08.05.2018 Views

126_80_m

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Programming

başa düşən adam tapmaq mümkün

deyil. Səbəb isə sürətli və nəhəng

inkişaf, bu sahədəki sel tək axıb artan

bilik və məlumat həcmidir. Yeri

gəlmişkən, insan fəaliyyətinin digər

sahələrində də bənzər hal müşahidə

olunur.

Proseslərin mürəkkəbləşməsi, bilik

həcminin artması qacınılmaz olaraq

əməyin bölünməsinə gətirib çıxardır ki,

proqramlaşdırma bu məsələdə istisna

deyil. Bütün proqram 100 sətirdən

ibarət olduqda, onun həll etməli

olduğu məsələlər müəyyən qədər dar

çərçivə içində qaldıqda, həqiqətən

də, buradakı bütün incəlikləri öyrənib

anlamaq mümkündür. Lakin minlərlə

bir-birinə aidiyyəti olmayan məsələləri

həll edən, milyonlarla sətridən ibarət,

bütün bunlara rəğmən sürətlə yazılması

tələb olunan proqramlara gəlincə, belə

şey, əlbəttə ki, mümkün ola bilməz.

Belə olduqda, hər proqramçı kodun

kiçik bir hissəsini yazır. Tək işləsə belə!

Qalan işləri isə, o cümlədən, əməliyyat

sistemlərini, drayverləri, kitabxanaları,

nəhayət elə proqram dilinin özünü artıq

başqaları hazırlayıblar. Təbii ki, onun

bütün sadalananlardan başı müəyyən

qədər çıxır, lakin əgər o, başqaları

tərəfindən yaradılmış və özünün yazdığı

proqram hissəsinin işləməsini təmin

edən kodun hər sətrini öyrənmək istəsə,

buna sərf ediləcək vaxt min illərlə

hesablanmalı olacaq.

Nəticədə, hər proqramçının, onun

yazdığı proqram hissəsinin işlədiyi,

tələblərə uyğun olduğu barədə başqa

tərtibatçıların dediklərinə və əgər bir

səhv ortaya çıxarsa, özlərinin bunu

həll edəcəkləri barədə verdikləri sözə

inanmaqdan başqa çarəsi yoxdur.

Proqramçı, başqasının kodunun daxili

quruluşunu öyrənmədən, sadəcə onun

istifadə qaydalarını oxuyub riayət

etməyə məcbur qalır. Başqa sözlə, onun

vəziyyəti proqramının necə yazıldığı

barədə qətiyyən heç bir təsəvvürü

olmayan istifadəçilərin vəziyyətindən

fərqli deyil.

7. «Mən ki proqramçı deyiləm,

proqramlaşdırmanı öyrənmək

nəyimə lazımdır?»

Bilirsiniz, aşpaz da savadsız qalıb

oxuma-yazmağı bilməyə bilər. Axı

o, yemək bişirir, vəssalam. Nəzəri

cəhətdən, buna ehtiyacı yoxdur.

Amma indi bir təsəvvür edin ki,

savadsız aşpazın həyatı nə qədər çətin

olar. Yeni yemək reseptini oxuya

bilməyincə, gərək bunu ona başqası

danışsın. Resepti yaza da bilməyəcək

- gərək yadda saxlasın ki, unutmasın.

Proqramçılıq işinin bundan nə fərqi var?

Proqramlaşdırmasız indilik hələ ki,

keçinmək olar, amma kompüterlər

artıq həyatın bütün sahələrinə nüfuz

edib. Avtomatlaşdırma səviyyəsi

dayanmadan artır. Misal üçün, siz

redaktorsunuz. Proqramçı olsaydınız,

bir neçə kiçik proqram yazaraq

mətn hazırlamaqla bağlı işinizi

xeyli asanlaşdıra bilərdiniz. Və ya,

televiziyada xüsusi effektlərin tərtib

olunması ilə məşğulsunuz? Bunların

bir çoxu kadrların yerləşdirilməsinə

nisbətən kiçik proqramlardan istifadə

edilərək 100 qat tez həll olunur.

Buna bənzər çoxsaylı misallar insan

fəaliyyətinin istənilən sahəsindən

gətirilə bilər.

Bir çox məsələnin proqramçılar

tərəfindən artıq həll olunduğuna

baxmayaraq, insanların tələbatları

o qədər çoxdur ki, proqramçılar

hər yeni ortaya çıxan məsələni

avtomatlaşdırmağı çatdırmırlar. Bunu

əvəzində onlar sizə universal bir alət

verib onunla öz işinizi özünüz tərəfindən

avtomatlaşdırmağınıza şərait yaradırlar.

Axı hər bir insana ayrıca proqramçı

ayırmaq qeyri-mümkündür. Başqa sözlə,

təkcə proqramçıların sizin işinizdən

deyil, eləcə də sizin proqramlaşdırma

işindən başınız çıxsaydı, məsələni daha

tez və asan həll etmək olardı. Beləcə siz

proqramçıların suallarına daha tez cavab

verə, öz tələblərinizi daha aydın şəkildə

çatdıra bilərdiniz. Bəzi hallarda isə heç

proqramçıya müraciət etmədən özünüz

öz işinizi həll edə bilərdiniz.

Bəli, proqramlama digər ixtisaslar

üçün vacib bilik olmasa da, olduqca

faydalıdır. Bu faydalılıq getdikcə

artacaq və proqramlaşdırmaqdan başı

çıxanlar və çıxmayanlar arasındakı fərqi

getdikcə dərinləşdirəcək. Praktiki olaraq

proqramlaşdırma haradasa oxumaq,

yazmaq, hesablamaqla yanaşı ümumi

savad məfhumuna daxil olmağa çox

yaxındır. İndi proqramlaşma müəyyən

sahəyə bağlı deyil. Artıq o, bütün

sahələrə aiddir.

4/2018/ 51

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!