08.10.2019 Views

Hüseyn Abbaszadə. Haradansınız, müsyö Abel (roman)

Azərbaycanın Xalq Yazıçısı, Azərbaycan Dövlət mükafatı laureatı Hüseyn Abbaszadənin “Haradansınız, müsyö Abel?” romanı İkinci Dünya Müharibəsində almanlara əsir düşən, amma möcüzə nəticəsində sağ qalan və anlaşılmazlıq üzündən vətənə qayıda bilməyib, Fransada qalmağa məcbur olan Əbil Xeybərovun acınacaqlı hekayəsindən bəhs edir. “Haradansınız, müsyö Abel?” romanı 2018-ci ildə Fransada fransızca nəşr olunub və tezliklə ən çox oxunanlar siyahısında yer alıb. Kitab ilk dəfə olaraq latın qrafikası ilə Azərbaycan oxucusuna təqdim edilir

Azərbaycanın Xalq Yazıçısı, Azərbaycan Dövlət mükafatı laureatı Hüseyn Abbaszadənin “Haradansınız, müsyö Abel?” romanı İkinci Dünya Müharibəsində almanlara əsir düşən, amma möcüzə nəticəsində sağ qalan və anlaşılmazlıq üzündən vətənə qayıda bilməyib, Fransada qalmağa məcbur olan Əbil Xeybərovun acınacaqlı hekayəsindən bəhs edir.
“Haradansınız, müsyö Abel?” romanı 2018-ci ildə Fransada fransızca nəşr olunub və tezliklə ən çox oxunanlar siyahısında yer alıb. Kitab ilk dəfə olaraq latın qrafikası ilə Azərbaycan oxucusuna təqdim edilir

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Hüseyn Abbaszadə

HARADANSINIZ,

MÜSYÖ ABEL?

(roman)

Redaktor:

Səbuhi Şahmursoy

Naşir:

Müşfiq XAN

Korrektor

Dürdanə Ramazanlı

Texniki redaktor:

BəxtiYar

Transliterasiya:

Fariz Namazlı, Nicat Kazımov

Dizayn və qrafika:

Gülnar Hacıyeva

© Hüseyn Abbaszadə. Haradansınız, müsyö Abel? (roman)

© "XAN" nəşriyyatı. Bakı–2019. 72 səh.

Azərbaycanın Xalq Yazıçısı, Azərbaycan Dövlət mükafatı laureatı

Hüseyn Abbaszadənin “Haradansınız, müsyö Abel?” romanı İkinci

Dünya Müharibəsində almanlara əsir düşən, amma möcüzə nəticəsində

sağ qalan və anlaşılmazlıq üzündən vətənə qayıda bilməyib, Fransada qalmağa

məcbur olan Əbil Xeybərovun acınacaqlı hekayəsindən bəhs edir.

“Haradansınız, müsyö Abel?” romanı 2018-ci ildə Fransada fransızca

nəşr olunub və tezliklə ən çox oxunanlar siyahısında yer alıb. Kitab ilk dəfə

olaraq latın qrafikası ilə Azərbaycan oxucusuna təqdim edilir.

ISBN: 9093982329468

© “XAN” nəşriyyatı / 2019

Tuluza qatarı Parisə səhər tezdən çatdı. Əbil

oğlu ilə taksiyə əyləşib ‘’Rezidans de Mareşon’’

mehmanxanasına getdi. O, keçən

dəfə paytaxta gələndə də burada qalmışdı.

Düşdüyü nömrə bahalı olmasa da, rahat idi. On yaşlı

Arman ilk dəfəydi, Parisə gəlirdi. O, atasını tələsdirir,

şəhərə baxmağa can atırdı. Əbil isə yorğun idi, yenə

ürəyi sancırdı. Bir hovur dincəlmək istəyirdi. O, sifariş

verdi, nömrəyə qəhvə gətirdilər. Əbil kresloda uzanıb

siqareti tüstülədə-tüstülədə pəncərədən bayıra tamaşa

elədi. Çisək idi. Narın-narın yağış çiləyirdi...

İlk dəfə təxminən dörddəbir əsr əvvəl də Paris

Əbili belə çiskinli havayla qarşılamışdı. Onda almanlar

sovet hərbi əsirlərini eşelonla bura gətirmişdilər. İkinci

dəfə Əbil Parisi 49-cu ildə doktor Leskürü cərrahiyə klinikasına

müşayiət edəndə görmüşdü. Sonra o, 58-ci ildə

viza almağa gəlmişdi. Üçüncü gəlişini heç xatırlamağa

dəyməzdi...

Bu, Əbilin dördüncü gəlişiydi. O, qəzetlərdən oxumuşdu

ki, Parisdə keçiriləcək Beynəlxalq Rəqs Festivalına

Azərbaycan baleti də dəvət olunub. Festivaldan

sonra Bakı teatrı Fransanın şəhərlərinə qastrol səfərinə

çıxacaqdı. Amma onlar Tuluza şəhərində olmayacaqdılar.

Əbil Parisdə yaşayan tanışlarının vasitəsilə Azərbaycan

baletinin Şamz Elize teatrında olacaq ilk tamaşasına

bilet sifariş eləmişdi, həmyerlilərini görmək istəyirdi.

O, on doqquz yaşlı qızı Suzannanın Parisə yola

düşməzdən bir az əvvəl qripə yoluxmasına təəssüf edirdi.

Arvadı Azərbaycan baletinə baxmağı çox arzulasa

da, naxoş qızını xidmətçi qadının ümidinə qoymağa

razı olmamış, Tuluzada qalmışdı. Buna görə də o, Parisə

ailəsilə yox, oğlu ilə gəlmişdi. Əbil paytaxtdan Tuluzaya

zəng çalmış, evlə danışmışdı. Səsində arxayınlıq

hiss olunan arvadı demişdi ki, qızın hərarəti yavaş-ya-

3

vaş düşür. Əbilə elə gəlmişdi ki, arvadı ona təskinlik

vermək üçün belə deyir. Bir gecənin içində Suzannanın

yaxşılaşması ağlabatan deyildi.

O, qəhvənin üstündən bir siqaret alışdırdı. Arvadının

gözündən iraq: Əbilin siqaret çəkdiyini görsəydi,

ərini məhkəmədə danlardı. Axı, onun stenokardiasiyası

vardı... Əbil bu gün çox siqaret çəkirdi. Arman atasını

tələsdirdi. Əbil köks ötürüb kreslodan qalxdı. Mehmanxanadan

çıxdılar.

Qaş qaralana kimi Parisdə dolandılar. Monmartırdakı

restoranlardan birində nahar elədilər. Tamaşanın

başlamasına bir saat qalmış, teatrın qabağına gəldilər.

Yelisey düzündəki reklamların işıqları göz qamaşdırırdı.

Şamz Elize teatrının bağlanmış kassalarının qarşısına

xeyli adam toplanmışdı. Onlar bilet tapmaq ümidilə

yan-yörəyə boylanırdılar.

Əbilin iki bileti artıq idi. Bunu bağlı kassanın qarşısında

ümidsizliklə gəzişən biletsizlərə deyən kimi onu

dərhal araya aldılar. Yerbəyerdən səslər ucaldı:

– Mənə verin, müsyö, xahiş edirəm, mənə verin.

Bir kişi cəld tərpənərək pulu verib ondan biletləri

aldı, təşəkkür eləyə-eləyə getdi. Əbilin başına toplaşanlar

dağılışdılar.

– Axşamınız xeyir, müsyö Abel.

Tanışları Əbilin adını fransızsayağı “Abel” deyə

çağırırdılar. Onun Tuluza şəhərindəki evinin divarına

vurulmuş lövhədə “Doktor Abel Heydərov” yazılmışdı.

Əbil dönəndə qarşısında ucaboylu oğlan gördü. O,

Tuluza şəhərində yaşayan tanış bir aptekçinin oğluydu.

Bir il əvvəl Parisə gəlmişdi. Deyəsən, universitet tələbəsi

idi. Oğlanın yanında üzügülər qəşəng bir qız dayanmışdı.

4

– Oho, Arman, sən də burdasan?! – gənc oğlan Armanın

saçlarını tumarladı.

– Nə xoş təsadüf! Teatra gəlmisiniz? Aydındır,

müsyö Abel, aydındır. Sizi başa düşürəm. Bu tamaşaya

baxmaq üçün Parisə gəlməyə dəyər. Deyəsən, bu balet

sizin yerdən gəlib, eləmi?

– Elədir.

Aptekçinin oğlu qızın qoluna girdi.

– Biz də bu tamaşaya baxmaq istəyirdik. Bilet tapa

bilmədik.

Əbil təəccübləndi:

– Heyif, məndə ikisi vardı. Bilsəydim, sizə rast

gələcəyəm...

– Zərəri yoxdur, təəssüflənməyin, müsyö Abel.

Bəlkə, o biri günlərə bilet tapdıq. Tuluzada nə var, nə

yox? Bizim qocaların əhvalı necədir?

Onlar bir az söhbət elədilər. Sonra aptekçinin oğlu

Əbilgillə soğallaşdı, yanındakı qızla birgə küçənin izdihamına

qarışdı.

Əbil qəribə bir vəziyyət keçirirdi: o, sanki kənarda

durub özünə tamaşa edirdi. Gözünə, yaşına nisbətən

qoca görünürdü. Arıq idi. Gur saçları və bığı çallaşmışdı.

Sintetik parçadan dəblə tikilmiş gödək palto geyinmişdi.

Yanında duran oğlunun paltosu da onunkundandı.

Arman Əbilə necə də bənzəyirdi! Saçları atasının

saçları kimi gur, qaşları çatma idi.

Əbil yenə qırxıncı illəri xatırladı. O vaxtlar xəyalına

da gəlməzdi ki, 25 ildən sonra atasının ana dilini bilməyən

oğlu ilə bərabər Yelisey düzündə Bakı Opera və

Balet Teatrının afişasına yad adam kimi ürək sıxıntısı ilə

baxacaq...

5

“Bir dəfəlik ölmək, hər gün yüz dəfə ölüb-dirilməkdən

yaxşıdır. İnsan nə qədər həyəcan keçirərmiş,

insanın canı nə bərk olurmuş! Gərək, məni də əsir alanda,

elə oradaca güllələyərdilər... Nə yaxşı olardı. Adam

öləndə də, özününkülərin arasında ölə.

40-cı ildə Bakıda tibb institutunu bitirdim. Bir il

keçməmiş dava başladı. Səfərbərliyə alındım. Məni nişançılıq

alaylarından birinə hərbi həkim göndərdilər.

Payızda alayımız Xarkov uğrunda gedən döyüşlərdə

itki verdi. Sonra mühasirəyə düşdük. Mühasirə həlqəsini

yarıb çıxırdıq ki, faşistlərin motorlu hissələri ilə qarşılaşdıq.

Tibb sanitar batalyonunda olan xeyli ağır yaralını

almanlar oradaca güllələdilər. Məni yüngül yaralılar

ilə birlikdə hərbi əsir düşərgəsinə göndərdilər. O vaxtdan

sərgərdanlığım başladı...

Əgər onda belə müsibət çəkəcəyimi bilsəydim,

əsir düşəndə tərəddüd etmədən gülləni gicgahıma

sıxardım. Ancaq mən bir həkim kimi bizim yaralıların

hayına qalmışdım. Düşərgədə də gözüm onların üstündə

idi. Həkimlik borcumu bacardığım qədər yerinə

yetirir, yaralıların əziyyətlərini azaltmaq üçün əlimdən

gələni eləyirdim. Bilirdim ki, (Polşada olduğumuz vaxt)

düşərgədə gizli mübarizə təşkilatı yaradılıb. Həmyerlilərimin

bir çoxu bu təşkilatın üzvüdür. Ancaq nədənsə

onlara qoşulmaq istəmirdim.

Hərbi əsir düşərgəsində nələr çəkdiyimizi deməyə

lüzum yoxdur. Ondan o qədər yazıblar ki...

43-cü ilin payızında almanlar “Müsəlman legionu”

yaratmaq üçün adam toplayırdılar. Polşa və Almaniyadakı

düşərgələrdən azərbaycanlı hərbi əsirləri yığır,

onların rəyini soruşmadan təşkiletmə məntəqəsinə göndərirdilər.

Boyun qaçıranları (belələri lap çox idi) gül-

6

lələməklə hədələyirdilər. Hədələmək nədir?! İki nəfər

qəti etiraz etdiyinə görə, onları gözlərimizin qarşısında

güllələdilər.

Həmin payızda bizi Fransaya gətirdilər. Eşelonu

böyük keşikçi dəstəsi və zorba köpəklər müşayiət edirdi.

Bizi Paris vağzallarının birinin ehtiyat yolunda azca

saxlayandan sonra uzağa – ölkənin cənubuna göndərdilər.

Fransanın cənubunda olan kiçik Rodez şəhərindəki

köhnə kazarmada məskən saldıq. Bura təlim təşkiletmə

məntəqəsi adlanırdı. Təlim təşkiletmə məntəqəsində

azərbaycanlılardan ibarət könüllülər hissəsi yaratmışdılar.

Bu hissə Fransız partizanlarına qarşı döyüş əməliyyatlarında

iştirak etməli idi.

Təlim təşkil etmə məntəqəsində əsir azərbaycanlılarından

dörd rota düzəltmişdilər. Hər rotanın başında

alman zabiti dururdu. Rota komandirinin müavini bir

qayda olaraq azərbaycanlı zabit olurdu. Müavinlər tərcüməçilik

eləyir, rota komandirinin göstərişlərini özümüzünkülərə

yetirirdi.

Rotalardan bizimlə səhərdən-axşama kimi məşq

keçir, əməliyyatlara hazırlaşdırırdılar. Təlim təşkiletmə

hissəsindəkilərə alman silahı vermişdilər. Ancaq həmin

silahlardan istifadə etmək olmazdı. Almanlar ipə-sapa

yatmayan bu adamlara çox da etibar etmirdilər. Bizə

döyüş sursatı verməyə qorxurdular.

Faşistlər buranı “təlim təşkiletmə hissəsi” adlandırsalar

da, əslində, əsir düşərgəsi idi. Hündür hasar

içində olan sahənin qapısında alman əsgərləri gecə-gündüz

keşik çəkirdi. Bayıra çıxmaq qəti qadağan

idi. Ara-sıra hasardan aşmağa cəhd edənləri ya oradaca

güllə ilə vurur, ya da tutub möhkəm cəzalandırırdılar.

Yalnız rota komandirlərinin müavinləri və tağım komandirləri

bayıra çıxa bilərdilər. O da mayor Paul Vaykelin

icazəsi ilə.

7

Məntəqənin qərargahı şəhərdəki “Dumi” adlı

mehmanxanada yerləşirdi. Mayor Paul Vaykel və başqa

alman zabitləri mehmanxanada qalırdılar. Məntəqə

rəisi Vaykelin əsirlər saxlanan yerdə də kabineti vardı.

O, günün çox vaxtını mehmanxanada olurdu. Bura isə

gözlənilməz bir hadisə baş verəndə gəlir, əsirləri sıraya

düzdürür, kimini söyür-hədələyir, günahkarı möhkəm

tənbeh edirdi.

Tibb işçilərindən həkim və feltşer də məntəqədən

bayıra çıxa bilərdi. Tibb işçiləri deyəndə, orada cəmi iki

həkim var idi: Vəkil Əhmədli, bir də mən. Yaşına və tərcübəsinə

görə,Vəkil Əhmədli tibb məntəqəsinin rəhbəri

idi. Mən isə feldşerlik eləyirdim. Bəstəboy, arıq kişi

olan Vəkil yaraşıqlı, məzəli adam idi. Xəstələri müayinə

edəndə bir-iki məzəli söz deyir, könüllərini alırdı. Bu,

onlara dərmandan daha yaxşı təsir eləyirdi. Dərman dedim,

yadıma düşdü. Dərman sarıdan yaman korluq çəkirdik.

Çox vaxt xəstələri müalicə olunmaq üçün şəhər

xəstəxanasına göndərirdik. Onları bir qayda olaraq Əhmədli

müşayiət edirdi. Əslində, bu iş feltşerlərin vəzifəsinə

daxil idi. Amma Əhmədli bunu öz öhdəsinə götürmüşdü.

Yanımıza çox adam gələrdi. Tibb məntəqəsi həmişə

dolu olurdu. Qoca həkim xəstələrin bəziləri ilə

xısın-xısın söhbət edərdi. Mən onun hərbi əsirlərin Polşada

yaradılan anti-faşist təşkilatının üzvü olmasından

şübhələnirdim. Ancaq üzə vurmurdum. Belə eləyirdim

ki, guya heç nədən xəbərim yoxdur. Heç nə görmürəm.

Bir gün könüllülərdən bir dəstəsi düşərgədən qaçıb

aradan çıxdı. Onlar gecə yarı silahlarını da özləri ilə

götürüb hasardan atılmışdılar. Deyilənə görə, dağlarda

fransız partizanları yurd salmışdılar. Bizimkilər onların

yanına qaçmışdılar. Kazarmada aləm bir-birinə qarışdı.

Axtarış apardılar. Şübhə altında olanları həbs edib, din-

8

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!