02.02.2019 Views

Həsən Seyidbəyli. Cəbhədən cəbhəyə.

Bu detektiv romanda faşizmə qarşı müharibə illərindən bəhs edilir. Cəbhədən yarımçıq qayıdan Teymurun Bakıdakı sonrakı həyatı oxucunun gözləri qarşısında canlanır. Dövlət təhlükəsizlik orqanlarında işə girən Teymur dəfələrlə cinayətkarlarla üz-üzə dayanır və qalib gəlir. Əsərin fonunda Teymurun Ləman ilə məhəbbəti əsas planda verilib.

Bu detektiv romanda faşizmə qarşı müharibə illərindən bəhs edilir. Cəbhədən yarımçıq qayıdan Teymurun Bakıdakı sonrakı həyatı oxucunun gözləri qarşısında canlanır. Dövlət təhlükəsizlik orqanlarında işə girən Teymur dəfələrlə cinayətkarlarla üz-üzə dayanır və qalib gəlir. Əsərin fonunda Teymurun Ləman ilə məhəbbəti əsas planda verilib.

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

HƏSƏN SEYİDBƏYLİ

CƏBHƏDƏN CƏBHƏYƏ

roman

2-ci nəşr

1

Redaktor:

Şəmil Sadiq

Naşir:

Müşfiq XAN

Korrektor:

Asifə Əfəndi

Texniki redaktor:

BəxtiYar

Dizayn və qrafika:

Teymur Fərzi

© Həsən Seyidbəyli. Cəbhədən cəbhəyə. Roman

© “XAN” nəşriyyatı. Bakı–2017. 372 səh. 2-ci nəşr

Bu detektiv romanda faşizmə qarşı müharibə illərindən bəhs edilir.

Cəbhədən yarımçıq qayıdan Teymurun Bakıdakı sonrakı həyatı oxucunun

gözləri qarşısında canlanır. Dövlət təhlükəsizlik orqanlarında

işə girən Teymur dəfələrlə cinayətkarlarla üz-üzə dayanır və qalib gəlir.

Əsərin fonunda Teymurun Ləman ilə məhəbbəti əsas planda verilib.

ISBN: 9000000600027

© Hədəf Nəşrləri / 2013

© “XAN” nəşriyyatı / 2017

2

1

Aysız, ulduzsuz gecə... qaranlığa alışmamış gözlər heç

bir şey görmür. Yer, göy nəfəsini dərib susur elə bil boynunda

qorxulu bir sirr gizləştmişdir... Bura haradır? Sonsuz bir səhra,

zirvəsi qaranlıq buludlara baş vurmuş uca dağ, yaxud da kimsəsiz

ada... zülmət qaranlığı qılınc kimi kəsən parovoz fitinin

sədası ətrafa yayılır. Elə bil lap yaxında, ayrı-ayrı yollarda dayanmış

vaqonları dartıb bir cərgəyə yığır, yoldəyişdirənin zurnası

parovozun fiti ilə işgüzar söhbət edir: “gəl”, “dayan”. Parovoz

isə kəsik-kəsik cavab verir: “gəlirəm”, “dayandım”...

Deyəsən, hardasa, yaxında dəmir yolu stansiyası var...

Gözlər qaranlığa alışdıqca aşağıdakı nəhəng kölgəlikləri seçir

və nəhayət, bunların uca binalar olduğunu təyin edir. Deməli,

bura şəhərdir...

... Bəs ora nədir? Orda nə ev var, nə küçə... Orda, dağ üstündə,

elə bil bu şəhərin keşiyini çəkən böyük bir heykəl görünür,

aşağıda dəniz sanki məhəbbətlə şəhəri bağrına basmış...

buranın məhz Bakı olduğuna heç bir şübhə qalmır...

Bakı elə bil dərin yuxuya dalmışdır. Lakin... o yatmır. Üç

ilə yaxındır ki, onun gözlərinə yuxu getmir. Axı onun qanı Vətənin

göylərini qoruyan təyyarələrin, düşmənin müqəddəs torpağımızdan

qovan tankların motorlarında qaynayır... Qaranlıq

ehramlar kimi görünən binaların qara pərdəyə alışmış pəncərələri

arxasında ürəkləri yaralı analar cəbhədə həlak olmuş oğulları

üçün acı gözyaşları axıdır...

Ay keçir, il dolanır, əzizlərini itirmiş bu analar yenə də

zəif işığı andıran bir ümidlə daha da güclənir... Ucalan bu lal

ehramların divarları arxasındakı gəlinlər və qızlar da öz qəhrəman

sevgililərinə inam və məhəbbət dolu məktublar yazır...

3

Bakı sakinlərinin ürəkləri ölkəmizin başqa şəhərlərinin

adamlarının ürəkləri kimi vətənpərvərlik alovu ilə yanır. Onlar

da öz əməlləri ilə ölüm-dirim cəbhələrində vuruşurlar... Lakin

başqa yerlərdə olduğu kimi, ağır vəziyyətdən istifadə edərək

burda da xəbis, çirkin ünsürlər baş qaldırırlar...

Teymur Cahangirov ancaq səhərə yaxın özünə gəldi.

Ayılıb gördü ki, şəhərin ucqar məhəllələrindən birindədir. O,

başında dözülməz bir ağrı hiss edib inildədi. Qulaqlarında üzücü

bir uğultu var idi. Bədəninin ağırlığını sol qoluna salıb güclə

səkinin üstündə oturdu, kütləşmiş nəzərləri iləətrafına göz gəzdirdi.

Bura küçədən daha çox dalana oxşayırdı. Kölgə kimi görünən

birmərtəbəli, yastı damlı evlərdən sonra, uzaqda, hündür

təpə üstündəəyri-üyrü baş daşlarının siluetləri dikəlirdi. Ora

qəbiristanlıq idi. Yaxındakı həyətlərdən arabir xoruz banı eşidilirdi...

Teymur başına gələn əhvalatı xəyalında canlandırmağa

çalışdı. Qulaqlarındakı uğultu, başındakı ağrı ona imkan vermirdi.

Elə bil beyni yerindən oynamışdı. O, sol əlini başına

apardı, cod, qıvrım saçlarına çəkdi. Peysərində az qala armud

boyda bir şiş var idi. Pencəyi gipsə salınmış sağ qolundan asılı

qalmışdı.

Teymur üçün bir şey aydın idi: dünən axşam qatardan

düşmüşdü. Qroznı şəhərindəki qospitalda bircə gün yatmamış,

onu evə göndərməyi qərara almışdılar. Teymur cəbhəyə gedəndə

onu ötürməyə razı olmadığı kimi, qayıdacağı barədə də evə

xəbər göndərməmişdi. Belə şeyləri sevmirdi. Son döyüşdə qəlpə

onun sağ qolunun sümüyünü parçalamışdı. Odur ki, qolu

indi gipsdə idi. Anası Cavahirin ürəyi xəstə olduğundan onu

qorxutmaq istəmirdi. Bunun üçün də gipsli qolunu güclə pencəyinin

qoluna salmışdı ki, ilk baxışda tamamilə sağlam görünsün.

Sonra anasını yavaş-yavaş hazırlayacaqdı, vəssalam... Bəs

4

sonra? Sonra nə oldu? Qatar Bakıya iki saat gecikmişdi... Bu,

təəccüblü deyildi. Çünki müharibə davam edirdi, əsasən cəbhəyə

döyüş sursatı aparan qatarlara dərhal yol verilir, sərnişin qatarları

isə tez-tez gözləməli olurdu... Deməli, qatar iki saat gecikmişdi...

Teymur ayaq səsi eşidib başını qaldırdı, kəskin bir ağrı

hiss edib yenidən ağırlığını sol qolunun üstünə saldı. Yoldan

keçən iki qadın onu uzaqdan görüb cəld o biri səkiyə keçdilər

və tərs-tərs Teymura baxıb donquldandılar:

–Bunun tayları cəbhədə vuruşur... Boya bax, buxuna

bax.

Ayaq səsləri uzaqlaşıb kəsildi...

“Bəs sonra, sonra nə oldu?” – deyə Teymur fikrini cəmləşdirməyə

çalışdı. Səhərin sərin mehi onun cəbhədə sərtləşib,

qaralmış sifətini və boynunu oxşayıb bütün bədəninə gümrahlıq

gətirdi, qüvvət verdi. Bu, deyəsən, bir balaca onun fikrini də

aydınlaşdırırdı... Sonra... o, Bakının qranlıq pərdəyə salınmış

küçələri ilə yuxarı məhəlləyə, öz evlərinə sarı tələsdi. Çünki bir

saatdan sonra şəhərdə xüsusi icazə vərəqəsi olmadan gəzmək

qadağan idi... O, gipsə salınmış ağır əlini sağ cibinə keçirib dolu

çamadanı sol əlində aparırdı.

Sovet küçəsini ötüb dar dalanlarda evlərinə sarı tələsdi...

Bəs sonra?..

Yenə ayaq səsləri eşidildi. Hardasa maşın uğuldadı. Yaxın

həyətlərin birində uşaq ağladı.. Kimsə tələsə-tələsə küçənin

ortası ilə qaçırdı... Teymur başını ağır-ağır qaldırıb xırda addımlarla

qaçan qıza baxdı. Onun tuflilərinin taqqıltısı Teymurun

xatirində birdən-birə hər şeyi açıq-aydın canlandırdı...

O, tələsik gedirdi... Sonra qarşıdakı küçəyə çatıb ayaq

saxladı. Nəfəsini dərdi. “Yəqin ki, daha buralarda icazə vərəqəsi

istəməzlər”,–deyə fikirləşdi. Bir də ki, dörd-beş dalandan

5

sonra evlərinə yetişəcəkdir. Bir neçə dəqiqə dincəldikdən sonra

dönüb aşağı, arxada qalmış şəhərə nəzər saldı. Ən əziz xatirələr,

ən əziz hislərlə bağlı olan doğma şəhərini görə bilmədi. Bu

şəhəri ancaq o, sövqi-təbii ilə duyurdu. Bax ora – ordakı qaranlıq

sahə– dənizdir, onu qucaqlamış, gah qabaran, gah enən kölgəliklər

isə şəhərdir. Teymur tələsmədən ağır addımlarla yoluna

davam etdi. Hər yan, hər yan qaranlıq zülmət içərisində idi.

Nə bir işıq göründü, nə bir səs eşidilirdi. Bayaq aşağı məhəllələrlə

gələrkən, hardasa, qonşu küçələrdə at nalının tappıltısı eşidilirdi.

Yəqin ki, gecə keşikçiləri idi. Burda isə elə bil heç kəs

yaşamırdı. Elə bil buna görə də heç kəsin keşiyini çəkmirlər. Bu

fikirlər içərisində addımlayan Teymur birdən dayandı. Uzaqdan

ayaq səsləri eşidildi. Kimsə arxadan ona çatmağa tələsirdi.

Onun tuflilərinin taqqıltısı qaranlıq gecənin sükutunda qəribə

səslənirdi.

–Ay yoldaş! Ay yoldaş,– deyə bir qız həyəcan içərisində

onu çağırdı.

Teymur geri döndü. Qız təngnəfəs ona çatıb bir az aralı

dayandı. Görünür, yaxınlaşmağa utanırdı.

–Məni bağışlayın... mən... Bizim evimiz bu yandadı... bağışlayın,

o tinə kimi mənimlə getsəniz bəsimdi... Zavodda idim...

Yoldaşım xəstələnmişdi... qalıb onun da əvəzinə işlədim.

Evə gecikdim... Bağışlayın...

Teymur qaranlıqda qızın üzünü görə bilməsə də, onun

həyəcan keçirdiyini hiss etdi. Razılaşıb dinməz o biri tinə qədər

ötürdü. Qız arabir dönüb xoflu-xoflu o tərəf-bu tərəfə baxırdı.

–Hansı zavodda işləyirsən, bacı? – deyə Teymur soruşdu.

Qız döyükdü:

–Bağışlayın, bunu demək olmaz.

6

Teymur qımışıb daha heç nə soruşmadı. Müharibə zamanı

hər şeyin hərbi əhəmiyyəti olduğunu bilirdi. Bir də axı o

özü də cəbhədə kəşfiyyatçı olmuşdu. Belə şeyləri yaxşı başa düşürdü.

Qızın dəyanətini yoxlamaq üçün bir də soruşdu:

–Bir halda ki, həyatını mənə qızırsan, səni ötürməyimi

xahiş edirsən, niyə işlədiyin zavodun adını demirsən?

Qız sıxıla-sıxıla cavab verdi:

–Bağışlayın... Olmaz...– cəld söhbəti dəyişib özü Teymura

sual verdi:– O qolunuza nə olub?

–Yaralanıb.

Qız Teymurun sol tərəfinə keçib çamadanının qulpundan

yapışdı:

–Kömək edim?

–Yox, yox, bacı, zəhmət çəkmə.

Onlar bir dalanın tininə yetişdilər.

–Mən çatdım. Çox sağ olun, –qız yenə də xoflu-xoflu o

tərəf-bu tərəfinə boylanıb dayandı. Dalan çox qaranlıq idi. Gözgözü

görmürdü. Teymur soruşdu:

–Harda olursan?

–Bax, o evdə.

–Görmürəm.

Qız güldü.

–Mən də... Amma adət eləmişəm. Dalanın o başındakı

evdi.

–Əgər qorxursansa, evəcən ötürüm, –deyə Teymur təmkinlə

soruşdu:

Qız utana-utana çiyinlərini çəkdi:

–Özünüz bilin.

Yenə getdilər.

Bütün əhvalat da bu dalanda baş verdi.

7

Dalanın ortasında kimsə qaranlıqdan çıxıb onların yolunu

kəsdi. Teymur buna əhəmiyyət vermədən yoluna davam etdi.

Lakin qaranlıqdan daha bir neçə adam çıxdı. Teymur xoşagəlməz

bir hadisənin baş verəcəyini hiss edib geri döndü.

Qız yox idi. Onun əvəzində arxada bir neçə adam dayanmışdı.

Kimsə yoğun, xırıltılı bir səslə əmr etdi:

–Çamadanını qoy yerə, özün də soyun.

Teymur heyrətlə ətrafına göz gəzdirdi və görmədiyi adamdan

soruşdu:

–Nə üçün?

Həmin səs yenə eşidildi:

–Uzatma, vaxtımız yoxdur.

–Çəkilin yoldan,– deyə Teymur qəzəblə dilləndi.

Nə isə onun kürəyinə sancıldı. Kimsə tın-tın səslə dedi:

–Canına hayfın gəlirsə, tez tərpən.

Teymur ildırım sürəti ilə geri dönüb bıçağı onun kürəyinə

dirəmiş oğlanın qarnının altına elə təpik vurdu ki, o adam

ağrıdan dəhşətlə çığırıb, arxası üstə yerə sərildi. Elə bu vaxt

Teymur boynunda küt bir ağrı hiss etdi. Başı gicəlləndi, müvazinətini

itirib ağır-ağır yerə çökdü... Sonra hər şey elə bil yuxuda

oldu... Kiminsə tərli pəncəsi çamadanı onun əlindən qopardı.

Kimsə tövşüyə-tövşüyə onun pencəyini çıxarmağa başladı.

Yoğun, xırıltılı səs astadan pıçıldadı:

–Tələsin! Badamdar tərəfə!

Bu vaxt lap yaxından həmin qızın səsi eşidildi. O, kəsik-kəsik

danışırdı:

–Dayan: bii-dən sağ qala...

Qızın soyuq əli tələsik Teymurun alnında və gicgahlarında

gəzdi. O, yenə də kəsik-kəsik pıçıldadı:

–Sağdı. Bi-də vu-un... Peysə-indi!..

–Çəkil, Turac!

8

–Vu-un deyi-əm, yoxsa başımıza bəla ola... – deyə qız təkid

etdi və Teymur peysərində bayaqkından daha küt bir ağrı

hiss edib elə bil dərin bir quyuya aşdı..

Teymur şişmiş peysərini ovuşduraraq qəzəblə gözlərini

yumdu. “Deməli, məni uşaq kimi oynadıb tora salıblar, özü də

harda? Doğma şəhərimdə...”

Kimin ağlına gələrdi ki, hər gün, hər dəqiqə cəbhədə vətən

deyə öz canından keçməyə hazır olasan, min bir təhlükədən

çıxasan, axırda öz əziz şəhərində başına elə bir oyun gətirsinlər?

Hava işıqlaşırdı.. Qoca bir arvad əlində su dolu vedrə Teymurun

yanından keçəndə ayaq saxladı.

–Ay bala, burda niyə oturmusan? Yer qəhətdir sənə? –

deyə təəccüblə soruşdu.

Teymur başını qaldırıb arvadı süzdü və onun əlindəki

su ilə dolu vedrəni görüb qurumuş dodaqlarını dili ilə sulatdı.

Arvad dinməz vedrəni ona yaxınlaşdırdı.

Teymur cəbhədə tez-tez elədiyi kimi, vedrəni əli ilə özünə

tərəf əydi və acgözlüklə içməyə başladı. Arvad Teymurun

pencək sallanmış gipsli qoluna baxıb soruşdu:

–Ay oğul, yoxsa davadan gəlirsən?

Teymur cəld dönüb qoluna baxdı, pencəyini apara bilməmişdilər.

Çünki gipsli qoluna ilişib qalmışdı.

–Hə! – deyə cavab verdi.

–Başını orda bu hala salıblar?

Teymurun danışmağa taqəti yox idi. Sol əlini vedrənin

kənarına söykədi və ağırlığını onun üstünə salıb güclə ayağa

qalxdı.

–Tifil, gedək bir az bizdə dincəl. Budur ey, bizim qapımız.

Dur, bala...– deyə arvad ondan əl çəkmədi. Teymur arvadı

ancaq indi tanıdı.

–Nabat xala?

9

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!