04.02.2019 Views

Dədə Qorqud kitabı (Vatikan nüsxəsi)....

Kitabda “Dədə Qorqud dastanı”nın Vatikan nüsxəsi öz əksini tapır. Vatikan nüsxəsi İtaliyanın Vatikan kitabxanasında qorunan, XVI əsrin birinci yarısında üzü köçürülən, bir müqəddimə və altı boydan ibarət olan nüsxədir. “Hekayəti-Oğuz-nameyi-Qazan bəg və ğəyri” adlanan bu nüsxə ilk dəfə olaraq əski əlifbadan müasir əlifbaya çevrilərək, Azərbaycan oxucusuna təqdim edilir. Abidəni transliterasiya edən, ön söz, qeydlər və şərhlərin müəllifi filologiya elmləri doktoru, professor Tərlan Quliyev, Elmi redaktoru filologiya elmləri doktoru, professor Füzuli Bayat, naşiri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir.

Kitabda “Dədə Qorqud dastanı”nın Vatikan nüsxəsi öz əksini tapır. Vatikan nüsxəsi İtaliyanın Vatikan kitabxanasında qorunan, XVI əsrin birinci yarısında üzü köçürülən, bir müqəddimə və altı boydan ibarət olan nüsxədir. “Hekayəti-Oğuz-nameyi-Qazan bəg və ğəyri” adlanan bu nüsxə ilk dəfə olaraq əski əlifbadan müasir əlifbaya çevrilərək, Azərbaycan oxucusuna təqdim edilir.
Abidəni transliterasiya edən, ön söz, qeydlər və şərhlərin müəllifi filologiya elmləri doktoru, professor Tərlan Quliyev, Elmi redaktoru filologiya elmləri doktoru, professor Füzuli Bayat, naşiri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir.

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Cümhuriyyətimizin 100 illiyinə ithaf olunur

Dədə Qorqud kitabı

Vatikan nüsxəsi

2

Dədə Qorqud kitabı

Vatikan nüsxəsi

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

ÜZEYİR HACIBƏYLİ ADINA BAKI MUSİQİ AKADEMİYASI

DƏDƏ QORQUD

KİTABI

VATİKAN NÜSXƏSİ

Bakı – 2018

3

Dədə Qorqud kitabı

Vatikan nüsxəsi

Kitab Üzeyir Hacıbəyli adına

Bakı Musiqi Akademiyası Elmi Şurasının 29 noyabr 2017-ci il

(protokol № 3) qərarı ilə çap olunur

Abidəni transliterasiya edən, ön söz, qeydlər və şərhlərin müəllifi:

Filologiya elmləri doktoru, professor

TƏRLAN QULİYEV

Elmi redaktor:

Filologiya elmləri doktoru, professor

FÜZULİ BAYAT

Naşir:

Filologiya üzrə fəlsəfə doktoru, dosent

ŞƏMİL SADİQ

Rəyçilər:

Fəlsəfə elmləri doktoru, professor

Əməkdar İncəsənət xadimi

GÜLNAZ ABDULLAZADƏ

Filologiya elmləri doktoru, professor

ƏZİZXAN TANRIVERDİ

Filologiya üzrə fəlsəfə doktoru

YAQUT QULİYEVA

Dədə Qorqud kitabı (Vatikan nüsxəsi).

© “XAN” nəşriyyatı. Bakı – 2018. 288 səh.

Kitabda “Dədə Qorqud dastanı”nın Vatikan nüsxəsi öz əksini tapır. Vatikan

nüsxəsi İtaliyanın Vatikan kitabxanasında qorunan, XVI əsrin birinci yarısında üzü

köçürülən, bir müqəddimə və altı boydan ibarət olan nüsxədir. «Hekayəti-Oğuznameyi-Qazan

bəg və ğəyri» adlanan bu nüsxə ilk dəfə olaraq əski əlifbadan

müasir əlifbaya çevrilərək, Azərbaycan oxucusuna təqdim edilir.

ISBN: 9001020801210

© “XAN” nəşriyyatı / 2018

4

Dədə Qorqud kitabı

Vatikan nüsxəsi

ƏDƏBİYYATIMIZIN VƏ TARİXİMİZİN BİR

PARÇASI

T

əqribən VII əsrin ikinci yarısında bir Alban bitikçisi,

oxumuşu ərəblərin gəlişi ilə əlaqədar olaraq, Oğuz dövrünün,

Alban dövrünün artıq geridə, arxada qaldığını,

Alban dövlətinin dağıldığını görüb, o dövrlərin təəssübünü çəkərək,

itib-batmasın deyə o zamanlardan bəhs edən bir dastanı kitaba çevirmək

istədiyi vaxt, o günləri xatırlayaraq, arabir təsvir etdiyi hadisələrin

tarixini yada salmaq üçün yazırdı: «Oğuz zamanında...» Bütövlükdə

yazıya almaq istədiyi kitab isə «Dədə Qorqud dastanı» idi...

«Dədə Qorqud dastanı»nda cərəyan edən hadisələrin tarixindən

danışarkən tədqiqatçılar müxtəlif mülahizələr irəli sürürlər. Biz isə

hər iki nüsxə - yəni həm Drezden və həm də Vatikan nüsxələri əsas

olmaqla bütövlükdə bu dastanda cərəyan edən hadisələrin tarixini

eradan əvvəl birinci minilliyin ortalarından etibarən təşəkkül etməyə

başlayan Alban dövlətinin yaranma tarixi ilə bağlayırıq. Bizcə, dastanda

cərəyan edən hadisələr eradan əvvəl birinci minilliyin ortalarında

Qalın Oğuz dövlətinin inkişaf edib Alban dövlətinə çevrildiyi

tarixi əks etdirir. Doğrudur, yəqin ki, VII əsrə qədər dəfələrlə ozanlar

tərəfindən söylənilən və müxtəlif türk əlifbalarında, daha doğrusu,

Alban əlifbasında yazıya köçürülən «Dədə Qorqud dastanı» əlimizə

gəlib çatmasa da, amma artıq VII əsrin ikinci yarısında yazıya köçürülərək

kitaba çevrilən dastan bu gün bizim əlimizdədir. Dastanın

islamın gəlişinə qədərki tarixi və təqribən VII əsrin ikinci yarısından

gec olmayaraq yazıya köçürülməsi isə öz məzmunu ilə göz qabağın-

5

Dədə Qorqud kitabı

Vatikan nüsxəsi

dadır. Bu məzmunu VII əsrdən sonrakı tarixlə bağlayanlar dastanın

tarixini ya bilərəkdən və yaxud da bilməyərəkdən «cavanlaşdırmaq»

istəyənlərdir...

Məlum olduğu kimi, «Dədə Qorqud kitabı»nın Drezden nüsxəsinin

əlyazması üzərində belə bir cümlə yazılıb: «Kitabı-Dədəm

Qorqud ala-lisani-taifeyi-Oğuzan». Bu cümlənin dəqiq tərcüməsi aşağıdakı

kimidir: «Oğuzlar tayfasının dilində Dədəm Qorqudun kitabı».

Gördüyümüz kimi, əlyazmanın üzərində yazılan bu cümlə, bu kitabın

dəqiq şəkildə Oğuz dillərində yazıldığını bildirməklə yanaşı, içini

oxumadan belə, onun Oğuzlardan bəhs edəcəyini də güman etməyə

əsas verir. Burada isə biz hamıya adi görünən və hamının cavabını

guya çox yaxşı bildiyi bir sual vermək istəyirik: bəs Oğuzlar kimlərdir?

Elmi ədəbiyyatın verdiyi məlumata görə, Oğuzlar eramızın VI-

VIII əsrlərində mövcud olmuş Göytürk xaqanlığı dövründə yaranmış

Orxon-Yenisey abidələrində adları ilk dəfə çəkilən türk tayfalarından

biridir. Sonralar IX-X əsrlərdə bu tayfalara Sırdərya hövzəsi ətrafında

təsadüf olunur ki, XI əsrdən sonrakı dövrlərdə də bu tayfalar Səlcuq

dövlətinin tərkibində daha geniş yer tutaraq, bütün Yaxın Şərqə yürüşlər

edirlər. Bəs, Göytürk xaqanlığı dövründən öncə, eradan əvvəl I

minillikdən eramızın V əsrinə qədər mövcud olmuş Hun dövründə

Oğuzlar kim olmuş və harada yaşamışlar? Bu suala isə müasir tarix

elmi bir o qədər də dəqiq cavab verə bilmir. Tarix elmi Hun dövründən

bəhs edərkən, bu dövlətin, bu tayfaların tərkibində digər tayfalarla

yanaşı, bəzən Oğuzların dədə-babalarının, əcdadlarının adlarını

çəksələr də, yenə də bu Oğuzların kim olduqları, onların bu dövlətin

tərkibində hansı rol oynadıqları və ümumiyyətlə, Oğuzların bu zaman

harada yaşadıqları bir o qədər də dəqiq bilinmir. Doğrudur, son onilliklərdə

Hun tayfalarının miladdan çox-çox öncələrdən də Ön Asiyada

yaşadıqları haqda bir sıra gözəl əsərlər yazılsa da, amma yenə də

bu fikirlər, hələ ki, elmdə son söz kimi qəbul olunmur.

6

Dədə Qorqud kitabı

7

Vatikan nüsxəsi

Lakin eramızın X-XI əsrlərindən etibarən, vəziyyət bir qədər dəyişir.

Səlcuq dövlətinin meydana gəlməsilə Oğuzların tarix səhnəsinə

böyük qüvvə ilə çıxmaları nəticəsində, artıq Oğuzlar haqqında birbirinin

ardınca daha çox məlumatlar verilməyə, əsərlər yazılmağa

başlanılır. Belə ki, bu məlumatların başında ilk növbədə Mahmud

Kaşğarinin «Divanü lüğat-it türk» və Fəzlullah Rəşidəddinin «Came

ət-təvarix» əsərlərində verdikləri bilgilər dayanır. Daha sonralar, Osmanlı,

Qaraqoyunlu, Ağqoyunlu dövlətlərinin yaranması nəticəsində

Oğuzların-Türkmanların intibaha yaxın bir hal yaşamaları ilə bağlı

olaraq, bir-birinin ardınca «Oğuznamə»lər meydana çıxır ki, bunlar

da əsasən, demək olar ki, XVII əsrdə Əbülqazi Bahadır xanın qələmə

aldığı «Şəcəreyi-tərakimə» əsəri ilə tamamlanır. Bütün bu əsərlərə -

bəzilərinin üzərində «Oğuznamə», bəzilərinin üzərində isə «Oğuznamə»

yazılmayan əsərlərin hər birinə baxsaq, bu əsərlərin heç birinin

əslində dastan olmayıb, müəyyən mənada tarix kitabları, Oğuzların,

türklərin soy köklərindən, mifoloji düşüncələrindən, tarixi şəxsiyyətlərindən,

şəcərələrindən, hərbi yürüşlərindən bəhs edən əsərlər olduğunu

görərik. Bu mənada, bu əsərlər əsas etibarilə Oğuzların tarixlərini,

onların keçmişlərini əks etdirdikləri üçün, həqiqətən də, «Oğuznamə»

adını daşımağa tamamilə layiqdirlər. Lakin yenə də Oğuzların

intibah dövründə, təqribən, XV-XVI əsrlərdə sonuncu dəfə üzü köçürülən,

Oğuzların həyatından, məişətindən, qəhrəmanlıqlarından, sevgilərindən,

dünyagörüşlərindən bəhs edən «Dədə Qorqud kitabı» da

«Oğuznamə»dirmi?

Diqqətlə baxdıqda hələ yazıya alındığı zaman, bəzi boyları

«Oğuznamə» adlandırılan «Dədə Qorqud kitabı» ilə XI-XVII əsrlərdə

meydana çıxmış «Oğuznamə»lər arasında müəyyən fərqlərin olduğunu

görürük. Belə ki, XI-XVII əsrlərdə qələmə alınan «Oğuznamə»-

lərdə Oğuzların tarixi kökləri, onların görkəmli şəxsiyyətləri, dinimifoloji

düşüncələri haqqında bilavasitə əsər yazmaq qarşıya bir məqsəd

kimi qoyulursa, «Dədə Qorqud kitabı»nda biz bu məqsədi görmürük.

«Dədə Qorqud dastanları» sadəcə olaraq, Oğuzların müəyyən

Dədə Qorqud kitabı

8

Vatikan nüsxəsi

bir dövr həyatlarından, məişətlərindən, qəhrəmanlıqlarından bəhs

edən əsərdir. «Oğuznamə»lərdə qoyulan məqsədlər «Dədə Qorqud kitabı»nda

haradasa sezilirsə də, bizcə, bu da onu XV-XVI əsrlərdə

«Oğuznamə» kimi görmək istəyindən irəli gəlir. Beləliklə, biz Oğuzlardan

bəhs edən «Dədə Qorqud kitabı»nı XI-XVII əsrlərdə yazılmış

«Oğuznamə»lərlə eyniləşdirmir, sadəcə olaraq, bu əsərin XV-XVI

əsrlərdə «Oğuznamə»lər yarandığı zaman «Oğuznamə»yə çevrildiyi

fikrinin üstündə dururuq. Bizcə, «Dədə Qorqud kitabı» XI əsrdən

sonra yeni qüvvə ilə meydana çıxmış Oğuzların deyil, daha qədim

Oğuzların, Azərbaycan ərazisində ən qədim zamanlardan, Azərbaycan

tarixində Alban dövləti kimi yer tutan, bu dövlətin təşəkkül zamanında

Azərbaycanda yaşamış Oğuzların həyatından bəhs edən bir

əsərdir. Doğrudur, qorqudşünaslıqda ara-sıra bu haqda da yazılıb.

Amma bu deyilənləri- «Dədə Qorqud kitabı»nı XI-XVII əsrlər arasında

meydana çıxan «Oğuznamə»lərlə tutuşdurmaqla yeni nəticələrə

də gəlmək olar.

Belə ki, məsələn, biz «Dədə Qorqud kitabı»nda istər «Divanü

lüğat-it türk»də, «Came ət-təvarix»də, «Şəcəreyi-tərakimə»də və istərsə

də başqa əsərlərdə gördüyümüz 24 Oğuz boyunun adlarına, onların

xüsusiyyətlərinə, izahlarına, bu boylardan çıxan görkəmli şəxsiyyətlərin

isimlərinə və digər cəhətlərinə XI-XVII əsrlər arasında

meydana çıxan «Oğuznamə»lərdəki kimi geniş şəkildə rast gəlmirik.

Sadəcə olaraq, «Kitab»ın müqəddiməsində Dədə Qorqudun Bayat boyundan

olduğu haqqında məlumat almaqla, Qayı boyunun adına təsadüf

edirik. Sonralar isə bütün «Kitab» boyu Qazanın da adına daha

çox Salur Qazan kimi rast gəlir, onun da Salur boyundan olduğunu

güman edirik. Deməli, «Dədə Qorqud kitabı»nda Dədə Qorqud

Oğuzları üçün Oğuzların sonralar «Divanü lüğat-it türk»də, «Came

ət-təvarix»də, «Şəcəreyi-tərakimə»də görüyümüz 22-24 boyu artıq

keçmiş mərhələdir. Və hətta, bu mənada, Oğuz tarixinin görkəmli tədqiqatçısı

Faruq Sümərin də «Oğuzlar» adlı əsərində yazdığı: «Oğuzların

24 boydan ibarət olduqları haqda məlumatlar da XI əsrdən

Dədə Qorqud kitabı

9

Vatikan nüsxəsi

qədimə getmir» fikri də özünü doğrultmur. Çünki Dədə Qorqud

Oğuzları Oğuz tarixində mühüm yer tutan 24 Oğuz tayfasını da demək

olar ki, öz içində, daxilində birləşdirir. Məsələn, «Dədə Qorqud

kitabı»nda öz əzəməti ilə təsvir olunan Bayandır xan yəqin ki, hər

hansı bir boyun, konkret şəkildə desək, «Divanü lüğat-it türk»də

Oğuz tayfaları sırasında üçüncü yerdə adı çəkilən, damğası verilən

Bayandurlar boyunun yaradıcısı idi. Eyni zamanda, məlum olduğu

kimi, Qazan xan da atasının adının Ulaş olmasına baxmayaraq,

dastanda, adətən, Salur Qazan kimi xatırlanır. Və hətta, «Qazan bəg

oğlu Uruz bəgin tutsaq olduğu boy»da Burla xatun Qazana «Salur

bəgi, Salur görgi» kimi xitab edir. Deməli, Qazan bəy də Salur

boyunun bəyi, bu tayfanın başçısıdır. Məlumdur ki, bu boyun da adı

Mahmud Kaşğarinin «Divan»ında Salğur boyu kimi qeyd olunmaqdadır.

Hətta, maraqlıdır ki, bir yerdə - «Basat Dəpəgözü öldürdüyü

boyda» Basat Dəpəgözə soy soylayarkən Qazanın adını «Salur oğlu

Qazan» kimi təqdim edir. Deməli, buradan da, bir daha, Qazanın Salur

boyunun başçısı olduğunu güman etmək olar. Beləliklə, bu faktların

hamısı onu göstərir ki, əslində sonralar, «Divanü lüğat-it

türk»də, «Came ət-təvarix»də, «Şəcəreyi-tərakimə»də rast gəliyimiz

boylar ilk növbədə, «Dədə Qorqud» Oğuzları içərisində yaranmış,

sonradan digər Oğuzların arasında yayılmışdır. Bu faktı «Dədə

Qorqud kitabı»ndan gətirilən daha bariz bir nümunə ilə sübut etmək

olar. Məsələn, «Qazan bəg oğlu Uruz bəgin tutsaq olduğu» boyda

belə bir cümlə var: «Anun ardınca, görəlim, kimlər yetdi. Yigirmi

dört boyun oxşayan Dəli Tondaz yetdi. Anun ardınca bin qövm

başları Dügər yetdi. Anun ardınca bin Bəgdiz başları Əmən yetdi.

Anun ardınca toquz qoca başları Aruz yetdi. Saydıqımca Oğuz bəgləri

dükənsə olmaz». Beləliklə, bu cümlələrə baxsaq, onlarda verilən digər

informasiyaları saf-çürük etmədən, bu cümlələrdə xatırlanan «bin

qövm başları Dügər»in sonralar Kaşğaridə verilən on səkkizinci boy

olan Tügərlər tayfasının başçısı, «bin Bəgdiz başları Əmən»in isə

yenə də Mahmud Kaşğaridə verilən səkkizinci boy olan Bügdüzlərin

Dədə Qorqud kitabı

10

Vatikan nüsxəsi

tayfasının başçısı olduğunu və bu tayfaların Qalın Oğuz içində

mövcud olduğunu deyə bilərik. Və eyni zamanda, bu informasiyalardan,

hətta, bu tayfaların və bütövlükdə Qalın Oğuzun əhalisinin

sayını da güman etmək olar. Çünki «bin qövm başları, bin Bəgdiz

başları» dedikdə ən azı min nəsil, qohum-əqraba, ailə nəzərdə tutulur.

Buradan da istər Dügərin, istərsə də Əmənin başçılıq etdiyi tayfaların

kiçik tayfalar deyil, öz ətrafında minlərlə insanı birləşdirən tayfalar

olduğu məlum olur.

«Dədə Qorqud kitabı»nda bu məlumatları oxuyarkən istər-istəməz

Mahmnud Kaşğarinin verdiyi bir məlumat da yada düşür. Belə

ki, Mahmud Kaşğari 22 Oğuz boyunu sadaladıqdan sonra, yazır:

«...Bu saydığım boylar kökdür. Bu kökdən bir sıra oymaqlar çıxmışdır.

Onları söyləmədim, sözü qısa kəsdim». Bu mənada, yuxarıdakı

cümlələrə bir daha nəzər saldıqda, bu tayfaların neçə-neçə oymaqlardan

ibarət olduğunu güman etmək olar. Bizə elə gəlir ki, həm boylara,

həm oymaqlara aid belə nümunələri dastanı vərəqləməklə yenə

də tapmaq mümkündür...

Eyni zamanda, biz «Qazılıq qoca oğlu Yegnək» boyunda üç

yerdə «24 sancaq bəgi» ifadəsinə, sonuncu – «İç Oğuza Taş Oğuz asi

olub Beyrək öldügi» boyunda isə üç yerdə «Üç oq, Boz oq» ifadələrinə

rast gəlirik. Deməli, «Dədə Qorqud» qəhrəmanlarının sonralar

Kaşğaridə, Fəzlullah Rəşidəddində, Əbülqazi xanda görəcəyimiz 22-

24 Oğuz tayfalarından, Oğuzları əsasən iki yerə bölən «Üç oq, Boz

oq» bölgülərindən xəbərləri vardır. Çünki, bizcə, ən azından «Dədə

Qorqud kitabı»nda rast gəldiyimiz «24 sancaq bəgi» ifadəsi təqribən

24 Oğuz tayfası, boyu bölgüsünə uyğun gəlir. Amma maraqlısı burasındadır

ki, «Dədə Qorqud kitabı»nda istər Dügər, Bəgdüz tayfaları,

istərsə də «24 sancaq bəgi» və «Üç oq, Boz oq» ifadələri çox adi

şəkildə deyilir və sakitcə üstündən keçilir. Və dediyimiz kimi, Qalın

Oğuz əsasən iki yerə, İç Oğuz və Taş Oğuz deyə bölgülərə ayrılır.

Sonda isə Taş Oğuz İç Oğuza asi olduqdan sonra məğlub olarkən, Taş

Oğuz bəgləri bir-bir Qazanın əlini öpərək, İç Oğuza tabe olurlar.

Dədə Qorqud kitabı

11

Vatikan nüsxəsi

Bütün bunlar isə bizcə, «Kitab»ın özündən də göründüyü kimi, «Kitab»da

artıq Oğuz tayfa ittifaqının keyfiyyətcə tamamilə yeni bir mərhələyə

keçdiyini və yeni bir dövlətin, Alplar, Alpanlar dövlətinin, Alban

dövlətinin yarandığını açıq şəkildə göstərir. Buna görə də

«Kitab»da artıq ayrı-ayrı tayfaların üzərində dayanılmır, onlar haqda

geniş söhbət açılmır. Bizcə, bu mənada «Dədə Qorqud Kitabı» Oğuz

tayfalarının bir daha birləşdiyi və Alban dövlətinin yarandığı dövrü

əks etdirən abidədir. Çünki dastandan gördüyümüz kimi, ən azından

«Kitab»da Oğuz tayfaları dəfələrlə Qalın Oğuz kimi xatırlansa da,

artıq Qalın Oğuzun başçısı Qazan xan «Oğuzlar başı Qazan» kimi deyil,

«Basat Dəpəgözü öldürdigi boyda» iki yerdə «Alplar başı Qazan»,

«Qazan bəg oğlı Uruz bəgin tutsaq oldığı» boyda isə «Alpanlar

başı Qazan» kimi yad edilir.

Dastanda biz dəfələrlə, məsələn, «Qanlı qoca oğlu Qanturalı»,

«Uşun qoca oğlu Səgrək» boylarında Alp ərənlər, Alp yigitlər, Alp ər

ifadələri ilə yanaşı, eyni zamanda, «Salur Qazanın evi yağmalandığı»,

«Basat Dəpəgözi öldürdügi», «Bəkil oğlu Əmran», «Salur Qazan tutsaq

olub oğlu Uruz çıxardığı», «İç Oğuza Taş Oğuz asi olup Begrək

öldügi» boylarında Alp Ərən, Alp Rüstəm, Alp Uruz kimi şəxs

adlarına və həmçinin, «Basat Dəpəgözi öldürdügi» və «Uşun qoca

oğlu Səgrək» boylarında «Alpımız Salur oğlu Qazan», «Alpımız

Salur Qazan» ifadələrinə də rast gəlirik. Eyni zamanda, qeyd etdiyimiz

kimi, «Alplar başı Qazan» ifadəsi də əsərdə bir neçə yerdə öz

əksini tapır. Amma, maraqlıdır ki, yenə də qeyd etdiyimiz kimi,

dastanda iki yerdə «Alpanlar» sözünə təsadüf edirik: «Qazılıq qoca

oğlu Yegnək» boyunda Yegnək yoldaşlarına yuxusunu danışarkən

deyir: «...Ağ-boz atlar çapdırır alpanlar gördüm. Ağ ışıqlı alpları yanıma

saldım». Və bu ifadələrdən biri, hətta, düşmənin dilindən deyilir.

Məsələn, «Qazan bəg oğlu Uruz bəgin dustaq olduğu» boyda

oxuyuruq: «Məgər Başı açuq Tatyan qələsindən, Aqsəqa qələsindən

kafərin casusu vardı. Bunları görüp Təkurə gəldi. Aydır: «Hay, nə

oturarsan, itüni ulatmıyan, çətügini molatmıyan! Alpanlar başı Qazan

Dədə Qorqud kitabı

Vatikan nüsxəsi

oğlancuq ilə sərxoş olup, yaturlar» – dedi». Beləliklə, gördüyümüz

kimi dastanda artıq Qalın Oğuz dövləti əhalisi başdan-başa Oğuzlardan

ibarət olan və düşmənin də qəbul etdiyi Alban dövlətidir. Bizə

elə gəlir ki, bu məqamda yeni yaranan Alpan-Alban dövləti də öz

adını məhz alp-igid-ər sözündən alır.

Burada bir məsələni də xatırlatmaq yerinə düşər. Belə ki, biz bir

qədər yuxarıda «Kitab»ın əlyazması üzərində «Kitabı-Dədəm Qorqud

ala-lisani-taifeyi-Oğuzan» yazıldığını söyləmiş və onun tərcüməsinin

aşağıdakı şəkildə olduğunu demişdik: «Oğuzlar tayfasının dilində

Dədəm Qorqudun kitabı». Bu cümlədəki «Oğuzlar» sözünü oxuduqda

istər-istəməz qədim yunan tarixçisi Strabonun Albaniyadan

bəhs edərkən onun əhalisinin 26 dildə danışdığını söylədiyi fakt yada

düşür. Belə ki, Qalın Oğuz içində mövcud olan 24 sancağın, tayfanın

hər birinin ən azı min nəfərdən ibarət olduğunu, hər tayfanın da

Mahmud Kaşğari demişkən özünəməxsus ləhcəsi, dili olduğunu

nəzərə alsaq, Strabonun bəlkə də hərəsi bir ləhcədə danışan Oğuz

tayfalarını nəzərdə tutduğunu da güman etmək olar.

Beləliklə, «Dədə Qorqud kitabı»na bütövlükdə nəzər saldıqda,

bu əsərin mahiyyətindən, məğzindən, onun Azərbaycanda ən qədim

zamanlardan, ən geci Hun dövründən yaşayan Oğuzlardan, bu Oğuzların

həyat tərzlərindən, məişət şəraitlərindən, onların qəhrəmanlıqlarından,

sevgilərindən, dünyagörüşlərindən bəhs edən, heç bir əfsanəyə,

mifə bürünmədən, onları çox real şəkildə əks elətdirən və eyni

zamanda, bu Oğuzların tayfa ittifaqından yeni bir mərhələyə, daha

yüksək mərhələyə, dövlət quruculuğu mərhələsinə qədəm qoyduqları

dövründən bəhs edən bir əsər olduğunu görürük. Bu mənada, «Dədə

Qorqud kitabı» Alban abidəsi, Alban dövründə Azərbaycan Oğuzlarının

ortaya qoyduqları əsərdir. Bizə elə gəlir ki, bu əsər tarix baxımından

hələ ki, məlum olan ən qədim Oğuzlardan bəhs edən əsər,

həm də, eyni zamanda, ən qədim bədii Oğuz abidəsidir. «Dədə Qorqud

kitabı», həmçinin, ən qədim «Oğuznamə» və sonralar yaranan

12

Dədə Qorqud kitabı

13

Vatikan nüsxəsi

bütün «Oğuznamə»lərin başında duran və onların yaranmasında bilavasitə

iştirak edən «Oğuznamə»dir.

Lakin əvvəldə də qeyd etdiyimiz kimi, «Kitab»ı XI-XVII əsrlərdə

meydana çıxan «Oğuznamə»lərlə eyniləşdirmək də olmaz.

Çünki bir dəfə yuxarıda söylədiyimiz kimi, XI-XVII əsrlərdə meydana

çıxan «Oğuznamə»lərdə qoyulan məqsədlər «Kitab»ın qarşısında

qoyulmur. «Kitab»da dediyimiz kimi, sadəcə olaraq, Alban Oğuzlarının

həyatı, sevgisi, məişəti təsvir olunur. Bu əsərin məhz XV-XVI

əsrlərdə meydana çıxmasının səbəbi isə, XV-XVI əsrlərdə, dediyimiz

kimi, yeni Oğuzların, Səlcuq Oğuzlarının intibah dövrü ilə əlaqədardır.

Çünki məhz bu dövrdə yeni Oğuzlar öz tarixlərinə, öz köklərinə

bir daha qayıtmaq istəmiş, öz şanlı tarixlərini bütün Şərq xalqlarına

bildirməyə çalışmışlar. Və bu anda təbii ki, Əbu Bəkr Tehraninin

«Kitabi-Diyarbəkiriyyə», Dəvadarinin «Dürər üt-tican», Ətayinin

«Leyli və Məcnun» poemalarından və başqa əsərlərdən anlaşıldığı

kimi, xalq arasında məlum olan, lakin islamın, islam mədəniyyətinin,

islam təfəkkürünün gəlişi ilə bir qədər arxa plana keçmiş «Dədə

Qorqud kitabı» yenidən ehya tapmış və XI-XVII əsrlərdə meydana

çıxan «Oğuznamə»lərdən birinə çevrilmişdir. Diqqətlə baxsaq, əslində

«Dədə Qorqud kitabı»nın o «Oğuznamə»lərlə bir o qədər də

əlaqəsi yoxdur. Sadəcə olaraq, yeni «Oğuznamə»lər yaranan dövrdə

«Dədə Qorqud kitabı»nın ortaya çıxması, yeni Oğuzlar üçün, Səlcuq

Oğuzları üçün öz dədə-babalarını şanlı bir tarixə bağlamaq nöqteyinəzərindən

sanki göydəndüşmə bir əsər olmuş və onlar da bu əsərdən

lazımınca istifadə etmişlər. Və istər Osmanlı, istər Ağqoyunlu, istərsə

də Qaraqoyunlu dövlətlərinin Oğuzları Alban dövrü Oğuzlarını

unutduqları və öz tarixlərini Orta Asiyayla, Türküstanla bağladıqları

üçün, bu məqamda, «Dədə Qorqud kitabı»nı sonuncu dəfə köçürüb,

ortaya çıxarıb, eyni zamanda onu «Oğuznamə» kimi təqdim edərkən,

«Kitaba» «Türküstanın dirəyi», «Amid soyunun aslanı» və s. Türküstanla

bağlı ifadələr, anlayışlar əlavə etmişlər. Və həmçinin, bu

əsəri mütləq «Oğuznamə» kimi görmək istədikləri üçün, bəzi boyların

Dədə Qorqud kitabı

14

Vatikan nüsxəsi

sonuna «Oğuznamə» ifadəsini də artırmışlar. Bu fakt «Kitab»ın

əvvəlki əsrlərdə, əvvəlki dövrlərdə üzünü köçürən katiblərin ona

xristianlıq, islam və s. donu geydirdikləri katib əlavəsi kimi özünü

açıq-aydın göstərir.

Beləliklə, bütün bu deyilənləri, yəni «Dədə Qorqud kitabı»nın

mənşə etibarilə Türküstanla bağlı olmadığını, bu abidənin Alban dövründə

Azərbaycanda yarandığını, sonradan Orta Asiyaya transfer

olduğunu sübut etmək üçün, daha bir faktı da nəzərə çatdırmaq olar.

Belə ki, elmi ədəbiyyatda Oğuzlardan ilk dəfə və geniş şəkildə

danışan Mahmud Kaşğarinin «Divanü lüğat it-türk» əsərində biz heç

yerdə «Dədə Qorqud kitabı»na, dastanına, onun qəhrəmanlarına təsadüf

etmirik. Bu isə o deməkdir ki, XI əsrə qədər Orta Asiya türkləri

bu və ya digər mənada, demək olar ki, «Dədə Qorqud dastanları»nı

tanımırlar. Və yaxud da tanısalar da, bu dastan onların arasında o

qədər də məşhur deyildir. Digər tərəfdən, «Dədə Qorqud kitabı»nı

Azərbaycanla bağlayan ilk növbədə, məhz bütün tədqiqatçıların da

dediyi kimi, onun dil xüsusiyyətidir. Tədqiqatçılar, hətta, indi də

«Dədə Qorqud kitabı»nın bəzi ifadələri üzərində mübahisələr aparır,

anlaşılmaz ifadələri bu və ya digər şəkildə yozurlar. Bizə elə gəlir ki,

məhz bu anlaşılmaz ifadələr Səlcuq Oğuzlarının deyil, bilavasitə

Alban Oğuzlarının dillərində işlənilmiş kəlmələrdir ki, onlar da unudulmuş

və müasir dilimiz üçün arxaikləşmişdir.

Beləliklə, bütün yuxarıda deyilənləri ümumiləşdirsək, «Dədə

Qorqud kitabı»nın «Oğuznamə» deyil, Alban Oğuzlarının, «Dədə

Qorqud Oğuzları»nın həyatından bəhs edən, Azərbaycan tarixində

özünəməxsus yer tutan Alban dövlətinin abidəsi olduğunu demək

olar. Bu əsər sadəcə olaraq, XI-XVII əsrlərdə «Oğuznamə»lər meydana

çıxan zaman yenidən ortaya, ərsəyə çıxmış və bu zaman yaranan

bütün «Oğuznamə»lərin başında durmaqla, özü də bir «Oğuznamə»yə

çevrilmişdir.

Biz bir qədər yuxarıda «Dədə Qorqud»da cərəyan edən hadisələrin

Azərbaycan tarixində mövcud olmuş Alban dövlətinin ilkin

Dədə Qorqud kitabı

15

Vatikan nüsxəsi

təşəkkül dövrünə təsadüf etdiyini söyləmişdik. Həqiqətən də, dastana

baxdıqda, orada artıq Qalın Oğuz dövlətinin Alban dövlətinə çevrildiyinin

şahidi oluruq. Alban dövlətinin tarixi də təqribən məlumdur:

eradan əvvəl I minilliyin ortalarından, yenə də bizim eranın I minilliyinin

ortalarına qədər. Və dastandan da anlaşıldığına görə, dastanın

bütün qəhrəmanları Oğuzlardır. Oğuzlar haqqında isə məlumatlar ilk

növbədə daha çox Orxon-Yenisey abidələri ilə bağlıdır. Məlum olduğu

kimi, Orxon-Yenisey abidələrində Oğuz tayfalarının bir

neçəsinin adı çəkilir. Bu məqamda, hər bir türkoloqu ilk növbədə bir

sual düşündürür: «Dədə Qorqud» Oğuzları ilə «Orxon-Yenisey»

Oğuzlarının əlaqəsi varmı? Əgər varsa, bu əlaqələr nə zamandan

başlayıb?

Bu suallara cavab axtararkən, təbii ki, biz ilk növbədə «Dədə

Qorqud» Oğuzlarından, müasir Azərbaycanda yaşayan Oğuzlardan

bəhs edən tarixi əsərə - «Kitabi-Dədə Qorqud dastanı»na söykənməliyik

və söykənirik də. Belə ki, «Dədə Qorqud dastan»ında adı çəkilən

Oğuzlar hansı coğrafi koordinatlarda yaşayırlar və bu koordinatların

içində İç oğuz və Taş Oğuz haralardır, hansı ərazilərdir? Qeyd edək

ki, bu suala cavab vermək həm asandır, həm də çətin. Asandır ona

görə ki, nə qədər mübahisəli olsa da, dastanda Oğuz yurdunun koordinatları

təxminən məlumdur. Çətindir ona görə ki, bəzi tədqiqatçılar

bu təxminiliyi öz tədqiqatları ilə daha da qəlizləşdirirlər. Bu mənada,

bu koordinatların qəlizliyindən danışarkən, qeyd edək ki, türk tədqiqatçıları

Oğuz yurdunun, əsasən, Anadoluda, Azərbaycan tədqiqatçıları

isə Azərbaycanda yerləşdiyini bildirirlər. Biz isə mübahisələrin

mahiyyətini, tarixini bir daha xatırlatmadan, «Kitabi-Dədə Qorqud»

dastanlarında təsvir olunan Oğuz yurdunun, əsasən, tarixi Azərbaycan

torpaqlarında mövcud olduğunu bildirmək istəyirik. Bəri başdan onu

da deyək ki, bizcə, dastanda təsvir olunan Qalın Oğuzun ərazisi, onun

coğrafi koordinatları, əsasən, bugünkü Ermənistan, Naxçıvan, Qarabağ

torpaqları və onlardan bir qədər aşağı və yuxarıdakı əraziləri –

başqa sözlə desək, Dəmirqapı Dərbənddən, Gürcüstandan, Gəncədən,

Dədə Qorqud kitabı

16

Vatikan nüsxəsi

Bərdədən aşağı, Təbrizdən yuxarı- Qaradağ və bütöv Qarabağ, Qara

Dərvənd, Evnik qalası, Trabzon, Bayburd ilə sərhədlənən əraziləri

əhatə edir. Dediyimiz kimi, təbii ki, əsas məğzi, mahiyyəti düz olmaqla,

bu da sərhədləri şərti olan ərazidir. Amma ən mübahisəli ərazi,

bizcə, Qalın Oğuzun içində Taş Oğuzun ərazisidir. Hələ ki, Taş

Oğuz barədə bir qədər sonra. İndi isə hamıya məlum olan və hamının

bildiyi və dastanda da adı çəkilən yer adlarıyla Qalın Oğuzun koordinatlarına

bir daha nəzər salaq.

Belə ki, «Salur Qazanın evinin yağmalandığı boy»da Qazan xan

Ala dağa ova çıxarkən, Uruz qoca ondan soruşur: «Ağam Qazan, sası

dinlü Gürcüstan ağzında oturarsan, ordun üstinə kimi qorsan?», daha

sonra bu boyda Şökli Məlik Qazanda hansı heyiflərinin qaldığını

soruşduqda, kafərlərdən biri Şöklü Məliyə «Qazanın Qapulu Dərvəndə

on bin qoyunı vardır. Şol qoyunları dəxi götürsək, Qazana ulu heyf

edərdik» deyir. Boyun sonunda Qazan xan düşmənə qələbə çaldıqdan

sonra, bəzi tədqiqatçıların yer adı kimi qəbul etdikləri Altuntaxtına

dönür: «Qazan bəg ordusını, oğlanını-uşağını, xəzinəsini aldı, gerü

döndi, altun təxtində». Beləliklə də boydan gördüyümüz kimi, Qalın

Oğuzun şimal sərhədlərinin bir ucu Dəmirqapı Dərbəndi, digər ucu

isə Gürcüstan sərhədlərini əhatə edir.

Qalın Oğuz elinin qərb sərhədlərindən söhbət gedərkən «Qam

börənin oğlı Bamsı Beyrək boyu»nda aşağıdakı informasiyanı alırıq.

Belə ki, Bamsı Beyrək üçün İstanbula, Rum elinə ərməğanlar gətirməyə

gedən bəzirganları qayıdarkən Qara Dərvənd ağzında Evnik

qələsinin kafirləri yağmalayırlar. Onlardan biri qaçaraq, Oğuza gəlib

Beyrəkdən kömək diləyir. «Bəzirgan aydır: Yigit, yigit bəy, yigit! Sən

bənim ünüm anla, sözüm dinlə! On altı yıldır ki, Oğuz içindən getmiş

idik. Dan-danışux kafər malın Oğuz bəglərinə gətirür idik. Pasnik

qara Dərvənd ağzına düş vermiş idik. Evnik qalasının beş yüz kafəri

üzərimizə qoyıldı...». «Qazan bəg oğlı Uruz bəgin tutsaq oldığı

boy»da isə oxuyuruq, Qazan bəy deyir: «...Mən bu oğlanı alayım, ava

gedəyin. Yedi günlik azuğla çıqayın. Ox atduğım yerləri, qılıc çalub

Dədə Qorqud kitabı

Vatikan nüsxəsi

baş kəsdügim yerləri göstərəyim. Kafər sərhəddinə Cızığlara, Ağlağana,

Gögcə tağa aluban çıqayın...» Deməli, Oğuzun şimal sərhədləri

Cızıqlar, Ağlağan, Gökçə dağdır. Digər tərəfdən Oğuz elinin sərhədlərinə

yaxın olan kafər yurdları da məlumdur: «Məgər Başı aşuq

Tatyan qələsindən, Aqsəqa qələsindən kafərin casusu vardı...» Belə

ki, Oğuz yurdunun şimal-qərb sərhədlərinə kafir torpaqlarından Gürcüstan,

Tatyan qalası, Aqsaka qalası, Tumanın qalası, qərb sərhədlərinə

isə Qara Dərvənd, Evnik qalası yaxındır. Uruzu da dustaq olarkən

Qara Dərvəndə aparırlar. Bir qədər uzaqda isə, hətta, Parasaran,

Bayburd, Mardin, Hamid, Trabzon, Düzmürd qalası da var.

Beləliklə, gördüyümüz kimi, Qalın Oğuzun şimal, şimal-şərq və

qərb sərhədləri məlumdur: Qapulu Dərbənd, Gəncə, Bərdə, Altuntaxt,

Cızıqlar, Ağlağan, Göycə dağı, Gürcüstan, Ağsaka qalası, Tumanun

qalası, Tatyan qalası, Qara Dərvənd, Evnik qalası və s. Maraqlıdır ki,

bunlar dediyimiz kimi, Qalın Oğuzun sərhədləridir. Yəni başqa sözlə

desək, Oğuzlar bu torpaqların hamısında yaşamır, onlardan bir qədər

aralıda yaşayırlar. Amma bu xətt üzrə olan coğrafiyaya nəzarət edirlər.

Belə ki, məsələn, Bəkil Gəncəyə və Bərdəyə gedib vətən tutur,

Dərbənddə Qazan xanın ancaq qoyunları saxlanılır. Bu koordinatlar

içində Oğuz yaşayış məskəninin hara olduğu dəqiq bilinməsə də, hər

halda, «Salur Qazanın evinin yağmalandığı boy»da Ala dağa ova çıxan

Qazan xan «qara qayğılu vaqeə» görərkən, öz yurduna üç günlük

yolu bir günə qayıdır: «...Qazan aydır: «Mənim avımı bozma, ləşkərimi

tağıtma! Bən bu gün Qonur ata qaqaram, üç günlük yolı bir gündə

aluram, evilə olmadın yurdum üstinə vararam». Beyrək də Bayburd

hasarından evlərinə, İç Oğuza bir qədər tələsik də olsa, üç günə

gəlir: «Üç gündür, yol gəldim, toyurun məni, Üç günə varmasun,

Allah sevindürsün sizi». Qazan xan kafər sərhəddinə Ağlağana, Gögcə

dağa, Cızıqlara ova çıxarkən yeddi günlük azuqə götürür. Oğuzla

Trabzonun arası isə yeddi gecə-gündüzlük yoldur. Qanturalı Oğuzdan

çıxıb Trabzona Selcan xatunun dalınca gedərkən yeddi gün yol gedir:

17

Dədə Qorqud kitabı

18

Vatikan nüsxəsi

«Atasının-anasının əllərin öpdi. Qırq yigidin yanına bıraqdı. Yedi

gün, yedi gecə yortdılar. Kafərin sərhədinə irdilər» və s.

Gördüyümüz kimi, bütün bu coğrafiya Oğuz yurdudur. Lakin bu

coğrafiya içində bir neçə koordinat tədqiqatçıları həmişə düşündürmüşdür.

Bu da «Uşun qoca oğlı Səgrək boyu»nda Əgrəkin Əlincə

qalasına qədər getdiyi yol və qardaşı Səgrəkin onu dustaqlıqdan qurtararkən

gedib-qayıtdığı istiqamətdir. Belə ki, Əgrək Qazan bəydən

axın üçün icazə aldıqdan sonra, aşağıdakı xətt üzrə hərəkət edir:

«Andan Şirokuz ucından Gögcə dənizə dəkin el çarpdı. Ğalaba toyum

oldı. Yolı Əlincə qələsinə uğradı». Bu gün Şirokuz adlı toponimin

koordinantları dəqiq məlum olmasa da, hər-halda bu məkanın Gürcüstandan

aşağı, Göyçə gölündən yuxarı və yaxud, ən azından Göyçə

gölü ilə eyni en dairəsində yerləşdiyi bu sətirlərdən aydın olur. Qardaşı

Səgrək isə Əgrəki qurtarmaq üçün Əlincə qalasına gedərkən

Dərəşam ucundan keçır. Oğuza qayıdarkən də hər iki qardaş yenə də

Dərəşam suyundan keçırlər: « Dün qatdı, yort eylədi. Üç gün dünligünli

yortdı. Dərəşam ucından keçdi, ol qardaşı tutılan qoruya gəldi...

Dün qatmış, üç gün dünli yortmış yigit, qarannulı gözin uyxu almış

yigit, atının çilbərini biləginə bağladı, yatdı – uyıdı». «Dərəşəm suyını

dəlüb keçdilər. Dün qatdılar, Oğuzın sərhəddinə yetdilər».

Beləliklə, bizcə, bu sətirlərə görə Oğuz yurdunun əsas yaşayış

məskəni Dərəşamdan şərqdəki torpaqlarda, ondan bir qədər cənubda

və eyni zamanda, şimalda, əsasən, müasir Ermənistan ərazisində,

Gürcüstana qədər olan torpaqlarda yerləşir. Bizcə, bu faktı Əgrəkin

şimaldan başlayıb Əlincəyə qədər gəldiyi istiqamət və eyni zamanda,

Səgrəkin gedib-qayıtdığı istiqamət də təsdiq edir. Çünki, Dərəşam

Əlincədən qərbdə yerləşir. Sadəcə olaraq, Əgrək Oğuz yurdunda,

xəritə ilə daha aydın şəkildə təsəvvür olunsun deyə, deyək ki, müasir

Ermənistan ərazisində şımaldan cənuba, Səgrək isə əksinə, cənubdan

şərqə, və bir qədər şımal-şərqə hərəkət edir.

Yuxarıda Əgrəkin hərəkət etdiyi istiqamətə nəzər salarkən, bir

məsələ də diqqəti cəlb edir: bütövlükdə Oğuz yurdunun ərazisi çox

Dədə Qorqud kitabı

19

Vatikan nüsxəsi

genişdir. Belə ki, bu ərazinin bir ucu əgər Gürcüstana, Qara dəniz sahillərinə

və ondan aşağı, cənubdakı torpaqlara söykənirsə, digər bir

ucu Gəncəyə, Bərdəyə dayanır. Bizə elə gəlir ki, Oğuz yurdunun

qərb sərhədləri İç Oğuz, şərq sərhədləri – Gəncə, Bərdə sərhədləri isə

Taş Oğuzdur. Bu mənada, bizcə, Əgrəkin hərəkət etdiyi istiqamət-

Şıroküz, Gögcə dəniz, Əlincə qalası Oğuz yurdunun içində düşmənlərin

arabir hücum etdikləri, Oğuzun içinə düşməncəsinə soxulduqları

ərazidir. Düşmənlər, xüsusilə, Şöklü Məlik Oğuzun içinə həmişə Gürcüstandan,

Gürcüstan ərazisindən bu istiqamətdə soxulmuş və oğuzlarla

kafərlər arasında müharibələr də daha çox bu ərazilərdə getmişdir.

Ona görə də Oğuz yurdunun tərkib hissəsi olmasına baxmayaraq,

Əgrək məhz bu istiqamətə axın istəmiş, Qazan da oğlu Uruzu

ova çıxardarkən məhz bu istiqamətə, həmişə baş kəsib, qan tökdüyü

yerlərə ova çıxarmış, oğluna həmin yerləri göstərməyə çalışmış və eyni

zamanda, düşmənə indi də bu ərazilərə nəzarət etdiyini, bu yerlərin

Oğuz torpağı olduğunu bir daha xatırlatmaq istəmişdir. Lakin bütün

bunlarla bərabər, dastanda bu istiqamətin daha bir funksional mahiyyəti

vardır. Bizə elə gəlir ki, bu istiqiamət, daşıdığı digər xüsusiyyətlərlə

bərabər, eyni zamanda, həm də İç Oğuzla Taş Oğuzu birbirindən

ayıran sərhəddir.

Beləliklə, Qalın Oğuzun içində hansı ərazilərin Taş Oğuz əraziləri

olduğunu aydınlaşdırmazdan əvvəl, ilk növbədə, Taş Oğuzun

qəhrəmanlarının kimlər olduqlarına nəzər salmaq istərdik. Qeyd edək

ki, dastanı oxuduqca Taş Oğuzun qəhrəmanlarının böyük əksəriyyətinin

kim olduqları aydınlaşır. Lakin bu qəhrəmanlar içində bəzi igidlərin

Taş Oğuzlu olub-olmaması ilk baxışda gizli qalır. Bizə elə gəlir

bunların da Taş Oğuz və yaxud da İç Oğuzlu olduqlarını aydınlaşdırmaq

maraqlı olardı.

Beləliklə, Taş Oğuz qəhrəmanlarının başında duran ilk növbədə

Qazanın dayısı Aruz qocadır. Daha sonra bu siyahıya Aruzun oğlanları

və nəvələri başçılıq edir. Onun oğlanları Qıyan Selcik və Basat.

Aruz Basatı aslan yatağından evə gətirib yemə-içmə verərkən, Dədə

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!