13.07.2015 Views

Folklor nəzəriyyəsi - Bakı Dövlət Universiteti

Folklor nəzəriyyəsi - Bakı Dövlət Universiteti

Folklor nəzəriyyəsi - Bakı Dövlət Universiteti

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

XVIII əsrdə folklora elmi marağın yaranmasında İtalyan alimi C.Vikonun insan cəmiyyətinininkişafı haqqında təlimi və epos haqqındakı fikirləri folklora həm elmi, həm də kortəbii yanaşma cəhdikimi qiymətləndirilmişdir, “xalq əsərlərinin səmimiliyi və müdrikliyi” müddəasına diqqət yönəldilmişdir.Elmi işdə o tezis əsaslandırılır ki, XVIII əsrdə Avropada folklora elmi marağın yaranması birincinövbədə Almaniya və İngiltərədə maarifçilərin və romantiklərin xalq ədəbiyyatına münasibəti iləşərtlənmişdir. Maarifçilər xalq yaradıcılıq ənənələrini klassizmin normativ estetikasına, təqlidçiliyinəqarşı qoyurdular. Elmi işdə konkret olaraq Almaniyada “Tufan və hücum” ədəbi birliyinin fəaliyyəti,onun əsas nəzəriyyəçisi İ.Q.Herderin yaradıcılığı öyrənilmişdir. Ədəbiyyatın xəlqiləşməsi və milliözünəməxsusluğu qorunmasında folklorun rolunu ilk dəfə dərk edən Herder “xalq nəğməsi” məfhununuirəli sürmüşdür. O həm də “Xalq nəğmələri” toplusu ilə nəğmələrin toplanma və tədqiq işinin əsaslarınıqoymuşdur.Alman romantiklərinin nəzəri irsində folklor xəlqiliyin kökləri kimi dəyərləndirilimiş və ədəbiirsdə ondan istifadə edilmişdir. Heydelberq dərnəyi nümayəndələrinin xalq ədəbiyyatına münasibəti elmiişdə ayrıca öyrənilmiş; L.Arnim və K.Brentanonun “Oğlanın sehirli buynuzu” (1806-1808) toplusununfolklorun nəşr və təbliğində əhəmiyyəti, təsiri, yaratdığı ənənə izah edilmişdir.Məhz bu ənənənin üzərində mifoloji nəzəriyyə yaranmışdır. Bu nəzəriyyənin yaradıcıları olan Yvə V.Qrimm qardaşları öncə Heydelberq dərnəyinin nümayəndələri kimi 2 cildlik “Uşaq və ailə nağılları”toplusunu nəşr etmiş, sonra isə onları tədqiq etmişlər. Onlar mənsub olduqları dərnəyin folklor ideyalarınıromantik estetikanın mifologizmi ilə əlaqələndirmişlər. Elmi işdə Y.Qrimmin “Alman mifologiyası”(1835) əsəri mifoloji nəzəriyyənin proqram sənədi kimi geniş tədqiq edilmişdir. Xüsusilə, xalqədəbiyyatının ilahi mənşəyə malik olması, folklor janrlarının miflərdən yaranması, müxtəlif xalqlarınfolklorundakı sujet oxşarlıqlarının qədim və müştərək mif qaynağı – “pramiflə” əlaqələnməsi haqqındamüddəalar geniş təhlil edilmişfir. Burada, eləcə də, mifoloji nəzəriyyənin qolları olan soylar, metereolojivə demonoloji nəzəriyyələr də təhlil edilmişdir. Nümayəndələri M.Miller, A.Kun, V.Şvarts vəbaşqalarının əsərləri təhlilə cəlb olunmuşdur.Azərbaycan folkloru zəınginliyi, janr, mövzu, ideya-estetik qayəsi ilə həmişə tədqiqatçıların diqqətmərkəzində olmuş, onun çox müxtəlif aspektlərdə, istiqamətlərdə bu və ya digər problemləri tədqiqedilmişdir. Bu tədqiqatların elmi-nəzəri nəticələri arasında Azərbaycan folklor elmi formalaşmışdır.Azərbaycan folklorşünaslığı el ədəbiyyatının toplanması, təsnifi, nəşri, onun xüsusiyyətləri, genetikkökləri, tarixi inkişafı, digər ictimai elmlərlə əlaqəsi, tipoloji münasibətləri, yazılı ədəbiyyatla münasibətivə s. problematik cəhətləri haqqında zənginliyi ilə seçilən bir elmi-nəzəri irs yaratmışdır.Bu irsin ən maraqlı və az işlənən sahələrindən biri folklor materiallarının, Azərbayccan folklorirsinin digər dillərə tərcümə problemi olmuşdur. Bu cəhətdən folklorumuzun rus dilinə tərcüməproblematikası xüsusi maraq doğurur.Azərbaycan folklorunun tərcümə tarixinə ümumilikdə nəzər salsaq böyük bir mənzərənin şahidiolarıq. Xalqımız tarix boyu ictimai-siyasi birgəyaşayış tərzindən asılı olaraq və regional mövqeyə görə

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!