14.07.2017 Views

SPORTSMAN-102IC

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

gИmnastИka

S P O R T S M A N

kilən idmançılar finala yüksəlməyi

bacarıblar.

Tamblinqçi Mixail Malkin təsnifat

mərhələsini dördüncü pillədə

başa vurub. O, finalda daha

uğurlu çıxış edərək, Dünya kubokunun

gümüş medalını qazanıb.

Toplamda 72,100 nəticə göstərən

təmsilçimiz, böyük britaniyalı rəqibini

az fərqlə üstələyib. Bu növdə

gözlənildiyi kimi, Rusiya idmançısı

Qriqori Noskov fəxri kürsünün ən

yüksək pilləsində yer alıb.

Batut yarışlarının finalında İlya

Qruşinin yığmamıza medal qazandırıb.

O, yalnız rusiyalı həmkarı

Mixail Melnikdən geri qalıb.

Qeyd edək ki, adıçəkilən idmançı

son dünya çempionatının mükafatçısıdır.

Əvəzində digər rusiyalı,

Olimpiya oyunlarının gümüş mükafatçısı

Dmitri Uşakov medalçılar

arasında yer ala bilməyib. Bu növdə

qadınların yarışında ilk iki pillə

Rusiya idmançılarına nəsib olub.

Bürünc medala belaruslu batutçu

yiyələnib.

Qadınların sinxron yarışlarında

Makstareva-Zemlyanaya cütlüyü

ölkəmizə medal qazandırıb.

Təmsilçilərimiz yalnız Belarus komandasından

geri qalaraq, fəxri

kürsünün ikinci pilləsində yer alıb.

Dünya kubokunda analoji yarışda

kişilərin mübarizəsində Qazaxıstanı

təmsil edən Pirməmməd Əliyev-Danil

Mussabayov dueti qalib

olub.

Nəticədə yığmamız Dünya kuboku

yarışlarını üç medalla başa

vurub. Komandamızın qazandığı

hər üç medalın əyarı gümüş

olub. Əldə olunan nəticələr batut

və tamblinq növlərində yığmamızın

uğurlu nətiəcələr qazanmaq

gücündə olduğunu sübuta yetirir.

Ümid edirik ki, gələcəkdə təmsilçilərimizin

əldə etdikləri uğurlar

daha da artacaq.

İlyan Qruşinin: “Fərdi proqramda

hər şey uğurlu alındı. Gümüş

medal qazandım. Biz daha çox

sinxron çıxışlara ümid edirdik, lakin

yekunda hər şey qəfil dəyişdi

və biz dördüncü yeri tutduq. Bu

məni çox əsəbiləşdirdi. Əlbəttə,

mən medal olacağından yüz faiz

əmin deyildim, çünki bu çox çətindir.

Həm də nəzərə alsaq ki, yarışlarda

Olimpiya çempionu, Olimpiadanın

gümüş medalçısı iştirak

edirdilər. Düşünürəm ki, bu, mövsüm

üçün əla başlanğıcdır. Daha

yaxşı nəticə qazanmaq olar, bəzi

məqamları düzəltmək üçün avqusta

qədər vaxtımız var.

Mən özümə əmin idim və

sinxron çıxışlara başlayanda sakit

idim, amma partnyoruma görə

narahat idim. Lakin ona kömək

edə bilmədim, çünki hər kəs öz

hərəkətlərinə cavabdehdir. Düşünürəm

ki, gələcəkdə Oleqlə birlikdə

hətta birinci yer uğrunda mübarizə

aparacağıq”.

Vidadi Baxşiyev

28 спортсман № 102 / 2017

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!