14.07.2017 Views

SPORTSMAN-102IC

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

S P O R T S M A N ТЕННИС

Onu tennisin Kralı

adlandıran çoxdur.

Yəqin ki, söhbətin

Roje Federerden

getdiyi hamıya gün

kimi aydındı. İsveçrəli

tennisçi «Australian

Open»də bir daha

nəyə qadir olduğunu

sübuta yetirdi. 36 yaşlı

tennisçi mövsümün

ilk «Böyük Dəbilqə»

yarışında qələbə qazanmaqla,

tarixi uğura

imza atdı.

möhtəşəm dönüş

Əksəriyyət Federer erasının bitdiyini

düşünürdü. Çünki isveçrəli

idmançı sonuncu dəfə «Böyük dəbilqə»

yarışında 2012-ci ildə qələbə

qazanmışdı. Beş il əvvəl «Uimbildon

Open»də qalib gələn Federer, sonradan

Novak Cokoviç, Rafael Nadal,

Endi Murrey kimi idmançıların kölgəsində

qalmışdı. Arxada qalan illər ərzində,

o, üç dəfə final oynasa da (iki

dəfə «Uimbildon Open»də, bir dəfə

«Rollan Qarros»da), hər üç halda

Cokoviçə məğlub olmuşdu. Yaşının

ötməsi tennis mütəxəssislərinə Rojenin

bir daha əvvəlki səviyyəyə qayıtmayacağına

əsas verirdi. Müəyyən

zədələrdən əziyyət çəkməsi də

təcrübəli tennisçiyə mane olurdu.

Dizi və belindəki ağrılar ona əziyyət

verirdi. Buna səbəb kimi, Federer

yayda tennisə fasilə vermək qərarına

gəlmişdi.

Təxminən 6 aylıq istirahətdən

sonra təcrubəli tennisçi 2017-ci

ilin əvvəlində yığmanın heyətində

«Hopman Cup»da iştirak edir.

«Australian Open»ə hazırlaşan Federerin

Zverevə (Almaniya) uduzması

çoxlarını düşündürməyə bilməzdi.

Amma Melburnda hər şey

əksinə oldu.

Reytinq sırılamasında 17-ci olan

Federeri çətin sınaq gözləyirdi. O,

qələbəyə gedən yolda Endi Murrey,

Stanislav Vavrinka, Kei Nişikori kimi

tennisçilərlə qarşılaşa bilərdi. Roje

ilk görüşdə avstriyalı Melzerin ciddi

müqaviməti ilə üzləşdi. Birinci setdə

2:4 hesabı ilə uduzmasına baxmayaraq,

Federer vəziyyəti öz xeyrinə

dəyşərək, 7:5 hesabı ilə qələbə qazandı.

Növbəti setdə ssenari əks

istiqamətdə cəyəran etdi. Setin əvvəlində

önə keçən Roje, üstünlüyünü

qoruya bilmədi. Növbəti setlərdə

daha inamlı təsir bağışlayan isveçrəli,

rəqibin səhvlərindən lazımınca

istifadə edib qələbəni bayram etdi.

Ardıcıl iki oyunda Federerin işi

çox olmadı. Amerikalı Rubin və çexiyalı

Berdıx ilə görüşlərdə Roje tam

üstünlüklə qələbə qazandı. Halbuki,

Berdıxlə görüşdə qəhrəmanımızın

çətinlik çəkəcəyi gözlənilirdi. Kei Nişikori

ilə qarşılaşma gözlənildiyi kimi

gərgin mübarizə şəraitində keçdi. 3

saat 27 dəqiqə və beş set davam

edən matç, sonda isveçrəlinin qələbəsi

ilə başa çatdı. Dörddəbir finalda

спортсман № 102 / 2017

55

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!