04.02.2019 Views

Dədə Qorqud kitabı (Vatikan nüsxəsi)....

Kitabda “Dədə Qorqud dastanı”nın Vatikan nüsxəsi öz əksini tapır. Vatikan nüsxəsi İtaliyanın Vatikan kitabxanasında qorunan, XVI əsrin birinci yarısında üzü köçürülən, bir müqəddimə və altı boydan ibarət olan nüsxədir. “Hekayəti-Oğuz-nameyi-Qazan bəg və ğəyri” adlanan bu nüsxə ilk dəfə olaraq əski əlifbadan müasir əlifbaya çevrilərək, Azərbaycan oxucusuna təqdim edilir. Abidəni transliterasiya edən, ön söz, qeydlər və şərhlərin müəllifi filologiya elmləri doktoru, professor Tərlan Quliyev, Elmi redaktoru filologiya elmləri doktoru, professor Füzuli Bayat, naşiri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir.

Kitabda “Dədə Qorqud dastanı”nın Vatikan nüsxəsi öz əksini tapır. Vatikan nüsxəsi İtaliyanın Vatikan kitabxanasında qorunan, XVI əsrin birinci yarısında üzü köçürülən, bir müqəddimə və altı boydan ibarət olan nüsxədir. “Hekayəti-Oğuz-nameyi-Qazan bəg və ğəyri” adlanan bu nüsxə ilk dəfə olaraq əski əlifbadan müasir əlifbaya çevrilərək, Azərbaycan oxucusuna təqdim edilir.
Abidəni transliterasiya edən, ön söz, qeydlər və şərhlərin müəllifi filologiya elmləri doktoru, professor Tərlan Quliyev, Elmi redaktoru filologiya elmləri doktoru, professor Füzuli Bayat, naşiri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir.

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Dədə Qorqud kitabı

11

Vatikan nüsxəsi

Bütün bunlar isə bizcə, «Kitab»ın özündən də göründüyü kimi, «Kitab»da

artıq Oğuz tayfa ittifaqının keyfiyyətcə tamamilə yeni bir mərhələyə

keçdiyini və yeni bir dövlətin, Alplar, Alpanlar dövlətinin, Alban

dövlətinin yarandığını açıq şəkildə göstərir. Buna görə də

«Kitab»da artıq ayrı-ayrı tayfaların üzərində dayanılmır, onlar haqda

geniş söhbət açılmır. Bizcə, bu mənada «Dədə Qorqud Kitabı» Oğuz

tayfalarının bir daha birləşdiyi və Alban dövlətinin yarandığı dövrü

əks etdirən abidədir. Çünki dastandan gördüyümüz kimi, ən azından

«Kitab»da Oğuz tayfaları dəfələrlə Qalın Oğuz kimi xatırlansa da,

artıq Qalın Oğuzun başçısı Qazan xan «Oğuzlar başı Qazan» kimi deyil,

«Basat Dəpəgözü öldürdigi boyda» iki yerdə «Alplar başı Qazan»,

«Qazan bəg oğlı Uruz bəgin tutsaq oldığı» boyda isə «Alpanlar

başı Qazan» kimi yad edilir.

Dastanda biz dəfələrlə, məsələn, «Qanlı qoca oğlu Qanturalı»,

«Uşun qoca oğlu Səgrək» boylarında Alp ərənlər, Alp yigitlər, Alp ər

ifadələri ilə yanaşı, eyni zamanda, «Salur Qazanın evi yağmalandığı»,

«Basat Dəpəgözi öldürdügi», «Bəkil oğlu Əmran», «Salur Qazan tutsaq

olub oğlu Uruz çıxardığı», «İç Oğuza Taş Oğuz asi olup Begrək

öldügi» boylarında Alp Ərən, Alp Rüstəm, Alp Uruz kimi şəxs

adlarına və həmçinin, «Basat Dəpəgözi öldürdügi» və «Uşun qoca

oğlu Səgrək» boylarında «Alpımız Salur oğlu Qazan», «Alpımız

Salur Qazan» ifadələrinə də rast gəlirik. Eyni zamanda, qeyd etdiyimiz

kimi, «Alplar başı Qazan» ifadəsi də əsərdə bir neçə yerdə öz

əksini tapır. Amma, maraqlıdır ki, yenə də qeyd etdiyimiz kimi,

dastanda iki yerdə «Alpanlar» sözünə təsadüf edirik: «Qazılıq qoca

oğlu Yegnək» boyunda Yegnək yoldaşlarına yuxusunu danışarkən

deyir: «...Ağ-boz atlar çapdırır alpanlar gördüm. Ağ ışıqlı alpları yanıma

saldım». Və bu ifadələrdən biri, hətta, düşmənin dilindən deyilir.

Məsələn, «Qazan bəg oğlu Uruz bəgin dustaq olduğu» boyda

oxuyuruq: «Məgər Başı açuq Tatyan qələsindən, Aqsəqa qələsindən

kafərin casusu vardı. Bunları görüp Təkurə gəldi. Aydır: «Hay, nə

oturarsan, itüni ulatmıyan, çətügini molatmıyan! Alpanlar başı Qazan

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!