Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsiPREZİDENT KİTABXANASI─────────────────────────────────────────────────────────────────────────────────Tərtər - 200Dünyada ən böyük göl -Xəzər dənizisahəsi 400000 km 2 , dərinliyi-1025 m.Ən yüksək dağ zirvəsiBazardüzü - 4466 m.34
Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsiPREZİDENT KİTABXANASI─────────────────────────────────────────────────────────────────────────────────Azərbaycanın coğrafi mövqeyi və sərhədləriAzərbaycan Respublikası Asiyanın cənub-qərb regionunda, Cənubi Qafqazın şərqində yerləşir. Onun şərqsahillərini Xəzər dənizinin suları yuyur. Sahəsi 86,6 min kv.km-dir. Ölkə 38 0 25'-41 0 55' şimal e.-ləri və 44 0 50'-50 0 51 ş. u.-ları arasında olan əraziləri tutur. Azərbaycanın şimaldan-cənuba uzunluğu 400 km, şərqdən qərbəeni 500 km-dən çoxdur.Azərbaycan Respublikası Avropa və Rusiyadan Asiya ölkələrinə gedən yollar üzərində əlverişli coğrafimövqeyə malikdir. Ölkənin qonşu dövlətlərlə əlaqələr saxlaması üçün geniş imkanlar vardır. Son vaxtlarMərkəzi Asiyanın türk dövlətlərinin müstəqillik qazanması, onların Türkiyə və Avropa ölkələri ilə əlaqələriningenişlənməsi ilə respublikanın İCM-nin əhəmiyyəti artır. Ayrı-ayrı ölkələrlə Azərbaycanın əlaqələriningenişlənməsi ilə eyni vaxtda müxtəlif regionlar arasındakı nəqliyyat əlaqələri sistemində onun strateji mövqeyiböyük əhəmiyyət kəsb edir.Ölkənin ucqar nöqtələri şimalda Quton dağı (3646 m), cənubda Astara çayından keçən xətt üzrə götürülür.Qərbdəki ucqar nöqtə Naxçıvanda yerləşən Sədərək rayonunda, şərqdəki isə Xəzər dənizində olan Neft Daşlarırayonunda yerləşir. Quruda respublikanın ucqar şərq nöqtəsi Şah dilində 50°23' ş. u.-dadır.Azərbaycanın sərhədlərinin ümumi uzunluğu 3359 km, o cümlədən quru sərhədləri 2646 km-dir. ŞimaldaRusiya Federasiyasının Dağıstan Respublikası ilə onun sərhədlərinin uzunluğu 390 km-ə çatır. Burada sərhədboyu Samur çayı, Sudur və Baş Qafqaz silsilələri yerləşir. Şimal-qərbdə Azərbaycanın qonşusu olan Gürcüstanilə 480 km-lik sərhəd xətti Qanıx (Alazan) və Qabırrı (İori ) çayları boyu aparılır. Quruda ölkənin ən uzunsərhədləri onu qərbdən əhatələyən Ermənistan ilədir. Sərhəd xəttinin ümumi uzunluğu burada 1007 km-dir. Buiki ölkəni ayıran xətt Kiçik Qafqaz dağlarına aid Murğuz, Şahdağ, Şərqi Göyçə, silsilələri və Qarabağ vulkanikyaylasının yüksək sahələrindədir. Naxçıvanda isə Zəngəzur Dərələyəz silsilələrinin suayırıcı xətti eyni zamandasərhəd xətləri kimi qəbul edilir. Hazırda müharibə vəziyyəti ilə əlaqədar Azərbaycanı Ermənistan ilə ayıransərhəd cəbhə xəttində yerləşir.Respublika cənub-qərbdə kiçik məsafədə (13 km) Türkiyə ilə, cənubda isə 756 məsafədə İranlahəmsərhəddir. Burada sərhəd Araz, Astara, Bolqar çayları və Talış dağları boyu keçir.Şərqdə Azərbaycanın ümumi sərhədlərinin 713 km-ni Xəzər dənizinin suları yuyur. Xəzərin Azərbaycansahillərində Abşeron yarımadası, Qızılağac, Qoltuq körfəzləri, Bakı və Pirsaar buxtaları ayrılır. Abşeronyarımadasının sonundakı Şah dili cənub istiqamətdə dənizə xeyli daxil olur. Onun sonunda Suiti burnu yerləşir.Xəzər dənizinin nisbətən düz olan sahil xətlərini Bəndovan, Pirsaat, Səngəçal, Şıx, Soltan, Hövsan Giləzi dili vəs. burunları pozur.Buxta-okean və dənizlərin sahillərində olan, dil və ya adalarla su hövzəsindən müəyyən qədər ayrılmışakvatoriyadır. Buxtalarda əlverişli limanlar tikilir, gəmilərin hərəkəti asanlaşır. Bakı buxtası Şah dili və Abşeronarxipelaqında olan adalar ilə Xəzər dənizdən müəyyən qədər təcrid olunur.Xəzər dənizində eyni adlı yarımadanın ətrafında Abşeron arxipelaqı, onlardan cənubda isə Bakı arxipelaqıkimi birləşən adalar qrupu vardır. Kürdili və Sarı yarımadaları Xəzərin səviyyəsinin qalxması ilə əlaqədaradalara çevrilmişlər. Pirallahı adasını qurudan ayıran Abşeron boğazından torpaq bənd çəkilmiş (1941) və oyarımadaya çevrilmişdir. Quru yolundan yuxarıda Şimali Abşeron, aşağıda Cənubi Abşeron körfəzi yerləşir.Abşeron arxipelaqına Pirallahı, Çilov, Böyük Zirə, Daş Zirə, Böyük və Kiçik Tava adaları daxildir. Bakıarxipelaqında Xərə-Zirə, Gil, Səngi-Muğan, Zənbil adaları vardır.İdarəetmənin həyata keçirilməsi, yaşayış məntəqələrinin iqtisadi, sosial və mədəni inkişafı üçünAzərbaycanın ərazisində 66 inzibati rayon, 77 şəhər, 130 şəhər tipli qəsəbə ayrılır. Bakı şəhəri inzibati ərazivahidində 11 rayon vardır. Bunlarla yanaşı ölkədə 13 respublika tabeli şəhər, Naxçıvan MR-də isə 7 inzibatirayon, 4 muxtar respublika tabeli şəhər mövcuddur.Azərbaycan respublika idarəetmə formasına malik olan ölkədir. Dövləti 5 il müddətinə seçilən prezidentidarə edir və o, ümumxalq səsverməsi yolu ilə seçilir. Ölkədə ali qanunverici orqan Milli Məclisdir.Konstitusiyaya görə Azərbaycan unitar inzibati-ərazi quruşuna malikdir. Lakin de-fakto (faktiki olaraq)35