13.07.2015 Views

Folklor nəzəriyyəsi - Bakı Dövlət Universiteti

Folklor nəzəriyyəsi - Bakı Dövlət Universiteti

Folklor nəzəriyyəsi - Bakı Dövlət Universiteti

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Bütün bu deyilənlər onu göstərir ki, artıq XVI əsrdə xalq şeiri üslübüna yazan şairlərin sayıçoxalırdı.2007-ci ilə aid elmi iş “XIX əsrin ortalarında folklor nəzəriyyələri: iqtibas və antropolojinəzəriyyələr” mövzusuna həsr olunmuşdur. İqtibas nəzəriyyəsi (digər terminoloji ifadələri – köçnəzəriyyəsi, səyyar süjetlər nəzəriyyəsi, tarixi – mədəni məktəbdir) XIX əsrin II yarısında Şərq-Qərbəlaqələrinin genişləndiyi dövrdə meydana çıxmasının siyasi-kulturoloji səbəbləri araşdırılmışdır.T.Benfeyin hind abidəsi “Pançatantra”nın nəşrinə yazdığı müqəddimə, orada ayrı-ayrı xalqlarınfolklorundakı obraz, süjet, motiv uyğunluqlarının tarixi-mədəni əlaqələrlə izah edilməsi Şərq-Qərbəlaqələri kontekstində müsbət dəyərləndirilmişdir. Benfey ayrı-ayrı xalqların folklorundakı uyğunluğun –obraz, süjet, motivin üst-üstə düşməsinin bədii əsərlərin bir ölkədən o biri ölkəyə iqtibası, hərəkəti, köçüilə - xalqların tarixi-mədəni əlaqələri ilə izah edirdi. Hind ədəbiyyatını isə dünya xalqlarının nağılsüjetlərinin əsas mənbəyi hesab edirdi. Bu köçü şərtləndirən tarixi hadisələr və köç yolları haqqındakonkret mülahizələr irəli sürürdü. Elmi işdə bütün bu mülahizələr və nəzəriyyənin əsas nümayəndələrinin(R.Keler, M.Landau, A.Veselovski, Q.Potanin və b.) əsərləri öz təhlilini tapmışdır.Burada dünyaxalqlarının tarixi-mədəni əlaqələrinin öyrənilməsi baxımından nəzəriyyənin əhəmiyyətiqiymətləndirilmiş, bəzi qüsurları isə (folklor süjet və motivlərinin formal-sxematik müqayisəsinəəsaslanması; dünya mədəniyyətində tipoloji oxşarlığın mövcudluğunun nəzərə alınmaması) öz qiymətinialmışdır.Antroploji məktəb XIX əsrin 60-cı illərində İngiltərədə meydana çıxmışdır. Elmi işdə E.V.Taylorantroploji məktəbin banisi kimi qiymətləndirilmiş və onun “İbtidai mədəniyyət” (1871) əsəri geniş təhliledilmişdir. Xüsusilə, ona diqqət yetirilmişdir ki, Taylorun təlimində təkamül nəzəriyyəsindən istifadə,psixoloji yanaşma, etnoqrafiya və folklorşünaslığın bir tam olaraq qavranması elmi sistemləşdirilməninyeni prinsiplərinin əsası kimi çıxış etmişdir. Taylorun irəli sürdüyü “ibtidai mədəniyyət”, “insantəbiyyətinin eyniyyəti”, “qalıntılar” anlayışları şərh edilmişdir. Taylor ayrı-ayrı xalqlarda poetik əsərlərinsüjet və motiv oxşarlığının insan təbiətinin eyniyyəti, psixi, ruhi yaxınlığı ilə izah edir, bədii yaradıcılığaeyni xarakterli psixi akt kimi yanaşırdı.Elmi işdə həmçinin Taylorun çox əhəmiyyətli olan süjetlərin öz-özünə doğması haqqında müddəasıvə animizm haqqında baxışları geniş şərh edilmiş və elmin tarixində yeni nəzəri fikirlər kimidəyərləndirilmişdir. Taylorun nəzəriyyəsinin mühüm əhəmiyyəti ondadır ki, bəşəriyyətin ibtidaimədəniyyətinin tədqiqinə marağı gücləndirilmişdir. Elmi işdə məhz bu kontekstə A.Lanqın “Adətlər vəmiflər”, “Mif, mərasim və din” əsərləri təhlil edilmiş, diqqət Lanqın “qalıntılar” nəzəriyyəsini mif vənağılların genezisi məsələlərinə tətbiqinə yönəldilmişdir. Elmi işdə habelə C.C.Freyzer antropolojinəzəriyyənin son nümayəndələrindən biri kimi qiymətləndirilimiş, onun “Qızıl budaq” adlı fundamentaləsəri təhlil edilmişdir. “Qızıl budaq”da etnoqrafiya, klassik filologiya və folklorun sintezi məsələsi dəayrıca təhlil edilmiş; Freyzerin mədəniyyətin və folklorun mənşəyinə ritualist yanaşması şərh edilmişdir.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!