10.10.2019 Views

Şəhriyar xatirələrdə (Xatirə Ədəbiyyatı silsiləsindən)

Bu kitab böyük Azərbaycan şairi Şəhriyar (Seyid Məhəmmədhüseyn Behcət Təbrizi) haqqında xatirələrdən ibarətdir. Toplunun əvvəlində öz xatirələri də yer alıb. Əlavə olaraq, şairini qızı, qardaşı, dostları, müxtəlif sənət və ədəbiyyat adamlarının da yazısı kitaba salınıb. Bu xatirələrdə Şəhriyarın uşaqlığından tutmuş ahıl yaşlarına qədər başına gəlmiş hadisələrdən bəhs edilir. “Şəhriyar xatirələrdə” kitabı Şəhriyarşünaslıqla maraqlananlar, ümumilikdəsə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

əğbət bəsləyərək əsərlərində onları həvəslə vəsf edən, misralarından

od-alov saçılan gənc şairin də qapısını döyməli,

“təmizləmə kampaniyası” həyata keçirilməli idi. Şairin ürək

və qələm dostu Lütfulla Zahidi xatirələrində yazır: “Şəhriyar

bir neçə dəfə ölümdən qurtulmuşdu. Bunlardan biri Qacarlar

sülaləsinin məhv olunması qərarı ilə əlaqədar baş vermişdi.

O zaman Şəhriyar 17 yaşlı bir gənc idi. Başına əmmamə qoyar,

səliqəli geyinər, gecə-gündüz dünya ədəbiyyatının ən

nadir incilərini mütaliə edərdi. O, həmin vaxtda müxalifət

hərəkatını, xalqın etiraz dalğalarını ölkənin xeyrinə olan bir

iş kimi qiymətləndirərək bir dəstə etirazçı ilə bazar meydanında

mitinq keçirmək və nitq söyləməklə məşğul idi. Amma

onun xəbəri yoxdu ki, o zaman hökumətin tərəfdarı olan

bazar əhli bu dəyişikliklərə müxalifdir və bir dəstə adamı

pulla satın alıb mitinq keçirənlərin əleyhinə meydana daxil

ediblər. Onlar Şəhriyarı və tərəfdarlarını əhatəyə alır və öldürmək

məqsədilə döyməyə başlayırlar. Elə bu vaxt Şəhriyar

görür ki, bir nəfər onu mitinq iştirakçıları arasından quş kimi

götürüb Seyid İmamzadəsinə aparır. Həmin şəxs vəziyyətdən

onu hali edir və deyir:

– Seyid, bu həngamənin səninlə nə əlaqəsi var, get, öz

işlərinlə məşğul ol.

Özünü hay-küyün içərisindən xilas olmuş görən Şəhriyar

bazarın damına çıxır və onun tağları arasından görür ki,

məslək dostları və mitinq iştirakçısı olan həmkarları müxalifətin

dəyənək və bıçaqları altında məhv olmaq üzrədir.

Sonralar ona məlum olur ki, mitinqçilərdən yalnız o, salamat

qurtulub” 4

Nişapurda dostlarından, vətənindən uzaq əzab-əziyyətli

həyat yaşamağa məhkum edilən şair keçmişi, ötən gün-

4. Camşid Əlizade. “Be həmin sadegi və zibayi” (“Elə həmin sadəlikdə və gözəllikdə”).

“Yadname-ye Şəhriyar” (“Şəhriyar haqqında xatirələr”) (Fars dilindən çevirən

Sabir Nəbioğlu), Tehran, “Mərkəz” nəşriyyatı, 1994, s. 620.

9

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!