14.07.2017 Views

SPORTSMAN-102IC

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

S P O R T S M A N ЭЦЛЯШ

istəyirəm ki, idmançının hazırlığı ilk

olaraq mənəvi və psixoloji hazırlıqdan

başlamalıdır.

- Söz düşmüşkən bir qədər də

xeyriyyə turniri barədə...

- Mən yarış haqqında onu da

demək istərdim ki, yarışma komandalar

arasında keçirildi, ona görə ki,

istəmədim xeyriyyə yarışında 1-ci,

2-ci və 3-cü yeri tutan, sevinən və

məyus olan idmançı olsun. İstədim

ki, bu yarış xeyriyyə bayramı ruhunda

keçirilsin. Ona görə də yarış qurtardıqda

iştirak edən yüzdən yuxarı hər

bir idmançıya “Mən xeyriyyəçiyəm”

diplomu təqdim edildi. Bu diplom idmançının

mənəvi yüksəlişinə təkan

olacaq. Bundan əlavə hər bir iştirakçıya

“İdmançının qələbə psixologiyası”

kitabı hədiyyə edildi ki, o da özlüyündə

idmançının maariflənməsinə

xidmət edəcək. Üçüncü hədiyyə olan

canlı güllər isə həyat rəmzini, gələcək

nəsli həyatın əbədiliyini qoruyan

bir nəsil kimi yetişməsinin simvolu idi.

Mən çox istərdim bu xeyriyyə

aksiyası hətta beynəlxalq səviyyədə

keçirilərək, Azərbaycanın idman

ölkəsi olduğunu dünyaya bir daha

sübut etsin.

- Kazım müəllim, keçirdiyiniz

yarışda bir çox plakatlar və şuarlar

var idi, ancaq biri mənim diqqətimi

daha çox çəkdi. “Xeyriyyəçinin

böyüyü və kiçiyi olmaz” şuarı...

- Mən o şuarla onu demək istəmişəm

ki, xeyriyyə qutusuna atılan

1 manatın sahibi ilə 100.000 manat

atan insanın səviyyəsi və savabı Allahtəala

yanında eynidir və hər hansı

bir insan 5 yaşında və 100 yaşında

da xeyriyyəçi ola bilər. Təki o, mənəvi

yüksələrək, etdiyi xeyriyyə işini əqlən

və qəlbən duyaraq şüurlu surətdə etmiş

olsun.

- İdmanımıza nə arzu edərdiz?

- Mən arzu edərdim ki, idmanımız,

insanı şəxsiyyət zirvəsinə yüksəldən

bir vasilə kimi insanlığa xidmət etsin.

Eləcə də idmançılarımız böyük

arenalarda öz sözünü deyərək, sübut

etsin ki, Azərbaycan idman ölkəsidir.

Bunun da yolu ilk olaraq maariflənmədən,

şüurlu və elmli tədrisdən

keçir. Necə ki, hörmətli Prezidentimiz

İlham Əliyev demişdir: “Elmsiz idmanın

gələcəyi yoxdur”.

- Kazım müəllim, bir qədər də

gələcək planlar barədə...

- Mənim gələcək planımın əsası

odur ki, Allahtəala mənə imkan

versin, yer üzündə elə bir iş, elə bir

əməl, elə bir iz qoymağa qadir olum

ki, insanlar məndən sonra da ondan

istifadə edərək faydalana bilsinlər. O

ki, qaldı arzularıma istərdim nə qədər

ki, sağam, digər inkişaf etmiş ölkələrdə

olduğu kimi bizdə də idmanın elmi

araşdırmalar mərkəzi, idmançının

psixo-diaqnostik mərkəzi, məşqçinin

tədris mərkəzi olsun. Torpaqlarımızın

bütövlüyünü görərək bir neçə il özümü

və xalqımızı xoşbəxt olaraq yaşadığını

görüm və hiss edim.

Cavid Allahverdiyev

спортсман № 102 / 2017

47

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!