04.02.2019 Views

Dədə Qorqud kitabı (Vatikan nüsxəsi)....

Kitabda “Dədə Qorqud dastanı”nın Vatikan nüsxəsi öz əksini tapır. Vatikan nüsxəsi İtaliyanın Vatikan kitabxanasında qorunan, XVI əsrin birinci yarısında üzü köçürülən, bir müqəddimə və altı boydan ibarət olan nüsxədir. “Hekayəti-Oğuz-nameyi-Qazan bəg və ğəyri” adlanan bu nüsxə ilk dəfə olaraq əski əlifbadan müasir əlifbaya çevrilərək, Azərbaycan oxucusuna təqdim edilir. Abidəni transliterasiya edən, ön söz, qeydlər və şərhlərin müəllifi filologiya elmləri doktoru, professor Tərlan Quliyev, Elmi redaktoru filologiya elmləri doktoru, professor Füzuli Bayat, naşiri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir.

Kitabda “Dədə Qorqud dastanı”nın Vatikan nüsxəsi öz əksini tapır. Vatikan nüsxəsi İtaliyanın Vatikan kitabxanasında qorunan, XVI əsrin birinci yarısında üzü köçürülən, bir müqəddimə və altı boydan ibarət olan nüsxədir. “Hekayəti-Oğuz-nameyi-Qazan bəg və ğəyri” adlanan bu nüsxə ilk dəfə olaraq əski əlifbadan müasir əlifbaya çevrilərək, Azərbaycan oxucusuna təqdim edilir.
Abidəni transliterasiya edən, ön söz, qeydlər və şərhlərin müəllifi filologiya elmləri doktoru, professor Tərlan Quliyev, Elmi redaktoru filologiya elmləri doktoru, professor Füzuli Bayat, naşiri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir.

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Dədə Qorqud kitabı

15

Vatikan nüsxəsi

təşəkkül dövrünə təsadüf etdiyini söyləmişdik. Həqiqətən də, dastana

baxdıqda, orada artıq Qalın Oğuz dövlətinin Alban dövlətinə çevrildiyinin

şahidi oluruq. Alban dövlətinin tarixi də təqribən məlumdur:

eradan əvvəl I minilliyin ortalarından, yenə də bizim eranın I minilliyinin

ortalarına qədər. Və dastandan da anlaşıldığına görə, dastanın

bütün qəhrəmanları Oğuzlardır. Oğuzlar haqqında isə məlumatlar ilk

növbədə daha çox Orxon-Yenisey abidələri ilə bağlıdır. Məlum olduğu

kimi, Orxon-Yenisey abidələrində Oğuz tayfalarının bir

neçəsinin adı çəkilir. Bu məqamda, hər bir türkoloqu ilk növbədə bir

sual düşündürür: «Dədə Qorqud» Oğuzları ilə «Orxon-Yenisey»

Oğuzlarının əlaqəsi varmı? Əgər varsa, bu əlaqələr nə zamandan

başlayıb?

Bu suallara cavab axtararkən, təbii ki, biz ilk növbədə «Dədə

Qorqud» Oğuzlarından, müasir Azərbaycanda yaşayan Oğuzlardan

bəhs edən tarixi əsərə - «Kitabi-Dədə Qorqud dastanı»na söykənməliyik

və söykənirik də. Belə ki, «Dədə Qorqud dastan»ında adı çəkilən

Oğuzlar hansı coğrafi koordinatlarda yaşayırlar və bu koordinatların

içində İç oğuz və Taş Oğuz haralardır, hansı ərazilərdir? Qeyd edək

ki, bu suala cavab vermək həm asandır, həm də çətin. Asandır ona

görə ki, nə qədər mübahisəli olsa da, dastanda Oğuz yurdunun koordinatları

təxminən məlumdur. Çətindir ona görə ki, bəzi tədqiqatçılar

bu təxminiliyi öz tədqiqatları ilə daha da qəlizləşdirirlər. Bu mənada,

bu koordinatların qəlizliyindən danışarkən, qeyd edək ki, türk tədqiqatçıları

Oğuz yurdunun, əsasən, Anadoluda, Azərbaycan tədqiqatçıları

isə Azərbaycanda yerləşdiyini bildirirlər. Biz isə mübahisələrin

mahiyyətini, tarixini bir daha xatırlatmadan, «Kitabi-Dədə Qorqud»

dastanlarında təsvir olunan Oğuz yurdunun, əsasən, tarixi Azərbaycan

torpaqlarında mövcud olduğunu bildirmək istəyirik. Bəri başdan onu

da deyək ki, bizcə, dastanda təsvir olunan Qalın Oğuzun ərazisi, onun

coğrafi koordinatları, əsasən, bugünkü Ermənistan, Naxçıvan, Qarabağ

torpaqları və onlardan bir qədər aşağı və yuxarıdakı əraziləri –

başqa sözlə desək, Dəmirqapı Dərbənddən, Gürcüstandan, Gəncədən,

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!