08.05.2018 Views

126_80_m

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

News / Azerbaijan

В STEP IT Academy Azerbaijan

состоялся региональный

полуфинал чемпионата

Golden Byte 2018

30

марта 2018 года в

STEP IT Academy

Azerbaijan состоялся

региональный полуфинал

чемпионата Golden Byte 2018.

Отметим, что Азербайджан участвует в

этом конкурсе во второй раз. Международный

ІТ Чемпионат «GoldenByte»

- платформа стартап-индустрии для

поиска новых идей и талантов. Главные

цели - стимулировать молодых специалистов

внедрять инновации и бизнесидеи,

помочь инвесторам и венчурным

фондам в поиске сильных проектов.

«GoldenByte» также является площадкой,

где молодые IT-специалисты могут

получить экспертное мнение от мировых

гуру отрасли, наладить контакты

и самое главное привлечь инвестиции

для развития своего проекта. В этот

раз в Азербайджане было зарегистрировано

1095 участников, из которых до

регионального полуфинала дошли 46,

а в финал прошли около 25 человек.

Проекты были представлены в 7 номинациях:

Start Up Сhallenge, Web Project,

Game Design, Character Design, Mobile

Development, Short Movie и в основной

теме конкурсных работ «Create

the new World» («Создай новый мир»).

Напомним, что «GoldenByte» проходит

при поддержке ведущих компаний

InterSystems, Intel, Dell, Microsoft, Wolf,

10 /4/2018

Logitech, Stearling Studio. Организатором

Международного чемпионата

является Step IT Academy.

KATV1 tarifləri dəyişdirmədən

internet sürətini artırdı

Ölkənin aparıcı

telekommunikasiya şirkəti

KATV1 Novruz Bayramı

ərəfəsində abunəçilərə

xoş sürpriz təqdim edib. İndi KATV1

internet xidmətinin abunəçiləri artıq

pul ödəmədən daha sürətli internetdən

istifadə edirlər. Mövcud tariflərə heç

bir dəyişiklik edilmədən intenet sürəti

gecə 2, gündüz saatlarında isə 1,5 dəfə

artırılıb. Sürət və tariflər barədə məlumat

aşağıdakı cədvəldə verilib:

Sürət (Mbt/s)

00:00 - 12:00 12:00 - 00:00

Tarif

20 15 18 AZN

30 25 28 AZN

40 30 35 AZN

60 40 70 AZN

80 50 90 AZN

100 60 110 AZN

«Ada mirası» ilk proqramçının

qadın olduğunu bir daha

xatırladır

Аzərbaycan ACM Bölməsi və

ADA Universiteti ACM Tələbə

Bölməsi hamını 21 aprel «Ada

mirası: informatikada qadınlar»

mövzusunda 3-cü ACM tədbirinə dəvət

edir. İnformatikada qadınların rolunu

təbliğ edən beynəlxalq «womENcourage

2018» konfransı ərəfəsində bu tədbir

ACM-W Avropa təşkilatının dəstəyi

ilə saat 11.00-da, ADA Universitetinin

böyük konfrans zalında keçiriləcək.

«Ada mirası: informatikada qadınlar» ilk

kompüter proqramçısı hesab olunan

ingilis riyaziyyatçısı Ada Lavleysin (Ada

Lovelace, 1815-1852) adı ilə bağlıdır.

ADA Universitetində artıq 3-cü ildir ki,

keçirilən tədbirin məqsədi texniki sahələr

üzrə təhsil alan və ya həmin sahələrdə

işləyən xanımları bir araya gətirərək,

beynəlxalq «womENcourage 2018»

konfransında iştiraka həvəsləndirməkdir.

Yeri gəlmişkən, 2016-cı ildə keçirilən ilk

tədbirdə 5, ötən il isə artıq 7 azərbaycanlı

tələbə səfər təqaüdü qazanaraq bu

beynəlxalq konfransda iştirak edib.

Qlobal ACM-W təşkilatının sədr müavini,

Bilkent Universitetinin müəllimi Reyyan

Ayfer bu ilki «Ada mirası»nın qonağı

olacaq. Tədbirdə ötənilki Barselona

«womENcourage» konfransında iştirak

edən tələbələr burada qazandıqları

təcrübə haqqında danışacaqlar.

Tədbirdə həmçinin «Kod Saatı», «Bebras»

müsabiqəsi və «LEGO» robotlarının

istifadəsi barədə çıxışlar gözlənilir.

Daha sonra konfransa təqdim olunan

tədqiqat layihələri qiymətləndiriləcək,

müəlliflərə istiqamətləndirici tövsiyələr

veriləcək. Builki «womENcourage»

konfransı 3-5 oktyabr tarixlərində

Belqradda keçiriləcək. Konfrans

xanımları informatika sahəsində əldə

etdikləri nailiyyətləri təqdim etmək

və qazandıqları təcrübəni bölüşmək

məqsədilə bir araya gətirəcək. Hər il

olduğu kimi, «womENcourage» həm

kişi, həm də qadın bakalavr, magistr və

dokotrantlarını informatikanın istənilən

istiqaməti üzrə tədqiqatlarını poster

şəklində təqdim etməyə dəvət edir.

Posterləri qəbul olunan iştirakçılar

səfər xərclərini almaq və konfransda

qeydiyyatdan keçmək üçün müraciət

edə bilərlər. ACM-W Azərbaycan

Bölməsinin sədri, ASAN sektor müdiri

Ulduzə Xəlilova bununla əlaqədar deyir

ki, «üç il sonra, nəhayət ki, bu beynəlxalq

konfransda Azərbaycandan təqdim

olunan posterləri görmək istərdik. Ümid

edirik ki, Bakıdakı tədbirdə səslənəcək

tövsiyələr xanımlarımıza öz posterləri

ilə iştirak üçün seçilmələrinə kömək

edəcək». Qeyd edək ki, «Ada mirası:

informatikada qadınlar» tədbirinin işçi

dilləri Azərbaycan və ingilis dilləridir.

Daha ətraflı məlumat üçün: https://

azerbaijan.acm.org/womencourage.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!