04.02.2019 Views

Dədə Qorqud kitabı (Vatikan nüsxəsi)....

Kitabda “Dədə Qorqud dastanı”nın Vatikan nüsxəsi öz əksini tapır. Vatikan nüsxəsi İtaliyanın Vatikan kitabxanasında qorunan, XVI əsrin birinci yarısında üzü köçürülən, bir müqəddimə və altı boydan ibarət olan nüsxədir. “Hekayəti-Oğuz-nameyi-Qazan bəg və ğəyri” adlanan bu nüsxə ilk dəfə olaraq əski əlifbadan müasir əlifbaya çevrilərək, Azərbaycan oxucusuna təqdim edilir. Abidəni transliterasiya edən, ön söz, qeydlər və şərhlərin müəllifi filologiya elmləri doktoru, professor Tərlan Quliyev, Elmi redaktoru filologiya elmləri doktoru, professor Füzuli Bayat, naşiri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir.

Kitabda “Dədə Qorqud dastanı”nın Vatikan nüsxəsi öz əksini tapır. Vatikan nüsxəsi İtaliyanın Vatikan kitabxanasında qorunan, XVI əsrin birinci yarısında üzü köçürülən, bir müqəddimə və altı boydan ibarət olan nüsxədir. “Hekayəti-Oğuz-nameyi-Qazan bəg və ğəyri” adlanan bu nüsxə ilk dəfə olaraq əski əlifbadan müasir əlifbaya çevrilərək, Azərbaycan oxucusuna təqdim edilir.
Abidəni transliterasiya edən, ön söz, qeydlər və şərhlərin müəllifi filologiya elmləri doktoru, professor Tərlan Quliyev, Elmi redaktoru filologiya elmləri doktoru, professor Füzuli Bayat, naşiri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir.

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Dədə Qorqud kitabı

18

Vatikan nüsxəsi

«Atasının-anasının əllərin öpdi. Qırq yigidin yanına bıraqdı. Yedi

gün, yedi gecə yortdılar. Kafərin sərhədinə irdilər» və s.

Gördüyümüz kimi, bütün bu coğrafiya Oğuz yurdudur. Lakin bu

coğrafiya içində bir neçə koordinat tədqiqatçıları həmişə düşündürmüşdür.

Bu da «Uşun qoca oğlı Səgrək boyu»nda Əgrəkin Əlincə

qalasına qədər getdiyi yol və qardaşı Səgrəkin onu dustaqlıqdan qurtararkən

gedib-qayıtdığı istiqamətdir. Belə ki, Əgrək Qazan bəydən

axın üçün icazə aldıqdan sonra, aşağıdakı xətt üzrə hərəkət edir:

«Andan Şirokuz ucından Gögcə dənizə dəkin el çarpdı. Ğalaba toyum

oldı. Yolı Əlincə qələsinə uğradı». Bu gün Şirokuz adlı toponimin

koordinantları dəqiq məlum olmasa da, hər-halda bu məkanın Gürcüstandan

aşağı, Göyçə gölündən yuxarı və yaxud, ən azından Göyçə

gölü ilə eyni en dairəsində yerləşdiyi bu sətirlərdən aydın olur. Qardaşı

Səgrək isə Əgrəki qurtarmaq üçün Əlincə qalasına gedərkən

Dərəşam ucundan keçır. Oğuza qayıdarkən də hər iki qardaş yenə də

Dərəşam suyundan keçırlər: « Dün qatdı, yort eylədi. Üç gün dünligünli

yortdı. Dərəşam ucından keçdi, ol qardaşı tutılan qoruya gəldi...

Dün qatmış, üç gün dünli yortmış yigit, qarannulı gözin uyxu almış

yigit, atının çilbərini biləginə bağladı, yatdı – uyıdı». «Dərəşəm suyını

dəlüb keçdilər. Dün qatdılar, Oğuzın sərhəddinə yetdilər».

Beləliklə, bizcə, bu sətirlərə görə Oğuz yurdunun əsas yaşayış

məskəni Dərəşamdan şərqdəki torpaqlarda, ondan bir qədər cənubda

və eyni zamanda, şimalda, əsasən, müasir Ermənistan ərazisində,

Gürcüstana qədər olan torpaqlarda yerləşir. Bizcə, bu faktı Əgrəkin

şimaldan başlayıb Əlincəyə qədər gəldiyi istiqamət və eyni zamanda,

Səgrəkin gedib-qayıtdığı istiqamət də təsdiq edir. Çünki, Dərəşam

Əlincədən qərbdə yerləşir. Sadəcə olaraq, Əgrək Oğuz yurdunda,

xəritə ilə daha aydın şəkildə təsəvvür olunsun deyə, deyək ki, müasir

Ermənistan ərazisində şımaldan cənuba, Səgrək isə əksinə, cənubdan

şərqə, və bir qədər şımal-şərqə hərəkət edir.

Yuxarıda Əgrəkin hərəkət etdiyi istiqamətə nəzər salarkən, bir

məsələ də diqqəti cəlb edir: bütövlükdə Oğuz yurdunun ərazisi çox

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!