10.10.2019 Views

Şəhriyar xatirələrdə (Xatirə Ədəbiyyatı silsiləsindən)

Bu kitab böyük Azərbaycan şairi Şəhriyar (Seyid Məhəmmədhüseyn Behcət Təbrizi) haqqında xatirələrdən ibarətdir. Toplunun əvvəlində öz xatirələri də yer alıb. Əlavə olaraq, şairini qızı, qardaşı, dostları, müxtəlif sənət və ədəbiyyat adamlarının da yazısı kitaba salınıb. Bu xatirələrdə Şəhriyarın uşaqlığından tutmuş ahıl yaşlarına qədər başına gəlmiş hadisələrdən bəhs edilir. “Şəhriyar xatirələrdə” kitabı Şəhriyarşünaslıqla maraqlananlar, ümumilikdəsə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

sonra, onun şeirlərində müəyyən dəyişikliklər nəzərə çarpır.

Eyni zamanda, Əbülhəsən xan Səbadan setar çalmağı öyrənir

və deyilənlərə görə, istəklisi Sürəyya-Pəriyə də bu musiqi

alətində çalmağı özü öyrədir. Əziz dostu Əbülqasım Şəhyara

həsr etdiyi bir qəzəl dostları tərəfindən çox bəyənilir, əldən-ələ

keçir, oxuyan hər kəs qəzəl haqqında yüksək fikirlər,

xoş sözlər söyləyir. Şeirinin seviləcəyinə əmin olmayan

şair sonralar xatırlayır ki, bu hadisə, münasibət mənə böyük

zövq və inam verdi. Sanki bir gündə yüz il yol getdim.

Dostlarının xoş sözlərindən qanadlanan gənc şair

özünə ürəyincə bir təxəllüs götürmək üçün çox düşünür.

Onun söylədiyinə görə, hər hansı təxəllüsü götürürmüşsə,

sonra əl çəkməli olurmuş. Çünki digər şairlər həmin təxəllüsləri

artıq qəbul edərək şeirlər yazdıqlarından, Məhəmmədhüseyn

də təxəllüsünü tez-tez dəyişmək məcburiyyətində

qalırmış. Nəhayət, Hafizin divanından fal açmalı olur. Orada

yazılmışdı:

Çərxi-fələk sikkəni şəhriyarların adına döydürdü,

Mən də öz şəhrimə gedib, öz Şəhriyarım 1 olmalıyam. 2

1925-ci ildə, 20 yaşında ikən “Şəhriyaram” qəzəlini yazaraq

qələm sahiblərini, özünü mənəvi dünyanın şahı adlandırır.

Şəhriyarın bu qəzəlini oxuyan İrəc Mirzə heyrətlə

bildirir ki, “Sən bizlərdən deyilsən, böyük Hafizin cərgəsindənsən!”

Şəhriyar Tehran Universitetinin Tibb fakültəsində 4

il təhsil aldıqdan sonra, 1928-ci ildə hərbi həkimlər hazırlayan

qrupa keçir və hərbi həkim-cərrah kimi ixtisaslaşır. Lakin

təbiətən humanist, həssas, qəlbi kövrək olduğuna, bütün

könlünü seirə verdiyinə görə, həkimlik sənəti, bu sənətin

1. Şəhərlərin şahı; Şəhərlərin dostu, yarı

2. Əhməd Kavianpur. “Zendeqani-ye ədəbi və ectemai-ye ostad Şəhriyar”

(“Ustad Şəhriyarın ədəbi və ictimai həyatı”), I çap, İqbal nəşriyyatı, Tehran,

1978, 330 s.

5

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!