09.03.2019 Views

Kənan Hacı. Sonuncu dərviş (gerçək roman)

“Gerçək roman” kimi təqdim olunan bu əsər müəllifin “Yaddaş kartı” romanının davamı - ikinci hissəsi kimi yazılıb. Doğulduğu kənd, yaşadığı şəhər və bu kəndin, şəhərin onun taleyində izi, acı xatirələr, dərvişmisalı keçən ömür yarıbədii, yarısənədli dillə təsvir olunur. Əsər bəzən xəyalla gerçəkliyin qovuşub itdiyi, nələrin xəyal, nələrin gerçək olduğu bilinməyən məqamlar, hadisələrlə zəngindir. Bu əsərdə təsvir olunan keçmiş elə dərvişanə həyatın sonu deməkdir. Beləcə, “Sonuncu dərviş”in ömür hekayəsi ilə bütöv bir çevrə qapanır... Bu, xanənişin həyatın, bir epoxanın sonudur.

“Gerçək roman” kimi təqdim olunan bu əsər müəllifin “Yaddaş kartı” romanının
davamı - ikinci hissəsi kimi yazılıb. Doğulduğu kənd, yaşadığı
şəhər və bu kəndin, şəhərin onun taleyində izi, acı xatirələr, dərvişmisalı
keçən ömür yarıbədii, yarısənədli dillə təsvir olunur. Əsər bəzən xəyalla
gerçəkliyin qovuşub itdiyi, nələrin xəyal, nələrin gerçək olduğu bilinməyən
məqamlar, hadisələrlə zəngindir. Bu əsərdə təsvir olunan keçmiş
elə dərvişanə həyatın sonu deməkdir. Beləcə, “Sonuncu dərviş”in ömür
hekayəsi ilə bütöv bir çevrə qapanır... Bu, xanənişin həyatın, bir epoxanın
sonudur.

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Kənan Hacı

SONUNCU

DƏRVİŞ

Gerçək roman

Redaktor:

Səbuhi Şahmursoy

Naşir:

Müşfiq XAN

Korrektor:

Gülər Əliyeva

Texniki redaktor:

BəxtiYar

Dizayn və qrafika:

Gülnar Hacıyeva

© Kənan Hacı. Sonuncu dərviş (gerçək roman)

© “XAN” nəşriyyatı. Bakı –2019. 208 səh.

“Gerçək roman” kimi təqdim olunan bu əsər müəllifin “Yaddaş kartı” romanının

davamı - ikinci hissəsi kimi yazılıb. Doğulduğu kənd, yaşadığı

şəhər və bu kəndin, şəhərin onun taleyində izi, acı xatirələr, dərvişmisalı

keçən ömür yarıbədii, yarısənədli dillə təsvir olunur. Əsər bəzən xəyalla

gerçəkliyin qovuşub itdiyi, nələrin xəyal, nələrin gerçək olduğu bilinməyən

məqamlar, hadisələrlə zəngindir. Bu əsərdə təsvir olunan keçmiş

elə dərvişanə həyatın sonu deməkdir. Beləcə, “Sonuncu dərviş”in ömür

hekayəsi ilə bütöv bir çevrə qapanır... Bu, xanənişin həyatın, bir epoxanın

sonudur.

ISBN: 9020981411603

© Kənan Hacı / 2019

© “XAN” nəşriyyatı / 2019

Giriş

Yaddaş insanın ən qiymətli sərvətidir. Yaddaşın yoxdursa,

keçmişin də yoxdur, o keçmiş ki, insan məhz onun sayəsində

həyatı öyrənir, təcrübə qazanır, kamilləşir. Yaddaş insan

ömrünü kompakt şəkildə onun beynində saxlayır, insan

istədiyi vaxt onu kino lenti kimi geriyə fırladıb xatırladığı

fraqmentlərə yenidən nəzər sala bilir. İnsanın evolyusiyası,

təkamül prosesi də keçmişin üzərində inkişaf edir. Yaddaş

həm də maddə ilə anlayış arasındakı vəhdətdən doğan

həqiqətlər toplusudur. Əslində, heç nə bizim yaddaşımızdakı

kimi deyil. Keçmişdə baş vermiş hansısa bir hadisənin

üzərindən vaxt keçdikcə o hadisə də köhnə şəkillər kimi saralır,

rəngləri itir, təfərrüatlar seyrəlir, sonda solğun, pozuq

bir kadra çevrilir və sən onu yüz il əvvəlin kino lenti kimi bir

az maraqla, bir az da həyəcanla izləyirsən.

Keçmişlə bağlı xatirələri yazıya köçürərkən hiss edirsən

ki, beynin qeyri-ixtiyari hadisələri redaktə edir. Tam səmimi

olmağa çalışırsan: bəzən alınır, bəzən yox. Nələrisə təfərrüatı

ilə yazmaq özünüzü öz yumruğunuzla yerə yıxmaq deməkdir.

Özünüzə qarşı qəddar olursunuz, amma yenə də tam səmimi

ola bilmirsiniz. Zamanın dəyişdiyi hadisələr yenidən,

bu dəfə sizin əlinizlə təhrifə uğrayır. Yanlış anlaşılmaqdan

qorxursunuz. Beləliklə, eqomuz xatirələrimizin qatı düşməninə

çevrilir. Öz düşüncələrini dəstəkləmək üçün uydurduqları

hekayələrin arxasında gizlənən yazıçılar gerçəyin üzünə

dik baxa bilmirlər. İş xatirə, anı yazmağa gələndə mütləq

gerçək hadisələrin onlara toxunan tərəflərini ixtisar edirlər

və ya detaldan yan keçirlər. Halbuki, hadisənin mahiyyəti

məhz o detalda gizlənir. Keçmişin insana utanc gətirən

məqamları yazmadıqca yazıçıya iztirab verir, yazdıqda isə

onun əleyhinə işləyir. Bəs nə etməli? Keçmişi tərəfindən rahatlığı

pozulan insanların bu keçmişdən xilas olmasının yeganə

yolu səmimi etiraflardır.

Bəzən hansısa hadisənin təfərrüatlarını xatırlamaqda

çətinlik çəkirdim, o anda təxəyyülü köməyə çağırırdım. Bu

3

anda gerçəyin təhrif olunduğunu anlayırdım, amma gerçəyi

tam ifadə etmək mümkünsüzdürsə, başqa yol qalmır. Bəzən

bu hadisələrin hansının gerçək, hansının uydurma olduğunu

ayırd etməkdə çətinlik çəkirdim. Uzaq keçmişdə qalmış

hadisənin bəzi məqamlarını dəqiqləşdirmək üçün yaxın qohumlardan

biriylə söhbət etdim, qəribədir, o, həmin hadisəni

mənim yadımda qalandan tamamilə fərqli formada xatırladı

və onun dediklərinin dəqiq olduğunu əminliklə vurğuladı.

Görəsən, mənim yaddaşımda o əhvalat niyə başqa biçimdə

qalıbmış? Yoxsa zaman bizdən xəbərsiz hadisələri kollaj

edir? Çox vaxt söhbət əsnasında keçmişlə bağlı əhvalatları

xatırlayanda adları, məkanları belə qarışıq salırıq, hətta mübahisə

etməkdən belə çəkinmirik. Bəlkə, elə qarşı tərəf də

hansısa məqamda yanlışa yol verir?

Hə, yaddaş olduqca mürəkkəb mexanizmdir. Kompüter

yaddaşının tutumu olduğu kimi, insan yaddaşının da ölçüsü

var. Alimlər müəyyən edib ki, beynin sağ və sol yarısı quş

qanadına bənzəyir. Sağ hissə məlumatı həkk edir, sol hissə

isə xəyal gücü və romantik əlaqələr üçün istifadə olunur.

Demək, yaddaş qutusu insan beyninin sağ yarımkürəsində

yerləşir. Çox qəribədir ki, biz yaddaş qutusuna yığılan keçmişi

beynin sol yarımkürəsində yerləşən xəyalın gücüylə yenidən

canlandıra bilirik. Biz informasiya əsrində yaşayırıq və

yaddaşımız həddən artıq yüklənmiş vəziyyətdədir. Beynimiz

hər gün onlarla informasiya qəbul edir və sözsüz ki, yaddaş

bu informasiyaları özündə saxlaya bilmir. Deyilənə görə, Avropa

alimləri müasir texnologiyaların köməyi ilə insan yaddaşının

yaxşılaşmasına şərait yaradan yeni proqram hazırlayıblar.

Əslində, zəifləyən insan yaddaşı deyil, gün ərzində

sel kimi axıb gələn informasiyanı yaddaşa təzyiq göstərməkdədir.

Texnologiya nə qədər inkişaf etsə də, insanın təbii yaranışına

hansısa detalı əlavə edə bilməz. Texnologiya yalnız

robot yarada bilir, robotunsa yaddaşı olmur.

Bu kitab hansı zərurətdən yarandı? Söz və rəsm yaddaşı

maddiləşdirən yeganə üsullardır. Biz keçmişi yalnız sözlər

və rəsmlər, şəkillər, filmlər vasitəsilə “geri” qaytara bilirik.

4

Beynimizin labirintlərində dolaşırıq, unudulmayan xatirələr

bizi keçmişə doğru sürükləyir. Cəmi bircə görüntü keçmişin

sərt qabığını parçalayır və içindən çoxdan unutduğunuz

adamlar, cizgiləri itməkdə olan küçələr çıxır. Yaddaşımızın

bizi keçmişə daşıyan gücü bəzən zəifləyir, hansısa hadisəylə

bağlı ən vacib detalı unuduruq. Bir müddət keçəndən sonra

qatarda və ya avtobusda gedərkən, yaxud sakit bir guşədə

kitab oxuyarkən qəfildən həmin təfərrüatı xatırlayırsınız.

Gördüyünüz bir adam, bir məkan, oxuduğunuz kitabdan

hansısa söz, fikir sizə ipucu verir. Yaddaşınızın itirdiyiniz

guşəsi işıqlanır və siz hər şeyi aydınlığı ilə xatırlayırsınız.

Yaşı 70-80 civarında olan bir ixtiyarın yaddaşında iki-üç xatirə

qalır ki, qarşısına çıxan hər kəsə o hadisələri danışır. O

hadisələr o qədər təkrar danışılır ki, bayatlaşır. Qoca ağzını

açanda hansı hadisəni danışacağını artıq bilirsən. Mexaniki

şəkildə təkrarlanan bu bir ovuc xatirə ixtiyar adamın qos-qoca

ömründən qalan yeganə mirasdır. Keçmişindən bir-iki boyat

xatirə qalan qocalar o hadisələri təsbeh kimi bütün günü

o üz-bu üzə çevirirlər. Belə insanlarla tez-tez qarşılaşırıq və

hər dəfə əli həyatdan, keçmişdən üzülməkdə olan, ölümün

soyuq nəfəsi üz-gözündə dolaşan ixtiyar insanları görəndə

həyatın amansızlığı, etibarsızlığı, ömrün faniliyi içimi üşüdür...

Yaddaş sözlər vasitəsilə mənim yaşadığım, gördüyüm

tarixi fiksə edir. Təkcə mənim yox, həm də Bakının dünəni

və bu gününün tarixini...

Bu gün həm də gələcəyin tarixidir, gələcək həm də keçmişə

görə var olacaq. Bu günümüzə keçmişin sayəsində gəlib

çıxmışıq. Həm də insanın həmişə keçmişə ehtiyacı var, o,

keçmişindən heç də asanlıqla qopmur. Zaman bizi keçmişdən

ayırsa da xəyal bizi həmişə geriyə qaytarır. Fantaziyamız

itirilmiş zamanı yaddaşımızda bərpa edə bilir. Yazılan

kitablar da bizi keçmişə aparan “sehrli xalat” misalındadır.

Bu baxımdan, yəqin ki, yazdıqlarımızda bir fayda var. Hər

halda, yazılan qalır.

Həyatım boyunca rastlaşdığım ən maraqlı adamlar, ta-

5

leyimdə iz buraxmış insanlar, başıma gələn qəzavü-qədərin

inanılmaz oyunları bu kitabda öz əksini tapıb. Həm yaşadıqlarımı,

həm də yaşamaq istədiklərimi yazmışam. Bu kitab taleyimin

kitabıdır.

Tut ağacının altından görünən Bakı

Sovet dövründə Bakı çoxmillətli şəhər olub, müxtəlif

millətlərin nümayəndələri bu şəhərdə əmniyyət içində yaşayıblar

və şəhərin ruhuna ekzotik elementlər əlavə ediblər.

İndi Bakı meqapolis şəhərə çevrilib, amma mən köhnə Bakı

üçün çox darıxıram və bu nostalji son dərəcə təbiidir. Çünki

mənim uşaqlığım Bakı kəndində keçib, o kəndin dənizi, çay

daşından hörülmüş alçaq hasarları, həsir oturacaqları, yelləncəkləri,

qumsallıq, əncir, üzüm bağları üçün burnumun

ucu göynəyir. Ən çox da məhləmizdəki qollu-budaqlı, iri tut

ağacı tez-tez yuxularıma gəlir. Hər dəfə Aygün Bəylərin ifasında

“Tut ağacı” mahnısı səslənəndə uşaqlığım kino lenti

kimi gözümün önündən keçir. Xatırladım ki, o mahnının klipi

bizim kənddə, Buzovnada çəkilib.

Yadıma gəlir, sübhün alatoranında yuxudan oyanıb tut

ağacının başına çıxırdım, acqarına doyunca tut yeyib aşağı

enirdim. İndinin özündə də o ağacın gövdəsindəki ayaq

yerlərini xatırlayıram, o yerlərə ayağını qoyub çox rahatlıqla

ağacın kəlləsinə çıxmaq olurdu. Tut ağacı mənim üçün bizim

kəndin simvoludur, bu ağac haqqında ayrıca bir hekayə də

yazmışam, “Fironun dəftəri” romanında onunla bağlı geniş

təsvirlər var. Yay gecələrində məhəllə camaatı o ağacın altına

yığılırdı, samovar qaynadırdılar, nərd atırdılar, söhbət gecədən

keçənə qədər uzanırdı. Bu ağacın altında o qədər maraqlı

əhvalatlar baş verirdi ki, hər biri bir hekayənin mövzusudur.

O tut ağacının altı mənim üçün dünyanın ən işıqlı parçası

olaraq qalır, harda olsam da o ağacın işığı mənim içimdədir.

O retrospektiv məkanda namaz qılan qocalara bənzəyən

6

kirli neft mancanaqları da, qumlu sahil də, sahildəki yorğun

gəmi də, tut ağacı da bir bütöv halındadır. Sanki ağ-qara ekranda

köhnə filmi seyr edirsən. Zaman məni o məkandan

uzaqlaşdırdıqca həmin görüntülər rəngsiz bir hüzn yaradır.

Bu məkanın mənim üçün ayrıca bir geoloji qatı var, bura sanki

Anubisin keşik çəkdiyi yeraltı labirintdir və Mark Tvenin

Tom Soyyeri kimi heç bu labirintdən çıxmaq istəmirsən.

Mən Bakını idealizə etmək fikrindən uzağam və hermetik

düşüncəyə malik bir insan deyiləm. Bu gün ölkənin baş

kəndi olan Bakının bütün bəşəri dəyərləri özündə birləşdirməsi,

Şərqlə Qərbin sintezini yaradan zahiri görünüşü dünya

mədəniyyətinin bir parçası olmaq baxımından çox sevindiricidir.

Amma biz dünənimizin, keçmişimizin də üzünə pərdə

çəkməli deyilik. Köhnə Bakı indi “Sovetski”, “Zavağzalnı”

deyilən yerlərin dar küçələrinə, bir az da İçərişəhərin daş

döşənmiş yollarına sığınıb. Qara Şəhər də daha Ağ şəhərə

çevrilib. Nəinki şəhərdə, heç kəndin özündə də daha uzundimdik

kepka qoyan kişilərə rast gəlməzsən. Tarix Bakının

kəndlərində sanki son günlərini yaşayır.

Bu yazıda Bakının unudulmuş keçmişinə bir addım da

olsa yaxınlaşmaq istədim. O keçmişdə mənim ömrümün bir

parçası qalıb və hələ də qos-qoca zamana öc verməyən qədim-qayım

tut ağacı qalıb. Günü sabah gedəcəm kəndə və

gecəni o tut ağacının altında keçirəcəm. Mən kənddən çıxandan

o məhlədə çoxu dünyasını dəyişib, amma Kamil əmi

qalır, Qasıməli dayı yaşayır, Sahib, Azad, Əziz, Rafiq, Ələkbər

yenə yay axşamlarında o ağacın altına yığılırlar. Amma

bilirəm, tut ağacı məndən küsüb, budaqlarına əlim çatmayacaq...

Bakının serenadası

Əvvəllər mən Bakını çox sevirdim. Şərq və Qərb dəyərlərinin

toqquşduğu bu polifonik məkana sevgimin kökü Xəzər

dənizindən su içir, desəm, yanılmaram. “Xəzərin qucağında

7

yatıb dincələn” Bakının qarışqa kimi qaynaşan insanları ilk

baxışda adamda elə təəssürat yaradır ki, şəhər özü tənbəl,

yatağan olsa da, sakinləri işgüzar, çalışqan, kəl kimi dözümlü

və sağlamdırlar.

Tofiq Quliyevin “Bakı haqqında mahnı”sını heç vaxt sonacan

dinləyə bilmirəm. Mənə elə gəlir ki, bu mahnı Bakının

yuxudan ayılıb özünə kənardan baxmasına mane olur.

Bakının dünyanın bütün ziddiyyətlərini özündə birləşdirən

bir nöqtəsi var. Bura “Zavağzalnı” deyirlər. Keçmiş

əyyamlarda erməni lotuları burada yerləşən kafedə donuz

kababı çəkərdilər. İndi o kafenin yerində “Şuşa” restoranı tikiblər,

kababçılar da özümüzünkülərdir. İldə-ayda bir Şuşa

yadlarına düşə, ya düşməyə... Biz itirdiyimiz torpaqların adlarını

Bakıda şadlıq saraylarına vermişik, içində düd deyincə

yeyib-içib köpüklü sağlıqlar demişik, “Yanıq Kərəmi”yə qol

götürüb oynamışıq və... qusub- batırmışıq oraları...

Vağzalın üstündəki “Qarabağ” mehmanxanasının da

axırına çıxdıq. Bu yer indi axşamlar vahimə doğurur və buranın

hüznlü proyeksiyası çoxlarına Qarabağın özündən daha

maraqlı görünür. Bakını göydələnlərlə fəth etmək istəyirlər.

Bir vaxtlar Bakının yaraşığı olan “Xruşşovka”lara elə bu səbəbdən

ölüm hökmü kəsildi.

Belə bir ideya təbii ki, rəhmətlik Xruşşovun öz ağlına

gələ bilməzdi. Onun xaricdə görüb bəyəndiyi panellərdən

tikilmiş kütləvi beşmərtəbə massivləri sonralar SSRİ-ni də

ağuşuna aldı. O vaxtlar bu tipli tikililər Parisin fəhlələr yaşayan

məhəllələrində kifayət qədər idi və onların istismar

müddəti də çox az idi. Elə Bakının özündə də təzə tikilən bu

binalara “vremyanka” deyirdilər. İndi bu binaların da axırı

çatıb, tarix geniş ağzını açıb onları udmağa hazırlaşır.

Biz inqilabi romantikanın gerçəkliyin qart sifətinə çırpılan

dalğalarında nələr görmədik? M.S.Ordubadinin təsvir etdiyi

gizli Bakı hələ də bizim üçün gizli olaraq qalır və yəqin

ki, bundan sonra da belə qalacaq. Biz heç bu günümüzün

gizli Bakısına, pərdə arxasındakı Bakıya rəhmətlik Ordubadi

qədər bələd deyilik.

8

Bakı sadə insanlarımızın qafasında “can Bakı, can Bakı,

can sənə qurban Bakı!” kimi sentimental əhvalda inikas edir.

Toy-düyündə girdirmə Bakı arağından vurub keflənəndən

sonra ara müğənnilərinə “Bakılı balasıyam” mahnısını sifariş

verərək şabaş yarışına çıxmasaq qan düşər.

Tikilən körpülərin güdazına gedən körpülərdən xəbərimiz

varmı? Hansı ki, o körpülər bizi uşaqlığımızın Bakısına

aparırdı... Hardasa oxumuşdum ki, bu şəhərin işıqlı nəyi varsa,

asanlıqla bir-iki çantaya yığıb aparmaq olar. “Bakı küləklər

şəhəridir” deyib öyünənlərin ağlına həmişə şübhə ilə yanaşmışam.

A balam, bu külək nə matah şey olub sizinçün?!

Müşfiqin “Küləklər”iylə indiki bu sırtıq, üzlü küləklərin

nə əlaqəsi var, bilmirəm. Hələ o şeirin alt qatlarında gizlənən

mənanı çözələyin, görün, nakam şair nə demək istəyib.

Küləklər, bir də yağışlar həmişə Bakının paxırını açıb – töküb,

əvəzində gül-bülbül şüərasının şah beytinə çevrilib. Bu

da sənə daha bir təzad!

...Qara şəhərin sərhədləri boyunca uzanan genişlikdə

sanki dünyanın sonuna yetişirsən. Göydələnlər bizi dünyadan,

əsl Bakıdan ayrı salır. Göydələnlərdən yıxılıb ölənlər də

şəhiddirlər. Sabah o göydələnlərdə rahat və asudə yaşayanlar

binanın tikintisi zamanı əcəl-mayallaq olanları heç vaxt

xatırlamayacaqlar amma...

Göydələnlərin kölgəsi altında yaşayan cırtdanlar bizik –

o göydələnlərə tramvay pəncərəsindən, yastı-yapalaq damlardan

boylananlar... O nəhəng kölgələrin altında boğulan,

əzilən küçələr həm də bizim keçmişimizin bir parçasıdır.

Uşaqlıqda mən Bakını çox sevirdim... Yayda sırtıq ağcaqanadları,

qışda isə canavar ağızlı küləklərilə zəhləmi

töksə belə uşaqsayağı xoşbəxtlik içində bu şəhərdə yaşamağımdan

qürur duyurdum. Bu sevginin izləri köhnə qəlpə yarasının

sızıltısı kimi hərdən məni yatmağa qoymur...

9

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!