12.07.2015 Views

Ümumi məlumat - Prezident Kitabxanası

Ümumi məlumat - Prezident Kitabxanası

Ümumi məlumat - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS
  • No tags were found...

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsiPREZİDENT KİTABXANASI─────────────────────────────────────────────────────────────────────────────────VIII. ƏhaliƏhalinin sayının dinamikası və təbii artımı2009-cu ilin aprelində keçirilən əhalinin siyahıyaalmasının nəticələrinə görə Azərbaycanda əhalinin sayı8896,9 min nəfər olmuşdur. 2013-cu il yanvarın 15-də isə ölkədə əhalinin sayı 9356,5 min nəfərə çatmışdır.Təxmini hesablamalara görə, dünyanın ayrı-ayrı ölkələrində (67-yə qədər) cəmi 44,2 mln nəfərdən çoxazərbaycanlı yaşayır.XX əsrin birinci yarısında Azərbaycanda əhalinin artımına Birinci Dünya müharibəsi, 1918-1920-ci illərdəölkədə baş verən inqilabi çevrilişlər, xarici müdaxilə və vətəndaş müharibəsi, 30-cu illərdə ölkədə tüğyan edənkütləvi repressiyalar (30 min nəfərə qədər əhali məhv edilmişdir) mənfi təsir etmişdir. Məsələn, 1913-1920-ciillərdə Azərbaycanda əhalinin sayı 386,9 min nəfər azalmışdır (16,6%). İkinci Dünya müharibəsində olan itkilər(300 min nəfər) də burada əhalinin sayının azalmasına səbəb olan əsas hadisələrdən biridir. Məhz bu dövrlərdəəhalinin güclü emiqrasiyası da baş vermişdir. Əhalinin sayının müharibədən əvvəlki səviyyəsi yalnız 1955-ciildə bərpa edilmişdir (3277,2 min nəfər).Azərbaycan artıq əhalinin təbii artım göstəricilərinə görə birinci tip ölkələr qrupuna daxil olmuşdur. Ölkədəəhalinin orta ömür müddəti 73,9 il, o cümlədən qadınlar üçün 76,6 il, kişilər üçün 71,3 ildir.Əhalinin ümumi artımına təsir edən göstəricilərdən biri də 1 yaşa qədər uşaqlar arasında olan ölümhallarıdır. 2012-ci ildə bu göstərici hər min nəfərə 10,8 (cəmi 1884 nəfər) olmuşdur.Əhalinin miqrasiyasıƏhalinin miqrasiyası ayrı-ayrı vaxtlarda ölkədə baş verən ictimai-siyasi və tarixi-iqtisadi amillərin təsiri iləgetmişdir. XIX əsrin əvvəllərində (1828) Azərbaycan Rusiyanın tərkibinə qatıldıqdan sonra bura əvvəlcəermənilər (xüsusilə Qarabağa), əsrin ikinci yarısında Muğana, Gədəbəyə, Dağlıq Şirvana və Abşerona ruslarimmiqrasiya etmişlər. XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakıda neft sənayesinin inkişafı ilə əlaqədardünyanın bir çox regionlarından bura müxtəlif millətlərin nümayəndələri gəlmişlər.İkinci Dünya müharibəsi zamanı keçmiş SSRİ-nin müharibə gedən ərazilərindən köçürülən rus, ukraynalı,belorus və digər millətlərin bir hissəsi də respublikamıza gəlmişdir. XX əsrin 60-70-ci illərindən isə əhaliAzərbaycandan Rusiya, Ukrayna, Belorus və Mərkəzi Asiya respublikalarına gedir. İlk vaxtlarda hər ilrespublikamızdan 0,4-40 min nəfər adam Rusiyanın Moskva, Sankt-Peterburq şəhərlərinə, Sibir, Uzaq Şərq vədigər regionlarına emiqrasiya etmişlər. 1948-53-cü illərdə Ermənistandan 150 min nəfərə yaxın azərbaycanlıtarixi torpaqlarından respublikamıza köçürülmüşdür.1988-ci ildən sonra Qafqazda ictimai-siyasi vəziyyətin gərginləşməsi ilə əlaqədar Ermənistandan 190 minnəfərdən çox azərbaycanlı, Mərkəzi Asiyadan (Özbəkistan və Qırğızıstandan) 25 min nəfər türk Azərbaycanapənah gətirmişdir. Həmin dövrdə Bakıda və Ölkənin digər ərazilərində yaşayan 500 min nəfərdən çox erməni,həmçinin başqa rusdilli əhalinin müəyyən hissəsi (ruslar, yəhudilər) respublikanı tərk etmişlər. Hazırda ölkədəmiqrasiya saldosu ildə mənfi 4-5 min nəfərdir. Son iki əsr ərzində 1,5 mln nəfər azərbaycanlı Ermənistandakıtarixi torpaqlarından qovulmuşdur.Ölkə daxilində əhalinin miqrasiyasının əsas istiqaməti kəndlərdən şəhərlərə doğrudur. Miqrasiya edənəhalinin 1/5-i Bakıya gəlir. Son vaxtlar Qarabağ və Ermənistanla sərhəd rayonlarından köçürülən əhalirespublikanın digər ərazilərində, xüsusilə Abşeronda yerləşdirilir.Əhalinin cins-yaş quruluşuXX əsrin əvvəllərində Bakıda neft sənayesinin sürətlə inkişaf etməsi prosesində ölkəyə əsasən kişi cinsliəhali gəlirdi. Nəticədə burada əhalinin ümumi sayında kişilərin sayı çoxalmışdır.44

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!