04.02.2019 Views

Dədə Qorqud kitabı (Vatikan nüsxəsi)....

Kitabda “Dədə Qorqud dastanı”nın Vatikan nüsxəsi öz əksini tapır. Vatikan nüsxəsi İtaliyanın Vatikan kitabxanasında qorunan, XVI əsrin birinci yarısında üzü köçürülən, bir müqəddimə və altı boydan ibarət olan nüsxədir. “Hekayəti-Oğuz-nameyi-Qazan bəg və ğəyri” adlanan bu nüsxə ilk dəfə olaraq əski əlifbadan müasir əlifbaya çevrilərək, Azərbaycan oxucusuna təqdim edilir. Abidəni transliterasiya edən, ön söz, qeydlər və şərhlərin müəllifi filologiya elmləri doktoru, professor Tərlan Quliyev, Elmi redaktoru filologiya elmləri doktoru, professor Füzuli Bayat, naşiri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir.

Kitabda “Dədə Qorqud dastanı”nın Vatikan nüsxəsi öz əksini tapır. Vatikan nüsxəsi İtaliyanın Vatikan kitabxanasında qorunan, XVI əsrin birinci yarısında üzü köçürülən, bir müqəddimə və altı boydan ibarət olan nüsxədir. “Hekayəti-Oğuz-nameyi-Qazan bəg və ğəyri” adlanan bu nüsxə ilk dəfə olaraq əski əlifbadan müasir əlifbaya çevrilərək, Azərbaycan oxucusuna təqdim edilir.
Abidəni transliterasiya edən, ön söz, qeydlər və şərhlərin müəllifi filologiya elmləri doktoru, professor Tərlan Quliyev, Elmi redaktoru filologiya elmləri doktoru, professor Füzuli Bayat, naşiri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir.

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Dədə Qorqud kitabı

13

Vatikan nüsxəsi

bütün «Oğuznamə»lərin başında duran və onların yaranmasında bilavasitə

iştirak edən «Oğuznamə»dir.

Lakin əvvəldə də qeyd etdiyimiz kimi, «Kitab»ı XI-XVII əsrlərdə

meydana çıxan «Oğuznamə»lərlə eyniləşdirmək də olmaz.

Çünki bir dəfə yuxarıda söylədiyimiz kimi, XI-XVII əsrlərdə meydana

çıxan «Oğuznamə»lərdə qoyulan məqsədlər «Kitab»ın qarşısında

qoyulmur. «Kitab»da dediyimiz kimi, sadəcə olaraq, Alban Oğuzlarının

həyatı, sevgisi, məişəti təsvir olunur. Bu əsərin məhz XV-XVI

əsrlərdə meydana çıxmasının səbəbi isə, XV-XVI əsrlərdə, dediyimiz

kimi, yeni Oğuzların, Səlcuq Oğuzlarının intibah dövrü ilə əlaqədardır.

Çünki məhz bu dövrdə yeni Oğuzlar öz tarixlərinə, öz köklərinə

bir daha qayıtmaq istəmiş, öz şanlı tarixlərini bütün Şərq xalqlarına

bildirməyə çalışmışlar. Və bu anda təbii ki, Əbu Bəkr Tehraninin

«Kitabi-Diyarbəkiriyyə», Dəvadarinin «Dürər üt-tican», Ətayinin

«Leyli və Məcnun» poemalarından və başqa əsərlərdən anlaşıldığı

kimi, xalq arasında məlum olan, lakin islamın, islam mədəniyyətinin,

islam təfəkkürünün gəlişi ilə bir qədər arxa plana keçmiş «Dədə

Qorqud kitabı» yenidən ehya tapmış və XI-XVII əsrlərdə meydana

çıxan «Oğuznamə»lərdən birinə çevrilmişdir. Diqqətlə baxsaq, əslində

«Dədə Qorqud kitabı»nın o «Oğuznamə»lərlə bir o qədər də

əlaqəsi yoxdur. Sadəcə olaraq, yeni «Oğuznamə»lər yaranan dövrdə

«Dədə Qorqud kitabı»nın ortaya çıxması, yeni Oğuzlar üçün, Səlcuq

Oğuzları üçün öz dədə-babalarını şanlı bir tarixə bağlamaq nöqteyinəzərindən

sanki göydəndüşmə bir əsər olmuş və onlar da bu əsərdən

lazımınca istifadə etmişlər. Və istər Osmanlı, istər Ağqoyunlu, istərsə

də Qaraqoyunlu dövlətlərinin Oğuzları Alban dövrü Oğuzlarını

unutduqları və öz tarixlərini Orta Asiyayla, Türküstanla bağladıqları

üçün, bu məqamda, «Dədə Qorqud kitabı»nı sonuncu dəfə köçürüb,

ortaya çıxarıb, eyni zamanda onu «Oğuznamə» kimi təqdim edərkən,

«Kitaba» «Türküstanın dirəyi», «Amid soyunun aslanı» və s. Türküstanla

bağlı ifadələr, anlayışlar əlavə etmişlər. Və həmçinin, bu

əsəri mütləq «Oğuznamə» kimi görmək istədikləri üçün, bəzi boyların

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!