13.07.2015 Views

Folklor nəzəriyyəsi - Bakı Dövlət Universiteti

Folklor nəzəriyyəsi - Bakı Dövlət Universiteti

Folklor nəzəriyyəsi - Bakı Dövlət Universiteti

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Bütün bu nümunələrin yazıya alınıb abidələşməsindən əvvəl isə həmin poetik dəyərləri yaradanestetik düşüncə və onu qoruyub saxlayan milli yaddaş mövcud idi. Digər tərəfdən bütün bu formulalar,mif, nağıl və dastanlar türkün (oğuzların) yaddaşında epik düşüncənin modernləşməsi, eposyaradıcılığının meydana gəlməsinin başlanğıcı idi. Epik yaddaşda estetik düşüncənin eposlaşmasımürəkkəb və uzunçəkən proses kimi bir sıra ümumtürk dəyərlərinə söykənirdi. Onun meydana gəlməsiüçün türk epik yaddaşı bir sıra süjet, motiv və obrazları özünün tarixi ənənələrinə uyğun şəkildəhazırlamalı idi. Buna görə epik yaddaş ən mühüm məfkurə dəyərlərini peşəkar ifaçılığa ötürməli, ozanyaradıcılığını yeni inkişaf mərhələsinə yüksəltməli idi. Məhz belə geniş yaradıcılıq prosesində I minilliyinbaşlanğıcında ozan yaradıcılığı repertuarı meydana çıxdı, N.Cəfərovun yazdığı kimi, «I minilliyin sonu IIminilliyin əvvəllərində türk eposunun (ümumtürk eposunun – Ü.N.) diferensasiyası etnokulturolojiregionlar üzrə gedir: Sibir, Türküstan, Ural-Volqaboyu, Şərqi Avropa, Qafqaz - Kiçik Asiya». Bu prosesregionlararası etnokulturoloji mərkəzlərdə bir-birindən fərqli enən və yüksələn istiqamətlərdə davam etsədə ümumilikdə türk eposunun qüdrətli şəkildə yaranmasını şərtləndirdi. Kiçik Asiyada (xüsusənAnadoluda) və Qafqazda eposçuluq ozan ənənələrinin formalaşması istiqamətində davam etdi. Demək,oğuz eposunun yaranması I minilliyin əvvəllərindən başlayıb ozan yaradıcılığının formalaşmasına gətiribçıxarmış, II minilliyin əvvəllərindən yaxın və uzaq türk ellərində diferensasiya uğramaqla öz nüfuzçevrəsində qıpçaq eposu üçün baxşı, akın, çırçı və s. yaradıcılığını formalaşdırmışdır.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!