12.07.2015 Views

Ümumi məlumat - Prezident Kitabxanası

Ümumi məlumat - Prezident Kitabxanası

Ümumi məlumat - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS
  • No tags were found...

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsiPREZİDENT KİTABXANASI─────────────────────────────────────────────────────────────────────────────────nəzarət altına aldı. Həmin ilin avqustun 5-9-da Qırmızı Ordu hissələri Zəngəzura soxularaq buradakı ermənigeneralları Dro və Njdenin qoşunlarını bölgədən qovub çıxardı. Lakin 1920-ci ilin avqustun 10-da SovetRusiyası ilə Ermənistan arasında müvəqqəti saziş bağlandı və onun şərtlərinə görə Şərur-Dərələyəz qeyd-şərtsizErmənistana verildi, Qarabağ, Zəngəzur və Naxçıvan isə yenə də «mübahisəli vilayətlər» elan olundu. BununlaRusiya Azərbaycan torpaqları hesabına Ermənistanı sovetləşdirmək siyasəti yürüdürdü. N.NərimanovMoskvaya göndərdiyi teleqramlarda Azərbaycanda sovet hakimiyyəti qurulana qədər mübahisəsiz sayılanvilayətlərin indi nədənsə mübahisəli sayılmasına qarşı ciddi etirazını bildirirdi.Ermənistan SSR yaradıldıqdan sonra (29. XI. 1920) Azərbaycan ərazisinə iddialar daha da artdı.N.Nərimanovun AK(b)P MK Siyasi və Təşkilat büroların 30 noyabr tarixli qərarını elan edərkən verdiyi bəyanatvə ertəsi gün qəzetlərdə onun saxtalaşdırılmış şəkildə dərc olunması həmin iddiaların daha da çoxalmasınasəbəb oldu. N.Nərimanov Ermənistan SSR yaradılması münasibətilə təbrik göndərilməsini təklif etmiş vədemişdi ki, «Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd yoxdur». Qəzetlərdə isə onunsözlərinə «Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanının ayrılmaz hissəsidir», «DağlıqQarabağın əməkçi kəndlilərinə öz müqəddəratını təyin etmək hüququ verilir» kimi təxribatçı fikirlər əlavəolunmuşdu. Həmin bəyanat ermənilərin yeni addımlar atmasına təkan verdi və dekabrın 25-də onlar Zəngəzurda«Azad Sünik hökuməti» təşkil etdilər. Zəngəzur qəzasının qərb hissəsi Ermənistanın əlinə keçdi. Bu bəyanatNaxçıvanın azərbaycanlı əhalisinin də ciddi narazılığına səbəb oldu. Əhalinin qapalı keçirilən rəy sorğusununnəticələrinə əsasən (90%) Naxçıvanın Azərbaycanın tərkibində qalması qərara alındı.Bölgədəki vəziyyətlə yaxından maraqlanan Türkiyə bundan əvvəl, yəni 1920-ci ilin dekabrın 2-dəErmənistan ilə Gümrü (Aleksandropol) müqaviləsini bağlamışdı və İrəvan bölgəsi və Göycə gölü istisnaolmaqla bütün Ermənistan ərazisi Türkiyənin himayəsinə keçmişdi. Lakin Sovet Rusiyası Gümrü müqaviləsinitanımaqdan imtina etdi.1921-ci ilin fevral-mart aylarında Naxçıvan ərazisi yenidən müzakirə obyektinə çevrildi. Göstərildiyi kimi,1921-ci ilin yayında ermənilər Naxçıvana hücum etmişdilər və türk qoşunları tərəfindən bölgədənçıxarılmışdılar. 1921-ci ilin martın 16-da isə RSFSR ilə Türkiyə arasında Moskva müqaviləsi imzalandı vəqərara alındı ki, tərəflər müqavilənin 3-cü maddəsində göstərilən sərhədlər çərçivəsində Azərbaycanın himayəsialtında Naxçıvanın muxtar ərazi olmasına razılıq verirlər və Azərbaycan onu üçüncü dövlətə güzəştəgetməməlidir. Bununla da, Naxçıvan məsələsi özünün ədalətli həllini tapdı və Azərbaycan ərazisinin bütövlüyüqismən olsa da, qorunmuş oldu. Moskva müqaviləsinin şərtləri 1921-ci ilin oktyabrın 13-də bağlanmış Qarsmüqaviləsi ilə daha da möhkəmləndirildi; Naxçıvanın sərhədləri və gələcək statusu qəti olaraqmüəyyənləşdirildi. Müqavilə müddətsiz imzalandı və bu Naxçıvanın gələcək taleyi üçün mühüm əhəmiyyətkəsb etdi. Bununla bərabər, Naxçıvan ilə bağlı mübahisələr səngimədi. Diyarın sonrakı statusununmüəyyənləşdirilməsində bir neçə mərhələ baş verdi: Naxçıvan əvvəlcə «Naxçıvan SSR» adı ilə AzərbaycanSSR himayəsində muxtar respublika (22. V. 1922), sonra Azərbaycan SSR tərkibində «Muxtar ölkə»(11. XII. 1923), daha sonra yenə də Azərbaycan SSR tərkibində «Naxçıvan SSR» (11. XII. 1923) statusu iləfəaliyyət göstərdi. Nəhayət, 1924-cü ilin fevralın 9-da «Naxçıvan MSSR» təsis olundu.Naxçıvan Muxtar SSR ərazisi şimalda və şərqdə Ermənistan SSR ilə (224 km sərhəd xətti ilə), qərbdə vəcənubda Türkiyə (11 km) və İranla (163 km) həmsərhəd olmuşdur. Sahəsi 5,5 min kv.km idi. Azərbaycanərazisinin 6,4%-ni təşkil edirdi. Respublika 5 inzibati rayonu - Babək, Noraşen, Ordubad, Culfa və Şahbuzrayonlarını birləşdirirdi. Onun tərkibində 4 şəhər, 2 şəhər tipli qəsəbə, 215 kənd və qəsəbə var idi. PaytaxtıNaxçıvan şəhəri idi. Naxçıvan MSSR-in Türkiyə ilə çox da uzun olmayan sərhədi bölgənin gələcəktəcavüzlərdən qorunması və eləcə də, iqtisadi və mədəni həyatında mühüm rol oynadı.Azərbaycan Xalq Cümhuriyyətinin XI Qırmızı Ordu tərəfindən işğalından sonra Qarabağ məsələsi nəinkisəngidi, əksinə daha qabarıq şəkildə meydana çıxdı. Ermənistan hər bir vasitə ilə Qarabağın dağlıq hissəsini ələkeçirməyə can atırdı. Bu dövrdə «Dağlıq Qarabağ» istilahı da ortaya atıldı. Əslində Qarabağın dağlıq və düzənəraziləri tarixən birgə fəaliyyət göstərmiş və iqtisadi-ictimai, mədəni cəhətdən sıx bağlı idilər. 1920-ci iliniyunun 19-da Ermənistan hökuməti Dağlıq Qarabağın Ermənistanın ayrılmaz hissəsi olduğu barədə bəyanatverdi. Lakin, həmin cəhdin qarşısı alındı. 1920-ci ilin iyunun 27-də Azərbaycan K(b)P-nin Siyasət və Təşkilat40

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!