10.10.2019 Views

Şəhriyar xatirələrdə (Xatirə Ədəbiyyatı silsiləsindən)

Bu kitab böyük Azərbaycan şairi Şəhriyar (Seyid Məhəmmədhüseyn Behcət Təbrizi) haqqında xatirələrdən ibarətdir. Toplunun əvvəlində öz xatirələri də yer alıb. Əlavə olaraq, şairini qızı, qardaşı, dostları, müxtəlif sənət və ədəbiyyat adamlarının da yazısı kitaba salınıb. Bu xatirələrdə Şəhriyarın uşaqlığından tutmuş ahıl yaşlarına qədər başına gəlmiş hadisələrdən bəhs edilir. “Şəhriyar xatirələrdə” kitabı Şəhriyarşünaslıqla maraqlananlar, ümumilikdəsə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Bu kitab böyük Azərbaycan şairi Şəhriyar (Seyid Məhəmmədhüseyn Behcət Təbrizi) haqqında xatirələrdən ibarətdir. Toplunun əvvəlində öz xatirələri də yer alıb. Əlavə olaraq, şairini qızı, qardaşı, dostları, müxtəlif sənət və ədəbiyyat adamlarının da yazısı kitaba salınıb. Bu xatirələrdə Şəhriyarın uşaqlığından tutmuş ahıl yaşlarına qədər başına gəlmiş hadisələrdən bəhs edilir. “Şəhriyar xatirələrdə” kitabı Şəhriyarşünaslıqla maraqlananlar, ümumilikdəsə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

ŞƏHRİYAR

XATİRƏLƏRDƏ

“Xatirə Ədəbiyyatı” silsiləsindən 50-ci kitab

Layihə rəhbəri:

f.ü.f.d., dos. Şəmil Sadiq

Tərtibçi və ön söz yazarı:

f.ü.e.d., dos. Esmira Fuad

Tərcüməçilər:

f.ü.e.d Sabir Nəbioğlu,

f.ü.f.d. Ülkər Əliyeva,

t.ü.f.d. Həsən Səfəri

Redaktor:

Səbuhi Şahmursoy

Naşir:

Müşfiq XAN

Korrektor

Dürdanə Ramazanlı

Texniki redaktor:

BəxtiYar

Rəssam:

Vasif Səftərov

Dizayn və qrafika:

Gülnar Hacıyeva

© Şəhriyar xatirələrdə ("Xatirə Ədəbiyyatı" silsiləsindən)

© "XAN" nəşriyyatı. Bakı–2019. 252 səh.

Bu kitab böyük Azərbaycan şairi Şəhriyar (Seyid Məhəmmədhüseyn

Behcət Təbrizi) haqqında xatirələrdən ibarətdir. Toplunun əvvəlində öz

xatirələri də yer alıb. Əlavə olaraq, şairini qızı, qardaşı, dostları, müxtəlif

sənət və ədəbiyyat adamlarının da yazısı kitaba salınıb. Bu xatirələrdə Şəhriyarın

uşaqlığından tutmuş ahıl yaşlarına qədər başına gəlmiş hadisələrdən

bəhs edilir. “Şəhriyar xatirələrdə” kitabı Şəhriyarşünaslıqla maraqlananlar,

ümumilikdəsə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

ISBN: 9020984395269

© “XAN” nəşriyyatı / 2019

ÜRƏYİMDƏN XƏBƏR ALSAN

Ustad Doktor Seyid Məhəmmədhüseyn Behcət Təbrizi

Şəhriyar 1905-1906-cı ilin baharında – mart ayının 21-də Cənubi

Azərbaycanın Təbriz şəhərinin Bağmeşə məhəlləsində

anadan olub. Atası Seyid İsmayıl Musəvi Hacı Mirağa Xoşginabi

Təbrizdə tanınmış vəkil, anası Kövkəb xanım evdar

qadın idi. Xalqın böyük hörmət və ehtiramını qazanan, işini

gözəl bilən, kasıbların, sadə adamların havadarına çevrilən

Hacı Mirağa haqq-ədalətin keşikçisi, həqiqətpərəst bir

şəxsiyyət kimi tanınmışdı. Kiçik Məhəmmədhüseynin ömrü

XX əsrin müəyyən mərhələlərində Cənubi Azərbaycanda,

İranda baş vermiş şiddətli sinfi mübarizələr, milli istiqlaliyyət,

mədəni yüksəliş və milli tərəqqi uğrunda ictimai-siyasi

çarpışmalar dövründə keçib. Müstəbid şah rejiminin zülmündən,

imperialist dövlətlərin soyğunçuluğundan zinhara

gəlmiş Cənubi Azərbaycan və İran xalqlarının anti-imperialist

mübarizəsinin, milli istiqlaliyyət uğrunda demokratik

hərəkatının ilk mərhələsi olan Məşrutə inqilabı (1905-1911)

zamanı Hacı Mirağa ailəsinin təhlükəsizliyini təmin etmək

üçün mürəkkəb hadisələr burulğanı olan Təbriz şəhərindən

ata-baba yurduna – Abbas mahalının Xosginab kəndinə köçür.

Beləliklə də, kiçik Məhəmmədhüseyn uşaqlıq illərini

Xoşginab və ona bitişik olan Qayışqursaq, Qaraçəmən və

Qıpçaq kəndlərinin füsunkar qoynunda yaşamalı olur.

O, ilk təhsilini Xoşginab kəndində Molla İbrahimdən

və molla Ağa Məhəmməd Bağırdan alır, Molla İbrahimə qədər

isə yazıb-oxumağı dövrünün tanınmış ziyalısı olan atasından

öyrənir, o da öz növbəsində zaman keçdikcə “Qurani-Kərim”,

Hafizin divanı, Sədinin “Gülüstan” və “Bustan”

əsərləri, eləcə də “Nəsab” adlı ərəbcə-farsca mənzum lüğətdən

(Ə.N.Fərhi) oxuyub öyrəndiklərini mükəmməlləşdirir.

Vəziyyət sabitləşəndən sonra ailəsi ilə birlikdə Təbrizə qayıdır.

Öncə “Füyuzat” və “Müttəhidə” mədrəsələrində, daha

3

sonra “Firdovsi” və “Məhəmmədiyyə” orta məktəblərində

təhsilini davam etdirir, ərəb, fars və fransız dillərini öyrənir.

Nizami, Hafiz, Sədi, Saib və Sabirin (türkcə ilk şeirini M.Ə.

Sabirin təsiri ilə 1913-cü ildə yazıb) əsərləri gənc Məhəmmədhüseynin

mütaliə, həm də qəlb yoldaşı olur.

O, təhsilini davam etdirmək üçün 1921-ci ildə Tehrana

gələrək Məhəmmədəli Şah Qacarın bacısı Əkrəm üs-Səltənənin

evinə düşür və Darülfünuna yazılır. Burada təhsilini

başa vurduqdan sonra, 1924-cü ildə Tehran Universitetinin

tibb fakültəsinə daxil olur. Ədəbiyyata böyük marağı və sevgisi

olan gənc tələbə şeirlər yazır, mətbuatda dərc olunur və

yavaş-yavaş ədəbi aləmdə tanınmağa başlayır.

Tehranın görkəmli sənətkarları, elm, mədəniyyət xadimləri

ilə tanışlığı onun ictimai-siyasi görüslərinin formalaşmasında,

dünyaya baxışının istiqamətlənməsində mühüm

rol oynayır. Hələ Təbrizdə ikən dövrünün misilsiz

muğam ustası, qocaman xanəndə, Məşrutə inqilabının rəhbəri

Səttarxanın 1908-ci ildə “İqbali Azər” ləqəbini verdiyi

Əbülhəsən xan İqbal üs-səltənə ilə tanış olması və ondan

musiqi, muğam dərsi alması da dünyagörüşünün formalaşmasına

faydalı təsir göstərir.

Gənc şair universitetdə təhsil aldığı illərdə Sürəyya

adlı bir qıza aşiq olur, eşqi naminə, onun yaşadığı Behcətabad

məhəlləsinin adına uyğun olaraq “Behcət” təxəllüsü ilə

şeirlər yazır və ilk qələm təcrübələri ədəbi mühitdə, çağdaş

İran poeziyasının görkəmli nümayəndələri arasında maraq

doğurur. 1921-ci ildə Əbülqasım Şəhyarla tanış olur və onlar

bir-birinin şəxsində səmimi dost tapırlar. Əbülqasım gənc

şairi İranın məşhur söz ustaları Lütfulla Zahidi (1922), Həbib

Səlmasi, Ustad Qəmər ül-mülk Vəziri (1927), Məlik üş-şüəra

Baharla (1928) tanış edir. M.Baharın vasitəsilə o, Arif Qəzvini

və İrəc Mirzəni yaxından tanıyır, onlarla dostlaşır.

1924-cü ildə Əbülhəsən xan Səba və Seyid Əbdülkərim

Əmiri Firuzkuhi ilə tanışlığı və dostluğu başlanır. Bundan

4

sonra, onun şeirlərində müəyyən dəyişikliklər nəzərə çarpır.

Eyni zamanda, Əbülhəsən xan Səbadan setar çalmağı öyrənir

və deyilənlərə görə, istəklisi Sürəyya-Pəriyə də bu musiqi

alətində çalmağı özü öyrədir. Əziz dostu Əbülqasım Şəhyara

həsr etdiyi bir qəzəl dostları tərəfindən çox bəyənilir, əldən-ələ

keçir, oxuyan hər kəs qəzəl haqqında yüksək fikirlər,

xoş sözlər söyləyir. Şeirinin seviləcəyinə əmin olmayan

şair sonralar xatırlayır ki, bu hadisə, münasibət mənə böyük

zövq və inam verdi. Sanki bir gündə yüz il yol getdim.

Dostlarının xoş sözlərindən qanadlanan gənc şair

özünə ürəyincə bir təxəllüs götürmək üçün çox düşünür.

Onun söylədiyinə görə, hər hansı təxəllüsü götürürmüşsə,

sonra əl çəkməli olurmuş. Çünki digər şairlər həmin təxəllüsləri

artıq qəbul edərək şeirlər yazdıqlarından, Məhəmmədhüseyn

də təxəllüsünü tez-tez dəyişmək məcburiyyətində

qalırmış. Nəhayət, Hafizin divanından fal açmalı olur. Orada

yazılmışdı:

Çərxi-fələk sikkəni şəhriyarların adına döydürdü,

Mən də öz şəhrimə gedib, öz Şəhriyarım 1 olmalıyam. 2

1925-ci ildə, 20 yaşında ikən “Şəhriyaram” qəzəlini yazaraq

qələm sahiblərini, özünü mənəvi dünyanın şahı adlandırır.

Şəhriyarın bu qəzəlini oxuyan İrəc Mirzə heyrətlə

bildirir ki, “Sən bizlərdən deyilsən, böyük Hafizin cərgəsindənsən!”

Şəhriyar Tehran Universitetinin Tibb fakültəsində 4

il təhsil aldıqdan sonra, 1928-ci ildə hərbi həkimlər hazırlayan

qrupa keçir və hərbi həkim-cərrah kimi ixtisaslaşır. Lakin

təbiətən humanist, həssas, qəlbi kövrək olduğuna, bütün

könlünü seirə verdiyinə görə, həkimlik sənəti, bu sənətin

1. Şəhərlərin şahı; Şəhərlərin dostu, yarı

2. Əhməd Kavianpur. “Zendeqani-ye ədəbi və ectemai-ye ostad Şəhriyar”

(“Ustad Şəhriyarın ədəbi və ictimai həyatı”), I çap, İqbal nəşriyyatı, Tehran,

1978, 330 s.

5

olum-qalım dilemmasını həll edən tərəfləri, cərrah bıçağı və

kəsilən nahiyədən axan insan qanı şairin ürəyincə deyildi.

Sonralar xatırlayırmış ki, hər dəfə cərrahiyyə əməliyyatı aparandan

sonra halı xarab olur, özünü çox pis hiss edirmiş.

Gənc Şəhriyar dövrünün ab-havasına, siyasi mütəhərrikliyinə

də laqeyd qalmır, əsərlərində ictimai quruluşa,

müstəbid rejimə qarşı kəskin etiraz və ifşaçılıq ruhu özünü

göstərir. Düsüncə və duyğularının bu məcraya yönəlməsində

onun Tehranda fəaliyyət göstərən mütərəqqi ziyalılarla tanışlığı

və dostluğu, eyni zamanda XX əsrin əvvəllərində İranda

və Cənubi Azərbaycanda zülm səltənətinə, ağalıq, şahlıq

quruluşuna qarşı xalqın dalğa-dalğa yüksələn milli azadlıq,

demokratik hərəkatları da böyük rol oynayır. “Sərdari-milli”

Səttarxanın və fəlsəfi təfəkkürə malik alovlu vətənpərvər

Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə genişlənən xalq

hərəkatı gənc şairin dünyagörüşündə dərin iz buraxır.

Əlbəttə, şairin şeirlərindəki mübarizə, etiraz motivləri

yaşadığı ədəbi mühit, baş verən ictimai-siyasi hadisələr və

1928-ci ildən iştirak etdiyi Doktor Xəlil xan Səqəfinin yaratdığı

“Ehzare-ərvah” məclisindən də qaynaqlanırdı.

Universitet illərində (1924-1929) Şəhriyarın bir sıra şeirləri

Tehran mətbuatının səhifələrində çap edilir. İlk mətbu

şeiri isə Təbrizdəki Məhəmmədiyyə orta məktəbində oxuyarkən

burada nəşr edilən “Ədəb” jurnalında dərc olunur.

“Ərməğan” jurnalının redaktoru Vahid Dəstgirdi də onun

şeirlərini öz dərgisində ardıcıl çap edir.

Lakin universitetin son kursunu bitirib ixtisaslaşmış

hərbi həkim diplomu almasına iki-üç ay qalmış gənc Şəhriyarın

həyatında ən ağır bir hadisə baş verir. Şair illərlə sevdiyi

Pəridən-Sürəyyadan (O, Sürəyyanı Pəri də çağırırdı)

ayrılmağa və universiteti tərk etməyə məcbur edilir. Buna

baxmayaraq, 1929-cu il 24 yaşlı gənc şairə böyük uğur da gətirmişdi.

Dostları – L.Zahidi, İ.Mirzə, M.Bahar və başqalarının

təkidi ilə “Xəyyam” nəşriyyatında şairlər şairi adlandırı-

6

lan Məlik üş-şüara Bahar, Pejman Bəxtiyari və professor Səid

Nəfisinin ön sözü ilə ilk şeirlər kitabı – “Divança”sı nəşr olunur.

Kitabının çap edilməsi, İran ədəbi ictimaiyyəti tərəfindən

yüksək səviyyədə təqdir olunması və bəyənilməsi onu

yazıb-yaratmağa daha da ruhlandırır.

Bəzi tədqiqatçılar Şəhriyarın təhsilini yarımçıq qoyub

universiteti tərk etməsinin səbəbini dəlicəsinə sevdiyi

Sürəyya ilə bağlayırlar. Belə ki, Rza şah Pəhləvinin qohumu

Çıraqəli xan da Sürəyyanı sevmiş və Şəhriyarın öz yolunun

üstündə maneə olacağını düşünərək çıxış yolunu onu Tehrandan

uzaqlaşdırmaqda görmüşdü. Nəticədə başı bəlalı

şair Xorasan vilayətinə – Nişapura sürgün olunmuşdu. Lakin

sürgün aktı məhz gənc şairin getdikcə artan şöhrətindən,

sözükeçərliyindən ehtiyatlanaraq onu, həm də Tehran ictimai-siyasi

və ədəbi mühitindən uzaqlaşdırmaq məqsədi ilə

gerçəkləşdirilmişdi.

Bu fakt Əhməd Kaviyanpurun monoqrafiyasında da

yer alıb:

“Ağa-ye Bəhruz Siyahpuş Şəhriyarın ona söylədiklərinə

əsasən yazır ki, ustad 1929-cu ildə Tehran Universitetinin V

kursunda buraxılış imtahanları zamanı Abbasabad məhəlləsindəki

(indiki 501 saylı xəstəxana) “Sipəh” xəstəxanasında

təcrübə keçirmiş. Ustad deyirdi ki, bir gün məni xəstəxananın

müdiri – baş həkim çağırtdırdı. İçəri girdikdə rəisin otağında

bir sərqud – minbaşının məni gözlədiyini gördüm.

Rəis narahat idi. Minbaşı-mayor dedi ki, sənnən işimiz var

və məni Dəjban həbsxanasına apardılar. Əbdülhüseyn Teymurtaş

(Rza şahın vəziri – E.Ş.) həbsxanadakı məmurlara

deyibmiş ki, məni orada öldürsünlər. Pəri-Sürəyyanın anası

onların məni həbs etdiyini bildikdə, üz-gözünü cırır, çox

ağlayıb-sıtqayır. Teymurtaşa yalvarır ki, bu yazıq seyidin

günahı nədir ki, ölümünə çalışırsınız? Cəddi bizi tutar, əlinizi

qana batırmayın! Teymurtaş cavab verir ki, onu bir şərtlə

öldürmərəm, Tehrandan çıxıb getsin. Ustad söyləyir ki,

7

Əbdülhüseyn Teymurtaşın Sovetlər birliyinin Mərkəzi Təhlükəsizlik

İdarəsi ilə əlaqəsi var idi, hər şeydən xəbərdardı.

Şahın vəziri olan bu cəllad qumarbaz və şəhvət düşkünü idi.

Sərxoş olduğu zamanlar heç bir qadın onun əlindən qurtula

bilməzdi. Məqsədinə çatmaq üçün hər vasitəyə əl atardı.

1933-cü ildə rüşvət aldığına görə günahlandırılır. Açıq məhkəmə,

divan quruldu. Əfv olunması üçün elə də canfəşanlıq

etmədi, bir-iki dəfə ağladı, ancaq bir köməyi olmadı, zindana

salındı. 1934-cü ildə Tehranda Qəsr zindanında zəhərlənib

öldürüldü. Onun faciəli ölümünü infarktdan olubmuş kimi

qələmə verdilər. Sonra ustaddan soruşdum ki, Teymurtaş

çox qüdrətli, güclü adam idi, necə oldu ki, öldü? Dedi ki, onu

mənim cəddim öldürdü. Bəxti gətirməmişdi, eybəcər arvadı

yüksək cəmiyyət məclislərinə çıxası halda deyildi. Məqam

sahibi oldu, vəzifə tutdu, mənim sevgilimə göz yetirdi, sonu

da belə oldu 3 .

Burada sürgün faktına nisbətən geniş yer verməyimiz

təsadüfi deyil. Çünki bəzi tədqiqatçılar Şəhriyarın şah üsul-i

idarəsi tərəfindən sürgün edilməsi faktını danır, bu hadisəni

müxtəlif səbəblərlə bağlayırlar. Ancaq bu, bir həqiqətdir ki,

şairi Tehrandan, ictimai-siyasi mühitdən, dövrün mütərəqqi

ziyalılarından ayırmaq, uzaqlaşdırmaqla gələcəkdə baş verə

biləcək xalq hərəkatının təkanverici qüvvələrindən birini aradan

götürmək məqsədi güdən hakim dairələr Sürəyya – Pəri

kartından istifadə etmişlər. Çünki söylənilənlərə görə, gənc

Şəhriyar Qaçar sülaləsinin devrilməsi, istibdad rejimi əleyhinə

kütləvi iğtişaşlarda iştirak etmiş, hətta ölümdən qurtulmuşdur.

Mirzadə Eşqi kimi mütərəqqi arzularla, azadlıq

idealları ilə yaşayan ziyalını qətlə yetirən, alovlu nitqini kəsmək

üçün Fərruxi Yəzdinin dodaqlarını tikdirən bu rejim,

müstəbidlər səltənəti Şəhriyar kimi azadlıq mücahidlərinə

3. Əhməd Kavianpur. “Zendeqani-ye ədəbi və ectemai-ye ostad Şəhriyar” (“Ustad

Şəhriyarın ədəbi və ictimai həyatı”), I çap, İqbal nəşriyyatı, Tehran, 1978, 330 s.,

s.30.

8

əğbət bəsləyərək əsərlərində onları həvəslə vəsf edən, misralarından

od-alov saçılan gənc şairin də qapısını döyməli,

“təmizləmə kampaniyası” həyata keçirilməli idi. Şairin ürək

və qələm dostu Lütfulla Zahidi xatirələrində yazır: “Şəhriyar

bir neçə dəfə ölümdən qurtulmuşdu. Bunlardan biri Qacarlar

sülaləsinin məhv olunması qərarı ilə əlaqədar baş vermişdi.

O zaman Şəhriyar 17 yaşlı bir gənc idi. Başına əmmamə qoyar,

səliqəli geyinər, gecə-gündüz dünya ədəbiyyatının ən

nadir incilərini mütaliə edərdi. O, həmin vaxtda müxalifət

hərəkatını, xalqın etiraz dalğalarını ölkənin xeyrinə olan bir

iş kimi qiymətləndirərək bir dəstə etirazçı ilə bazar meydanında

mitinq keçirmək və nitq söyləməklə məşğul idi. Amma

onun xəbəri yoxdu ki, o zaman hökumətin tərəfdarı olan

bazar əhli bu dəyişikliklərə müxalifdir və bir dəstə adamı

pulla satın alıb mitinq keçirənlərin əleyhinə meydana daxil

ediblər. Onlar Şəhriyarı və tərəfdarlarını əhatəyə alır və öldürmək

məqsədilə döyməyə başlayırlar. Elə bu vaxt Şəhriyar

görür ki, bir nəfər onu mitinq iştirakçıları arasından quş kimi

götürüb Seyid İmamzadəsinə aparır. Həmin şəxs vəziyyətdən

onu hali edir və deyir:

– Seyid, bu həngamənin səninlə nə əlaqəsi var, get, öz

işlərinlə məşğul ol.

Özünü hay-küyün içərisindən xilas olmuş görən Şəhriyar

bazarın damına çıxır və onun tağları arasından görür ki,

məslək dostları və mitinq iştirakçısı olan həmkarları müxalifətin

dəyənək və bıçaqları altında məhv olmaq üzrədir.

Sonralar ona məlum olur ki, mitinqçilərdən yalnız o, salamat

qurtulub” 4

Nişapurda dostlarından, vətənindən uzaq əzab-əziyyətli

həyat yaşamağa məhkum edilən şair keçmişi, ötən gün-

4. Camşid Əlizade. “Be həmin sadegi və zibayi” (“Elə həmin sadəlikdə və gözəllikdə”).

“Yadname-ye Şəhriyar” (“Şəhriyar haqqında xatirələr”) (Fars dilindən çevirən

Sabir Nəbioğlu), Tehran, “Mərkəz” nəşriyyatı, 1994, s. 620.

9

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!