20.02.2015 Views

"Səməd Vurğun - Aşıq Şəmşir dastanı"

Filoloji-elmi tədqiqat əsəri

Filoloji-elmi tədqiqat əsəri

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

deyirlər, ustad oğlundan şəyird olmaz, bu mənada

şair Qurbanın ocağına yığışan, onun evinə gələn

və sazımızın, sözümüzün beşiyi başında duran

Dədə Ələsgər kimi sənətkarlar Aşıq Şəmşirin

sonrakı həyatı üçün təkan rolunu oynadılar.

Şəmşir öz xatirələrində dönə-dönə vurğulayır ki,

Aşıq Ələsgərlə Qurban ocağının xüsusi yaxınlığı,

dostluq əlaqələri olub. Onların saz-söz məclis -

lərində boya-başa çatan, sonralar özü də ustad

kimi yetişib, ulu sənətin incə məqamlarını,

sirlərini sinəsinə yığıb, Göyçə–Kəlbəcər mühitinin

deyim, ifaçılıq keyfiyyətlərini mənimsəyib.

1915-ci ildən etibarən müstəqil aşıqlıq eləməyə,

məclislər yola salmağa başlayıb. Məclisdənməclisə,

toydan-toya püxtələşib, gənclik çağla -

rında isə öz elində-obasında tanınıb, sevilib. Bu

zamandan o, artıq klassik dastanlarımızın, eləcə

də yeni yaranıb formalaşmaqda olan müasir

dastanların çoxunu bilir, məclislərdə, el-oba

yığnaqlarında danışaraq, dinləyicilərin rəğbətini,

sevgisini qazanır 2 .

2. Məmmədli. İ., “Kəlbəcərin söz sərvəti”,

Bakı: Sabah, 2005, səh. 29.

26

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!