14.07.2017 Views

SPORTSMAN-102IC

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

“Sportsman” jurnalının Azərbaycan Gənclər və

İdman Nazirliyi və Azərbaycan İdman Jurnalistləri

Assosiasiyasının dəstəyi ilə düzənlənən “Zəfər-2016”

Beynəlxalq İdman Mükafatının növbəti təqdimetmə

mərasimi keçirildi. “JW MARRIOTT ABSHERON

BAKU” hotelində baş tutan tədbirdə idman ictimaiyyətinin

nümayəndələri – müxtəlif illərdə Olimpiya

və dünya çempionu titullarını qazanan idmançılar,

onların məşqçiləri, federasiya nümayəndələri, ölkəmizdə

fəaliyyət göstərən aparıcı holdinq və şirkətlərin

rəsmiləri və incəsənət xadimləri iştirak edirdilər.

2007-ci ildə təsis olunan və 10 yaşını qeyd edən

“Zəfər-2016” Beynəlxalq İdman Mükafatı öz qaliblərinə

təqdim edildi. İdman ictimaiyyəti arasında keçirilən rəy

sorğusuna görə, il ərzində uğur qazanan idmançılar və

idmana dəstək verən federasiya və şirkətlər mükafatlandırıldılar.

Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycan Gənclər

və İdman nazirliyinin “İdman” şöbəsinin müdiri, Olimpiya

və dünya çempionu Fərid Mansurov, nazir Azad Rəhimovun

təbrikini çatdırdı. O, 2016-cı ildə idmançılarımızın beynəlxalq

arenada əldə etdikləri uğurlardan danışaraq, əldə

olunan nəticələri yüksək qiymətləndirdi. Azərbaycan Kapoeyra

Federasiyasının prezidenti Taleh Orucovun Ümumdünya

Kapoeyra Federasiyasına prezident seçilməsini

xüsusi vurğulayan Olimpiya çempionu, Taleh Orucova və

“Sportsman” jurnalına gələcək işlərində uğurlar arzuladı.

Sonra mükatalandırma mərasiminə start verildi. Müxtəlif

nominasiyalar üzrə ilin qaliblərinə diplom və hədiyyələr

təqdim olundu. Böyük maraqla gözlənilən “İlin idmançı”sı

nominasiyasında Rio-2016 Olimpiadasının çempionu Radik

İsayev qalib elan olundu.

Tədbirdən fotoreportajı diqqətinizə təqdim edirik.

P.S. “Sportsman”, tədbirin keçirilməsində göstərdikləri

dəstəyə görə “Aztol Motors”a, “Gilan” Holdinqə, “AAAF

Park”a, “AzərTürk Bank”a, “ESPA at FAİRMONT BAKU”-

ya, “AzərİdmanServis”ə, “Atlant İstirahət Mərkəzi”nə, “Tovuz

Baltiya”ya, “Offissa Dizayn”a, “Emiliana Paratti”yə,

“Vita1000” şirələrinə, “Gədəbəy” mineral sularına, “King

Elektroniks”ə, “Delta Med”ə, “Sirab ” mineral sularına,

“Otaçi” məhsullarına, “NH Group”a və Fəxriyyə Xələfovaya

dərin təşəkkürlərini bildirir.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!