14.07.2017 Views

SPORTSMAN-102IC

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

аьыр атлетика

S P O R T S M A N

edən, gələcəyin dünya və ya Avropa

çempionu, Olimpiya medalçısı

qızlarımız var?

– Bəli, potensialı olan, yaxşı texnikalı,

əzmkar, ambisiyalı qızlarımız

var. Görünür ki, öz üzərilərində çalışsalar,

böyük qələblər qazana bilərlər.

Məşqçi işi də vacibdir. Çünki yeniyetmə

qızlarımızda texniki baxımdan

çatışmazlıqlar, səhvlər var. Hazırda

onları həll etməyə çalışırıq. Texnikanı

yeniləmək yenisini tətbiq etməkdən

daha çətindir. Ancaq hər keçən gün,

hər həftə inkişaf edirik. Nəticələri

görürəm və buna sevinirəm. Martda

Azərbaycan çempionatı olacaq, orada

hamınız əldə olunan irəliləyişin

şahidi olacaqsınız.

– Bəs beynəlxalq yarışlar?

– Bunun üçün bir qədər vaxt lazımdır.

Təbii ki, orada da nəticələr

olacaq. Amma bunun üçün məşqlər

daha da intensivləşməli, sürəklilik artmalıdır.

Düşünürəm ki, təxminən 2-3

aya yaxşı nəticələrə yaxınlaşa biləcəyik.

– Ötən il də nəticələr pis olmadı…

– Elədir. İstər gənclərin, yeniyetmələrin

Avropa birinciliyində, istərsə

də İslam Həmrəyliyi İdman Federasiyasının

ağır atletika çempionatında

medallar qazandıq. Qızlarımız fəxri

kürsüdə yer aldılar, çempion oldular.

İordaniyadakı yarış qarşıdakı IV İslam

Oyunlarına yaxşı sınaq idi və biz

ondan üzüağ çıxdıq.

– Ümumilikdə, Azərbaycan ağır

atletikası barədə fikrin necədir?

– Üzərində çalışası çox iş var.

Mən kişilərdən ibarət yığmamız haqda

çox məlumatlı olmasam da, görürəm

ki, istiqamət doğru götürülüb.

Hazırda yeni nəsil ağır atletlər yetişir.

Diqqətin buna yönəldilməsi vacibdir.

42 спортсман № 102 / 2017

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!