04.02.2019 Views

Dədə Qorqud kitabı (Vatikan nüsxəsi)....

Kitabda “Dədə Qorqud dastanı”nın Vatikan nüsxəsi öz əksini tapır. Vatikan nüsxəsi İtaliyanın Vatikan kitabxanasında qorunan, XVI əsrin birinci yarısında üzü köçürülən, bir müqəddimə və altı boydan ibarət olan nüsxədir. “Hekayəti-Oğuz-nameyi-Qazan bəg və ğəyri” adlanan bu nüsxə ilk dəfə olaraq əski əlifbadan müasir əlifbaya çevrilərək, Azərbaycan oxucusuna təqdim edilir. Abidəni transliterasiya edən, ön söz, qeydlər və şərhlərin müəllifi filologiya elmləri doktoru, professor Tərlan Quliyev, Elmi redaktoru filologiya elmləri doktoru, professor Füzuli Bayat, naşiri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir.

Kitabda “Dədə Qorqud dastanı”nın Vatikan nüsxəsi öz əksini tapır. Vatikan nüsxəsi İtaliyanın Vatikan kitabxanasında qorunan, XVI əsrin birinci yarısında üzü köçürülən, bir müqəddimə və altı boydan ibarət olan nüsxədir. “Hekayəti-Oğuz-nameyi-Qazan bəg və ğəyri” adlanan bu nüsxə ilk dəfə olaraq əski əlifbadan müasir əlifbaya çevrilərək, Azərbaycan oxucusuna təqdim edilir.
Abidəni transliterasiya edən, ön söz, qeydlər və şərhlərin müəllifi filologiya elmləri doktoru, professor Tərlan Quliyev, Elmi redaktoru filologiya elmləri doktoru, professor Füzuli Bayat, naşiri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir.

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Dədə Qorqud kitabı

Vatikan nüsxəsi

baş kəsdügim yerləri göstərəyim. Kafər sərhəddinə Cızığlara, Ağlağana,

Gögcə tağa aluban çıqayın...» Deməli, Oğuzun şimal sərhədləri

Cızıqlar, Ağlağan, Gökçə dağdır. Digər tərəfdən Oğuz elinin sərhədlərinə

yaxın olan kafər yurdları da məlumdur: «Məgər Başı aşuq

Tatyan qələsindən, Aqsəqa qələsindən kafərin casusu vardı...» Belə

ki, Oğuz yurdunun şimal-qərb sərhədlərinə kafir torpaqlarından Gürcüstan,

Tatyan qalası, Aqsaka qalası, Tumanın qalası, qərb sərhədlərinə

isə Qara Dərvənd, Evnik qalası yaxındır. Uruzu da dustaq olarkən

Qara Dərvəndə aparırlar. Bir qədər uzaqda isə, hətta, Parasaran,

Bayburd, Mardin, Hamid, Trabzon, Düzmürd qalası da var.

Beləliklə, gördüyümüz kimi, Qalın Oğuzun şimal, şimal-şərq və

qərb sərhədləri məlumdur: Qapulu Dərbənd, Gəncə, Bərdə, Altuntaxt,

Cızıqlar, Ağlağan, Göycə dağı, Gürcüstan, Ağsaka qalası, Tumanun

qalası, Tatyan qalası, Qara Dərvənd, Evnik qalası və s. Maraqlıdır ki,

bunlar dediyimiz kimi, Qalın Oğuzun sərhədləridir. Yəni başqa sözlə

desək, Oğuzlar bu torpaqların hamısında yaşamır, onlardan bir qədər

aralıda yaşayırlar. Amma bu xətt üzrə olan coğrafiyaya nəzarət edirlər.

Belə ki, məsələn, Bəkil Gəncəyə və Bərdəyə gedib vətən tutur,

Dərbənddə Qazan xanın ancaq qoyunları saxlanılır. Bu koordinatlar

içində Oğuz yaşayış məskəninin hara olduğu dəqiq bilinməsə də, hər

halda, «Salur Qazanın evinin yağmalandığı boy»da Ala dağa ova çıxan

Qazan xan «qara qayğılu vaqeə» görərkən, öz yurduna üç günlük

yolu bir günə qayıdır: «...Qazan aydır: «Mənim avımı bozma, ləşkərimi

tağıtma! Bən bu gün Qonur ata qaqaram, üç günlük yolı bir gündə

aluram, evilə olmadın yurdum üstinə vararam». Beyrək də Bayburd

hasarından evlərinə, İç Oğuza bir qədər tələsik də olsa, üç günə

gəlir: «Üç gündür, yol gəldim, toyurun məni, Üç günə varmasun,

Allah sevindürsün sizi». Qazan xan kafər sərhəddinə Ağlağana, Gögcə

dağa, Cızıqlara ova çıxarkən yeddi günlük azuqə götürür. Oğuzla

Trabzonun arası isə yeddi gecə-gündüzlük yoldur. Qanturalı Oğuzdan

çıxıb Trabzona Selcan xatunun dalınca gedərkən yeddi gün yol gedir:

17

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!