04.02.2019 Views

Dədə Qorqud kitabı (Vatikan nüsxəsi)....

Kitabda “Dədə Qorqud dastanı”nın Vatikan nüsxəsi öz əksini tapır. Vatikan nüsxəsi İtaliyanın Vatikan kitabxanasında qorunan, XVI əsrin birinci yarısında üzü köçürülən, bir müqəddimə və altı boydan ibarət olan nüsxədir. “Hekayəti-Oğuz-nameyi-Qazan bəg və ğəyri” adlanan bu nüsxə ilk dəfə olaraq əski əlifbadan müasir əlifbaya çevrilərək, Azərbaycan oxucusuna təqdim edilir. Abidəni transliterasiya edən, ön söz, qeydlər və şərhlərin müəllifi filologiya elmləri doktoru, professor Tərlan Quliyev, Elmi redaktoru filologiya elmləri doktoru, professor Füzuli Bayat, naşiri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir.

Kitabda “Dədə Qorqud dastanı”nın Vatikan nüsxəsi öz əksini tapır. Vatikan nüsxəsi İtaliyanın Vatikan kitabxanasında qorunan, XVI əsrin birinci yarısında üzü köçürülən, bir müqəddimə və altı boydan ibarət olan nüsxədir. “Hekayəti-Oğuz-nameyi-Qazan bəg və ğəyri” adlanan bu nüsxə ilk dəfə olaraq əski əlifbadan müasir əlifbaya çevrilərək, Azərbaycan oxucusuna təqdim edilir.
Abidəni transliterasiya edən, ön söz, qeydlər və şərhlərin müəllifi filologiya elmləri doktoru, professor Tərlan Quliyev, Elmi redaktoru filologiya elmləri doktoru, professor Füzuli Bayat, naşiri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir.

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Dədə Qorqud kitabı

Vatikan nüsxəsi

dadır. Bu məzmunu VII əsrdən sonrakı tarixlə bağlayanlar dastanın

tarixini ya bilərəkdən və yaxud da bilməyərəkdən «cavanlaşdırmaq»

istəyənlərdir...

Məlum olduğu kimi, «Dədə Qorqud kitabı»nın Drezden nüsxəsinin

əlyazması üzərində belə bir cümlə yazılıb: «Kitabı-Dədəm

Qorqud ala-lisani-taifeyi-Oğuzan». Bu cümlənin dəqiq tərcüməsi aşağıdakı

kimidir: «Oğuzlar tayfasının dilində Dədəm Qorqudun kitabı».

Gördüyümüz kimi, əlyazmanın üzərində yazılan bu cümlə, bu kitabın

dəqiq şəkildə Oğuz dillərində yazıldığını bildirməklə yanaşı, içini

oxumadan belə, onun Oğuzlardan bəhs edəcəyini də güman etməyə

əsas verir. Burada isə biz hamıya adi görünən və hamının cavabını

guya çox yaxşı bildiyi bir sual vermək istəyirik: bəs Oğuzlar kimlərdir?

Elmi ədəbiyyatın verdiyi məlumata görə, Oğuzlar eramızın VI-

VIII əsrlərində mövcud olmuş Göytürk xaqanlığı dövründə yaranmış

Orxon-Yenisey abidələrində adları ilk dəfə çəkilən türk tayfalarından

biridir. Sonralar IX-X əsrlərdə bu tayfalara Sırdərya hövzəsi ətrafında

təsadüf olunur ki, XI əsrdən sonrakı dövrlərdə də bu tayfalar Səlcuq

dövlətinin tərkibində daha geniş yer tutaraq, bütün Yaxın Şərqə yürüşlər

edirlər. Bəs, Göytürk xaqanlığı dövründən öncə, eradan əvvəl I

minillikdən eramızın V əsrinə qədər mövcud olmuş Hun dövründə

Oğuzlar kim olmuş və harada yaşamışlar? Bu suala isə müasir tarix

elmi bir o qədər də dəqiq cavab verə bilmir. Tarix elmi Hun dövründən

bəhs edərkən, bu dövlətin, bu tayfaların tərkibində digər tayfalarla

yanaşı, bəzən Oğuzların dədə-babalarının, əcdadlarının adlarını

çəksələr də, yenə də bu Oğuzların kim olduqları, onların bu dövlətin

tərkibində hansı rol oynadıqları və ümumiyyətlə, Oğuzların bu zaman

harada yaşadıqları bir o qədər də dəqiq bilinmir. Doğrudur, son onilliklərdə

Hun tayfalarının miladdan çox-çox öncələrdən də Ön Asiyada

yaşadıqları haqda bir sıra gözəl əsərlər yazılsa da, amma yenə də

bu fikirlər, hələ ki, elmdə son söz kimi qəbul olunmur.

6

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!