13.07.2015 Views

Folklor nəzəriyyəsi - Bakı Dövlət Universiteti

Folklor nəzəriyyəsi - Bakı Dövlət Universiteti

Folklor nəzəriyyəsi - Bakı Dövlət Universiteti

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

masına səbəb oldu... Deməli, monqol işğalından sonra ölkəni bürüyən və farsdilli ədəbiyyatın tənəzzülünəsəbəb olan böhran eyni zamanda ədəbiyyatın ana dilində inkişafına təkan vermişdir».Elə bu səbəblərdəndir ki, Azərbaycan şairləri get-gedə öz dillərinə daha çox üstünlük verməyəbaşladılar. Təbii ki, həmin dövrlərdə el şairləri, aşıq yaradıcılığı da tədricən fəallaşmağa başladı. ƏgərXIII-XV əsrlərdə yaşamış və bizə gəlib çatmış şairlərin yaradıcılıqlarına nəzər salsaq bunu açıq şəkildəgörmək olar. Heç ola bilməzdi ki, XIII əsrdən başlayaraq anadilli ədəbiyyatımız get-gedə güclənsin,ancaq xalq şeri, aşıq yaradıcılığımız olmasın. Lakin XIII-XV əsrlər aşıq yaradıcılığı və el şairlərininfəaliyyəti araşdırılmadığından bu dövrlərdə bir boşluq yaranmışdır. Ona görə də bu həqiqətləri üzəçıxarmaq üçün biz yazılı ədəbiyyata bir mənbə kimi müraciət etməliyik. Çünki şifahi ədəbiyyat nümunəsiyaranmasaydı, onun əlamətləri yazılı ədəbiyyatda öz əksini tapa bilməzdi. Odur ki, XIII əsrdə yaşamışİ.Həsənoğlunun azərbaycanca yazdığı «Necəsən, gəl, ey üzü ağım bənim?» şeirindən bir bəndə nəzərsalaq:Necəsən, gəl, ey üzü ağım bənim,Sən əritdin odlara yağım bənim,And içirəm səndən artıq sevməyim,Sənin ilə xoş keçər canım bənim.Bizə belə gəlir ki, Həsənoğlu və ondan sonra Azəri türkcəsində yazan sənətkarların əsərlərindəkiədəbi dilin təmizliyi, inkişafı başqa səbəblərlə yanaşı, bir tərəfdən də aşıq yaradıcılığı və el şairlərininxidməti ilə bağlı idi. Çünki köçəri və oturaq Azərbaycan əhalisinin əksəriyyəti üçün ərəb-fars dillərindəyazılmış ədəbiyyat anlaşılmaz idi. Ona görə də həqiqi sənətkarlar xalqa yaxınlaşmaq üçün xalqın öz dilinəsöykənirdilər. Əgər Q.Bürhanəddin və Nəsimi yaradıcılığına nəzər salsaq bu inkişafı, yaxınlığı daha aydıngörmək mümkündür.Məsələn, Q.Bürhanəddinin yaradıcılığına diqqət edək:Özünü al şax görən sərdar bolur,Ənəlhəq dəvi qılan bərdar bolur,Ər oldur həq yoluna baş oynayaDöşəkdə ölən yikit murdar bolur.Həmişə aşiq könli büryan bolur,Hər nəfəs qərib gözi giryan bolur,Sufilərin diləki mehrab, namazƏr kişilərin arzusu meydan bolur.Məlum olduğu kimi, türkdilli xalqların şerində durğu variantları əsasən aşağıdakı kimidir: 6+5; 5+6;7+4; 4+7; 4+3+4; 3+4+4; 4+4+3.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!