25.03.2019 Views

Ələsgər Əhməd. Bir ovuc suda (şeirlər).

Gənc şair Ələsgər Əhmədin ilk kitabı olan “Bir ovuc suda” adlı şeirlər toplusunda son illərdə yazdığı poeziya nümunələri toplanıb. Müxtəlif mövzu və vəziyyətlərə həsr olunan bu şeirlərdə bir gəncin poetik qavrayışlarının məcmusunu görmək olar. “Bir ovuc suda” – “İlk kitab” silsiləsinin sayca üçüncü kitabıdır.

Gənc şair Ələsgər Əhmədin ilk kitabı olan “Bir ovuc suda” adlı şeirlər toplusunda
son illərdə yazdığı poeziya nümunələri toplanıb. Müxtəlif mövzu və vəziyyətlərə həsr olunan bu şeirlərdə bir gəncin poetik qavrayışlarının məcmusunu görmək olar.
“Bir ovuc suda” – “İlk kitab” silsiləsinin sayca üçüncü kitabıdır.

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Ələsgər Əhməd

BIR OVUC SUDA

(şeirlər)

Redaktor:

Rəbiqə Nazimqızı

Naşir:

Müşfiq XAN

Korrektor:

Dürdanə Ramazanlı

Texniki redaktor:

BəxtiYar

Rəssam:

Jalə Məmmədzadə

Dizayn və qrafika:

Gülnar Hacıyeva

© Ələsgər Əhməd. Bir ovuc suda (şeirlər)

© "XAN" nəşriyyatı. Bakı–2019. 148 səh.

ISBN: 9090701428631

Gənc şair Ələsgər Əhmədin ilk kitabı olan “Bir ovuc suda” adlı şeirlər toplusunda

son illərdə yazdığı poeziya nümunələri toplanıb. Müxtəlif mövzu

və vəziyyətlərə həsr olunan bu şeirlərdə bir gəncin poetik qavrayışlarının

məcmusunu görmək olar.

“Bir ovuc suda” – “İlk kitab” silsiləsinin sayca üçüncü kitabıdır.

© Ələsgər Əhməd / 2019

© "XAN" nəşriyyatı / 2019

Burdakı şeirlər iddiaları böyük, taleləri kiçik mətnlərdir.

Bunlara xatirələrdən yaranan “çıxış yolları” da demək olar. Misralar

səni müharibəyə yox, sülhə çağırır, amma tətiyi çəkmək hədəsiylə.

Bu şeirlər hamı üçündür: yeddi yaşında da, yetmiş yaşında da oxuya

bilərsən. Bunlara heç bir ideologiyaya söykənməyən, asılılığa məğlub

olmayan şeirlər də demək olar.

Hamıya poetik mütaliə arzu edirəm.

Ələsgər Əhməd

Şeir – lalın “qal” deməsidir...

Gənc yaşda aramızdan ayrılan qələm dostumuz

Məlik Cahanın əziz xatirəsinə ithaf olunur.

Əlləri yox idi

Xəstəyəm...

Avtobusda dünya turu düşünürəm:

Siqnalıyla piyada keçidləri qəzaya uğrayır,

On barmaqdan tənha qalan ovuclarım ağrıyır.

Başımı söykəmişəm, üşüyürəm.

Belə də olmalıdı,

çiyin deyil pəncərə.

Aptekin dərmanları dəyib düşür yerə,

Yağış da var, asfalt sağalmalıdı.

Qorxuram ki, bu yol məni öldürəcək,

Strengerin saqqalı qədər uzundu.

Gecəni alqışlayıram,

Sonuncu arzumuz da sürüşən ulduzundu.

Körpülərin ayaqları sızıldayır yağışdan,

Bu mavi buludlar da

kişi deyil doğuşdan.

Beşinci mərtəbənin mətbəxində

tələyə düşən siçan da azadlıq ciyildəyir, Ya Rəbb!

İyirmi yaşlı tələbə qız da imtahan qorxusundan

siqaret tüstüsündə inildəyir, Ya Rəbb!

Arazın o tayındayam,

burdan əl sallayıram...

Bütün məktublar Kürə axır.

Hər gün kartof yediyim üçün, ağlayıram

gözümdən püre axır.

Yanımda bir qadın deyinir,

deyinir ki, darıxma,

Soruşur:

– Daha çox danışan sevir,

yoxsa daha çox susanmı?

Darıxma, bala, darıxma.

Çönüb deyəsən ki:

7

– Darıxma, xala, darıxma,

Bu şəhər sənə də darıxmağı öyrədər.

Bu yazıq xalqın bir el deyimi var:

“Bir şeyi et, sonra xor gör”.

Sən bu günəcən

əynindəki gödəkçənin tər iyinə darıxdığı qədər

kimin üçünsə darıxmısanmı?

Başım üstdə telefonu izləyənlər,

Kaş, gedənləri də izləyərdilər.

Məsələn:

– Ölü canların harda bitdiyini,

Revmatizmadan ona gedən ayaqlarımın

tapmayıb, hara getdiyini,

Zəng edib deyərdilər,

– indi,

vallah indi bilirəm ki,

heykəllər göyərçinlərə oyuncaqmış,

Güllələri dən əvəzi səpələmək də ancaqmış.

Hə, bu da son dayanacaq:

– Artıq burdan başlayır müharibələr

və görürsən, gərəksizdir müdafiələr,

Gərəksizdir, Əfəndi,

Bu dünyanın adicə sülh bayrağı da kəfəndi.

Elə o gündən

polislər qırmızı keçidlərdən

pişiklər, itlərdən qaça bilmirdi,

Afinalı əsgərlərin

Allahları dualara tox idi.

Hər gün məktub göndərirdin,

aça bilmirdi

Ki, əlləri yox idi.

8

Ən gözəl aktrisaya

Caynaqlardan düşən

ağ bayraqlar islanmışdı mavi gözlərində,

Həyatından 10 il kəsmişdilər,

Yaşamağı insana çevirmişdin.

Bərk-bərk qucaqlamışdı qolların

ən azı 10 qatilin

ölümü tapılmışdı barmaq izlərində.

Fərqli-fərqli ölkələrin azadlığını qusmaq üçün

İstifadə edirdin ayaqyolların.

Sən yox ikən,

kişilər qışqırmaq üçün,

qadınlar susmaq üçün doğulurdu,

Uşaqlığın partlayan topdan fərqlənməyən

məhəllədə

cinayət işlərinə pəncərədən baxılırdı,

İstanbulu gəmilərdən azad etmişdin

1453-cü məcəllədə.

Dizlərini qucaqlayıb isitsən də,

nə fayda? Əllərin ki, buz idi,

Məktəb vaxtı biləyinə çəkdiyin ay da,

səndən başqa hamıya sonsuz idi.

Hipokratın goruna

and içmələrini eşitsən də,

Yenə onu geri qaytarmaq istəyirdi həkimlər.

Əməliyyat bıçağı ilə

ədalət çəkicini dəyişdirmişdi hakimlər.

Elə orda öyrənmişdin,

əcəlin yaxasından yapışmaq,

narkozdan komaya aparır.

Qaradənizdən 3-4 köynək su sıxıb

Nil çayını yaratmışdım,

Bəlkə, kənarında bir fincan çay içərdik,

9

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!