10.10.2019 Views

Şəhriyar xatirələrdə (Xatirə Ədəbiyyatı silsiləsindən)

Bu kitab böyük Azərbaycan şairi Şəhriyar (Seyid Məhəmmədhüseyn Behcət Təbrizi) haqqında xatirələrdən ibarətdir. Toplunun əvvəlində öz xatirələri də yer alıb. Əlavə olaraq, şairini qızı, qardaşı, dostları, müxtəlif sənət və ədəbiyyat adamlarının da yazısı kitaba salınıb. Bu xatirələrdə Şəhriyarın uşaqlığından tutmuş ahıl yaşlarına qədər başına gəlmiş hadisələrdən bəhs edilir. “Şəhriyar xatirələrdə” kitabı Şəhriyarşünaslıqla maraqlananlar, ümumilikdəsə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

sonra “Firdovsi” və “Məhəmmədiyyə” orta məktəblərində

təhsilini davam etdirir, ərəb, fars və fransız dillərini öyrənir.

Nizami, Hafiz, Sədi, Saib və Sabirin (türkcə ilk şeirini M.Ə.

Sabirin təsiri ilə 1913-cü ildə yazıb) əsərləri gənc Məhəmmədhüseynin

mütaliə, həm də qəlb yoldaşı olur.

O, təhsilini davam etdirmək üçün 1921-ci ildə Tehrana

gələrək Məhəmmədəli Şah Qacarın bacısı Əkrəm üs-Səltənənin

evinə düşür və Darülfünuna yazılır. Burada təhsilini

başa vurduqdan sonra, 1924-cü ildə Tehran Universitetinin

tibb fakültəsinə daxil olur. Ədəbiyyata böyük marağı və sevgisi

olan gənc tələbə şeirlər yazır, mətbuatda dərc olunur və

yavaş-yavaş ədəbi aləmdə tanınmağa başlayır.

Tehranın görkəmli sənətkarları, elm, mədəniyyət xadimləri

ilə tanışlığı onun ictimai-siyasi görüslərinin formalaşmasında,

dünyaya baxışının istiqamətlənməsində mühüm

rol oynayır. Hələ Təbrizdə ikən dövrünün misilsiz

muğam ustası, qocaman xanəndə, Məşrutə inqilabının rəhbəri

Səttarxanın 1908-ci ildə “İqbali Azər” ləqəbini verdiyi

Əbülhəsən xan İqbal üs-səltənə ilə tanış olması və ondan

musiqi, muğam dərsi alması da dünyagörüşünün formalaşmasına

faydalı təsir göstərir.

Gənc şair universitetdə təhsil aldığı illərdə Sürəyya

adlı bir qıza aşiq olur, eşqi naminə, onun yaşadığı Behcətabad

məhəlləsinin adına uyğun olaraq “Behcət” təxəllüsü ilə

şeirlər yazır və ilk qələm təcrübələri ədəbi mühitdə, çağdaş

İran poeziyasının görkəmli nümayəndələri arasında maraq

doğurur. 1921-ci ildə Əbülqasım Şəhyarla tanış olur və onlar

bir-birinin şəxsində səmimi dost tapırlar. Əbülqasım gənc

şairi İranın məşhur söz ustaları Lütfulla Zahidi (1922), Həbib

Səlmasi, Ustad Qəmər ül-mülk Vəziri (1927), Məlik üş-şüəra

Baharla (1928) tanış edir. M.Baharın vasitəsilə o, Arif Qəzvini

və İrəc Mirzəni yaxından tanıyır, onlarla dostlaşır.

1924-cü ildə Əbülhəsən xan Səba və Seyid Əbdülkərim

Əmiri Firuzkuhi ilə tanışlığı və dostluğu başlanır. Bundan

4

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!