10.10.2019 Views

Əlibala Hacızadə. Təyyarə kölgəsi (roman)

Əlibala Hacızadə “Təyyarə kölgəsi” romanını 1974-cü ildə yazıb. Onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, bu romanla elm adamlarının bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırır. Əsərdə həm də o dövrün ailə-məişət məsələləri, insanlar arasındakı münasibətlərdə dərin psixoloji məqamlar çox ustalıqla işlənib. “Təyyarə kölgəsi” romanının qaldırdığı bir çox mənəvi və psixoloji problemlər bu gün də aktualdır.

Əlibala Hacızadə “Təyyarə kölgəsi” romanını 1974-cü ildə yazıb.
Onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin
təsviridir. O, bu romanla elm adamlarının bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırır. Əsərdə həm də o dövrün ailə-məişət məsələləri, insanlar arasındakı münasibətlərdə dərin psixoloji məqamlar çox ustalıqla işlənib.
“Təyyarə kölgəsi” romanının qaldırdığı bir çox mənəvi və psixoloji problemlər bu gün də aktualdır.

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Dünyadan köçəndən sonra

da ürəklərdə və xatirələrdə

yaşamağa qadir olanlara ithaf

edirəm

LIBALA HACıZAD

TYYAR

KÖLGSİ

(roman)

Redaktor:

Səbuhi Şahmursoy

Naşir:

Müşfiq XAN

Korrektor:

Dürdanə Ramazanlı

Texniki redaktor:

BəxtiYar

Dizayn və qrafika:

Gülnar Hacıyeva

© Əlibala Hacızadə. Təyyarə kölgəsi (roman)

© "XAN" nəşriyyatı. Bakı–2019. 404 səh.

Əlibala Hacızadə “Təyyarə kölgəsi” romanını 1974-cü ildə yazıb.

Onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin

təsviridir. O, bu romanla elm adamlarının bir növ qapalı olan həyatını

geniş oxucu kütləsinə çatdırır. Əsərdə həm də o dövrün ailə-məişət

məsələləri, insanlar arasındakı münasibətlərdə dərin psixoloji məqamlar

çox ustalıqla işlənib.

“Təyyarə kölgəsi” romanının qaldırdığı bir çox mənəvi və psixoloji

problemlər bu gün də aktualdır.

ISBN: 907003233929

© "Gənclik" nəşriyyatı / 1974

© "XAN" nəşriyyatı / 2019

BİRİNCİ HİSSƏ

BİRİNCİ FƏSİL

Günorta idi; kölgələr qısalıb düz ayaq altına düşmüşdü.

Üçbucaq bağın yanındakı birmərtəbəli evin küçəyə

açılan qapısı ağzında boylu-buxunlu, enlikürəkli, hərbi

geyimli bir adam ayaq saxladı. Sarıya çalan seyrək qaşları

altında parlayan xırda, qonur gözləri qıyılan bu adamın

sifəti də uzunsov idi. Üzündəki dəngil-düngül qara çillər

alnından axan tər damcıları arasında düyüyə qarışmış sılıf

dənələri təki görünürdü. Balaca çamadanını sağ ayağının

yanında yerə qoyub əlini zəngə sarı uzatdı. Zəng səsi dalğa-dalğa

titrəyib eşidiləndə, elə bil, onun ürəyi də içərisində

əsim-əsim əsdi.

“Görəsən, evdədir?” Yarım saat bundan qabaq təyyarə

meydanında avtobusa minəndən ta şəhərə gələnə

qədər, yol uzunu dəfələrlə öz-özünə soruşduğu sualı indi,

sanki qırmızı rəngli qapıdan, ağ düyməli zəngdən xəbər

alırdı. Əlini düymədən çəkdi, səs əriyib havada yox oldu;

o, bütün varlığı ilə qulaq kəsilərək dinlədi.

– Kimdir?

5

Qapı ağzında dayanan adamın dodaqları təbəssümdən

aralandı, ürək çırpıntısı ilə cavab verdi:

– Mənəm, Gülü, aç!

– Əqdəm? Sənsən?!

Qapının zəncirli cəftəsi şaqqıldadı. Cəmi bircə saniyə

keçməmiş əyninə qısaqol xələt geymiş Gülmirə bu gözlənilməz

gəlişdən nə edəcəyini bilməyərək boynunu azca

yana əyib, özünü itirmiş halda astanada görünəndə Əqdəmin

iki ay çətinliklə dözdüyü əzablı ayrılığın ağrı-acısı

ürküdülmüş sığırçın kimi harasa uçub getdi... Ayrılıq təkcə

əzab vermirmiş, ayrılıq həm də ürəkdəki məhəbbətdən

şölələri ərşə dirənən bir məşəl yandırırmış. Bu həqiqəti

ayrılıq günlərində hiss edən, burda qapının ağzında dərindən-dərinə

dərk eləyən Əqdəm ömür-gün yoldaşının

qumral saçlarına, uşaq gözləri kimi saf və məsum gözlərinə,

nazik dodaqları arasından görünən yaraşıqlı dişlərinə,

xələtindən seçilməyən qar kimi qollarına, dolu mütənasib

bədəninə baxa-baxa yerindəcə donaraq, elə bil evə

girməyi unutmuşdu.

– Gəl içəri, yoxsa yenə qapıdan qayıdıb gedəcəksən?

Keçən dəfəki kimi...

Gülmirə kənara çəkilib yol verdi. Nəfəsləri bir-birinə

toxunanda ürkək-ürkək baxışdılar. Sonra doluxsunmuş

Gülmirə başını ərinin enli sinəsinə qoyub ona sığındı. Əqdəm

Gülmirənin saçlarından öpdü...

... Gülmirəgil o vaxt üzbəüzdəki binada yaşayırdı.

Əqdəmin otağından onların evinin içi aydın görünürdü.

Onda Əqdəm bu evi təzə kirayələmişdi. Tək olurdu. Özü

də az-az gəlib gedirdi. Bir də görürdün üç-dörd ay yoxdu.

Gəlirdi, iyirmi gün, bir ay qalırdı. O vaxt universitetin

dördüncü kursunda oxuyan Gülmirə tül pərdəli pəncərə

qabağında dərslərinə hazırlaşarkən cavan təyyarəçi oğlana

gözucu fikir verirdi. Əvvəlcə bu adicə maraqdı, xüsusi

geyiminə, sünbül haşiyəli papağına, ulduzlu poqonları-

6

na maraqdı. Günlər, həftələr, aylar keçdikcə qız bu boylu-buxunlu

oğlanı öz qanadlı təyyarəsində buludların

arasında uçan təsəvvür etməyə başladı. Təsəvvür elədikcə

özü də göylərə qalxır, ilk vaxtlar bir sərnişin kimi, sonralar

təyyarə sürən oğlanın ən yaxın adamı təki onun öz

kabinəsində, yanında otururdu. Gündüzlər günəşə doğru,

axşamlar isə ay və ulduzlar səltənətinə uçur, yerə enmək

istəmirdi. Bu zaman oxuduğu kitab ehmalca qatlanır, dizinin

üstünə düşür, öyrəndiyi şeylər beynində bir-birinə

qarışıb əriyirdi...

Əqdəmi pəncərə qabağında, ya küçədəki skamyada

oturan görəndə Gülmirə səbəbini anlamadan sevinir,

qeyri-iradi pianonun arxasına geçərək ürəyini, varlığını

çulğalayan bu naməlum sevinci barmaqlarından pianonun

şirmayı dilləri üzərinə axıdırdı. Oğlan, deyəsən, nə

o səsi eşidir, nə də piano çalan qızın üzünü görməyə can

atırdı. Küçədə rastlaşanda, üzbəsurət gələndə Əqdəmin

arxayın, ağayana hərəkətində heç bir dəyişiklik hiss olunmazdı.

Gülmirə isə çaşırdı, yerişini itirirdi, bu zəifliyindən

qızarırdı. Sonra özünü möhkəmcə danlayırdı. Bir də onu

görəndə şax keçəcəyinə, onun varlığını belə hiss eləməyəcəyinə

söz verirdi. Ancaq... Bacarmırdı, bacarmırdı.

Yox, bu, uzun müddət belə qalmadı. Gülmirənin yanağındakı

qızartıları, dolaşan qıçlarını, yanan barmaqlarını,

pianonun od tutan dillərini görməmək, eşitməmək

mümkün deyildi. Musiqinin sehrli cazibəsi Əqdəmi yavaş-yavaş

pəncərə qabağına gətirdi. Qız çaldıqca, sanki o,

xəyala dalıb dincəlir, ürəyində baş qaldıran həzin, həlim

duyğuların şirinliyindən məst olurdu.

Gülmirənin anası Xatun arvad qızında yaranan

dəyişikliyi, qonşu oğlanın pəncərəsinə çox baxdığını,

dəftər-kitabdan soyuduğunu çoxdan duymuşdu. Ananın

ürəyini nigarançılıq üzməyə başlamışdı. Bir dəfə piano

arxasında oturub konsert zalında çalanlar kimi, “qabıq-

7

dan çıxan” qızının yanına gəlib, əlini onun çiyninə qoyaraq

demişdi.

– O oğlan evə gələndən-gələnə sən yaman çalırsan, a

qızım! Ayrı vaxt çalmaq heç yadına da düşmür...

Gülmirə qızarmışdı.

– Çaşıb vurularsan a, bu uçağan oğlana! Sən yaşda

qızlar bir az...

Gülmirə “Yox” mənasında başını tərpətmişdi.

– Ağlını yığ başına, qızım. Bil ki, ondan sənə ər olmaz!..

Gülmirə özü də bilmədən soruşdu:

– Niyə ki?

– Ona görə ki, onun bir ayağı göydə, bir ayağı yerdədi,

qız! İndiki zəmanədə də kişi olan kəs gərək arvadının,

uşağının yanında olsun, yoxsa ayrı cür daha bu nə kişilikdir?!

Gülmirə ayağa durmuşdu, ipək donunu xışıldada-xışıldada

o biri otağa keçərkən:

– Mən hələ heç kəsə ərə getməyə hazırlaşmıram, ana,

– demişdi. – Gedəndə də... – sözünü yarımçıq kəsmişdi,

“...özüm bilərəm” sözünü dilinə gətirməsə də, Xatun arvad

onun nə demək istədiyini başa düşmüşdü.

Oğlan, deyəsən iş yerini dəyişmişdi, çünki hər axşam

evə gəlir, oğrun-oğrun qızgilin pəncərəsinə baxırdı. Qız

isə oğlanın ürəyinə od saldığını başa düşüb, onu dilləndirmək

istəyirmiş kimi, qəsdən görünmürdü. Lakin qızın

da səbri tükəndi, axır ki, bir dəfə pəncərənin qabağında

dayandı. Oğlana sarı baxanda çoxdan bəri darıxmış Əqdəm

əlini havada gəzdirə-gəzdirə barmaqlarını tərpətdi:

“Çal!” Qız başa düşdü, gülümsündü, bunu gözləyirmiş

kimi, pianonun arxasına keçdi, çaldı. Bu hadisədən sonra

onların arasında sözsüz-söhbətsiz bir ünsiyyət yarandı.

Hər ikisinə bir şey aydındı: sevirlər, bu onu, o bunu!

8

Rastlaşanda salamlaşırdılar, qız qızarırdı, oğlan uçunurdu.

Oğlanın oturuşuna, duruşuna göz qoyan Xatun arvad

qonşusu Maşa xalaya demişdi:

– Yaxşı oğlandı, ancaq hayıf ki, sənəti bir sənət deyil.

Maşa qarı öz kirayənişini haqqında arvada bildiklərini

danışmışdı: “Ucqar bir dağ kəndində anadan olub. Əvvəllər

şair olmaq istəyirmiş, sonra təyyarəçilik məktəbinə

girib...”

Bir dəfə Əqdəm eşitdi ki, Gülmirəgilə haradansa elçi

gəlib, qız, ata-anasının bütün təkidinə baxmayaraq, rədd

cavabı verib. Bu xəbər Əqdəmi tələsdirdi. Atasını, anasını

ismarlayıb rayondan gətirdi. Qızı onlara göstərdi, evlənmək

istədiyini bildirdi.

Elçilər qız qapısına iki dəfə getdilər. Çox söz-söhbətdən,

çək-çevirdən sonra, nəhayət, qızın valideynləri razılıq

verdilər.

Gülmirə sonuncu kursda oxuyanda, Səadət sarayında

toyları oldu. Ancaq toydan on gün sonra, Xatın arvadın

dili ilə desək, müsibət üz verdi: hardansa teleqram gəldi,

Əqdəmi təcili çağırdılar. Getməyə bilməzdi. Qulluq əmri

idi. Gülmirəni – on günün gəlinini göz yaşları boğdu.

– Öz cəzasıdır, canı çıxsın! – deyə Xatın arvad

əsib-coşdu, – Çox da deyirdi gərək verməyəydik. Görmürdük?!

Beynimizi yedilər, dedilər, daha heç yerə getməyəcək.

Buyur, bu da sənə “heç yerə getməyəcək”. Bu arxası

yerə gəlməmiş, quş kimi şeydi, ilin on ayını elə göydə

olacaq, yazıq balam da elə. Gözünü zilləyəcək göylərə ki,

görəsən, ərim haçan gələcək? Əşi, Salman qardaşa demək

gərəkdi ki, böyükləriylə danışsın, azad eləsinlər onu, gəlib

otursun xarabasında. Dava yox, şava yox, təyyarə sürməsə,

dünya dağılar?

Toydan sonra Əqdəmin gedib-gəlməyi qırx gün çəkdi.

Gələndə cavan gəlin sevindiyindən ağlamışdı:

9

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!