim yad edir, əldə edilən zəfərləri onun əziz xatirəsi ilə bağlayır.

Müasir Olimpiya Hərəkatının, Beynəlxalq Olimpiya Komitəsinin yaradılmasının yüz on illik yubileyi

ərəfəsində təşkil edilmiş Afina Olimpiadasına Azərbaycan Olimpiya komandası 38 idmançı ilə yola düşdü.

Yolasalma mərasimində Azərbaycan Respublikasının və Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev

nümayəndə heyətinə uğurlar arzuladı. Afina Olimpiya oyunlarında 12 idman növü üzrə çıxış edən

idmançılarımız ötən olimpiadalara nisbətən medalların sayını artıraraq beşə çatdırdılar. Güllə atıçılığı üzrə

idmançımız İradə Aşumova, Sidney Olimpiya oyunlarının çempionu, stend atıcısı Zemfira Meftəhətdinova,

Afinada iştirak edən doqquz boksçumuzdan ikisi Ağası Məmmədov və Fuad Aslanov bürünc medal qazanaraq,

Azərbaycanın dövlət bayrağını bu mötəbər yarışda yüksəltməyə nail oldular. Xalqımızın səbirsizliklə gözlədiyi

Olimpiya qızılı bu dəfə yunan-Roma güləşçimiz Fərid Mansurovun inamlı qələbələri vasitəsilə komandamızın

hesabına əlavə edildi. Azərbaycan Respublikasının dövlət himni çoxminli tamaşaçıları ayağa qaldırdı,

bayrağımız ən yüksəkdə dalğalandı. Bir qızıl, dörd bürünc medalla bu dəfə Azərbaycan 202 ölkə arasında 50-ci

oldu.

Afina Oyunlarında iştirak edən idmançılarımızdan Vitali Rəhimov (yunan -Roma güləşi), Rövşən Hüseynov,

Ruslan Xairov (boks), Mehman Əzizov, Mövlud Mirəliyev (cüdo), Rüstəm Ağayev (sərbəst güləş), Rəşad

Əhmədov (taekvondo), Turan Mirzəyev və Alan Naniyev (ağırlıq qaldırma) birinci onluqda yer tutmağa nail

oldular.

Bakıya döndükdən sonra Azərbaycan Prezidenti İlham Əliyev ənənələrə sadiq qalaraq XXVIII Yay

Olimpiya oyunlarının iştirakçılarını qəbul etdi. Əldə olunan nailiyyətləri dəyərləndirərək müvəffəqiyyət

qazanmış idmançılarımız və onların məşqçilərini yüksək dövlət mükafatları ilə təltif etdi.

İdman meydançalarını Afina Olimpiya oyunlarından təhvil alan XII Yay Paralimpiya oyunlarına (Afina

2004) Azərbaycan paralimpiyaçıları dörd idman növü üzrə on bir idmançı ilə qoşuldular.

Cüdo idman növündə ölkəmizi təmsil edən Qarabağ müharibəsində Vətən torpaqlarının müdafiəsi zamanı

düşmən snayperinə tuş gələrək görmə qabiliyyətini itirmiş İlham Zəkiyev bu mötəbər yarışlarda xalqına zəfər

gətirmək şansından məharətlə istifadə etdi. O, Paralimpiya oyunlarında çaldığı qələbələri ilə Azərbaycanın

idman tarixində yeni səhifə açdı. İlk Paralimpiya çempionumuz İlham Zəkiyev oldu. Bu qələbə xalqımıza böyük

sevinc bəxş etdi.

272

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Afina Paralimpiya oyunlarının Atletika yarışlarında iştirak edən altı idmançımızdan ikisi xalqımıza yeni

fərəh hissləri bəxş etdi. Oleq Panyutin uzununa tullanma yarışlarında çempion adını qazandı, Zeynidin Bilalov

isə üç təkanla tullanma üzrə gümüş mükafatı əldə edə bildi. Bu mötəbər yarışlarda Sidney Paralimpiya

oyunlarının gümüş mükafatçısı Yelena Taranova bu dəfə bürünc medalla yenidən mükafatçı oldu. Beləliklə,

dörd medal (iki qızıl, bir gümüş, bir bürünc) ilə XII Yay Paralimpiya oyunlarında 136 ölkə arasında 45-ci yer

tutan komandamızı Vətəndə xalqımız və dövlətimiz layiqincə qarşıladı. Olimpiya qəhrəmanları yüksək dövlət

mükafatları ilə təltif olundular.

Yeni Olimpiya dövrü ərzində idmançılarımız ciddi şəkildə növbəti XXIX Pekin Yay Olimpiya Oyunlarına

(2008) hazırlaşır, müvafiq dövlət qurumları və Milli Olimpiya Komitəsi, milli idman federasiyaları bu hazırlığın

keyiyyətli olmasını təmin edirdi. Statistik məlumatlara görə, 2004-2008-ci illər ərzində respublikamızda 44

beynəlxalq yarış keçirilmişdir. Əlbəttə, bu yarışların təşkili daha böyük sayda idmançımızın yarış təcrübəsi

keçməsinə, o cümlədən Pekin Olimpiya oyunlarına lisenziya qazanmalarına əlverişli şəraitin olması deməkdi.

Həm təşkil edilən beynəlxalq yarışlar çərçivəsində, həm də gələcək əməkdaşlığı qurmaq və möhkəmləndirmək

məqsədilə bir sıra beynəlxalq idman təşkilatlarının rəsmilərinin Bakıya səfərləri və dövlət başçısı cənab İlham

Əliyevlə görüşləri ölkəmizin beynəlxalq idman əlaqələrinin genişlənməsinə, daha böyük idman layihələrinə cəlb

olunmasına yeni imkanlar açdı.

4 mart 2005-ci il tarixdə Prezident İlham Əliyevin sərəncamı ilə 5 mart tarixinin ölkəmizdə Bədən Tərbiyəsi

və İdman Günü olaraq təsis edilməsi bədən tərbiyəsi və idman ictimaiyyəti arasınada yüksək əhvali- ruhiyyəyə

səbəb oldu. Bu günün seçilmə səbəbi də təsadüfi deyildi. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev

ölkədə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanı yaratmışdır. Ümummilli lider həmin gün dünya

və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, sağlam həyat tərzini, idmanın inkişafını

təmin etmək məqsədilə əsaslı vəsait ayıraraq İdman Fondu yaratmış və beləliklə, böyük uğurların təməlini

qoymuşdur.

2007-ci ildə bir müstəqil dövlət kimi çox gənc hesab edilən və postsovet respublikalarının bir çoxunun hələ

də keçid dövrünün çətinliklərini yaşadığı halda, Azərbaycanın ən mötəbər idman tədbiri olan Olimpiya

oyunlarına ev sahibliyi etmək iddiası çoxlarının təəccübünə səbəb oldu. Əlbəttə, o zaman idman

infrastrukturunun formalaşdırılması istiqamətində ciddi uğurlar qazanmış Azərbaycanın bu addımı dünyaya

yalnız idmanın inkişafı ilə bağlı deyil, ölkəmizin ümumən iqtisadi imkanlarının, stabil siyasi durumun bu gün və

gələcək illərdə belə bir möhtəşəm tədbirin keçirilməsi dövlətin təminat verdiyi haqqında bir mesajdı. 2016-cı il

Olimpiya oyunlarının təşkili üçün iddiaçı şəhər kimi qeydə alınan paytaxtımız Bakının bu gərgin mübarizədə

qalib çıxacağına, əslində, böyük ehtimal olmadığı anlasaq da, bu iddiadan ölkəmiz hər bir halda fayda əldə

edirdi. Ölkəmizin, dövlətimizin imkanlarını təbliğ etmək, belə böyük layihələrdə iştirak edərək təcrübə

toplamaq gələcək uğurlara səbəb ola biləcək amillərdən idi. Bütün bunlar Azərbaycan idmansevərləri üçün də,

dövlətimiz üçün də böyük stimul idi.

Azərbaycanın Olimpiya Hərəkatının geniş vüsət aldığı idman ölkəsinə çevrildiyini XXIX Yay Olimpiya

oyunlarına (Pekin 2008) qırx dörd idmançı ilə qoşulan Olimpiya komandamızın nailiyyətləri də bir daha təsdiq

edir. Pekin Olimpiya oyunlarına yolasalma mərasimində olimpiyaçılara müraciət edən Prezident İlham Əliyev

öz nitqində deyir: “Mən əminəm ki, Olimpiya oyunlarında doğma Vətənimizi, həmişə olduğu kimi, ləyaqətlə

təmsil edəcəksiniz. ...Siz bilin ki, bütün vətənpərvər Azərbaycan vətəndaşları bu oyunları izləyəcəklər, sizin

qələbənizi gözləyəcəklər və Azərbaycana qələbə ilə qayıdanda sizi böyük təntənə ilə qəbul edəcəklər. Sizə

uğurlar, qələbələr arzulayıram”. On idman növündə mübarizə aparan Olimpiya komandamızın üzvlərinin də

gərgin mübarizədə Prezidentimizin bu sözlərini və Vətəni ləyaqətlə təmsil edəcəkləri haqda verdikləri vədi

unutmadıqları bəlli olur. Yeddi Olimpiya medalı ilə Vətənə dönən olimpiyaçılarımız öncəki Olimpiya

nailiyyətlərini daha da yüksəltdilər.

Pekin Olimpiya oyunlarında ən yüksək nailiyyəti cüdoçu Elnur Məmmədli əldə etməyə müyəssər oldu.

Elnurun möhtəşəm qələbəsi Azərbaycan himninin əzəmətli akkordları ilə qeyd olundu. Olimpiya qələbəmizi

Vətənimizdə, eləcə də Vətəndən uzaqda yaşayan azərbaycanlılar da qeyd etdilər. Güləşçimiz Rövşən Bayramov

və Vitali Rəhimov da böyük ustalıq nümayiş etdirdilər və Olimpiadanın gümüş mükafatını əldə edərək

bayrağımızı yüksəltməyə nail oldular. Daha dörd idmançımız Pekində dövlət bayrağımızı dalğalandırdı. Cüdoçu

Mövlud Mirəliyev, sərbəst güləşçilər Xetaq Qazyumov, Mariya Stadnik və boks üzrə idmançımız Şahin

İmranov Pekin Olimpiya oyunlarında bürünc medallar əldə edərək ölkəmizin Olimpiya tarixinə öz adlarını həkk

etdirdilər. Bu münvalla Olimpiya komandamız 204 ölkə arasında 39-cu yerə yüksəldi. Pekində qazanılan parlaq

zəfərlərin dəyərini olimpiyaçılarımız Azərbaycana döndükdə, elə hava limanında hiss edə bildilər. Dövlət

başçısı İlham Əliyev “Azərbaycan Milli Olimpiya komandasının üzvlərinin təltif edilməsi haqqında” sərəncamı

bu yüksək qələbəni bir daha şərəfləndirdi.

2008-ci ilin sentyabr ayında Çin Xalq Respublikası XIII Yay Paralimpiya oyunlarına da ev sahibliyi etdi.

Azərbaycan paralimpiyaçıları bu yarışlara böyük ruh yüksəkliyi ilə qatılmışdılar. Belə ki, Paralimpiya

273

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

oyunlarına yollanmaqdan öncə onlar beynəlxalq standartlara uyğun inşa edilmiş yeni Paralimpiya Kompleksini

təhvil almışdılar. Kompleksin açılış mərasimində iştirak edən Prezident İlham Əliyev paralimpiyaçıları yeni

idman qurğusunun istifadəyə verilməsi münasibəti ilə təbrik etdi və Pekin Paralimpiya oyunlarında onlara

uğurlar arzuladı. Bu yüksək əhvali-ruhiyyənin və hazırlığın nəticəsində Pekin Olimpiya oyunlarında 18 idmançı

ilə dörd idman növündə (7 cüdoçu, 7 atletika, 3 pouverliftinq, 1 atıcılıq) mübarizəyə qatılan

paralimpiyaçılarımız on medal əldə etdilər. Onlardan ikisi qızıl, üçü gümüş, beşi isə bürünc medal idi.

Azərbaycan cüdo məktəbinin Pekin uğurları Paralimpiya oyunları ilə davam etdi. Afina Paralimpiya oyunlarının

çempionu, cüdoçu, İlham Zəkiyev Pekində də dövlət himnimizi səsləndirməyə nail oldu. Digər

cüdoçularımızdan Tofiq Məmmədov və Kərim Sərdarov gümüş, Ramin İbrahimov isə bürünc medal əldə

etdilər. Digər altı medal isə atletikanın müxtəlif növlərində əldə edildi. Nizə atma yarışlarında mübarizə aparan

O.Musayev Paralimpiya oyunlarının ən yüksək pilləsinə qalxaraq xalqımıza bir daha çempionluq sevincini

yaşatdı. Üçtəkanla tullanma yarışlarında isə atletlərimiz Zeynidin Bilalov gümüş, Vladimir Zayets isə bürünc

mükafata layiq görüldü. Pekin Paralimpiya Oyunlarının çempionu Oleq Panyutin uzunluğa tullanma, Rza

Osmanov 400 m məsafəyə, Vüqar Mehdiyev isə 200 m məsafəyə qaçışda komandamızın hesabına daha üç

bürünc medal əlavə etdilər. Komandamız 146 ölkə arasında 38-ci yerə yüksəldi.

“Xalq qəzeti”.-2014.-12 fevral.-N 30.-5.

274

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI

Yeniyetmələrin II Olimpiya Oyunlarına üç lisenziya

Azərbaycan idmançıları Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş və avqustda Çin

Xalq Respublikasının Nanjinq şəhərində təşkil olunacaq Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya

xarakteri daşımış atletika üzrə Avropa təsnifat turnirində Olimpiadaya üç vəsiqə qazanmşlar.

Üstəlik də, lisenziya sahiblərindən ikisi təsnifat yarışlarını fəxri kürsüdə başa vurmuşdur. Nazim Babayev üç

təkanla tullanmaqda bütün rəqiblərindən yüksək nəticə göstərərək həm qızıl medal qazanmış, həm də

Azərbaycan rekordunu təzələmişdir. Digər idmançımız Bexafete Hadies isə olimpiyaçı olmaq məqsədinə 3000

metr məsafəyə qaçış yarışlarında çatmışdır. O, yalnız almaniyalı qalibdən geri qalıb çıxışlarını gümüş mükafatla

başa vurmuşdur.

Bakı startlarında Azərbaycana üçüncü lisenziyanı şüvüllə hündürlüyə tullanan Yelena Qladkova

qazandırmışdır. Bu idmançımız fəxri kürsüdən kənarda qalsa da, hər halda, ümumi hesabda yeddinci yeri

tutmaqla Çində Olimpiya oyunlarının iştirakçısı olmaq vəzifəsini müvəffəqiyyətlə yerinə yetirmişdir.

“Xalq qəzeti”.-2014.-3 iyun.-N 115.-S.11.

275

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!