10.10.2019 Views

Şəhriyar xatirələrdə (Xatirə Ədəbiyyatı silsiləsindən)

Bu kitab böyük Azərbaycan şairi Şəhriyar (Seyid Məhəmmədhüseyn Behcət Təbrizi) haqqında xatirələrdən ibarətdir. Toplunun əvvəlində öz xatirələri də yer alıb. Əlavə olaraq, şairini qızı, qardaşı, dostları, müxtəlif sənət və ədəbiyyat adamlarının da yazısı kitaba salınıb. Bu xatirələrdə Şəhriyarın uşaqlığından tutmuş ahıl yaşlarına qədər başına gəlmiş hadisələrdən bəhs edilir. “Şəhriyar xatirələrdə” kitabı Şəhriyarşünaslıqla maraqlananlar, ümumilikdəsə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Bu kitab böyük Azərbaycan şairi Şəhriyar (Seyid Məhəmmədhüseyn Behcət Təbrizi) haqqında xatirələrdən ibarətdir. Toplunun əvvəlində öz xatirələri də yer alıb. Əlavə olaraq, şairini qızı, qardaşı, dostları, müxtəlif sənət və ədəbiyyat adamlarının da yazısı kitaba salınıb. Bu xatirələrdə Şəhriyarın uşaqlığından tutmuş ahıl yaşlarına qədər başına gəlmiş hadisələrdən bəhs edilir. “Şəhriyar xatirələrdə” kitabı Şəhriyarşünaslıqla maraqlananlar, ümumilikdəsə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

olum-qalım dilemmasını həll edən tərəfləri, cərrah bıçağı və

kəsilən nahiyədən axan insan qanı şairin ürəyincə deyildi.

Sonralar xatırlayırmış ki, hər dəfə cərrahiyyə əməliyyatı aparandan

sonra halı xarab olur, özünü çox pis hiss edirmiş.

Gənc Şəhriyar dövrünün ab-havasına, siyasi mütəhərrikliyinə

də laqeyd qalmır, əsərlərində ictimai quruluşa,

müstəbid rejimə qarşı kəskin etiraz və ifşaçılıq ruhu özünü

göstərir. Düsüncə və duyğularının bu məcraya yönəlməsində

onun Tehranda fəaliyyət göstərən mütərəqqi ziyalılarla tanışlığı

və dostluğu, eyni zamanda XX əsrin əvvəllərində İranda

və Cənubi Azərbaycanda zülm səltənətinə, ağalıq, şahlıq

quruluşuna qarşı xalqın dalğa-dalğa yüksələn milli azadlıq,

demokratik hərəkatları da böyük rol oynayır. “Sərdari-milli”

Səttarxanın və fəlsəfi təfəkkürə malik alovlu vətənpərvər

Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə genişlənən xalq

hərəkatı gənc şairin dünyagörüşündə dərin iz buraxır.

Əlbəttə, şairin şeirlərindəki mübarizə, etiraz motivləri

yaşadığı ədəbi mühit, baş verən ictimai-siyasi hadisələr və

1928-ci ildən iştirak etdiyi Doktor Xəlil xan Səqəfinin yaratdığı

“Ehzare-ərvah” məclisindən də qaynaqlanırdı.

Universitet illərində (1924-1929) Şəhriyarın bir sıra şeirləri

Tehran mətbuatının səhifələrində çap edilir. İlk mətbu

şeiri isə Təbrizdəki Məhəmmədiyyə orta məktəbində oxuyarkən

burada nəşr edilən “Ədəb” jurnalında dərc olunur.

“Ərməğan” jurnalının redaktoru Vahid Dəstgirdi də onun

şeirlərini öz dərgisində ardıcıl çap edir.

Lakin universitetin son kursunu bitirib ixtisaslaşmış

hərbi həkim diplomu almasına iki-üç ay qalmış gənc Şəhriyarın

həyatında ən ağır bir hadisə baş verir. Şair illərlə sevdiyi

Pəridən-Sürəyyadan (O, Sürəyyanı Pəri də çağırırdı)

ayrılmağa və universiteti tərk etməyə məcbur edilir. Buna

baxmayaraq, 1929-cu il 24 yaşlı gənc şairə böyük uğur da gətirmişdi.

Dostları – L.Zahidi, İ.Mirzə, M.Bahar və başqalarının

təkidi ilə “Xəyyam” nəşriyyatında şairlər şairi adlandırı-

6

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!