04.02.2019 Views

Dədə Qorqud kitabı (Vatikan nüsxəsi)....

Kitabda “Dədə Qorqud dastanı”nın Vatikan nüsxəsi öz əksini tapır. Vatikan nüsxəsi İtaliyanın Vatikan kitabxanasında qorunan, XVI əsrin birinci yarısında üzü köçürülən, bir müqəddimə və altı boydan ibarət olan nüsxədir. “Hekayəti-Oğuz-nameyi-Qazan bəg və ğəyri” adlanan bu nüsxə ilk dəfə olaraq əski əlifbadan müasir əlifbaya çevrilərək, Azərbaycan oxucusuna təqdim edilir. Abidəni transliterasiya edən, ön söz, qeydlər və şərhlərin müəllifi filologiya elmləri doktoru, professor Tərlan Quliyev, Elmi redaktoru filologiya elmləri doktoru, professor Füzuli Bayat, naşiri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir.

Kitabda “Dədə Qorqud dastanı”nın Vatikan nüsxəsi öz əksini tapır. Vatikan nüsxəsi İtaliyanın Vatikan kitabxanasında qorunan, XVI əsrin birinci yarısında üzü köçürülən, bir müqəddimə və altı boydan ibarət olan nüsxədir. “Hekayəti-Oğuz-nameyi-Qazan bəg və ğəyri” adlanan bu nüsxə ilk dəfə olaraq əski əlifbadan müasir əlifbaya çevrilərək, Azərbaycan oxucusuna təqdim edilir.
Abidəni transliterasiya edən, ön söz, qeydlər və şərhlərin müəllifi filologiya elmləri doktoru, professor Tərlan Quliyev, Elmi redaktoru filologiya elmləri doktoru, professor Füzuli Bayat, naşiri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir.

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Dədə Qorqud kitabı

10

Vatikan nüsxəsi

tayfasının başçısı olduğunu və bu tayfaların Qalın Oğuz içində

mövcud olduğunu deyə bilərik. Və eyni zamanda, bu informasiyalardan,

hətta, bu tayfaların və bütövlükdə Qalın Oğuzun əhalisinin

sayını da güman etmək olar. Çünki «bin qövm başları, bin Bəgdiz

başları» dedikdə ən azı min nəsil, qohum-əqraba, ailə nəzərdə tutulur.

Buradan da istər Dügərin, istərsə də Əmənin başçılıq etdiyi tayfaların

kiçik tayfalar deyil, öz ətrafında minlərlə insanı birləşdirən tayfalar

olduğu məlum olur.

«Dədə Qorqud kitabı»nda bu məlumatları oxuyarkən istər-istəməz

Mahmnud Kaşğarinin verdiyi bir məlumat da yada düşür. Belə

ki, Mahmud Kaşğari 22 Oğuz boyunu sadaladıqdan sonra, yazır:

«...Bu saydığım boylar kökdür. Bu kökdən bir sıra oymaqlar çıxmışdır.

Onları söyləmədim, sözü qısa kəsdim». Bu mənada, yuxarıdakı

cümlələrə bir daha nəzər saldıqda, bu tayfaların neçə-neçə oymaqlardan

ibarət olduğunu güman etmək olar. Bizə elə gəlir ki, həm boylara,

həm oymaqlara aid belə nümunələri dastanı vərəqləməklə yenə

də tapmaq mümkündür...

Eyni zamanda, biz «Qazılıq qoca oğlu Yegnək» boyunda üç

yerdə «24 sancaq bəgi» ifadəsinə, sonuncu – «İç Oğuza Taş Oğuz asi

olub Beyrək öldügi» boyunda isə üç yerdə «Üç oq, Boz oq» ifadələrinə

rast gəlirik. Deməli, «Dədə Qorqud» qəhrəmanlarının sonralar

Kaşğaridə, Fəzlullah Rəşidəddində, Əbülqazi xanda görəcəyimiz 22-

24 Oğuz tayfalarından, Oğuzları əsasən iki yerə bölən «Üç oq, Boz

oq» bölgülərindən xəbərləri vardır. Çünki, bizcə, ən azından «Dədə

Qorqud kitabı»nda rast gəldiyimiz «24 sancaq bəgi» ifadəsi təqribən

24 Oğuz tayfası, boyu bölgüsünə uyğun gəlir. Amma maraqlısı burasındadır

ki, «Dədə Qorqud kitabı»nda istər Dügər, Bəgdüz tayfaları,

istərsə də «24 sancaq bəgi» və «Üç oq, Boz oq» ifadələri çox adi

şəkildə deyilir və sakitcə üstündən keçilir. Və dediyimiz kimi, Qalın

Oğuz əsasən iki yerə, İç Oğuz və Taş Oğuz deyə bölgülərə ayrılır.

Sonda isə Taş Oğuz İç Oğuza asi olduqdan sonra məğlub olarkən, Taş

Oğuz bəgləri bir-bir Qazanın əlini öpərək, İç Oğuza tabe olurlar.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!