20.02.2015 Views

"Səməd Vurğun - Aşıq Şəmşir dastanı"

Filoloji-elmi tədqiqat əsəri

Filoloji-elmi tədqiqat əsəri

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Dastan üçün ən xarakterik cəhətlərdən biri bu

janrda şeirlə nəsrin növbələşməsidir. Yəni dastan

süjet xətti boyunca mövzudan kənara çıxmadan

şeirlə nəsrin növbələşməsi əsasında qurulur. Həm

də burada təhkiyənin son dərəcə emosional, təsirli

və bədii olması əsas şərtlərdən biridir. Çünki

aşığın danışdığı əhvalatlar hisslərə güclü təsir

eləyib dinləyicini ağuşuna ala bilməsə, yorucu və

cansıxıcı olar, heç kəs onu dinləmək istəməz.

Bunlardan əlavə, dastanın dil məsələsi də

vacib amillərdəndir. İlk növbədə dilin şirinliyi və

yüyrəkliyi gözlənilməlidir. El arasında “aşıq dili

yüyrək olar” deyiminin yaranması da məhz bu

qaynaqdan bəhrələnir. Burada ustad aşıqdan

istedad və məharət tələb olunur ki, hadisələri son

dərəcə çevikliklə əlaqələndirə, mətləbdən-mət -

ləbə incəliklə adlayaraq auditoriyanın diqqətini

bir an belə özündən yayındırmaya bilsin. Söz və

ifadələrin zərgər dəqiqliyi ilə seçilməsi, zərif,

mədəni ironiyalılıq, canlı xalq danışıq dilinin,

ədəbi dilin və bədii dilin elementlərindən ən münasib

şəkildə sintez halında istifadə etmək başlıca

şərtlərdəndir.

Dastanda öncə bir-birinin ardınca ustad üç

ustadnamə söyləyir və nəhayət, mətləbə keçir. Bu

ustadnamələrin özündə də mətləbə işarənin

22

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!