08.05.2018 Views

126_80_m

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

səhnələrini, xortlamış ölüləri və s.

görmək insana ən azından, qəribə gəlir.

Geympley pis olmasa da, hər hansı

yenilik təklif etmir. Lokasiyaların daha

böyük olduğuna görə düşmənlər

qarşınıza, necə deyərlər, bütün

deşiklərdən: qapı-pəncərədən, hər

mərtəbədən, gizlləndikləri müxtəlif

yerlərdən çıxır. Onlarla döyüşə

başlamasanız, sizə fikir vermədən, kimi

qəzet oxumağa, kimi oturub çay içməyə,

kimi qumbaraları atıb-tutmağa davam

edəcək. Amma elə ki döyüşə qatıldılar,

onda görəcəksiniz ki, Vinninin nə

qədər çox düşməni varmış. Misal üçün,

mafiyanın əlində tam sürətlə qaçarkən

Vinniyə çarparaq onu yerə yıxan iri

cüssəli döyüşçüləri var. Zombilərin

bəziləri bomba ata bilir. Bəzən bir

otağa düşən iki tip düşmən bir-biri ilə

döyüşməyə başlayır. Belə halda oyunun

dinamikası artır, silah-sursata, nə qədər

çox olsa da, qənaət etmək olur.

İstənilən istiqamətdə atəş açmaq artıq

mümkün olduğuna görə qumbara

atmağa ehtiyac qalmır. Düşmən istər

üst, istər alt platformada dursun,

onu nişana almaq mümkündür.

Oyunun əvvəlində qəhrəmanın

əlində yalnız benzomişar və bita

varkən o, tezliklə qoşalülə tapancaya,

avtomata, pulemyota, tüfəngə, sonra

isə qumbaraatana və raketatana sahib

olur. Açıq məkanlarda atışmalar zövq

verir. Personaj olduqca hərəkətlidir,

güllələrdən sıyrılaraq bir tərəfdən

obirinə sıçrayarkən zombiləri, ya da

nasistləri təpikləyir.

Oyun bezdirməyə

başlayanda isə yenidən

ekrana partlayan çəlləklər

və maşınlar gəlir, RPQ-7 atışından

sonra düşmənlərin bədən parçaları

ətrafa saçılır və bütün bunlar oynamaq

həvəsini yenidən canlandırır.

Oyun mərhələlərinin birində

gözlənilmədən başa düşürsünüz ki,

qarşınızdakı düşmən əsas «boss»dur.

Üç saat keçmədən oyun öz sonuna

yaxınlaşır. Ən yüksək çətinlik dərəcəsini

seçməklə oyunu bir qədər uzatmaq olar,

amma standart oyun vaxtı məhz 3 saatdır.

Buna baxmayaraq, ikinci hissəyə mühüm

yenilik əlavə olunub: kooperativ rejim.

Əgər əvvəlki oyunda dostlarınızla yalnız

bir monitor başında toplana bilirdinizsə,

indi süjetin sonuna şəbəkədəki 3

dostunuzla birgə gələ bilərsiniz. Sözsüz

ki, kooperativ rejimdə bu oyunu oynamaq

daha maraqlı və əyləncəlidir. Hər halda,

burada müxtəlif tapmacaların cavabını

tapmaq, darıxdırıcı mərhələlərdən

keçmək, uzun-uzadı videoçarxlarına

məcburən baxmaq tələb olunmur.

Oyun başdan-başa fasiləsiz atışmalardan,

bəzilərinin xüsusi bacarıqlara sahib

olduğu müxtəlif tip düşmənlərlə mübarizə

aparmaqdan ibarətdir.

Guns, Gore & Cannoli 2 oyunu

Belçikanın Clayesbrothers studiyası

üçün o qədər böyük olmasa da, yenə

də irəliyə atılan mühüm addım sayıla

bilər. İstənilən istiqamətdə atəş açmaq

imkanı geympleyin arkad xarakterini

gücləndirib, eyni zamanda, oyunçu

özünü daha sərbəst hiss edir və hədəfi

vurmaq üçün ağılasığmaz sıçramalar

yerinə düşməni rahat nişan alıb onu

vura bilir. Üstəlik, kooperativ rejim də

özü özlüyündə mühüm bir üstünlükdür.

Buna qarşı ürəksıxan baş qəhrəman

və oyunun qısa müddəti dəyişikliksiz

qalıb. Odur ki, oyunun üçüncü

hissəsini yaratmağa başlayanda

tərtibatçılar bunları nəzərə

alıb daha da irəliləyə

bilərlər.

Buraxılış tarixi: 2 mart 2018

İstehsalçı: Crazy Monkey Studios,

Claeysbrothers

Nəşriyyatçı:

Crazy Monkey Studios

Rəsmi veb-sayt:

http://gunsgorecannoli2.com

Oyunun janrı: Arcade

Platforma:

Mac, NSW, PC, PS4, Xbox ONE

Multipleyer: Var

Yaş məhdudiyyəti: 12+

PC üçün tövsiyə edilən sistem

tələbləri:

• Əməliyyat sistemi:

Windows XP / Vista / 7 / 8 / 10;

• Prosessor: Intel Core i5;

• Əməliyyat yaddaşı: 8 Gb;

• Videokart: GeForce GTX 550 Ti

və ya Radeon HD 6770

• DirectX 11;

• 5 Gb boş yer.

4/2018/ 73

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!