10.10.2019 Views

Şəhriyar xatirələrdə (Xatirə Ədəbiyyatı silsiləsindən)

Bu kitab böyük Azərbaycan şairi Şəhriyar (Seyid Məhəmmədhüseyn Behcət Təbrizi) haqqında xatirələrdən ibarətdir. Toplunun əvvəlində öz xatirələri də yer alıb. Əlavə olaraq, şairini qızı, qardaşı, dostları, müxtəlif sənət və ədəbiyyat adamlarının da yazısı kitaba salınıb. Bu xatirələrdə Şəhriyarın uşaqlığından tutmuş ahıl yaşlarına qədər başına gəlmiş hadisələrdən bəhs edilir. “Şəhriyar xatirələrdə” kitabı Şəhriyarşünaslıqla maraqlananlar, ümumilikdəsə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

lan Məlik üş-şüara Bahar, Pejman Bəxtiyari və professor Səid

Nəfisinin ön sözü ilə ilk şeirlər kitabı – “Divança”sı nəşr olunur.

Kitabının çap edilməsi, İran ədəbi ictimaiyyəti tərəfindən

yüksək səviyyədə təqdir olunması və bəyənilməsi onu

yazıb-yaratmağa daha da ruhlandırır.

Bəzi tədqiqatçılar Şəhriyarın təhsilini yarımçıq qoyub

universiteti tərk etməsinin səbəbini dəlicəsinə sevdiyi

Sürəyya ilə bağlayırlar. Belə ki, Rza şah Pəhləvinin qohumu

Çıraqəli xan da Sürəyyanı sevmiş və Şəhriyarın öz yolunun

üstündə maneə olacağını düşünərək çıxış yolunu onu Tehrandan

uzaqlaşdırmaqda görmüşdü. Nəticədə başı bəlalı

şair Xorasan vilayətinə – Nişapura sürgün olunmuşdu. Lakin

sürgün aktı məhz gənc şairin getdikcə artan şöhrətindən,

sözükeçərliyindən ehtiyatlanaraq onu, həm də Tehran ictimai-siyasi

və ədəbi mühitindən uzaqlaşdırmaq məqsədi ilə

gerçəkləşdirilmişdi.

Bu fakt Əhməd Kaviyanpurun monoqrafiyasında da

yer alıb:

“Ağa-ye Bəhruz Siyahpuş Şəhriyarın ona söylədiklərinə

əsasən yazır ki, ustad 1929-cu ildə Tehran Universitetinin V

kursunda buraxılış imtahanları zamanı Abbasabad məhəlləsindəki

(indiki 501 saylı xəstəxana) “Sipəh” xəstəxanasında

təcrübə keçirmiş. Ustad deyirdi ki, bir gün məni xəstəxananın

müdiri – baş həkim çağırtdırdı. İçəri girdikdə rəisin otağında

bir sərqud – minbaşının məni gözlədiyini gördüm.

Rəis narahat idi. Minbaşı-mayor dedi ki, sənnən işimiz var

və məni Dəjban həbsxanasına apardılar. Əbdülhüseyn Teymurtaş

(Rza şahın vəziri – E.Ş.) həbsxanadakı məmurlara

deyibmiş ki, məni orada öldürsünlər. Pəri-Sürəyyanın anası

onların məni həbs etdiyini bildikdə, üz-gözünü cırır, çox

ağlayıb-sıtqayır. Teymurtaşa yalvarır ki, bu yazıq seyidin

günahı nədir ki, ölümünə çalışırsınız? Cəddi bizi tutar, əlinizi

qana batırmayın! Teymurtaş cavab verir ki, onu bir şərtlə

öldürmərəm, Tehrandan çıxıb getsin. Ustad söyləyir ki,

7

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!