08.11.2018 Views

Varlanmağın yol xəritəsi

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Varlanmağın yol xəritəsi

istədiyimiz bütün marketinq funksiyalarından

xəbərdar olması lazımdır. Misal üçün, heç treyd

marketinqdə işləməyən müdir üçün bu sahə yeni kəşf

olacaqdır. Həmin sahəni öyrənmək müəyyən vaxt

alacaq və fakt deyil ki. həmin müdir bu işi tələb

olunan səviyyədə mənimsəyəcəkdir. Nəzəriyyəçi

marketoloqlardan hər bir halda uzaq durmaq lazımdır,

çünki nəzəriyyə adətən xarici təcrübədən süzülmüş

ayran kimidir, bizə isə qaymaq lazımdır.

Marketinq müdiri şirkət üçün strateji vəzifədir və bu

vəzifəni tutacaq adamın müstəqli ekspert fikri olması

çox vacibdir. Fundament qurmaq mərhələsi olsun,

olmasın fərq etməz: rəhbərin, haqsız olduğu halda

belə, hər fikri ilə razılaşan marketinq müdirin

katibədən fərqi yoxdur. Marketinq müdir sahibkara,

satış müdirinə öz sözünü keçirə biləcək dərəcədə

bilikli və dediklərinə inanan biri olmalıdır. HR -lara

məşhur bir tövsiyəni xatırlatmaq istərdim:

“Marketinq müdiri axtrarkən elə adam seçin ki, 5

ildən sonra müdiriniz olanda peşman olmayasınız”.

Marketinq şöbəsinin digər işçilərinin seçilməsində

marketinq müdirin iştirak etməsi və əsas qərar verən

şəxs olması yaxşı olar. Amma bu işi tam onun

ixtiyarına buraxmaq düzgün deyil. Marketinq müdiri

də insandır – kadr seçimində səhv edə, ürəyinə və ya

xarakterinə yaxın olan namizədlərə üstünlük verə,

özünə təhlükə gördüyü, bacarıqlı potensial

əvəzləyicisinin qarşısını ala bilər. HR və sahibkar

digər marketinq işçilərin də qəbuluna nəzarət etməli,

obyektiv dəyərləndirmə ilə bir-birini tamamlayan,

sağlam fikir mübadiləsi mühiti yaradacaq

mütəxəssislərin işə qəbul olunmasına çalışmalıdırlar.

Elçin Eyvazalı

50

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!