12.07.2015 Views

Ümumi məlumat - Prezident Kitabxanası

Ümumi məlumat - Prezident Kitabxanası

Ümumi məlumat - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS
  • No tags were found...

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsiPREZİDENT KİTABXANASI─────────────────────────────────────────────────────────────────────────────────Qanunvericilik hakimiyyətiAzərbaycan Respublikasında qanunvericilik hakimiyyəti bir palatadan ibarət olan AzərbaycanRespublikasının Milli Məclisi tərəfindən həyata keçirilir. Ölkə əhalisi tərəfindən seçki yolu ilə formalaşdırılanparlament qanunvericilik hakimiyyətini təmsil edən demokratik dövlət quruluşunun ayrılmaz institutu, dövləthakimiyyətinin mühüm qollarından biridir. Onun fəaliyyəti və səlahiyyəti statusu iki əsas istiqamətdə reallaşır:Birincisi, Milli Məclis geniş məsələlər kompleksi üzrə ümumi qaydalar müəyyənləşdirir. Həmin qaydalarçərçivəsində icra hakimiyyəti konkret idarəçilik funksiyasını həyata keçirir. İkincisi, Milli Məclisin bilavasitəhəll etdiyi məsələlər. Bura Milli Məclisin Konstitusiya Məhkəməsinin təqdimatına əsasən impiçmentqaydasında Azərbaycan Respublikası <strong>Prezident</strong>inin vəzifədən kənarlaşdırmaq səlahiyyətlərinə malik olması vədigər məsələlər daxildir. Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi,bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. AzərbaycanRespublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada AzərbaycanRespublikası Milli Məclisinin deputatı seçilə bilər.Azərbaycan Respublikasının Milli Məclisi ümumi və birbaşa seçkilər əsasında 5 il müddətinə seçilmiş, 125millət vəkilinin daxil olduğu təkpalatalı parlamentdir. Qanunvericilik fəaliyyətindən əlavə Milli Məclis dövlətbüdcəsini təsdiq və onun icrasına nəzarət edir.Azərbaycan Respublikasının Milli Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə Konstitusiya qanunları,qanunlar və qərarlar qəbul edir. Qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında icrahakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz. Azərbaycan RespublikasınınMilli Məclisi Baş nazirin təyin edilməsinə razılıq verir və Nazirlər Kabinetinə etimad göstərilməsi məsələsinəbaxır. Azərbaycan Milli Məclisi <strong>Prezident</strong>in təqdimatına əsasən Konstitusiya Məhkəməsi, Ali Məhkəmə,apelyasiya məhkəmələri hakimlərini təyin edir. Milli Məclis bütün bunlarla yanaşı, dövlətlərarası müqavilələrintəsdiqi və ləğv edilməsi, referendum təyin edilməsi, Azərbaycan Respublikası <strong>Prezident</strong>inin təqdimatına əsasənBaş nazirin təyin edilməsinə razılıq verilməsi, Baş prokurorun vəzifəyə təyin və vəzifədən azad edilməsinərazılıq verilməsi, diplomatik nümayəndəliklərin təsis edilməsi, Azərbaycan Respublikasının insan hüquqlarıüzrə müvəkkilinin seçilməsi, Hesablama Palatasının yaradılması məsələlərini həll edir. AzərbaycanRespublikasının Milli Məclisi öz işini ildə iki dəfə çağırılan (yay və payız) sessiyaları vasitəsi ilə həyata keçirir.12

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!