04.02.2019 Views

Dədə Qorqud kitabı (Vatikan nüsxəsi)....

Kitabda “Dədə Qorqud dastanı”nın Vatikan nüsxəsi öz əksini tapır. Vatikan nüsxəsi İtaliyanın Vatikan kitabxanasında qorunan, XVI əsrin birinci yarısında üzü köçürülən, bir müqəddimə və altı boydan ibarət olan nüsxədir. “Hekayəti-Oğuz-nameyi-Qazan bəg və ğəyri” adlanan bu nüsxə ilk dəfə olaraq əski əlifbadan müasir əlifbaya çevrilərək, Azərbaycan oxucusuna təqdim edilir. Abidəni transliterasiya edən, ön söz, qeydlər və şərhlərin müəllifi filologiya elmləri doktoru, professor Tərlan Quliyev, Elmi redaktoru filologiya elmləri doktoru, professor Füzuli Bayat, naşiri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir.

Kitabda “Dədə Qorqud dastanı”nın Vatikan nüsxəsi öz əksini tapır. Vatikan nüsxəsi İtaliyanın Vatikan kitabxanasında qorunan, XVI əsrin birinci yarısında üzü köçürülən, bir müqəddimə və altı boydan ibarət olan nüsxədir. “Hekayəti-Oğuz-nameyi-Qazan bəg və ğəyri” adlanan bu nüsxə ilk dəfə olaraq əski əlifbadan müasir əlifbaya çevrilərək, Azərbaycan oxucusuna təqdim edilir.
Abidəni transliterasiya edən, ön söz, qeydlər və şərhlərin müəllifi filologiya elmləri doktoru, professor Tərlan Quliyev, Elmi redaktoru filologiya elmləri doktoru, professor Füzuli Bayat, naşiri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir.

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Dədə Qorqud kitabı

16

Vatikan nüsxəsi

Bərdədən aşağı, Təbrizdən yuxarı- Qaradağ və bütöv Qarabağ, Qara

Dərvənd, Evnik qalası, Trabzon, Bayburd ilə sərhədlənən əraziləri

əhatə edir. Dediyimiz kimi, təbii ki, əsas məğzi, mahiyyəti düz olmaqla,

bu da sərhədləri şərti olan ərazidir. Amma ən mübahisəli ərazi,

bizcə, Qalın Oğuzun içində Taş Oğuzun ərazisidir. Hələ ki, Taş

Oğuz barədə bir qədər sonra. İndi isə hamıya məlum olan və hamının

bildiyi və dastanda da adı çəkilən yer adlarıyla Qalın Oğuzun koordinatlarına

bir daha nəzər salaq.

Belə ki, «Salur Qazanın evinin yağmalandığı boy»da Qazan xan

Ala dağa ova çıxarkən, Uruz qoca ondan soruşur: «Ağam Qazan, sası

dinlü Gürcüstan ağzında oturarsan, ordun üstinə kimi qorsan?», daha

sonra bu boyda Şökli Məlik Qazanda hansı heyiflərinin qaldığını

soruşduqda, kafərlərdən biri Şöklü Məliyə «Qazanın Qapulu Dərvəndə

on bin qoyunı vardır. Şol qoyunları dəxi götürsək, Qazana ulu heyf

edərdik» deyir. Boyun sonunda Qazan xan düşmənə qələbə çaldıqdan

sonra, bəzi tədqiqatçıların yer adı kimi qəbul etdikləri Altuntaxtına

dönür: «Qazan bəg ordusını, oğlanını-uşağını, xəzinəsini aldı, gerü

döndi, altun təxtində». Beləliklə də boydan gördüyümüz kimi, Qalın

Oğuzun şimal sərhədlərinin bir ucu Dəmirqapı Dərbəndi, digər ucu

isə Gürcüstan sərhədlərini əhatə edir.

Qalın Oğuz elinin qərb sərhədlərindən söhbət gedərkən «Qam

börənin oğlı Bamsı Beyrək boyu»nda aşağıdakı informasiyanı alırıq.

Belə ki, Bamsı Beyrək üçün İstanbula, Rum elinə ərməğanlar gətirməyə

gedən bəzirganları qayıdarkən Qara Dərvənd ağzında Evnik

qələsinin kafirləri yağmalayırlar. Onlardan biri qaçaraq, Oğuza gəlib

Beyrəkdən kömək diləyir. «Bəzirgan aydır: Yigit, yigit bəy, yigit! Sən

bənim ünüm anla, sözüm dinlə! On altı yıldır ki, Oğuz içindən getmiş

idik. Dan-danışux kafər malın Oğuz bəglərinə gətirür idik. Pasnik

qara Dərvənd ağzına düş vermiş idik. Evnik qalasının beş yüz kafəri

üzərimizə qoyıldı...». «Qazan bəg oğlı Uruz bəgin tutsaq oldığı

boy»da isə oxuyuruq, Qazan bəy deyir: «...Mən bu oğlanı alayım, ava

gedəyin. Yedi günlik azuğla çıqayın. Ox atduğım yerləri, qılıc çalub

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!