08.10.2019 Views

Hüseyn Abbaszadə. Haradansınız, müsyö Abel (roman)

Azərbaycanın Xalq Yazıçısı, Azərbaycan Dövlət mükafatı laureatı Hüseyn Abbaszadənin “Haradansınız, müsyö Abel?” romanı İkinci Dünya Müharibəsində almanlara əsir düşən, amma möcüzə nəticəsində sağ qalan və anlaşılmazlıq üzündən vətənə qayıda bilməyib, Fransada qalmağa məcbur olan Əbil Xeybərovun acınacaqlı hekayəsindən bəhs edir. “Haradansınız, müsyö Abel?” romanı 2018-ci ildə Fransada fransızca nəşr olunub və tezliklə ən çox oxunanlar siyahısında yer alıb. Kitab ilk dəfə olaraq latın qrafikası ilə Azərbaycan oxucusuna təqdim edilir

Azərbaycanın Xalq Yazıçısı, Azərbaycan Dövlət mükafatı laureatı Hüseyn Abbaszadənin “Haradansınız, müsyö Abel?” romanı İkinci Dünya Müharibəsində almanlara əsir düşən, amma möcüzə nəticəsində sağ qalan və anlaşılmazlıq üzündən vətənə qayıda bilməyib, Fransada qalmağa məcbur olan Əbil Xeybərovun acınacaqlı hekayəsindən bəhs edir.
“Haradansınız, müsyö Abel?” romanı 2018-ci ildə Fransada fransızca nəşr olunub və tezliklə ən çox oxunanlar siyahısında yer alıb. Kitab ilk dəfə olaraq latın qrafikası ilə Azərbaycan oxucusuna təqdim edilir

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Məntəqənin qərargahı şəhərdəki “Dumi” adlı

mehmanxanada yerləşirdi. Mayor Paul Vaykel və başqa

alman zabitləri mehmanxanada qalırdılar. Məntəqə

rəisi Vaykelin əsirlər saxlanan yerdə də kabineti vardı.

O, günün çox vaxtını mehmanxanada olurdu. Bura isə

gözlənilməz bir hadisə baş verəndə gəlir, əsirləri sıraya

düzdürür, kimini söyür-hədələyir, günahkarı möhkəm

tənbeh edirdi.

Tibb işçilərindən həkim və feltşer də məntəqədən

bayıra çıxa bilərdi. Tibb işçiləri deyəndə, orada cəmi iki

həkim var idi: Vəkil Əhmədli, bir də mən. Yaşına və tərcübəsinə

görə,Vəkil Əhmədli tibb məntəqəsinin rəhbəri

idi. Mən isə feldşerlik eləyirdim. Bəstəboy, arıq kişi

olan Vəkil yaraşıqlı, məzəli adam idi. Xəstələri müayinə

edəndə bir-iki məzəli söz deyir, könüllərini alırdı. Bu,

onlara dərmandan daha yaxşı təsir eləyirdi. Dərman dedim,

yadıma düşdü. Dərman sarıdan yaman korluq çəkirdik.

Çox vaxt xəstələri müalicə olunmaq üçün şəhər

xəstəxanasına göndərirdik. Onları bir qayda olaraq Əhmədli

müşayiət edirdi. Əslində, bu iş feltşerlərin vəzifəsinə

daxil idi. Amma Əhmədli bunu öz öhdəsinə götürmüşdü.

Yanımıza çox adam gələrdi. Tibb məntəqəsi həmişə

dolu olurdu. Qoca həkim xəstələrin bəziləri ilə

xısın-xısın söhbət edərdi. Mən onun hərbi əsirlərin Polşada

yaradılan anti-faşist təşkilatının üzvü olmasından

şübhələnirdim. Ancaq üzə vurmurdum. Belə eləyirdim

ki, guya heç nədən xəbərim yoxdur. Heç nə görmürəm.

Bir gün könüllülərdən bir dəstəsi düşərgədən qaçıb

aradan çıxdı. Onlar gecə yarı silahlarını da özləri ilə

götürüb hasardan atılmışdılar. Deyilənə görə, dağlarda

fransız partizanları yurd salmışdılar. Bizimkilər onların

yanına qaçmışdılar. Kazarmada aləm bir-birinə qarışdı.

Axtarış apardılar. Şübhə altında olanları həbs edib, din-

8

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!