12.07.2015 Views

Kitabxanaşünaslıq və informasiya. 2010. №1 - Bakı Dövlət Universiteti

Kitabxanaşünaslıq və informasiya. 2010. №1 - Bakı Dövlət Universiteti

Kitabxanaşünaslıq və informasiya. 2010. №1 - Bakı Dövlət Universiteti

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA№ 1 (4) 2011Qırğızıstan, Tacikistan, Türkmənistan, Quzey Qıprıs Türk Cümhuriyyəti kimiölkələrin milli kitabxana direktorlarının daxil olduğu bu təşkilat UluslararasıTürk Kültürü Təşkilatı olan TÜRKSOY-un egidası altında yaradılmışdır vəəsas məqsədi türkdilli ölkələrin milli kitabxanalarını bir araya gətirərək ortaqmədəniyyətimizin ən qiymətil örnəkləri olan kitab və qədim əlyazmalarındanüzv ölkələrdə yaşayan alim və mütəxəssislərin birlikdə istifadə edə bilmələriüçün imkan yaratmaqdan ibarətdir.Bu məqsədə nail olmaq üçün Bakı iclasında Azərbaycan Milli Kitabxanasınıntəşəbbüsü və təklifi ilə Türkdilli Ölkələrin Milli Kitabxanalarınınvahid elektron-məlumat bazasının yaradılması barədə bəyannamə qəbul olunmuşdur.Eyni zamanda bu təşkilatın vahid veb portalının yaradılması vəburada üzv ölkələrin milli kitabxanalarının fondlarında mühafizə olunanqiymətli əlyazmalarının elektron versiyasının yer aldığı ayrıca bölmənin yaradılmasıda qərara alınmışdır.2009-cu ilin iyulunda Azərbaycan Milli Kitabxanasında İSESKO-nun,Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin vəM.F.Axundov adına Milli Kitabxananın təşkilatçılığı ilə “Orta əsr Şərq Tibbəlyazmalarının vəziyyəti” mövzusunda beynəlxalq konfrans-treninq keçirilmişdir.İSESKO kimi nüfuzlu beynəlxalq təşkilatın egidası altındakeçirilən bu beynəlxalq konfransda İran, Səudiyyə Ərəbistanı, Misir ƏrəbRespublikası, Omman, Liviya Ərəb Cümhuriyyəsi, Qətər, İordaniya və Azərbaycandanolan mütəxəssislər iştirak edirdilər. Konfrans çərçivəsində AMEAnınM.Füzuli adına Əlyazmalar İnstitutunun fondundan “Orta əsr Azərbaycantibb əlyazmaları” mövzusunda kitab sərgisi də təşkil olunmuşdu.8 Şərq ölkəsindən gəlmiş professor-alim və mütəxəssislərin iştirakiləiki gün davam edən konfrans-treninqdə orta əsr tibb əlyazmalarının vəziyyəti,onların öyrənilməsi, mühafizəsi, konservasiyası və bərpası mövzularındaməruzələr dinlənilmiş, ciddi müzakirələr getmiş və müzakirələrin yekunuolaraq “Orta əsr Şərq Tibb Əlyazmalarının vəziyyətinə dair” İSESKO-yatövsiyələr qəbul olunmuşdur. Tədbirin sonunda müzakirə olunan məsələlərdəfərqlənən 12 nəfər mütəxəssisə sertifikatlar verilmişdir.2009-cu ilin aprelində “Bakı-İslam mədəniyyətinin paytaxtı” tədbirləriçərçivəsində Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin MilliKitabxanaları Direktorlarının ikinci konfransı keçirilmişdir. Bu beynəlxalqtəşkilat 2007-ci ildə Tehranda İƏT-in Mədəniyyət İnstitutunun egidası altındaİran İslam Respublikasının Milli Kitabxana və Arxiv təşkilatının təşəbbüsü iləyaradılmışdır. İƏT-ə üzv olan Azərbaycanın, İranın, Türkiyənin, Pakistanın,Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın, Əfqanıstanın, Özbəkistanın və Türkmənistanınmilli kitabxanalarının direktorlarının daxil olduğu bu beynəlxalqtəşkilatın 2-ci Bakı iclasında Əfqanıstandan başqa bütün ölkələrin millikitabxanalarının rəhbərləri iştirak edirdilər.35

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!