12.07.2015 Views

Ümumi məlumat - Prezident Kitabxanası

Ümumi məlumat - Prezident Kitabxanası

Ümumi məlumat - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsiPREZİDENT KİTABXANASI─────────────────────────────────────────────────────────────────────────────────VI. Azərbaycanda dinAzərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir.Azərbaycan tarixən islam dininə, islam mədəniyyətinə mənsub bir ölkədir. Islam bu ölkəyə 1400 ilbundan öncə gəlmiş, burada dərin kök salmış, insanların davranışına, düşücəsinə, mənəviyyat və mədəniyyətinəmüəyyənedici təsir göstərmişdir. Bu təsir o qədər güclü olmuşdur ki, onilliklər boyu xalqı öz milli-mədəniköklərindən ayırmaq cəhdləri heç bir nəticə verməmiş, dövlət müstəqilliyini qazanmış ölkə yenidən islama, budinin mənəvi-mədəni ənənələrinə üz tutmuşdur.Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər bir şəxs vicdan azadlığınamalikdir. Dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdəetiqad etmək və ya heç bir dinə eitqad etməmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaqhüququna malikdir. Konstitusiyanın 18-ci maddəsinin 1-3 bəndlərində göstərilir ki, AzərbaycanRespublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan şəxsiyyətinialçaldan, insanlıq prinsiplərinə zidd olan dinləri yaymaq və təbliğ etmək qadağandır. Eyni zamanda dövlət təhsilsistemi də dünyəvi xarakter daşıyır. Azərbaycanda dövlət-din münasibətləri 2001-ci ildə yaradılmış AzərbaycanRespublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən tənzim edilir"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu (1992) hər bir şəxsin dinəmünasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır.Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlifdinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq,islam və bir çox başqa dini inanclar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsirgöstərmişdir. Hazırda Azərbaycanda müxtəlif dini konfessiyalar fəaliyyət göstərir.Azərbaycan Respublikasında yaşayan 8,5 milyondan çox əhalinin 93 faizi müsəlmandır. Azərbaycandaislam şiə-imami (təqribən 65 faiz), sünni-hənəfi və şafii məzhəbləri ilə təmsil olunmuşdur. 1944-cü ildənQafqaz Müsəlmanları Ruhani İdarəsi Bakıda fəaliyyət göstərir. Bu qurum Azərbaycanda islam dini icmalarınarəhbərlik edir. 1991-ci ildən Bakı İslam Universiteti fəaliyyət göstərir. 1992-ci ildən Bakı DövlətUniversitetində ilahiyyat fakültəsi açılmışdır.Ölkədə 1300-dən artıq məscid, 40 kilsə, sinaqoq və digər ibadət yerləri, 500-dək pir və ziyarətgahfəaliyyət göstərir.Azərbaycanda üç yəhudi icması - dağ yəhudiləri, əşkinazi yəhudilər və gürcü yəhudiləri icmalarımövcuddur. Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir.Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektanticmaları ilə təmsil olunmuşdur.Hazırda Azərbaycanda pravoslavlıq rus və gürcü pravoslav kilsələri ilə təmsil olunmuşdur. Ölkədəki ruspravoslav kilsələri 2000-ci ildə təsis edilmiş Bakı və Xəzəryanı Yeparxiyasında birləşir. Xristianlığın bu qoluBakıda Roma Katolik icması ilə təmsil olunmuşdur.Azərbaycanda həmçinin 12 molokan icması fəaliyyət göstərir.32

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!