14.07.2017 Views

SPORTSMAN-102IC

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

S P O R T S M A N

АИЖА

MALTADA İŞGÜZAR GÖRÜŞLƏR

İdman Mətbuatı üzrə Avropa

İttifaqı – AİPS EUROPE / UEPS icraiyyə

komitəsinin bu il fevral ayının

20, 21-də keçirilən toplantısı

zamanı Aralıq dənizinin üzük qaşı

sayılan Malta dövlətinin qəzetləri,

teleradio kanalları, internet portalları

öz xəbər proqramlarını bu

əlamətdar tədbirə həsr etdilər.

AİPS EUROPE / UEPS icraiyyə

komitəsinin hazırki tərkibi fəaliyyətdə

olduğu son üç il ərzində Bakıda

(Azərbaycan), Parisdə (Fransa),

Minskdə (Belorus), Dohada (Qətər),

Milanda (İtaliya), San Marinoda (San

Marino), Verdendə (Avstriya) toplanıblar.

Əvvəılcə bu suallara bir daha

aydınlıq gətirək – AİPS EUROPE /

UEPS nə deməkdir, hərfi abbluaviaturası

hansı mənanı verir, missiyası

nədir, neçə dövləti əhatə edir və s.

AİPS EUROPE/UEPS AİJA-nın

1997-ci ildən üzv olduğu qitə təşkilatıdır.

1924-cü il iyulun 2-də Fransa

paytaxtı Parisdə keçirilən Yay

Olimpiya Oyunları zamanı müxtəlif

ölkələrin idman jurnalistləri bir araya

gələrək Beynəlxalq İdman Mətbuatı

Assosiasiyasının əsasını qoyublar,

təşkilatın adı da fransızca qəbul olunub:

“Association Internationale de

la Presse Sportive”. Bu sözlərin hərfi

abbleviaturası, yəni, baş hərflərinin

birləşməsi AİPS ifadəsini yaradıb.

UEPS anlayışı da bunun kimi - fransız

dilində təşkilatın adının baş hərflərindən

yaranıb: UNION EUROPE-

ENNE de la PRESSE SPORTIVE

(UEPS) , yəni İdman Mətbuatı üzrə

Avropa İttifaqı. Bu ifadələr başqa dillərə

tərcümədə dəyişilmir.

Əslində AİPS və UEPS istər yazılı

mətbuat olsun, istər televiziya, istər

radio, istər elektron KİV, istər informasiya

agentliyi, ümumiyyətlə kütləvi

informasiya vasitələrində çalışan və

müntəzəm çıxış edən yaradıcı insanların

beynəlxalq peşəkar yaradıcılıq

birlikləridir. Sadəcə, həmin vaxtlar teleradio

o qədər də inkişaf etmədiyindən,

KİV-lər arasında yazılı mətbuat

dominantlıq etdiyindən qurumlar belə

adlandırılıb, tarixə xələl gəlməsin

deyə, sonralar da dəyişdirilməyib.

спортсман № 102 / 2017

33

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!