12.07.2015 Views

Kitabxanaşünaslıq və informasiya. 2010. №1 - Bakı Dövlət Universiteti

Kitabxanaşünaslıq və informasiya. 2010. №1 - Bakı Dövlət Universiteti

Kitabxanaşünaslıq və informasiya. 2010. №1 - Bakı Dövlət Universiteti

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA№ 1 (4) 2011KİTABXANA QANUNVERİCİLİYİ TARİXİNDƏNE.Y.ƏHMƏDOVBakı Dövlət <strong>Universiteti</strong>Məqalədə tarixin inkişaf mərhələlərində kitabxana işinin hüquqi təminatınadair qanunlar,sərəncamlar xronoloji qaydada şərh edilmişdir.Əhaliyə kitabla xidmətin təşkilinin əsaslarını müəyyən edən müddəalarvə kitabxanalardan istifadə etməyin məcburi ümumi qaydaları xüsusi kitabxanaqanunlarında öz ifadəsini tapır. Kitabxana sistemini yaratmağın prinsiplərinin,kitabxanaların açılması və fəaliyyət göstərməsi qaydasının, onlarınfəaliyyətinin və xarakterinin, əhaliyə kitabxana xidmətinin formalarının, kitabxanalarınmaliyyə vəsaitinin mənbələrinin, kitabxana işinə rəhbərliyin və s.təsdiq olunduğu kompleks xarakterli qanunvericilik sənədləri həmin qanunlarınsırasına daxildir.Bu qanunlar ölkənin kitabxanaçılıq siyasətini əks etdirir. Həminqanunlar konkret sosial şəraitdə və dövlətin mədəniyyət sahəsində həll etdiyivəzifələrdən asılıdır. Kitabxana qanunvericiliyinin uzun və son dərəcə ibrətamiztarixi vardır. Kitabxana qanunvericiliyi XIX əsrin II yarısında nisbətəngeniş istifadə üçün nəzərdə tutulmuş kütləvi kitabxanalar deyilən kitabxanalarıninkişafı ilə və onların fəaliyyət şərtlərini elan etmək zərurəti iləəlaqədar meydana gəlmişdir. Məsələn, kitabxana qanunları ABŞ-da, Yaponiyada,İsveçdə və digər ölkələrdə qəbul olunmuşdur. Vaxt keçdikcə buqanunlar köhnəlmiş və kitabxana sistemindəki dəyişiklikləri, cəmiyyətdəkitabxanaların vəziyyətini əks etdirmək zərurəti üzündən bir sıra ölkələrdətəkmilləşdirilmiş və ya yeni qanunlarla əvəz olunmuşlar.Kitabxana qanunvericiliyi təcrübəsi, xüsusilə də kitabxana şəbəkəsinintəşkili nöqteyi-nəzərindən diqqətə layiqdir. Lakin bununla yanaşı həminqanunlar cəmiyyətin tipik məhsuludur, törəməsidir. Kitabxana müəssisələrininmüxtəlif növlərinin pərakəndəliyini əks etdirən bu qanunlar yalnız kütləvikitabxanalara aiddirlər və elmi və xüsusi kitabxanaların fəaliyyətini (çox kiçikistisna ilə) nizamlamır. Kitabxanaların sinfi rolunu pərdələyən bu qanunlarkitabxana işinin məqsədlərinin, xarakter və məzmununun üstündən keçir vəyalnız təşkilati-texniki və sırf hüquqi məsələlərlə kifayətlənirlər. Bir sırahallarda kitabxana qanunvericiliyinin fəaliyyəti olduqca məhduddur. Bucəhətdən YUNESCO tərəfindən 1953-cü ildə Nigeriyada təşkil olunmuşkitabxanaçılıq seminarında kitabxana qanunvericiliyinin sosial əhəmiyyətinəverilmiş beynəlxalq qiymət olduqca səviyyəlidir. Seminarın yekun sənədindəqeyd edilmişdir ki, yalnız qanunvericilik müvafiq təşkilatlara kitabxanalarıntəşkili, maliyyə vəsaiti ilə təmin edilməsi və əməli şəkildə idarə edilməsi üçün41

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!