08.10.2019 Views

Hüseyn Abbaszadə. Haradansınız, müsyö Abel (roman)

Azərbaycanın Xalq Yazıçısı, Azərbaycan Dövlət mükafatı laureatı Hüseyn Abbaszadənin “Haradansınız, müsyö Abel?” romanı İkinci Dünya Müharibəsində almanlara əsir düşən, amma möcüzə nəticəsində sağ qalan və anlaşılmazlıq üzündən vətənə qayıda bilməyib, Fransada qalmağa məcbur olan Əbil Xeybərovun acınacaqlı hekayəsindən bəhs edir. “Haradansınız, müsyö Abel?” romanı 2018-ci ildə Fransada fransızca nəşr olunub və tezliklə ən çox oxunanlar siyahısında yer alıb. Kitab ilk dəfə olaraq latın qrafikası ilə Azərbaycan oxucusuna təqdim edilir

Azərbaycanın Xalq Yazıçısı, Azərbaycan Dövlət mükafatı laureatı Hüseyn Abbaszadənin “Haradansınız, müsyö Abel?” romanı İkinci Dünya Müharibəsində almanlara əsir düşən, amma möcüzə nəticəsində sağ qalan və anlaşılmazlıq üzündən vətənə qayıda bilməyib, Fransada qalmağa məcbur olan Əbil Xeybərovun acınacaqlı hekayəsindən bəhs edir.
“Haradansınız, müsyö Abel?” romanı 2018-ci ildə Fransada fransızca nəşr olunub və tezliklə ən çox oxunanlar siyahısında yer alıb. Kitab ilk dəfə olaraq latın qrafikası ilə Azərbaycan oxucusuna təqdim edilir

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Tuluza qatarı Parisə səhər tezdən çatdı. Əbil

oğlu ilə taksiyə əyləşib ‘’Rezidans de Mareşon’’

mehmanxanasına getdi. O, keçən

dəfə paytaxta gələndə də burada qalmışdı.

Düşdüyü nömrə bahalı olmasa da, rahat idi. On yaşlı

Arman ilk dəfəydi, Parisə gəlirdi. O, atasını tələsdirir,

şəhərə baxmağa can atırdı. Əbil isə yorğun idi, yenə

ürəyi sancırdı. Bir hovur dincəlmək istəyirdi. O, sifariş

verdi, nömrəyə qəhvə gətirdilər. Əbil kresloda uzanıb

siqareti tüstülədə-tüstülədə pəncərədən bayıra tamaşa

elədi. Çisək idi. Narın-narın yağış çiləyirdi...

İlk dəfə təxminən dörddəbir əsr əvvəl də Paris

Əbili belə çiskinli havayla qarşılamışdı. Onda almanlar

sovet hərbi əsirlərini eşelonla bura gətirmişdilər. İkinci

dəfə Əbil Parisi 49-cu ildə doktor Leskürü cərrahiyə klinikasına

müşayiət edəndə görmüşdü. Sonra o, 58-ci ildə

viza almağa gəlmişdi. Üçüncü gəlişini heç xatırlamağa

dəyməzdi...

Bu, Əbilin dördüncü gəlişiydi. O, qəzetlərdən oxumuşdu

ki, Parisdə keçiriləcək Beynəlxalq Rəqs Festivalına

Azərbaycan baleti də dəvət olunub. Festivaldan

sonra Bakı teatrı Fransanın şəhərlərinə qastrol səfərinə

çıxacaqdı. Amma onlar Tuluza şəhərində olmayacaqdılar.

Əbil Parisdə yaşayan tanışlarının vasitəsilə Azərbaycan

baletinin Şamz Elize teatrında olacaq ilk tamaşasına

bilet sifariş eləmişdi, həmyerlilərini görmək istəyirdi.

O, on doqquz yaşlı qızı Suzannanın Parisə yola

düşməzdən bir az əvvəl qripə yoluxmasına təəssüf edirdi.

Arvadı Azərbaycan baletinə baxmağı çox arzulasa

da, naxoş qızını xidmətçi qadının ümidinə qoymağa

razı olmamış, Tuluzada qalmışdı. Buna görə də o, Parisə

ailəsilə yox, oğlu ilə gəlmişdi. Əbil paytaxtdan Tuluzaya

zəng çalmış, evlə danışmışdı. Səsində arxayınlıq

hiss olunan arvadı demişdi ki, qızın hərarəti yavaş-ya-

3

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!