12.07.2015 Views

Ümumi məlumat - Prezident Kitabxanası

Ümumi məlumat - Prezident Kitabxanası

Ümumi məlumat - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsiPREZİDENT KİTABXANASI─────────────────────────────────────────────────────────────────────────────────I. Keçmişdən bu günə AzərbaycanAzərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir. Bəşəriyyət bütün inkişaf dövrlərində butorpaqda öz tarixini yaşamışdır. İnsanlığın ilk çağlarında Azərbaycanda insan məskənləri olmuşdur. Bugünkübəşər mədəniyyətinin yaranması, tərəqqisi və dialektikasında Azərbaycanın öz yeri, öz payı vardır.Alimlər Azərbaycanın Qafqaz dağlarının ətəklərindən tutmuş, Xəzər sahilləri boyunca İran yaylasına qədəruzanan və Azərbaycan türkləri ilə məskunlaşmış bir əraziyə daxil olduğunu hesab edirlər. Əsasən əkinçilik vəheyvandarlıqla məşğul olan bu insanlar qeyd etdiyimiz ərazilərdə eramızdan əvvəl VII-VI minilliklərdənetibarən yaşamışdır.Bu gün alimlər Qobustan qayaüstü rəsmlərini eramızdan əvvəl VIII minilliyə aid edirlər. Qobustanqayaüstü rəsmlərinə aid olan qayıq və üzərindəki günəş təsvirləri qədim Azərbaycanın insan məskənləri iləmədəni irsə aid olan oxşar təsvirlərlə əks olunan Mesopotamiyanın Şumer-Akkad sivilizasiyaları arasındakıəlaqələrin əyani sübutudur.Eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərində Azərbaycanda ilk sinifli cəmiyyətyaranmağa başlayır. Bu cəmiyyətdə erkən şəhər sivilizasiyasının və erkən dövlət qurumlarının əlamətləri özünübüruzə verir. Elə bu zaman qədim Arattada erkən Kuti və Lullubi tayfa ittifaqları formalaşır. Qədim miximənbələrə görə eramızdan əvvəl III minilliyin 1-ci yarısında Urmiya gölünün cənub və cənub-şərq hövzəsinəqədər olan ərazidə ilk Azərbaycan dövləti - Aratta yaranmışdır. Eramızdan əvvəl 2300-cü ildən etibarən Urmiyagölünün cənub ərazisində ikinci qədim Azərbaycan dövləti-Lullubi yarandı. Eramızdan əvvəl III minilliyin 2-ciyarısında Urmiya gölünün qərb və cənub-qərb hövzəsində isə qədim Kuti dövləti yaranmışdır. Eramızdan əvvəl2175-ci ildə Kutilər Şumer və Akkadlara qalib gələrək onların üzərində 100 il hökmranlıq etmişlər.Qədim Azərbaycan ərazisində məskunlaşmış türkdilli xalqlar lap qədim dövrlərdən bəri atəşpərəst olmuşlar.Onlar dünyanın ən qədim dinlərindən biri olan Zərdüştlük dininə sitayiş edirdilər.Eramızdan əvvəl IX əsrin ortaları – VII əsrlərdə Urmiya gölü ərazisində idarəçiliyi digər qədim Azərbaycandövləti - Manna ələ aldı. Eramızdan əvvəl VII-VI əsrlərdə Azərbaycanın cənub-qərbində Kimmer-Skit-Sakşahlığı təşəkkül tapmışdır. Eramızdan əvvəl VI əsrin əvvəllərində qədim Manna süquta yetirildi.Eramızdan əvvəl IV əsrin sonu III əsrin əvvəllərində Azərbaycanın şimalında cənub sərhədləri Araz çayı iləhüdudlanan qədim Albaniya dövləti yarandı. Qədim Albaniya ərazisinə əksəriyyəti türk dilində danışan müxtəlifxalqlar daxil idi. Eramızdan əvvəl 313-cü ildən etibarən Albaniyada xristianlıq qəbul olunmağa başladı.Albaniya ərazisinə indiki Dağlıq Qarabağ ərazisi də daxil idi ki, bu da o zamanlar Arsax adlandırılırdı.Eramızdan əvvəl IV əsrdə Azərbaycanın cənubunda qədim Atropatena dövləti yaranmışdır. Bu zamanAtropatena qədim ellinizmin böyük təsirinə məruz qalmışdır.I-IV əsrlərdə bütün Qafqaz romalıların əsarəti altında qaldığı halda Albaniya öz təhsili, dili, mədəniyyəti iləinkişaf edən və siyasi cəhətdən müstəqil olaraq qalmaqda davam edən yeganə dövlət idi. Alban kilsəsi digərxristian kilsələrindən azad idi və Şimali Qafqazda və türkdilli xalqlar arasında xristianlığı təbliğ edirdi.Ərəblərin müdaxiləsindən sonra Azərbaycanda İslam dini VIII əsrin əvvəllərindən başlayaraq hakim dinəçevrildi. Albanların da əksəriyyəti islam dinini qəbul etdi. Yalnız xırda azlıqlar öz əvvəlki dinlərində qalmaqdaidilər. Alban və Atropatena əhalisinin vahid bir dövlətdə birgə yaşaması və eyni dinə etiqad etmələriAzərbaycan xalqının daha da möhkəmlənməsinə gətirib çıxardı.IX əsrin əvvəllərində Azərbaycanda Babəkin rəhbərliyi ilə Xürrəmilər hərəkatı geniş vüsət almağa başladı.Bu hərəkatın əsasında azadlıq, müstəqillik, ümumi bərabərlik ideyaları dururdu.IX əsrdə yerli əhali tərəfindən Xilafət əleyhinə qaldırılan üsyanların ardınca Azərbaycan ərazisində bir neçəyeni dövlət yarandı. Bunlardan ən güclüsü paytaxtı Şamaxıda yerləşən və Məzyədilər sülaləsi tərəfindən idarəolunan Şirvanşahlar dövləti idi. XVI əsrə qədər yaşayan bu dövlət orta əsr Azərbaycan tarixində böyük roloynamışdır. IX-XI əsrlərdə Azərbaycan ərazisində Sacilər, Salarilər, Rəvvadilər (paytaxtları Marağa, Ərdəbil vəTəbriz şəhərləri olmuşdur), Şəddadilər (paytaxtı Gəncə şəhəri olmuşdur) kimi müstəqil dövlətlər yaranmışdır.2

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!